Məhkəmə qərarları › İş №2-1(103)-729/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-729/2025

07.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-729/2025 07.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv olunması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2581/2024 nömrəli, 15 iyul 2024-cü il tarixli qərarından iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vergi orqanı tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli **********388800 nömrəli “İnzibati şikayətin təmin olunmaması” haqqında qərarın və xx.xx.2023-cü il tarixli **********259300 nömrəli, xx.xx.2023-cü il tarixli **********711400 nömrəli, xx.xx.2023-cü il tarixli **********992400 nömrəli, xx.xx.2023-cü il tarixli **********927800 nömrəli qərarla kameral vergi yoxlaması haqqında qərarların ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, vergi orqanı tərəfindən qəbul edilmiş 13 dekabr 2023-cü il tarixli **********686300 nömrəli, **********692200 nömrəli, **********653100 nömrəli və 07 iyul 2023-cü il tarixli **********992400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə qərarların ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışıdr ki, cavabdeh tərəfindən iddiaçının icarəyə götürdüyü obyektdə qərəzli şəkildə bir neçə dəfə operativ nəzarət tədbiri həyata keçirilmişdir. Pandemiya dövründə 12 ay içərisində 3 dəfə operativ vergi nəzarətinin həyata keçirilərək, onun obyektində həm mal qalığının sayılması, işçilərin əmək müqaviləsinin olub-olmaması, xronometraj müşahidə və əhali ilə nağd hesablaşmalara riayət olunması ilə əlaqədar yoxlamalar keçirilmişdir. İlk yazılan cərimə ilə razılaşdıqdan sonra vergi orqanı 15 gün sonra təkrar yoxlama keçirmişdir. Yenidən əlavə olaraq cərimələr tətbiq etmişdir. Bununla bağlı iddiaçı tərəfindən cavabehə müraciət olunmuş, aparılan araşdırma zamanı cavabdehin iddiaçıya tətbiq etdiyi cərimələr ləğv olunmuşdur. Cərimələrin ləğv olunması ilə bağlı qərar qəbul edildikdən cəmi 1 ay sonra cavabdeh təkrar yoxlama aparmış və maliyyə sanksiyaları tətbiq etmişdir. İddiaçı tərəfindən maliyyə sanksiyaları dövlət büdcəsinə ödənildikdən sonra cavabdeh tərəfindən əlavə olaraq kameral vergi yoxlaması qaydasında xx.xx.2023-cü il tarixli, **********259300 nömrəli, xx.xx.2023-cü il tarixli **********711400 nömrəli, xx.xx.2023-cü il tarixli **********992400 nömrəli, xx.xx.2023-cü il tarixli **********927800 nömrəli qərarlarla ona 5.878,77 əsas, 1.857,51 faiz manat əlavə vergi məbləği hesablanmışdır. Cavabdeh tərəfindən aparılmış əlavə hesablama əsassız və qanunsuz hesab edilməlidir. Belə ki, iddiaçının xronometrajla əhatə olunmuş dövriyyəsi sadəcə həmin dövrü əhatə edir. Bayram ərəfəsində keçirilmiş xronometraj müşahidə bir neçə gün sonra kəskin azalır. Cavabdeh tərəfindən onun faktiki fəaliyyətinin olmadığı dövrlərə belə hesablama edilmişdir. Pandemiyada heç bir işçini işdən çıxarmadan aylıq əmək haqqı tərəfindən ödənilmiş və çox ciddi maliyyə itkilərinə məruz qaldığı bir dövrdə cavabdeh tərəfindən ona qarşı edilən bu hərəkətlər Vergi Məcəlləsinin 3.10-cu maddəsində göstərilən “Vergi sistemi sahibkarlıq və investisiya fəaliyyətini təşviq etməlidir” müddəasına tamamilə ziddir. Bakı İnzibati Məhkəməsinin (hakim Aysev Almazova) e-2-1(112)-2581/2024 nömrəli, 15 iyul 2024-cü il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********992400 №-li qərarı ləğv edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə iddiaçının iddiası qismən təmin edilmiş, vergi orqanının 13 dekabr 2023-cü il tarixli **********686300 nömrəli, **********653100 nömrəli, **********653100 nömrəli qərarlarının ləğv edilməsi hissəsində iddia təmin edilməmişdir. Qərar əsassız olduğundan ləğv edilməsini zəruri hesab edir. Sözügedən qərarlarda əhatə edilən dövrlər ərzində onun fəaliyyəti olmamışdır və bununla bağlı məhkəməyə bütün zəruri sənədlər təqdim edilmişdir. Həmin dövrlərdə iddiaçı tərəfindən vergi orqanına dəfələrlə fəaliyyətinin olmaması barədə məlumat verilmiş, hər dövr üzrə dəfələrlə fəaliyyətinin olmaması barəsində hesabatlar təqdim edilmişdir. Məhkəmə yalnız Vergi Məcəlləsinin 37.5-ci maddəsini əsas götürərək xronometraj metodunun tətbiqini hazırki hal üçün etibarlı hesab etmişdir. Halbuki, Vergi Məcəlləsinin 37.4-ci maddəsində göstərilmişdir ki, kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 61.1-ci maddəsinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.2-ci maddəsinə əsasən əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Məhkəmə qeyd edilən hallara hüquqi qiymət verməmiş və qanunvericiliyin sözügedən normalarını hazırkı məhkəmə baxışı zamanı ümumiyyətlə tətbiq etməmişdir. “İnzibati icraat haqqında” Qanunun 2.0.7-ci maddəsinə görə diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi deməkdir. Həmin Qanunun 14-cu maddəsinə görə inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Sözügedən Qanunun 16.2ci maddəsinə əsasən hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. Eyni Qanunun 61.3-cü maddəsinə görə inzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. Sadalanan normalardan göründüyü kimi, inzibati orqan diskresion səlahiyyətlər daxilində hər hansı qərarların birini seçdikdə nə üçün belə qənaətə gəlməsini əsaslandırmalıdır və eyni zamanda həmin səlahiyyətlərin həyata keçirilməsi zamanı hüquqi və fiziki şəxslərin hüquq və azadlıqların əsassız məhdudlaşdırıımasına yol verməməlidir. Bundan başqa, Vergi Məcəlləsinin 50-1-ci maddəsində xronometraj metodu ilə müşahidə aparılmasına dair qaydalar tənzimlənmişdir. Həmin maddənin mənasından göründüyü kimi, xronometraj metodu ilə müşahidə operativ vergi nəzarəti növü olmaqla istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi məqsədinə xidmət edir. Həmin maddədə xronometraj metodu ilə müşahidənin 15 iş günündən çox olmayan müddətdə aparılmalı olduğu təsbit edilmişdir. Hər nə qədər müşahidənin aparılmasının minimum müddətləri nəzərdə tutulmasa da, belə müşahidə qısa müddət ərzində aparıla bilməz. Müvafiq olaraq qısa müddətli müşahidənin nəticəsinə əsaslanmaqla da əlavə vergi hesablana bilməz. Eyni zamanda həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın qismən ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı İnzibati Məhkəməsinə müraciət edərək İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********992400, 13 dekabr 2023-cü il tarixli **********686300, **********692200, **********653100 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbi qismən təmin edilərək, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********992400 nömrəli qərarı ləğv edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Cavabdeh Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə qismən razı deyil. İddiaçının əsas fəaliyyət növü poçt və ya internet ilə sifarişləri yerinə yetirən firmalar vasitəsilə pərakəndə satışından ibarətdir. Sadələşdirilmiş verginin bəyannaməsinin 801-ci sətirindəki B1 sütunlarının cəmi 0.00 manat məbləğ, rəsmiləşdirilmiş son xronometraj (dövriyyə 27312.55 manat) müşahidələrin nəticələrindən 27312.55 manat azdır. Sadələşdirilmiş verginin bəyannaməsinin 802-ci sətirindəki B1 sütunlarının cəmi 0.00 manat məbləğ, rəsmiləşdirilmiş son xronometraj (dövriyyə 24669.40 manat) müşahidələrin nəticələrindən 24669.40 manat azdır. Sadələşdirilmiş verginin bəyannaməsinin 803-cü sətirindəki B1 sütunlarının cəmi 0.00 manat məbləğ, rəsmiləşdirilmiş son xronometraj (dövriyyə 27312.55 manat) müşahidələrin nəticələrindən 27312.55 manat azdır. Eyni zamanda, vergi ödəyicisinin təqdim etdiyi “Sadələşdirilmiş verginin bəyannaməsi”nin “Daşınan və daşınmaz əmlak üçün ödənilən icarə haqqı üzrə ödəmə mənbəyində tutulan verginin hesablanması haqqında məlumat” Bölməsinin 821.1.2-ci sətrinin (Daşınan və daşınmaz əmlak üçün ödənilən icarə haqqı fiziki şəxslər üzrə) və ya “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”nin 1607.1.2-ci sətrinin (Daşınan və daşınmaz əmlak üçün ödənilən icarə haqqı fiziki şəxslər üzrə) B1 (Gəlirin məbləği) sütunlarında göstərilmiş 0.00 manat məbləğ, icarəyə götürülmüş təsərrüfat subyekti (obyekti) üzrə bağlanmış icarə müqaviləsinə əsasən hesabat dövrü üzrə müəyyən edilən icarə haqqı məbləğindən 1800.00 manat azdır. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********717600 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsinin və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunmadığından 2023-cü ilin 1-ci rübü üçün sadələşdirilmiş vergi bəyannaməsi üzrə 1837.89 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2023-cü il tarixli **********992400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Aparılan araşdırma zamanı 2022-ci ilin 2-ci rüb Sadələşdirilmiş verginin bəyannaməsinin 801-ci sətirindəki B1 sütunlarının cəmi 0.00 manat məbləğ, rəsmiləşdirilmiş son xronometraj (dövriyyə 10572.60 manat) müşahidələrin nəticələrindən 10572.60 manat az olması, Sadələşdirilmiş verginin bəyannaməsinin 802-ci sətirindəki B1 sütunlarının cəmi 0.00 manat məbləğ, rəsmiləşdirilmiş son xronometraj (dövriyyə 27312.55 manat) müşahidələrin nəticələrindən 27312.55 manat az olması, Sadələşdirilmiş verginin bəyannaməsinin 803-cü sətirindəki B1 sütunlarının cəmi 0.00 manat məbləğ, rəsmiləşdirilmiş son xronometraj (dövriyyə 26431.50 manat) müşahidələrin nəticələrindən 26431.50 manat az olması, “Sadələşdirilmiş verginin bəyannaməsi”nin “Daşınan və daşınmaz əmlak üçün ödənilən icarə haqqı üzrə ödəmə mənbəyində tutulan verginin hesablanması haqqında məlumat” Bölməsinin 821.1.2-ci sətrinin (Daşınan və daşınmaz əmlak üçün ödənilən icarə haqqı fiziki şəxslər üzrə) və ya “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”nin 1607.1.2-ci sətrinin (Daşınan və daşınmaz əmlak üçün ödənilən icarə haqqı fiziki şəxslər üzrə) B1 (Gəlirin məbləği) sütunlarında göstərilmiş 0 manat məbləğ, icarəyə götürülmüş təsərrüfat subyekti (obyekti) üzrə bağlanmış icarə müqaviləsinə əsasən hesabat dövrü üzrə müəyyən edilən icarə haqqı məbləğindən 2625.00 manat olması, 2022-ci ilin 3-cü rüb təqdim etdiyi “Sadələşdirilmiş verginin bəyannaməsi”nin “Daşınan və daşınmaz əmlak üçün ödənilən icarə haqqı üzrə ödəmə mənbəyində tutulan verginin hesablanması haqqında məlumat” Bölməsinin 821.1.2-ci sətrinin (Daşınan və daşınmaz əmlak üçün ödənilən icarə haqqı fiziki şəxslər üzrə) və ya “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”nin 1607.1.2-ci sətrinin (Daşınan və daşınmaz əmlak üçün ödənilən icarə haqqı fiziki şəxslər üzrə) B1 (Gəlirin məbləği) sütunlarında göstərilmiş 0 manat məbləğ, icarəyə götürülmüş təsərrüfat subyekti (obyekti) üzrə bağlanmış icarə müqaviləsinə əsasən hesabat dövrü üzrə müəyyən edilən icarə haqqı məbləğindən 2625.00 manat az olması, Sadələşdirilmiş verginin bəyannaməsinin 801-ci sətirindəki B1 sütunlarının cəmi 0.00 manat məbləğ, rəsmiləşdirilmiş son xronometraj (dövriyyə 27312.55 manat) müşahidələrin nəticələrindən 27312.55 manat az olması, Sadələşdirilmiş verginin bəyannaməsinin 802-ci sətirindəki B1 sütunlarının cəmi 0.00 manat məbləğ, rəsmiləşdirilmiş son xronometraj (dövriyyə 27312.55 manat) müşahidələrin nəticələrindən 27312.55 manat az olması, Sadələşdirilmiş verginin bəyannaməsinin 803-cü sətirindəki B1 sütunlarının cəmi 0.00 manat məbləğ, rəsmiləşdirilmiş son xronometraj (dövriyyə 26431.50 manat) müşahidələrin nəticələrindən 26431.50 manat az olması, 2022-ci ilin 4-cü rüb Sadələşdirilmiş verginin bəyannaməsinin 801-ci sətirindəki B1 sütunlarının cəmi 0.00 manat məbləğ, rəsmiləşdirilmiş son xronometraj (dövriyyə 27312.55 manat) müşahidələrin nəticələrindən 27312.55 manat az olması, Sadələşdirilmiş verginin bəyannaməsinin 802-ci sətirindəki B1 sütunlarının cəmi 0.00 manat məbləğ, rəsmiləşdirilmiş son xronometraj (dövriyyə 26431.50 manat) müşahidələrin nəticələrindən 26431.50 manat az olması, Sadələşdirilmiş verginin bəyannaməsinin 803-cü sətirindəki B1 sütunlarının cəmi 0.00 manat məbləğ, rəsmiləşdirilmiş son xronometraj (dövriyyə 24669.40 manat) müşahidələrin nəticələrindən 24669.40 manat az olması, təqdim etdiyi “Sadələşdirilmiş verginin bəyannaməsi”nin “Daşınan və daşınmaz əmlak üçün ödənilən icarə haqqı üzrə ödəmə mənbəyində tutulan verginin hesablanması haqqında məlumat” Bölməsinin 821.1.2-ci sətrinin (Daşınan və daşınmaz əmlak üçün ödənilən icarə haqqı fiziki şəxslər üzrə) və ya “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”nin 1607.1.2-ci sətrinin (Daşınan və daşınmaz əmlak üçün ödənilən icarə haqqı fiziki şəxslər üzrə) B1 (Gəlirin məbləği) sütunlarında göstərilmiş 0 manat məbləğ, iddiaçı tərəfindən icarəyə götürülmüş təsərrüfat subyekti (obyekti) üzrə bağlanmış icarə müqaviləsinə əsasən hesabat dövrü üzrə müəyyən edilən icarə haqqı məbləğindən 520.00 manat az olması nəticəsində kameral hesablamalar aparılmışdır. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********671300 nömrəli, xx.xx.2022-ci il tarixli **********609800 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsinin və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunmadığından 2022-ci ilin 2-ci, 3-cü, 4-cü rüb Sadələşdirilmiş vergi bəyannamələri üzrə müvafiq olaraq 1.653.83 manat, 1.988.63 manat, 1641.07 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2023-ci il tarixli **********686300 nömrəli, **********692200 nömrəli, **********653100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarlar göndərilmişdir. İddiaçı xronometraj metodu ilə yeni müşahidənin aparılması barədə məktubla vergi orqanına müraciət etməmişdir. Bu hal isə keçirilmiş xronometraj vergi yoxlamasının nəticəsi ilə razılaşması kimi qəbul edilə bilər. Vergi Məcəllənin 50-1.2-ci maddəsində göstərilən müddətlərə riayət olunmaqla (yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında tələbi vergi ödəyicisi istənilən vaxt, lakin sonuncu xronometraj metodu ilə müşahidədən ən azı 1 ay keçdikdən sonra, növbəti dəfə isə sonuncu müşahidədən ən azı 2 ay keçdikdən sonra təqdim edə bilər) istehsal həcminin və ya satış dövriyyəsinin dəyişməsi ilə əlaqədar xronometraj metodu ilə yeni müşahidənin aparılmasını vergi orqanlarından tələb etmək vergi ödəyicisinin hüquqlarına aid edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, cavabdeh qurum tərəfindən sözügedən qərarla iddiaçının xx.xx.2022-ci il tarixdən fəaliyyətinin dayandırılmasına baxmayaraq, fəaliyyət göstərmədiyi dövr (hesabat dövrü: İ rüb 2023) üçün ona 1837,89 manat sadələşdirilmiş vergi məbləği hesablanmış, bununla da Vergi Məcəlləsinin 37.5-ci maddəsinin tələbləri pozulmuşdur. Məhkəmənin qeyd edilən dəlili ilə bağlı bildirilir ki, vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixli **********623300 nömrəli fiziki şəxsin fəaliyyətinin dayandırılması ərizəsi təqdim edilərək fəaliyyətini dayandırdığı və xx.xx.2023-cü il tarixində 2023-cü ilin 1ci rübü üçün cari sadələşdirilmiş vergi bəyannaməsi (müvafiq dövr üzrə vergi ödəyicisi tərəfindən xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində dəqiqləşmiş sadələşdirilmiş vergi bəyannamələri təqdim edilmişdir.) təqdim edilərək fəaliyyətinin aktivləşdirildiyi müəyyən edilmişdir. Bu baxımdan da iddiaçıya 2023-cü ilin 1-ci rübü üçün hesablanmış sadələşdirilmiş vergi tam əsaslıdır. Apellyasiya baxışı zamanı əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Bakı şəhəri X5 üzrə Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********7839 saylı “Xronometraj metodu ilə müşahidə aparılması haqqında” qərarına əsasən İddiaçı (VÖEN:**********) məxsus olan Brend ucuzluq adlanan, ünvan 1 ünvanında yerləşən obyektdə xx.xx.2021-ci il tarixdən 15 (on beş) iş günündən çox olmayan müddətdə Xronometraj metodu ilə müşahidə aparılması qərara alınmışdır. İş materiallarında olan Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2021-ci il tarixli, KY211575156 nömrəli çıxarışın surətindən görünür ki, İddiaçı (VÖEN: **********) əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının təkrar pozulması faktlarının aşkar olunması (Vergi Məcəlləsinin 50-1.1.2-ci maddəsi) məsələləri üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (yoxlanılan dövr - cari fəaliyyət) növbədənkənar operativ vergi nəzarətinin həyata keçirilməsi qeydə alınmışdır. Yoxlamanın predmeti və hüquqi əsasları: istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi (xronometraj metodu ilə). İş materiallarında olan xronometraj metodu ilə aparılan müşahidənin nəticəsi barədə cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə tərtib edilmiş DVX seriyalı 000445 saylı yekun aktdan görünür ki, iddiaçının xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək obyektdə aparılan xronometraj müşahidəsi zamanı orta günlük dövriyyəsinin NKA-nın Z hesabatına əsasən 881,05 manat təşkil etdiyi müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********992400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarına əsasən İddiaçı kameral yoxlama nəticəsində 2023-cü il İ rüb üçün sadələşdirilmiş vergi üzrə 1.837,89 manat məbləğində əlavə vergi məbləği hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********686300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarına əsasən İddiaçı kameral yoxlama nəticəsində 2022-ci il İİ rüb üçün sadələşdirilmiş vergi üzrə 1.653,83 manat məbləğində əlavə vergi məbləği hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********692200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarına əsasən İddiaçı kameral yoxlama nəticəsində 2022-ci il İİİ rüb üçün sadələşdirilmiş vergi üzrə 1.988,63 manat məbləğində əlavə vergi məbləği hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********653100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarına əsasən İddiaçı kameral yoxlama nəticəsində 2022-ci il İV rüb üçün sadələşdirilmiş vergi üzrə 1.641,07 manat məbləğində əlavə vergi məbləği hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Vergilər Nazirliyinin fiziki şəxsin fəaliyyətinin dayandırılması barədə arayışından görünür ki, İddiaçı (VÖEN:**********) məxsus Brend ucuzluq obyektinin fəaliyyəti yenidən təşkil, müvəqqəti dayanma, təşkilatihüquqi formanın dəyişdirilməsi səbəbi ilə xx.xx.2022-ci il tarixdən dayandırılmışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: 15.1. Vergi ödəyicisinin aşağıdakı hüquqları vardır: 15.1.13. Xronometraj metodu ilə aparılan sonuncu müşahidədən sonra bu Məcəllənin 50-1.2-ci maddəsində göstərilən müddətlərə riayət olunmaqla istehsal həcminin və ya satış dövriyyəsinin dəyişməsi ilə əlaqədar xronometraj metodu ilə yeni müşahidənin aparılmasını vergi orqanlarından tələb etmək. 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək. 23.1.3. vergi ödəyicilərinin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin saxlanılması ilə bağlı olan istehsal, anbar, ticarət və digər binalarında (ərazilərində) istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi məqsədilə bu Məcəllənin 50-1-ci maddəsində müəyyən edilmiş hallarda və qaydada xronometraj metodu ilə müşahidə aparmaq və baxış keçirmək, bu Məcəllə ilə müəyyən edilmiş qaydada elektron və (və ya) kağız formatda aparılan sənədləri və əşyaları götürmək, mülkiyyətində və ya istifadəsində olan əmlakın (yaşayış sahələri istisna olmaqla) bu Məcəllədə müəyyən edilmiş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş qaydada elektron və (və ya) kağız formatda aparılan inventarizasiyasını aparmaq; 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. 37.5. Bu Məcəllənin 15.1.13-cü maddəsinə əsasən vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək (vergi ödəyicisinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada fəaliyyətini dayandırdığı, xronometrajın keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi hallar istisna olmaqla) xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər. 50-1.1. Xronometraj metodu ilə müşahidə operativ vergi nəzarəti növü olmaqla istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi məqsədi ilə vergi ödəyicilərinin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin saxlanılması ilə bağlı olan istehsal, anbar, ticarət və digər binalarında (ərazilərində) aşağıdakı hallarda aparılır: 50-1.1.1. vergi ödəyicisinin təqdim etdiyi vergi bəyannamələrində vergi tutulan dövriyyə əvvəlki hesabat dövriyyələri ilə müqayisədə 30 faizdən çox azaldıqda, yaxud dövriyyə məbləğlərinin vergi ödəyicisinin fəaliyyəti barədə iqtisadi göstəricilərinə, işçilərinin sayına, əmtəə-material ehtiyatlarının həcminə, satış qiymətlərinə və aktivlərinin dəyərinə uyğun olmaması barədə vergi orqanında mənbəyi bəlli məlumatlar olduqda; 50-1.1.2. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının təkrar pozulması faktları aşkar olunduqda; 50-1.1.3. bu Məcəllənin 15.1.13-cü maddəsinə müvafiq olaraq vergi ödəyicisi yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında vergi orqanına tələb irəli sürdükdə. 50-1.2. Bu Məcəllənin 15.1.13-cü maddəsinə müvafiq olaraq yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında tələbi vergi ödəyicisi istənilən vaxt, lakin sonuncu xronometraj metodu ilə müşahidədən ən azı 1 ay keçdikdən sonra, növbəti dəfə isə sonuncu müşahidədən ən azı 2 ay keçdikdən sonra təqdim edə bilər. Bu maddədə göstərilən müddətlərin axımına bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulan müddət daxil edilmir. 50-1.3. Xronometraj metodu ilə müşahidə obyektin normal fəaliyyətinə maneçilik törətməməklə və bu Məcəllənin 50.3-50.6-cı maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilməklə 15 iş günündən çox olmayan müddətdə aparılır. 50-1.4. Müşahidəyə başlamazdan əvvəl xronometraj metodu ilə müşahidə aparılmalı olan obyektdə malın (işin, xidmətin) qiymətini müəyyən etmək məqsədi ilə vergi orqanının nəzarət qaydasında mal (iş, xidmət) alqısı həyata keçirmək hüququ vardır. 50-1.5. Xronometraj metodu ilə müşahidə keçirilən zaman müxtəlif vergi ödəyicilərinin tətbiq etdikləri qiymətlərin nəzarət qaydasında mal alqısı zamanı rəsmiləşdirilmiş qiymətlərdən 30 faizdən çox (aşağı və ya yuxarı) fərqlənməsi faktları aşkar edildikdə, istehsal həcmi və ya satış dövriyyəsi nəzarət qaydasında mal alqısı zamanı rəsmiləşdirilmiş qiymətlər nəzərə alınmaqla hesablanır. 50-1.6. Xronometraj metodu ilə müşahidə zamanı müəyyən edilmiş göstəricilər hər iş gününün sonunda müvafiq aktla rəsmiləşdirilir. Xronometraj metodu ilə müşahidənin son nəticəsi müşahidə ilə müəyyən edilmiş günlük göstəricilər əsasında orta günlük göstərici kimi ümumiləşdirilir və bu barədə müvafiq akt tərtib olunur. İş materiallarından görünür ki, Bakı şəhəri X5 üzrə Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********7839 saylı “Xronometraj metodu ilə müşahidə aparılması haqqında” qərarına əsasən İddiaçı məxsus olan Brend ucuzluq adlanan, ünvan 1 ünvanında yerləşən obyektdə xx.xx.2021-ci il tarixdən 15 on beş iş günündən çox olmayan müddətdə Xronometraj metodu ilə müşahidə aparılması qərara alınmışdır. Həmin qərar əsasında iddiaçıya məxsus Brend ucuzluq adlanan obyektdə xx.xx.2021-ci il tarixindən xx.xx.2021ci il tarixinədək xronometraj metodu ilə müşahidə aparılmışdır. Bu zaman aparılmış yoxlamada iddiaçı iştirak etmiş, müşahidənin nəticəsi ilə bağlı tərtib edilmiş gündəlik aktları imzası ilə təsdiq etmiş, hər hansı bir irad və ya narazılıq bildirməmişdir. Xronometraj metodu ilə aparılan sonuncu müşahidədən sonra iddiaçı xronometraj metodu ilə yeni müşahidənin aparılmasını vergi orqanından tələb etməmişdir. Xronometraj metodu ilə aparılan müşahidənin nəticəsi barədə cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə tərtib edilmiş DVX seriyalı 000445 saylı yekun akta əsasən iddiaçının xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək obyektdə aparılan xronometraj müşahidəsi zamanı orta günlük dövriyyəsinin 881,05 manat təşkil etdiyi müəyyən edilmişdir. Bundan sonra iddiaçı barəsində vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********686300 nömrəli qərarına əsasən 2022-ci il İİ rüb üçün sadələşdirilmiş vergi üzrə 1.653,83 manat məbləğində, xx.xx.2023-cü il tarixli **********692200 nömrəli qərarına əsasən 2022-ci il İİİ rüb üçün sadələşdirilmiş vergi üzrə 1.988,63 manat məbləğində, xx.xx.2023-cü il tarixli **********653100 nömrəli qərarına əsasən 2022-ci il İV rüb üçün sadələşdirilmiş vergi üzrə 1.641,07 manat məbləğində, xx.xx.2023-cü il tarixli **********992400 nömrəli qərarına əsasən 2023-cü il İ rüb üçün sadələşdirilmiş vergi üzrə 1.837,89 manat məbləğində əlavə vergi məbləği hesablanmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı barəsində əlavə vergi xronometraj metodu ilə müşahidənin nəticələrinə əsaslanmaqla tətbiq edilmişdir. Lakin vergi orqanı tərəfindən təqdim edilmiş fiziki şəxsin fəaliyyətinin dayandırılması barədə arayışdan görünür ki, iddiaçıya məxsus Brend ucuzluq obyektinin fəaliyyəti yenidən təşkil, müvəqqəti dayanma, təşkilati-hüquqi formanın dəyişdirilməsi səbəbi ilə xx.xx.2022-ci il tarixdən dayandırılmışdır. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********686300 nömrəli qərarına əsasən iddiaçı barəsində 2022-ci il İİ rüb üçün 1.653,83 manat, xx.xx.2023-cü il tarixli **********692200 nömrəli qərarına əsasən 2022-ci il İİİ rüb üçün 1.988,63 manat, xx.xx.2023-cü il tarixli **********653100 nömrəli qərarına əsasən 2022-ci il İV rüb üçün 1.641,07 manat məbləğində sadələşdirilmiş vergi üzrə əlavə vergi məbləğləri hesablanarkən həmin dövrlər ərzində iddiaçıya məxsus obyektin fəaliyyəti dayandırılmamışdır. Aparılmış xronometraj müşahidə zamanı iddiaçıya məxsus obyektin günlük dövriyyəsi müəyyənləşdirilsə də, iddiaçı tərəfindən 2022-ci il üçün təqdim edilmiş sadələşdirilmiş vergi bəyannamələrində gəlirin məbləği 0 olaraq qeyd edilmişdir. Obyektdə aparılmış müşahidə zamanı iddiaçı da iştirak etmiş və müşahidənin nəticələri ilə bağlı tərtib edilmiş aktı imzalayaraq heç bir narazılıq bildirməmişdir, habelə iddiaçı xronometraj metodu ilə yeni müşahidə keçirilməsi haqqında ərizə ilə vergi orqanına müraciət də etməmişdir. Lakin iş materiallarından göründüyü kimi, iddiaçıya məxsus obyekt xx.xx.2022-ci ildən fəaliyyətini dayandırdığından onun fəaliyyət göstərmədiyi dövrdə cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli **********992400 nömrəli qərarla 2023-cü ilin İ rübü üçün iddiaçıya 1.837,89 manat məbləğində sadələşdirilmiş vergi üzrə əlavə vergi məbləğinin hesablanması qanuni və əsaslı olmamışdır. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir. Həm iddiaçı, həm də cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Ona görə də apellyasiya şikayətləri təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı və cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2581/2024 nömrəli, 15 iyul 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar