Məhkəmə qərarları › İş №2-1(103)-731/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-731/2024

22.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-731/2024 22.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə qarşı “qeydiyyatdan çıxarma” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X21 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X11 və X18 ibarət tərkibdə, X17-Yusiflinin katibliyi ilə, Üçüncü şəxs X12 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə qarşı “qeydiyyatdan çıxarma” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10195/2023 saylı 21 avqust 2023-cü il tarixli qərarından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə 22 may 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiyası və qiymətləndirilməsinə aid pasporta əsasən ünvan 3 ünvanda yerləşən əmlak X7 verilmişdir. 10 saylı Notariat ofisinin məktubundan görünür ki, iddiaçılar tərəfindən həmin ünvanda yerləşən yaşayış sahəsi ilə bağlı X4 vəfati ilə bağlı vərəsəlik işinin açılması üçün müraciət edilmiş, vərəsələrin dairəsi müəyyən edilmişdir. Hövsan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışlarından görünür ki, Q.Ağakişiyeva, H.Ağakişiyev, T.Ağakişiyev, Z.Ağakişiyev, Hüseyn Ağakişiyev Məktəb küçəsi 29 saylı evdə yaşamaqdadır. Mərhum M.Ağakişiyev Məktəb küçəsi 17 (29) saylı evdə qeydiyyatda olmuş, göstərilən ünvanda yerləşən ev və torpaq sahəsi vətəndaşa məxsus olmuşdur. Həmin ünvan Məktəb küçəsi 29-la eyni ünvandır. İddiaçı2 hazırki tələblə cavabdeh Suraxanı Rayon Polis İdarəsinə müraciət etmiş, lakin cavabdehin xx.xx.2022-ci il tarixli məktubu ilə tələbin təmin olunmasından imtina olunmuşdur. Bundan sonra iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə qarşı məhkəməyə müraciət edərək, X10, X22, X13, X8, X14 və X9 adlı şəxslərin ünvan 5 ünvanında yerləşən yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Suraxanı Rayon Polis İdarəsinə həvalə edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə hazırkı iş üzrə X10, X22, X13, X8, X15 və X9 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmə qaydasında cəlb edilmişlər. İddianın əsaslandırılması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiyası və qiymətləndirilməsinə aid pasporta əsasən mərhum X16 yaşayış sahəsinin mülkiyyətçisi olmuşdur ki, iddiaçılar həmin şəxsin vərəsələridir. Həmin yaşayış sahəsində tanımadıqları şəxslər yaşayış yeri üzrə qeydiyyatdadır ki, adıçəkilən şəxslərin qeydiyyatdan çıxarılması zərurəti mövcuddur. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz məhkəməyə təqdim edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10195/2023 saylı 21 avqust 2023-cü il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, həmin qərar qanunsuz və əsassızdır. İlk növbədə ona görə ki, qərarın təsviri-əsaslandırma hissəsi məhkəmə araşdırması gedişində əldə edilmiş və təqdim edilmiş müvafiq mötəbər sübutlara deyil, faktların təhrif edilməsi məqsədinə söykənmişdir. Belə olan təqdirdə də faktlar nöqteyi nəzərindən həmin qərar maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsinə əsaslana bilməz. İş materiallarından görünür ki, məhkəməyə ünvan 6 ünvanına dair hüquqmüəyyənedici sənəd növündə Azərbaycan SSR Mənzil-Kommunal Təsərrüfat Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiyası və qiymətləndirilməsinə aid pasport təqdim edilmişdir. Həmin pasporta müvafiq olaraq o, iddiaçılar 10 saylı notariat ofisində açılmış vərəsəlik işi üzrə mərhum X4 vərəsələri olaraq tanınmışlar. İş materiallarında bununla bağlı notariat ofisinin arayışı mövcuddur. Həmin arayışa əsasən vərəsələrin dairəsi müəyyən edilmişdir. İddiaçılarla müqayisədə iş üzrə icraata cəlb edilmiş üçüncü şəxslər tərəfindən qeyd olunan ünvana dair ev dəftərçəsi xaricində heç bir hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Təqdim edilmiş ev dəftərçəsi isə hüquqmüəyyənedici sənəd kimi mövcud qanunvericilik tərəfindən tanınmadığından əhəmiyyətsizdir. Digər tərəfdən təqdim edilmiş həmin ev dəftərçəsinə vizual baxışla müəyyən etmək mümkündür ki, dəftərçənin üzərində rus dilində olmaqla sonradan qələm vasitəsilə “Школьная 29" qeyd edilmiş, ünvan haqqında digər məlumatın üzərindən isə qismən xətt çəkilmişdir. Bu da ilk növbədə onu təsdiq edir ki, üçüncü şəxslərin yaşayış ünvanı əslində Məktəb küçəsi: ev 29 olmamış, sonradan bu barədə ona məlum olmayan səbəblərdən dolayı təqdim olunmuş ev dəftərçəsinin üzərinə rus dilində “Школьная 29" ünvanı əlavə edilmiş, həqiqi olan ünvanının üzərində isə qismən olmaqla xətt çəkilmişdir. Bundan başqa məhkəməyə təqdim edilmiş hüquqmüəyyənedici sənədlə bərabər, həmçinin ev dəftərçəsi də təqdim olunmuşdur. Həmin ev dəftərçəsinin üzərində əks olunmuş məlumatdan görmək mümkündür ki, ev dəftərçəsi Məktəb küçəsi: ev 29 ünvanına, yəni vərəsəsi olduqları şəxsin mülkiyyətçisi olduğu evə aiddir. Bu da onu təsdiq edir ki, həmin ünvan rekviziti ilk gündən üçüncü şəxslərə yox, məhz onun yaşadığı fərdi yaşayış evinə aid olmuşdur. Məhkəmə özünün xidməti vəzifəsinə görə əldə etdiyi sübutlara da düzgün hüquqi qiymət verməmişdir. Belə ki, məhkəmə sorğusuna əsasən məhkəməyə daxil olmuş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin 05 iyul 2023-cü il tarixli məktubundan aydın olur ki, iş üzrə icraata üçüncü şəxs qismində cəlb edilmiş və qeydiyyatdan çıxarılması tələb olunan şəxslər ünvan 7 ünvanı üzrə qeydiyyata alınmışlar. Bu fakt onlara məhkəmə araşdırması zamanı agah olmuşdur. Məktəb və Məktəbli küçələri Suraxanı rayonu ərazisində yerləşən ayrı-ayrı küçələrdir. Belə olan halda sözügedən şəxslərin əslində Məktəb küçəsi ev 29 ünvanında deyil, Məktəbli küçəsi: ev 29 ünvanında qeydiyyatda olması müəyyən olunur. Məlum şəxslərin şəxsiyyət vəsiqələrindən də bunu aydın etmək mümkündür. Bütün bunlar da nəticə etibarı ilə onu təsdiq edir ki, qeyd olunan məsələdə səhv məhz müvafiq dövlət orqanlarına aiddir. Hazırkı işdə və hazırki halda cavabdeh olan dövlət orqanı Suraxanı RPİ-dir. Qeyd olunan hallara baxmayaraq, məhkəmə həmin hallara hüquqi cəhətdən düzgün və obyektiv qiymət verməmiş, bununla da nəticəsi işin faktiki hallarına uyğun olmayan qanunsuz, əsassız və ədalətsiz qərarın qəbulu ilə kifayətlənmişdir. Məhkəmə birmənalı olaraq nəzərə almaq istəməmişdir ki, dövlət orqanın səhvləri maraqlı şəxsin hesabına düzəldilə bilməz. Ona görə də qanuni, ədalətli və düzgün qərarın qəbulu naminə məhkəmənin sözügedən qərarının apellyasiya qaydasında mübahisələndirmək və ləğvini tələb etmək üçün yetərli əsaslar mövcuddur. Tərəflərin izahatları: Üçüncü şəxs X22 iddia tələbinin və apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı tərəflər və digər üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsalar da, məhkəmə iclasında iştiraklarını təmin etməmişlər. Cavabdeh inzibati orqanın xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş məktubunun məzmunundan görünür ki, işə onların nümayəndəsinin iştirakı olmadan baxılması xahiş edilmişdir. İnzibati məhkəmə icraatının iştiraçısı hazırki işə onların iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə iddiaçılar İddiaçı1 və İddiaçı2, cavabdeh Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin nümayəndəsinin və 3-cü şəxslər X10 və digərlərinin iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olan yazılı izahatlarında bildirmişlər ki, Bakı şəhəri, Suraxanı rayonu, Məktəb küçəsində yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını təsdiq edən, vərəsəlik işi əsasında əldə etdiyi çıxarışı birinci instansiya məhkəməsinin qərarından sonra əldə etmişlər. Qeyd olunan çıxarışın əldə edilməsi bir daha onu təsdiq edir ki, sözügedən ünvanda yerləşən yaşayış sahəsi ilə bağlı onların qanuni gözlənti hüququ var və belə hüququn reallaşması artıq müşkül görsənmir. Lakin eyni hal iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş şəxslər üçün keçərli deyil. Bunu iş materiallarında olan sübutlar, ən əsası üçüncü şəxslərin yaşayış yeri üzrə qeydiyyat ünvanlarının şəxsiyyət vəsiqələrində “Məktəbli” küçəsi kimi göstərilməsi açıq-aydın təsdiq edir. Odur ki, qeyd olunanları nəzərə alaraq, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarının ləğvi və iddia tələbinin təmin edilməsi haqqında yeni qərar qəbul edilməsi xahiş olunur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırda iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə qarşı tələbi “X10, X22, X13, X8, X14 və X9 adlı şəxslərin ünvan 5 ünvanında yerləşən yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılması” barədədir. Qeyd olunan tələblə iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra iddiaçılar hazırki iddia ilə məhkəməyə müraciət etmiş, lakin onların iddiası məhkəmə tərəfindən təmin edilməmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddianın təmin olunmaması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların da qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Qanunun 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər”. Hazırkı işdən müəyyən olunur ki, Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiyası və qiymətləndirilməsinə aid pasporta əsasən ünvan 8 ünvanda yerləşən əmlak X7 verilmişdir. Daha sonra X4 vəfatından sonra iddiaçılar tərəfindən həmin ünvanda yerləşən yaşayış sahəsi ilə bağlı vərəsəlik işinin açılması üçün müraciət edilmiş və müraciət olunan Notariat ofisi tərəfindən vərəsələrin dairəsi müəyyən edilmişdir. Bundan sonra iddiaçılar eyni ünvan göstəricisində qeydiyyatında olan X3, X12, X5, X1, X6 və X2 qeydiyyatdan çıxarılmasını tələb etmişlər. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçıların qeydiyyatdan çıxarılmasını tələb etdiyi eyni ünvan göstəricisinə malik şəxslər başqa bir daşınmaz əmlakın istifadəçiləridirlər. İddiaçıların mülkiyyətində olan əmlaka dair ünvan göstəricisi əvvəllər 17 nömrəli olsa da, sonradan 29 ünvanına dəyişdirilmiş (texniki sənədlərdə bu barədə düzəliş mövcuddur), eyni ünvan göstəricisinə malik olan digər yaşayış sahəsi isə üçüncü şəxslərin istifadəsindədir. Belə ki, üçüncü şəxslərin təqdim etdiyi ev dəftərindən görünür ki, onların yaşadığı evin ünvanı əvvəldən “Məktəb küçəsi, 29” olmuşdur. Hövsan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin birinci instansiya məhkəməsinə təqdim etdiyi arayışlardan görünür ki, Q.Ağakişiyeva, H.Ağakişiyev, T.Ağakişiyev, Z.Ağakişiyev, Hüseyn Ağakişiyev Məktəb küçəsi 29 saylı evdə yaşamaqdadırlar. Mərhum M.Ağakişiyev Məktəb küçəsi 17 (29) saylı evdə qeydiyyatda olub, göstərilən ünvanda yerləşən ev və torpaq sahəsi vətəndaşa məxsus olub. Həmin ünvan Məktəb küçəsi 29-la eyni ünvandır. Həmin nümayəndəliyin birinci instansiya məhkəməsinə ünvanladığı digər məktubdan görünür ki, N.Mailov, N.Quliyeva, T.Mailova, S.Almasova, G.Salmanova da Məktəb küçəsi, ev 29 ünvanda yaşamaqdadırlar. Apellyasiya baxışı zamanı məlum olmuşdu ki, iddiaçılar Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məktəb küçəsi, Yeni qaydalarla: AZ 1088, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 163-cü Hövsan küçəsi 63 ünvanında yerləşən daşınmaz əmlaka ********** qeydiyyat nömrəli xx.xx.2023-cü il tarixli reyestrdən çıxarış əldə etmişlər. Həmin reyestrdən çıxarışa əsasən iddiaçıların həmin daşınmaz əmlak üzərində payları ½ : ½ müəyyən olunmuşdur. Məhkəmə kollegiyası tərəfindən iddiaçılara mülkiyyətçi olaraq yeni ünvan verildiyi nəzərə alınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məktəb küçəsi, 29 (yeni qaydalarla: ünvan 9 ünvanında qeydiyyatda olan şəxslərin siyahısının məhkəməyə təqdim edilməsi barədə məhkəmə sorğusu göndərilmişdir. Həmin sorğuya cavab məktubu ilə bildirilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məktəb küçəsi, ev 29 (Yeni qaydalarla: ünvan 10 ünvanında Ağakişiyev Tural, Salmanova Günay, Ağakişiyev Hümrus, Əsədova Fatimə və Quliyeva Nərminə qeydiyyatdadırlar. Beləliklə, iddiaçıların qeydiyyatdan çıxarılmasını tələb etdiyi üçüncü şəxslər təqdim etdikləri ev dəftərindəki məlumatlara əsasən iddiaçılara məxsus daşınmaz əmlakdan tamamilə başqa yerdə yerləşən, başqa daşınmaz əmlakın istifadəçiləri olmaqla yanaşı, Məktəb küçəsi, 29 ünvanında qeydiyyatdadırlar, orada yaşayırlar və həmin ünvandakı üçüncü şəxslərin yaşadığı ev özbaşına tikili statusunda da deyildir. Azərbaycan Respublikasının Prezidentinin 27 noyabr 2008-ci il tarixli 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nın 1.4-cü bəndinə görə ünvan reyestri daşınmaz əmlakın vahid kadastrı ilə əlaqələndirilməklə, məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən və onların fərdiləşdirilməsini təmin edən məlumat bazasıdır. Ünvan reyestri ünvan istifadəçilərini ünvanla bağlı zəruri informasiya ilə təmin etmək məqsədi ilə tərtib edilir və aparılır. Həmin Qaydaların 3.7-ci bəndinə görə daşınmaz əmlak obyektinin ünvanı təkrarolunmaz olmaqla, aşağıdakı rekvizitlərdən ibarətdir: 3.7.1. ərazi vahidinin adı və kodlaşdırılmış nömrəsi; 3.7.2. nəqliyyat infrastrukturu obyektinin adı (adları) və kodlaşdırılmış nömrəsi (nömrələri); 3.7.3. ünvan verilmiş daşınmaz əmlak obyektinin növü; 3.7.4. daşınmaz əmlak obyektinin fərdiləşdirilməni təmin edən rəqəmlərdən və zəruri hallarda onlara əlavə edilmiş hərflərdən və (və ya) işarələrdən ibarət ünvan nömrəsi; 3.7.5. daşınmaz tarix və mədəniyyət abidəsi olub-olmamasına dair qeyd; 3.7.6. daşınmaz əmlak obyektinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 220.8.1-ci maddəsinə uyğun olaraq ərazi üzrə zonası (Bakı şəhəri, habelə onun qəsəbə və kəndlərində yerləşən torpaq (kənd təsərrüfatı təyinatlı torpaq sahələri istisna olmaqla), yaşayış və qeyri-yaşayış sahələrinə münasibətdə). Həmin Qaydaların 3.8-ci bəndinə əsasən daşınmaz əmlak obyektinin ünvanının bu qaydaların 3.7.4-cü bəndində göstərilən rekvizitinin (ünvan nömrəsinin) müəyyənləşdirilməsi Komitə tərəfindən bu Qaydalara uyğun olaraq həyata keçirilir. Həmin Qaydaların 3.9-cu bəndinə əsasən çoxmənzilli binaların, fərdi yaşayış evlərinin, qeyri-yaşayış sahələrinin və onların tərkib hissələrinin girişlərinə ünvan verilir. Hər bir girişə nəqliyyat infrastrukturu obyektinin başlanğıcından sağdakılara cüt, soldakılara tək olmaqla ünvan nömrəsi verilir. Nəqliyyat infrastrukturu obyektinə çıxışı olan torpaq sahələrinə və onlar üzərindəki qurğulara ünvan verilir. Həmin Qaydaların 4.2-ci bəndinə görə dövlət orqanları və bələdiyyələr, hüquqi və fiziki şəxslər bu qaydalara uyğun olaraq, rəsmi sənədlərdə yalnız ünvan reyestrinə daxil edilmiş ünvanlardan istifadə etməlidirlər. Bu Qaydalara uyğun olaraq daşınmaz əmlak obyektlərinə ünvan verilməsi və ya ünvanın dəyişdirilməsi barədə məlumat 7 gün müddətində Komitə tərəfindən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndərilir. Daşınmaz əmlak obyektinin ünvanı dəyişdirildikdə, Komitə obyektin mülkiyyətçisinə bu barədə məlumat verir. Hazırki işdə iddiaçılar yaşadıqları ünvana dair yeni mülkiyyət hüququnun qeydiyyata alınıb reyestrdən çıxarış əldə etsələr də, məhkəmə araşdırmaları zamanı məlum oldu ki, iddiaçılara verilmiş yeni ünvan əvvəlki “Məktəb küçəsi, 29” ünvanıdır ki, üçüncü şəxslər də təqdim etdikləri ev dəftərinə əsasən məhz həmin ünvan göstəricisi altında qeydiyyatdadırlar, lakin tamamilə başqa daşınmaz əmlakda yaşayırlar, hansı ki, həmin daşınmaz əmlak da yuxarıda qeyd olunduğu kimi, özbaşına tikili statusunda deyildir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların eyni ünvan göstəricisində qeydiyyatda olan üçüncü şəxslərin (həmin üçüncü şəxslərin yaşadıqları başqa daşınmaz əmlakla bağlı hüquqlarını müəyyən edən ev dəftəri mövcuddur, hansı ki, həmin sənəd də onlara əmlak üzərində hüquqlarının qeydiyyata alınmasında gözlənti hüququnu verir) qeydiyyatdan çıxarılmasını tələb etməsi əsassızdır. Buna görə də birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçıların iddiasının rədd edilməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İddiaçıların apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası hesab edir ki, həmin dəlillər əsassız olub, qanuni və əsaslı olan məhkəmə qərarının ləğv edilib, iddianın təmin olunması üçün əsas yaratmır. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğundan qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10195/2023 saylı 21 avqust 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X29 Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar