Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-735/2024 30.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil və nümayəndəsi X4 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının X2rşı “onlayn media redaksiyasının media reyestrinə daxil edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9070/2023 nömrəli, 01 sentyabr 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçının və onun sahibi olduğu onlayn media redaksiyasının Media Reyestrinə daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və iddiaçının Avropa İnsan Hüquqları Konvensiyasının 10- cu maddəsi və “Mülki və Siyası Hüquqlar haqqında” Beynəlxalq Paktın 19-cu maddəsi ilə nəzərdə tutulmuş ifadə azadlığının pozuntusunun tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 23 may 2017-ci tarixdə təsis edilib. Cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan media fəaliyyət növləri ilə məşğul ola bilər. İddiaçı həmçinin İddiaçı onlayn media redaksiyasının təsisçisidir. İddiaçı birinci dəfə 07 fevral 2023-cü il tarixdə “Media haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Prezidentinin “Media Reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” 26 sentyabr 2022-ci il tarixli Fərmanına əsaslanaraq cavabdehə müraciət edib. Həm özünün, həm də sahibi olduğu İddiaçı onlayn media redaksiyasının Media Reyestrinə daxil edilməsini xahiş edib. Cavabdeh 14 fevral 2023-cü il tarixdə iddiaçının müraciəti üzrə qərar qəbul edib, həmin qərarla iddiaçının reyestdə qeydiyyatından imtina olunub. İddiaçı ikinci dəfə 10 mart 2023cü il tarixdə yenidən Media Reyestrində daxil edilməsi üçün cavabdehə müraciət edib. Həm özünün, həm də sahibi olduğu İddiaçı onlayn media redaksiyasının Media Reyestrinə daxil edilməsini xahiş edib. İddiaçı ikinci dəfə 10 mart 2023-cü il tarixdə yenidən Media Reyestrində daxil edilməsi üçün cavabdehə müraciət edib. Həm özünün, həm də sahibi olduğu İddiaçı onlayn media redaksiyasının Media Reyestrinə daxil edilməsini xahiş edib. İddiaçi hesab edir ki, cavabdeh tərəfindən qəbul edilmiş həmin qərar əsassızdır. iddiaçı bütün əvvəlki illərdə olduğu kimi 2022-ci ildə, eləcə də 2023-cü ilin indiyə qədərki dövründə onlayn media resursuna sayca “Media haqqında” qanunda nəzərdə tutulduğundan dəfələrlə çox kütləvi informasiya daxil edib, iddiaçının 2022-ci ilin sentyabr, oktyabr, noyabr, dekabr, eləcə də 2023-cü ilin yanvar-fevral aylarında sahibi olduğu onlayn media resursuna daxil etdiyi kütləvi informasiyaların say göstəricisi qanunun tələblərindəkindən çox olub. Hər ay internet resursuna azı 500 xəbər, məqalə, yerləşdirilib. İddiaçının sahibi olduğu “dogruxeber.az" onlayn media resursu öz materiallarını iki dildə - Azərbaycan və rus dillərində yayır. Azərbaycan və rus dillərində yayılan xəbərlkərin birbirinin sadəcə, tərcüməsi deyil. Elə rusca xəbərlər var ki, onlar Azərbaycan dilində yayılmır. Eyni zamanda elə Azərbaycanca xəbərlər var ki, onlar rus dilində yayılmır. Bu baxımdan bəzi aylarda media resursuna daxil edilən materialların ümumi sayı hətta 1000dən artıq olub. Digər tərəfdən, İddiaçı onlayn media resursu gündəlik təxminən 2 saat davam edən video proqram yayımlayır. Həmin proqramlarda ən azı 20 mövzuya toxunulur, həmin məsələlər maraqlı tərəflərin iştirakı ilə şərh edilir. Göründüyü kimi, iddiaçı sahibi olduğu onlayn media resursuna qanunun tələblərinə uyğun sayda kütləvi informasiya daxil edib. Həmin kütləvi informasiyalar redaksiyanın özünün yaratdığı kütləvi informasiyalar olub. Bu baxımdan, kütləvi informasiyalar redaksiyanın özü tərəfindən yaradıldığından cavabdehin imtina qərarındakı əsaslandırmalar ümumiyyətlə aktuallığını itirmiş olur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbinə dair etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı cavabdehə ilk olaraq xx.xx.2023-cü il tarixdə Media Reyestrinə daxil edilməsi üçün müraciət etmişdir. İddiaçının həmin müraciətinə xx.xx.2023-cü il tarixli R/39 nömrəli Qərarla imtina edilmişdir. Qeyd edilən qərarda aşkar olaraq iddiaçının Media Reyestrinə daxil edilməsindən imtinanın səbəbi əsaslandırılmışdır. Həmin qərar iddiaçıya təqdim edildikdən sonra iddiaçı həmin qərarı mübahisələndirməmiş və faktiki olaraq qərarın məzmunu - imtinanın əsasları ilə razılaşmışdır. Həmin qərar qəbul edildikdən təxminən 20 gün sonra, yəni xx.xx.2023-cü il tarixdə iddiaçı Media Reyestrinə daxil edilməsi üçün yenidən cavabdehə müraciət etmişdir. İddiaçının həmin müraciətinə xx.xx.2023-cü il tarixli R/55 nömrəli Qərarla imtina cavabı verilmişdir. Belə ki, iddiaçı yenidən müraciət edərkən ilk müraciətindən sonrakı müddət ərzində davamlılığın bərpa edilməsini və fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğunlaşdırılmasmı təmin etməmişdir. İddiaçı MMC media subyekti və İddiaçı onlayn media redaksiyası qanunvericiliyin tələblərinə cavab vermədiyindən imtina haqqında qərar (xx.xx.2023-cü il tarixli R/55 nömrəli) qəbul edilmişdir. Həmin qərarda “Media Reyestrinin aparılması Qaydaları”nm 6.7-ci bəndinə istinad edilməklə qeyd olunmuşdur ki, Reyestrə daxil edilmək üçün müraciət etmiş şəxslərin Reyestrə daxil edilməsindən imtina edildikdə, bu barədə Agentlik tərəfindən əsaslandırılmış qərar qəbul olunur və 5 (beş) iş günü müddətində elektron qaydada onlara göndərilir. Bu qərar həmin şəxslərin yenidən müraciətinə mane olmur. Agentliyin yuxarıda adı çəkilən xx.xx.2023-cü il tarixli İmtina Qərarından sonra iddiaçı xx.xx.2023-cü il tarixdə yenidən Reyestrə daxil edilmək üçün Agentliyə müraciət etmişdir. Buradan isə açıq-aşkar aydın olur ki, iddiaçı Agentliyin xx.xx.2023-cü il tarixli Qərarını əsaslı hesab etmiş, nöqsanları aradan qaldırmaq üçün müəyyən müddət fəaliyyət göstərmiş və Reyestrə daxil edilmək üçün yenidən Agentliyə müraciət etmişdir. Lakin, iddiaçının fəaliyyəti “Media haqqında” Azərbaycan Respublikası Qanununun yuxarıda göstərilən 60.5-ci və 74.1.2-ci maddələrinin tələblərinə uyğun olmadığından xx.xx.2023-cü il tarixdə onun və sahibi olduğu redaksiyanın Reyestrə daxil edilməsindən imtina barədə növbəti Qərar qəbul olunmuşdur. Eyni zamanda qeyd olunmalıdır ki, İddiaçı onlayn media redaksiyasının fəaliyyətinin davamlılığı yoxlanarkən “Media haqqında” Azərbaycan Respublikası Qanununun 60.5-ci və 60.4-cü maddələri əsas götürülmüşdür. Belə ki, fəaliyyətin hansı hallarda davamlı olduğunu təsbit edən 60.5ci maddə üzrə hesablamanın aparılması zamanı materialın yayımlanma tarixi xüsusi əhəmiyyət kəsb etdiyindən Qanunun 60.4-cü maddəsinə əsasən onlayn mediada materialın ilk dəfə yayımlandığı tarix qeyd olunmalı və həmin tarixə dəyişiklik edilməməlidir. Buna baxmayaraq, İddiaçı onlayn media redaksiyası bir çox, xüsusən də rus dilində dərc edilən materiallarında onların yayımlanma tarixini qeyd etmədiyindən həmin materiallar Qanunun 60.5-ci maddəsi üzrə dəyərləndirmə predmeti deyildir. İddiaçı hər iki müraciət tarixindən əvvəlki bir ayın 15 günü Qanunun 13.1- ci və 13.2-ci maddələrinə əməl etməklə 20 kütləvi informasiya dərc etməmişdir. Bu isə o deməkdir ki, hər iki müraciət dövründə həmin resursun fəaliyyəti Qanunun 60.5-ci maddəsinin tələblərinə uyğun, yəni davamı olmamışdır. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9070/2023 nömrəli, 01 sentyabr 2023-cü il tarixli qərarı ilə (hakim O.Həsənov) iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Doğruxeber.az” onlayn media resursunun fəaliyyəti davamlılıq şərtinə tamamilə uyğun olub, çünki “Doğruxeber.az” onlayn media resursu fevral ayında 900-dən çox, mart ayında isə 1000-dən çox kütləvi informasiya yayıb. Fevral ayında yayılan kütləvi informasiyaların 500-dən çoxu, mart ayında isə 600-dən çoxu “doğruxeber.az” onlayn media resursuna məxsus olub. Cavabdeh Media Agentliyi Məhkəməyə bunun əksini göstərən hər hansı sübut təqdim edə bilməmişdir, çünki belə bir sübut mövcud deyil. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddia mümkün iddia olsa da, mahiyyəti üzrə əsassız olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Media haqqında” Azərbaycan Respublikasının Qanununun: -1.1.2-ci maddəsinə əsasən media dedikdə kütləvi informasiyanın dövri və ya müntəzəm olaraq dərc olunmasını və (və ya) yayımlanmasını həyata keçirmək üçün istifadə olunan alət və vasitələr, habelə onlar vasitəsilə formalaşan informasiya mühiti başa düşülür. -3.1-ci maddəsinə əsasən bu Qanun Azərbaycan Respublikasının ərazisində təsis olunmuş media subyektlərinə, redaksiyalara, onların məhsullarına, həmçinin Azərbaycan Respublikasının hüdudlarından kənarda olan və fəaliyyəti Azərbaycan Respublikasının ərazisinə və əhalisinə istiqamətlənmiş bütün media subyektlərinə, Azərbaycan Respublikasının hüdudlarından kənarda yaradılan media məhsullarının yalnız Azərbaycan Respublikasının ərazisində yayılan hissəsinə, habelə jurnalistlərə şamil edilir. -13.1-ci maddəsinə əsasən media subyekti digər media subyektinin informasiyasını və proqramlarını istinad etməklə abunəlik və ya müqavilə əsasında istifadə edə bilər. -13.2-ci maddəsinə əsasən abunəlik və ya müqavilə olmadıqda media subyekti digər media subyektinin hər bir informasiyasının yalnız üçdə birindən çox olmayan hissəsini istinad etməklə istifadə edə bilər. -13.3-cü maddəsinə əsasən bu Qanunun 13.1-ci və 13.2-ci maddələri (istinadla bağlı tələb istisna olmaqla) dövlət orqanları (qurumları) tərəfindən yayılan rəsmi məlumatlara (press-relizlərə) və informasiya agentliklərinin informasiyasından istifadə hallarına şamil edilmir. -25.1.3-cü maddəsinə əsasən onlayn media subyektləri – media subyektlərinə aiddir. -60.5-ci maddəsinə əsasən onlayn media subyekti (redaksiyaları) hər ay 20 (iyirmi) gün ərzində bu Qanunun 13.1-ci və 13.2-ci maddələrinin tələblərinə əməl etməklə və bu Qanunun 13.3-cü maddəsində göstərilən informasiya istisna olmaqla, gündəlik azı 20 (iyirmi) kütləvi informasiya dərc etdikdə onun fəaliyyəti davamlı hesab olunur. -73.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında media subyektlərinə, o cümlədən onların redaksiyalarına, habelə jurnalistlərə dair məlumatların sistemləşdirilməsi məqsədilə Media Reyestri yaradılır. -73.5-ci maddəsinə əsasən çap mediası və ya onlayn media subyektləri, informasiya agentlikləri, həmçinin jurnalistlər Media Reyestrinə daxil edilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edirlər. -74.1-ci maddəsinə əsasən media Reyestrinə media subyekti kimi daxil edilmək üçün müraciət edən şəxslər aşağıdakı tələblərə cavab verməlidir: 74.1.1. bu Qanunun 26.1–26.5-ci, 26.8-ci maddələrində nəzərdə tutulmuş tələblərə (bu Qanunun 69.2-ci maddəsi nəzərə alınmaqla) uyğun olmalıdır; 74.1.2. fəaliyyəti davamlı olmalıdır (müraciət tarixinə qədər media sahəsində fəaliyyət göstərməmiş media subyektləri istisna olmaqla); 74.1.3. fəaliyyəti bu Qanunun 13.1-ci və 13.2-ci maddələrinin tələblərinə uyğun olmalıdır; 74.1.4. hüquqi şəxs olduqda, hüquqi şəxslərin dövlət reyestrində qeydiyyata alınmış olmalıdır; 74.1.5. fiziki şəxs olduqda, fərdi sahibkar kimi vergi uçotuna alınmış olmalıdır; 74.1.6. Media Reyestrində olan digər media subyektlərinin redaksiyalarının loqotipləri (emblemləri) ilə eyni və ya oxşar olmamalıdır. -74.3-cü maddəsinə əsasən media Reyestrinə daxil edilmək üçün müraciət etmiş şəxslər bu Qanunun 74.1-ci maddəsinin, jurnalistlər isə bu Qanunun 74.2-ci maddəsinin tələblərinə cavab vermədikdə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onların Media Reyestrinə daxil edilməsindən imtina edilir. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 26 sentyabr tarixli 1846 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Media Reyestrlərinin aparılması” Qaydasının: 2.1.1-ci bəndinə əsasən reyestr – Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (bundan sonra – Agentlik) tərəfindən idarə olunan, media subyektlərinə, o cümlədən onların redaksiyalarına, habelə jurnalistlərə dair məlumatları əks etdirən elektron sənədlər və ya sənədlər toplusundan (sənədləşdirilmiş informasiyadan) ibarət informasiya ehtiyatıdır. -6.1-ci bəndinə əsasən reyestrin informasiya təminatı Reyestrə daxil edilmək üçün müraciət edən şəxslər, o cümlədən jurnalistlər və Azərbaycan Respublikasının Audiovizual Şurası tərəfindən məlumatların təqdim edilməsi, həmçinin EHİS vasitəsilə sorğu edilən məlumatların inteqrasiya olunması yolu ilə həyata keçirilir. -6.5-ci bəndinə əsasən reyestrə daxil edilmək üçün müraciət etmiş şəxslərin Reyestrə daxil edilməsindən aşağıdakı hallarda imtina olunur: 6.5.1. Qanunun 26.1 – 26.5-ci və 26.8-ci maddələrində nəzərdə tutulmuş tələblərə (Qanunun 69.2-ci maddəsi nəzərə alınmaqla) uyğun olmadıqda; 6.5.2. fəaliyyəti davamlı olmadıqda (müraciət tarixinə qədər media sahəsində fəaliyyət göstərməmiş media subyektləri istisna olmaqla); 6.5.3. fəaliyyəti Qanunun 13.1-ci və 13.2-ci maddələrinin tələblərinə uyğun olmadıqda; 6.5.4. hüquqi şəxs olduqda hüquqi şəxslərin dövlət reyestrində qeydiyyata alınmış olmadıqda; 6.5.5. fiziki şəxs olduqda fərdi sahibkar kimi vergi uçotuna alınmış olmadıqda; 6.5.6. loqotipi (emblemi) Reyestrdə olan digər media subyektlərinin redaksiyalarının loqotipləri (emblemləri) ilə eyni və ya oxşar olduqda. -6.7-ci bəndinə əsasən reyestrə daxil edilmək üçün müraciət etmiş şəxslərin, o cümlədən jurnalistlərin Reyestrə daxil edilməsindən imtina edildikdə, bu barədə Agentlik tərəfindən əsaslandırılmış qərar qəbul olunur və 5 (beş) iş günü müddətində elektron qaydada onlara göndərilir. Bu qərar həmin şəxslərin yenidən müraciətinə mane olmur. Azərbaycan Respublikası Prezidentinin 12 yanvar 2021-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Medianın X1: -3.1.22-1-3.1.22-3-cü bəndlərinə əsasən media Reyestrini formalaşdırmaq, aparmaq, idarə etmək, ondan istifadə edilməsinə və məlumatların mühafizəsinə nəzarət etmək; Media Reyestrinə daxil edilmiş çap mediasının və onlayn medianın redaksiyasının loqotipinin (embleminin) dəyişdirilməsinə razılıq vermək; Media Reyestrinə daxil edilmiş media subyektlərinə Media Reyestri şəhadətnaməsi, jurnalistlərə isə jurnalist vəsiqəsi vermək Agentliyinin vəzifələrinə aiddir. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İş materiallarından görünür ki, iddiaçı “Media haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Prezidentinin “Media Reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” 26 sentyabr 2022-ci il tarixli Fərmanına əsaslanaraq cavabdehə müəyyən aralıqla iki dəfə müraciət edərək həm özünün, həm də sahibi olduğu İddiaçı onlayn media redaksiyasının Media Reyestrinə daxil edilməsini xahiş etmiş, cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətlərinin təmin edilməsindən imtina edilmiş, imtina onunla əsaslandırılmışdır ki, İddiaçı onlayn media redaksiyasının fəaliyyətinin davamlılığı yoxlanarkən “Media haqqında” Azərbaycan Respublikası Qanununun 60.5-ci və 60.4-cü maddələri əsas götürülmüşdür. Belə ki, fəaliyyətin hansı hallarda davamlı olduğunu təsbit edən 60.5-ci maddə üzrə hesablamanın aparılması zamanı materialın yayımlanma tarixi xüsusi əhəmiyyət kəsb etdiyindən Qanunun 60.4-cü maddəsinə əsasən onlayn mediada materialın ilk dəfə yayımlandığı tarix qeyd olunmalı və həmin tarixə dəyişiklik edilməməlidir. Buna baxmayaraq, İddiaçı onlayn media redaksiyası bir çox, xüsusən də rus dilində dərc edilən materiallarında onların yayımlanma tarixini qeyd etmədiyindən həmin materiallar Qanunun 60.5-ci maddəsi üzrə dəyərləndirmə predmeti deyildir. İddiaçı hər iki müraciət tarixindən əvvəlki bir ayın 15 günü Qanunun 13.1- ci və 13.2-ci maddələrinə əməl etməklə 20 kütləvi informasiya dərc etməmişdir. Bu isə o deməkdir ki, hər iki müraciət dövründə həmin resursun fəaliyyəti Qanunun 60.5-ci maddəsinin tələblərinə uyğun, yəni davamlı olmamışdır. Cavabdeh inzibati orqanın imtinasını əsaslı hesab edən birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi rədd edilmişdir. Hazırda iddiaçının apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, “Doğruxeber.az” onlayn media resursunun fəaliyyəti davamlılıq şərtinə tamamilə uyğun olub, çünki “Doğruxeber.az” onlayn media resursu fevral ayında 900-dən çox, mart ayında isə 1000-dən çox kütləvi informasiya yayıb. Fevral ayında yayılan kütləvi informasiyaların 500-dən çoxu, mart ayında isə 600-dən çoxu “doğruxeber.az” onlayn media resursuna məxsus olub. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin iddia tələbinin rədd edilməsi ilə bağlı nəticəni əsaslı hesab edir. Belə ki, kollegiya ilk növbədə qeyd edir ki, media dedikdə kütləvi informasiyanın dövri və ya müntəzəm olaraq dərc olunmasını və (və ya) yayımlanmasını həyata keçirmək üçün istifadə olunan alət və vasitələr, habelə onlar vasitəsilə formalaşan informasiya mühiti başa düşülür. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının qanunvericiliyinə görə dörd növ media subyekti müəyyən edilmişdir ki, bunlardan biri də onlayn media subyektidir. Onlayn media – audiovizual media və çap mediası istisna olmaqla, mətn, audio, vizual və ya digər elektron (rəqəmsal) formada olan kütləvi informasiyanı veb-saytda yayımlayan media növüdür. İstər onlayn media, istərsə də digər media subyektlərin, o cümlədən onların redaksiyalarının, habelə jurnalistlərə dair məlumatların Media Reyestrinə daxil edilməsi üçün müvafiq tələblər mövcuddur. Media fəaliyyətini tənzimləyən qanunvericiliyin və normativ hüquqi aktların tələblərinə nəzər yetirdikdə görünür ki, onlayn media subyektləri Media Reyestrinə daxil edilməsi üçün ilkin olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana, yəni Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinə müraciət etməlidir. Nəzərə alınmalıdır ki, müraciət edən şəxsin Media Reyestrinə daxil edilməsi üçün, o, qanunvericilikdə nəzərdə tutulmuş tələblərə cavab verməlidir ki, bu tələblərdən biri də subyektin media fəaliyyətin davamlı olmasıdır. Əks təqdirdə, yəni subyektin media fəaliyyəti davamlı olmadığı halda Media Reyestrinə daxil edilmək üçün müraciət etmiş şəxsin müraciətin təmin olunmasından imtina olunur. Qanunvericiliklə “davamlılıq” ifadəsi ətraflı şəkildə təsvir edilmiş və onlayn media subyektinin fəaliyyətinin davamlı olmasını onun tərəfindən gündəlik kütləvi şəkildə dərc olunan məlumatların sayından asılı etmişdir. “Media haqqında” Azərbaycan Respublikasının Qanunun müddəalarından çıxış etdikdə məlum olur ki, onlayn media subyekti hər ay 20 gün ərzində gündəlik azı 20 (iyirmi) kütləvi informasiya dərc etdikdə onun fəaliyyəti davamlı hesab olunur. Xüsusi ilə qeyd olunmalıdır ki, onlayn media subyektinin dərc etdiyi həmin 20 informasiya məhz qanunvericiliyin tələblərinə uyğun istifadə olunduğu halda media subyektinin fəaliyyətini davamlı hesab olunmasına əsas verir. Beləliklə, onlayn media subyektinin fəaliyyətinin davamlı hesab olunması üçün həmin subyekt aşağıdaki tələblərə cavab verməlidir: -Hər ay 20 gün ərzində gündəlik azı 20 (iyirmi) kütləvi informasiya dərc etməli; -Dərc olunan informasiyalar digər media subyektinin informasiyasından və proqramlarından yalnız abunəlik və ya müqavilə olduğu halda istifadə olunmalı; -Abunəlik və ya müqavilə olmadıqda media subyekti digər media subyektinin hər bir informasiyasının yalnız üçdə birindən çox olmayan hissəsini istinad etməklə istifadə etməli; Göründüyü kimi qüvvədə olan qanunvericilik onlayn media subyektinin fəaliyyətinin davamlı olmasını subyekt tərəfindən dərc olunmuş informasiyanın sayından asılı etmişdir ki, bu zaman istifadə olunan həmin informasiyaların hansı istinadlara dayandığı da mühüm rol oynayır. Eyni zamanda nəzərə alınmalıdır ki, qanunvericilik onlayn media subyektinin hər gün ən azı 20 informasiya dərc etməsini nəzərdə tutuqda həmin informasiyalara dövlət orqanları (qurumları) tərəfindən yayılan rəsmi məlumatlara (press-relizlərə) və informasiya agentliklərinin informasiyasından istifadə olunan məlumatları aid etmir. Hazırki işdən görünür ki, iddiaçı onlayn media subyekti olsa da, onun fəaliyyəti qanunvericilikdə nəzərdə tutulmuş “fəaliyyətin davamlı olması” anlayışını ehtiva etmir. Belə ki, məhkəmə icraatı zamanı təqdim olunmuş video materiala (flaş kart) baxış keçirildiyi zaman məlum olmuşdur ki, iddiaçı 10 fevral 2023-cü il tarixdə 16, 11 fevral 2023- cü il tarixdə 18, 15 fevral 2023-cü il tarixdə 8, 21 fevral 2023-cü il tarixdə 17, 22 fevral 2023-cü il tarixdə 17, xx.xx.2023-cü il tarixdə 15, 02 mart 2023-cü il tarixdə 14, 04 mart 2023-cü il tarixdə ümumi 8, 06 mart 2023-cü il tarixdə 15, 07 mart 2023-cü il tarixdə 16, 08 mart 2023-cü il tarixdə 16 özünəməxsus informasiyalar dərc etmiş, fevral ayının 12, 19, 26 və mart ayının 5-də ümumiyyətlə informasiya dərc etməmişdir. Nəzərə alınmalıdır ki, bu informasiyalar, yəni sadalanan günlərdə yerləşdirilmiş informasiyaların sayı və iddiaçıya məxsus olması cavabdeh tərəfindən mübahisələndirilmir. Lakin nəzərə alınmalıdır ki, iddiaçı onlayn media subyekti kimi fəaliyyətinin davamlı hesab olunması üçün hər gün 20 özünəməxsus, başqa sözlə unikal xarakterli informasiyadan az informasiya dərc etmişdir. Yuxarıda qeyd olunan tarixlər üzrə iddiaçı tərəfindən dərc olunan ümumi informasiya sayı hər gün (xx.xx.2023-cü il tarix və digər xəbər yerləşdirilməyən günlər istisna olmaqla) üçün 20-dən çox təşkil etsə də, dərc olunan həmin informasiyaların hamısının iddiaçıya məxsus olduğu müəyyən olunmur. Məsələn, xx.xx.2023-cü il tarixdə iddiaçı tərəfindən ümumilikdə 32 informasiya dərc olunmuşdur ki, bunlardan yalnız 14 informasiya iddiaçının özünə məxsusdur (tərəflər arasında bu hal mübahisələndirilmir). Digər 18 informasiyanın isə dərc olunduğu tarixdən və saatdan daha əvvəlki saatlarda digər media subyektləri (Unikal.az, Apa.az, Yenicağ.az və s.) tərəfindən dərc edildiyi müəyyən olunur. İddiaçı həmin informasiyaları digər media subyektlərinin informasiyalarına istinad etməklə istifadə etsə də, onun həmin media subyektləri ilə arasında abunə və ya müqavilənin bağlandığı müəyyən olunmur. Digər tərəfdən isə nəzərə alınmalıdır ki iddiaçının yuxarıda adıçəkilən media subyektləri ilə arasında abunə və ya müqavilə bağlanmasa belə onun tərəfindən istifadə olunan informasiyalar digər media subyektlərinin dərc etdiyi informasiyaların üçdən birindən çox təşkil edir ki, bu hal “Media haqqında” Azərbaycan Respublikasının Qanunun 13.2-ci maddəsinin tələblərinə riayət olunmadığını göstərir. Bundan başqa qeyd olunmalıdır ki, iddiaçının təsisçisi olduğu digər onlayn media subyekti hesab olunan “Kanal14.az” –də dərc olunan informasiyalardan istifadə etdiyini bildirmiş və həmin media subyektin direktoru olduğuna əsaslanaraq abunə və ya müqavilənin bağlanmasının mümkün olmadığını vurğulamışdır. Bununla bağlı kollegiya qeyd edir ki, iddiaçının digər onlayn media subyekti olan “Kanal14.az” direktoru olması onun abunə və ya müqavilə olmadan həmin subyektə məxsus olan informasiyaların tam həcmdə istifadə etməsinə əsas vermir. İddiaçı yalnız o halda “Kanal14.az” media subyektinə aid olan informasiyaları istifadə edə bilərdi ki, əgər iddiaçı ilə “Kanal14.az” arasında abunə və ya müqavilə mövcud olsun. İddiaçının direktorunun eyni zamanda “Kanal14.Az” direktoru olması müqavilə bağlanılmasını istisna etmir. Apellyasiya instansiya məhkəməsində icraat zamanı mübahisənin ədalətli həlli baxımından işin xüsusatlarına və apellyasiya şikayətinin dəlillərinə düzgün qiymət verilməsi istiqamətində ziddiyyətli məqamların aradan qaldırılması, həmçinin, iddiaçının “Media haqqında” AR Qanununun 60.5-ci maddəsinin tələbinə əsasən fəaliyyətinin davamlılığının müəyyən edilməsi məqsədilə kompüter- texniki ekspertizası təyin edilmiş, lakin ekspert tərəfindən qərardadda qeyd olunan sualların cavablandırılması üçün qeyd olunan məlumatlara baxış keçirilməsində hər hansı xüsusi bilik tələb olunmaması əsası ilə ekspertizanın aparılmasından imtina olunmuşdur. Apellyasiya instansiya məhkəməsində icraat zamanı məhkəmə iclasında tərəflərin iştirakı ilə mübahisəli bəzi tarixlər üzrə (xx.xx.2023, xx.xx.2023) iddiaçı tərəfindən dərc olunmuş bəzi informasiyalara baxış keçirilmiş və müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 12:45-də İddiaçı –da “ Daha 3 voleybolçu zəlzələnin qurbanı oldu” başlıqlı informasiya daha əvvəl xx.xx.2023-cü il tarixdə, saat 11:29-da Unikal.az-da dərc olunub. Həmçinin xx.xx.2023-cü il tarixdə, saat 10:14-də İddiaçı –da “Malatyada yenidən güclü zəlzələ oldu” başlıqlı informasiya daha əvvəl xx.xx.2023-cü il tarixdə, saat 09:46-da Unikal.az-da dərc olunub. Həmçinin xx.xx.2023-cü il tarixdə saat 15:00-da İddiaçı – da dərc olunan “Nigeriyanın yeni prezidenti kimdir?” başlıqlı informasiyanın xx.xx.2023-cü il tarixdə, saat 13:33-də Azərtac-da dərc edildiyi müəyyən edilmişdir. Bununla da iddiaçı tərəfindən qeyd edilən məlumatların bəzi məqamlarda düzgünlüyü müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası qənaətə gəlir ki, cavabdeh tərəfindən qəbul edilmiş qərarlar (media subyektinin (redaksiyasının) Media Reyestrinə daxil edilməsindən imtina edilməsi barədə) əsaslı olduğundan, iddiaçının və onun sahibi olduğu onlayn media redaksiyasının Media Reyestrinə daxil edilməsi mümkün deyil. Həmçinin, iddiaçının tələbinin ikinci hissəsinə münasibətdə qeyd olunmalıdır ki, həmin tələb əlavə tələb olmaqla əsas tələbdən asılıdır, əsas tələb üzrə iddianın qanunsuz və əsassızlığı, asılı tələbindən də təmin edilməsini istisna edir. Beləliklə, hazırkı iş üzrə iddiaçının müraciətlərinin təmin olunması üçün əsas olmadığından, onun Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsi və “Mülki və Siyası Hüquqlar haqqında” Beynəlxalq Paktın 19-cu maddəsi ilə nəzərdə tutulmuş ifadə azadlığının pozuntusunun tanınmasından söhbət gedə bilməz. Bununla da, hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9070/2023 nömrəli, 01 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Cahangir Yusifov
Məhkəmə qərarları › İş №2-1(103)-735/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-735/2024
30.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver