Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-738/2022 08.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, vəkili Vəkil və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyanın təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-7839/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 65 yaşının tamam olduğu tarixdən, yəni xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1955-ci ildə Bakı şəhərində doğulmuşdur. 1972-1976-cı illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda ali təhsil almışdır. Bundan sonra xx.xx.1976-cı ildən xx.xx.1976-cı ilə qədər Azərbaycan SSR Səhiyyə Nazirliyi Virusologiya, Mikrobiologiya və Gigiyena Respublika Elmi Araşdırma İnstitutunda iqtisadçı işləmişdir. xx.xx.1976-cı ildən xx.xx.1977-ci ilə qədər Sovet ordu sıralarında hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra xx.xx.1978-ci ildən xx.xx.1983-cü ilə qədər adıçəkilən institutda iqtisadçı, xx.xx.1983-cü ildən xx.xx.1983-cü ilə qədər 1 №li Bakı Avtomobil texniki xidməti stansiyasında 5 №li mağazanın satıcısı, xx.xx.1983-cü ildən xx.xx.1984-cü ilədək 8 №li mağazada satıcı, xx.xx.1985-ci ildən xx.xx.1985-ci ilədək 70 №li mağazanın müdiri, xx.xx.1985-ci ildən xx.xx.1985-ci ilədək 2 №li Bakı avtomobil texniki xidməti stansiyasında çilingər xx.xx.1985-ci ildən xx.xx.1987-ci ilə qədər həmin idarədə yükləyici sifariş qəbul edən, xx.xx.1988-ci ildən xx.xx.1988-ci ilə qədər 1 №li Bakı Avtomobil texniki xidməti stansiyasında 5 №li mağazanın satıcısı, xx.xx.1988-ci ildən xx.xx.1989-cu ilə qədər Bakı Avtomobil ehtiyat hissələri mağazasında satıcı, xx.xx.1989-cu ildən xx.xx.1989-cu ilə qədər “Azəri” kooperativində kooperativ üzvü, xx.xx.1989-cu ildən xx.xx.1992-ci ilə qədər “Dostluq” kooperativində iqtisadçı, xx.xx.1992-ci ildən xx.xx.1993-ci ilə qədər “Bameko” kiçik müəssisəsində menecer vəzifəsində işləmişdir. Eyni zamanda 2017-ci ilin ikinci rübündə fərdi sahibkar X3 yanında əmək fəaliyyəti ilə məşğul olmuşdur. 2020-ci ildən etibarən yaşa görə pensiya təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana ərizə ilə müraciət etmişdir. Lakin cavabdeh inzibati orqan ona pensiya təyin olunmasından imtina etmişdir. Bundan sonra işəgötürən X4 müraciət edərək, 2017-ci ilin ikinci rübü üzrə onun adından ödənilməli olan məcburi dövlət sosial sığorta ayırmalarının ödənilməsini tələb etmişdir. Adı çəkilən fərdi sahibkar tərəfindən 2020-ci ildə 2017-ci ilin 2-ci rübü üzrə onun üçün ödənilməli olan məbləğin ödənişi həyata keçirilmişdir. Bundan sonra yenidən cavabdehə müraciət edərək, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 22-1-ci maddəsinin tələblərinə uyğun olaraq ona 65 yaşının tamam olduğu tarixdən pensiyanın təyin edilməsini xahiş etmişdir. Lakin bu dəfə də müraciəti təmin edilməmişdir. Hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassızdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-7839/2021 nömrəli qərarı ilə iddia təmin edilmişdir.(hakim: N.Abıyev) Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. ASSR-nin 1971-ci il 10 dekabr tarixli qanunu ilə təsdiq edilmiş Əmək Qanunları Məcəlləsinin 29-cu maddəsinə əsasən işçinin əmək fəaliyyətini təsdiq edən əsas sənəd əmək kitabçası hesab edilir. Azərbaycan Respublikasının "Əmək pensiyaları haqqında" qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İşin faktiki hallarına görə İddiaçı əmək kitabçasındakı qeydlərə əsasən 25 illik sosial sığorta stajı mövcud deyildir. Həmçinin, tələb olunan 28800 manat pensiya kapitalına qarşı vətəndaşın X1 X10 Sistemində xx.xx.2020-ci il tarixindən fərdi hesabın sığorta hissəsində qeydə alınmış 58,05 manat məbləğində pensiya kapitalı mövcuddur. Bu səbəbdən də vətəndaşa pensiya təyin edilməsi qanunvericiliyə ziddir. Bundan əlavə, vətəndaş fərdi sahibkar X6 tərəfindən 2017-ci ildə onun xeyrinə məcburi dövlət sosial sığorta haqqının ödənildiyini ərizəsində iddia edir. Bu iddianın araşdırılması üçün tərəflərindən Fondun Fərdi uçota nəzarət və sosial sığorta departamentinə xx.xx.2021-ci il tarixli, **********8 nömrəli sorğu verilmişdir. Departamentin xx.xx.2021 tarixli **********0 nömrəli cavab məktubunda fərdi sahibkar X6 tərəfindən 2017-ci ilin İ, lll-İV rübləri üzrə məcburi dövlət sosial sığortası üzrə hesabatlar təqdim edilmədiyi qeyd edilmişdir. Məktubun qoşmasından aşkardır ki, İddiaçı fərdi hesabında 30 manat məbləğində məcburi dövlət sosial sığorta haqları hesablansa da, 2017-ci il tarixində ödəniş həyata keçirilməmişdir. Həmin dövr üzrə ödəniş yalnız 2020-ci il tarixində həyata keçirilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci bədinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Maddənin məzmununda qeyd edildiyi kimi vətəndaşa avtomatlaşdırılmış qaydada o zaman pensiya təyin edilir ki, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qədər qeydə alınmış pensiya kapitalı mövcud olsun. Vətəndaşın xeyrinə məcburi dövlət sosial sığorta haqqı 2020-ci il tarixində ödənildiyi üçün və fərdi hesabında həmin andan qeydə alındığı üçün maddədə vətəndaşın qeyd edilən güzəştdən istifadə hüququ yaranmır. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X5 apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı İddiaçı və vəkili Vəkil apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan iddiaçıya məxsus AZE seriyalı ******** №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1955-ci il təvəllüdlüdür. İş materiallarında olan xx.xx.1976-cı ildə verilmiş A-İ seriyalı 013905 №li diplomun notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı 1972-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olmuş 1976-cı ildə orada sənayenin planlaşdırılması ixtisası üzrə tam kursu bitirmişdir. İş materiallarında olan Yasamal rayon Hərbi Komissarlığı (keçmiş) tərəfindən xx.xx.2000-ci il tarixdə verilmiş arayışdan müəyyən olunur ki, İddiaçı xx.xx.1976-cı ildən xx.xx.1977-ci ilədək həqiqi hərbi xidmətdə olmuşdur. İş materiallarında olan İddiaçıya məxsus xx.xx.1976-cı il tarixli əmək kitabçasının notarial qaydada təsdiq (tərcümə) olunmuş surətindən müəyyən olunur ki, o, xx.xx.1976-cı ildən xx.xx.1976-cı ilədək Azərbaycan SSR Səhiyyə Nazirliyi Virusologiya, Mikrobiologiya və Gigiyena Respublika Elmi Araşdırma İnstitutunda iqtisadçı işləmişdir. xx.xx.1976-cı ildən xx.xx.1977-ci ilə qədər Sovet ordu sıralarında hərbi xidmətdə olmuşdur. xx.xx.1978-ci ildən xx.xx.1983-cü ilədək Azərbaycan SSR Səhiyyə Nazirliyi Virusologiya, Mikrobiologiya və Gigiyena Respublika Elmi Araşdırma İnstitutunda iqtisadçı, xx.xx.1983-cü ildən xx.xx.1983cü ilə qədər 1 №li Bakı Avtomobil texniki xidməti stansiyasında 5 №li mağazanın satıcısı, xx.xx.1983-cü ildən xx.xx.1984-cü ilədək 8 №li mağazada satıcı, xx.xx.1985-ci ildən xx.xx.1985-ci ilədək 70 №li mağazanın müdiri, xx.xx.1985-ci ildən xx.xx.1985-ci ilədək 2 №li Bakı avtomobil texniki xidməti stansiyasında çilingər, xx.xx.1985-ci ildən xx.xx.1987-ci ilə qədər həmin idarədə yükləyici-sifariş qəbul edən, xx.xx.1988-ci ildən xx.xx.1988-ci ilədək 1 №li Bakı Avtomobil texniki xidməti stansiyasında 5 №li mağazanın satıcısı, xx.xx.1988-ci ildən xx.xx.1989-cu ilə qədər Bakı Avtomobil ehtiyat hissələri mağazasında satıcı, xx.xx.1989-cu ildən xx.xx.1989-cu ilədək “Azəri” kooperativində kooperativ üzvü, xx.xx.1989-cu ildən xx.xx.1992-ci ilə qədər “Dostluq” kooperativində iqtisadçı, xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilə qədər “Bameko” kiçik müəssisəsində menecer vəzifəsində işləmişdir. İş materiallarından müəyyən olunur ki, İddiaçı 2017-ci ildə fərdi sahibkar X6 (VÖEN: **********) tərəfindən işə götürülmüşdür. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli 81604 №li qəbzindən görünür ki, fərdi sahibkar X6 (VÖEN: **********) tərəfindən Dövlət Sosial Müdafiə Fonduna 183,65 manat məbləğində məcburi sosial sığorta haqqı ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış məktubda göstərilmişdir ki, fərdi sahibkar (özüözünü sığortaedən) X6 (SUN: **********5) tərəfindən 17 fevral 2020-ci il tarixində ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 2017-ci ilin İİ rübü üzrə “Məcburi dövlət sosial sığortası üzrə hesabat”da hesablanmış məcburi dövlət sosial sığorta haqlarına uyğun bölüşdürülərək, müraciətçinin (hazırki iddiaçı) **********393 nömrəli fərdi şəxsi hesabında əks olunması təmin edilmişdir. İş materiallarında olan DSMF-nin Fərdi uçota nəzarət və sosial sığorta departamenti tərəfindən DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına ünvanlanmış **********0 №li xx.xx.2021-ci il tarixli məktubdan və məktuba əlavə olunmuş fərdi sahibkar X6 tərəfindən 2017-ci ilin İİ rübü üzrə təqdim edilmiş “Məcburi dövlət sosial sığortası üzrə hesabat”dan müəyyən olunur ki, fərdi sahibkar X6 tərəfindən İddiaçı fərdi hesabına 2017-ci ilin aprel ayına 30 manat məbləğində məcburi dövlət sosial haqları ödənişi 2017-ci il tarixində həyata keçirilməmiş, həmin dövr üzrə ödəniş 2020-ci il tarixində həyata keçirilmişdir. İş materiallarında olan DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli **********5 №li imtina məktubunda göstərilmişdir ki, X1 X8 Sistemində xx.xx.2020-ci il tarixindən fərdi hesabın sığorta hissəsində qeydə alınmış 58,05 manat kapitalı tələb olunan pensiya kapitalından (28800 manat) azdır. Qeyd olunanlara əsasən müraciətçiyə yaşa görə əmək pensiyasının təyin olunması qanunvericiliklə mümkün hesab edilmir. İşdən görünür ki, iddiaçı ona 65 yaşının tamam olduğu tarixdən, yəni xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı ona yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunla müəyyən olunmuş yaş həddinə (65 yaş) xx.xx.2020-ci il tarixdə çatmışdır. Qanunvericiliyin tələblərindən də göründüyü kimi, 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iddiaçı ona yaşa görə əmək pensiyası təyin olunması üçün qanunla müəyyən edilmiş yaş həddinə çatdığından və xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixədək onun fərdi hesabının sığorta hissəsində pensiya kapitalı mövcud olduğundan, sonuncuya cavabdeh inzibati orqan tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun tələblərinə müvafiq olaraq avtomatlaşdırılmış qaydada əmək pensiyasının təyin edilməsi təmin olunmalıdır. Bu zaman məhkəmə cavabdeh inzibati orqanın İddiaçı xeyrinə məcburi dövlət sosial sığorta haqqının 2020-ci il tarixində ödənildiyi və fərdi hesabında həmin andan qeydə alındığı üçün sonuncunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 22-1-ci maddəsində qeyd edilən güzəştdən (avtomatlaşdırılmış qaydada pensiya təyin olunması) istifadə hüququnun yaranmaması ilə bağlı dəlilini əsassız hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yuxarıda qeyd olunan məktubunun məzmunundan da göründüyü kimi, fərdi sahibkar X6 tərəfindən 17 fevral 2020-ci il tarixində ödənilmiş məcburi dövlət sosial sığorta haqları 2017-ci ilin İİ rübü üzrə “Məcburi dövlət sosial sığortası üzrə hesabat”da hesablanmış məcburi dövlət sosial sığorta haqlarına uyğun bölüşdürülərək, iddiaçının fərdi şəxsi hesabında əks olunması təmin edilmişdir. Bununla yanaşı, məhkəmə həm də nəzərə almışdır ki, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. İş materiallarından müəyyən olunur ki, iddiaçının pensiya hüququ xx.xx.2020-ci il tarixdən yarandığı halda sonuncu, ona yaşa görə əmək pensiyasının təyin olunması üçün cavabdeh inzibati orqana xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək olan redaksiyasına əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Məhkəmə, nəzərə almışdır ki, hazırkı işin halları ilə oxşarlıq təşkil edən mübahisələrlə bağlı əvvəllər Ali Məhkəmənin icraatında olmuş işlərdə Ali Məhkəmənin İnzibati Kollegiyasının hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, 1 iyul 2017-ci il tarixədək pensiya hüququ yaranmış şəxslərin barəsində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsi (əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir) tətbiq edilməməlidir. Bununla yanaşı, məhkəmə təcrübəsinin vahidliyini təmin edən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” 2020ci il 8 oktyabr tarixli Qərardadına əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iddiaçıya ödəniləcək pensiya cavabdeh inzibati orqana müraciət edilən tarixdən (xx.xx.2021-ci il) əvvəlki dövr üçün, yəni sonuncunun pensiya hüququ yarandığı xx.xx.2020-ci il tarixdən hesablanaraq, ödənilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra-Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər bir vətəndaşın sosial təminat konstitusiya hüququ onun qanunla müəyyən edilmiş hallarda və məbləğdə pensiya almaq hüququnu da nəzərdə tutur. Bu mənada, pensiya təminatı sosial təminat hüququnun mühüm tərkib hissəsi kimi çıxış edir və Azərbaycan Respublikasının qoşulduğu bir sıra beynəlxalq-hüquqi aktlarda da öz əksini tapmışdır. Qeyd edilən konstitusion müddəadan çıxış etməklə Azərbaycan Respublikasının qanunvericiliyi sosial təminat hüququnun əldə edilməsi və həyata keçirilməsi qaydalarını müəyyənləşdirmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun - 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı – əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; - 1.0.8-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsi – əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır; - 1.0.10-cu maddəsinə əsasən pensiya kapitalı – müvafiq olaraq fərdi hesabına sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir; - 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə əmək pensiyası növləri müəyyən edilmişdir. - 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 22-1.1-ci maddəsinə əsasən, 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. - 22-1.2.1-ci maddəsinə əsasən, 2019-2020-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. “Sosial sığorta haqqında” Qanunun - 2-ci maddəsinə əsasən, sosial sığorta məcburi dövlət sığortası və könüllü (əlavə) sığorta formalarında olur. Məcburi dövlət sosial sığortası sığortaedənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir. Bu Qanunda nəzərdə tutulmuş hallarda digər şəxslər də məcburi dövlət sosial sığortasına cəlb olunurlar. - 14.1-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçıya verilən pul vəsaitidir. - 14.2-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı xx.xx.1955-ci il təvəllüdlüdür və iddiaçı ona yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunla müəyyən olunmuş yaş həddinə (65 yaş) xx.xx.2020-ci il tarixdə çatmışdır. Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərindən də göründüyü kimi, 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, hesablanır. Cavabdeh orqan apelyasiya şikayətində qeyd etmişdir ki, vətəndaş fərdi sahibkar X6 tərəfindən 2017-ci ildə onun xeyrinə məcburi dövlət sosial sığorta haqqının ödənildiyini ərizəsində iddia edir. Bu iddianın araşdırılması üçün tərəflərindən Fondun Fərdi uçota nəzarət və sosial sığorta departamentinə xx.xx.2021-ci il tarixli, **********8 nömrəli sorğu verilmiş, Departamentin xx.xx.2021 tarixli **********0 nömrəli cavab məktubunda fərdi sahibkar X6 tərəfindən 2017-ci ilin İ, lll-İV rübləri üzrə məcburi dövlət sosial sığortası üzrə hesabatlar təqdim edilmədiyi qeyd edilmişdir. Məktubun qoşmasından aşkardır ki, İddiaçı fərdi hesabında 30 manat məbləğində məcburi dövlət sosial sığorta haqları hesablansa da, 2017-ci il tarixində ödəniş həyata keçirilməmişdir. Həmin dövr üzrə ödəniş yalnız 2020-ci il tarixində həyata keçirilmişdir. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən cavabdehin həmin dəlillərini əsassız hesab edir. Belə ki, işdən də göründüyü kimi məcburi dövlət sosial sığorta haqları üzrə 2017-ci ilin birinci rübünə iddiaçıya münasibətdə hesablama həyata keçirilmiş lakin həmin sığorta haqları məhz işə götürən tərəfindən 2020-ci ildə ödənilmişdir. İş materiallarında olan həmin ödəniş qəbzi və AR ƏƏSMN tərəfindən iddiaçıya ünvanlanmış məktubdan görünür ki, işə götürən tərəfindən aparılmış ödənişin təyinatı məhz 2017-ci ilin birinci rübünə aiddir. “Sosial sığorta haqqında” AR Qanununun 9-1.1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. Həmin Qanunun 18-ci maddəsinə əsasən məcburi dövlət sosial sığortası sahəsində idarəetməni (məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə fəaliyyət istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı: məcburi dövlət sosial sığorta vəsaitlərini idarə edir; bu Qanunun tətbiqi ilə əlaqədar izahatlar verir və səlahiyyəti daxilində normativ aktlar qəbul edir; sığortaedənlərin məcburi dövlət sosial sığortası üzrə hesabatlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) əldə edir; sosial sığorta sahəsində elektron xidmətləri (məcburi sosial sığorta haqlarının hesablanması və ödənilməsi istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının X1 sistemi vasitəsilə həyata keçirir; qanunla nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanının X1 sistemində sığortaedənlər və sığortaolunanlar barədə olan məlumatların dövlət orqanlarına (qurumlarına) verilməsini təmin edir; Əsasnaməsində müəyyən edilmiş digər fəaliyyətlə məşğul olur. Məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə məcburi dövlət sosial sığortası sahəsində idarəetməni müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həyata keçirir. Məhkəmə kollegiyası qeyd edir ki, işəgötürənin ödəməli olduğu məcburi dövlət sosial sığorta haqlarının ödənişi 2020-ci ildə ödənilsə də 2017-ci ilin birinci rübünə aid təyinatı üzrə həyata keçirilmiş və inzibati orqan tərəfindən həmin ödəniş qəbul olunmuşdur. “Əmək pensiyaları haqqında" AR Qanununun 22-1.1-ci maddəsinin məzmununa görə 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilməsi üçün, onun fərdi hesabın sığorta hissəsində xx.xx.2018-ci il tarixinə qeydə alınmış pensiya kapitalının mövcud olmasıdır. Yəni ödənişin həmin tarixə qədər deyil onun təyinatının və yaxud şəxsə aid məcburi dövlət sosial sığorta haqlarının hesablanması anı nəzərdə tutulur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması müddəasını nəzərə almayaraq iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş sosial təminat hüququnu pozmuşdur. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iddiaçı ona yaşa görə əmək pensiyası təyin olunması üçün qanunla müəyyən edilmiş yaş həddinə çatdığından və xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixədək onun fərdi hesabının sığorta hissəsində pensiya kapitalı mövcud olduğundan, sonuncuya cavabdeh inzibati orqan tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun tələblərinə müvafiq olaraq avtomatlaşdırılmış qaydada əmək pensiyasının təyin edilməsi təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, cavabdehin apelyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-7839/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-738/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-738/2022
08.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver