Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-742/2022 24.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Quluzadə Arzu İsrafil qızının katibliyi ilə, İddiaçının vəkili və nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "xxxx" MTK və "xxxx" KB ASC inzibati məhkəmə icraatına üçüncü şəxslər qismində cəlb edilməklə reyestrdən çıxarışın verilməsi tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3012/2019 saylı, 20 oktyabr 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və ünvan 1 ünvanda yerləşən 3 və 14 saylı mənzillərin ümumi qeydiyyata alınmış sahəsinin 446,7 kv.m olmasını nəzərə almaqla, qeydə alınmayan 120 kv.m sahəni əlavə etməklə, ümumi 566,7 kv.m mövcud sahənin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeyri-yaşayış sahəsi kimi qeydiyyata alınmaqla çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi 12.10.2018-ci il tarixli, 2-1(81)-4139/2018 saylı qərarı ilə iddia təmin edilmiş, ünvan 1 ünvanda yerləşən 3 və 14 saylı mənzillərin ümumi qeydiyyata alınmış sahəsinin 446,7 kv.m olmasını nəzərə almaqla, qeydə alınmayan 120 kv.m sahəni əlavə etməklə, ümumi 566,7 kv.m mövcud sahənin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeyri-yaşayış sahəsi kimi qeydiyyata alınmaqla çıxarışın verilməsi vəzifəsi cavabdeh orqana həvalə edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin həmin qərarı 14.11.2018-ci il tarixdə qanuni qüvvəyə minmiş və cavabdeh inzibati orqanın 04.01.2019-cu il tarixli, ********* nömrəli məktubuna əsasən icra olunaraq Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 24 ünvanına dair İddiaçı adına çıxarışlar (19 dekabr 2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında sahəsi 331,3 kvm. qeyri-yaşayış sahəsi və 27 dekabr 2018-ci il tarixli, RX seriyalı ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 24 ünvanında sahəsi 229,2 kvm. qeyri-yaşayış sahəsi) hazırlanmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12.06.2019-cu il tarixli, 2-1 (81)- 4139/2018 №-li qərardadı ilə "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil ərizəsi təmin edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı fərdi yaşayış evlərinin qeyri-yaşayış sahəsi kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbi barədə inzibati mübahisəyə dair iş üzrə icraata "xxxx" MMC üçüncü şəxs qismində cəlb edilmiş və ünvan 1 ünvanda yerləşən 3 və 14 sapı mənzillərin ümumi qeydiyyata alınmış sahəsinin 446,7 kv.metr olmasını nəzərə alaqla, qeydə alınmayan 120 kv.metr sahəni əlavə etməklə, ümumi 566,7 kv.metr mövcud sahənin İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeyri- yaşayış sahəsi kimi qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinə həvalə edilməsi barədə Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-lqtisadi Məhkəməsinin 12 oktyabr 2018-ci il tarixli, 2-1 (81 )-4139/2018 saylı qərarı ləğv edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28.06.2019-cu il tarixli, 2-1 (81)- 4139/2018 №-li qərardadı ilə "xxxx" KB ASC inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 30.10.2019-cu il tarixli, 2-1 (81)- 3012/2019 №-li qərarı ilə iddia rədd edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 05.03.2020-ci il tarixli, 2-1(103)-652/20 №-li qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 30.10.2019-cu il tarixli, 2-1 (81)-3012/2019 №-li qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 05.08.2020-ci il tarixli, 2-1(102)-1530/20 №-li qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 05.03.2020-ci il tarixli, 2-1(103)-652/20 №-li qərarı dəyişdirilmədən saxlanılmışdır. Üçüncü şəxs "xxxx" MTK-nın nümayəndəsi X7 məhkəməyə ərizə ilə müraciət edərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (81)-3012/2019 №-li, 30 oktyabr 2019-cu il tarixli qərarının icrasını təmin etmək üçün İddiaçı adına verilmiş 19 dekabr 2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli və 27 dekabr 2019-cu il tarixli, RX seriyalı ******* nömrəli çıxarışların ləğv olunmaqla əvvəlki vəziyyətinə geriyə dönüş edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 03.06.2021-ci il tarixli, 2-1(81)-3012/2019 nömrəli qərardadı ilə ərizə təmin edilmiş, 1 saylı Bakı inzibati-iqtisadi Məhkəməsinin ləğv edilmiş 12.10.2018-ci il tarixli, 2-1 (81)-4139/2018 №-li qərarının icrasına dönüş edilməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin ləğv edilmiş 12.10.2018-ci il tarixli, 2-1(81)- 4139/2018 №-li qərarı əsasında cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsi tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 24 ünvanına dair X3 adına verilmiş 19 dekabr 2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli və 27 dekabr 2018-ci il tarixli, RX seriyalı ******* nömrəli çıxarışların ləğv ediməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin 26.08.2021-ci il tarixli, 2-1(103)-2199/2021 nömrəli qərardadı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 03.06.2021-ci il tarixli, 2-1(81)-3012/2019 nömrəli qərardadı ləğv olunmuş, iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. İddiaçı ərizəyə etiraz təqdim edərək göstərmişdir ki, icra dönüşü barədə "Yeni Ailə” Mənzil-Tikinti Kooperativinin ərizəsi əsassız olduğu üçün rədd edilməlidir. Belə ki, "xxxx" Mənzil-Tikinti Kooperativi hazırkı ərizə ilə müraciət etmək üçün subyektiv hüquqa malik deyildir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin hüquq qabiliyyətinin olduğu halda əmlakların qeydiyyatı ilə əlaqəsi olmayan Mənzil Tikinti Kooperativi məhkəməyə müraciət edir. Belə bir müraciəti yalnız torpağın mülkiyyətçisi və ona bərabər başqa şəxs edə bilər, Eyni zamanda "Yeni Ailə” Mənzil-Tikinti Kooperativinin çıxarışların mövcud olmasının hansı səbəbdən onun maraqlarına toxunduğu açıqlamamışdır. Başqa bir tərəfdən İPM-nin 71.1 və 71.2-ci maddələri məhkəmə tərəfindən inzibati orqanın ləğv edilmiş, lakin icra olunmuş inzibatı aktları haqqındadır. Bu maddələr məhkəmə qərarının dönüşü haqqında deyil (71.1. İnzibati aktın icra olunduğu hallarda, məhkəmə inzibati aktı ləğv elməklə yanaşı, müvafiq ərizə əsasında inzibati orqanın üzərinə icranın nəticələrini aradan qaldırmaq barədə öhdəlik qoya bilər. 71.2. Məhkəmə baxışının davam etdirilməsinə artıq ehtiyac qalmadığı və inzibatı orqanın icranın nəticələrinin aradan qaldırılması üsulları ilə bağlı diskresion səlahiyyətlərə malik olmadığı hallarda, məhkəmə icranın nəticələrinin aradan qaldırılması üsulu və qaydası barədə göstəriş (təkliflər) verməyə haqlıdır). Ona verilmiş 19 və 27 dekabr 2018-ci il tarixli çıxarışların ləğvi qərardadla həll edilməli məsələ deyil, ən yaxşı halda iddia ərizəsinə əsasən məhkəmə qərarı ilə həll edilə bilən məsələdir, bunun fərqinə diqqət yetirilməlidir. Əmlakları binanın 1-ci və 2-ci mərtəbəsində yerləşmişdir. Ancaq 2019-cu ilin əvvəllərindən başlayaraq əmlaklarının olduğu binada cavabdeh Kooperativ tərəfindən qanunsuz olaraq söküntü işlərinə başlanmışdır. Əmlaklarına qanunsuz müdaxilələrin və mülkiyyət toxunulmazlığı hüququnun kobud şəkildə pozulmasının dayandırılması tələbi ilə "Yeni Ailə” Mənzil-Tikinti Kooperativinə müraciətləri nəticəsiz qalmış, kooperativ onun razılığının olubolmamasından asılı olmayaraq, söküntünü dayandırmayacağını və əmlaklarını uçurdaraq tikinti işlərinə davam edəcəyini bildirmişdir. Cavabdeh Kooperativ Azərbaycan Respublikasının Konstitusiyasının, qanunvericilik aktlarının, beynəlxalq hüquq normalarının tələblərini heçə sayaraq və onun saysız etirazlarına, icra hakimiyyəti orqanına, polis və prokurorluq orqanlarına çoxsaylı şikayətlərinə baxmayaraq, öz qanunsuz əməllərini dayandırmamışdır. Onun cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativinə qarşı “Mülkiyyət hüququnun müdafiəsi" tələbinə dair iddiası üzrə Bakı Apelyasiya Məhkəməsinin 2(103)-8 84/2020 saylı, 20 fevral 2020-ci il tarixli qətnaməsi ilə "xxxx" Mənzil-Tikinti Kooperativinin Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 24 ünvanda ona məxsus 3 saylı və 14 saylı əmlaklarını sökməsi qanunsuz hesab edilmiş, əldən çıxardığı faydanın əvəzi olaraq 15467 manatın cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativindən tutularaq ona ödənilməsi qət edilmişdir. Məhkəmə əldən çıxmış faydanı 15 467 manat qiymətləndirərkən onun Nəsimi rayonu, Azadlıq prospekti 24 ünvanda 14 saylı əmlakının icarəyə verilməsinə dair "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağladığı icarə müqaviləsində göstərilən icarə haqqını əsas gətirmiş, "Yeni Ailə” Mənzil- Tikinti Kooperativi tərəfindən əmlaklarına müdaxilələrin başlandığı 31 mart 2019-cu ildən etibarən işin məhkəmədə baxıldığı dövrə qədər keçən 10 ay 20 günlük müddət ərzində 15 467 manat hesablamışdır (10 ay 20 gün x 1.450 manat). Məhkəmə əldən çıxmış fayda kimi göstərdiyi məbləği hesablayarkən sökülmüş digər əmlakından əldə edə biləcəyi faydanı nəzərə almamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4834/2020 saylı, 15 oktyabr 2020-ci il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin 2(103)- 884/2020 saylı, 20 fevral 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Əmlaklarının sökülməsinə, dağıdılmasına dair fotoşəkilləri cinayət təqibi orqanına təqdim edərək cavabdeh Kooperativin qanunsuz, əməllərinin dayandırılmasının təmin edilməsini və cavabdeh barəsində qanuni tədbirlərin görülməsini xahiş etsə də aidiyyəti orqanlar tərəfindən heç bir tədbirin görülməməsi və cavabdehin özbaşınalığının qarşısının alınmaması nəticəsində cavabdeh mülkiyyət toxunulmazlığı hüququnu kobud və aşkar şəkildə pozaraq əmlaklarını hər kəsin gözü qarşısında uçurmuş, yerlə-yeksan etmiş və bu qanunsuz əməlinin müqabilində ona heç bir kompensasiya da verməmişdir. Məhkəmə nəzərə almalıdır ki, məhv edilmiş, mövcud olmayan əmlakların qeydiyyatının ləğvi ilə bağlı başqa prosedur nəzərdə tutulmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanunun 18.1 - ci maddəsinə əsasən məhv olunmuş daşınmaz əmlakın qeydiyyatının ləği Azərbaycan Respublikası Mülki Məcəlləsinin 150-ci maddəsinə uyğun olaraq aparılır. 18.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət hüququ yüklü deyildirsə və bu cür əmlak mülkiyyətçinin iradəsi ilə sökülüb tam məhv edilmişdirsə, onun ərizəsi əsasında qeydiyyat orqanı mülkiyyət hüququnun qeydiyyatını ləğv edir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Mülki Məcəllənin 150.1 -ci maddəsinə əsasən əgər daşınmaz əmlak tam çəhv olarsa və bunun nəticəsində onun qeydiyyatı hər cür hüquqi mənasını itirərsə, maraqlı şəxs məhkəmə qaydasında qeydiyyatın ləğvini tələb edə bilər. Daşınmaz əmlakın məhv olunması daşınmaz əmlakın dövlət reyestrini tərtib edən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsi tərəfindən təsdiqlənməlidir. Tutaq ki. məhkəmə qərardad qəbul edib, çıxarışlarını ləğv etdi və həmin qərardad da cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən də icra edildi. Bu halda və əmlaklarının mövcud olmadığı, dağıdıldığını halında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi onun əvvəlki çıxarışlarını verəcəkmi? Təbii ki, bu mümkiin deyil, mövcud olmayan əmlakla bağlı çıxarış verilə bilməz. Çıxarışların mövcud olması "xxxx" Mənzil-Tikinti Kooperativinin hüquqlarını pozmur və hazırkı ərizəni verməyə subyektiv hüquqi həmçinin ona görə yoxdur ki, o ona qarşı iddia ərizəsində onun əmlakının yerində tikilmiş binadan əmlak və əlavə sahə istəmir, onun tələbi dağıdılmış əmlakının dəyərinin, ona vurulmuş zərərin ödənilməsidir. Bununla bağlı qiymətin müəyyən edilməsi üçün əmlakların faktiki ölçüsü, çıxarışdakı ölçüsü, istifadə təyinatı, çıxarışdakı təyinatı və başqa əlamətlərinə əsasən qiymət müəyyən edilə bilər. Tutaq ki, icra dönüşü edildi və ona verilən çıxarış ləğv edildi, bu halda onun əmlakının ölçüsü və ya dəyəri dəyişəcək? Təbii yox. Onun əmlakının ölçüsü çıxarış verilərkən Reyestr Xidməti Əməkdaşının apardığı müayinə və başqa sənədlərdə dəqiqliklə əks olunub. Bununla bağlı əlavə çıxarışları da ləğv etmək absurd və əmlaklarını dağıdıb, illərdir ki, onu küçədə qoyan həmçinin "xxxx" MTK-nın dəyirmanına tökülmüş sudur. Əmlakının ölçüsü və istifadə təyinatı "xxxx" MTK ilə aralarında olan Bakı Apelyasiya Məhkəməsinin 2(103)-884/2020 saylı, 20 fevral 2020-ci il tarixli qətnaməsində və həmin qətnamənin qüvvədə saxlanılması barədə Ali Məhkəmənin 2(102)-4834/2020 saylı, 15 oktyabr 2020-ci il tarixli qərarında da əks edilib və həmin faktlar MPM-nin 82.3cü maddəsinə əsasən hazırkı məhkəmə prosesində mübalıisələndirilə bilməz və yenidən sübuta ehtiyacı yoxdur. Tutaq ki, "xxxx" MİK çıxarışın ləğvinə nail oldu, qeyd edilən məhkəmə qərarlarının da ləğvinə nail ola biləcəkmi? Unutmaq olmaz ki, bütün bu sənədlərin hamısını ləğv etmək, həqiqəti gizlətmək mümkün deyildir. Başqa bir tərəfdən, heç bir ekspert o faktı dana bilməz ki, Bakı şəhəri 28 may metrostansiyası yaxınlığındakı binaların 1 -ci mərtəbəsində olan və qeyri-yaşayış sahəsi kimi (misal üçün telefon satışı, kompüter mağazası və s.) istifadə edilən əmlakların çıxarışlarında mənzil və ya qeyriyaşayış sahəsi yazılmasından asılı olmayaraq satış dəyəri yüksəkdir və 2-ci, 3-cü mərtəbələrdəkilərdən dəfələrlə çoxdur, çıxarışda mənzil və ya qeyri-yaşayış sahəsi yazılmasının fərqi önəmli deyil. Başqa əhəmiyyət kəsb edən məqam ondan ibarətdir ki, əgəryayayış sahəsinin qeyri-yaşayış sahəsinə keçməsi qanunsuz idisə, onda məhkəmə ona vaxtında bunu bildirməli və rayon icra hakimiyyətinə müraciət elmək hüququnu izah etməli idi. Ona görə də Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin mövqeyini öyrənməklə ərizənin rədd edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3012/2019 saylı, 20 oktyabr 2021-ci il tarixli qərardadı ilə üçüncü şəxs "xxxx" MTK-nın nümayəndəsi X4 ərizəsi təmin edilərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin ləğv edilmiş 12.10.2018-ci il tarixli, 2-1(81)-4139/2018 №-li qərarının icrasına dönüş edilmiş və 1 saylı Bakı inzibati-iqtisadi Məhkəməsinin qərarı ləğv edilmiş 12.10.2018-ci il tarixli, 2-1(81 )-4139/2018 №-li qərarı əsasında cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 24 ünvanına dair X3 adına verilmiş 19 dekabr 2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli və 27 dekabr 2018-ci il tarixli, RX seriyalı ******* nömrəli çıxarışlar ləğv edilmişdir. İddiaçı qəradaddan apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-3012/2019 saylı, 20 oktyabr 2021-ci il tarixli qərardadının ləğv edilməsini və ərizənin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaçının ərizəyə qarşı təqdim etdiyi yazılı etiraza uyğun əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək ərizənin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə üçüncü şəxslər lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmə səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası işə üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır. İş materiallarından göründüyü kimi cavabdeh inzibati orqan tərəfindən məhkəmənin 12.10.2018-ci il tarixli, 2-1(81)-4139/2018 №-li qərarı icra edilərək Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 24 ünvanına dair X3 adına çıxarışlar (19 dekabr 2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 24 ünvanında sahəsi 331,3 kvm. qeyri-yaşayış sahəsi və 27 dekabr 2018-ci il tarixli, RX seriyalı ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 24 ünvanında sahəsi 229,2 kvm. qeyri-yaşayış sahəsi) verilmişdir. Çıxarışların verilməsinə əsas olan 12.10.2018-ci il tarixli, 2-1 (81)-4139/2018 №-li qərar isə məhkəmənin 12 oktyabr 2018-ci il tarixli, 2-1 (81)-4139/2018 saylı qərarı ilə ləğv edilmişdir. Hazırda iş üzrə üçüncü şəxs olan “Yeni Ailə" MTK ərizə ilə məhkəməyə müraciət edərək 1 saylı Bakı inzibati-iqtisadi Məhkəməsinin 2-1(81 )-3012/2019 №-li, 30 oktyabr 2019-cu il tarixli qərarın icrasını təmin etmək üçün İddiaçı adına verilmiş 19 dekabr 2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli və 27 dekabr 2019-cu il tarixli, RX seriyalı ******* nömrəli çıxarışların ləğv olunmaqla əvvəlki vəziyyətinə geriyə dönüş edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası inzibati Prosessual Məcəlləsinin 71.1 -ci maddəsinə əsasən inzibati aktın icra olunduğu hallarda, məhkəmə inzibati aktı ləğv etməklə yanaşı, müvafiq ərizə əsasında inzibati orqanın üzərinə icranın nəticələrini aradan qaldırmaq barədə öhdəlik qoya bilər. Həmin Məcəllənin 71.2-ci maddəsinə əsasən məhkəmə baxışının davam etdirilməsinə artıq ehtiyac qalmadığı və inzibati orqanın icranın nəticələrinin aradan qaldırılması üsulları ilə bağlı diskresion səlahiyyətlərə malik olmadığı hallarda, məhkəmə icranın nəticələrinin aradan qaldırılması üsulu və qaydası barədə göstəriş (təkliflər) verməyə haqlıdır. Bundan əlavə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-1.1-ci maddəsinə əsasən icra edilmiş qətnamə ləğv edildikdə və işə yenidən baxıldıqdan sonra iddianın tamamilə və ya onun bir hissəsinin rədd edilməsi haqqında qətnamə, yaxud iş üzrə icraata xitam verilməsi, yaxud da iddianın baxılmamış saxlanması haqqında qərardad çıxarıldıqda bu aktı qəbul etmiş məhkəmə icrada dönüş edilməsi barədə tədbirlər görməli, o cümlədən ləğv edilmiş qətnamə üzrə bir tərəfin xeyrinə alınanları digər tərəfə qaytarmalı, əmlakı qaytarmaq mümkün olmadıqda isə, həmin əmlakın dəyərini tutmalıdır. Həmin Məcəllənin 236-1.2-cü maddəsinə əsasən məhkəmə öz təşəbbüsü ilə icrada dönüş haqqında məsələyə baxmalı və iş üzrə icraatın yekunlaşdığı yeni qətnamədə, yaxud qərardadda onu həll etməlidir. Həmin Məcəllənin 236-1.3-cü maddəsinin tələbinə görə məhkəmə ləğv edilmiş qətnamənin icrasında dönüş haqqındakı məsələni həll etməzsə, işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin ləğv edilmiş qətnamə və ya qərardad əsasında aparılmış icra onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin icrada dönüş haqqında ərizəsi üzrə məhkəmə qərardad qəbul edir. Bu ərizəyə işdə iştirak edən şəxslər xəbərdar edilməklə, məhkəmə iclasında baxılır. Lakin həmin şəxslərin gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələni həll etməyə mane olmur. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən X3 adına 19 dekabr 2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli və 27 dekabr 2018-ci il tarixli, RX seriyalı ******* nömrəli çıxarışların verilməsinə əsas olmuş məhkəmə qərarı ləğv edildiyindən və işə yenidən baxıldıqdan sonra iddiaçının tələbi tamamilə rədd edildiyindən üçüncü şəxs "xxxx" MTK-nın ləgv edilmiş qərar əsasında verilmiş reyestrdən cıxarışların ləgv edilməsi haqqında ərizəsinin təmin edilməsi haqqında Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3012/2019 saylı, 20 oktyabr 2021-ci il tarixli qərardadı qanuni və əsaslı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı X3 apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3012/2019 saylı, 20 oktyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri Y.Səfərov küçəsi,14, 1193 cü məhəllə) İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-742/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-742/2022
24.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver