Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-73/2023 11.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X4 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə iddiaçının nümayəndələri X3 və Vəkil, cavabdehin nümayəndəsi X5, üçüncü şəxsin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı “Bakı şəhər X2 Rayonlararası Bölməsi” MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı (üçüncü şəxs: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı) “borcun silinməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli, 2-1(112)-53/2020 nömrəli qərarından cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı “Bakı şəhər X2 rayonlararası Bölməsi” MMC cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İri Sığortaedənlərlə İş üzrə Departamentinə xx.xx.2018-ci il tarixində qarşı öhdəliyin icrası haqqında (İPM m.34.1) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Bakı şəhər X2 rayonlararası Bölməsi” MMC-nin üzərindən 283.622,48 AZN borc məbləği daxil olmaqla 764.471,53 manat borcun tam məbləğdə silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra, iddiaçı xx.xx.2020-ci il tarixində məhkəməyə iddianın dəqiqləşdirilməsi və cavabdehin dəyişilməsi barədə ərizə təqdim edərək, “Bakı şəhər X2 rayonlararası Bölməsi” MMC-nin üzərindən “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2018-ci il tarixli 1042 VQ saylı Qanununun tələbi əsasında 283.622,48 manat borc məbləğinin tam məbləğdə silinməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli, 2-1(112)-53/2020 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının üzərindən “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2018-ci il tarixli 1042 VQ saylı Qanununun tələbi əsasında 283.622 manat 48 qəpik borc məbləğinin silinməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Həmin qərardan cavabdeh xx.xx.2020-ci il tarixində, üçüncü şəxs isə xx.xx.2020-ci il tarixində apellyasiya şikayətləri verərək, qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişlər. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı 2004-2008-ci illər üzrə məhkəmə qətnamələri əsas tutaraq, həmin qətnamə əsasında rədd edilmiş məbləğin şəxsi uçot vərəqəsindən silinmədiyini bildirir. Məhkəmə qərarlarında rədd olunmuş borc məbləğinin silinməsi qeyd olunmadığından hazırkı iş üzrə iddiaçının şəxsi hesab vərəqəsində hər hansı düzəlişin aparılması tələbinə dair iddiası əsassızdır. İddiaçı iddia ərizəsinə dəqiqləşmədə məhkəmə qərarları ilə 581.102,10 manat məbləğin müəssisənin üzərindən silindiyini və xx.xx.2018-ci il tarixə müəssisənin 183.369,43 manat borcunun qaldığını bildirir. Qeyd edilən silinmələr məhkəmə qətnamələri əsasında deyil, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçirilmişdir. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 06 mart 2018ci il tarixli, 1042-VQ nömrəli Qanununa və “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsinə dair" Təlimatına əsasən həyata keçirilmişdir. Hazırkı mübahisə üzrə iddiaçının silinməsini tələb etdiyi borc məbləği məhkəmə tərəfindən iddia müddəti tətbiq edildiyi üçün sosial sığorta orqanının xeyrinə tutulmamışdır. Sosial sığorta qanunvericiliyində isə həmin borcun silinməsi ilə bağlı hər hansı norma nəzərdə tutulmamışdır. Üçüncü şəxsin apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsinə dair” Təlimatına və “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 06 mart 2018-ci il tarixli 1042-VQ nömrəli Qanununa əsasən tərəflərindən sığortaedən “Bakı şəhər X2 rayonlararası Bölməsi” MMC-nin təqdim etdiyi hesabatları təhlil edərək “X1 Sistemi”nin 'Sığorta' (Hesabat) altsistemində “X9”da sığortaedən “Bakı şəhər X2 rayonlararası Bölməsi” MMC-nin şəxsi vərəqəsindən 6 iyun 2018-ci il tarixində 1 yanvar 2006-cı il tarixinə yaranmış və 1 aprel 2018-ci il tarixinədək ödənilməmiş 480.849,05 manat məcburi dövlət sosial sığorta haqqı, 1 yanvar 2015-ci il tarixinədək yaranmış və 1 aprel 2018-ci il tarixinədək ödənilməmiş 13.150,34 manat məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya), 1 aprel 2018-ci il tarixinədək yaranmış və ödənilməmiş 10.249 manat (qismən 90%) məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) müəyyən edilmiş və tərtib edilmiş üzləşmə aktlarına əsasən tərəflərin məsul şəxslərinin imzası və möhürü ilə təsdiq edilərək silinmişdir.Sığortaedən tərəfindən Fonduna kağız və elektron formada hər rüb üçün təsdiq edərək təqdim etdiyi hesabatlarında borc qalığının düzgün hesablanıb-hesablanmaması barədə yuxarda qeyd olunan silinmə tarixinədək Dövlət Sosial Müdafiə Fonduna müraciət etməmişdir. Göründüyü kimi, tərəflərindəndən sığortaedən “Bakı şəhər X2 rayonlararası Bölməsi” MMC-nin təqdim etdiyi hesabatlarını təhlil edərək “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsinə dair” Təlimata və “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 06 mart 2018-ci il tarixli 1042-VQ nömrəli Qanununa uyğun olaraq borcların silinməsi aparılmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 may 2018-ci il tarixli Plenum Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinin tələbləri baxımından, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmadığı halda, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan münasibətlərə həmin məcəllənin müddəaları tətbiq edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-749/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə cavabdehin və üçüncü şəxsin apellyasiya şikayətləri təmin edilmiş, birinci instansiya məhkəməsinin həmin qərarı ləğv edilmiş, iddianın rədd olunması barədə yeni qərar çıxarılmışdır. Həmin qərardan iddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 126/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə apellyasiya məhkəməsinin həmin qərarı ləğv olunmuş, iş təkrar baxılması üçün göndərilmişdir. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən cavabdehin nümayəndəsi M.Əfəndiyev və üçüncü şəxsin nümayəndəsi S.Əhmədli apellyasiya şikayətlərini müdafiə etdiklərini bildirərək təmin olunmasını, iddiaçının nümayəndələri L.Məmmədxanova və Vəkil (vəkil) ekspert rəyi ilə birinci instansiya mhkəməsinin qərarının əsaslı olduğunun sübuta yetirildiyini bildirərək, həmin qərarın qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişlər. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsələri dinləyib, iş materiallarını təkrar apellyasiya qaydasında araşıdırb hesab edir ki,aşağıdakı əsaslara görə cavabdehin və üçüncü şəxsin apellyasiya şikyətləri qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qərarı qismən 445,14 manat borcun silinməsi hissəsində ləğv olunmalı, həmin hissədə iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmalı, qərar qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Ali Məhkəmə iş üzrə qeyd olunan qərarında (39-cu bəndində) vurğulamışdır ki, “ekspert rəyində “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanunun 2-ci maddəsinin tələbinə uyğun iddiaçının uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borclar göstərilməmişdir, bununla bağlı məhkəmə tərəfindən ekspertiza qarşısında sual qoyulmamışdır.” Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 96.11-ci maddəsinə əsasən Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Ali Məhkəmənin qeyd olunan göstərişləri nəzərə alınmaqla, işə təkrar apellyasiya qaydasında baxılarkən, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanun təbiq edilməklə, iddiaçının 1 aprel 2018-ci il tarixinə olan əsas və maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcunın hansi məbləğdə olmasına aydınlıq gətirilməsi və kimin mövqeyində haqlı olmasını dəqiqliyi ilə müəyyənləşdirilməsi üçün Bakı Apellyasiya Məhkəməsinin məhkəmənin 16 iyun 2022-ci il tarixli qərardadı ilə əlavə məhkəmə mühasibatlıq eksperizası təyin edilmişdir. Lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/4886 №li 28 sentyabr 2022-ci il tarixli ekspert (Rufət Sultanov) rəyinin, ekspertin və tərəflərin iştirakı ilə məhkəmənin xx.xx.2022-ci il tarixdə keçirilən iclasında tədqiq edilərkən müəyyən olunmuşdur ki, ekspert tərəfindən “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” 06 mart 2018-ci il tarixli 1042-VQ №-li Azərbaycan Respublikasının Qanunu tələbləri tətbiq olunmadan iddiaçının xx.xx.2018-ci il tarixinə mövcud olan borcun miqdarı müəyyənləşdirilmişdir. Halbuki, əlavə məhkəmə eksperttizası təyin olunarkən, konkret olaraq, ekspert qarşısında həmin Qanun tətbiq edilərək borcun müəyyənləşdirilməsi tapşılrılmışdır. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanunun tələbləri isə aşağıdakıları nəzərdə tutur: Maddə 1. Sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Maddə 2. Sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcları tam məbləğdə silinir. Maddə 3. 3.0. Bu Qanunun 2-ci maddəsi nəzərə alınmaqla sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixindən yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcların tənzimlənməsi aşağıdakı qaydada həyata keçirilir: 3.0.1. sığortaedənlər tərəfindən 2018-ci ilin aprel-may ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 10 faizi ödənildikdə – maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 90 faizi silinir; 3.0.2. sığortaedənlər tərəfindən 2018-ci ilin aprel-iyul ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 30 faizi ödənildikdə – maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 70 faizi silinir; 3.0.3. sığortaedənlər tərəfindən 2018-ci ilin aprel-sentyabr ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 50 faizi ödənildikdə – maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 50 faizi silinir. Maddə 4. Bu Qanunun 1-ci, 2-ci və 3-cü maddələri ödənilməsi barəsində məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların qalığına da şamil edilir. Maddə 5. Bu Qanun 2018-ci il aprelin 1-dən qüvvəyə minir. Qanunun qeyd olunan tələblərinin mübahisələndirilən məsələyə tətbiq olunubolunmamasına tam aydınlıq gətirilməsi üçün məhkəmənin 15 dekabr 2022-ci il tarixli qərardadı ilə yenidən, əlavə materiallar da təqdim olunmaqla, əlavə komisyon məhkəmə mühasibatlıq ekspertizası təyin edilərək ekspert qarşısında həll edilməsi üçün aşağıdakı suallar qoyuliuşdur: 1) İş materiallarında mövcud olan sənədlərə (Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu vəsaitləri üzrə haqq-hesab cədvəli, məhkəmə qətnamələri, üzləşmə aktları və B1 hesabatları, ödəmə sənədləri və sair) əsasən “Bakı şəhər X2 Rayonlararası Bölməsi” MMC-nin 01 aprel 2018-ci il tarixinə olan məcburi dövlət sosial sığorta haqlarına görə əsas borcu, habelə, penya və maliyyə sanksiyası üzrə borcu - ayrı-ayrılıqda müəyyən edilsin. 2) 01 aprel 2018-ci il tarixinə olan borcun məbləği müəyyənləşdirilərkən, ekspertlər tərəfindən “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” 06 mart 2018-ci il tarixli 1042-VQ №-li Azərbaycan Respublikasının Qanunun tələbləri tətbiq edilsin və 01 aprel 2018-ci il tarixinə silinməli olan borcun konkret məbləği və silinmədən sonra həmin tarixə ödənilməli olan qalıq borcun konkret məbləği göstərilsin. Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri (Elbrus Həsənov və Rufət Sultanov) tərəfindən tərtib olunub, məhkəməyə təqdim edilmiş 9/9407 nömrəli 13 mart 2023-cü il tarixli ekspert rəyində ekspertlərin gəldiyi nəticə aşağıdıkı kimi olmuşdur: - “tədqiqata təqdim edilmişiş materiallarında olan sənədlərə (Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu vəsaitləri üzrə haqq-hesab cədvəli, məhkəmə qətnamələri, üzləşmə aktları və və B1 hesabatları və s.), “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” 06 mart 2018-ci il tarixli 1042-VQ №-li Azərbaycan Respublikasının Qanunun və həmin qanunla tənzimlənən digər qanunvericilik aktlarının tələblərinə əsasən xx.xx.2018-ci il tarixinəsilinməli olan borcun məbləği 283.177,34 manat, silinmədən sonra həmin tarixə ödənilməli olan, qalıq borcun məbləği 445,14 manat müəyyən olunur.” Rəyin tədqiqi hissəsindən görünür ki, məhkəmənin tədqiqata təqdim etdiyi və sonradan əlavə materiallar qismində göndərilmiş sənədlər eksperlər tərəfindən “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” 06 mart 2018-ci il tarixli 1042- VQ №-li Azərbaycan Respublikasının Qanunun tələblərinə münasibətdə hərtərəfli tədqiq olunaraq təhlili aparılmaqla qeyd olunan nəticəyə gəlinmişdir. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, ekspertlərin gəldiyi həmin nəticəyə inandırıcı yanaşır və hesab edir ki, ekspertizanın nəticələri üzrə müəyyən olunan həmin məlumatlar sübut əhəmiyyətli məlumatlar kimi, daha konkret, Qanunun qeyd olunan tələbləri tətbiq olunmaqla, iddiaçının 2018-ci ilin aprelin 1-i vəziyyətinə olan borcunun 283.177,34 manat qalıq borcunun isə 445,14 manat məbləğində məbləğində təşkil etməsi sübut əhəmiyyətli mötəbər məlumatlar kimi qiymətləndirilməlidir. Beləliklə də cavabdehin apellyasiya şikayətinin müəssisənin xx.xx.2018-ci il tarixinə 183.369,43 manat borc qaldığını, üçüncü şəxsin apellyasiya şikayətinin isə iddiaçının 1 aprel 2018-ci il tarixinədək ödənilməmiş 480.849,05 manat məcburi dövlət sosial sığorta haqqı, 1 yanvar 2015-ci il tarixinədək yaranmış və 1 aprel 2018-ci il tarixinədək ödənilməmiş 13.150,34 manat məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya), 1 aprel 2018-ci il tarixinədək yaranmış və ödənilməmiş 10.249 manat (qismən 90%) maliyyə sanksiyaları (hesablanmış penya) müəyyən edilmiş borcunun üzləşmə aktlarına əsasən silindiyini və onun silinmli borcunun qalmadığını mübahisələndirən dəlillərinin əsassız olduğu sübuta yetirilir. Göründüyü kimi, ekspert rəyi ilə müəyyən olunan xx.xx.2018-ci il tarixinə silinməli olan 283.177,34 manat məbləğində borcun iddiaçıdan silinməsi cavabdehin “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanunun tələblərindən irəli gələn öhdəliyi olsa da, Qanunun tələblərindən irəli gələn həmin öhədliyini yerinə yetirməmiş, onun hüquqlarını pozmuşdur. İPM-in 34.1-ci maddəsi isə nəzərədə tutur ki, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 73-cü maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Birinci instansiya məhkəməsinin qərarından görünür ki, məhkəmə tərəfindən hərtərəfli araşdırma aparılmış və iddiaçının hesabından 283.177,34 manat məbləğində borcun silinməsi hissəsində, Qanunun qeyd olunan tələblərinə uyğun olan əsaslı nəticəyə gəlmiş, qalan, 445,14 manat məbləğində borcun silinməsi hissəsində isə məhkəmənin gəldiyi nəticə, işin hazırkı mərhələdə tədqiq olunan sübutlarla müəyyən olunan hallarından göründüyü kimi, əsassızdır. Beləliklə də, göstərilənləri nəzərə alan məhkəmə kollegiyası, cavabdehin və üçüncü şəxsin apellyasiya şikayətlərinin birinci instansiya məhkəəsinin qərarının əsassız olduğunu mübahisələndirən dəlilləri ilə, həmin qərarla 445,14 manat məbləində borcun silinməsi hissəsində, yalnız qismən razılaşır və yekundə belə qənaətə gəlir ki, onların apellyasiya şikayətləri qismən təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli, 2-1(112)-53/2020 nömrəli qərarı, qismən, 445,14 manat məbləğində borcun silinməsinin cavabdehə həvalə edilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia rədd olunmalı, qərar qalan, 283.177,34 manat məbləğində borcun silinməsinin cavabdehə həvalə edilməsi hissəsində dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin və üçüncü şəxsin apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-53/2020 nömrəli 29 sentyabr 2020-ci il tarixli qərarı, qismən, 445,14 manat məbləğində borcun silinməsinin cavabdehə həvalə edilməsi hissəsində ləğv edilsin. Həmin hissədə iddia rədd edilsin. Qərar qalan, “Bakı şəhər X2 Rayonlararası Bölməsi” MMC-nin 283.177,34 manat məbləğində borcunun silinməsinin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilməsi hissəsində, dəyişdirilmədən qüvvədə saxlanılsın. Hazırkı qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-73/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-73/2023
11.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver