Məhkəmə qərarları › İş №2-1(103)-732/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-732/2022

02.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-732/2022 02.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X3 Cavabdeh Bakı şəhəri Nizami rayonu Keşlə Bələdiyyəsinə qarşı “02.07.2020-ci il tarixli tədiyyə bildirişinin və 17 saylı 11.08.2020-ci il tarixli qərarının ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X6 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, X5-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil Rüfət oğlunun, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı X3 cavabdeh Bakı şəhəri Nizami rayonu Keşlə Bələdiyyəsinə qarşı “02.07.2020-ci il tarixli tədiyyə bildirişinin və 17 saylı 11.08.2020-ci il tarixli qərarının ləğv edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7807/2021 saylı 27 oktyabr 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 02 mart 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Bakı şəhəri Nizami rayon Keşlə Bələdiyyəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Nizami rayon Keşlə Bələdiyyəsinin 2020-ci il üçün tərtib edilmiş **********7900 saylı 02 iyul 2020-ci il tarixli tədiyyə bildirişinin və “Torpaq və Əmlak vergisinin ödənilməsi haqqında” Bakı şəhəri Nizami rayonu Keşlə Bələdiyyəsinin 17 saylı, 11 avqust 2020-ci il tarixli qərarının əsassız hesab edilərək ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7807/2021 saylı 27 oktyabr 2021-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmışdır. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi və vəkili Vəkil Rüfət oğlu iddia ərizəsini, apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırki işdən müəyyən olunur ki, iddiaçı X3 cavabdeh Bakı şəhəri Nizami rayonu Keşlə Bələdiyyəsinə qarşı tələbi “cavabdeh inzibati oranın 02.07.2020-ci il tarixli tədiyyə bildirişinin və 17 saylı 11.08.2020-ci il tarixli qərarının ləğv edilməsi” barədədir. Bununla bağlı o, məhkəməyə müraciət etmiş, lakin iddiası təmin edilməmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçı tərəfindən qanunvericiliyin tələbləri pozulmaqla, mülkiyyətində olan daşınmaz əmlak və həmin əmlakın yerləşdiyi ərazidə istifadəsində olan torpaq sahəsi ilə bağlı yerli vergilərin (bələdiyyə vergiləri) qanunla müəyyən olunmuş müddətdə ödənilmədiyi üçün cavabdeh tərəfindən qeyd olunan qərarın qəbul edilməklə, icra olunması üçün müvafiq İcra və probasiya şöbəsinə göndərilməsinə istinad edərək iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə iddiaçının iddiasını qərarında qeyd olunanlarla bağlı təmin etməməklə düzgün nəticəyə gəlməmişdir. İş materiallarında olan ünvan 3 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Bakı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* №li Çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətindədir. Qeyd olunan çıxarışda torpaq sahəsinin ölçüsü 0,759001, torpaq sahəsi üzərində hüququn növü “istifadə” kimi qeyd olunmuşdur. Azərbaycan Respublikası ƏMDK Əmlakın Texniki İnventarlaşdırması Bürosu tərəfindən Bakı şəhəri, Nizami rayonu, 8-ci Köndələn küçəsi-2 ünvanda yerləşən Qeyri yaşayış sahəsi-X1 aid 25.05.2009-cu il tarixdə tərtib olunmuş 003413 №li “Müəssissə və obyektin Daşınmaz Əmlakının Texniki pasportu”nun “Torpaq sahəsinin təsnifatı”nda torpaq sahəsinin faktiki ölçüsü 19245,8 kv. metr, ümumi tikinti altı sahə 8743,4 kv. metr kimi göstərilmişdir. Bakı şəhəri Nizami rayon Keşlə Bələdiyyəsinin iclasının 17 saylı protokolunun 11 avqust 2020-ci il tarixli “Torpaq və əmlak vergisinin ödənilməsi haqqında” qərarından görünür ki, Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 198.1.1, 206.3 və 59.1-ci maddələrinə, “Bələdiyyənin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə və “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa istinad edilərək, Vət. İddiaçı 20671 manat 27 qəpik məbləğində vergi borcunun tutulması qərara alınmış, qərar icra olunması üçün Bakı şəhər Nəsimi rayon İcra və probasiya şöbəsinə və vətəndaşa göndərilmişdir. Bakı şəhəri Nizami rayon Keşlə Bələdiyyəsinin 2020-ci il üçün tərtib edilmiş **********7900 saylı 02 iyul 2020-ci il tarixli tədiyyə bildirişində ödəyici (iddiaçı) tərəfindən ödənilməli məbləğ kimi 26612,07 manat göstərilmişdir. Bakı şəhəri Nizami rayon Keşlə Bələdiyyəsi tərəfindən İddiaçı ünvanlanmış 21 oktyabr 2019-cu il tarixli 130-K №li və 06 iyul 2020-ci il tarixli, 78-K №li məktublardan görünür ki, sonuncuya Keşlə bələdiyyəsinin tədiyyə bildirişində göstərilən borcun ödənilməsi tələb olunmuşdur. Cavabdeh Nizami rayonu Keşlə Bələdiyyəsi tərəfindən iddiaçıya ünvanlanmış 21.10.2019-cu il tarixli məktubdan görünür ki, ona torpaq və əmlak vergisi olmaqla ümumilikdə 22555.17 manat məbləğində borcu olması barədə məktub göndərilmiş və sözügedən məktub 25.10.2019-cu il tarixdə qəbul edilmişdir. Həmçinin cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış 06.07.2020-ci il tarixli məktubdan görünür ki, ona torpaq və əmlak vergisi olmaqla ümumilikdə 20846 manat məbləğində borcu olması barədə məktub göndərilmiş və sözügedən məktub 25.10.2019-cu il tarixdə qəbul edilmişdir. Hazırki işin apellyasiya baxışı zamanı inzibati icraat materiallarının, o cümlədən Nizami rayonu Keşlə bələdiyyəsinin 17 saylı 11 avqust 2020-ci il tarixli qərarının qəbul edilməsi ilə bağlı iddiaçı X3 məlumatlandırılıb-məlumatlandırılmaması, bələdiyyə qərarının ona təqdim edilib-edilməməsi, həmçinin bələdiyyə qərarı ilə hesablanmış verginin hesablanma qaydası barədə məhkəməyə məlumat verilməsi, bələdiyyə qərarı iddiaçıya təqdim edildiyi təqdirdə hansı tarixdə təqdim edilməsinə dair sübutların məhkəməyə təqdim edilməsi üçün Nizami rayonu Keşlə Bələdiyyəsinə sorğu göndərilmişdir. Həmin sorğuya cavab olaraq apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş Nizami rayonu Keşlə Bələdiyyəsinin 02.03.2022-ci il tarixli məktubundan görünür ki, Keşlə bələdiyyəsinin 11-k saylı 25.01.2022-ci il tarixli məktubunda İddiaçı məxsus obyektə görə torpaq və əmlak vergisinin ödənilməsi haqqında hələ 21.10.2019-cu il tarixdə 130-k saylı məktubla Məryəm Səfərovanın qeydiyyatda olduğu ünvana poçt vasitəsilə, ona məxsus obyektin ünvanına isə 131-k saylı 21.10.2019cu il tarixli məktubla poçt vasitəsilə xəbərdarlıq məktubları göndərilmişdir. İddiaçı qeydiyyatda olduğu ünvana məktub çatmamış, səbəb kimi evdə olmaması göstərilmiş (surəti əlavə olunur), obyektin ünvanına isə məktub çatmış və rəsmən qəbul edilmişdir (surəti əlavə olunur). Məryəm Səfərova vergi borcunu bu müddət ərzində hissə-hissə ödəməyə davam etmişdir. Ancaq borcun məbləği çox olduğundan hər ay ödənilən 400 manat ümumi borcun tam ödənilməsinə çatmamaqla borcun məbləği getdikcə artmaqda davam etmişdir. Keşlə bələdiyyəsi 17 saylı 11.08.2020-ci il tarixli qərar qəbul edilmədən öncə vergi borcunun ödənilməsi barəsində, ödənilməyəcəyi təqdirdə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən müvafiq qərarın qəbul ediləcəyi barədə 78- k saylı 06.07.2020-ci il tarixli xəbərdarlıq məktubu vət.İddiaçı qeydiyyatda olduğu ünvana poçt vasitəsi ilə (surəti əlavə olunur), ona məxsus obyektin ünvanına YAPS vasitəsi ilə göndərilmiş, lakin onun qeydiyyatda olduğu ünvanda yaşamadığı üçün məktub çatmamış, ancaq obyektin ünvanına çatdırılmışdır (surəti əlavə olunur). İddiaçı yenə də borcun tam ödənilməsini təmin etməmiş, hissə-hissə (ayda 400 manat-500 manat məbləğində) ödəniş etməkdə davam etmişdir. Bundan sonra Keşlə bələdiyyəsi onun barəsində qeyd olunan 17 saylı 11.08.2020-ci il tarixli qərar qəbul edərək borcun ödənilməsini təmin etmək üçün vət.İddiaçı qeydiyyatda olduğu Nəsimi rayon İcra və probasiya şöbəsinə, məlumat üçün isə ona məxsus obyektin ünvanına poçt vasitəsilə göndərilmişdir (səbəb onun qeydiyyatda olduğu ünvanda deyil, ABŞ-da yaşamasıdır). Bundan sonra da Məryəm Səfərova borcun 12.03.2021-ci il tarixə qədər hər ay hissəhissə (400-500 manat olmaqla) ödəməyə davam etmişdir. Vergi borcunun hesablanması qaydası Keşlə Bələdiyyəsinin 11-k saylı 25.01.2022-ci il tarixli məktubunda göstərilmişdir. İddiaçı müxtəlif bəhanələrlə vergi borcunun ödənilməməsi üçün heç bir səbəb olmadan müxtəlif bəhanələrlə vaxtı uzatmağa davam etmişdir. Qərraın surətinin evə deyil müəssisəyə göndərilməsinin səbəbi Məryəm Səfərovanın ölkədə olmadığı olmuşdur. Beləliklə, apellyasiya baxışı zamanı müəyyən olundu ki, işə birinci instansiya qaydasında baxmış məhkəmə tərəfindən cavabdehin müəyyən edilmiş inzibati icraatın məcburi prosedur qaydalarına riayət edib-etmədiyi, cavabdeh inzibati orqan tərəfindən 17 saylı 11 avqust 2020-ci il tarixli qərar qəbul edilərkən iddiaçıya məlumatın verilibverilmədiyi, inzibati icraatın aparılması zamanı iddiaçının iştirakının təmin edilib-edilmədiyi, ümumiyyətlə inzibati icraatın aparılıb-aparılmadığı, qərarın iddiaçıya göndərilibgöndərilmədiyi, göndərildiyi təqdirdə iddiaçının həmin qərardan hansı tarixdən məlumatlı olması, onu mübahisələndirmək üçün vaxtında məhkəməyə müraciət etməsinin mümkünlüyü, qərarın iddiaçıya göndərilmədən icra olunması üçün icra qurumuna göndərilməsinin mümkün olub-olmaması, tədiyyə bildirişinin inzibati akt olub-olmaması, onun ləğv edilməsinin tələb kimi qoyulmasının mümkünlüyü, həmçinin iddianın mümkünlük şərtlərinə cavab verib-verməməsi və bununla əlaqədar olaraq “İnzibati icraat haqqında” Qanunun İV fəslinin müəyyən etdiyi müddəalara riayət edilməklə inzibati icraatın keçirilibkeçirilməməsi araşdırılmamış, nəticə etibarilə də iş üzrə əsaslı olmayan məhkəmə qərarı qəbul edilmişdir. “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat- fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi inzibati icraatın başlanması üçün əsasları müəyyən edir və onlardan biri də inzibati orqanların öz təşəbbüsü ilə inzibati icraat başlamasıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi; inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət (28.1). Həmin Qanunun 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 21-ci maddəsinin tələbinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 13.1 və 13.2-ci maddələrinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 13-cü maddəsinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Bu baxımdan məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq belə hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi 27.10.2021-ci il tarixli qərarı ləğv edilməli və hazırki qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.1-ci bəndinə əsasən inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı X7 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7807/2021 saylı 27 oktyabr 2021-ci il tarixli qərarı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilsin. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar