Məhkəmə qərarları › İş №2-1(103)-74/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-74/2023

17.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-74/2023 17.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Bəktaşi Səadət İnayət qızı və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, X11 qızının katibliyi, İddiaçının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Bakı Şəhər İcra Hakimiyyətinin cavabdeh Binəqədi Bələdiyyəsinə qarşı (üçüncü şəxslər X10, X6) “qərarın etibarsız hesab edilməsi və hüquqi nəticələrinin ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli 2-1(112)- 369/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə müraciət edərək sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün vətəndaş X5 Binəqədi rayonu 8-ci mikrorayon H.Hüseynov küşəsində 400 m2 torpaq sahəsinin ayrılmasına dair Binəqədi Bələdiyyəsinin 16 dekabr 2004-cü il tarixli 412 nömrəli qərarının etibarsız hesab edilməsini və həmin qərarın hüquqi nəticələrinin ləğv edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli 2-1(112)-369/2020 saylı qərarı ilə iddia tələbi rədd edilmişdir. Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat: Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, torpaq sahəsinin sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün X1, sonradan onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bununla əlaqədar digər əməliyyatlardan Bakı Şəhər İcra Hakimiyyətinin məlumatı olmamışdır. Aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi bələdiyyə torpaq sahəsi olmamış, həmin torpaq sahəsi ümumi istifadədə olan torpaq sahəsi olmuş və beləliklə də Binəqədi Bələdiyyəsi açıq-aşkar öz səlahiyyətlərini aşmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 sentyabr 2021-ci il tarixli, 2-1(103)-621/2021 nömrəli qərardadına əsasən Bakı İnzibati Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli 2-1(112)-369/2020 nömrəli qərarı ləğv edilmiş, iddia tələbi mümkün sayılmamışdır. Kassasiya instansiyası məhkəməsindəki icraat: Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 sentyabr 2021-ci il tarixli, 2-1(103)-621/2021 nömrəli qərardadının ləğv edilməsini və iddia tələbinin təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir AR Ali Məhkəməsinin 2-1(102)-145/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 20 sentyabr 2021-ci il tarixli, 2-1(103)-621/2021 nömrəli qərardadı ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətini müdafiə edərək, qərarın ləğv edilməsi, iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi. Kollegiya iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh tərəf və üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Kollegiya işə çağırılan tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətini iş materialları ilə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdə olan: - ünvan 1 ünvanında yerləşən 0,04 ha. torpaq sahəsi 27 may 2014-cü il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən X6 tərəfindən X2. - ünvan 1 ünvanında yerləşən 0,04 ha. torpaq sahəsi 31 may 2014-cü il tarixində X7 adına daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ ilə qeydə alınmışdır. - X10 torpaq sahəsi üzərində mülkiyyət hüququ əldə etdikdən sonra məhkəmə qaydasında qeyri-yaşayış binasının eskiz layihəsi əsasında inşa edilməsinə icazə verilməsi barədə sərəncam verilməsinin Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyətinə həvalə edilməsi, ünvan 1ndə yerləşən 400 m2 torpaq sahəsinin daş hasara alınmasına yaradılmış maneənin aradan qaldırılması vəzifəsinin Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə iddia qaldırmış və iddia hazırda qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmişdir. Mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən iddianın rədd edilməsi ilə yuxarıda qeyd edilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına dair hərətərfli araşdırma aparılmadığından yanlış nəticəyə gəlinmişdir. İşdən aydın olur ki, Binəqədi rayon Binəqədi Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 412 nömrəli qərarı ilə Məmmədov Ruslan Vidadi oğluna Bakı şəhəri, Binəqədi rayonu, 8ci mkr., H.Hüseynov küçəsində yerləşən 400 kv metr torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ qeyd edilən şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr., H.Hüseynov küçəsində yerləşən 400 kv metr torpaq sahəsini Məmmədov Ruslan Vidadi oğlu X3 və hazırda torpaq sahəsi qeyd edilən şəxsin xüsusi mülkiyyəti kimi daşınmaz əmlakı dövlət reyestrində qeydə alınmışdır. Hazırda iddiaçı Bakı ŞİH Binəqədi Bələdiyyəsinin 16 dekabr 2004-cü il tarixli 412 nömrəli qərarının etibarsız hesab edilməsini tələb edir və mövqeyini mübahisələndirilən sərəncamla verilmiş torpağın bələdiyyə torpağı deyil, dövlət mülkiyyətində olan torpaq olması ilə əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər; “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən, müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. Normaların məzmunundan görünür ki, müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. Lakin hazırkı işin birinci instansiya məhkəməsi tərəfindən araşdırılmış halları ilə mübahisələndirilən sərəncamla üçüncü şəxsin istifadəsinə verildiyi iddia edilən torpaq sahəsinin dövlət mülkiyyəti, yoxsa bələdiyyə mülkiyyəti olması müəyyən edilmir. Məhkəmə tərəfindən bu istiqamətdə araşdırma aparılmamışdır. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə görə, məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Apelyasiya araşdırması zamanı kassasiya instansiya məhkəməsinin “mübahisəli torpaq sahəsinin dövlət və ya bələdiyyə mülkiyyətində olmasının müəyyən edilməsi ilə bağlı səlahiyyətli orqana sorğu verilməsi” ilə bağlı göstərişini nəzərə alaraq, məhkəmə sorğusu verilmişdir. AR ƏMDX Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 3-21-3- 30/2-1600/2023 saylı məktubda bildirilmişdir ki, “... vahid elektron kadastr baza məlumatlarına əsasən qeyd olunan 0,04 ha. torpaq sahəsi dövlət mülkiyyəti torpağıdır.” Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 5-ci maddəsi:

1. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur.

2. Mülkiyyət hüququnun subyektləri — dövlət mülkiyyətində olan torpaq sahələri üzərində — Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində — bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində — Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Həmin Məcəllənin 46-cı maddəsinin 2-ci bəndinə əsasən göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar bu Məcəllədə və digər normativhüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. Həmin Məcəllənin 46-cı maddəsi:

3. Dövlət mülkiyyətində olan torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir.

4. Dövlət mülkiyyətində olan torpaqların istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. Həmin Məcəllənin 47-ci maddəsinin 1-ci bəndinə əsasən, torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır. “Torpaq islahatı haqqında” qanunun 6-cı maddəsinə əsasən, dövlət mülkiyyətində aşağıdakı torpaqlar saxlanılır: 1) dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar; 2) dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; 3) yay və qış otlaqlarının, mal-qara düşərgələrinin və köç yollarının torpaqları; 4) meşə fondu torpaqları (dövlət kənd təsərrüfatı müəssisələrinin meşələri də daxil olmaqla); 5) Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su fondu torpaqları; 6) Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlar; 7) təbiəti mühafizə, təbii-qoruq, sağlamlaşdırma, istirahət, tarixi-mədəniyyət təyinatlı torpaqlar, habelə üzərində təsərrüfat fəaliyyəti qadağan edilmiş qanunla qorunan ərazilərin torpaqları; 8) dövlət elmi-tədqiqat və tədris müəssisələrinin, onların təcrübə bazalarının,maşın-sınaqstansiyalarının, dövlət sort-sınaq xidmətinin, toxumçuluq və damazlıqtəsərrüfatlarınıntorpaqları;9) dövlətmüəssisə idarə və təşkilatlarəndaimiistifadə sində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar; 10) dövlət ehtiyat fondu torpaqları. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, onlar qanunvericilikdə müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. Həmin torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir. Maddələrin məzmunundan da aydın olduğu kimi, dövlət mülkiyyətində olan torpağın bələdiyyə tərəfindən satılması üçün həmin torpaq qanunvericiliyin tələblərinə uyğun şəkildə müvafiq bələdiyyənin mülkiyyətinə ayrılmış olmalıdır. Hazırki inzibati iş materiallarından, apelyasiya şikayətinin məzmunu və iddiaçı tərəfin izahatından isə belə halın mövcudluğu müəyyən edilmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 65.1-ci maddəsinə əsasən, aşağıdakı inzibati aktlar etibarsız sayılır: ... 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; ... 65.2. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, kollegiya hesab edir ki, iddiaçının apelyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları tam araşdırılmadan mübahisəli məsələ üzrə yalnış nəticəyə gəlindiyindən mübahisələndirilən məhkəmə qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməli və mübahisələndirilən 2-1(112)-1647/2022 saylı, 05 aprel 2022-ci il tarixli qərar ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq

qərara aldı: İddiaçı Bakı Şəhər İcra Hakimiyyətinin apelyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli 2-1(112)-369/2020 saylı qərarı ləğv edilsin. Binəqədi rayon Binəqədi Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 412 nömrəli qərarı etibarsız hesab edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Səadət Bəktaşi Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar