Məhkəmə qərarları › İş №2-1(103)-741/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-741/2020

17.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-741/2020 17.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); X1 və X3 ibarət tərkibdə; Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiаçı İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiаçı İddiaçı (ünvan 1 ünvanında qeydiyyatdadır) cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və X5 Nazirliyi yanında Dövlət X7 Bakı şəhəri Suraxanı rayon şöbəsinə qarşı müharibə veteranı üçün nəzərdə tutulmuş müavinətin hesablanaraq birdəfəlik ödənilməsi tələbinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)-2987/2019 saylı qərarından cavabdehtərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və X5 Nazirliyi yanında Dövlət X7 Bakı şəhəri Suraxanı rayon şöbəsinə (bundan sonra DSMF-nin Bakı şəhəri Suraxanı rayon şöbəsi) qarşı xx.xx.2019-cu il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona hər ay üçün 55 manat olmaqla müharibə veteranı vəsiqəsinin verildiyi xx.xx.2018-ci il tarixdən əvvəlki üç il, yəni xx.xx.2015-ci ildən xx.xx.2018-ci il tarixədək olan müddət üçün DSMF-nin Bakı şəhəri Suraxanı rayon şöbəsinə 1980 manat müavinətin ödənilməsi vəzifəsinin həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1992-ci ildən Azərbaycan Respublikası Milli Qvardiyasında hərbi xidmətə başlamış, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən bir çox döyüşlərin, o cümlədən, Ağdam rayonu istiqamətində gedən döyüşlərin iştirakçısı olmuşdur. xx xxxxxxx 1994-cü ildən xx.xx.1996cı ilə qədər isə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nəzdində N saylı hərbi hissədə xidmət etmiş və həmin hərbi hissədən də ehtiyata buraxılmışdır. İddiaçı ona Müdafiə Nazirliyi tərəfindən xx xxxxxxxx 2018-ci il tarixdə verilmiş M/V seriyalı 084696 müharibə veteranı vəsiqəsinə əsasən müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan Azərbaycan Respublikasının ərazisində müddətsiz istifadə hüququna malikdir. O, 2018-ci ilin sentyabr ayından “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanunun 4.0.1.6. maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə 55 manat məbləğində müavinət, 2019-cu ilin aprel ayından 1-dən isə müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidenti tərəfindən təsis edilmiş 80 manat məbləğində təqaüd alır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)- 2987/2019 saylı qərarı ilə (hakim X.İmanov) iddia təmin edilmiş, İddiaçı xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixə kimi müharibə veteranı üçün nəzərdə tutulmuş müavinətin hesablanıb birdəfəlik ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir. Qərardan narazı qalan cavabdeh xx.xx.2020-ci il tarixdə apellyasiya şikayəti verərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2-1(82)-2642/2019 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanunun 7.0.6-cı maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda təyin edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər də veteran vəsiqəsi təqdim edildikdə verilir. Veteran vəsiqəsi vətəndaşa xx.xx.2018-ci il tarixində verilmişdir. Həmin tarixdən müavinət təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 izahat verərək, apellyasiya şikayətini müdafiə etdiyini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı izahat verərək, iddia tələbini müdafiə etdiyini, apellyasiya şikayətini qəbul etmədiyini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Eyni zamanda, birinci instansiya məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli məhkəmə iclas protokolundan müəyyən edilir ki, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixə kimi müharibə veteranı üçün nəzərdə tutulmuş müavinətin hesablanıb birdəfəlik ödənilməsi öhdəliyinin cavabdeh DSMF-nin Bakı şəhəri Suraxanı rayon şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin iddia tələbi əsasında qərar qəbul edilmişdir. İşin apellyasiya icraatı zamanı iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)-2987/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdeh Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF Bakı şəhəri Suraxanı rayon şöbəsinin xx.xx.2019-cu il tarixli, **********5 saylı imtina məktubunda qeyd olunmuşdur ki, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş idarəsi tərəfindən verilmiş vəsiqəyə əsasən "Bəzi kateqoriya şəxslərə kommunal nəqliyyat və digər xidmətlərə görə" verilən müavinət 26.09 2018-ci ildən təyin edilir. Veteranlıq statusunu təsdiq edən sənəd veteran vəsiqəsidir. Vəsiqə xx.xx.2018-ci ildə verildiyi üçün ödəniş həmin vaxtdan təyin edilmişdir. İddiaçıya məxsus NZ seriyalı, ******* nömrəli hərbi biletin 18-ci bəndində İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməsi barədə qeyd aparılmışdır. (150 saylı, xx.xx.1993-cü il tarixli əmr). Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən İddiaçı xx.xx.2018-ci il tarixdə M/V seriyalı 084696 nömrəli müharibə veteranı vəsiqəsi verilmişdir. İddiaçı cavabdehə müraciət edərək ona müharibə veteranı kimi sosial müavinət təyin edilməsini xahiş etmiş, iddiaçıya xx.xx.2019-cu il tarixli, **********5 saylı məktubla imtina olunmuşdur. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, mübahisə yuxarıda qeyd edilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.1-ci maddəsinə görə sosial müavinətlər dedikdə bu Qanunla müəyyən edilmiş qaydada ayrıayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaiti başa düşülür. Həmin Qanunun 3.1-ci maddəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. 3.2. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmamışdırsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslər və əcnəbilər, bu Qanunun 4.0.1.1-ci maddəsində nəzərdə tutulan müavinət istisna olmaqla, bu Qanunla Azərbaycan Respublikası vətəndaşları üçün müəyyən edilmiş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Həmin Qanunun 7.0.6-cı maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda təyin edilir. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında» Azərbaycan Respublikasi Prezidentinin Fərmanının 1.1.7-ci bəndinə əsasən əmək pensiyası almaq hüququ olmayan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə, 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, 1941-1945-ci illərdə keçmiş sovet ordusunda (donanmasında), daxili işlər və dövlət təhlükəsizliyi orqanlarında hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş, müharibə illərində orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə, başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində iştirak etmiş şəxslərə və keçmiş SSRİ silahlı qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri kimi iştirak etmiş şəxslərə müavinətin verilməsi qərara alınmışdır. İşin faktiki hallarına əsasən iddiaçı xx xxxxxxx 1994-cü ildən xx.xx.1996-cı ilə qədər isə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissənin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, məlum olmayan səbəblərdən ona müharibə veteranı vəsiqəsi xx.xx.2018-ci il tarixdə verilmişdir. Bu səbəbdən də Azərbaycan Respublikası Prezidentinin “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikasi Prezidentinin Fərmanının 1.1.7-ci bəndində göstərilmiş müavinəti almaq hüququ olmuşdur, iddiaçı xx.xx.2019-cu il tarixdə sosial müavinəti almaq üçün cavabdehə ərizə ilə müraciət etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya müharibə veteranı vəsiqəsinin verilməməsi onun iradəsindən asılı olan bir səbəb kimi qiymətləndirilə bilməz. Ona görə sosial müavinətin təyin edildiyi 2018-ci ildən əvvəlki 3 il üçün ödənilməsini tələb etdiyi sosial müavinəti almaq hüququ mövcuddur. Belə ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində göstərilmişdir: “Ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir:.. 9.1.5. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ olan şəxs qanunvericiliklə müəyyən edilmiş hallarda bu hüququ itirənədək... Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması” Qaydalarının 1.1-ci bəndinə əsasən bu Qaydalar Azərbaycan Respublikasının Əmək və X5 Nazirliyi yanında Dövlət X7 şəhər, rayon şöbələri tərəfindən sosial sığorta ödəyicisi və əmək pensiyası hüququ olmayan şəxslərə, o cümlədən Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (dövlət qulluqçularına ömürlük müavinət və işsizlik müavinəti istisna olmaqla) sosial müavinətlərin, ayrı-ayrı kateqoriya şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və kompensasiyanın təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarını tənzimləyir. Həmin qaydaların 1.3-cü bəndinə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla) müraciət edilmə vaxtından asılı olmayaraq, onu almaq hüququ yaranan gündən təyin edilir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)-2987/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti isə əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X7 Bakı şəhəri Suraxanı rayon şöbəsinin apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)- 2987/2019 saylı qərarıdəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar