Məhkəmə qərarları › İş №2-1(103)-740/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-740/2024

30.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-740/2024 30.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Məmmədova (sədirlik edən və məruzəçi), Cahangir oğlu Yusifovdan və X2 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Cavabdehin nümyaəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsin “məktubları qəbul etmək öhdəliyinin cavabdehin üzərinə qoyulması” iddia tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12575/2023 saylı, 28 sentyabr 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin ünvanlanan məktubları qəbul etməməsi kimi və poçt xidməti vasitəsilə geri qaytarması kimi hərəkətlərinin qanunsuz hesab edilməsi, üzərinə məktubları qəbul etmək öhdəliyinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü ildə 1010 poçt şöbəsi vasitəsilə 1 saylı ərazi idarəsinə məktub göndərərək Ali Məhkəmədə yekunlaşmış 2(102)-3540/22 saylı xx.xx.2023-cü il tarixli qərarla qüvvədə saxlanılmış Sabunçu Rayon Məhkəməsi 2(008)- 952/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri, Ramana qəsəbəsi V.Vəliyev 1 ünvanında yerləşən mülkiyyətin В tikilisinə aid hissədə etibarsız hesab edilməsi qeydiyyatın həmin hissədə qüvvədən düşməsini müəyyənləşdirmişdir. Müvafiq ərizəni cavabdehə təqdim etsə də poçt zərfinin üzərinə yazılmış forma 20-də ВТ qəbul eləmir qeydi verməklə 1154 nömrəli poçt şöbəsi məktub zərfini geri qaytarmış, məktub zərfi iddiaçıya iyun ayında təqdim edilmişdir. Yenidən ərizəni məktub zərfi ilə göndərmiş lakin bu dəfə də məktub zərfi geri qaytarılmışdır. Hesab edir ki, cavabdehin poçt şöbəsi tərəfindən məktub zərflərini qəbul etməməsi kimi hərəktləri qanunsuz hesab edilməli, üzərinə məktub zərflərini qəbul etmək öhdəliyi qoyulmalıdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12575/2023 saylı, 28 sentyabr 2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12575/2023 saylı, 28 sentyabr 2023-cü il tarixli qərardadını ləğv edərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, işə yenidən mahiyyəti üzrə birinci instansiya məhkəməsi tərəfindən baxılarkən İPM-in13-cü maddəsinin tələbi rəhbər tutularaq, iddiaçının əsl məqsədinə çatması üçün iddianın dəqiqləşdirilməsi iddiaçıya təklif edilməli, hərəkətlər edilməlidir. Məhkəmə Kollegiyası gəldiyi qənaəti belə əsaslandırır ki, əvvəla, iddiaçının birinci instansiya məhkəməsində məhkəmə iclasında iştirak etdiyi işdən görünmür.Beləliklə, iddiaçıya məhkəmə iclasında hüquqi yardım göstərilməsi istisna olunur. Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, İPM-in 13-cü maddəsinin tələbi rəhbər tutularaq, iddiaçının əsl məqsədinə çatması üçün iddianın dəqiqləşdirilməsi iddiaçıya təklif edilməli olması ilə bağlı iddiaçıya məktub göndərilməsi də iş materiallarından müəyyən olunmur. Halbuki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 87.7-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. İPM-in 87.9-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12575/2023 saylı, 28 sentyabr 2023-cü il tarixli qərardadı qərarı ləğv edilərək, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Nəticə hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İPM-in İPM-in 80, 85, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12575/2023 saylı, 28 sentyabr 2023-cü il tarixli qərardadı ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti nəzərdə tutulmamışdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar