Məhkəmə qərarları › İş №2-1(103)-733/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-733/2025

26.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-733/2025 26.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi və məruzəsi ilə, Əkbərov Kamran Hüseyn oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Əsədova Leyla Kamran qızının katibliyi ilə, Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, **********96100 saylı qərarının ləğv edilməsi tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 19 avqust 2024-cü il tarixli, 2-1(112)- 7662/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Kaskad Supplying” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, **********96100 saylı qərarının ləğv edilməsi və həmin qərarın qəbul edilməsinə səbəb olan və Şahid1, Şahid4, Orzxan Həsənov, Şahid3 və Şahid2ndən alınan malların dəyəri olan cəmi 177310.42 manat vəsaitin xərc kimi tanınması öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən iddiaçı barəsində qanunsuz və əsassız qərar qəbul edilmişdir. Belə ki, cavabdeh guya Cəmiyyətin 2022-ci illərdə riskli vergi ödəyicisi qrupuna aid edilmiş fiziki və hüquqi şəxslərdən mal almasına istinad edərək qeyd olunan qərarı qəbul etmişdir. Cavabdeh cəmiyyətin mal aldığı fiziki və hüquqi şəxslərdən Şahid1, İbadət Xankşiyevi, Şahid5, Şahid3 və Şahid2 MMC-ni riskli vergi ödəyicisi kimi qəbul edir. Halbuki, Şahid1 xx.xx.2022-ci il tarixdə, Şahid4 xx.xx.2023cü il tarixdə, Şahid5 xx.xx.2022-ci il tarixdə, Şahid3 xx.xx.2023-cü il tarixdə, Şahid2 MMC isə xx.xx.2022-ci il tarixdə riskli vergi ödəyicisi qrupuna daxil edilmiş və yalnız bundan sonra həmin şəxslərin riskli vergi ödəyicisi olduğu sistemdə görünmüşdür. Həmin şəxslər riskli vergi ödəyicisi siyahısında görünmədiyindən cəmiyyətin belə bir səlahiyyəti yoxdur ki, həmin şəxslərin malı hardan necə almalarını və ya istehsal etmələrini yoxlasın. Bu heç Cəmiyyətin marağında da deyil və cəmiyyət üçün artıq vaxt itkisidir. Belə ki, buna birbaşa nəzarət etməli olan vergi orqanıdır. İddia ərizəsinə əlavə edilmiş qaimələrdən isə görünür ki, cəmiyyət tərəfindən adları qeyd olunan fiziki və hüquqi şəxslərdən alınan malların hamısı həmin şəxslərin riskli vergi ödəyicisi qrupa daxil edildkləri tarixdən əvvəlki tarixə aiddir. Yəni cəmiyyət tərəfindən həmin şəxslərdən mal alınarkən onlar riskli vergi ödəyicisi olmamışlar. Gələcəkdə baş verəcək hər hansı hala görə də cəmiyyət məsuliyyət daşıya bilməzdi. İddiaçı yuxarıda qeyd edilən fiziki və hüquqi şəxslərlə əməliyyat apardığı zamanı Vergi Məcəlləsinin 13.2.82-ci maddəsində nəzərdə tutulmuş xəbərdarlıq xarakterli bildirişlər əks edilməmiş və eyni zamanda e-taxes.gov.az saytından yoxlanılarkən həmin ödəyici riskli vergi ödəyicilərin siyahısında olmamışdır ki, bu fakt da bir daha həmin tarixlərdə iddiaçının əməliyyat apardığı vergi ödəyicisinin riskli vergi ödəyicilərin siyahısında olmamasını sübut edir. Daha sonrakı tarixdə, yuxarıda qeyd edilən müəssisə tərəfindən digər əməliyyatlarını riskli hesab edərək sonuncunun riskli vergi ödəyicilərin siyahısına salınması isə iddiaçı ilə apardığı əməliyyatları şübhə altına ala bilməz və bu vergi qanunvericiliyinin tələblərinə ziddir. Belə ki, iddiaçı sözügedən müəssisə ilə əməliyyat apardığı zamanı həmin fiziki və hüquqi şəxslər riskli vergi ödəyicilər siyahısında olmamışdır. Cəmiyyət artıq uzun müddətdir ki, bazarda fəaliyyət göstərir və bu kimi hallara yol verilməməsi Cəmiyyətin özünün birbaşa marağındadır. Belə ki, həm gələcəkdə vergi orqanı tərəfindən maliyyə sanksiyasına məruz qalmamaq, həm də tədarükçü olduğu üçün malların satışı zamanı alıcı şirkətlərin qarşısına etibarlı bir tərəfdaş kimi çıxmaq birbaşa şirkətin marağındadır. Vergi orqanının bu kimi qanunsuz və əsassız qərarları şirkətin iqtisadi fəaliyyətinə zərbə vurur və bu da nəticə etibarı ilə cəmiyyətin və dövləti maraqlarına ziddir. Riskli vergi ödəyicisi – Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları-na cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən qəbul edilir. Nəzərə alınmalıdır ki, qüvvədə olan qanunvericiliyin və normativ hüquqi aktların tələblərində riskli vergi ödəyicisini, vergi ödəyicisinin apardığı hansı əməliyyatların riskli əməliyyat hesab olunmasını anlayışları təsvir olunmuşdur. Hətta alqı-satqı müqavilələri qüvvədə olduğu zaman yuxarıda adları qeyd olunan şəxslər (Şahid1, İbadət Xankşiyev, Şahid5, Şahid3 və Şahid2 MMC) riskli vergi ödəyiciləri olsaydılar belə, bu hal hər bir halda iddiaçının ziyanına şərh edilə bilməzdir. Belə ki, iddiaçı həmin şəxslər ilə müqavilə bağlayarkən müqavilə əsasında üzərinə götürdüyü öhdəliklərə görə cavabdehlik daşımış, bu müqavilə üzrə öhdəliklərini icra etməməsi səbəbindən digər tərəfə vurduğu zərərə görə qanunvericiliyə əsasən tam məsuliyyət daşımışdır. İddiaçı ilə həmin şəxslər arasında müqavilə münasibətləri yarandığından, iddiaçı həm müqavilə üzrə üzərinə götürdüyü öhdəliklər, həmçinin də Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəalarına görə cavabdehlik daşımışdır ki, bu da onun müqavilə üzrə öhdəliklərin icra etməməsi, əməliyyatların aparılmaması zamanı əlavə məsuliyyətə cəlb edə bilərdi. Qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçı qurum, ona satılan malların həcmi və ya çeşidi baxımından, ona təqdim edilən qaimə-fakturalara uyğun olduğu halda, hələ riskli vergi ödəyiciləri sırasına daxil edilməyən həmin şəxslərin (vergi ödəyicilərinin) uçot sənədlərindəki göstəricələrin fərqli olmasına görə məsuliyyət daşıya və onun üzərinə vergi öhdəliyi qoyula bilməz. Ən azından iddiaçı həmin şəxslərin gələcəkdə riskli vergi öədyiciləri olacağını əvvəlcədən görə də bilməzdi. Qeyd olunan hallarla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin bir sıra qərarları vardır ki, bunlara 30 iyun 2021-ci il tarixli, 2-1(102)-1143/2021 saylı və 12 may 2023-cü il tarixli, 2-1(102)-1058/2023 saylı qərarları Bundan başqa Azərbaycan Respublikası Vergi Məcəlləsinin 109.9-cu maddəsinə əsasən, əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir. Cəmiyyət tərəfindən də Şahid1, İbadət Xankşiyev, Şahid5, Şahid3 və Şahid2 MMC-dən, ümumilikdə 177310.42 manat vəsait hesabına alınan mallar Əmtəəsiz əməliyyat olmadığından, həmin vəsait xərc hesab edilməlidir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi iddiаyа еtirаzını məhkəməyə təqdim edərək göstərmişdir ki, uçot-baza məlumatlarına əsasən Cəmiyyətin xx.xx.2017-ci il tarixdə vergi ödəyicisi kimi dövlət qeydiyyatına, xx.xx.2019-cu-ci il tarixdə könüllü olaraq ƏDV məqsədləri üçün qeydiyyata alındığı, əsas fəaliyyət növünün “digər qruplara daxil edilməyən ixtisaslaşdırılmamış topdansatış”dan ibarət olduğu, vergi orqanında qeydiyyatda olan təsərrüfat subyektlərinin (obyektlərinin) olduğu müəyyən edilmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixdə 2022-ci il üçün təqdim edilmiş dəqiqləşdirilmiş mənfəət vergisi üzərində “Hesablama metodu ilə təqdim etdiyi bəyannamənin “Xammal və materiallar” (221.3-cü), “Malın dəyəri” (221.4-cü), “Enerji xərcləri” (221.7-ci), “Qaz xərcləri” (221.8-ci), “Yanacaq xərcləri” (221.9-cu), “Su və kanalizasiya xərcləri” (221.10-cu), “Rabitə xərcləri” (221.11-ci), “Mühafizə xərcləri” (221.12ci), “Reklam xərcləri” (221.14-cü), “Biləvasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər” (221.15-ci), “Elmi tədqiqat, layihə axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər” (226-cı), "Nəqliyyat xərcləri" (229-cu) və “Digər xərclər” (232-ci) sətirlərində göstərilmiş xərclərin cəmi məbləği ilə (415509,87 manat), tərəfinizdən əvvəlki il üzrə təqdim edilmiş “Mənfəət vergisinin bəyannaməsi”nin (və ya “Sadələşdirilmiş verginin bəyannaməsinin”) 1 №-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləği (7082,43 manat) (+) cari il ərzində əldə edilmiş e-qaimə-fakturaların (rislki e-qaimə-fakturaların məbləği (176487,12) istisna olmaqla) və alış aktlarının məbləği (203917.65 manat) (+) cari il ərzində əldə edilmiş YGB məlumatlarına əsasən alınmış malmaterialların (43244,35 manat) məbləği (+) bəyannamənin aid olduğu ilin müvafiq rübləri üzrə təqdim edilmiş “Ödəmə mənbəyində tutulan vergi bəyannamələri”nin 1608.1-ci (Riskin sığortası və ya təkrar sığorta ilə bağlı ödənişlər) (+) 1608.2-ci (Beynəlxalq rabitə xidməti ödəmələri) (+) 1608.3-cü (Beynəlxalq daşımalar üzrə ödəmələr) + 1608.4-cü (Muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər) sətirlərinin (0,0 manat) cəmi məbləğindən (254244,43 manat) bəyannamənin 1 №-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləğinin (0,0manat) çıxılması nəticəsində yaranan (254244,43 manat) məbləğin müqayisəsi nəticəsində 161265,44 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir.”məzmunlu uyğunsuzluq yaranmışdır. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********600900 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə kənarlaşma aradan qaldırılmaqla dəqiqləşmiş vergi bəyannaməsinin, əsaslandırılmış yazılı izahatın və zəruri olan sənədlərin (məlumatların) vergi orqanına təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi tərəfindən kənarlaşma aradan qaldırılmaqla dəqiqləşmiş vergi bəyannaməsi və zərururi sənədlər təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83- cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2022-ci il üzrə təqdim edilmiş dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsinə 32253,09 manat əlavə vergi məbləği (161265,44 manat məbləğində xərci silinmişdir (178861,32 manat məbləğində aldığı riskli qaimələr xərc kimi nəzərə alınmamışdır) hesablanmış və bu barədə xx.xx.2024-cü il tarixli 2**********96100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar göndərilmişdir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin iddiaçı "xxxx" MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı işi üzrə xx.xx.2023-cü il tarixli qərarında da hüquqi mövqe olaraq bildirilmişdir ki, şikayətin əsas dəlillərindən biri ondan ibarətdir ki, **********702300 nömrəli qərardan görünür ki, "xxxx" MMC xx.xx.2021-ci il tarixdə riskli vergi ödəyicisi hesab edilmiş və müvafiq siyahıya daxil edilmişdir. İddiaçı ilə "xxxx" MMC arasında olan əməliyyatlar isə 2021-ci ilin iyun-avqust aylarını əhatə etmiş və sonuncu əməliyyat xx.xx.2021-ci il tarixdə həyata keçirilmişdir. Yəni "xxxx" MMC ilə iddiaçı arasında əməliyyatlar həyata keçirildiyi vaxt (alğı-satqı əməliyyatları) "xxxx" MMC riskli vergi ödəyicisi olmamışdır. Məhkəmə kollegiyası şikayətin həmin dəlilini apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin əsası kimi qəbul etmir. Belə ki, işdən göründüyü kimi, iddiaçının istinad etdiyi "xxxx" MMC-nin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2021-ci il tarixli qərar mübahisələndirilməmiş, hər hansı orqan tərəfindən ləğv edilməmişdir. Beləliklə, həmin qərarın əsası kimi çıxış edən faktlar da təkzib olunmamışdır. Başqa sözlə, həmin hüquqi şəxsin riskli vergi ödəyicisi hesab edilməsi barədə qərar qəbul edilmədiyi halda belə, bu, vergi orqanının iddiaçıya münasibətdə ödənilməli vergilərin azaldılmasına səbəb olan həmin fakta və ya faktlara (əmtəəsiz əməliyyatların aparıldığına və həmin əməliyyatlara əsaslanan xərc sənədlərinin tərtib edildiyinə) istinadla qərar qəbul etmək imkanına təsir etmir. Həmin faktlar isə, mübahisələndirilən qərar qəbul edilənədək mövcud olmuşdur. Bakı İnzibati Məhkəməsinin 19 avqust 2024-cü il tarixli, 2-1(112)-7662/2024 saylı qərardadı ilə (hakim M.T.Hacıbəyova) iddia tələbinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********96100 nömrəli qərarının qəbul edilməsinə səbəb olan və Şahid1, Şahid4, Şahid5, Şahid3 və Şahid2 MMC-dən alınan malların dəyəri olan cəmi 177310.42 manat vəsaitin xərc kimi tanınması öhdəliyinin cavabdehə həvalə edilməsi” hissəsində mümkün sayılmaması; həmin tarixli və saylı qərarı ilə isə iddia tələbi təmin edilmiş; iddiaçı "xxxx" MMC barədə qəbul edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, **********96100 saylı qərarının ləğv edilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 19 avqust 2024-cü il tarixli, 2-1(112)-7662/2024 saylı qərarı cavabdeh tərəfindən mübahisələndirilmiş və apellyasiya şikayəti etirazın məzmununu təkrarlayaraq həmçinin onunla əsaslandırılmışdır ki, uçot-baza məlumatlarına əsasən Cəmiyyətin xx.xx.2017- ci il tarixdə vergi ödəyicisi kimi dövlət qeydiyyatına, xx.xx.2019-cu-ci il tarixdə könüllü olaraq ƏDV məqsədləri üçün qeydiyyata alındığı, əsas fəaliyyət növünün “digər qruplara daxil edilməyən ixtisaslaşdırılmamış topdansatış”dan ibarət olduğu, vergi orqanında qeydiyyatda olan təsərrüfat subyektlərinin (obyektlərinin) olduğu müəyyən edilmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixdə 2022-ci il üçün təqdim edilmiş dəqiqləşdirilmiş mənfəət vergisi üzərində “Hesablama metodu ilə təqdim etdiyiniz bəyannamənin “Xammal və materiallar” (221.3-cü), “Malın dəyəri” (221.4-cü), “Enerji xərcləri” (221.7-ci), “Qaz xərcləri” (221.8-ci), “Yanacaq xərcləri” (221.9-cu), “Su və kanalizasiya xərcləri” (221.10-cu), “Rabitə xərcləri” (221.11-ci), “Mühafizə xərcləri” (221.12ci), “Reklam xərcləri” (221.14- cü), “Biləvasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər” (221.15-ci), “Elmi tədqiqat, layihə axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər” (226-cı), "Nəqliyyat xərcləri" (229-cu) və “Digər xərclər” (232-ci) sətirlərində göstərilmiş xərclərin cəmi məbləği ilə (415509,87 manat), tərəfinizdən əvvəlki il üzrə təqdim edilmiş “Mənfəət vergisinin bəyannaməsi”nin (və ya “Sadələşdirilmiş verginin bəyannaməsinin”) 1 №-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləği (7082,43 manat) (+) cari il ərzində əldə edilmiş e-qaimə-fakturaların (rislki e-qaimə-fakturaların məbləği (176487,12) istisna olmaqla) və alış aktlarının məbləği (203917.65 manat) (+) cari il ərzində əldə edilmiş YGB məlumatlarına əsasən alınmış mal-materialların (43244,35 manat) məbləği (+) bəyannamənin aid olduğu ilin müvafiq rübləri üzrə təqdim edilmiş “Ödəmə mənbəyində tutulan vergi bəyannamələri”nin 1608.1-ci (Riskin sığortası və ya təkrar sığorta ilə bağlı ödənişlər) (+) 1608.2-ci (Beynəlxalq rabitə xidməti ödəmələri) (+) 1608.3-cü (Beynəlxalq daşımalar üzrə ödəmələr) + 1608.4-cü (Muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər) sətirlərinin (0,0 manat) cəmi məbləğindən (254244,43 manat) bəyannamənin 1 №-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləğinin (0,0manat) çıxılması nəticəsində yaranan (254244,43 manat) məbləğin müqayisəsi nəticəsində 161265,44 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir.”məzmunlu uygunsuzluq yaranmışdır. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********600900 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə kənarlaşma aradan qaldırılmaqla dəqiqləşmiş vergi bəyannaməsinin, əsaslandırılmış yazılı izahatın və zəruri olan sənədlərin (məlumatların) vergi orqanına təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi tərəfindən kənarlaşma aradan qaldırılmaqla dəqiqləşmiş vergi bəyannaməsi və zərururi sənədlər təqdim edilməmişdir. Məhkəmənin iddianın təmin əsası kimi göstərdiyi cavabdehin iddiaçıya əlavə vergi məbləği hesablanması zamanı hansı normaları rəhbər tutduğu və hansı normalara əsasən müvafiq məbləği hesablamasının məhkəməyə göstərilməməsi barədə arqumenti və buna görə iddianın təmin edilməsi barədə qərarı əsassız və qanunsuzdur. Belə ki, yuxarıdakı arqumentinin əksinə olaraq, özü də təsdiq edir ki, iş materiallarından görülür ki, iddiaçı 178861,32 manat məbləğində vəsaitin malların alınması müqabilində ödənilməsinə dair sənədləri də (ödəniş sənədləri) nə cavabdehə nə də ki, kməhkəmə gedişatında məhkəməyə təqdim etməmişdir. Məhkəmənin bu mövqeyi əksinə, iddiaçı tərəfindən aparılmış alqı-satqı əməliyyatlarının real həqiqəti əks etdirmədiyini və vergidən yayınma mexanizminin iddiaçı və qarşılıqlı əməliyyatlar aparılan şəxslərlə qurulmasının bariz sübutudur. Həmçinin, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş, xx.xx.2022, xx.xx.2023, xx.xx.2022 və xx.xx.2022-ci il tarixli müqavilələrin həqiqətən də həmin tarixdə bağlanması və təqdim edilmiş alqı-satqı məbləğlərinin razılaşdırılması protokollarının göstərilməsi həqiqəti əks etdirmir. Çünki, həqiqətən belə müqavilələr var idisə, niyə iddiaçıya xx.xx.2024-cü il tarixli **********600900 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilərkən, iddiaçı tərəfindən cavabdehə həmin sənədlər təqdim edilməmişdir. Həmçinin, məhkəmə həqiqətən həmin sənədlərin mötəbərliyini araşdırmaq üçün hər hansı addım atmamış, iddiaçının qarşılıqlı əməliyyat apardığı şəxsləri Şahid1, Şahid4, Şahid5, Şahid3, Şahid2 MMC-ni məhkəmə icraatına cəlb edərək, İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinin “İşin hallarının araşdırılması prinsipi”-nə əməl etməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi Nümayəndə1 izahatında məhkəməyə bildirdi ki, iddiaçının nümayəndəsi Bakı İnzibati Məhkəməsində aparılmış icraat zamanı da məhkəmə iclasında xərc sənədlərinin olmadığını etiraf etmişdir. Yəni iddiaçı tərəfindən xərc sənədləri olmadan müvafiq əməliyyatların aparılması faktı bildirilib. Bu kimi hallar birinci instansiya məhkəməsində aparılan icraat zamanı hakimin nəzərinə çatdırılmış, lakin məhkəmə tərəfindən həmin hallar araşdırılmadan qərar qəbul edilmişdir. Məhkəmə qərarında sadəcə iddiaçının mövqeyinə münasibət bildirilib. Cavabdeh inzbibati orqan olaraq cavabdehin mövqeyi nəzərə alınmayıb. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən aşağıdakılar müəyyən edilir: - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2022-ci il tarixli, **********309700 nömrəli məlumatından görünür ki, İddiaçı MMC ********** nömrəli VÖEN əsasında dövlət qeydiyyatına alınmışdır. - İddiaçı MMC-nin xx.xx.2017-ci il tarixli, 01 nömrəli əmrinə əsasən, Nümayəndə2 xx.xx.2017-ci il tarixindən İddiaçı qanuni təmsilçilik funksiyasına malik direktoru vəzifəsinə təyin edilmişdir. - xx.xx.2022-ci il tarixli, 02/2022 saylı alqı-satqı müqaviləsinə əsasən, bir tərəfdən f/ş Şahid5 (VÖEN **********) şəxsində və digər tərəfdən İddiaçı MMC (VÖEN **********) Baş Direktoru Nümayəndə2 şəxsində olmaqla, satıcı alıcının yazılı sifarişi əsasında malları müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edən X1 əsasında təhvil verməyi öhdəsinə götürür. Alıcı isə Satıcıya malların dəyərini əvvəlcədən avans ödəməyi öhdəsinə götürür. Müqaviləyə əlavə olaraq malların təhvil təslim aktları və elektron qaimə əlavə edilmişdir. - xx.xx.2023-cü il tarixli, xx/xx/2021 saylı alqı-satqı müqaviləsinə əsasən, bir tərəfdən f/ş Şahid1 Elçin oğlu (VÖEN **********) şəxsində və digər tərəfdən İddiaçı MMC (VÖEN **********) Baş Direktoru Nümayəndə2 şəxsində olmaqla, satıcı alıcının yazılı sifarişi əsasında malları müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edən X1 əsasında təhvil verməyi öhdəsinə götürür. Alıcı isə Satıcıya malların dəyərini əvvəlcədən avans ödəməyi öhdəsinə götürür. Müqaviləyə əlavə olaraq malların təhvil təslim aktları və elektron-qaimələr əlavə edilmişdir. - xx.xx.2021-ci il tarixli, xx/xx/2021 saylı alqı-satqı müqaviləsinə 10 nömrəli xx.xx.2021-ci il tarixli “X2”na əsasən, tərəflər, xx.xx.2021-ci il tarixli, No: xx.xx.2021 nömrəli alqı-satqı müqaviləsinə bu protokolu imzalayaraq aşağıdakılar barədə razılığa gəldilər: yekun məbləğ (sözlə): doqquz yüz otuz yeddi manat 80 qəpik; 12 nömrəli xx.xx.2021-ci il tarixli “X2”na əsasən, tərəflər, xx.xx.2021-ci il tarixli, xx.xx.2021 nömrəli alqı-satqı müqaviləsinə bu protokolu imzalayaraq aşağıdakılar barədə razılığa gəldilər: yekun məbləğ (sözlə): iki yüz on dprd manat 92 qəpik; 9 nömrəli xx.xx.2021-ci il tarixli “X2”na əsasən, tərəflər, xx.xx.2021-ci il tarixli, xx.xx.2021 nömrəli alqı-satqı müqaviləsinə bu protokolu imzalayaraq aşağıdakılar barədə razılığa gəldilər: yekun məbləğ (sözlə): doxsan dörd manat 50 qəpik; 3 nömrəli xx.xx.2021-ci il tarixli “X2”na əsasən, tərəflər, xx.xx.2021-ci il tarixli, xx.xx.2021 nömrəli alqı-satqı müqaviləsinə bu protokolu imzalayaraq aşağıdakılar barədə razılığa gəldilər: yekun məbləğ (sözlə): iki yüz manat 25 qəpik; 5 nömrəli xx.xx.2021-ci il tarixli “X2”na əsasən, tərəflər xx.xx.2021-ci il tarixli, xx.xx.2021 nömrəli alqı-satqı müqaviləsinə bu protokolu imzalayaraq aşağıdakılar barədə razılığa gəldilər: yekun məbləğ (sözlə): altı yüz altmış üç manat 14 qəpik. - xx.xx.2022-ci il tarixli, 01/22 saylı alqı-satqı müqaviləsinə əsasən, bir tərəfdən Şahid2 MMC (VÖEN **********) direktoru X3 şəxsində və digər tərəfdən İddiaçı MMC (VÖEN **********) Baş Direktoru Nümayəndə2 şəxsində olmaqla, satıcı alıcının yazılı sifarişi əsasında malları müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edən X1 əsasında təhvil verməyi öhdəsinə götürür. Alıcı isə Satıcıya malların dəyərini əvvəlcədən avans ödəməyi öhdəsinə götürür. Müqaviləyə malların təhvil təslim aktları əlavə edilmişdir. - xx.xx.2022-ci il tarixli, xx/xx/2022 saylı alqı-satqı müqaviləsinə əsasən, bir tərəfdən f/ş Şahid3 (VÖEN **********) şəxsində və digər tərəfdən İddiaçı MMC (VÖEN **********) Baş Direktoru Nümayəndə2 şəxsində (sonradan tərəflər adlandırılacaq) olmaqla, satıcı alıcının yazılı sifarişi əsasında malları müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edən X1 əsasında təhvil verməyi öhdəsinə götürür. Alıcı isə Satıcıya malların dəyərini əvvəlcədən avans ödəməyi öhdəsinə götürür. Müqaviləyə malların təhvil təslim aktları əlavə edilmişdir. - xx.xx.2022-ci il tarixli, 01/2022 saylı alqı-satqı müqaviləsinə əsasən, bir tərəfdən f/ş Şahid4 İzafət oğlu (VÖEN **********) şəxsində və digər tərəfdən İddiaçı MMC (VÖEN **********) Baş Direktoru Nümayəndə2 şəxsində olmaqla, satıcı alıcının yazılı sifarişi əsasında malları müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edən X1 əsasında təhvil verməyi öhdəsinə götürür. Alıcı isə Satıcıya malların dəyərini əvvəlcədən avans ödəməyi öhdəsinə götürür. Müqaviləyə əlavə olaraq malların təhvil təslim aktları və elektronqaimələr əlavə edilmişdir. - 24 yanvar 2024-cü il tarixli, **********600900 saylı “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktuba əsasən cavabdeh inzibati orqan tərəfindən iddiaçıdan kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri sənədlərin (məlumatları) “dəqiqləşdirilmiş mənfəət vergi bəyannaməsi, əsaslandırılmış yazılı izahat və zəruri sənədlərin” təqdim edilməsi tələb edilmişdir. - “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 12 fevral 2024-cü il tarixli, 2**********96100 saylı qərara əsasən,161265.44 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclərin müəyyən edilməsi (178861,32 manat məbləğində aldığı riskli qaimələr xərc kimi nəzərə alınmamaqla) əsası ilə 2022-ci il dövr üzrə mənfəət vergisi üzrə 32.253,09 manat əlavə vergi borcu hesablanmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən, riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən: “ ... 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); 2.1.4. vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; 2.1.5. vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; 2.1.6. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; 2.1.7. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; 2.1.8. beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər. 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə)”. İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçının vergi ödəyiciləri ilə əməliyyatlar apardığı vaxt həmin fiziki və hüquqi şəxslər müvafiq olaraq riskli vergi ödəyiciləri olmamışlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 1.3-cü bəndinə əsasən, riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. Həmin Meyarların 1.4-cü bəndinə görə, Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. Göründüyü kimi, qanunvericiliyə əsasən vergi ödəyicisinin riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir və həmin vergi ödəyicilərinə dair məlumat İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən hazırkı iş üzrə müvafiq alqısatqı əməliyyatlarının aparılmasına dair elektron qaimə-fakturalar tərtib edilən zaman iddiaçının əməliyyat apardığı şəxslər riskli vergi ödəyicisi hesab olunması barədə qərar qəbul edilmədiyindən bu barədə İnternet Vergi İdarəsinin portalında xəbərdarlıq xarakterli bildirişlər əks olunmamış, cavabdeh də bununla bağlı hər hansı mübahisə açmamışdır. Belə olan halda, iddiaçı riskli vergi ödəyicisi ilə əməliyyat aparmadığına əmin olmuş, bu səbəbdən də, apardığı əməliyyatın riskli olması barədə İnternet Vergi İdarəsinin portalında ona xəbərdarlıq edilməmişdir. İddiaçı mənfəət vergisini hesablayarkən həmin əməliyyatlara görə ödədiyi məbləği xərcinə aid etmiş və bu hal vergi qanunvericiliyin tələbinə uyğun olmuşdur. Nəzərə alınmalıdır ki, iddiaçının, əməliyyat apardığı şəxslərdən aldığı və ya idxal etdiyi malların həcmindən məlumatlı olması, əməliyyat zamanı ona satılan malla alınan və ya idxal edilən malın həcminin yoxlanılması kimi səlahiyyətləri mövcud deyil. Həmçinin, əməliyyat apardığı şəxslərdən ona təqdim olunan malların müəssisələrin idxal zamanı və ya e-qaimə üzrə alışlarında olub-olmadığını yoxlamaq iddiaçının məsuliyyət sferasına aid deyil və bu hal onun apardığı mal alışı ilə bağlı əməliyyatlarının şübhə altına alınmasına və ya bununla bağlı hər hansı məhdudlaşmaya məruz qalmasına əsas vermir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 67.1-ci maddəsinə müvafiq olaraq, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Vergi Məcəlləsi riskli və (ya) əmtəəsiz əməliyyat aparan vergi ödəyiciləri ilə bağlı barələrində “riskli vergi ödəyicisi olması barədə” qərarın qəbulu ilə yanaşı, həmin əməliyyatın iştirakçısı olan tərəflərin, yəni vergi ödəyicilərinin vergi öhdəliklərinin müəyyən edilməsi ilə bağlı əlavə tənzimləmələr də nəzərdə tutmuşdur. Belə ki, Vergi Məcəlləsinin 109.9-cu maddəsinə əsasən, 109.9. Əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir. Vergi Məcəlləsinin 175.11-ci maddəsinə əsasən isə, əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. Vergi ödəyiciləri arasında əməliyyatın həqiqətən də əmtəəsiz baş verdiyi (bunun, vergi ödəyiciləri üçün əhəmiyyətli hüquqi nəticələr yaratması nəzərə alınmaqla) mötəbər sübutlarla təsdiqini tapmalıdır. Həm də nəzərə alınmalıdır ki, bu cür hallarda sübutetmə yükü İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən cavabdeh inzibati orqanın üzərindədir. İnzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman, məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. X4 Məcəllənin 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər. Nəzərə almaq lazımdır ki, inzibati icraatın gedişində inzibati orqan tərəfindən lazımi araşdırma aparılmadığı halda, sonradan məhkəmədən inzibati icraatı əvəz edəcək qaydada araşdırma aparılmasını tələb etməkdə cavabdeh haqlı sayıla bilməz. Bu, məhkəmənin inzibati orqanı əvəz etməsi ilə nəticələnəcəyi üçün yolverilməzdir. Çünki inzibati məhkəmə icraatı inzibati orqanlar tərəfindən aparılmış inzibati icraat üzərində nəzarəti ehtiva edir. Həmin nəzarət şəxsə münasibətdə mahiyyətcə yeni bir inzibati icraatın aparılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bu mənada, cavabdeh inzibati icraatın gedişində lazımi icraat, yəni obyektiv qərarın qəbulu üçün tələb olunan həcmdə və həddə inzibati icraat aparmadan vergi hesabladıqdan sonra, məhkəmə icraatının gedişində məhkəmə tərəfindən inzibati icraat anlamında araşdırma aparılmasını tələb edə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, birinci instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il il tarixli, 2-1(112)-7662/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Kamran Əkbərov İkram Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar