Məhkəmə qərarları › İş №2-1(103)-736/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-736/2020

30.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-736/2020 30.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mayılov Ülvi Arif oğlu (sədrlik edən), Tağızadə Mirzə Nəsib oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı iştirakı ilə, cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «xidmət illərinin düzgün heablanması» tələbinə dair inzibati iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-N1N4/N9 saylı, xx xxxxxx N9-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, məhəllə-540 ünvanda), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərəkətlərini qanunsuz hesab etməklə onun xx.xx.1996-cı ildən xx.xx.2004-cü ilədək xidmətinin 1(bir) günün N (üç) gün kimi hesablanması, xx.xx.2004-cü ildən sentyabr NNcü ilədək xidmətinin N (bir) gün 2 (iki) gün hesablanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, sonradan iddiaçı Azərbaycan Respublikası İPM-in 1N-cü maddəsinə əsasən iddia tələbini dəqiqləşdirərək onun xx.xx.1996-cı ildən xx.xx.2004-cü ilədək xidmətinin 1(bir) günün N (üç) gün kimi və xx.xx.2004-cü ildən sentyabr NN-cü ilədək xidmətinin N (bir) gün 2 (iki) gün hesablanaraq Azərbaycan Respublikası Əmək və X14 Nazirliyi yanınında Dövlət Sosial X8qçular və xüsusi rütbəli şəxslərlə iş idarəsinə göndərilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Ordusunda zabit kimi 2N ildən artıq qüsursuz hərbi xidmət keçərək, N9-cu ilin may ayında, polkovnikleytenant rütbəsində, xəstəliklə əlaqədar Ordu sıralarından təxris olunmuş, müharibə veteranıdır. 1987-1989-cu illər ərzində Sovet Ordusu sıralarında xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək döyüş bölgəsində, döyüş şəraitində yerləşən N saylı hərbi hissədə, xx.xx.1996-cı il tarixdən - aprel N0-cu il tarixədək döyüş bölgələrindəTərtər- Qarabağ regional Məhkəmə Tibbi Ekspertiza Laboratoriyasının rəisi, aprel N0-cu il tarixdən NN-cü ilin sentyabr ayına qədər döyüş bölgələrindəFüzuli Regional Məhkəmə- Tibbi Ekspertiza bölməsinin rəisi, NN-cü ilin sentyabr ayından N8-ci ilin fevral ayınadək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X2 Komission və Təkrar Ekspertiza Bölməsinin rəisi, N8-ci ilin fevral ayından N9-cu ilin may ayınadək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tibbi Baş İdarəsinin Müalicə və Profilaktika Bölməsinin baş zabiti vəzifəsində xidmətdə olmuşdur. Tərtər-Qarabağ regional Məhkəmə Tibbi Ekspertiza Laboratoriyasının rəisi vəzifəsində xidmətdə olarkən, rəisi olduğu laboratoriya döyüş bölgəsində, döyüş şəraitində yerləşən N nömrəli hərbi hissənin tibb məntəqəsində yerləşməklə müvafiq əmrlə həmin hərbi hissədə ərzaq təminatında olmaqla, orada xidmət keçən həkimlərlə eyni şəraitdə xidmət edərək onlar kimi ikiqat aylıq məvacib almışdır. xx.xx.2009-cu il tarixdən N0-cu ilin aprel aymdadək N nömrəli hərbi hissədə ərzaq təminatında olmuşdur. N0-cu ilin aprel ayında Füzuli Regional Məhkəmə Tibbi Ekspertiza bölməsinin rəisi vəzifəsində xidmətdə olarkən, rəisi olduğu bölmə döyüş bölgəsində, döyüş şəraitində yerləşən N nömrəli hərbi hissədə yerləşməklə müvafiq əmrlə həmin hərbi hissədə ərzaq təminatında olmaqla, orada xüsusi xidmət edən həkimlərlə eyni şəraitdə xidmət edərək, onlar kimi ikiqat aylıq məvacib almışdır. Belə ki, xx.xx.1997-ci ilə qədər Bakı şəhərində dislokasiya olunan hərbi hissələrdə xidmət illəri N (bir) gün 2 (gün) olmuşdur. İddiaçının xx.xx.1992-ci ildən xx.xx.1992-ci il tarixədək döyüş bölgəsində, döyüş şəraitində yerləşən N saylı hərbi hissədə xidməti N (bir) gün N (üç) gün, xx.xx.1996-cı ildən xx.xx.2004-cü il tarixədək xidməti N (bir) gün N (üç) gün və xx.xx.2004-cü ildən sentyabr NN-cü ilədək N (bir) günü 2 (iki) gün olmuşdur. Buna baxmayaraq iddiaçının döyüş bölgələrindəki 17 il güzəştli xidmət illəri cavabdeh tərəfindən düzgün hesablanmamışdır. Bu da onun və himayəsində olan şəxlərin də hüquqlarını məhdudlaşdırmaqla onları yaşamaq üçün vacib olan təminatından məhrum edir, bütün digər kateqoriyalı şəxslərlə qeyri bərabər vəziyyətə salır. İddiaçı xidmət dövrləri ərzində dəfələrlə şəxsi işiylə tanış olarkən, şəxsi işində də xidmət illərinin üçqat və ikiqat hesablanması barədə qeydlər olmuş və bu qeydlər möhürlə təsdiq edilmişdir. Şəxsi işi Müdafiə Nazirliyinin müvafiq qurumları tərəfindən mütəmadi olaraq yoxlanılmış, xidmət illərinə görə heç bir irad tutulmamışdır. Lakin, ordu sıralarından təxris olunarkən xidmət illəri cəbhə bölgəsində onunla eyni şəraitdə və eyni hərbi hissədə xidmət edən zabitlər kimi deyil, xidmət illəri günəgün, güzəştsiz hesablanmış və bu da pensiya təminatının həddindən artıq aşağı olmasına səbəb olmuşdur. İddiaçı kimi cəbhə bögəsində məhkəmə tibb eksperti kimi xidmətdə olan zabit yoldaşı ondan əvvəl təxris olunarkən onun xidmət illəri iddiaçıkından fərqli olaraq güzəştli hesablanmışdır. Təxris ərəfəsində cəbhə bölgəsində xidmətdə olduğu barədə əmrlər, arayışlar və digər sənədlər şəxsi işinə əlavə olunmuşdur. İddiaçı təxris olunduqdan sonra xidmət illərinin hesablanması üçün Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinə ərizə ilə müraciət etmiş, müraciətinə xx.xx.N9-cu il tarixli 12/22N0 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, onun xidmət illərinin hesablanmasına baxılmış və məlum olmuşdur ki, hesablanmada heç bir səhvə yol verilməmişdir. Qeyd olunanlara əsasən iddiaçı Azərbaycan Respublikası İPM-in 2-ci, 2.2.1-ci, 2.2.2-ci, 14.1-ci, 14.2-ci, N5-ci və N8-ci maddələrinə istinad edərək cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərəkətlərini qanunsuz hesab etməklə onun xx.xx.1996-cı ildən xx.xx.2004-cü ilədək xidmətinin 1(bir) günün N (üç) gün kimi hesablanması, xx.xx.2004-cü ildən sentyabr NNcü ilədək xidmətinin N (bir) gün 2 (iki) gün hesablanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsində işə baxılarkən cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi xx.xx.N9-cu il tarixli, 12/N1N6 saylı «Etiraz» ərizəsi təqdim edərək, «Etiraz»da qeyd etmişdir ki, iddiaçı ehtiyatda olan tibb xidməti polkovnik-leytenantı İddiaçı xx.xx.1987-ci il tarixdən xx.xx.1989-cu il tarixədək SSRİ Silahlı Qüvvələrində 01 il 10 ay 21 gün müddətli həqiqi hərbi xidmətdə, xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək 0N ay 26 gün, habelə xx.xx.1996-cı il tarixdən xx.xx.N9cu il tarixədək 2N il 0N ay, cəmi 2N il 06 ay 26 gün Azərbaycan Respublikasının Silahlı Qüvvələrində zabit kimi həqiqi hərbi xidmətdə olmuşdur. Onun xidmət illəri: təqvimlə - 25 il 05 ay 2N gün, ali təhsil dövrünün xidmət illərinə əlavə olunmalı olan müddəti - 02 il 0N ay 08 gün, güzətli qaydada xidmət illərinə əlavə olan müddət - 02 il 01 il 26 gün, ümumi xidmət illəri isə 29 il 10 ay 14 güntəşkil edir. İddiaçı xx.xx.1996-cil tarixdən xx.xx.NN-cü il tarixədək xidmətdə olduğu, yəni xx.xx.1996-cı tarixdən xx.xx.N0-cu il tarixədək Müdafiə Nazirliyinin Mərkəzi Məhkəmə-X6-Qarabağ ərazi məhkəmə- tibbi laboratoriyasınınn rəisi vəzifəsində xidmətdə olduğu dövrdə xx.xx.1996-cı il tarixdən xx.xx.2009-cu il tarixədək Tərtər rayonunda yerləşmiş N nömrəli hərbi hissənin qazan (ərzaq) təminatında, xx.xx.2009-cu il tarixdən xx.xx.N0-cu il tarixədək isə Ağdam rayonunun Sarıcalı kəndində yerləşmiş N nömrəli hərbi hissənin qazan təminatında, habelə xx.xx.N0-cu il tarixdən xx.xx.NN-cü il tarixədək Müdafiə Nazirliyinin Mərkəzi Məhkəmə-X7 regional məhkəmə-tibbi laboratoriyasının rəisi, Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və XN ərazi regional məhkəmə-tibbi laboratoriyasının rəisi və Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və XN Füzuli regional məhkəmə-tibbi ekspertiza bölməsinin rəisi vəzifələrində xidmətdə olduğu dövrdə xx.xx.N0-cu il tarixdən xx.xx.NN-cü il tarixədək Füzuli rayonunun Əhmədbəyli kəndində yerləşmiş N nömrəli hərbi hissənin qazan təminatında olduğu müddətlər güzəştli qaydada ( bir gün uç gün kimi, bir gün iki gün kimi) sayılmır. Belə ki, İddiaçı 70N, N və N nömrəli hərbi hissələrdə xidmət etməmiş, həmin hərbi hissələrə ezam edilməmiş, yalnız ərzaq təminatında olmuşdur. «Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdət artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, feldyeger rabitəsi, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinitinin 6N1 nömrəli xx xxxxxx 199N-cü il tarixli Qərarı əsasında Müdafiə Nazirliyi tərəfindən mütəmadi olaraq «Döyüş şəraitində olan hərbi hissə və bölmələrin tərkibinin müəyyənləşdirilməsi haqqında» verilmiş əmrlərdə döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən və döyüş əməliyyatlarında iştirak etməyə hazır olan hərbi hissələrdə xidmət edən, habelə bu hərbi hissələrə xidməti tapşırıqla ezam edilmiş hərbi qulluqçuların xidməti iilərinin güzəştli qaydada hesablanması qərara alınmışdır. Bundan başqa bu əmrlərdə Müdafiə Nazirliyinin Mərkəzi Məhkəmə-X6- Qarabağ ərazi məhkəmə-tibbi laboratoriyası, Müdafiə Nazirliyinin Mərkəzi Məhkəmə-X7 regional məhkəmə-tibbi laboratoriyası, Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və XN ərazi regional məhkəmə-tibbi laboratoriyası və Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və XN Füzuli regional məhkəmə-tibbi ekspertiza bölməsi «döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən və ya döyüş əməliyyatlarında iştirak etməyə hazır olan» hərbi hissələrin siyahısında qeyd edilməmişdir. Bu siyahılara qeyd olunan bölmələr yalnız xx.xx.N6-cı il tarixdən sonra əlavə edilmiş və həmin bölmələrdə xidmətin bir gününün bir günyarım kimi sayılması qərara alınmışdir. İddiaçı xidmətdə olduğu laboratoriyalar (bölmələr) döyüş şəraitində olmadığından (döyüşən hərbi hissə hesab edilmədiyindən), habelə iddiaçının 70N, N və N nömrəli hərbi hissələrdə xidmətdə deyil, ezamiyyətdə deyil, yalnız ərzaq təminatında olması səbəbindən, onun həmin hərbi hissələrdə ərzaq təminatında olduğu müddətlərin güzəştli qaydada, yəni bir günü uç gün kimi və bir günü iki gün kimi sayılmasını məqsədə uyğun hesab edilmir. İş materiallarından həmçinin görünür ki, birinci instansiya məhkəməsində məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X16 izahatında qeyd etmişdir ki, faktiki olaraq iddiaçının xidmət etdiyi məhkəmə-tibbi laboratoriyalar döyüşən hərbi hisslər olsa da, lakin Müdafiə nazirinin müvafiq əmrlərinə əsasən idiaçının xidmət etdiyi Müdafiə Nazirliyinin Mərkəzi Məhkəmə-X6-Qarabağ ərazi məhkəmə-tibbi laboratoriyası, Müdafiə Nazirliyinin Mərkəzi Məhkəmə-X7 regional məhkəmə-tibbi laboratoriyası, Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və XN ərazi regional məhkəmə-tibbi laboratoriyası və Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və XN Füzuli regional məhkəmə-tibbi ekspertiza bölməsi «döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən və ya döyüş əməliyyatlarında iştirak etməyə hazır olan» hərbi hissələrin siyahısında qeyd edilməmişdir. iddia tələbinin qanunsuz və əsassız olduğundan təmin edilməməsini xahiş etdi. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-N1N4/N9 saylı, xx xxxxxx N9-cu il tarixli qərarı ilə iddianın təmin edilməsi, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərəkətlərini qanunsuz hesab edilməsi, iddiaçı X9 xx.xx.1996-cı ildən xx.xx.2004-cü ilədək xidmətinin 1(bir) günün N (üç) gün kimi və xx.xx.2004-cü ildən sentyabr NN-cü ilədək xidmətinin N (bir) gün 2 (iki) gün hesablanaraq Azərbaycan Respublikası Əmək və X14 Nazirliyi yanınında Dövlət Sosial X8qçular və xüsusi rütbəli şəxslərlə iş idarəsinə göndərilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin xx xxxxxx N9-cu il tarixli qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti məzmunza iddia ərizəsinə «Etiraz»a uyğun olmaqla onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarı qanunvericiliyin tələblərinə uyğun gəlməyən vəziyyətdə, maddi hüquq normalarının pozulması ilə çıxarılmış, işdəki faktiki hallar aydınlaşdırılmamış və sübutlara düzgün hüquqi qiymət verilməmişdir. İşə apellyasiya instansiyasında baxılarkən məhkəmə kollegiyasının son iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.N-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan cavabdein nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclaslarında iştirak etmiş iş üzrə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndələri X12 və X16 iddia ərizəsinə qarşı verilmiş «Etiraz»a və apellyasiya şikayətinə uyğun izahatlar vermiş və apellyasiyaşikayətinintəminedilərək, birinci instansiya məhkəməsinin xx xxxxxx N9-cu il tarixli qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə kollegiyasının iclaslarında iştirak etmiş iş üzrə İddiaçı iddia ərizəsinə uyğun izahat vermiş və apellyasiyaşikayətininəsassızolduğundantəminedilməməsini, birinciinstansiya məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi xx xxxxxx N8 nömrəli qərarırın qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. İddiaçı həmçinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X2 552 saylı xx.xx.2020-ci il tarixli «Arayış»ını da məhkəməyə təqdim edərək bildirmişdir ki, həmin arayışda onun 1996-cı ildən başlayaraq ön cəbhə bölgəsində yerləşən hərbi hissənin bazasında ərzaq təminatında olmaqla hərbi xidmət keçməsi və xidməti ilə əlaqədar ona üçqat və ikiqat pul təminatı ödənilməsi birdaha öz əksini tapmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi, həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (subutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyərək, tərəflərin izahatlarını nəzərə alaraq, iş materiallarını və apellyasiya şikayətinin dəlilləri üzrə işin hallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, hazırkı iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-N1N4/N9 saylı, xx xxxxxx N9-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, iş materiallarında olan, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.1996-cı il tarixli, 02NN saylı əmrindən çıxarışa əsasən Tibb xidməti leytenantı İddiaçı Bəhmaən oğlu N illik müddətinə Azərbaycan Respublikası Silahlı Qvvələrində həqiqi hərbi xidmətə çağrılması qərara alınmışdır. İş materiallarında olan, xx.xx.1996-cı il tarixli xidmət dəftərçəsinə əsasən İddiaçı 08..1987-ci ildən 10.987-ci ilə kimi N1690 saylı hərbi hissədə kursant, 10.1987-ci ildən xx.xx.1989-cuilə kimi N saylı hərbi hissədə operator, xx.xx.1996-cı ildən xx.xx.2007-ci ilə kimi Müdafiə Nazirliyi MMTE Ərazi Məhkəmə Tibbi Laboratoriyasının rəsisi, -7.-5.2007-ci ildən xx.xx.N1-ci ilə kimi regional məhkəmə tibbi laboratoriyasının rəisi, xx.xx.N1-ci ildən xx.xx.N2-ci ilə kimi reügional məhkəmə tibbi ekspertiza laboratoriyasının rəisi, xx.xx.N2-ci ildən xx.xx.NN-cü ilə kimi Füzuli regional məhkəmə tibbi ekspertiza bölməsinin rəisi, xx.xx.NN-cü ildən xx.xx.N8-ci ilə kimi komissiyon və təkra ekspertiza bölməsinin rəisi məhkəmə tibbi eksperti və xx.xx.N7-ci il tarixdən həqiqi hərbi xidmətdə saxlanılmış və xx.xx.N8-ci ildən xx.xx.N9-cu ilə kimi müalicə profilaktika şöbəsinin baş zabiti olmuşdur. İş materiallarında olan, MN Məhkəmə Tibbi Ekspertiza Mərkəzi üzrə xx.xx.2009-cu il tarixli, 8N nömrəli əmrdən çıxarışa əsasən T/X mayoru İddiaçı 70N saylı hərbi hissə başqa əraziyə köçüüldüyü üçün, ərzaq təminatından çıxarılması və xx.xx.2009-cu il tarixdən etibarən N saylı hərbi hissədə ərzaq təminatına qoyulması qərara alınmışdır. İş materiallarında olan, N saylı Hərbi hissə komandirinin xx.xx.2009-cu il tarixli, 254 saylı əmrindən çıxarışa əsasən Tərtər-Qarabağ regional MTL-nin rəisi tibb xidməti mayoru İddiaçı xx xxxxxxxx 2009-cu il tarixdən etibarən N saylı hərbi hissədə ərzaq təminatına qoyulması qərara alınmışdır. İş materiallarında olan, Müdafiə Nazirliyi Məhkəmə X10 rəisinin xx.xx.N0-cu il tarixli, 29 saylı əmrindən çıxarışa əsasən Tərtər-Qarabağ Regional MTL-nin rəisi tibb xidməti mayoru X1N xx xxxxx N0-cu il tarixdən dəyişdirilməsi və xx.xx.N0-cu il tarixdən N saylı hərbi hissədən bütün təminatlardan çıxarılması və xx.xx.N0-cu il tarixdən N saylı hərbi hissədə bütün təminatlara qoyulması qərara alınmışdır. İş materiallarında olan, N saylı hərbi hissə komandirinin xx.xx.N0-cu il tarixli 10N saylı əmrindən çıxarış iə Müdafiə Nazirliyinin Məhkəmə X10 rəsinin xx xxxxx N0-cu i tarixli 29 nömrəli əmri ilə Füzuli Regional Məhkəmə Tibbi Laboratoriyasının rəisi vəzifəsinə təyin olunmuş tibb xidməti mayoru İddiaçı xx xxxxx N0-cu il tarixdən qazan təminatına qoyulması qərara alınmışdır. İş materiallarında olan, N saylı hərbi hissə komandirinin xx.xx.NN-cü il tarixli 264 saylı əmrindən çıxarışa əsasən N saylı hərbi hissənin qazan təminatında olan Füzuli Regional Məhkəmə Tibbi laboratosiyasının rəisi tibb xidməti mayoru İddiaçı Bhəman oğlu xx xxxxxxxx NN-cü il tarixdən qazn təminatında çıxarılması və ərzaq atestatı ilə təmin edilməsi qərara alınmışdır. İş materiallarında olan, Azərbaycan Respublikası Müdafiə Nazirliyi 70N saylı hərbi hissənin xx.xx.N7-ci il tarixli, N175 saylı məktubundan görünür ki, tibb xidməti polkovnikleytenantı İddiaçı Müdafiə nazirinin xx.xx.1996-cı il 02NN saylı əmrinə əsasən 1996-cı ilin fevral ayından N nömrəli hərbi hissənin qazan təminatında durmuş və 2009-cu ilin avqust ayının 29-dan qazan təminatından çıxarılmışdır. İş materiallarında olan, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza Mərkəsinin xx.xx.N8-ci il tarixli, 1015 saylı arayışına əsasən İddiaçı 1996cı ildən N0-cu ilə qədər Tərtər Regional Məhkəmə Tibbi ekspertiza bölməsinin rəisi vəzifəsində, N0-cu ildən NN-cü ilə qədər Füzuli regional Məhkəmə tibbi Ekspertiza bölməsinin rəisi vəzifəsində hərbi xidmət etdiyi, Tərtər-Qarabağ regional Məhkəmə Tibbi Ekspertiza bölməsi 1996-cı ildə N nömrəli hərbi hissənin bazasında, Füzuli regional Məhkəmə Tibbi ekspertiza bölməsi isə 1996-cı ildə N nömrəli hərbi hissınin bazasında yaradıldığı, göstəriən xidmət müddəti ərzində 2009-cu ilə qədər N nömrəli hərbi hissədə, 2009-N0-cu il tarixdə N nömrəli hərbi hissədə təminata qoyulmuş, N0-NN-cü il tarixlərdə isə Füzuli regional məhkəmə tibbi ekspertiza bölməsinin rəisi vəzifəsində xidmət müddəti ərzində N nömrəli hərbi hissədə təminata qoyulmuşdur. Tibb xidməti polkovnik-leytenantə İddiaçı N nömrəli, N nömrəli və N nömrəli hərbi hissənin zabitləri kimi xidmət müddəti ərzində müvafiq olaraq əvvəl üç qat, daha sonra isə iki qaz əmək haqqı alaraq, öz xidməti vəzifəsini döyüş şəraitində yerinə yetirdiyi, N6-cı ilin yanvar ayından etibarən Tərtər və Füzuli regional məhkəmə tibbi ekspertiza bölməsinin zabitlərinin əmək haqqı bir qat yarım hesabı ilə verilmişdir. Həmçinin işə apellyasiya instansiyası məhkəməsində baxılarkən, məhkəməyə təqdim olunmuş, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X4 552 saylı xx.xx.2020-ci il tarixli «Arayış»ında qeyd olunmuşdur ki, ehtiyatda olan tibb xidməti polkovnik-leytenantı İddiaçı Bəhmən oğlu həqiqətən xx.xx.1996-cı il tarixdən aprel N0-cu il tarixədək Tərtər-Qarabağ regional Məhkəmə-Tibbi Ekspertiza bölməsinin rəisi, aprel N0-cu il tarixdən NN- cü ilin sentyabr ayına qədər isə Füzuli regional Məhkəmə-Tibbi Ekspertiza bölməsinin rəisi vəzifəsində ön cəbhə bölgəsində, 70N və N nömrəli hərbi hissələrin bazasında ərzaq təminatında olmaqla hərbi xidmət keçmişdir. Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Eksprtiza və X5 saxlanılan «zabitlərə, gizirlərə və müddətdən artıq xidmət edən hərbi qulluqçulara pul təminatının ödənilməsi üzrə» 1N saylı forma paylama cədvəllərinə əsasən İddiaçı N1,05.1998-ci ilədək N (üç) üçqat, xx.xx.1998ci ildən sonra 2 (iki) ikiqat pul təminatı ödənilmişdir. İş materiallarından görünür ki, cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.N9-cu il tarixli, 12/22N0 saylı imtina məktubunda qeyd olunmuşdur ki, iddiaçının xidmət illərinin hesablanmasına yenidən baxılmış və məlum olmuşdur ki, hesablanmada heç bir səhvə yol verilməmişdir. İddiaçının xidmət illəri təqvimlə 25 il 02 ay 28 gün, xidmət illərinə güzəştli qaydada əlavə olunan müddət 04 il 06 ay 0N gün, ümumi xidmət illəri isə 29 il 09 ay 01 gün təşkil edir. İş materiallaraından görünür ki, birinci instansiya məhkəməsi hazırkı mübahisə ilə aşağıdakı hüquq normalarına istinad etmişdir. «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən hərbi xidmət – dövlət qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həyata keçirdikləri xidməti fəaliyyətdir. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən hərbi qulluqçuların hüquqlarının, vəzifələrinin və məsuliyyətinin məzmunu və həcmi onların hərbi xidmət vəzifələrini faktiki yerinə yetirdiklər bütün hallarda, o cümlədən döyüş əməliyyatlarında iştirak edərkən, təlimlərdə, döyüş növbəsində (döyüş xidmətində), gündəlik və qarnizon növbələrində, toplanışlarda, ezamiyyətlərdə olarkən, xidmət yerinə gedib-gələrkən və başqa hallarda hərbi xidmət başında sayılırlar. Həmin Qanunun 9-cu maddəsinin 1-ci bəndinə əsasən vətəndaşların həqiqi hərbi xidmət, bağlaşma üzrə xidmət keçdiyi dövr onların ümumi əmək stajına daxil edilir. Hərbi qulluqçuların xüsusi şəraitdə hərbi xidmət keçdiyi dövr əmək stajına güzəştli şərtlərlə daxil edilir. «İnzibati İcraat haqqında» Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarını və istinad olunan hüquq normalarını nəzərə alaraq birinci instansiya məhkəməsinin gəldiyi qənaəti ilə razılaşır ki, işin faktiki hallarından göründüyü kimi iddiaçı X1 Nazirliyinin Mərkəzi Məhkəmə-X6- Qarabağ ərazi məhkəmə-tibbi laboratoriyası, Müdafiə Nazirliyinin Mərkəzi Məhkəmə-X7 regional məhkəmə-tibbi laboratoriyası, Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və XN ərazi regional məhkəmə-tibbi laboratoriyası və Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və XN Füzuli regional məhkəmə-tibbi ekspertiza bölməsində xidmət etmişdir. Qeyd edilən labaratoriyalar müdafiə nazirinin müvafiq əmrlərində «döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən və ya döyüş əməliyyatlarında iştirak etməyə hazır olan»hərbi hissələrin siyahısında qeyd edilməsə də, həmin labaratoriyalar işin tədqatına görə faktiki olaraq döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən və ya döyüş əməliyyatlarında iştirak etməyə hazır olan hərbi hissələr kimi fəaliyyət göstərmiş vəbununla əlaqədar olaraqbirinci instansiya məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, inzibati orqan iddiaçının xidməti illərini iddiaçının arzusuna əsasən hesablamamaqla onun qanunla qorunan huqularını pozmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin N4.1-ci maddəsinə əsasən maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 52-ci maddəsinin tələbinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarına və sadalanan hüquq normalarına məcmu halda qiymət verərək birinci instansiya məhkəməsinin tərəflər arasında yaranmış mübahisə ilə əlaqdər gəldiyi nəticəsi ilə razılaşır ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkıişüzrətərəflərarasında mübahisəyə dair düzgün hüquqi nəticəyə gəlmiş, qəbul etdiyi qərar qanunun normalarına uyğun əsaslandırılmışdır. Belə olan halda, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarını qanuni və əsaslı sayaraq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri həmin qərarın ləğvi üçün əsas verə bilməz. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı : Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-N1N4/N9 saylı, xx xxxxxx N9-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 119N-cü məh. AZ1025) kassasiya şikayəti verilə bilər. Sədrlik edən Ülvi Mayılov Hakimlər Mirzə Tağızadə Xəyalə Cəmilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar