Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-737/2023 31.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X10 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X12, birinci İddiaçı1 və 2-ci iddiaçının hüquq varisi X6 İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl rayon şöbəsinə bölməsinə (hazırda şöbə) qarşı “şəhid statusunun ləğv olunması qanunsuz hesab edilərək, ləğv olunduğu tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair» inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7015/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl rayon bölməsinə qarşı iddia ərizəsi, daha sonra,iddianın dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək: - 04 iyul 1995-ci il tarixdə həqiqi hərbi xidmətə çagırılmış Tərtər rayonun ərazisində döyüş bölgəsində dislokasiya olunmuş hərbi hissədə xidmətdə olarkən, xx.xx.1996-ci ildə hərbi hissədə döyüş postunda mina partlayışı nəticəsində şəhid olmuş 1977-ci il təvəllüdlü X3 şəhid statusunun 2008-ci ildə ləğv olunmasının qanunsuz hesab edilməsi və həmin vaxtdan bərpa olunması vəzifəsi cavabdehin üzərinə qoyulması xahiş etmişlər. İddianın əsaslarına görə: İddiaçıların qardaşı X2 rayonu hərbi komissarlığı tərəfindən 04 iyul 1995-ci il tarixdə həqiqi hərbi xidmətə çağırılmış, Tərtər rayonu ərazisində, döyüş bölgəsində dislokasiya olunmuş hərbi hissədə xidmət etmişdir. N sentyabr 1996-cı il tarixində həmin hərbi hissəyə aid döyüş postunda mina partlayışı nəticəsində həlak olmuş və onun meyidi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin zabitləri tərəfindən gətirilərək İmişli rayonunun Çaxırlı kəndində dəfn olunmuşdur. Bu barədə Cəbrayıl rayonu hərbi komissarlığı 29 sentyabr 1998-cı il tarixli 3/8 nömrəli, 05 may 1999-cu il tarixli 4/101 nömrəli arayışlar verərək iddiaçıların qardaşının N sentyabr 1996-cı ildə döyüş postunda mina partlayışı nəticəsində həlak olmasını, bu barədə şəhidlərin qeydiyyat kitabında 28 nömrə ilə qeydə alınmasını təsdiq etsə də, mərhum qardaşlarının valideynlərinin sağ olmamalarını, həyat yoldaşının və uşaqlarının olmamasını bəhanə edərək ona şəhid statusu verilməsindən imtina edilmişdir. İddiaçılar Azərbaycan Respublikasının Prezidentinin ölkəmizin ərazi butovlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı son dövrlərdə verdiyi fərmanları nəzərə alıb, 12 noyabr 2019-cu ildə ərizə ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlat Xidmətinin Cəbrayıl rayon bölməsinə (hazırda şöbə) müraciət edib, müvafiq sənədləri ərizəyə əlavə etməklə mərhum X4 şəhid statusunun verilməsini və buna müvafiq olaraq iddiaçılara şəhid ailəsi vəsiqəsinin verilməsini təmin edilməsini xahiş etmiş, lakin həmin orqan 14 noyabr 2019-cu il tarixli 1127 nömrəli məktubu ilə iddiaçıların ərizələrinə cavab olaraq bildirmişdir ki, bölməyə daxil olmuş, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivindən daxil olmuş 03 07.2008- ci il tarixli 26/2-7210 nömrəli məktubda N saylı hərbi hissə komandirinin xx.xx.1996-cı il tarixli 274 nömrəli əmrindən çıxarışında xx.xx.1995-ci il tarixdə Cəbrayıl RHK tərəfindən həqiqi-hərbi xidmətə çağırılmış 1977-ci il təvəllüdlü X3 xx.xx.1996-cı il tarixdə, saat 13:40 radələrində döyüş postunu özbaşına tərk edərkən mina partlayışı nəticəsində həlak olduğu qeyd edilmişdir. Həmin məktubda daha sonra, "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarxli 10 saylı Qərarının 1.2.6-cı yarımbəndinə və 4.1-ci bəndinə istinadən, hərbi xidmət keçərkən müxtəlif səbəblərdən həlak olmuş şəxslərə “şəhid” adının venlməsi nəzərdə tutulmadığı üçün mərhum X4 "şəhid" adının venlməsi mümkün hesab edilməmişdir. İddiaçılar hesab edir ki, imtina qanunsuz və əsassızdır...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7015/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, 04 iyul 1995-ci il tarixdə həqiqi hərbi xidmətə çagırılmış Tərtər rayonun ərazisində döyüş bölgəsində dislokasiya olunmuş hərbi hissədə xidmətdə olarkən xx.xx.1996-ci ildə hərbi hissədə döyüş postunda mina partlayışı nəticəsində şəhid olmuş 1977-ci il təvəllüdlü X3 şəhid statusunun 2008-ci ildə ləğv olunması qanunsuz hesab edilmiş, həmin vaxtdan bərpa olunması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl rayon bölməsinin üzərinə qoyulmuşdur. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək ləğv olunmasını və iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-2-ci maddələrindən göründüyü kimi, qardaş və bacılar o halda müraciət edə bilər ki, uşaq evində tərbiyə olunmuş olsun (hansı ki, bu hal birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamışdır).Birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə qərardad qəbul etməli idi. N nömrəli hərbi hissənin xx.xx.1996-cı il tarixli 3323 saylı bildirişində bildirilir ki, N nömrəli hərbi hissənin sabiq hərbi qulluqçusu sıravi atıcı X7, xx.xx.1996-cı il tarixdə mina partlayışı nəticəsində həlak olmuşdur. X1 hansı şəraitdə həlak olması barədə keçmiş Cəbrayıl RHK tərəfindən xx.xx.2008-ci il tarixli 4/264 saylı məktubla MN mərkəzi arxivinə sorğu edilmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2008-ci il tarixli 26/2-7210 saylı arxiv arayışında 701 №-li h/hissə komandirinin xx.xx.1996-cı il tarixli 274№-li əmrdən çıxarışında 2-ci bölüyün əsgəri siravi X7 döyüş postunu özbaşına tərk edərək mina partlayışı nəticəsində həlak olduğuna görə şəxsi heyətin siyahısından çıxarılmışdır. Keçmiş Cəbrayıl RHK tərəfindən xx.xx.2008-ci il tarixli 417 №-li məktubla Tərtər hərbi prokurorluğuna X1 ölümü ilə bağlı cinayət işinin açılıb-açılmaması barədə sorğu edilmişdir. Tərtər Hərbi Pprokurorluğunun xx.xx.2008-ci il tarixli 19HP2451 №- li məktubunda 1992-2001-ci illərə aid sənədlər və qeydiyyat kitabları (cinayət işlərinin qeydiyyat kitabları istisna olmaqla) Tərtər Hərbi Prokurorluğunda müvafiq surətdə məhv edildiyindən N saylı h/h-nin əsgəri olmuş X3 həlak olması ilə barədə hər-hansı məlumat vermək mümkün olmadığını və Məmmədov Ə.R. oğlunun həlak olması barədə cinayət işlərinin qeydiyyatı kitabında heç bir qeydiyyatın olmadığını bildirmişdir...” İşə apellyasiya qaydasında baxılarkən, ikinci İddiaçı2 xx.xx.2023-cü il tarixində vəfat etmiş, onun oğlu - X11 hüquq varisi qismində tanınaraq onunla əvəz edilmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən cavabdehin nümayəndəsi Azər Həsənov apellyasiya şikayətinə uyğun izahat verərək təmin olunmasını, iddiaçılar isə birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakılara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddiaçıların tələbindən öründüyü kimi, iddiaçılar öhdəliyin icrası haqqında iddia vasitəsilə qa mərhum qardaşları - 1977-ci il təvəllüdlü X3 şəhid adının bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etmişlər. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən: -“Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr.” İddia ərizəsinə və işə əlavə olunmuş cavabdeh orqanın iddiaçılara ünvanlanmış xx.xx.2019-cu il 1127 №-li və xx.xx.2022-ci il tarixli 137 №-li məktublarına əsasən müəyyən olunur ki, iddiaçıların qardaşı mərhum X4 şəhid statusunun verilməsini və buna müvafiq olaraq onlara şəhid ailəsi vəsiqəsinin verilməsini təmin edilməsini xahiş etmiş, lakin cavabdeh orqan imtina edərək bildirmişdir ki, bölməyə daxil olmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivindən daxil olmuş 03 07.2008-ci il tarixli 26/2-7210 nömrəli məktubda N saylı hərbi hissə komandirinin xx.xx.1996-cı il tarixli 274 nömrəli əmrindən çıxarışında xx.xx.1995-ci il tarixdə Cəbrayıl RHK-ı tərəfindən həqiqihərbi xidmətə çağırılmış 1977-ci il təvəllüdlü X3 xx.xx.1996-cı il tarixdə, saat 13:40 radələrində döyüş postunu özbaşına tərk edərkən mina partlayışı nəticəsində həlak olduğu qeyd edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin qeyd olunan əsaslarla iddiaçılara imtina cavabının verilməsi əsassızdır. Belə ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında Azərbaycan Respublikasının Qanunun 27.1-ci maddəsinə əsasən Hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər aşağıdakı hallarda hərbi xidmət vəzifələrinin icrasında sayılırlar: 27.1.1. döyüş əməliyyatlarında iştirak edərkən; 27.1.2. hərbi vəziyyət dövründə, yaxud silahlı münaqişələr zamanı müəyyən edilmiş vəzifələri yerinə yetirərkən; 27.1.3. döyüş növbəsini (döyüş xidmətini) apararkən, daxili xidmət naryadlarında, qarovulda və qarnizon növbələrində olarkən; 27.1.4. təlimlərdə və təlimlə bağlı səfərlərdə iştirak edərkən; 27.1.5. vəzifə borclarını, yaxud komandir (rəis) tərəfindən verilmiş əmr, sərəncam və ya göstərişi yerinə yetirərkən; 27.1.6. günün nizam qaydaları ilə müəyyən edilmiş xidmət vaxtında və ya xidməti zərurətlə əlaqədar günün digər vaxtlarında hərbi hissənin (müəssisənin) ərazisində olarkən; 27.1.7. ezamiyyətdə olarkən; 27.1.8. müalicədə olarkən və müalicə yerinə gedib-gələrkən; 27.1.9. toplanışlar keçərkən; 27.1.10. hərbi xidmət yerinə gedib-gələrkən; 27.1.11. əsirlikdə olarkən (düşmən tərəfinə könüllü keçmə hallarından başqa); 27.1.12. xidməti vəzifəsini icra edərkən xəbərsiz itkin düşdükdə — şəxs qanunla müəyyən olunmuş qaydada xəbərsiz itkin düşmüş və ya ölmüş elan edilənədək; 27.1.13. vətəndaşların həyat və sağlamlıqlarını, şərəf və ləyaqətini müdafiə edərkən; 27.1.14. insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi, qayda-qanunun, ictimai təhlükəsizlik və ictimai qaydanın qorunub saxlanılması işində dövlət orqanlarının əməkdaşlarına köməklik göstərərkən; 27.1.15. fövqəladə halların və ya təbii fəlakətlərin və texnogen xarakterli qəzaların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasında iştirak edərkən. Qanunun qeyd olunan müddəalarından göründüyü kimi, hərbi qulluqçular döyüş əməliyyatlarında iştirak edərkən, hərbi vəziyyət dövründə daxili xidmət naryadlarında, qarovulda və qarnizon növbələrində olarkən, döyüş növbəsini apararkən, daxili xidmət naryadlarında, qarovulda və qarnizon növbələrində olarkən və s. hərbi xidmət vəzifələrinin icrası başında sayılırlar. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən toplanmış sənədlərin surətlərinə, habelə, hazırkı mərhələdə məhkəməyə təqdim olunmuş sənədlərə, o cümlədən, mərhüm X3 çaığırış vərəqinə, onun ölümü haqqında N sentyabr 1996-cı il tarixli həkim şəhadətnaməsi və 19 mart 1997-ci il tarixli ölüm haqqında şəhadətnaməsi, eləcə də, “Cəbrayıl rayonu üzrə şəhidlərin qeydiyyat kitabı, habelə, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissə komandiri R.Cəfərov tərəfindən imzalınıb hərbi hissənin dördkünc ştampı və dairəvi möhürü ilə təmdiqlənmiş “Kiril” əlifba ilə mərhmun anası, X9 verilməsi üçün tərtib olunmuş və Cəbrayıl Rayon Hərbi Komissarlığına təqdim olunmuş xx.xx.1996-cı il tarixli 3323 nömrəli bildiriş (əsli) tədqiq olunarkən müəyyən olundu ki, xx.xx.1995-ci ilədə hərbi həqiqi xidmətə çağrılmış 1977-ci il təvəllüdlü X7 xx.xx.1996-cı il tarixində N saylı hərbi hissədə döyüş növbəsində xidməti vəzifəsini yerinə yetirərkən mina partlayışı nəticəsində həlak olmuş və onun adı şəhid kimi Cəbrayıl rayon hərbi Komissarlığı tərəfindən “Cəbrayıl rayonu üzrə şəhidlərin qediyyatı kitabı”nda şəhidlər sırasında qeyd olunmuşdur (44-cü vərəq, audio-video disk işə əlavə edilir). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı Qərarı ilə təsdiq edilmiş Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”n 1.2.6-cı yarımbəndinə əsasən: - Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən, atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. Həmin “Qaydaları”n 4.1-ci bəndinə əsasən, şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Tədqiq olunan sübutlarla müəyyən olunan hallardan da göründüyü kimi, iddiaçıların qardaşı 1977-ci il təvəllüdlü X3, N saylı hərbi hissədə döyüş növbəsində xidməti vəzifəsini yerinə yetirərkən, mina partlayışı nəticəsində həlak olması faktı, anası X8 (vəfat etmişdir) adına tərtib olunmuş N sentyabr 1996-cı il tarixli bildirişə, “Cəbrayıl rayonu üzrə şəhidlər kitabı”nın (habelə, həkim şəhadətnaməsinin, ölüm haqqında şəhadətnaməsinin) qeydləri ilə öz təsdiqini tapır. Lakin işə əlavə olunmuş N saylı hərbi hissə komandirinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə təhvil vermiş olduğu, xx.xx.1996-cı il tarixli 274 nömrəli əmrindən çıxarışda isə xx.xx.1995-ci il tarixdə Cəbrayıl RHK-ı tərəfindən həqiqihərbi xidmətə çağırılmış 1977-ci il təvəllüdlü X3 xx.xx.1996-cı il tarixdə, saat 13:40 radələrində döyüş postunu özbaşına tərk edərkən mina partlayışı nəticəsində həlak olduğu qeyd edilmişdir(i.v.87). Halbuki, işə əlavə olunmuş Tərtər Hərbi Pprokurorluğunun vəkil sorğusuna xx.xx.2008-ci il tarixli 19HP2451 №-li cavab məktubunda, habelə, Respublika Hərbi Prokurorluğunun xx.xx.2013-cü il tarixli 19HP5986 N-li məktubunda bildirilir ki, 1977-ci il təvəllüdlü X3 xx.xx.1996-cı il tarixdə, saat 13:40 radələrində döyüş postunu özbaşına tərk etməsi və mina partlayışı nəticəsində həlak olması faktı üzrə Tərtər hərbi prokurorluğunda araşdırma aparılmamış və bununla bağlı müvafiq qərar qəbul edildiyi müəyyən olunmamışdır. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, N saylı hərbi hissənin sözügedən xx.xx.1996-cı il tarixli 274 nömrəli əmri əmrində mərhum Ədalət Məmmədovun döyüş postunu özbaşına tərk etməsi barədə məlumat mötəbər məlumat kimi qiymətləndirilə bilməz. Başqa sözlə,“Cəbrayıl rayonu üzrə şəhidlərin qeydiyyat kitabı”, habelə, mərhmün anası X9 verilməsi üçün N saylı hərbi hissə komandiri R.Cəfərov tərəfindən imzalınıb hərbi hissənin dördkünc ştampı və dairəvi möhürü ilə təmdiqlənmiş Cəbrayıl Rayon Hərbi Komissarlığına təqdim olunmuş xx.xx.1996-cı il tarixli 3323 nömrəli “Kiril” əlifba ilə yazılmış bildirişində təsbit olunan olunan məlumatlar həqiqi və mötəbər məlumatlar kimi qəbul edilməlidir. Lakin cavabdeh orqan iddiaçıların müraciəti üzrə hərtərəfli inzibati araşdırma aparmamış, onların xeyrinə olan halların nəzərə alınmasından çəkinmiş, bununla da inzibati icraat qaydalarını pozmuşdur. Belə ki, “İnzibati icraat haqqında Qanunun 24-cü maddəsinə əsasən: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Birinci instansiya məhkəməsi də, məhz, iddianı təmin edərkən öz qərarında haqlı olaraq qeyd etmişdir ki, “cavabdeh tərəfindən iddiaçıların qardaşı X4 Şəhid statusunun verilməsi təsdiq edilmiş, lakin 12 ildən sonra iddiaçılara heç bir məlumat verilmədən, iştirakı təmin edilmədən, onlardan xəbərsiz Şəhid statusu ləğv edilməsi barədə müvafiq dövlət orqanlarına məlumat verilmişdir. Halbuki, inzibati orqan qüvvədə olan inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövgeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə borcludur.” Beləliklə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin olunmasını işin sübutlarla müəyyən edilən hallarına və qanunvericilyin tələblərinə uyğun nəticə kimi qiymətləndirir. Ona görə də cavabdehin apellyasiya şikayətinin həmin qərarın əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-7015/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə və İPM-in 69, 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7015/2022 saylı 19.07..2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən bir ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-737/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-737/2023
31.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver