Məhkəmə qərarları › İş №2-1(103)-742/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-742/2020

18.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-742/2020 18.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı (xx.xx.1976-cı il tarixində Yevlax şəhərində anadan olmuş, ünvan 1 mənzil 47 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (hazırda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı “çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)-3829/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı xx.xx.2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Müzəffər Həsənov küçəsi, 1 ünvanında yerləşən 75 kv.m.-dən ibarət qeyri-yaşayış sahəsi üzərində yaranmış mülkiyyət hüquqlarının onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi qoşma qeydinin qarşısından imzalanmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Müzəffər Həsənov küçəsi, 1 ünvanında yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüquqları iddiaçının adına qeydiyyata alınmışdır. Həmin qeyri-yaşayış sahəsi yenidən genişləndirilərək 75 kv.m sahəyə çatdırılmışdır. Həmin qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması və buna dair çıxarışın verilməsi tələbi ilə cavabdeh orqana müraciət edilmiş, lakin tələbinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı hesab edir ki, cavabdeh idarənin hərəkətsizliyi onun konstitusiyon hüquqlarını pozur. Qeyd olunanlara əsasən iddiaçı Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, 29-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1- ci, 146.1-ci, 158-ci maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.4cü, 8-ci, 19-cu və 21.2-ci maddələrinə və Azərbaycan Respublikası İPM-in 45-ci və 46-cı maddələrinə istinad edərək Bakı şəhəri, Müzəffər Həsənov küçəsi, 1 ünvanında yerləşən 75 kv.m.-dən ibarət qeyri-yaşayış sahəsi üzərində yaranmış mülkiyyət hüquqlarının onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. xx.xx.2019-cu il tarixdə İddiaçı göstərilməklə Azərbaycan Respublikası İPM-in 13-cü maddəsinə əsasən iddia tələbini dəqiqləşdirərək Bakı şəhəri, Müzəffər Həsənov küçəsi, 1 ünvanında yerləşən 73 kv.m.-dən ibarət qeyri-yaşayış sahəsi üzərində yaranmış mülkiyyət hüquqlarının onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək, vahid əmlak kimi ümumi qeyri-yaşayış sahəsinə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikası İPM-in 13-cü maddəsinə əsasən iddia tələbini dəqiqləşdirərək (ərizə yalnız imlazanmışdır, ad, soyad və tarix göstərilməmişdir) Bakı şəhəri, Müzəffər Həsənov küçəsi, 1 ünvanında yerləşən 119.4 kv.m.-dən ibarət qeyriyaşayış sahəsi üzərində yaranmış mülkiyyət hüquqlarının eskiz layihəyə uyğun olaraq, onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək, buna dair dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarından göründüyü kimi xx xxxxxx 2019-cu il tarixli məhkəmə iclas protokoluna əsasən iddiaçının Bakı şəhəri, Müzəffər Həsənov küçəsi, 1 ünvanında yerləşən 73 kv.m.-dən ibarət qeyri-yaşayış sahəsi üzərində yaranmış mülkiyyət hüquqlarının onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi ilə bağlı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin icraata qəbul edilməsi göstərilsə də, bu barədə qərardad iş materiallarında mövcud deyildir. İddiaçının Bakı şəhəri, Müzəffər Həsənov küçəsi, 1 ünvanında yerləşən 119 kv.m.-dən ibarət qeyriyaşayış sahəsi üzərində yaranmış mülkiyyət hüquqlarının onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi ilə bağlı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin icraata qəbul edilməsinə dair iş materiallarında olan məhkəmə iclas protokollarında qeyd və ya məhkəmə qərardadı iş materiallarında mövcud deyildir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)- 3829/2019 nömrəli qərarı ilə (hakim Z.Tağıyev) iddia tələbinin təmin edilməsi, Bakı şəhəri, Müzəffər Həsənov küçəsi, 1 ünvanında yerləşən 75 kv.m.-dən ibarət qeyri-yaşayış sahəsi üzərində yaranmış mülkiyyət hüquqlarının İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək, vahid əmlak kimi ümumi qeyri-yaşayış sahəsinə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)- 3829/2019 nömrəli qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)-3829/2019 saylı qərarının təsviri, əsaslandırıcı və nəticə hissələrindəki yalnışlığın düzəldilməsi və qərarının təsviri, əsaslandırıcı və nəticə hissələrinin “Bakı şəhəri, Müzəffər Həsənov küçəsi, 1 ünvanında yerləşən 119.4 kv.m.-dən ibarət qeyri-yaşayış sahəsi üzərində yaranmış mülkiyyət hüquqlarının eskiz layihəyə uyğun olaraq İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək, buna dair dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi” kimi oxunması qərara alınmışdır. xx.xx.2019-cu il tarixdə cavabdeh apellyasiya şikayəti verərək, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)-3829/2019 saylı qərarının və xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)-3829/2019 nömrəli qərardadının ləğv edilməsi və iddiaçının iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən əlavə sahələrə dair çıxarış və texniki pasport almaq məqsədilə İdarəyə rəsmi müraciət daxil olmamış və hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Bu səbəbdən də, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin bununla bağlı hər hansı qanunsuz hərəkət və ya hərəkətsizliyi olmamışdır. Belə ki, iddiaçı iddia tələbində İdarəyə müraciət etdiyini bildirsə də, lakin bunu təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 58.0 kv.m olan qeyri-yaşayış binası (yerləşdiyi 0.00637 ha torpaq sahəsi üzərində mülkiyyət növü-dövlət, hüququn növü-mülkiyyət) İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsi tərəfindən inzibati prosessual qanunvericiliyin ərazi aidiyyəti ilə bağlı tələbləri kobud şəkildə pozulmuşdur. Belə ki, müvafiq daşınmaz əmlak Yasamal rayonunda yerləşməsinə baxmayaraq, ərazi aidiyyəti pozularaq qanunsuz olaraq müvafiq inzibati işə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılmışdır. Lakin birinci instansiya məhkəməsi tərəfindən ərazi aidiyyəti araşdırılmamış və həmin mübahisə ilə bağlı iş aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə) göndərilməmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının və qərardadının ləğv edilərək, iddia tələbinin mümkün sayılmamasını xahiş etdi. Əlavə olaraq, o, iddiaçının cavabdeh orqana müraciətinin olmadığını, iddiaçının təqdim etdiyi sənədin əsli olmadığını, İdarə tərəfindən iddiaçıya elə bir imtina məktubunun ünvanlanmadığını, o sənədin saxta olduğunu bildirdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması qərara alınmışdır. Məhkəmə Kollegiyası işdə iştirak edən şəxsi dinləyib, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbi mümkün sayılmamalıdır. İş materiallarında olan RX seriyalı, ******* nömrəli reyestrdən çıxarışın (çıxarış Ərazi İdarəsinin rəisi Ş.Şahvələdov və Qeydiyyat icraçısı R.Mirzəyev tərəfindən imzalanmışdır) surətinə əsasən qeyd olunmuşdur ki, hüququ rəsmiləşdirilən şəxs-İddiaçı; daşınmaz əmlakın növü-qeyri-yaşayış binası; daşınmaz əmlakın ünvanı-ünvan 3; daşınmaz əmlakın mülkiyyət növü-xüsusi; daşınmaz əmlakın üzərində hüququn növü-mülkiyyət; daşınmaz əmlakın ümumi sahəsi-58.0 kv.m; torpaq sahəsinin mülkiyyət növü-dövlət; torpaq sahəsi üzərində hüququn növü-istifadə; torpaq sahəsinin kateqoriyası-sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; torpaq sahəsinin ölçüsü-0.00637; daşınmaz əmlakın reyestr nömrəsi-**********78-06301 (qeydiyyat tarixi xx.xx.2018; daşınmaz əmlakın dövlət reyestrində 79 nömrəli reyestr kitabının 7560 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan birinci instansiya məhkəməsinə təqdim olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli, **********25 nömrəli cavab məktubuna əsasən qeyd edilmişdir ki, araşdırma aparılan zaman ərizəyə hüquqmüəyyənedici sənədlərin əlavə edilmədiyi müəyyən edilmişdir. Məhkəmə tərəfindən işin obyektiv və hərtərəfli araşdırılması məqsədilə xx.xx.2020-ci il tarixində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə iddiaçı tərəfindən cavabdeh orqana ünvanlanmış, ünvan 6 ünvanında yerləşən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçməsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı poçt vasitəsilə göndərilmiş ********** nömrəli, xx.xx.2019-cu il tarixli müraciət ərizəsinin və cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış **********25 saylı, xx.xx.2019-cu il tarixli cavab məktubunun təsdiq edilmiş surətlərini qısa müddətdə Bakı Apellyasiya Məhkəməsinə göndərmələri xahiş olunmuşdur. xx.xx.2020-ci il tarixində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli, **********35 nömrəli cavab məktubuna (məktub rəis müavini Əşrəf Quliyev tərəfindən imzalanmışdır) əsasən qeyd edilmişdir ki, iddiaçının ünvan 6 ünvanında yerləşən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçməsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciəti aşkar edilməmişdir. ********** qeydiyyat nömrəsi ilə 1 saylı Bakı Ərazi İdarəsinə daxil olan sənəd vətəndaş müraciəti deyil, məhkəmə bildirişidir və sənədin daxilolma tarixi xx.xx.2019-cu il deyil, xx.xx.2019-cu il tarixlidir. Həmçinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən vətəndaşa **********25 saylı, xx.xx.2019-cu il tarixli məktub ünvanlanmamışdır. Belə bir məktub ümumiyyətlə qeydiyyata alınmamışdır. Belə ki, xaric olan məktublara verilən qeydiyyat nömrəsinin son beş rəqəmi həmin məktubun sıra nömrəsini bildirir, yəni **********25 qeydiyyat nömrəsinin son beş rəqəminə əsasən həmin məktub İdarədən xaric olan 81825-ci məktubdur, lakin 2019-cu il ərzində İdarədən 78055 məktub xaric olmuşdur. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, Azərbaycan Respublikası İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Lakin iş materiallarından müəyyən olunur ki, hazırkı iş üzrə iddianın predmetini təşkil edən çıxarışın və texniki pasportun verilməsi tələbi ilə bağlı iddiaçı cavabdeh inzibati orqana müraciət etməmişdir. Eyni zamanda məhkəmə tərəfindən iddiaçıya cavabdeh inzibati orqan tərəfindən ona ünvanlanmış olan imtina məktubunu təqdim etmək təklif olunsa da, iddiaçı nə məhkəmə iclaslarında iştirak etməmiş, nə də bu məsələ ilə bağlı hər hansı bir münasibət bildirməmişdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayətinin dəlili əsaslı olduğundan təmin edilməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)-3829/2019 nömrəli qərarı ləğv edilərək iddia tələbi mümkün sayılmamalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 87, 90 və 94-cü maddələrinin tələblərini rəhbər tutaraq q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin (hazırda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) apellyasiya şikayəti təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)- 3829/2019 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Müzəffər Həsənov küçəsi, 1 ünvanında yerləşən 119.4 kv.m.-dən ibarət qeyriyaşayış sahəsi üzərində yaranmış mülkiyyət hüquqlarının eskiz layihəyə uyğun olaraq, onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək, buna dair dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri Y.Səfərov küçəsi,14, 1193-cü məhəllə) İnzibati kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar