Məhkəmə qərarları › İş №2-1(103)-735/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-735/2025

13.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-735/2025 13.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Nigar Xeyrulla qızı və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, X1 Asəf qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarəsinin Cavabdeh qarşı “siyahıya alınmış əmlakın satılması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4751/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiаçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarəsi Cavabdeh qarşı “cavabdehin borc məbləğindən xx.xx.2023-cü il tarixə DSMF-yə 2972.54 manat, İcbari Tibbi Sığorta Fonduna 275.34 manat, İşsizlik Sığorta Fonduna 116.82 və dövlət büdcəsinə 28625.12 manat borclarına görə siyahıya alınmış qiyməti 9000 manat 2001-ci il buraxılışı kuzov nömrəsi WDB210021B314054 olan qara rəngli “MERSEDES S 320 minik” markalı 90NA831 dövlət qeydiyyat nişanlı, qiyməti 30000 manat 2007-ci il buraxılışı kuvoz nömrəsi WDB9702151L234514 olan sarı rəngli “MERSEDES BENZ ATEQO yük” markalı 90RY769 dövlət qeydiyyat nişanlı, qiyməti 15000 manat 2007-ci il buraxılışı kuzov nömrəsi WVGZZZ7LZ7DO79273 olan ağ rəngli “VOLKSWAGEN TOUAREG minik” markalı 99CB788 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitələrinin müvafiq icra hakimiyyəti orqanlarının müəyyən etdiyi orqan (qurum) vəsiqəsilə satılması” bаrədə iddia ərizəsi ilə məhkəməyə müraciət еtmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, vergi ödəyicisi olan Cavabdeh (VÖEN **********) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetimədiyi üçün onun İcbari Tibbi Sığorta Fonduna, Dövlət Sosial Müdafiə Fonduna, İşsizlikdən Sığorta Fonduna və dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə, İcbari Tibbi Sığorta Fonduna, Dövlət Sosial Müdafiə Fonduna, İşsizlikdən Sığorta Fonduna və dövlət büdcəsinə olan borcunun ödənilməsi məqsədi ilə ona bildirişlər verilmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx/xx/2023-cü il tarixli Qərarlar çıxarmışdır. Qərarlar əsasında vergi ödəyicisinin xx/xx/2023-cü il tarixə Dövlət Sosial Müdafiə Fonduna 2972.54 manat, İcbari Tibbi Sığorta Fonduna 275.34 manat, İşsizlikdən Sığorta Fonduna 116.82 və dövlət büdcəsinə 28625.12 manat yaranan borclarına görə qiyməti 9000 manat 2001-ci il buraxılışı kuzov nömrəsi WDB210021B314054 olan qara rəngli “MERSEDES S 320 minik” markalı 90NA831 dövlət qeydiyyat nişanlı, qiyməti 30000 manat 2007-ci il buraxılışı kuvoz nömrəsi WDB9702151L234514 olan sarı rəngli “MERSEDES BENZ ATEQO yük” markalı 90RY769 dövlət qeydiyyat nişanlı, qiyməti 15000 manat 2007-ci il buraxılışı kuzov nömrəsi WVGZZZ7LZ7DO79273 olan ağ rəngli “VOLKSWAGEN TOUAREG minik” markalı 99CB788 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitələri siyahıya alınmış və bu barədə xx/xx/2023-cü il tarixli **********8, **********2, **********9 və **********0 saylı Protokollar tərtib edilmişdir. Protokollar siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlaklar siyahıya alındıqdan sonra 30 gün müddətində borc fondlara ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin Dövlət Sosial Müdafiə Fonduna 2972.54 manat, İcbari Tibbi Sığorta Fonduna 275.34 manat, İşsizlikdən Sığorta Fonduna 116.82 və dövlət büdcəsinə 28625.12 manat ödənilməmiş borcu qalmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4751/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinin iddiа tələbi qismən təmin еdilmiş, Cavabdeh borc məbləğindən xx.xx.2023-cü il tarixə DSMF-yə 2972.54 manat, İcbari Tibbi Sığorta Fonduna 275.34 manat, İşsizlik Sığorta Fonduna 116.82 və dövlət büdcəsinə 28625.12 manat borclarına görə siyahıya alınmış qiyməti 9000 manat 2001-ci il buraxılışı kuzov nömrəsi WDB210021B314054 olan qara rəngli “MERSEDES S 320 minik” markalı 90NA831 dövlət qeydiyyat nişanlı, qiyməti 15000 manat 2007-ci il buraxılışı kuzov nömrəsi WVGZZZ7LZ7DO79273 olan ağ rəngli “VOLKSWAGEN TOUAREG minik” markalı 99CB788 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitələrinin müvafiq icra hakimiyyəti orqanlarının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması və iddia qalan hissədə təmin edilməməsi qərara alınmışdır. İddiaçı qərardan apellyasiya şikayəti verərək qərarın qismən ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-4751/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - Fiziki şəxs haqqında məlumata əsasən, cavabdeh xx.xx.2007-ci il tarixdə verilmiş ********** nömrəli VÖEN-lə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsində qeydiyyatdadır, onun əsas fəaliyyət növü –saxlama və anbarlara yığma. Halhazırda fəaliyyəti aktivdir. - “İcbari tibbi sığorta haqqları üzrə borcun ödənilməsinə dair” **********2 №-li bildirişdən müəyyən olur ki, Cavabdeh (VÖEN **********) xx.xx.2022-ci il tarixinə ümumillikdə 252.12 manat, icbari tibbi sığorta haqqları üzrə 1888.79 manat, maliyyə sanksiyaları üzrə 0,00 manat, faizlər üzrə 63.33 manat, inzibati cərimə üzrə 0,00 manat, digər üzrə 0,00 manat borc təşkil edir. Vеrgi Məcəlləsinin 65-ci maddəsinə əsasən göstərilən borcların 5 gün müddətində ödənilməsi tələb olunmuşdur. - “Muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə borcun ödənilməsinə dair **********2 №-li bildirişdən müəyyən olunur ki, Cavabdeh (VÖEN **********) xx.xx.2022-ci il tarixinə ümumilikdə 2,745.03 manat, muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə 2,216.99 manat, maliyyə sanksiyaları üzrə 0.00 manat, faizlər üzrə 528,04 manat, inzibati cərimə üzrə 0,00 manat, digər üzrə 0,00 manat borc təşkil edir. Vеrgi Məcəlləsinin 65-ci maddəsinə əsasən göstərilən borcların 5 gün müddətində ödənilməsi tələb olunmuşdur - “Vergi borcunun ödənilməsi”nə dair **********5 №-li bildirişdən müəyyən olunur ki, Cavabdeh (VÖEN **********) xx.xx.2023-cü il tarixinə ümumilikdə 30,970.77 manat, vergilər üzrə 4,836.32 manat, maliyyə sanksiyaları üzrə 24.929.64 manat, faizlər üzrə 1,204.81 manat, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 0,00 manat borc təşkil edir. Vеrgi Məcəlləsinin 65-ci maddəsinə əsasən göstərilən borcların 5 gün müddətində ödənilməsi tələb olunmuşdur. - “İşsizlikdən sığorta haqqı üzrə borcun ödənilməsi”nə dair **********7 №-li bildirişdən müəyyən olunur ki, Cavabdeh (VÖEN **********) xx.xx.2022-ci il tarixinə ümumilikdə 106,62 manat, işsizlikdən sığorta haqqı üzrə 81,18 manat, maliyyə sanksiyaları üzrə 0.00 manat, faizlər üzrə 25,44 manat, inzibati cərimə üzrə 0,00 manat, digər üzrə 0.00 manat borc təşkil edir. Vеrgi Məcəlləsinin 65-ci maddəsinə əsasən göstərilən borcların 5 gün müddətində ödənilməsi tələb olunmuşdur. - Bakı şəhəri X2 üzrə Baş İdarəsinin “Əmlakın siyahıya alınması haqqında” **********2 №-li, **********0 №-li və **********9 №-li xx.xx.2023-cü il tarixli qərarlarının surətlərindən müəyyən olunur ki, Bakı şəhəri X2 üzrə Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən Cavabdeh (VÖEN **********) məxsus əmlakların siyahıya alınması qərara alınmışdır. - “Əmlakın siyahıya alınması haqqında” **********2 №-li, **********0 №-li və **********9 №-li xx.xx.2023-cü il tarixli protokollara əsasən alınmış qiyməti 9000 manat 2001-ci il buraxılışı kuzov nömrəsi WDB210021B314054 olan qara rəngli “MERSEDES S 320 minik” markalı 90NA831 dövlət qeydiyyat nişanlı, qiyməti 30000 manat 2007-ci il buraxılışı kuvoz nömrəsi WDB9702151L234514 olan sarı rəngli “MERSEDES BENZ ATEQO yük” markalı 90RY769 dövlət qeydiyyat nişanlı, qiyməti 15000 manat 2007-ci il buraxılışı kuzov nömrəsi WVGZZZ7LZ7DO79273 olan ağ rəngli “VOLKSWAGEN TOUAREG minik” markalı 99CB788 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitələri siyahıya alınmış əmlakların sırasına daxildir. - “Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlamaya verilməsi haqqında” xx.xx.2023-cü il tarixli aktlarına əsasən, məsul saxlamaya almış şəxs Cavabdeh- siyahıya alınmış əmlak barəsində sərəncam vermək hüququndan məhrum edildiyi, həmin əmlaka sahiblik və ondan istifadə edilməsinin yalnız vergi orqanının nəzarəti ilə həyata keçirilə biləcəyi, habelə bu əmlaka dair onun bağladığı əqdlərin etibarsız hesab ediləcəyi və siyahıya alınmış əmlakın israf edilməsinə, özgəninkiləşdirilməsinə, gizlədilməsinə, dəyişdirilməsinə yol verdiyi təqdirdə Azerbaycan Respublikasının Cinayət Məcəlləsinin 303-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdar edildi. - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarəsinin məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli, **********438800 nömrəli “məlumatın təqdim edilməsi barədə” cavab məktubuna əsasən, borclu Cavabdeh (VÖEN: **********) xx.xx.2023-cü il tarixli **********0 saylı qərar üzrə dövlət büdcəsinə 25412.66 manat, **********8 saylı qərar üzrə sosial sığorta ödənişinə 2972.54 manat, **********9 saylı qərar üzrə işsizlikdən sığorta ödənişinə 116.82 manat, **********2 saylı qərar üzrə isə icbari tibbi sığortaya 275.34 manat borcu vardır,Vergi ödəyicisi Cavabdeh (VÖEN: **********) barədə xx.xx.2023-cü il tarixli əmlakın siyahıya alınması barədə tərtib edilmiş protokollar, aktlar, qərarlar və xx.xx.2024-cü il tarixə şəxsi hesab vərəqəsindən çıxarış təqdim edilmişdir. - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarəsinin məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli, **********942000 nömrəli “məlumatın təqdim edilməsi barədə” cavab məktubuna əsasən bildirilmişdir ki, əmlakın siyahıya alınması zamanı əmlakların qiymətləndirilməsi vergi ödəyicisinin ifadələrinə əsasən müəyyən edilmişdir. - Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024cü il tarixli, 3-13-16/2-70292/2024 cavab məktubuna əsasən «MERCEDES 320» markalı **-NA-***, «MERCEDES BENZ ATEGO YÜK» markalı **-RY-*** və «VOLKSWAGEN TOUAREG» markalı **- CB-*** (**-NH-***) dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri barədə DİN Baş Dövlət Yol Polisi İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasında mövcud olan məlumatların kompüter çıxarışı məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş çıxarışdan görünür ki, “VOLKSWAGEN TOUAREG minik” markalı 99CB788 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi Cavabdeh adına qeydiyyatdan keçmişdir. (AZEMİS) Elektron Məhkəməsə İnformasiya Sistemindən görünür ki, Cavabdeh avtomobil nəqliyyat məlumatlarında **-NA-*** dövlət qeydiyyat nişanlı WDB2100261B314054 ban nömrəli, Mercedes 320 minik markalı avtomobil nəqliyyat vasitəsi cavabdehin mülkiyyətindədir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin: Maddə 89.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Maddə 89.2. Əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. Maddə 89.3. Vergi ödəyicisi vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclarını bu Məcəllənin 65.1-ci maddəsində qeyd olunan bildirişdə göstərilən müddət ərzində ödəmədikdə vergi orqanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada aktivləri barədə məlumatın 10 gün ərzində vergi orqanına təqdim edilməsini vergi ödəyicisindən tələb edə bilər. Məlumatın vaxtında verilməməsinə görə vergi ödəyicisi bu Məcəllənin tələblərinə uyğun olaraq məsuliyyət daşıyır. Vergi ödəyicisinin vergi öhdəliyini yerinə yetirməkdən boyun qaçırması barədə vergi orqanının kifayət qədər əsası olduqda, habelə vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda vergi orqanı vergi ödəyicisinə yazılı bildiriş göndərməklə eyni zamanda ondan vergi öhdəliyini dərhal ödəməyi tələb edə bilər. Vergi ödəyicisi bu maddənin ikinci abzasında nəzərdə tutulmuş hallarda vergi öhdəliyini yerinə yetirmədikdə, vergi orqanı özünün əsaslandırılmış qərarı əsasında vergi ödəyicisinin əmlakının siyahıya alınmasını həyata keçirə bilər. Maddə 89.4. Vergi ödəyicisi olan hüquqi şəxsin bütün əmlakı, vergi ödəyicisi olan fiziki şəxsin isə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tələb yönəldilə bilməyən əmlakından başqa digər əmlakı siyahıya alına bilər. Maddə 89.5. Yalnız vergi öhdəliyinin yerinə yetirilməsi, həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının, habelə əmlakın satışı üzrə xərclərin ödənilməsi üçün zəruri və kifayət olan, satış üçün yararlı və öz əmtəə xassəsini itirməmiş əmlak siyahıya alınır. Maddə 89.10. Siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir, əmlak siyahıya alınır və bu siyahı əmlakın fotoşəkli ilə birlikdə protokola əlavə edilir. Siyahıda əmlakın dəqiq adı, sayı, fərdi əlamətləri, mümkün olduqda qiymətləri göstərilməklə əmlak tam təsvir edilir. Siyahıya alınan bütün əmlak müşahidəçilərə və vergi ödəyicisinə (onun nümayəndəsinə) baxış üçün təqdim edilir. Vergi ödəyicisi siyahıya alınmış əmlakı barəsində bu Məcəllənin 89.2-ci və 89.11-ci maddələrində müəyyən edilmiş məhdudiyyətlərin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıdığı barədə vergi orqanı tərəfindən xəbərdar edilir. Maddə 90.1. Vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Maddə 90.3. vergi ödəyicisinin siyahıya alınmış əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5.000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən sonra qətnamə ilə təmin edilmiş borca faizin hesablanması dayandırılır və bu Məcəllənin 90.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla vergi borcunun dövlət büdcəsinə ödənilməsi vergi orqanı tərəfindən təmin edilir. Vergi ödəyicisinin siyahıya alınmış əmlakı vergi orqanının sifarişinə əsasən elektron hərrac vasitəsi ilə də satıla bilər. Elektron hərracın təşkili və keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur Göründüyü kimi əmlakın siyahıya alınması - vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. Vergi orqanının vergi ödəyicisinin əmlakının siyahıya alınması hüququ o zaman yaranır ki, vergi ödəyicisi vergi öhdəliyini bu məcəllə ilə məyyən edilmiş müddətdə yerinə yetirməmiş olsun ki, belə olan halda vergi ödəyicisinin yaranmış vergi borclarını, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi əmlakın siyahıya alınması üsulundan istifadə oluna bilər. Hazırkı işin hallarından müəyyən edilir ki, ********** nömrəli VÖEN-lə vergi orqanında uçota alınmış cavabdeh qanunla müəyyən edilmiş müddətlərdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun xx/xx/2023-cü il tarixə Dövlət Sosial Müdafiə Fonduna 2972.54 manat, İcbari Tibbi Sığorta Fonduna 275.34 manat, İşsizlikdən Sığorta Fonduna 116.82 və dövlət büdcəsinə 28625.12 manat borcu yaranmış, lakin cavabdeh yaranmış borc məbləğinin büdcəyə ödənilməsini təmin etməmiş və ona görə də, Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2023-cü il tarixli qərarlar çıxarmışdır. Qərarlar əsasında cavabdehə məxsus əmlaklar siyahıya alınmış və bu barədə protokollar tərtib edilmiş, eyni zamanda həmin tarixdə siyahıya alınmış əmlakın məsul saxlanmaya verilməsi haqqında akt imzalanmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin əmlakın siyahıya alınması haqqında qərar ilə tanış olması, protokol və akt tərtib edilərkən iştirakı iş materiallarına əlavə olunmuş sənədlər ilə təsdiqlənir. Lakin iş materialları ilə 2001-ci il buraxılışı kuzov nömrəsi WDB210021B314054 olan qara rəngli “MERSEDES S 320 minik” markalı 90NA831 dövlət qeydiyyat nişanlı və 2007-ci il buraxılışı kuzov nömrəsi WVGZZZ7LZ7DO79273 olan ağ rəngli “VOLKSWAGEN TOUAREG minik” markalı 99CB788 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi cavabdehin mülkiyyətində olması iş materialları ilə təsdiq olunsa da, 2007-ci il buraxılışı kuvoz nömrəsi WDB9702151L234514 olan sarı rəngli “MERSEDES BENZ ATEQO yük” markalı 90RY769 dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehə məxsus olması barədə sübutlar məhkəməyə təqdim edilməmiş və məhkəmə araşdırılması zamanı bu hal aşkar edilməmişdir Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4751/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4751/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar