Məhkəmə qərarları › İş №2-1(103)-739/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-739/2023

14.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-739/2023 14.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filalına qarşı “tutulan pensiya məbləğinin geri qaytarılması” tələbinə dair iş üzrə inzibati mübahisə üzrə QƏRAR (Açar sözlər: “tutulan pensiya məbləğinin geri qaytarılması”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filalına qarşı “tutulan pensiya məbləğinin geri qaytarılması” tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-893/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filalına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 2020-ci il iyun ayından hal-hazırki dövrədək iddiaçının əmək pensiyasından qanunsuz və əsassız olaraq tutulan məbləğin yenidən hesablanaraq bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bunda sonra xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddiaçının “xx.xx.2020xx.xx.2021-ci il tarixləri arasındakı dövrdə İddiaçı pensiyasından tutulmuş məbləğin iddiaçıya geri qaytarılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filalının üzərinə qoyulması barədə qərar qəbul edilməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2012-ci ildə iddiaçıya dövlət qulluqçusu kimi əmək pensiyası təyin edilmişdir. Nəsimi rayon icra hakimiyyətində böyük məsləhətçi vəzifəsində işləmişdir və 3-cü dərəcəli dövlət qulluqçusudur, ümumi sosial sığorta stajı 35 il 8 ay, dövlət qulluğu üzrə stajı isə 16 il 8 ay təşkil edir. Əmək pensiyasına çıxdığı dövrdə qüvvədə olan “Əmək pensiyaları haqqında” AR Qanununa əsasən, əmək haqqı 15 il staja görə 80 faizi hesablanmışdir. Həmin dövrdən sonra müxtəlif illərdə dövlət qulluqçularının əmək haqqında artımlar olmuşdur və bu artımlar ona da şamil olunmuşdur. Lakin, 2020-ci ilin iyun ayından etibarən pensiya hüquqları kobud şəkildə pozularaq pensiyasından hər ay üçün 207 manat məbləğ tutulmağa başlanılmışdır. Bu məbləğin hansı səbəbə görə tutulduğu ona izah edilməmiş və bununla yanaşı ona xəbərdarlıq belə olunmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-893/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı (hakim Elvin Əliyev) ilə iddia təmin edilmiş, xx.xx.2020-xx.xx.2021-ci il tarixləri arasındakı dövrdə İddiaçı pensiyasından tutulmuş məbləğin iddiaçıya geri qaytarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filalının üzərinə qoyulmuşdur. Apellyasiya şikayəti və onun dəlilləri: Cavabdeh apellyasiya şikayəti verərək şikayətinin dəlili kimi göstərmişdir ki, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon şöbəsi tərəfindən 21 iyun 2012-ci il tarixindən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı xx.xx.2013-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 4815,48 manat artıq pul vəsaitinin ödənildiyi Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən müəyyən edilmiş və həmin artıq ödənilmiş vəsaitin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır. Bununla əlaqədar xx.xx.2020-xx.xx.2021-ci il tarixləri arasındakı dövrdə əmək pensiyasından hər ay 133,76 manat olmaqla, ümumilikdə 2541,44 manat tutulmuşdur. Məhkəmə iddia tələbini təmin edərəkən mövqeyini belə əsaslandırmışdır ki, həmin məbləğ tutularkən cavabdeh inzibati orqan tərəfindən mövcud qanunvericiliyə uyğun olaraq hər hansı qərar (əmək pensiyaçısının razılığı ilə) qəbul edilməmişdir. Halbuki “İnzibati icraat haqqında” Qanunun 21.3.6-cı maddəsinə görə inzibati aktların məcburi qaydada icrası ilə bağlı tədbirlərin tətbiqi nəzərdə tutulduqda inzibati orqan maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edə bilər. Həmçinin həmin artıq ödənilmiş vəsaitinin qaytarılması ilə əlaqədar razılığın təqdim edilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli məktubla iddiaçıya məlumat verilmişdir. Bu səbəbdən, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi G.İskəndərova apellyasiya şikayətini müdafiə etdiyini bildirərək təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi: İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon şöbəsi tərəfindən 21 iyun 2012-ci il tarixindən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı xx.xx.2013-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 4815,48 manat artıq pul vəsaitinin ödənildiyi Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən müəyyən edilmiş və həmin artıq ödənilmiş vəsaitin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filalı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş xx.xx.2022-ci il tarixli məktubunda bildirilmişdir ki, vətəndaş İddiaçı sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasından xx.xx.2020- xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində hər ay 133,76 manat olmaqla, ümumilikdə 2541,44 manat məbləğində tutulma həyata keçirilmişdir. Məhkəmənin sorğularına cavab olaraq təqdim edilmiş pensiya işinin surətindən, həmçinin xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli məktublarından və cavabdeh inzibati orqanın nümayəndəsinin izahatından görünür ki, İddiaçı sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasından xx.xx.2020-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində hər ay 133,76 manat olmaqla, ümumilikdə 2541,44 manat məbləğində tutulma həyata keçirilsə də, həmin məbləğin tutulması ilə bağlı cavabdeh inzibati orqan tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq hər hansı qərar (əmək pensiyaçısının razılığı ilə) qəbul edilməmişdir. Əsaslandırıcı hissə: Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə Kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı bildirir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 39-cu maddəsinin birinci bəndi aşkar olaraq tələb edir ki, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Göründüyü kimi, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin tutulması barədə əmək pensiyaçısının razılığı ilə qərarın (inzibati aktın) qəbul edilməsi ilə şərtləndirir. Belə razılıq olmadıqda, tələbin təmini üçün məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təsbit edir. Hazırkı inzibati iş materiallarında əmək pensiyaçısının (ərizəçinin) artıq ödənilmiş pensiya məbləğinin tutulmasına razılığının olması və müvafiq qərar qəbul edilməsi müəyyən edilmir. Cavabdeh bu barədə heç bir sübut təqdim edə bilməmişdir. Belə olan halda, artıq ödənilmiş pensiya məbləği qanunun tələbinə görə, yalnız məhkəmə qərarı əsasında tutula bilərdi. Lakin bu barədə də iş materiallarında heç bir sübut yoxdur və cavabdeh də bu barədə heç bir dəlil irəli sürmür. Göstərilənlərə əsasən Kollegiya belə nəticəyə gəlir ki, mövcud qanunvericiliyə əsasən İddiaçı yaşa görə əmək pensiyasından tutulmalar nə inzibati orqanın müvafiq qərarı nə də ki, müvafiq məhkəmə qərarı olmadan həyata keçirildiyindən birinci instansiya məhkəməsi iddiaçının pensiyasından tutulmuş vəsaitin ona geri qaytarılması barədə düzgün nəticəyə gəlmişdir, bu baxımdan da apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz. Nəticə: Qeyd edilənlər onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin edilməsi və xx.xx.2020-xx.xx.2021-ci il tarixləri arasındakı dövrdə İddiaçı pensiyasından tutulmuş məbləğin iddiaçıya geri qaytarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filalının üzərinə qoyulması işin sübutlarla müəyyən edilən hallarına, maddi və inzibati icraat haqqında hüquq normalarına uyğun olmuşdur. Ona görə də Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin həmin qərarın əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 893/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-893/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar