Məhkəmə qərarları › İş №2-1(103)-739/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-739/2022

30.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-739/2022 30.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehlər Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsi və Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinə qarşı “əmrin (dublikatın) verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X8 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, X7-Yusiflinin katibliyi ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsi və Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X2rşı “28 saylı 21.05.2003-cü il tarixli əmrin (dublikatın) verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7153/2021 saylı 06 sentyabr 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 30 mart 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehlər Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsi və Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “28 saylı 21.05.200-cü il tarixli əmrin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Abşeron rayon İcra Hakimiyyəti başçısının 096 saylı 20 avqust 1999-cu il tarixli sərəncamı ilə X5 sovxozunda işləyən və mənzil tikintisinə ehtiyacı olan fəhlə və mütəxəssislərə verilməsi üçün hər ailəyə 0.10 ha hesabı ilə 50 ailə üçün 5 hektar həyətyani torpaq sahəsi ayrılmışdır. Həmin sərəncamdan çıxarış əsasında sovxozun qərarı və əmri nəzərə alınaraq 0.10 ha torpaq sahəsi ayrılmış, bu barədə eskiz qeyd edilmişdir. Torpaq ayrıldığı vaxtdan onun sahibliyindədir. Lakin sənədlərin original nüsxələri itirilmişdir. Bu səbəbdən də sənədin dublikatının ona verilməsi üçün cavabdehlərə ərizələr ilə müraciət etmiş, lakin sənədin verilməsindən imtina edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7153/2021 saylı 06 sentyabr 2021-ci il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərardadın ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun iddia tələbi ilə bağlı mülki məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Lakin hazırki tələblə bağlı o, Bakı İnzibati məhkəməsinə müraciət etməzdən qabaq Bakı şəhər Xəzər rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmə tərəfindən ona inzibati məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Tərəflərin izahatları Apellyasiya şikayəti mümkün sayılaraq icraata qəbul edilmiş və işə son olaraq baxılması 30.03.2022-ci il tarixə təyin edilmişdir. Həmin tarixdə keçirilmiş məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış tərəflər iştiraklarını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə tərəflərin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X3 “Vətəndaşlara həyətyanı torpaq sahəsi verilməsi haqqında” 28 saylı 21 may 2003-cü il tarixli əmrdən çıxarışdan (kserosurət) görünür ki, Abşeron rayon İcra Hakimiyyəti başçısının 096 saylı 15.04.1999-cu il tarixli sərəncamı, tərəvəzçilik-südçülük sovxozu (Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X6) Həmkərlar Təşkilatının 02 saylı 17.05.2003-cü il tarixli protokolu nəzərə alınaraq İddiaçı fərdi mənzil tikintisi üçün nəzərdə tutulan ərazidən 0.10 hektar hesabı ilə 0402 saylı həyətyani torpaq sahəsinin ayrılması əmr edilmişdir. Hazırda İddiaçı cavabdehlər Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsi və Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X2rşı tələbi “ona ayrılmış 28 saylı 21.05.2003-cü il tarixli əmrin (dublikatın) verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədədir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə hazırki iş üzrə cavabdeh qismində göstərilmiş X3 adının “İnzibati orqanların Təsnifatı”nda qeyd edilməməsinə, həmçinin digər cavabdeh Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin belə səlahiyyətinin olmamasına istinad edərək iddianın mümkün sayılmaması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddianın mümkün sayılmaması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Əvvəla qeyd olunmalıdır ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Hazırki işdə iddiaçının tələb etdiyi sənədin Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsi tərəfindən verilmədiyi nəzərə alınaraq Kollegiya hesab edir ki, sonuncunun belə öhdəliyi olmadığı üçün birinci instansiya məhkəməsi düzgün olaraq həmin cavabdehə qarşı iddianı ona cavab verməli olmayan şəxsə qarşı yönəldiyi əsası ilə qeyri-mümkün saymışdır. Digər cavabdeh- Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X6nə gəldikdə isə apellyasiya baxışı zamanı həmin Müəssisənin baş plana uyğun olaraq fərdi mənzil tikintisi üçün nəzərdə tutulmuş ərazidən İddiaçı həyətyanı torpaq sahəsinin verilməsi barədə 21 may 2003-cü il tarixli əmrinin Müəssisədə saxlanılıb-saxlanılmaması, saxlanıldığı təqdirdə onun təsdiq olunmuş surətinin məhkəməyə təqdim edilməsi, o cümlədən Müəssisə tərəfindən verilmiş 21 may 2003-cü il tarixli əmrə əsasən Müəssisədə aparılmış siyahıda İddiaçı adının olub-olmaması barədə məhkəməyə məlumat verilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X6nə sorğu göndərilmişdir. Həmin sorğuya cavab olaraq adı çəkilən Müəssisə tərəfindən 01.03.2022-ci il tarixdə bildirilmişdir ki, iddiaçıya AR Pİİ-nin X6 tərəfindən torpaq sahəsi ayrılmış, bu barədə sənəd bir nüsxədən tərtib olunmuş, müəssisədə torpaq sahəsinin ayrılmasına dair məlumatlar aparılmışdır. İddiaçı dəfələrlə müəssisəyə müraciət etmiş, müəyyən olunmuşdur ki, sözügedən şəxs torpaq sahəsini Sahib Salmanov adlı makler vasitəsilə satmışdır. “X6”nin balansında olan torpaq sahələrinin çox hissəsi 1989-cu ildən başlayaraq 2003-cü ilədək müəssisənin keçmiş rəhbərliyi tərəfindən qanunsuz olaraq fiziki şəxslərə fərdi ev tikmək üçün satılmış və 2010-cu ildə keçmiş rəhbərlik cinayət məsuliyyətinə cəlb olunmuşdur. Burada məskunlaşmış vətəndaşların torpaq üzərində hüquqlarının dövlət qeydiyyatına alınması üçün çoxsaylı müraciətlərindən sonra Azərbaycan Respublikası Prezidenti tərəfindən 30 oktyabr 2015-ci ildə Fərman verilmişdir. Həmin Fərmanın 2.5-ci bəndinə əsasən vətəndaş fərdi şəkildə müraciət etdikdən sonra “X6” tərəfindən vətəndaşın torpaq sahəsinin ayrılması ilə bağlı təqdim etdiyi sənədlər arxiv məlumatları eynilik təşkil etdiyi halda və məhkəmə mübahisəsi olmadığı halda arxiv arayışı və plan-cizgi Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim etmək üçün vətəndaşa verilir. 1465 saylı 13 oktyabr 2021-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən müəssisənin ləğv olunması prosesi yekunlaşmaq üzrədir. Göründüyü kimi, iddiaçının tələb etdiyi sənədin hazırki vəziyyətdə X1madığı müəyyən olunur. Digər tərəfdən, Azərbaycan Respublikası Prezidentinin 2955 saylı 13 oktyabr 2021-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin sturukturunun təkmilləşdirilməsi haqqında bəzi sərəncamlar ləğv edilmişdir. Həmin sərəncamın məzmunundan isə Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin vaxtilə tabeliyindən yaradılmış X3 ləğvetmə komissiyasının yaradılması və ya Müəssisənin ləğvediecisinin təyin edilməsi müəyyən olunmur. Odur ki, məhkəmə kollegiyası iddianın hər iki cavabdehə qarşı qeyri-mümkün sayılması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin tələbləri baxımından iddiaya düzgün qiymət verilmişdir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, həmin dəlillər iş materialları ilə təkzib olunduğu üçün qəbul edilmir, formal xarakter daşımaqla yanaşı, qərardadın ləğv edilməsi üçün heç bir əsas yaratmır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7153/2021 saylı 06 sentyabr 2021-ci il tarixli qərardadı qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7153/2021 saylı 06 sentyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar