Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-734/2024 17.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, X18 Asəf qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüququn məxsus olması bardə arayışın verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2761/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ünvan 1 üvanında yerləşən bağ sahəsinin qalan 590 kv.m sahəsinə dair hüquqların qeydiyyata alınaraq çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir . İddiaçı ərizəsində qeyd edilmişdir ki, İddiaçı mərhum X2nın vərəsəsidir. X2 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. İddiaçı Bakı şəhəri 39 saylı Notariat ofisinə mərhum X2ndan miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün müraciət etmişdir. Notariat ofisinin notariusu tərəfindən vərəsəlik dairəsi müəyyən edilərkən iddiaçı mərhum anasının vərəsəsi hesab edildiyi üçün notarius tərəfindən ünvan 1 ünvanında yerləşən 0.10 ha torpaq sahəsinə dair çıxarışın verilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə məktub göndərildi. Eyni zamanda da iddiaçı daşınmaz əmlaka dair hüquqların qeydiyyata alınmasına dair digər hüquqmüəyyəedici sənədlərlə birlikdə 1 saylı Ərazi İdarəsinə müraciət etmiş və imtina almışdır. Təqdim edilmiş notarial qaydada təsdiq edilmiş 7E-53/38149 reyestr nömrəli razılıq ərizəsində qeyd olunmuşdur ki, X14 Bakı şəhəri. Sabunçu rayonu, Albalı-2 ünvanında yerləşən 498 saylı bağın 1000 kv.m torpaq sahəsindən faktiki istifadədə olan 410 kv.m-nin özəlləşdirilməsinə etiraz etmir. Həmin razılıq ərizəsinə əsasən torpaq sahəsinin 410 kv.m hissəsi X8 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və sonradan özəlləşdirilmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Albalı-2 (Vişniyovka-2) bağlar sahəsindən yerləşən 498 saylı bağın 1000 kv.m sahəsi 28 dekabr 1998-ci il tarixdən 4 saylı order əsasında anası mərhum X12 verilmişdir. 2013-cü ilin avqust ayında anası həmin sahənin özəlləşdirilməsi və mülkiyyət sənədi almaq müvafiq hərəkətlərin icra edilməsini etibarnamə ilə X3 etibar etmişdir. Cəlilova Zərifə də anasının sağlığında həmin bağ sahəsini 410 kv.m hissəsini anasının adına özəlləşdirərək çıxarış almış və xx.xx.2014-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X1. Anasının vəfatından sonra anası tərəfindən verilən etibarnamə qüvvədən düşdüyü üçün sonra X9 bağ sahəsinin yerdə qalan 590 kv.m sahəsinə dair hər hansı fəaliyyət həyata keçirə bilməmişdir. Odur ki, yerdə qalan 590 kv. m torpaq sahəsinə dair hər hansi fəaliyyəti həyata keçirmək anasının vərəsəsi kimi iddiaçının hüququdur. İddiaçı xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək Bakı şəhəri, Vişnyovka-2 bağlar sahəsi 498 saylı bağ sahəsindən qalan 585 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X12 məxsus olması barədə arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, torpaq sahəsi faktiki olaraq sənəd üzrə olan sahədən azdır. Yaranmış zərurətlə əlaqədar torpaq sahəsinin sənəd üzrə olan ölçüdən az hissəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi təqdim edilməsi tövsiyə olunmuşdur. Təqdim edilmiş notarial qaydada təsdiq edilmiş 7E- 53/38149 reyestr nömrəli razılıq ərizəsində qeyd olunmuşdur ki, X14 Bakı şəhəri, Sabunçu rayonu, Albalı-2 ünvanında yerləşən 498 saylı bağın 1000 kv.m torpaq sahəsindən faktiki istifadədə olan 410 kv.m-nin özəlləşməsinə etiraz etmir. Həmin razılıq ərizəsinə əsasən göstərilən torpaq sahəsinin 410 kv.m hissəsi X8 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və sonradan özgəninkiləşdirilmişdir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və iddiaçıya xx.xx.2022-ci il tarixli, **********54 saylı cavab məktubları ünvanlanmışdır. Elektron kadastr baza məlumatlarına əsasən iddiaçı tərəfindən göstərilən əlavə torpaq sahəsi qonşu hissədə ayrı hasar daxilində yerləşir və qeyd olunan ərazinin hansı bağ sahəsinə aid olmasını elektron bazaya əsasən müəyyənləşdirmək mümkün olmamışdır. Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Qeyd eidlənlərə əsasən iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2761/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş və İddiaçı Bakı şəhəri, Vişnyovka-2 bağlar sahəsi 498 saylı bağ sahəsindən qalan 585 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X12 məxsus olması barədə arayışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatlarını, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayətləri təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia rədd edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 39 saylı Notariat Ofisi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 315 nömrəli məktuba əsasən X8 xx.xx.2016-cı il tarixdə vəfat etməsi ilə əlaqədar olaraq vərəsələrin ərizəsi əsasında tərəfimizdən vərəsəlik işi açılmışdır və vərəsələrin dairəsi müəyyən edilmişdir. Qanunvericiliyin tələbinə əsasən İddiaçı miras qoyanın vərəsəsi olması barədə Sizə məlumat verilir. ünvan 5 ünvanında yerləşən 590 kv.m torpaq sahəsinə dair çıxarış verilməsi xahiş edilmişdir. - Bakı şəhər İcra Hakimiyyəti Aparatının X4 və İstismarı Birliyinin 4 nömrəli orderinə əsasən X12 Bakı şəhər İcra Hakimiyyətinin 28 dekabr 1998-ci il tarixli 130 nömrəli qərarına əsasən Vişnyovka-2 bağlar sahəsində 34 nömrəli BTK nəzdində 0,10 ha torpaq sahəsi, 498 nömrəli bağ ayrılmışdır. -X14 (etibarnamə üzrə nümayəndə X9) notarial qaydada təsdiq edilmiş xx.xx.2013-cü il tarixli ərizəsində bildirmişdir ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsi, 498 saylı bağın 1000 kv.m torpaq sahəsndən faktiki istifadəsində olan 410 kv.m-nin özəlləşməsinə etiraz etmir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsi, 0.041354 ha ölçüdə 498 saylı bağ sahəsi X8 adına, xx.xx.2014-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. -Sabunçu rayonu, Vişnyovka-2 bağ massivində 498 saylı bağ evinin tikintisi üçün X8 adına A seriyalı xx.xx.2014-cü il tarixli, 38034 nömrəli torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. -AN seriyalı, xx.xx.2014-cü il tarixli, ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsindən görünür ki, satıcı X14 Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsi, 498 saylı 0.041354 ha ölçüdə bağ sahəsini alıcı X1. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsi, 0.041354 ha ölçüdə 498 saylı bağ sahəsi X10 adına, xx.xx.2014-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. -AN seriyalı, xx.xx.2019-cu il tarixli, ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsindən görünür ki, satıcı X15 Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsi, 0.041354 ha ölçüdə 498 saylı bağ sahəsini alıcı X11 satmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsi, 0.0413 ha ölçüdə 498 saylı bağ sahəsi X5 adına, xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********42 nömrəli məktubunda idarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, bağ sahəsinin sərhədləri mişar daşı ilə hasarlanmışdır, sahəsi 585 kv.m təşkil edir. Darvaza yoxdur, giriş sərbəstdir. Bağ sahəsində yarımçıq tikililər mövcuddur. Bundan əlavə sözügedən ərazidə hasarlanma işləri plan üzrə aparılmamışdır. Həmçinin bağ sahəsi koordinat sistemində verilməmişdir. Bu səbəblərdən qeyd olunan sualın cavablandırılması tərəfimizdən mümkün olmamışdır. Qonşu hasar daxilində yerləşən özəl 498 saylı bağ sahəsi Ləğv olunmuş X17 Komitəsinin kadastr planına əsasən qeydiyyatdan keçmişdir. Vahid elektron kadastr baza məlumatlarına əsasən qonşu bağ nömrələri 498, 34/5 saylı bağlardır - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarilxi 3-21-3-30/2-26848/2023 saylı məktubunda bildirilmişdir ki, idarənin arxiv məlumatlarına əsasən 498 saylı bağ sahəsi 34 saylı BTK nəzdində 4 saylı order əsasında qeydiyyata alınmışdır. Vahid elektron kadastr baza məlumatlarına əsasən qeyd olunan hissədə sxematik xəritədə bağ nömrəsi qeyd olunmamışdır. Həmin məktubla göndərilmiş əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktının surətindən görünür ki, yerli baxış zamanı məlum oldu ki, bağ sahəsinin sərhədləri mişar daşı ilə hasarlanıb, sahəsi 585 kv.m təşkil edir Darvaza yoxdur, giriş sərbəsdir. Bağ sahəsində İ və İİ yarımçıq həyət tikilisi var. Bağ sahəsinin cizgisi və koodinatları ərizəyə əlavə olundu. Sözügedən ərazidə hasarlanma işləri plan üzrə (bölgü sxemnınə uyğun) aparılmadığından və həmçinin bağ sahəsi koordinat sistemində verilmədiyindən qeyd olunan sualı dəqiq cavablandırmaq mümkün olmadı. Məsələ ilə bağlı bildirilir ki, qonşu hasar daxilində yerləşən özəl 498 saylı bağ sahəsi ləğv olunmuş DT və XK-nin kadastr planına əsasən qeydiyyatdan keçmişdir. Həmçinin qeydiyyat zamanı vətəndaş tərəfindən bağ sahəsinin azalmasına dair notarial razılıq ərizəsi təqdim olunmuşdur. Qeyd olunan sualların kadastr sektorunda elektron baza məlumatlarına əsasən cavablandırılması məqsədə uyğundur. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli, **********54 nömrəli məktubunda bildirilmişdir ki, qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair idarəyə daxil olmuş ********** qeydiyyat nömrəli, xx.xx.2014-ci il tarixli ərizə idarədə qanuna müvafiq qaydada araşdırılmış və məlum olmuşdur ki, torpaq sahəsi faktiki olaraq sənəd üzrə olan sahədən azdır. Yaranmış zərurətlə əlaqədar torpaq sahəsinin sənəd üzrə olan ölçüdən az hissəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi təqdim edilməsi tövsiyə olunmuşdur. Təqdim edilmiş notarial qaydada təsdiq edilmiş 7E-53/38149 reyestr nömrəli razılıq ərizəsində qeyd olunmuşdur ki, X14 Bakı şəhəri, Sabunçu rayonu, Albalı-2 ünvanında yerləşən 498 saylı bağın 1000 kv.m torpaq sahəsindən faktiki istifadədə olan 410 kv.m-nin özəlləşməsinə etiraz etmir. Həmin razılıq ərizəsinə əsasən göstərilən torpaq sahəsinin 410 kv.m hissəsi X8 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və sonradan özgəninkiləşdirilmişdir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi hesab etmişdir ki, “iddiaçının torpaq sahəsi üzrə mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtinaya əsas verə biləcək Qanunun yuxarıda sadalanan hallarına rast gəlinməmişdir. Belə olan halda cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunazidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. ” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır və hesab edir ki, həmin mövqeyi əsassız olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. Həmin Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 oktyabr 2015-ci il tarixli 319 nömrəli Qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7.2-ci bəndinə əsasən “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” AR Qanununun 8ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elekton çıxarış tərtib edilir. Hazırkı işdən müəyyən olunur ki, iddiaçı mərhum X8 vərəsəsi olmaqla sonuncunun adına verilmiş Bakı şəhər İcra Hakimiyyəti Aparatının X4 və İstismarı Birliyinin 4 nömrəli orderinə əsasən Bakı şəhəri, Vişnyovka-2 bağlar sahəsi 498 saylı bağ sahəsindən 585 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh orqana müraciət etmiş, cavabdeh sözügedən bağ sahəsinin 1000 kv.m torpaq sahəsindən faktiki istifadədə olan 410 kv.m-nin özəlləşməsinə dair notarial ərizə təqdim edildiyini, bununla da torpaq sahəsinin faktiki olaraq sənəd üzrə olan sahədən az olduğuna istinad edərək müraciətin təminindən imtina etmişdir. Daha iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, işin hazırkı apellyasiya icraatı zamanı işin obyektiv həlli məqsədi ilə məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş və Ekspertin qarşısında aşağıdakı sual qoyulmuşdur :
1. Hazırkı iş üzrə İddiaçı hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını tələb etdiyi 590 kv.m torpaq sahəsi (koordinatları müəyyən edilməklə) onun anası mərhum X12 28 dekabr 1998-ci il tarixdən 4 saylı order əsasında verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Albalı-2 (Vişniyovka-2) bağlar sahəsində yerləşən 498 saylı, 0.10 ha bağ sahəsinin hüdudları daxilində yerləşirmi?
2. Hazırkı iş üzrə İddiaçı hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını tələb etdiyi 590 kv.m torpaq sahəsi digər şəxslərə ayrılmış torpaq sahəsi ilə üst-üstə düşürmü? Qərardadın icrası ilə əlaqədar məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-10/1383 №-li ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki; “Qərardadın 1-ci sualı üzrə: Mübahisə predmeti olan torpaq sahəsinin faktiki döngə nöqtələrinin koordinatları ilə mülki iş materiallarında olan X12 Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli, 130 saylı qərarı, BTİ və İB-nin 4 saylı orderi ilə 498 saylı bağ evinin tikintisi üçün ayrılmış torpaq sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş, xx.xx.2014-cü il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan koordinatlar müqayisələndiriən zaman mübahisə predmeti olan torpaq sahəsinin mərhum X12 28 dekabr 1998-ci il tarixdə 4 saylı order əsasında verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Albalı-2 (Vişnyovka-2) bağlar sahəsində yerləşən 498 saylı bağ sahəsinin hüdudları daxilində yerləşmədiyi müəyyən olunmuşdur. Qərardadın 2-ci sualı üzrə: Mübahisə predmeti olan torpaq sahəsinin baxış zamanı əldə edilmiş döngə nöqtələrinin faktiki koordinatları Məhkəmə Ekspertizası Mərkəzinə təqdim edilmiş elektron kadastr portalında (kadastrportali.az) araşdırılan zaman həmin torpaq sahəsinin Dövlət mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir.” Təqdim edilmiş ekspert rəyindən görünür ki, iddiaçının hazırda mərhum anasının adına arayış verilməsini tələb etdiyi 585 kv.m torpaq sahəsi X12 28 dekabr 1998-ci il tarixdə 4 saylı order əsasında verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Albalı-2 (Vişnyovka-2) bağlar sahəsində yerləşən 498 saylı bağ sahəsinin hüdudları daxilində yerləşməməklə, dövlət mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşür. Azərbaycan Respublikası İPM-nin : 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin: 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir -10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. - 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi inzibati orqanın hərəkətləri yuxarıda sadalanan normalara zidd olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda göstərilən hallar cavabdeh inzibati orqanın imtinasının qanunsuz olmadığına dəlalət edir. Başqa sözlə, cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-in 14.1-ci maddəsi), qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunazidd olmamaqla, iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya da uyğun və cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Qanunun 13.2 və 17-ci maddələri) Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün nəticəyə gəlinməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Ona görə də qeyd edilənlərə əsasən məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, apellyasiya şikayəti əsaslı olduğundan təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2761/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməli, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D I : Apellyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2761/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Vişnyovka-2 bağlar sahəsi 498 saylı bağ sahəsindən qalan 585 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X12 məxsus olması barədə arayışın verilməsi” tələbinə dair iddiası təmin edilməsin. İddiaçı ekspertiza xərcinin əvəzi olaraq 50 (əlli) manat məbləğində pul tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X6 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.