Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-740/2023 19.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X4 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı "xxxx" MMC-nin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs qismində Dövlət Neft Şirkəti) “Bakı şəhəri, Suraxanı rayonu, Mədən küçəsində, Əmircan-Qaraçuxur yolunun üzərində yerləşən iddiaçıya məxsus olan qeyri-yaşayış sahəsinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3270/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" MMC Bakı İnzibati Məhkəməsində cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia qaldıraraq Bakı şəhəri, Suraxanı rayonu, Mədən küçəsində, Əmircan-Qaraçuxur yolunun üzərində yerləşən iddiaçıya məxsus olan qeyri-yaşayış sahəsinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. (Dəqiqləşdirilmiş iddia tələbi). Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3270/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşin apellyasiya baxışı mərhələsində iddiaçı "xxxx" MMC-nin direktoru X1 ərizə ilə məhkəməyə müraciət edərək, iddiadan imtina etdiyini bildirmişdir. İddiaçı həmin ərizəsində, məhkəmənin icraatında olan 2-1(103)-740/2023 nömrəli iş üzrə cavabdehlə aralarında razılıq əldə olunduğundan iddiadan imtina etdiyini bildirilərək işə mahiyyəti üzrə baxılmasına xitam verilməsi məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavbadehin nümayəndəsi Ə.Nizamlı iddiaçının iddiadan etməsi ilə razılaşaraq iş üzrə icraata xitam verilməsinə etirazı olmadığını bildirmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı və üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin (“İPM”) 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan, məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən cavabdehin nümayəndəsini dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, iddiaçının iddiadan imtina barədə ərizəsi təmin edilməlidir. Belə ki, İPM-in 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. Həmin Məcəllənin 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Məcəllənin qeyd olunan tələbindən göründüyü kimi, iddiadan imtina etmək iddiaçının qanunvericiliklə ona verilən hüququdur. İş materiallarından görünür ki, iddiaçının iddiadan imtina etməsi üçüncü şəxsin hüquqlarını da pozmur. Çünki birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq “Suraxanı OYL Opereyşn Kompani S.A. xx.xx.2022-ci il tarixli məktubunda məhkəməyə bildirmişdir ki, mübahisəli ünvanda yerləşən daşınmaz əmlak kontrakt sahəsinin hüdudlarından kənarda yerləşir. İddiaçıya izah edilir ki, iddiasından imtina etməsi Məcələnin 55.4-cü maddəsinin nəticələrini doğurur. Beləliklə də qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, iddiaçının iddiadan imtinası məhkəmə tərəfindən qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. İPM-in 55.5-ci maddəsi isə nəzərdə tutur ki, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 80, 83, 89, 90-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı "xxxx" MMC-nin iddiadan imtina bardə ərizəsi təmin olunsun. "xxxx" MMC-nin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Suraxanı rayonu, Mədən küçəsində, Əmircan-Qaraçuxur yolunun üzərində yerləşən iddiaçıya məxsus olan qeyri-yaşayış sahəsinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair çıxarışın və texniki pasportun verilməsi” iddia tələbindən imtinası məhkəmə tərəfindən qəbul edilsin. İş üzrə icraata xitam verilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(103)-740/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-740/2023
19.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver