Məhkəmə qərarları › İş №2-1(103)-74/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-74/2025

06.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-74/2025 06.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Abbasova Günel Məhərrəm qızı və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil2 və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın qismən ləğv edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-902/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı MMC (VÖEN: **********) cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı İddiaçı cavabdehə qarşı mübahisələndirmə haqqında iddia ərizəsi, sonradan isə apellyasiya mərhələsində birinci icraat çərçivəsində iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh orqanın xx.xx.2020-ci il tarixli, **********140383 nömrəli qərarının qismən (437782,05 manat vergilərin artıq hesablanması hissəsi istisna olmaqla) ləğv edilməsi barədə qərar qəbul olunması xahiş edilmiş, xahiş etmişdir (İPM.m.32.1). İddiaçı tələbini aşağıdakılarla əsaslandırılmışdır: «…Cavabdehin xx.xx.2020-ci il tarixli, **********140383 nömrəli qərarı ilə iddiaçıya 1658099,37 manat əlavə vergi məbləği və 1019223,39 manat maliyyə sanksiyası hesablanmışdır. Bu qərar qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, qərardan da görünür ki, hesablamalar 2016-2018-ci illər üçün aparılmışdır. Halbuki, qanunvericiliyin tələblərinə əsasən hesablama yalnız son 3 il üçün aparıla bilər. 2016 və 2017-ci il üçün aparılan hesablamalar qanunsuzdur. Bu hissələr qərarda ləğv edilməlidir. Bundan başqa, hesablamanın aparıldığı 3 il ərzində iddiaçının ümumi dövriyyəsi 11117528,75 manat olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsaslanaraq maksimum 20% rentabellik götürülsə, iddiaçının gəliri cəmi 2223505,74 manat olmuşdur. Belə olduğu təqdirdə, iddiaçıya əlavə vergi kimi təqribən 400000 manat mənfəət vergisi hesablana bilərdi. Halbuki, iddiaçının artıq vergi ödəmələri bu məbləğdən dəfələrlə çoxdur. Bu hallar nəzərə alınmadan qəbul edilmiş qərar qanunsuz və əsassız olduğu üçün ləğv edilməlidir. İddiaçı rəsmi fəaliyyətə başladığı gündən qanunvericiliyin tələblərinə uyğun olaraq fəaliyyət göstərmişdir. Vergilər Nazirliyinin (indiki Dövlət Vergi Xidmətinin) dəfələrlə keçirdiyi yoxlamanın nəticəsində aktlar tərtib edilmişdir. Bu aktlara əsasən məlum olur ki, iddiaçı öz fəaliyyətində qanun pozuntularına, vergi ödəməkdən yayınma hallarına yol verməmişdir. 2016-cı ildə iddiaçının ƏDV depozit hesabına qanunsuz məhdudiyyətlər qoyulmuş, iddiaçının artıq vergi ödəmələri dövlət hesabına keçirilmişdir. Bütün hallar nəzərə alınmalıdır. Bununla da hesablanmış məbləğlərin qanunsuz və əsassız olduğu təsdiq edilir. Qərarın qəbulu və qərara əsasən borcun hesablanması əsaslandırılmamışdır. Cavabdeh öz qərarını əsaslandırmağa borcludur. Cavabdeh qərarın qəbulu üçün əsaslar gətirə bilmədiyi üçün qərar ləğv edilməlidir. İPM-in 14.1-ci maddəsinə görə, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İlkin iddiada iddiaçının bank hesabında olan məhdudiyyətin götürülməsi tələbi qoyulmuşdur. Əslində iddiaçının bank hesabına deyil, ƏDV depozit hesabına qanunsuz məhdudiyyət qoyulmuşdur. Qanunvericilikdə aparılmış son dəyişikliklə cavabdehə bu hüquq verilsə də, iddia qaldırılan zaman və iddiaçının ƏDV depozit hesabına məhdudiyyət qoyulan zaman cavabdehin belə bir hüququ yox idi. Cavabdeh bu addımı qanunsuz atmışdır. Hətta indi də məhdudiyyətin qalması qanunsuzdur, bunun üçün heç bir hüquqi səbəb yoxdur…» Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırmışdır: «…İddiaçı MMC Yoxlama ilə əhatə olunan dövrdə faktiki olaraq ixtisaslaşdırılmamış topdansatış fəaliyyəti ilə məşğul olmuşdur. Yoxlama zamanı cəmiyyət tərəfindən sənədlər yoxlamaya tam təqdim edilmədiyindən, yoxlama vergi orqanında olan uçot baza məlumatlarına əsasən aparılmış və hesablanmış vergilərin məbləği aşağıdakı kimi olmuşdur: Mənfəət vergisi üzrə: -təqdim edilmiş elektron vergi hesab-fakturalarına əsasən satış dövriyyəsi (ƏDV-siz) 11117528,75 manat göstərilmişdir. Belə ki, iddiaçının gəlirləri 2016-cı il üzrə 10405,55 manat, 2017-ci il üzrə 10390151,49 manat, 2018-ci il üzrə 716970,71 manat olmuşdur. İddiaçının yoxlamaya gəlirin əldə edilməsi ilə bağlı xərcləri təsdiq edən heç bir sənəd təqdim etmədiyi nəzərə alınaraq mənfəət vergisi Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 nömrəli qərarı ilə təsdiq olunmuş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na əsasən 2016-2018-ci illər üzrə mənfəət vergisi aşağıdakı kimi hesablanmışdır: -2016-cı il üzrə 346,85 manat (10405,55/120x20x20%=346,85) ; -2017-ci il üzrə 346338,38 manat (10390151,49/120x20x20%=346338,38); -2018-ci il üzrə 23899,06 manat (716970,71/120x20x20%=23899,06) – Bununla da mənfəət vergisinin ümumilikdə, 370584,29 (11117528,75/120x20x20%=370584,29) manat olduğu müəyyən edilmişdir.,nəticədə yoxlanılan dövr ərzində iddiaçı tərəfindən 6784,42 manat mənfəət vergisinin hesablandığı nəzərə alınmaqla, 363799,87 mənfəət vergisinin azaldıldığı müəyyən olunmuş və azaldılmış məbləğə 181726,51 manat maliyyə sanksiyası hesablanmışdır. Əlavə dəyər vergisi üzrə: Yoxlanılan dövr üzrə təqdim etdiyi elektron vergi hesab-fakturalar ilə idxal etdiyi və aldığı mallar müqayisə edilmiş, malların çeşid fərqi müəyyən edilmiş və nəticədə qurumun 2018-ci ilin sonuna 9241231,16 manat məbləğində mal qalığının olduğu aşkar edilmişdir. Mal qalığının tərkibi barədə iddiaçıdan sənədlər tələb olunmasına baxmayaraq, iddiaçı xx.xx.2019-cu il tarixə hər hansı mal qalığının mövcud olmaması barədə izahat təqdim etmiş, nəticədə vergi orqanı Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən 9241231,16 manat məbləğində mala ƏDV hesablanaraq, bu Vergi Məcəlləsinin 67.15-ci maddəsinə əsasən səyyar vergi yoxlaması ilə əhatə edilən sonuncu hesabat dövrünə, yəni 2019-cu ilin iyul ayına aid edilmişdir. Nəticədə yoxlanılan dövr üzrə əlavə dəyər vergisinin 1594793,55 manat olduğu müəyyən edilmişdir. Yoxlanılan dövr ərzində iddiaçı tərəfindən 299564,5 manat əlavə dəyər vergisinin hesablandığı nəzərə alınaraq, 1295229,05 manat əlavə dəyər vergisinin azaldılması müəyyən edilmiş və azaldılmış məbləğə 852037,24 manat maliyyə sanksiyası hesablanmışdır. Ödəmə mənbəyində tutulan vergi üzrə: –iddiaçı yoxlanılan dövr üzrə fiziki şəxslərdən icarəyə götürdüyü obyektlərə görə ödəmə mənbəyində tutulan verginin ödəyicisi olmuşdur. Lakin iddiaçı 2017-ci ilin İİİ və İV rübləri üzrə və 2018-ci ilin İİ və İV rübləri üzrə ÖMV bəyannamələrini vergi orqanına təqdim etməmişdir. Bundan başqa, ÖMV üzrə 336 (154+182) manat vergi azaldılmış, 1265,55 manat vergi məbləği artıq hesablanmışdır ödəmə mənbəyində tutulan vergi üzrə 929,55 manat artıq hesablama müəyyən edilmişdir. Azaldılmış vergi məbləğinə 168 manat maliyyə sanksiyası hesablanmışdır. Beləliklə, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarla şəxsi vərəqəyə işlənmiş məbləğ aşağıdakı kimi olmuşdur: mənfəət vergisi üzrə hesablama 363799,87 manat, maliyyə sanksiyası 181726,51 manat, əlavə dəyər vergisi üzrə hesablama 1295229,05 manat, maliyyə sanksiyası 837088,88 manat, ödəmə mənbəyində tutulan vergi üzrə azalma (Qeyd: artıq hesablama məbləği? Azaldılmış məbləğ kimi yuxarıda 336 manat göstərilmişdir) 929,55 manat, maliyyə sanksiyası 168 manat, ödəmə mənbəyində tutulan vergi bəyannaməsi, MDSS və işsizlik sığortası üzrə rüblük hesabatlar təqdim edilmədiyinə görə tətbiq olunmuş 240 manat maliyyə sanksiyası. Ümumilikdə şəxsi vərəqəyə 1658099,37 manat əsas məbləğ, 1019223,39 manat maliyyə sanksiyası işlənmişdir. Bakı İnzibati Məhkəməsinin Məhkəməsinin 2-1(112)-902/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir və apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: «…Məhkəmə, Vergi Məcəlləsinin 67 və 83.9-cü maddələrini düzgün təhlil etməmiş və nəticədə mənfəət vergisinin AR Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarı əsasında hesablanması ilə bağlı səhv nəticəyə gəlmişdir. Belə ki, VM-nin tələblərinə görə, vergi orqanı vergi ödəyicisinin gəlir və xərclərini ilk öncə VM-nin 67.1-ci maddəsində göstərilən əlaqəli məlumatlara əsasən müəyyən etməlidir. Bu mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. Hər iki metod əsasında gəlir və xərclərdən hər hansı birini müəyyən etmək mümkün olmadıqda, vergilər Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na əsasən hesablanır. Göründüyü kimi, qanunverici gəlir və xərclərin, dolayısı ilə vergilərin hesablanması üçün VM-nin 67-ci maddəsində müvafiq ardıcıllıq müəyyən etmişdir ki, vergilərin AR Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarı ilə təsdiq edilmiş şərti rentabellik norması əsasında hesablanması bu ardıcıllığın sonuncu mərhələsidir. Lakin hazırkı iş üzrə cavabdeh həmin ardıcıllığa riayət etmədən, iddiaçının 2016-2018-ci illər üzrə mənfəət vergisini birbaşa AR Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarı ilə təsdiq edilmiş şərti rentabellik norması əsasında hesablamışdır ki, bu da qanunvericiliyin tələblərinin kobud şəkildə pozulmasıdır. Eyni zamanda, Vergi Məcəlləsinə xx.xx.2021-ci il tarixli Qanunla əlavə edilmiş və xx.xx.2022-ci il tarixdən qüvvəyə minmiş 67.17-ci maddəyə əsasən bu Məcəllənin 67-ci maddəsində sadalanan vergitutma obyektinin müəyyən edilməsi ilə bağlı ayrı-ayrı halları tənzimləyən maddələr bu maddədə sıra üzrə ardıcıllıq gözlənilmədən tətbiq edilir. Qeyd olunan normadan aydın olur ki, qanunverici VM-nin 67-ci maddəsində olan ardıcıllığı məhz xx.xx.2022-ci ildən sonra aradan qaldırmışdır ki, hazırkı iş üzrə səyyar vergi yoxlaması 2016-2019-cu illəri əhatə etdiyindən, VM-nin 67.17-ci maddəsi həmin illərə münasibətdə ağırlaşdırıcı norma olaraq geriyə tətbiq edilə bilməz. Bundan başqa qeyd edir ki, İddiaçı MMC-nin fəaliyyəti ilə bağlı təsdiqedici sənədlər elektron sənədlər olduğundan, cəmiyyətin gəlir və xərclərinə dair məlumatlar vergi orqanın uçot məlumat bazasında mövcud olmuş və yoxlamanı həyata keçirən vergi orqanına da məlum olmuşdur. Belə ki, cəmiyyət satdığı malları elektron vergi hesab fakturası, idxal etdiyi malları isə yük gömrük bəyannamələri ilə rəsmiləşdirmişdir ki, bu da cəmiyyətin gəlir və xərclərinə dair təsdiqedici sənədlərin mövcud olduğunu və vergi orqanının da bu sənədlərdən məlumatlı olduğunu göstərir. Bu isə o deməkdir ki, gəlir və xərclərə dair təsdiqedici sənədlər olduğu təqdirdə, vergi orqanının cəmiyyətin mənfəət vergisini AR Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş şərti rentabellik norması əsasında hesablamaq hüququ olmamışdır. Bundan başqa, vergi orqanı iddiaçıya 2016-2018-ci illər üzrə aparılmış əməliyyatlara əsasən 1663421.61 manat ƏDVni VM-nin 67.15-ci maddəsinə müvafiq olaraq hesablamışdır ki, bu da qanunvericiliyinin tələblərinin pozulması ilə nəticələnmişdir. Belə ki, VM-nin 67.15-ci maddəsi 30 noyabr 2018-ci il tarixli 1356-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə əlavə edilmişdir və yalnız 2019-cu ildən sonrakı tarixdə baş vermiş əməliyyatlara münasibətdə tətbiq edilə bilərdi. Lakin iş materiallarından göründüyü kimi, vergi orqanı həmin normanı məhz qanuni qüvvəyə mindiyi tarixdən (xx.xx.2019-cu il) əvvəlki tarixlərdə baş vermiş əməliyyatlara münasibətdə tətbiq etmişdir ki, bu da iddiaçının qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmənin 3-cü – ƏDV sub-uçot hesabında olan məhdudiyyətə dair hər hansı sübutun təqdim edilməməsi barədə dəlilinə münasibətdə qeyd edir ki, ƏDV sub-uçot hesabına nəzarət edən qurum İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətidir və həmin hesabda baş verən istənilən problemi həll etmək imkanı da məhz həmin quruma məxsusdur. İddiaçı faktiki olaraq ƏDV sub-uçot hesabında əməliyyat aparmaq, o cümlədən digər ƏDV ödəyicilərinə və gömrük orqanına ƏDV köçürmək imkanından məhrum olmuşdur ki, bu imkanı yenidən bərpa etmək vergi orqanının vəzifəsidir, hətta həmin məhdudiyyət vergi orqanı tərəfindən qoyulmasa belə. Mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar və iş üzrə sübutlar (gəlir və xərclərə dair təsdiqedici sənədlər, ƏDV sub-uçot hesabında mövcud olan məhdudiyyət) məhkəmə tərəfindən xidməti vəzifəsinə uyğun olaraq tam, obyektiv və hərtərəfli araşdırılmamışdır. Cəmiyyətin yoxlama ilə əhatə olunan hesabat dövrləri ərzində apardığı əməliyyatlara dair təsdiq edici sənədlər (elektron vergi hesab fakturalar, yük gömrük bəyannamələri) olduğu halda, eləcə də cəmiyyətin ƏDV sub-uçot hesabında faktiki olaraq məhdudiyyət (blok) olduğu halda, məhkəmə bu halları aydınlaşdırmaq, zəruri sübutları toplamaq istiqamətində hər hansı addım atmamışdır…» Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 may 2023-cü il tarixli, 2-1(103)- 85/2023 nömrəli qərarı ilə aşağıdakılar qərara alınmışdır: «…İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-902/2021 saylı 06 oktyabr 2021-ci il tarixli qərarı mübahisələndirilən hissədə qismən, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********13140383 saylı xx.xx.2020-ci il tarixli qərarın 957.771,61 manat (mənfəət vergisi üzrə 70.810,06 manat + ƏDV üzrə 886.961,55 manat = 957.771,61 manat) vergilərin və ona uyğun maliyyə sanksiyasının hesablanması hissəsində ləğv edilməsi ilə bağlı iddia tələbinin rədd edildiyi” hissədə ləğv edilsin. Həmin hissədə iddia təmin edilsin. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********13140383 saylı xx.xx.2020-ci il tarixli qərar “957.771,61 manat (mənfəət vergisi üzrə 70.810,06 manat+ƏDV üzrə 886.961,55 manat = 957.771,61 manat) vergilərin və ona uyğun maliyyə sanksiyasının hesablanması” hissəsində ləğv edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-902/2021 saylı 06 oktyabr 2021-ci il tarixli qərarı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********13140383 saylı xx.xx.2020-ci il tarixli qərarın vergi ödəyicisinə 1.138.109,81 manat (mənfəət vergisi üzrə 292.989,81 manat + ƏDV üzrə 844.784 manat + ödəmə mənbəyində tutulan vergilər üzrə 336 manat= 1.138.109,81 manat) məbləğində vergilərin və ona uyğun maliyyə sanksiyasının hesablanması hissəsində ləğv edilməsi ilə bağlı iddianın rədd edildiyi” hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 150 manat pul məbləği İddiaçı MMC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin…» Cavabdeh apellyasiya Məhkəməsinin həmin qərarından kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2086/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin həmin qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Ali Məhkəmə həmin qərarında qeydetmişdir ki, işə yenidən baxılarkən apellyasiya məhkəməsi yenidən məhkəmə-mühasibatlıq ekspertizası təyin edərək, iddiaçının yoxlama dövrü ərzində idxal etdiyi və elektron-qaimə faktura (və ya alış aktı) əsasında aldığı malların həcminin, həmin dövr ərzində alınıb-satılan malların hansı qaydada çeşidlənməsinin, iddiaçının elektron qaimə-faktura təqdim etməklə satdığı malların həcminin, elektron qaimə-faktura təqdim edilmədən satılan, amma bəyannamədə əks etdirilən məbləğlərin həcminin əsaslandırılmış formada (məsələn, icmallaşdırılmış cədvəllərdə əks olunmaqla) müəyyən olunmasını təmin etmək üçün ekspert qarşısında müvafiq suallar qoymalıdır. Ekspert rəyində əks olunmuş düstura uyğun olaraq alınan nəticənin ƏDV üzrə hansı həcmdə vergi öhdəliyinin yaranmasına əsas olması müəyyən edilməlidir. Bundan əlavə, məhkəmə tərəfindən 70810,06 manat hissədə mənfəət vergisinin təsdiqini tapmamasının (qərar 292989,81 manat hissədə mübahisə predmeti olmadığından, məhkəmə kollegiyası həmin hissəyə münasibət bildirilməsinə zərurət görmür) əsasları barədə ekspert qarşısında müvafiq sual qoyulmalı, məhkəmə özü də bu istiqamətdə zəruri araşdırma aparmalıdır. Ali Məhkəmənin qeyd olunan hüquqi mövqeyi nəzərə alınmaqla, işə təkrar apellyasiya qaydasında baxılması zamanı, AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinə əlavə məhkəmə mühasibatlıq ekspertizası təyin edilərək ekspert rəyi alınmışdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən cavabdehin nümayəndəsi, ekspert rəyi ilə razılaşmamış, iddiaçının apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarının qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmidir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti qismən təmin edilməlidir. İşin faktiki hallarından göründüyü kimi, cavabdeh iddiaçı qürumda 2016-2019-cu illər üzrə səyyar vergi yoxlaması aparılaraq nəticələrinə dair xx.xx.2020-ci il tarixdə səyyar vergi yoxlaması aktı tərətibolunmuş və həmin akt əsasında qəbul olunmuş “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********140383 nömrəli qərarla yoxlanılan dövr üzrə iddiaçıya aşağıdakı kimi əlavə vergilər hesablanmış, ona Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən maliyyə sanksiyaları tətbiq lunmuşdur. -mənfəət vergisi üzrə 363799,87 manat (iddiaçının 6784,42 manat məbləğin artıq ödənişi nəzərə alınmaqla), 181726,51 manat maliyyə sanksiyası; -əlavə dəyər vergisi üzrə 1295229,05 manat (iddiaçı tərəfindən hesablanıb ödənilmiş 299564,5 manat əlavə dəyər vergisi nəzərə alınmaqla), 852037,24 manat maliyyə sanksiyası; - 168 manat maliyyə sanksiyası. Cavabdehin həmin hesablamaları ilə razılaşmayan iddiaçı məhkəmədə iddia qaldıraraq cavabdehin xx.xx.2020-ci il tarixli, **********140383 nömrəli qərarının qismən, 437782,05 manat məbləğində hesablanmış artıq ödəmələri istisna olunmaqla,, qalan, yəni, ona əlavə vergilər və maliyyə sanksiyas hesalanması hissələrində ləğv edilməsini tələb etmişdir. Məhkəmə kollegiyası tərəfindən İPM-in 96.11-ci maddəsinin tələbləri qaydasında Ali Məhkəmənin qərardan irəli gələn göstərişləri nəzərə alınmaqla, məhkəmənin xx.xx.2024cü il tarixli qərardadı ilə iş üzrə AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinə əlavə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və sonuncu tərəfindən həmin qərardad icra olunaraq 28 noyabr 2024-cü il tarixli 9/3442 nömrəli rəy verilmişdir. xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim edilmiş həmin rəydən görünür ki, ekspert, məhkəmə tərəfindən onun qarşısında qoyulmuş suallar üzrə gəldiyi nəticə aşağıdakı kimi olmuşdur: 1) yük gömrük bəyannamələri və elektron qaimə-fakturalar barədə məlumatlar müqayisə yolu ilə təhlil edilməklə həm idxal, həm də satılmış mallar üzrə ümumilikdə 1,1681,426.77 manat məbləğində 16 adda malın eyni çeşidli mallar olduğu müəyyən edildi (İcmal cədvəl tədqiqi hissədə mövcuddur); 2) müəssisə tərəfindən aprel 2016 – iyul 2019 hesabat dövrləri üzrə təqdim edilmiş ƏDV bəyannamələrindəümumilikdə, 13,525,844,73 manat satış dövriyyəsi əks etdirilərək vergiyə cəlbedildiyi halda,4,313,667.01 manat satış dövriyyəsinin həmin bəyannəmələrdə əks etdirilmədiyi və nəticədə 776,460,06 manat ƏDV məbləğinin vergidən yayındırıldığı müəyyən edildi. 3) müəssisənin mənfəət vergisi məqsədləri üçün vergiyə cəlb edilən gəlirinin 2016-cı il üzrə ) manat,2017-ci ilüzrə 8,276,255.09 manat, 2018-ci il ərzində 716,971.74 manat olduğu , Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarı ilə təsdiq edilmiş şərti rentabellik normasına əsasən ödəməli olduğu mənfəət vergisinin 299,774,23 manat olduğu,lakin bəyannamələrdə 6,784,42 manat bəyan edilərək 292,989,81 manat az hesablandığı müəyyən edildi. Tədqiqat nəticəsində vergi orqanı tərəfindən səyyar vergi yoxlaması ilə hesablanmış ümumilikdə 363,799,87 manat mənfəət vergisi məbləğinin 292,989.81 manat hissəsi öz təsdiqini tapsa da, 70,810,06 manat (363,799.87-292,989.81) hissəsi öz təsdiqini tapmadı. 4) yük gömrük bəyannamələri və elektron faktura barədə məlumatlara əsasən aprel 2016iyul 2019 hesabat dövrləri ərzində cəmiyyət tərəfindən, ümumilikdə, 9,989, 096.68 manat məbləğində malların idxpl edildiyi qaimə-faktura əsasında satıldığı, idxal edilmiş mallar ilə satılmış malların 1,681,426,77 manat hissəsinin eyni çeşiddə olduğu, qalan hissəsinin fərqli çeşiddə mallar olduğu, qalan hissəsinin fərqli çeşiddə mallar olduğu müəyyən edildi (Eletron qaimə-fakturaların və yük gömrük bəyannamələrinin icmallaşdırılmış cədvəli iş materiallarına əlavə edilmişdir). 5)yük gömrük bəyannəmələri və elektron qaimə-faktura barədə məlumatlara və ƏDV bəyannəmələrinə əsasən yoxlanılan dövr ərzində cəmiyyət tərəfindən ümumilikdə, 9,989,096,68 manat məbləğində malların idxalsedildiyi, 538,615.0 manat məbləğində malların alındığı, 8,993,226.83 manat məbləğində malların 1,681,426.77 qaimə-faktura əsasında satıldığı, idxal edilmiş mallar ilə satılmış malların 1,681,426,77manat hissəsinin eyni çeşiddə olduğu, cəmiyyətin ümumi sahibliyində olmuş və satılmış malların 17,839,511.74 manat məbləğində olduğu, təqdim edilmiş ƏDV bəyannamələrində (kameral vergi yoxlamaları nəzərə alınmaqla) vergiyə cəlb edilən ümumi satış dövriyyəsinin 13,525,844.73 manatəks etdirildiyi, 4,313,667.01 manat satış ƏDV məbləğinin vergidən yayındırıldığı müəyyən edildi (İcmal cədvəllər təsvir hissəsinə əlavə edilmişdir) . Göründüyü kimi, ekspert tərəfindən yoxlanılan dövr üzrə iddiaçının hesabatları, apardığı əmliyyatlar və vergi orqanının mübahisələndirilən səyyar yoxlamanın nəticələrinə dair yoxlama aktına və hazırda mübahisələndirilən qərarına münasibətdə hərətəfli tədqiqat aparılmış və icmal cədvəllər tərtib edilməklə təhlil olunmuş, son nəticədə müəyyən edilmişdir ki: - yoxlama zamanı vergi orqanı tərəfindən ümumilikdə, yoxlanılan dövr üzrə cavabdeh tərəfindən iddiaçıya hesablanmış 363,799,87 manat məbləğində mənfəət vergisinin 292,989,81 manat hissəsi düz, 70,810,06 manat məbləğində hissəsi səhv hesablanimışdır; - eyni zamanda yoxlanılan dövr üzrə cəmiyyət tərəfindən satılmış mallar 17,839,511.74 manat, təqdim edilmiş ƏDV bəyannamələrində (kameral vergi yoxlamaları nəzərə alınmaqla) vergiyə cəlb edilən ümumi satış dövriyyəsi 13,525,844.73 manat əks etdirildiyi nəzərə alınmaqla, iddiaçı tərəfindən satışda 4,313,667.01 manat məbləğində dövriyyənin ƏDV-dən yayındırıldığı müəyyən edilmişdir. Həmin məbləğin 18 faiz dərəcəsi ilə müəyyən olunan ƏDV-si 776,460.06 manat təşkil edir. Qeyd edilməlidir ki, yoxlanılan dövr üzrə mübahisələndirilən qərarla iddiaçıya 2016cı il üzrə 19,499.74 manat; 2019-cü il üzrə 1,663,421.61 manat, ümumilikdə, 1,682,921.35 manat əlavə ƏDV məbləği hesablandığı nəzərə alınmaqla, əmin məbləğdən iddiaçının vergidən yayındığı 776,460.06 manat çıxıldıqda, vergi orqanı tərəfindən ona səhv hesablanmış vergi məbləği 906461,29 manat təşkil edir. Beləliklə də, ekspert rəyi üzrə nəticələr nəzərə alınmaqla, cavabdehin mübahisələndirilən qərarı ilə yoxlanılan dövr üzrə iddiaçıya ümumilikdə, 1,069,449,87 (MV 70,810,06 + ƏDV 906461,29) manat əlavə vergi məbləğinin hesablanmasıının əsaslı olduğu, 977,271.35 (MV 70810,06+ƏDV 906461,29) manat əlavə verginin hesablanması hissəsində və buna müvafiq maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində qanunsuz əsassız olduğu müəyyən olunur. Odur ki, qeyd olunanlar baxımından ekspertin gəldiyi nəticələri sübut əhəmiyyətli məlumatlar kimi qiymətləndirərək, məhkəmə yekunda belə qənaətə gəlir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-902/2021 saylı 06 oktyabr 2021-ci il tarixli qərarı cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********13140383 saylı xx.xx.2020-ci il tarixli qərarı 977,271.35 (mənfəət 70.810,06 + ƏDV 906.461,29) manat əlavə verginin hesablapnmasına və müvafiq olaraq maliyyə sanksiyasının tətbiq edilməsinə münasibətdə iddia tələbinin rədd edilməsi” hissəsində ləğv edilməli, həmin hissədə iddia təmin edilərək cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********13140383 saylı xx.xx.2020-ci il tarixli qərarı “977.271,35 (doqquz yüz yetmiş yeddi min iki yüz yetmiş bir (MV 70.810,06+ƏDV 906.461,29)) manat verginin hesablanması və buna uyğun maliyyə sanksiyasının tətbiq olunması” hissəsində ləğv edilməli və həmin hissədə iddia tələbinin təmin olunması, qalan hissədə qərarın dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməlidir. İPM-in 70.1-ci maddəsindən isə görünür ki, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-902/2021 saylı 06 oktyabr 2021-ci il tarixli qərarı, cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********13140383 saylı xx.xx.2020-ci il tarixli qərarının 977,271.35 (MV 70.810,06 + ƏDV 906.461,29) manat əlavə verginin hesablanmasına və buna müvafiq maliyyə sanksiyasının tətbiq edilməsinə münasibətdə iddia tələbinin rədd edilməsi” hissəsində ləğv edilsin. Həmin hissədə iddia təmin edilsin. Cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********13140383 saylı xx.xx.2020-ci il tarixli qərarı, “977.271,35 (doqquz yüz yetmiş yeddi min iki yüz yetmiş bir (MV 70.810,06+ƏDV 906.461,29)) manat məbləğində əlavə verginin hesablanması və həmin vergi məbləğinə münasibətdə maliyyə sanksiyasının tətbiq olunması” hissəsində ləğv edilsin. Qalan hissədə Bakı İnzibati Məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Hazırkı qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar