Məhkəmə qərarları › İş №2-1(103)-737/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-737/2024

17.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-737/2024 17.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5660/2021 nömrəli, 20 oktyabr 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1984-cü ildən xx.xx.1986-cı ilə qədər Azərbaycan SSR Meyvə Təsərrüfatı Nazirliyində X9 və Göndərilməsi şöbəsində iqtisadçı, xx.xx.1986-cı ildə Azərbaycan Respublikası Meyvə Tərəvəz Təsərrüfatı Nazirliyinin ləğv edilməsi nəticəsində yaradılmış Dövlət Aqrarsənaye Komitəsində iqtisadçı, xx.xx.1988-ci ildə köçürmə yolu ilə yeni yaradılmış İqtisadi təhlil şöbəsində aparıcı iqtisadçı, xx.xx.1989-cu ildə köçürmə yolu ilə Azərbaycan Respublikası Dövlət Aqrarsənaye Komitəsinin Azinform Aqroprom Respublika Mərkəzinə 1-ci dərəcəli iqtisadi vəzifələrində, xx.xx.1991-ci ildən xx.xx.2002-ci ilədək X4 Böyük dövlət vergi müfəttişi vəzifəsində işlədiyi 18 ildən artıq müddəti nəzərə alaraq ona dövlət qulluçusu kimi yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdeh Azərbaycan Respublikasinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Miminat Hacıbəyova) 2-1(112)-5660/2021 nömrəli, 20 oktyabr 2021-ci il tarixli qərarı ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı xx.xx.1984-cü ildən xx.xx.1986-cı ilə qədər Azərbaycan SSR Meyvə Təsərrüfatı Nazirliyində X9 və göndərilməsi şöbəsində iqtisadçı, xx.xx.1986-cı ildə Azərbaycan Respublikası Meyvə Tərəvəz Təsərrüfatı Nazirliyinin ləğv edilməsi nəticəsində yaradılmış Dövlət Aqrarsənaye Komitəsində iqtisadçı, xx.xx.1988-ci ildə köçürmə yolu ilə yeni yaradılmış İqtisadi təhlil şöbəsində aparıcı iqtisadçı, xx.xx.1991-ci ildən xx.xx.1996-cı ilədək Aqrarsənaye Komitəsinin Azərkimya idarəsində böyük mühasib (mütəxəssis), xx.xx.1996-cı ildən xx.xx.2002-ci ilədək X4 böyük dövlət vergi müfəttişi vəzifələrində işlədiyi 15 ildən artıq müddəti nəzərə alaraq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının) üzərinə qoyulmuş, iddia tələbi qalan (Azərbaycan Respublikası Dövlət Aqrarsənaye Komitəsinin Azəraqrarsənaye məlumat və təbliğat mərkəzi işlədiyi müddətin nəzərə alınması) hissədə təmin ediməmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.1-ci, 20.11.2-ci maddələrinə və “Dövlət qulluğu haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdən göründüyü kimi, onun dövlət qulluğunda iş stajı 15 ildən az (10 il 2 ay 9 gün) təşkil edir. Bu səbəbdən də ona dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi əmək kitabçasına əsasən onun xx.xx.1989-cu il tarixindən xx.xx.1991-cil tarixinədək işlədiyi “Azəraqrarsənaye” X7 dövlət qulluğu nəzərdə tutulan iş yerlərinə aid edilə bilməməsi barədə məhkəmə qərarının əsaslandırma hissəsində məhkəmənin mövqeyi tamamilə əsaslı olsa da, iddiaçının xx.xx.1996-xx.xx.1997-ci il tarixləri arasındakı dövr ərzində Təmir tikinti idarəsində işlədiyi mühasib vəzifəsinin dövlət qulluğu stajı kimi nəzərə alınması məsələsində məhkəmənin mövqeyi əsassız olduğuna görə, iddianın rədd edilməsi barədə qərar qəbul edilməlidir. Belə ki, xx.xx.1996-xx.xx.1997-ci il tarixləri arasındakı dövr ərzində işlədiyi Təmir tikinti idarəsi təsərrüfat hesablı müəssisə olduğuna görə həmin dövrlərin dövlət qulluğu stajı kimi nəzərə alınması qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Belə olan halda iddiaçının qulluq stajı 15 ildən az (10 il 2 ay 9 gün) təşkil etdiyinə görə onun dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasına əlavələrin təyin olunması hüququ yaranmır. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-55/2023 nömrəli, 20 aprel 2023-cü il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli, 2-1(112)-5660/2021 saylı qərarı mübahisələndirilən-iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan cavabdeh kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2032/2023 nömrəli, 28 sentyabr 2023-cü il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 aprel 2023-cü il tarixli, 2-1(103)- 55/2023 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, cavabdehin kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2032/2023 nömrəli 28 sentyabr 2023-cü il tarixli qərarında qeyd edilir: Cavabdehin imtinasının, eləcə də kassasiya şikayətinin dəlilinə əsasən iddiaçının dövlət qulluqçusu kimi stajı 15 ildən azdır (10 il 2 ay 9 gün). Lakin iş üzrə cavabdehin konkret olaraq iddiaçının işlədiyi hansı illərin dövlət qulluqçusu kimi iş stajına əlavə edilməsinə dair xüsusat göstərilməmiş, apellyasiya instansiyası məhkəməsi də işin qeyd edilən halını, yəni mübahisələndirilməyən 10 il 2 ay 9 gün dövlət qulluqçusu stajının hansı dövrü əhatə etməsini dəqiqləşdirməmişdir. Belə ki, birinci instansiya məhkəməsinin təmin etdiyi, apellyasiya instansiyası məhkəməsinin də dəyişdirmədən saxladığı iddianın təmin edilən hissəsinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının dövlət qulluğu stajı 16 il 4 aydan çoxdur. Lakin apellyasiya instansiyası məhkəməsi həmin illərin hansı əsasla dövlət qulluğu stajına aid edilməsini qərarında əsaslandırmamışdır. Apellyasiya instansiyası məhkəməsi sorğu ilə Azərbaycan Respublikasının Dövlət Arxivinə müraciət edib iddiaçının işləmiş olduğu təşkilat və müəssisələrlə bağlı müvafiq sənədləri əldə edib iş materiallarına əlavə etsə də, həmin sənədlərin məzmununa istinad etməmiş, iddiaçının işlədiyi vəzifələrin dövlət qulluğuna aid edilib-edilməsi ilə bağlı müvafiq araşdırma aparmamışdır. Mübahisələndirilən məhkəmə qərarında Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”na istinad olunsa da, iddiaçının işlədiyi vəzifələrin həmin Siyahıya əsasən uyğunlaşdırılması müəyyən edilməmiş, apellyasiya instansiya məhkəməsi maddi hüquq normalarını sadalamaqla kifayətlənmiş və öz qərarını lazımı qaydada əsaslandırmamışdır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qərar ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddia təmin edilməməlidir. İş materiallarında olan AZE seriyalı, 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1956-cı il tarixdə doğulmuşdur. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 25 fevral 2021-ci il tarixli məktubdan görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.1-ci, 20.11.2-ci maddələrinə və “Dövlət qulluğu haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. Mərkəzi Filiala təqdim etdiyiniz sənədlərdən göründüyü kimi, Sizin dövlət qulluğunda iş stajınız 15 ildən az (10 il 2 ay 9 gün) təşkil edir. Bu səbəbdən də Sizə dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən məhkəməyə və iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd olunur: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın təyin edilməsi” tələbi üzrə iddiaçının 1991-1996-cı illərdə işlədiyi müddətin dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınıb-alınmaması barədə məlumatların təqdim edilməsinə dair sorğunuza Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzində baxılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydaları”nın 9-cu bəndinə əsasən, dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarının aparatlarında mövcud olmuş vəzifələrin və həmin tarixdən İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək (xx.xx.2003-cü İl tarixədək) Azərbaycan Respublikası dövlət orqanlarında dövlət qulluğu vəzifələrinin həmin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısının 1-ci və 2-ci bəndlərinə əsasən aparılmışdır. İddiaçı tərəfindən Mərkəzə təqdim edilmiş əmək kitabçasının 26-cı və 27-ci səhifələrindən müəyyən edilir ki, o, 1991-1996-cı illərdə Azərbaycan SSR Aqrar Sənaye Komitəsinin Aqrokimyəvi Xidmətlər üzrə Respublika İstehsalat Elm Birliyinin (Azerselğxozximiə) Təmir tikinti idarəsində böyük müsahib vəzifəsində işləmişdir. İşin hərtərəfli araşdırılmasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə sorğu göndərilmiş, 1991-1996-cı illər üzrə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin (1993-cü ildən etibarən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin) strukturunu, məhkəmənin sorğusunda adıçəkilən qurumun - Azərbaycan Dövlət Kənd Təsərrüfatı Kimya TTİ-nin (Azərbaycan Dövlət Kənd Təsərrüfatı Kimya Təmir Tikinti İstehsalı İdarəsinin) hüquqi statusunu və strukturunu müəyyən edən sənədlərin Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinə təqdim edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin sorğuya cavab məktubunda bildirilmişdir ki, 1991-1994-cü illər üzrə Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinə və 1995-2001-ci illər üzrə Kənd Təsərrüfatı Nazirliyinə aid sənədlər Nazirlikdə mövcud deyil. “Azərbaycan SSR-də vahid İxtisaslaşdırılmış aqrokimyəvi xidmət yaradılması haqqında” Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin və Azərbaycan SSR Nazirlər Sovetinin 1979-cu il 2 noyabr tarixli 461 nömrəli Qərarının 1-ci bəndinə əsasən, SSRİ Nazirlər Sovetinin “Ölkədə vahid aqrokimyəvi xidmətin yaradılması haqqında” 9 avqust 1979-cu il tarixli 765 nömrəli Qərarına uyğun olaraq ölkədə vahid ixtisaslaşdırılmış aqrokimyəvi xidmət sistemi yaratmaq məqsədilə SSRİ Kənd Təsərrüfatı Nazirliyi sistemində X2 Aqrokimyəvi Xidmət İstehsalat Elm Birliyi təşkil edilmişdir. Həmin Qərarın 2-ci hissəsinə əsasən, Azərbaycan SSR-də kənd təsərrüfatına vahid ixtisaslaşdırılmış aqrokimyəvi xidmət sistemi yaratmaq məqsədilə ikili tabelikdə-SSRİ Kənd Təsərrüfatı Nazirliyi X2 Aqrokimyəvi Xidmət İstehsalat Elm Birliyinin və Azərbaycan SSR Nazirlər Sovetinin tabeliyində olmaqla təsərrüfat hesablı ittifaq-respublika orqanı - Azərbaycan SSR X3 Xidmət İstehsalat Elm Birliyi təşkil olunmuşdur. Azərbaycan SSR Nazirlər Sovetinin 10 iyul 1981-ci il tarixli 299 nömrəli Qərarı ilə “Azərbaycan SSR Nazirlər Soveti yanında kənd təsərrüfatının aqrokimyəvi xidmətləri üzrə X10 (Azerselğxozximiə) haqqında Əsasnamə” təsdiq edilmişdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində dövlət orqanının anlayışı müəyyən edilmişdir. Həmin maddəyə əsasən dövlət orqanı Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. Qeyd edilən Əsasnaməyə əsasən Azərbaycan SSR X3 Xidmət İstehsalat Elm Birliyi təsərrüfat hesablı qurum olduğu üçün həmin birlik dövlət orqanı hesab edilmir. Lakin sözügedən Əsasnamənin nə zaman qüvvədən düşməsini və Azərbaycan SSR Aqrar Sənaye Komitəsi Aqrokimyəvi Xidmətlər üzrə Respublika İstehsalat Elm Birliyinin 1991-1996-cı illərdə hüquqi statusunu (dövlət büdcəsindən maliyyələşməsini, dövlət orqanı statusuna malik olmasını) müəyyən etmək mümkün olmadığı üçün iddiaçının həmin illərdə işlədiyi müddətin dövlət qulluğu stajı hesablanarkən nəzərə alınıb-alınmaması barədə münasibət bildirilməsi imkan xaricindədir. Adıçəkilən Siyahının 2.11-ci bəndində (xx.xx.1991-ci il tarixdən xx.xx.2003-cü il tarixədək) Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanları yanında olan orqanın aparatında mövcud olan vəzifələr İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanları yanında olan orqanın aparatında dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılmışdır. 1991-1996-cı illərdə Aqrokimyəvi Xidmətlər üzrə Respublika İstehsalat Elm Birliyi Azərbaycan SSR Aqrar Sənaye Komitəsinin yanında dövlət orqanı statusuna malik qurum olduğu və Təmir tikinti idarəsi həmin birliyin aparatının strukturunda nəzərdə tutulduğu halda, qeyd edilən illər dövlət qulluğu stajına daxil edilə bilər. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd olunur: Sizin müxtəlif vəzifələrdə iş müddətinin dövlət qulluğunda qulluq stajına daxil edilib-edilməməsi məsələsinə münasibət bildirilməsi ilə bağlı Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinə ünvanladığınız 2 fevral 2024-cü il tarixli 2-1(103)-737/2024 nömrəli məktuba baxılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası”nın 9-cu hissəsinə əsasən dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən onun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında (o cümlədən Azərbaycan Respublikasının ərazisindən kənarda), habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarının aparatlarında mövcud olmuş vəzifələrin və həmin tarixdən İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək (xx.xx.2003-cü İl tarixədək) Azərbaycan Respublikası dövlət orqanlarında dövlət qulluğu vəzifələrinin həmin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 1-ci və 2-ci bəndlərinə əsasən aparılmışdır. Qeyd edilən Siyahının 1.15-ci bəndində Azərbaycan SSR nazirliklərinin, dövlət komitələrinin aparatında mövcud olmuş vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmışdır. 1984-1986-cı illərdə Azərbaycan SSR Meyvə-Tərəvəz Təsərrüfatı Nazirliyində Meyvə və tərəvəz məhsullarının tədarükü və təchizatı baş idarəsinin Meyvə və tərəvəz məhsullarının ümumittifaq fonduna tədarükü və təchizatı şöbəsində iqtisadçı vəzifəsində iş müddətilə bağlı bildirilir ki, “Azərbaycan SSR Meyvə-Tərəvəz Təsərrüfatı Nazirliyinin fəaliyyətinin təşkili məsələləri haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin 6 may 1981-ci il tarixli 215 nömrəli Qərarına 1 nömrəli Əlavədə - Nazirliyin mərkəzi aparatının strukturunda Meyvə və tərəvəz məhsullarının tədarükü və təchizatı baş idarəsi, o cümlədən həmin idarənin tərkibində Meyvə və tərəvəz məhsullarının ümumittifaq fonduna tədarükü və təchizatı şöbəsi nəzərdə tutulmuşdur. 1986-1989-cu illərdə Azərbaycan SSR X11 Komitəsinin Meyvə və Kartof İstehsalı və Emalı Baş İdarəsində və Meyvə, Tərəvəz, Kartof və Üzüm İstehsalı Baş İdarəsində iqtisadçı vəzifəsində iş müddətilə bağlı bildirilir ki, “Azərbaycan SSR X11 Komitəsinin strukturunun və say tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin 22 yanvar 1986-cı il tarixli 31 nömrəli Qərarına 1 nömrəli Əlavədə - Komitənin mərkəzi aparatının strukturunda Meyvə və Tərəvəz İstehsalı və Emalı Baş İdarəsi nəzərdə tutulmuşdur. Qeyd edilənlərə əsasən 1984-1986-cı illərdə Azərbaycan SSR Meyvə-Tərəvəz Təsərrüfatı Nazirliyində və 1986-1989-ci illərdə Azərbaycan SSR X11 Komitəsinin Meyvə və Kartof İstehsalı və Emalı Baş İdarəsində və Meyvə, Tərəvəz, Kartof və Üzüm İstehsalı Baş İdarəsində iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınır. 1989-1991-ci illərdə Azərbaycan SSR X11 Komitəsinin “Azərbaqrarsənaye”nin Məlumat və təbliğat mərkəzində iş müddətilə bağlı bildirilir ki, Azərbaycan SSR Nazirlər Sovetinin 6 yanvar 1989-cu il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan SSR X11 Komitəsinin Mərkəzi Aparatının strukturunda adıçəkilən qurum nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən 1989-1991-ci illərdə Azərbaycan SSR X11 Komitəsinin “Azərbaqrarsənaye”nin Məlumat və təbliğat mərkəzində iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınmır. 1991-1996-cı illərdə Aqrokimyəvi Xidmətlər üzrə Respublika İstehsalat Elm Birliyinin Təmir tikinti idarəsində böyük müsahib vəzifəsində iş müddətilə bağlı bildirilir ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin 11 sentyabr 1991-ci il tarixli 823 nömrəli Əmri ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin strukturu təsdiqlənmişdir. Həmin Əmrin 3 nömrəli Əlavəsində “Azərkəndkimya” Respublika İstehsalat-Elm Birliyi Azərbaycan Respublikası Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin tabeliyindəki birlik və təşkilatların siyahısında nəzərdə tutulmuşdur. Əlavə olaraq bildirilir ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin 18 may 1993-cü il tarixli 367 nömrəli, 17 dekabr 1993-cü il tarixli 906 nömrəli və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 21 dekabr 1995-ci il tarixli 510 nömrəli Əmrlərində müəyyən olunmuşdur ki, “Azərkəndkimya” Respublika İstehsalat-Elmi Birliyi Nazirliyin tabeliyində birlik statusunda fəaliyyət göstərmişdir. Qeyd edilən Siyahının 2.11-ci bəndində (xx.xx.1991-ci il tarixdən xx.xx.2003-cü il tarixədək) Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanları yanında olan orqanın aparatında mövcud olmuş vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmış, lakin həmin Siyahıda mərkəzi icra hakimiyyəti orqanlarının tabeliyində birlik və təşkilatlarda mövcud olmuş vəzifələr nəzərdə tutulmamışdır. Müvafiq uyğunlaşdırılma aparılmadığından 1991-1996-cı illərdə Aqrokimyəvi Xidmətlər üzrə Respublika İstehsalat Elm Birliyinin Təmir tikinti idarəsində iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınmır. 1996-2002-ci illərdə Azərbaycan Respublikasının X4 dövlət vergi müfəttişi və böyük dövlət vergi müfəttişi vəzifələrində iş müddətilə bağlı bildirilir ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.2-ci maddəsinə əsasən dövlət qulluğunun xüsusi növü xüsusi, hərbi və ya diplomatik rütbə nəzərdə tutulan vəzifələrdə dövlət qulluğu keçmədir. “Dövlət qulluğu haqqında” Qanunun 2.3-cü maddəsinə əsasən, dövlət qulluğunun xüsusi növündə çalışan şəxslərin qulluq (xidmət) keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun şəffaflıq əsasında müsabiqə və müsahibə yolu ilə həyata keçirilməsinə, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin bu Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir. Dövlət qulluğunun xüsusi növü nəzərdə tutulan dövlət orqanlarında çalışan və xüsusi, hərbi və ya diplomatik rütbəsi olmayan şəxslərə (dövlət qulluqçusu olmayan digər işçilər istisna olmaqla) bu Qanun şamil edilir. Adıçəkilən Qanunun 22.7-1-ci maddəsinə əsasən dövlət qulluqçusunun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı onun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası”nın 7-1-ci hissəsinə əsasən dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri həmin Qanunun 22.7-2-ci maddəsinə uyğun olaraq, qulluğun (xidmətin) xüsusiyyətləri nəzərə alınmaqla onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı onun həmin Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir. “Dövlət vergi orqanlarında xidmət haqqında” Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli 141-İİQ nömrəli Qanununun 1-ci maddəsinə əsasən vergi orqanlarında xidmət Azərbaycan Respublikasının İcra hakimiyyəti orqanları sisteminə daxil olan vergi orqanlarının funksiya və məqsədlərini öz peşəkar fəaliyyətləri iiə həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. Qeyd edilənlərə əsasən 1996-2002-ci illərdə Azərbaycan Respublikasının X4 dövlət vergi müfəttişi və böyük dövlət vergi müfəttişi vəzifələrində iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınır. Əlavə olaraq bildirilir ki, 1973-1974-cü illərdə Azərbaycan SSR Meliorasiya və Su Təsərrüfatı Nazirliyində fəhlə, 1978-1979-cu illərdə mağazada müdir, satıcı, 1979-1982- ci illərdə Saatlı kooperativ ticarət idarəsində tədarükçü, 1982-1984-cü illərdə Saatlı rayon istehlak cəmiyyətində mühasib, 2003-2004-cü illərdə “Saatlı” şirkətində mühasib, 2005-2007-ci illərdə “Azərdənizneftinşaat” trestində baş mühasibin müavini, baş mühasib, 2007-2015-ci illərdə Azərbaycan Dövlət Neft Şirkətində baş mühasib, baş mühasib-şöbə rəisi vəzifələrində iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınmır. İş materiallarında olan İddiaçı məxsus xx.xx.1974-cü ildə tarixli əmək kitabçasının tərcümə və təsdiq edilmiş surətindən görünür ki, iddiaçı xx.xx.1973-cü ildə “Muğanmeliosutikinti” TQİ-17-də 1-ci dərəcə fəhlə üzrə işə qəbul edilmiş, xx.xx.1973-cü ildə 3-cü dərəcə üzrə çəkicvuran keçirilmiş, xx.xx.1974-cü ildə işdən azad edilmiş, xx.xx.1974-cü ildə Azərbaycan SSR Meliorasiya və Su Təsərrüfatı Nazirliyinin bəndçəkmə İdarəsinə sahilbərkitmə işlərinə mövsümi fəhlə qəbul edilmiş, xx.xx.1974-cü ildə işdən azad edilmiş, 07.1974-cü ildən 07.1976-cı ilədək Kooperativ texnikumunda təhsil almışdır, xx.xx.1976-cı ildən xx.xx.1978-ci ilədək Sovet Ordusu sıralarında xidmət etmişdir, xx.xx.1978-ci ildə Saatlı rayon istehlak cəmiyyətinin Hacıqasımlı kəndindəki qarışıq mallar mağazasına müdir vəzifəsinə təyin edilmiş, xx.xx.1978-ci ildə Hacıqasımlı kəndindəki Qarışıq Mallar mağazasının müdiri vəzifəsindən azad edilmiş, Mərkəzi Univermağın kolxoz bazarındakı Tikili mallar şöbəsinə satıcı təyin edilmiş, xx.xx.1979-cu ildə Mərkəzi Univermağın kolxoz bazarındakı filialı ləğv edilib sənayə mallar mağazası edilmiş, mağazaya müdir təyin edilmişdir, xx.xx.1979-cu ildə işdən azad edilmişdir, xx.xx.1979-cu ildə Saatlı kooperativ ticarəti idarəsinə tədarükçü vəzifəsinə təyin edilmiş, xx.xx.1982-ci ildə işdən azad edilmişdir, xx.xx.1982-ci ildə Mühasib işinə qəbul edilmiş, xx.xx.1984-cü ildə işdən azad edilmiş, xx.xx.1984-cü ildə Azərbaycan SSR Meyvə-Tərəvəz Təsərrüfatı Nazirliyi meyvə-tərəvəz məhsullarının tədarükü və təchizatı üzrə Baş İdarə Ümumittifaq Fonduna meyvə-tərəvəz məhsullarının tədarükü və təchizatı şöbəsində iqtisadçı vəzifəsinə təyin edilmiş, xx.xx.1986-cı il tarixdə Azərbaycan SSR Meyvə-Tərəvəz Təsərrüfatı Nazirliyinin ləğvi səbəbindən köçürülmə yolu ilə Qosaqroproma Azərbaycan SSR (X11), xx.xx.1986-cı il tarixdə Meyvə-təsərrüfat və kartof məhsullarının istehsalı və emalı üzrə Baş idarə, köçürmə yolu ilə Meyvə-tərəvəz və kartof məhsullarının tədarükü və təchizatı üzrə ümumittifaq fondun İdarəsi təchizat yarım şöbəsinə iqtisadçı vəzifəsinə təyin edilmişdir, xx.xx.1988-ci ildə Azərbaycan SSR Meyvə-Tərəvəz Təsərrüfatı Nazirliyində meyvə, tərəvəz, kartof və üzüm məhsullarının istehsalı üzrə Baş İdarənin iqtisadi təhlil və perspektiv inkişaf sahəsi üzrə yeni yaradılan şöbəyə keçirilmiş, xx.xx.1989-cü ildə işdən azad edilmiş, xx.xx.1989-cu ildə Köçürmə yolu ilə “REKİK” Azərbaqrarsənayəməlumat və təbliğat mərkəzinə İ dərəcəli iqtisadçı vəzifəsinə təyin edilmiş, xx.xx.1991-ci ildə işdən azad edilmiş, xx.xx.1991-ci ildə Azərbaycan Dövlət Aqrar Sənayə Komitəsi məlumat mərkəzində Azərbaycan Dövlət kənd təsərrüfstı kimya TTİ-nə baş mühasib təyin edilmiş, xx.xx.1996-cı ildə işdən azad edilmiş, xx.xx.1996-cı ildə Abşeron rayonu üzrə X4 dövlət müəssisələrində vergi qanunvericiliyi və dövlət qiymət intizamına nəzarət şöbəsinin dövlət vergi müfəttişi vəzifəsinə təyin edilmiş, xx.xx.1999-cu ildə işdən azad edilmişdir. İş materiallarında olan İddiaçı məxsus İT-İ seriyalı ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, iddiaçı xx.xx.1999-cu ildə Binəqədi rayonu üzrə X4 qeyri-dövlət müəssisələrində vergi qanunvericiliyinə və dövlət qiymət intizamına nəzarət şöbəsinə böyük dövlət vergi müfəttişi vəzifəsinə təyin edilmiş, xx.xx.2000-ci ildə işdən azad edilmiş, xx.xx.2001-ci ildə Bakı şəhəri Nizami rayonu üzrə vergi idarəsinin audit şöbəsinə dövlət vergi müfəttişi təyin edilmişdir, xx.xx.2002-ci ildə vergi orqanında vəzifəli şəxsin attestasiyanın nəticələrinə əsasən dövlət vergi müfəttişi vəzifəsinə keçirilmişdir, xx.xx.2002-ci ildə işdən azad edilmişdir, xx.xx.2003-cü ildə İstehsal təyinatlı “Saatlı” şirkətində mühasib işinə qəbul edilmiş, xx.xx.2004-cü ildə işdən azad edilmişdir, xx.xx.2005-ci ildə “Azərdənizneftinşaat” X1 zavodunda Mühasibat uçotu və hesabat şöbəsinə müvəqqəti olaraq baş mühasibin müavini vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2005-ci ildə baş mühasibin müavini vəzifəsinə təyin olunmuş, xx.xx.2007-ci ildə baş mühasib vəzifəsinə keçirilmiş, xx.xx.2007-ci ildə Azneft İB-nin“Azərdənizneftinşaat” tresti və onun struktur bölmələri AzRDNŞ-nin Neftqaztikinti trestinin tərkibinə verilmiş, xx.xx.2007-ci ildə ARDNŞ-nin Neftqaztikinti Trestinin Metal Konstruksiyaları zavodunun baş mühasibi vəzifəsinə təyin edilmişdir, xx.xx.2010-cu ildə işdən azad edilmiş, xx.xx.2010-cu ildə ARDNŞ-nin Neftqaztikinti Trestinin Avtonəqliyyat idarəsinin baş mühasibi-mühasibat uçotu və hesabatı şöbəsinin rəisi vəzifəsinə təyin edilmiş, xx.xx.2010cu ildə işdən azad edilmiş, xx.xx.2010-cu ildə ARDNŞ-nin Neftqaztikinti Trestinin Yol tikinti təmir idarəsinin baş mühasibi-mühasibat uçotu və hesabatı şöbəsinin rəisi vəzifəsinə təyin edilmiş, xx.xx.2014-cü ildə işdən azad edilmiş, xx.xx.2014-cü ildə ARDNŞ-nin Neftqaztikinti Trestinin 5 saylı tikinti quraşdırma idarəsinin baş mühasibi-mühasibat uçotu və hesabatı şöbəsinin rəisi vəzifəsinə təyin edilmiş, xx.xx.2015-ci ildə işdən azad edilmişdir. Qeyd: “3” nömrəli qeyddə göstərilən “xx.xx.2001-ci il” tarixi “xx.xx.2000-ci il” tarixi kimi, “audit şöbəsinə DVM” sözləri isə “Nəzarət şöbəsinin böyük dövlət vergi müfəttişi” sözləri kimi oxunsun (İT-İ seriyalı ******* nömrəli əlavə içlikdəki “3” nömrəli qeyd). “Əmək pensiyaları haqqında” Qanunun 20.1.7-ci maddəsinə əsasən əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşların (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. Həmin qanunun 20.11-ci maddəsinə əsasən bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.1.1-ci maddəsinə əsasən dövlət qulluğu - Azərbaycan Respublikasının Konstitusiyasına və digər normativ hüquqi aktlarına uyğun olaraq dövlətin məqsəd və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluğu vəzifəsində xidmətdir. 1.1.3-cü maddəsinə əsasaən dövlət qulluqçusu - yalnız bu Qanunun 1.1.4-cü maddəsində nəzərdə tutulan mənbələrdən dövlət məvacibi alan, bu Qanunla müəyyən edilmiş qaydada inzibati və ya yardımçı dövlət qulluğu vəzifəsini tutan və ixtisas dərəcəsi verilən, inzibati vəzifə üzrə ilk dəfə daimi dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən, Azərbaycan Respublikasının vətəndaşı olan dövlət orqanının işçisidir. 2.1-ci maddəsinə əsasən bu Qanun dövlət orqanlarının struktur qurumlarında qulluq keçən dövlət qulluqçularına şamil edilir. 23.1-ci maddəsinə əsasən dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı tələb olunur. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması siyahısı” və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 15 may tarixli 77 nömrəli qərarı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularınınvəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanının 1-ci bəndi ilə təsdiq edilmiş Siyahıya daxil olmayan vəzifələrin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı” təsdiq edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2- 1(102)-2032/2023 nömrəli, 28 sentyabr 2023-cü il tarixli qərarında qeyd olunan göstərişlərə uyğun olaraq Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinə məhkəmə sorğusu verilmişdir Sorğuya cavab olaraq Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, iddiaçının 1989-1991-ci illərdə Azərbaycan SSR X11 Komitəsinin “Azərbaqrarsənaye”nin Məlumat və təbliğat mərkəzində iş müddəti Azərbaycan SSR X11 Komitəsinin Mərkəzi Aparatının strukturunda adıçəkilən qurum nəzərdə tutulmadığı üçün dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınmır. Bundan başqa, qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin 11 sentyabr 1991-ci il tarixli 823 nömrəli Əmri ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin strukturu təsdiqlənmişdir, həmin Əmrin 3 nömrəli Əlavəsində “Azərkəndkimya” Respublika İstehsalat-Elm Birliyi Azərbaycan Respublikası Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin tabeliyindəki birlik və təşkilatların siyahısında nəzərdə tutulmuşdur. Qeyd olunan əmr və onun əlavələrinin təsdiq edilmiş surətləri Azərbaycan Respublikasının Dövlət Arxivi tərəfindən məhkəmə sorğusuna əsasən xx.xx.2022-ci il tarixli məktubla məhkəməyə təqdim edilmişdir. Yuxarıda qeyd olunan Siyahıda mərkəzi icra hakimiyyəti orqanlarının tabeliyində birlik və təşkilatlarda mövcud olmuş vəzifələr nəzərdə tutulmadığı üçün Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin göstərilən məktubunda iddiaçının 1991-1996-cı illərdə Aqrokimyəvi Xidmətlər üzrə Respublika İstehsalat Elm Birliyinin Təmir tikinti idarəsində iş müddətinin dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınmadığı qeyd olunmuşdur. Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda əlavə olaraq bildirilmişdir ki, iddiaçının 1973- 1974-cü illərdə Azərbaycan SSR Meliorasiya və Su Təsərrüfatı Nazirliyində fəhlə, 1978- 1979-cu illərdə mağazada müdir, satıcı, 1979-1982- ci illərdə Saatlı kooperativ ticarət idarəsində tədarükçü, 1982-1984-cü illərdə Saatlı rayon istehlak cəmiyyətində mühasib, 2003-2004-cü illərdə “Saatlı” şirkətində mühasib, 2005-2007-ci illərdə “Azərdənizneftinşaat” trestində baş mühasibin müavini, baş mühasib, 2007-2015-ci illərdə Azərbaycan Dövlət Neft Şirkətində baş mühasib, baş mühasib-şöbə rəisi vəzifələrində iş müddəti də dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınmır. Beləliklə, Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan da görünür ki, iddiaçının yalnız 1984-1986cı illərdə Azərbaycan SSR Meyvə-Tərəvəz Təsərrüfatı Nazirliyində, 1986-1989-ci illərdə Azərbaycan SSR X11 Komitəsinin Meyvə və Kartof İstehsalı və Emalı Baş İdarəsində və Meyvə, Tərəvəz, Kartof və Üzüm İstehsalı Baş İdarəsində, 1996-2002-ci illərdə Azərbaycan Respublikasının X4 dövlət vergi müfəttişi və böyük dövlət vergi müfəttişi vəzifələrində iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəməyə tərəfindən müəyyən edildi ki, iddiaçının dövlət qulluğu vəzifəsində qulluq stajı 11 il 01 ay 12 gün təşkil edir, yəni 15 ildən azdır (xx.xx.1984-xx.xx.1986, xx.xx.1986-xx.xx.1989, xx.xx.1996-xx.xx.2002). Bu səbəbdən də iddiaçının dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası hüququ yaranmamışdır. Ona görə də iddia tələbi əsassızdır və təmin edilməməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qərarda göstərdiyi nəticə işin hallarına uyğun gəlmədiyindən apellyasiya şikayəti təmin edilməli, qərar ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5660/2021 nömrəli, 20 oktyabr 2021-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar