Məhkəmə qərarları › İş №2-1(103)-731/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-731/2023

16.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-731/2023 16.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X8 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 02 avqust 2022-ci il tarixli, 2-1(112)-1409/2022 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək əlillik dərəcəsinin təyin edilməsi üçün canlı şəxsin tibbi müayinə edilməsi üsulu ilə yoxlanılaraq onun barəsində komissiya tərəfindən müvafiq qərarın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1989-1991-ci illərdə SSRİ SQ-də həqiqi hərbi xidmətdə olmuşdur. 1994-cü ildə könüllü olaraq hərbi xidmətə daxil olaraq Azərbaycan Respublikası SQ-də hərbi xidmətdə olmuşdur. 2005-ci il tarixinədək Azərbaycan Respublikası SQ-də müxtəlif vəzifələrdə hərbi xidmət keçmişdir. 1994-cü ilin aprel ayının son günlərində N nömrəli hərbi hissənin tərkibində Füzuli rayonunun Qaraxanbəyli kəndi uğrunda gedən döyüşlər zamanı düşmən tərəfindən atılan mərminin onların olduğu səngərdə partlaması nəticəsində hərbi xidmət vəzifələrinin icrası zamanı müxtəlif bədən xəsarətləri almışdır. Bədəninin müxtəlif yerlərində bu gündə çoxsaylı mərmi qəlpələri gəzdirir. Azərbaycan Respublikasının Silahlı Qüvvələrdə hərbi xidmət keçdiyi dövrdə döyüşlərdə düşmənlə təmas xəttində yaralanmış və sağlamlığını itirmişdir. Aldığı hərbi travma və stresslər səbəbindən ağır xəstələnmiş və hərbi xidmətini davam etdirə bilməmişdir. İmkansızlıqdan o, keyfiyyətli müalicələr ala bilməmişdir. Hal-hazırda sağlamlığı pis vəziyyətdədir. Onun barəsində dəfələrlə sənədlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə 3 dəfə təqdim edilsə də bu günədək müsbət qərar qəbul edilməmişdir. Qarabağ döyüşlərində müxtəlif bədən xəsarətləri almağıyla əlaqədar olaraq, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Məhkəmə Tibbi-Ekspertiza və X5 və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi-Həkim Komissiyası tərəfindən şəhadətləndirilmişdir. Həmin şəhadətləndirilmələr nəticəsində onun xəstəliyinin səbəb əlaqəsi “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qeyd edilmişdir. Zərdab rayonu Həkim Məsləhət Komissiyası tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasına (VSEK-ə) 88 nömrəli forma təkrar olaraq 3 dəfə təqdim edilmişdir. Lakin müsbət heç nə əldə edə bilməmişdir. Artıq onun haqqında elektron qaydada göndərilən forma 88-ə 3 dəfə imtina edilmişdir. 3 dəfə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində qəbulu həyata keçirən mütəxəssislərin qəbulunda olsa da bir nəticə əldə edə bilməmişdir. Onun müalicəsini və müayinəsini düzgün təşkil edə bilmir. Dəfələrlə müayinələr keçirilsə də heç bir nəticə yoxdur. Artıq 3 dəfə 88 nömrəli forma Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə təqdim edilib. Zərdab rayon Mərkəzi Xəstəxanasının həkim mütəxəssisləri tərəfindən tərtib edilmiş 88 nömrəli formaya Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən 3 dəfə imtina cavabı verilmişdir. Səbəb kimi əlavə müalicəyə ehtiyacı olması göstərilmişdir. Amma bu ona əlillik dərəcəsinin verilməsinə maneəçilik etmir. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-355/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə inzibati iş ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək ona əlillik dərəcəsinin təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçının əlillik vəziyyəti Zərdab Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2019-cu il tarixli 0260003AAFKZ saylı göndərişi əsasında baxılmış və “X1: İ Sinif - Bəzi infeksion və parazitar xəstəliklər => B15-B19 - Virus hepatiti => B18 - Xroniki virus hepatiti => B18.0 - Delta amil ilə gedən xroniki virus mənşəli В hepatiti; Diaqnozun mətni: Dəqiqləşdirilməmiş xroniki virus hepatiti, - Xr.hepatitin kəskinləşməsi. Assit, Digər və dəqiqləşdirilməmiş qaraciyər sirrozu. Pankreatik steatoreya, Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, - “Odlu silah mərmi partlayışından sonrakı sol əlin İİ barmağının distal falanqasının ovuc səthində bir ədəd, sağ əlin İİ barmağının dırnaq falanqsı nahiyəsində bir ədəd, sağ dirsək oynağında bir ədəd, sağ pəncənin alt səthində bir ədəd köhnə çapıq toxumalar, sağ əlin İİ barmağının yumşaq toxumalarının yad cismi (metal qəlpə); Mərkəzə göndərilmənin/lmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: İxtisaslaşmış müalicə müəsissəsində müayinə və müalicə davamı məsləhət görülür” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Daha sonra həmin xəstəxananın xx.xx.2019-cu il tarixli 0260003AAFW6 saylı göndərişi əsasında baxılmış və “X1: İ Sinif - Bəzi infeksion və parazitar xəstəliklər => B15- B19 - Virus hepatiti => B18 - Xroniki virus hepatiti => B18.9 – Dəqiqləşdirilməmiş xroniki virus hepatiti; Diaqnozun mətni: B18.9 Dəqiqləşdirilməmiş xroniki virus hepatiti, Qaraciyərin sirrozu-dekompensassiya mərhələsində. Qaraciyər - hüceyrə çatmamazlığı; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: diaqnoz və ağırlaşmaları təsdiq edən müayinələr ətraflı qeyd olunmayıb” səbəbi ilə imtina verilmişdir. Həmin xəstəxananın xx.xx.2020-ci il tarixli 0260003AAF61 saylı göndərişi əsasında baxılmış və “X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ21 - Miokard infarktı => İ21.1 - Miokardın aşağı divarının kəskin transmural infarktı; Diaqnozun mətni: Miokardın aşağı divarının kəskin transmural infarktı. Sol mədəcik çatmamazlığı. Essensial [birincili] hipertenziya; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Xəstəliyin başlanmasından az vaxt keçib, stasionar müalicə müddəti yetərli deyil, həkim statusu səthi yazılıb. Əvvəlki göndərişdəki diaqnozla indiki diaqnoz tam fərqlidir. İxtisaslaşmış klinikada stasionar müayinə və müalicə təyin olunur” səbəbi ilə imtina verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Bununla əlaqədar, iddiaçının aidiyyəti tibb müəssisəsində əlavə bərpa müalicəsi etdirməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyə edilir. Bakı İnzibati Məhkəməsinin 02 avqust 2022-ci il tarixli, 2-1(112)-1409/2022 saylı qərarı ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı iddia ərizəsinin məzmununa uyğun apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya baxışı zamanı İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, qiymətləndirildiyi 07 dekabr 2019-cu il tarixdən İİ (ikinci) dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin ediməli, Bakı İnzibati Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli, 2-1(112)-6812/2021 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməlidir. İş materiallarından müəyyən olunur ki, İddiaçı əlillik vəziyyəti Zərdab Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2019-cu il tarixli 0260003AAFKZ saylı göndərişi əsasında xx.xx.2019-cu il tarixdə qiymətləndirilmiş və “X1: İ Sinif - Bəzi infeksion və parazitar xəstəliklər => B15-B19 - Virus hepatiti => B18 - Xroniki virus hepatiti => B18.0 - Delta amil ilə gedən xroniki virus mənşəli В hepatiti; Diaqnoz: Dəqiqləşdirilməmiş xroniki virus hepatiti, - Xr.hepatitin kəskinləşməsi. Assit, Digər və dəqiqləşdirilməmiş qaraciyər sirrozu. Pankreatik steatoreya, Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, - “Odlu silah mərmi partlayışından sonrakı sol əlin İİ barmağının distal falanqasının ovuc səthində bir ədəd, sağ əlin İİ barmağının dırnaq falanqası nahiyəsində bir ədəd, sağ dirsək oynağında bir ədəd, sağ pəncənin alt səthində bir ədəd köhnə çapıq toxumalar, sağ əlin İİ barmağının yumşaq toxumalarının yad cismi (metal qəlpə)”; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: İxtisaslaşmış müalicə müsəssisəsində müayinə və müalicə davamı məsləhət görülür” səbəbi ilə əlillik təyinatından imtina edilmişdir. Növbəti dəfə iddiaçının əlillik vəziyyəti Zərdab Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2019-cu il tarixli 0260003AAFW6 saylı göndərişi əsasında xx.xx.2019-cu il tarixdə qiymətləndirilmiş və “X1: İ Sinif - Bəzi infeksion və parazitar xəstəliklər => B15-B19 - Virus hepatiti => B18 - Xroniki virus hepatiti => B18.9 - Dəqiqləşdirilməmiş xroniki virus hepatiti; Diaqnoz: B18.9 Dəqiqləşdirilməmiş xroniki virus hepatiti, Qaraciyərin sirrozudekompensasiya mərhələsində. Qaraciyər - hüceyrə çatmamazlığı, Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: diaqnoz və ağırlaşmaları təsdiq edən müayinələr ətraflı qeyd olunmayıb” səbəbi ilə imtina edilmişdir. Daha sonra iddiaçının əlillik vəziyyəti Zərdab Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2020-ci il tarixli 0260003AAF61 saylı göndərişi əsasında həmin tarixdə qiymətləndirilmiş və “X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ21 - Miokard infarktı => İ21.1 - Miokardın aşağı divarının kəskin transmural infarktı; Diaqnoz: Miokardın aşağı divarının kəskin transmural infarktı. Sol mədəcik çatmamazlığı. Essensial [birincili] hipertenziya. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Xəstəliyin başlanmasından az vaxt keçib, stasionar müalicə müddəti yetərli deyil, həkim statusu səthi yazılıb. Əvvəlki göndərişdəki diaqnozla indiki diaqnoz tam fərqlidir. İxtisaslaşmış klinikada stasionar müayinə və müalicə təyin olunur” səbəbi ilə imtina verilmişdir. İddiaçının əlillik vəziyyəti sonuncu dəfə Zərdab Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli 0274003AALXW saylı göndərişi əsasında qiymətləndirilmiş və “Diaqnoz: Sənədlərlə təsdiqlənmiş spazm ilə müşayiət olunan stenokardiya, ÜİX X2 İİİ FS. Ağırlaşma Z95.5 Koronar angioplastik implantatın və transplantatın olması, Angioplastik stend əməliyyatından sonrakı vəziyyət. Ağırlaşma İ25 Ürəyin xroniki işemik xəstəliyi, infarktdan sonrakı kardioskleroz. Ağırlaşma İ50 Ürək çatmamazlığı, üç İ F.S. Ağırlaşma H90.5 Eşitmənin dəqiqləşdirilməmiş neyrosensor tipli itirilməsi, sağ tərəfli neyrosenser ağır eşitmə İİİ-İV dərəcə. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina verilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7972/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə İddiaçı əyani müayinəyə dəvət edilərək əlillik vəziyyətinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyində qiymətləndirilməsi üçün 1 (bir) aylıq müddət təyin edilmişdir. İddiaçı əyani müayinə olunmuş, əlillik vəziyyəti Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Komissiyasında yenidən yoxlanılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2021-ci il tarixli **********7 saylı əmri ilə yaradılmış 2 nömrəli komissiyanın xx.xx.2022-ci il tarixli, **********1 nömrəli protokoluna əsasən protokola əlavə olunmuş siyahıda adları qeyd edilmiş vətəndaşlara Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq 4 nəfərə əlillik dərəcəsi təyin edilsin, 6 nəfər isə DƏƏTE edilsin, 2 nəfər müalicənin davamı etdirmə qərarı 1 nəfər diaqnoz təsdiqini tapmaması qərarı və bu barədə qərar qəbul edilərək əlillik altsisteminə daxil edilməsi qərara alınmışdır. Protokola əlavə edilmiş siyahıda İddiaçı adı DƏƏTE (diaqnoz əlillik əlaməti təyin etmir) edilsin kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********1 nömrəli məktubda bildirilmişdir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-7972/2021 nömrəli qərardadına əsasən İddiaçı Agentlikdə nəzarət qaydasında müayinə olunması, tibbi sənədlərinin və əlillik vəziyyətinin obyektiv qiymətləndirilməsi məqsədilə qeydiyyat ünvanına xx.xx.2021-ci il tarixli **********1 nömrəli çağırış məktubu göndərilmişdir. İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi üçün xx.xx.2021-ci ildə Agentlikdə mütəxəssislərin iştirakı ilə komissiyada əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir. Belə ki, İddiaçı hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “X2 İİİ fs. Angioplastik stend əməliyyatından sonrakı vəziyyət. Ürəyin xroniki işemik xəstəliyi, infarktdan sonrakı kardioskleroz. Ürək çatışmazlığı” diaqnozu - anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapmamışdır. Bundan irəli gələrək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq İddiaçı barəsində “diaqnoz əlillik əlaməti təyin etməməsi” qərarı verilmişdir Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1409/2022 nömrəli, 18 mart 2022-ci il tarixli qərardadı ilə hazırkı iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X4 ekspertlərinə həvalə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi-Ekspertiza və X6 tərəfindən verilmiş T 197/2022 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki, 1-3. Vətəndaş İddiaçı adına iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı xx.xx.2019-cu il tarixli 0260003AAFW6 saylı, xx.xx.2020-ci il tarixli 0260003AAF61 saylı və xx.xx.2021-ci il tarixli 0274003AALXW göndərişlərində göstərilən diaqnozlar klinik, laborator-instrumental müayinələr əsasında düzgün təyin edilmişdir. xx.xx.2021-ci il tarixli 0274003AALXW göndərişdə qeyd edilən “İ20.0-sənədlərlə təsdiqlənmiş spazm ilə müşayiət olunan stenokardiya, ÜİX, X2 İİİ F.S. Ağırlaşma: koronar angioplastik implantatın və transplantatın olması; angioplastik stent əməliyyatından sonrakı vəziyyət; ürəyin işemik xəstəliyi, infarktdan sonrakı kardioskleroz, ürək çatışmazlığı, İ F.S” diaqnozu nəzərə alınmaqla əsas xəstəlik və ağırlaşmaları ilə əlaqədar şəxsin əyani müayinəsində aşkar edilmiş patomorfoloji dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermədiyinə görə ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin maddələrini aid etmək mümkün olmadı. Qeyd edilən xəstəliklərdən əziyyət çəkən xəstələr stent əməliyyatından sonra təyin edilmiş dərman preparatlarını mütəmadi qəbul edir və vəziyyəti ilə əlaqədar kardioloqa müraciət edirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: 1.2-ci bəndinə görə Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. 1.3-cü bəndinə görə TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.6-cü bəndinə görə əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 1.7-ci bəndinə əsasən şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 2.1-ci bəndinə görə şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3-cü bəndinə görə göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5-ci bəndinə əsasən TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6-cı bəndinə görə qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. 2.9-cu bəndinə əsasən göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2-ci bəndinə əsasən, ikinci dərəcə əlillik xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.2.5. ümumi qidalanmanın kəskin nəzərəçarpan dərəcədə zəifləməsi ilə müşahidə olunan, həzm sisteminin tez-tez residiv verən (ildə azı 4 dəfə) ağır xroniki xəstəlikləri (ümumi qidalanmanın zəifləməsi əsasən boy-çəki əmsalına və qan azlığının səviyyəsinə görə müəyyən edilir, həzm traktının müxtəlif səviyyələrində bu göstəricilər müxtəlif cür dəyişdiyindən ümumi qidalanmanın zəifləmə dərəcəsini nozoloji vahiddən asılı olaraq ekspert təyin edir) (K20-K22.1, K25-K29.9, K31.0-K31.9, K50-K55.9, K58-K60.5, K62- K63.9, K65.8, K71-K77.0, K85-K86.9); İddiaçı adına Zərdab rayon mərkəzi xəstəxanasında tərtib olunmuş xx.xx.2019-cu il tarixli 0260003AAFW6 saylı göndərişdə qeyd olunmuşdur ki, o, xx.xx.2019-cu il tarixdə TSEK-də müayinə olunmuş və bununla əlaqədar xxxxxxx0002 saylı akt tərtib edilmişdir. Müvəqqəti əmək qabiliyyətini itirməmişdir; “X1: İ Sinif - Bəzi infeksion və parazitar xəstəliklər => B15-B19 - virus hepatiti => B18 - xroniki virus hepatiti => B18.9 - Dəqiqləşdirilməmiş xroniki virus hepatiti; Diaqnoz: B18.9 Dəqiqləşdirilməmiş xroniki virus hepatiti, Qaraciyərin sirrozu-dekompensasiya mərhələsində. Qaraciyər - hüceyrə çatmamazlığı, Meyar : İmtina edilir. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: diaqnoz və ağırlaşmaları təsdiq edən müayinələr ətraflı qeyd olunmayıb. Göründüyü kimi iddiaçı barəsində tərtib edilmiş Zərdab Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2019-cu il tarixli 0260003AAFW6 saylı göndərişdə əsasında iddiaçının xx.xx.2019-cu il tarixdə əlillik vəziyyəti qiymətləndirilmiş və “X1: İ Sinif - Bəzi infeksion və parazitar xəstəliklər => B15-B19 - Virus hepatiti => B18 - Xroniki virus hepatiti => B18.9 - Dəqiqləşdirilməmiş xroniki virus hepatiti; Diaqnoz: B18.9 Dəqiqləşdirilməmiş xroniki virus hepatiti, Qaraciyərin sirrozu-dekompensasiya mərhələsində. Qaraciyər hüceyrə çatmamazlığı, Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: diaqnoz və ağırlaşmaları təsdiq edən müayinələr ətraflı qeyd olunmayıb” səbəbi ilə imtina edilmişdir. Bununla əlaqədar, qeyd edilməlidir ki, səhiyyə müəssisəsi tərəfindən iddiaçıya münasibətdə verilmiş göndərişin natamam və yetərsiz olması iddiaçının məsuliyyət sferasına aid edilə və onun ziyanına təfsir oluna bilməz. İnzibati icraat hüququnun tələbləri baxımından cavabdeh normalda göndərişlə bağlı natamam məlumatların tamamlanmasını təmin etmək məqsədi ilə aidiyyəti quruma müraciət etməli və müvafiq məlumatların təqdim olunmasını tələb etməli idi. Yalnız bundan sonra iddiaçıya münasibətdə əlillik dərəcəsinin müəyyən olunması ilə bağlı yekun qərar qəbul edilə bilərdi. Başqa sözlə, məlumatların natamam olması səbəbindən cavabdeh imtina etməkdə haqlı sayıla bilməz. Bu eyni zamanda səmərəli və qənaətcil idarəçilik prinsiplərindən irəli gəlir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi-Ekspertiza və X6 tərəfindən verilmiş T 197/2022 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki, 1-3. Vətəndaş İddiaçı adına iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı xx.xx.2019-cu il tarixli 0260003AAFW6 saylı, xx.xx.2020-ci il tarixli 0260003AAF61 saylı və xx.xx.2021-ci il tarixli 0274003AALXW göndərişlərində göstərilən diaqnozlar klinik, laborator-instrumental müayinələr əsasında düzgün təyin edilmişdir. Apellyasiya baxışı zamanı Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(103)-731/2023 saylı, 02 fevral 2023-cü il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə tibbi ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi-Ekspertiza və X6 tərəfindən verilmiş T 198/2023 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki, 1,2. Vətəndaş İddiaçı adına iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı xx.xx.2019-cu il tarixli 0260003AAFW6 saylı, xx.xx.2020-ci il tarixli 0260003AAF61 saylı və xx.xx.2021-ci il tarixli 0274003AALXW göndərişlərində göstərilən diaqnozlar klinik, laborator-instrumental müayinələr əsasında düzgün təyin edilsə də, xx.xx.2019-cu il tarixli 0260003AAFW6 saylı göndərişdə qeyd edilən diaqnozlarla, digər iki (xx.xx.2020-ci il tarixli 0260003AAF61 saylı və xx.xx.2021-ci il tarixli 0274003AALXW) göndərişlərində qeyd edilən diaqnozlar tam fərqli diaqnozlardır. Belə ki, İ göndərişdə olan diaqnozlar “Qaraciyər patologiyasıdır, son iki göndərişdə olan patologiyalar isə “İ20.0-sənədlərlə təsdiqlənmiş spazm ilə müşayiət olunan stenokardiya, ÜİX, X2 İİİ F.S. Ağırlaşma: koronar angioplastik implantatın və transplantatın olması; angioplastik stent əməliyyatından sonrakı vəziyyət; ürəyin işemik xəstəliyi, infarktdan sonrakı kardioskleroz, ürək çatışmazlığı, İ F.S” isə ürək xəstəlikləri ilə əlaqədardır. Son gödərişdəki xəstəliklərlə əlaqədar o, “X9”ə göndərilərkən onun həmin xəstəliklərdən əziyyət çəkməsi instrumental müayinədə də təsdiq olundu. 3. Əlilliklə əlaqədar sualın həlli məhkəmə tibb ekspertlərinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyalarının səlahiyyətlərinə aiddir. 4. Qeyd edilən xəstəliklərin tam reabilitasiyası mümkün deyildir. Belə xəstələr stent əməliyyatından sonra təyin edilmiş dərman preparatlarını mütəmadi qəbul edir və vəziyyətinin ağırlığı ilə əlaqədar istər stasionar, istərsə də ambulator müalicəyə cəlb oluna bilər. Zərdab Rayon Mərkəzi Xəstəxanası tərəfindən iddiaçı barəsində tərtib olunmuş Forma 88 - 0260003AAFW6 nömrəli göndərişə əsasən, TSEK-ə göndəriş zamanı əsas diaqnozu XBT 10 (X1 10-cu baxış) əsasən: əsas diaqnoz – B18.9 “Dəqiqləşdirilməmiş xroniki virus hepatiti, Qaraciyərin sirrozu-dekompensassiya mərhələsində. Qaraciyərhüceyrə çatışmazlığı; ağırlaşmaları - XBT 10-a uyğun olaraq: K74.6 Digər və dəqiqləşdirilməmiş qaraciyər sirrozu, Qaraciyərin sirrozu-dekompensassiya mərhələsində. Qaraciyər-hüceyrə çatışmazlığı; R18 Assit, K90.3 Pankreatik steatoreya, G93.4. Dəqiqləşdirilməmiş ensefalopatiya, R16.0 Başqa rubrikalarda təsnif olunmayan hepatomeqaliya; Y36.4 Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə olan “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti” cədvəlində XBT10-əsas diaqnoz qaraciyərin fibrozu və sirrozu K74 kodu ilə əks olunmuşdur. Kollegiya qeyd edir ki, səhiyyə müəssisəsi tərəfindən təqdim edilən Forma 88 arayışına əsasən XBT 10-a əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2.5-ci maddəsinə əsasən, ikinci dərəcə əlilliyin təyin edilməsinə tibbi göstəriş olan xəstəliklər (“X1: İ Sinif - Bəzi infeksion və parazitar xəstəliklər => B15-B19 - Virus hepatiti => B18 - Xroniki virus hepatiti => B18.9 - Dəqiqləşdirilməmiş xroniki virus hepatiti; Diaqnoz: B18.9 Dəqiqləşdirilməmiş xroniki virus hepatiti, Qaraciyərin sirrozu-dekompensasiya mərhələsində. Qaraciyər - hüceyrə çatmamazlığı) göstərilməsinə və həmin xəstəliklərlə bağlı uzun müddət stasinar müalicədə olmasına və Forma 88 arayışına əsasən həmin xəstəliklərin diaqnozu diaqnostik müayinələrlə təsdiq olunmasına baxmayaraq İddiaçı ikinci qrup əlilliyin təyin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının əlillik vəziyyəti Zərdab Rayon Mərkəzi Xəstəxanası tərəfindən iddiaçı barəsində tərtib olunmuş Forma 88 - 0260003AAFW6 nömrəli göndərişdə xx.xx.2019-cu il tarixdə qiymətləndirildiyi vaxt qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2.5-ci maddəsində nəzərdə tutulmuş xəstəliklərdən (ümumi qidalanmanın kəskin nəzərəçarpan dərəcədə zəifləməsi ilə müşahidə olunan, həzm sisteminin tez-tez residiv verən (ildə azı 4 dəfə) ağır xroniki xəstəlikləri (ümumi qidalanmanın zəifləməsi əsasən boy-çəki əmsalına və qan azlığının səviyyəsinə görə müəyyən edilir, həzm traktının müxtəlif səviyyələrində bu göstəricilər müxtəlif cür dəyişdiyindən ümumi qidalanmanın zəifləmə dərəcəsini nozoloji vahiddən asılı olaraq ekspert təyin edir) (K20-K22.1, K25-K29.9, K31.0-K31.9, K50-K55.9, K58-K60.5, K62-K63.9, K65.8, K71-K77.0, K85-K86.9)) XBT10-əsas diaqnoz qaraciyərin fibrozu və sirrozu K74 kodu ilə əks olunmuşdur. Həmin forma 88 arayışına əsasən qeyd edilən xəstəliklə əlaqədar pasient əyani olaraq (infeksionist tərəfindən) və diaqnostik (USM və dopleroqrafiya) müayinə olunmuş və müayinələrin nəticələri qeyd edilmişdir. İddiaçının digər xəstəliklərlə bağlı əlillik təyininə dair növbəti müraciəti (stenokardiya) onun qeyd edilən xəstəlikdən (qaraciyərin fibrozu və sirrozu) əziyyət çəkdiyini və müvafiq əsaslar olduğu təqdirdə əlilliyinin təyin olunması hüququnu istisna etmir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və cavabdehin ikinci qrup əlil təyin edilməsindən imtinası qanunsuz olmuşdur. Odur ki, iddia təmin edilməlidir. Həmçinin, kollegiya qeyd edir ki, Zərdab rayonu Həkim Məsləhət Komissiyası tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasına (VSEK-ə) 88 nömrəli forma təkrar olaraq 3 dəfə təqdim edilmişdir. Lakin müsbət heç nə əldə edə bilməmişdir. xx.xx.2019-cu il tarixli 0260003AAFW6 saylı göndərişdən sonra iddiaçının haqqında elektron qaydada göndərilən forma 88-ə dəfələrlə imtina edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 02 avqust 2022-ci il tarixli, 2-1(112)-1409/2022 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi təmin edilməli, İddiaçı qiymətləndirildiyi 07 dekabr 2019-cu il tarixdən İİ (ikinci) dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 02 avqust 2022-ci il tarixli, 2-1(112)-1409/2022 saylı qərarı ləğv edilsin, iş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. İddiaçı qiymətləndirildiyi 07 dekabr 2019-cu il tarixdən İİ (ikinci) dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Vüsalə Baxışova Raqib Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar