Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-742/2025 21.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X16 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X18 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “şəhid ailəsi üçün təqaüdün təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6727/2024 saylı, 21 avqust 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək iddiaçı X9 “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün bərpa edilməsi və ödənilməmiş təqaüd məbləğinin ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X1 rayonundan məcburi köçkündür. X5 X28nın oğlu olmuşdur. X28 1972-ci ildə rəhmətə getmişdir. Həmin vaxt şəhid Əlövsət Tahirovun 3 yaşı var idi, özündən başqa Gülşən adlı bacısı var. Bacısının ölümündən sonra uşaqların atası Kamran Tahirov ilə ailə həyatı qurmuşdur. Onunla birlikdə uşaqları böyütmüşlər. Kəlbəcər rayonunda onlar uşaqların valideynləri olaraq qəbul ediliblər, 18 yaşlarına çatanadək uşaq pulu da alıblar. xx.xx.1992-ci ildə Şuşanın müdafiəsi zamanı Daşaltı əməliyyatında Əlövsət Tahirov şəhid oldu. ƏƏSMN tərəfindən ona 005421 saylı, xx.xx.1997-ci il tarixli şəhid ailə üzvü vəsiqəsi verilmişdir. Onlar ailə olaraq şəhid ailəsi üçün təsis edilmiş Prezident təqaüdü alırdılar. Sonradan yaranan zərurətlə əlaqədar olaraq İmişli rayon məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsi ilə Kamran Tahirovun şəhid Əlövsət Tahirovun atası olması faktı məhkəmə qaydasında təsdiq edilmişdir. Həmin məhkəmə qətnaməsində də onun Kamran Tahirovla birlikdə Əlövsət Tahirovu böyütdüyü faktı əks olunmuşdur. Həmin qətnamədə qeyd olunmuşdur ki, yerli icra hakimiyyət orqanları mərhum Əlövsət X3 oğlu olmasını təsdiq etdiyindən, ona və arvadı İddiaçı şəhid ailəsi üzvü vəsiqəsi verilmişdir. Həyat yoldaşı Kamran Tahirov xx.xx.2022-ci ildə vəfat etdi. Həmin vaxtdan sonra Şəhid ailəsi üçün Prezident təqaüdü dayandırıldı. Lakin, qeyd etdiyi kimi onun Şəhid ailə üzvü vəsiqəsi var və hal-hazırda da qüvvədədir. Əvvəllər DSMF-yə bu barədə müraciət etsə də, xx.xx.2023-cü ildə, xx.xx.2023-cü ildə və xx.xx.2023-cü ildə ona imtina verilmişdir. Cavabdeh inzibati orqan hesab edir ki, o, mərhum Əlövsət Tahirovun ailə üzvü hesab edilmədiyinə görə, Prezident təqaüdünün ödənilməsi imkan xaricindədir. Halbuki, İmişli rayon məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsində qeyd olunduğu kimi, artıq 1992-ci ildən şəhid ailəsi üzvü vəsiqəsi var, hazırda da həmin vəsiqə etibarsız hesab edilməyib və bu vəsiqə onun mərhum Əlövsət Tahirovun ailə üzvü olduğunu təsdiq edir. Məhz yuxarıda göstərilənlərə əsasən, cavabdeh inzibati orqanın imtinası qanunsuz və əsassızdır. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və bildirilmişdir ki, İddiaçı 06 dekabr 2023-cü il tarixdə Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət edərək xx.xx.2022-ci il tarixdən dayandırılmış mərhum əri X17 təyin edilmiş şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün bərpa edilməsi və ödənilməmiş Prezident təqaüdünün ödənilməsini xahiş etmişdir. Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının iddiaçının müraciətinə ünvanladığı 20 dekabr 2023-cü il tarixli 3-17-1/2-B-30086/4/2023 nömrəli cavab məktubunda bildirilmişdir ki, İddiaçı X5nun Prezident təqaüdü almaq hüququ olan ailə üzvü hesab edilmədiyindən ona şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi mümkün hesab edilmir. Bundan sonra İddiaçı iddia ərizəsində şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün bərpa edilməsi və ödənilməmiş təqaüd məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli 493 nömrəli Fərmanına əsasən xx.xx.2007-ci il tarixdən “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” xx.xx.2006-cı il tarixli 493 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli 1972 nömrəli Fərmanına əsasən sözügedən təqaüdün məbləği xx.xx.2023-cü il tarixdən 600 manata çatdırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunması və ödənilməsi Qaydaları”nın 2-ci bəndinə əsasən şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünü ailə üzvlərinin ərarvadın, valideynlərin, 18 yaşına çatmamış və ya 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan uşaqların, qanunla onları saxlayan şəxs olmadıqda baba və nənələrin, eyni zamanda tədris müəssisələrində əyani təhsil aldıqda, təhsili bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək uşaqlarının, uşaq evlərində tərbiyə olunan qardaş və bacılarının almaq hüququ vardır. Sözügedən Qaydaların 6-cı bəndinə əsasən şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü hər bir şəhidə görə təyin edilir və ailə üzvlərinin sayına bərabər bölünməklə ödənilir. İş materiallarında olan İmişli rayon Məhkəməsinin 16 fevral 2007-ci il tarixli 2-55 nömrəli qətnaməsinə əsasən xx.xx.1969-cu il tarixdə anadan olmuş və xx.xx.1992-ci il tarixdə vəfat etmiş X10 atasının X24 olması faktı müəyyən edilmiş, xx.xx.2007-ci il tarixdən atası K.Tahirova şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmişdir. İddiaçı müraciəti mərhum bacısı X21 ilə X13 övladı X10 şəhid olması ilə əlaqədar təyin olunmuş Azərbaycan Respublikası Prezidentinin təqaüdünün Ə.Tahirovun vəfatından sonra ona təyin olunması ilə bağlı olmuşdur. Belə ki, Nazirliyin “Sosial ödənişlər” altsisteminin məlumat bazasına əsasən şəhid Ə.Tahirovun ailə üzvü olaraq atası K.Tahirova 01 yanvar 2007-ci il tarixdən Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmişdir. Təqaüdün ödənişi 12 oktyabr 2022-ci il tarixdən mərhum Ə.Tahirovun vəfat etməsi səbəbindən dayandırılmışdır. Ailə Məcəlləsinin 117.3-cü maddəsinə əsasən ər (arvad) özünün nikahdan olmayan uşağını və ya arvadının (ərinin) uşağını övladlığa götürə bilər. Həmin Məcəllənin 118.1.3-cü maddəsinə əsasən övladlığa götürmə məhkəmə tərəfindən qəbul edilmiş qərar əsasında həyata keçirilir. Həmin Məcəllənin 127-ci maddəsinə əsasən məhkəmə övladlığa götürənlərin xahişi ilə onların övladlığa götürülənlərin valideynləri kimi doğum haqqında akt qeydlərinə yazılmasını qət edə bilər. Belə ki, İddiaçı tərəfindən K.Tahirovun məhkəmə qərarı ilə övladlığa götürülərək doğum haqqında şəhadətnamədə müvafiq dəyişikliklərə əsasən valideyn qismində tanınması ilə bağlı Fonda məlumat təqdim edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 29 yanvar tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin olunması və ödənilməsi Qaydaları”nın 2-ci bəndinə əsasən şəhidin şəhid ailəsi üzvü hesab olunan valideynlərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi nəzərdə tutulmuşdur. Bu səbəbdən, İddiaçı qanunvericiliklə müəyyən olunmuş qaydada şəhidin valideyni olması barədə əsas olmadığına görə ona “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təyin edilməmişdir. Yuxarıda qeyd edilənləri və İPM-nin 47.2-ci maddəsinin tələblərini rəhbər tutaraq iddiaçı X7 “şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün bərpa edilməsi və ödənilməmiş təqaüd məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçı iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək ona xx.xx.2023-cü il tarixindən şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdunun təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6727/2024 saylı, 21 avqust 2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş və xx.xx.1952-ci il təvəllüdlü İddiaçı müraciət etdiyi xx.xx.2023-cü il tarixindən şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh inzibati orqan etirazla eyni məzmunda əsaslandırılmış apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, şikayətin rədd edilməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmiş, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan: - AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin məlumatlarınnan müəyyən olur ki, xx.xx.1952-ci il təvəllüdlü İddiaçı Kəlbəcər rayonu, Narıncılar kəndində qeydiyyatdadır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 005421 nömrəli vəsiqəsindən görünür ki, xx.xx.1997-ci ildən İddiaçı şəhid ailə üzvü vəsiqəsi verilmişdir. - İmişli Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsinə əsasən xx.xx.1969cu ildə doğulmuş və xx.xx.1992-ci ildə ölmüş X10 atasının X24 olması faktı müəyyən edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/2- 63785/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, “İddiaçı xx.xx.1995-ci il tarixindən yaşa görə əmək pensiyası təyin edilmiş və xx.xx.2023-cü il tarixli müraciəti əsasında əmək pensiyasının növü dəyişdirilərək həmin tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası növünə keçirilmişdir. Əlavə olaraq bildiririk ki, iddiaçının yaşa görə pensiya işinə dair sənədlərə əsasən ona xx.xx.2006-cı il tarixindən əmək pensiyasının sığorta hissəsinə şəhidin ailə üzvünə nəzərdə tutulan əlavə hesablanaraq ödənilmişdir”. - Nərimanov rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin ******* vəsiqəsinə əsasən X17 güzəşt və imtiyazlardan istifadə etmək hüququ verilir. - “Vətəndaşlıq vəziyyəti aktları”nın arayışından görünür ki, X2 Kamran Əziz oğlu ilə nikah bağlamışdır. X13 xx.xx.2022-ci ildə ölüm faktının qeydə alınması səbəbi ilə nikahlarına xitam verilmişdir. -AZ-İİ seriyalı 310529 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X24 xx.xx.2022-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 594 nömrəsi ilə qeyd edilmişdir. -xx.xx.2023-cü il tarixli iddiaçının Dövlət Sosial Müdafiə Fonduna ünvanlamış ərizəsində həyat yoldaşı X13 xx.xx.2022-ci ildə öldüyü, həmin vaxtdan indiyənə kimi dövlət tərəfindən onların ailəsinə verilən şəhid pulunun verilməsi üçün onlara kömək edilməsini xahiş etmişdir. -Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalının iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-1/2-B-300086/2024 nömrəli məktubunda bildirilmişdir ki, ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.2-ci və 34-cü maddələrinə əsasən Sizə xx.xx.2023-cü il tarixindən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilib, 437,43 manat məbləğində olmaqla ödənişi davam etdirilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli 493 nömrəli Fərmanına əsasən xx.xx.2007-ci il tarixindən “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” xx.xx.2006-cı il tarixli 493 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli 1972 nömrəli Fərmanına əsasən sözügedən təqaüdün məbləği xx.xx.2023-cü il tarixindən 600 manata çatdırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunması və ödənilməsi Qaydaları”nın 2-ci bəndinə əsasən şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünü ailə üzvlərinin - ər-arvadın, valideynlərin, 18 yaşına çatmamış və ya 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan uşaqların, qanunla onları saxlayan şəxs olmadıqda baba və nənələrin, eyni zamanda tədris müəssisələrində əyani təhsil aldıqda, təhsili bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək uşaqlarının, uşaq evlərində tərbiyə olunan qardaş və bacılarının almaq hüququ vardır. Sözügedən Qaydaların 6-cı bəndinə əsasən “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” hər bir şəhidə görə təyin edilir və ailə üzvlərinin sayına bərabər bölünməklə ödənilir. Müraciətinizlə əlaqədar olaraq bildirilir ki, “X5nun Prezident təqaüdü almaq hüququ olan ailə üzvü hesab edilmədiyinizdən Sizə həmin təqaüdün təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır.” Məhkəmə sorğusuna cavab olaraq Dövlət Sosial Müdafiə Fondunun Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/2- 129883/2024 nömrəli məktubu ilə təqdim olunmuş mərhum X17 şəhid ailəsinin üzvlərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü sənədlərinin təsdiq olunmuş surətindən görünür ki: - 004724 nömrəli vəsiqəsindən görünür ki, xx.xx.1997-ci ildən X17 şəhid ailə üzvü vəsiqəsi verilmişdir. - Nərimanov rayon ƏSMM-nin sərəncamına əsasən X17 220 manat şəhid ailəsi kimi ömürlük müavinət verilməsi qərara alınmışdır. Beləliklə işdən müəyyən olunur ki, xx.xx.1969-cu il təvəllüdlü X5 xx.xx.1992-ci il tarixdə vəfat etmiş, İmişli rayon Məhkəməsinin 16 fevral 2007-ci il tarixli 2-55 nömrəli qətnaməsinə əsasən X13 X10 atasının olması faktı müəyyən edilmiş, X17 xx.xx.1997-ci ildən şəhid ailəsi üzvü vəsiqəsi verilmiş və ona şəhid ailə üzvü olmasından irəli gələn təminatlar, eləcə də 2007-ci il yanvarın 1-dən Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü ödənilmişdir. X24 xx.xx.2022-ci il tarixdə vəfat etmiş və ona ödənilən təqaüd dayandırılmışdır. Hazırkı iş üzrə iddiaçı X5nun ailə üzvü statusunda olmaqla X13 vəfatından sonra sözügedən təqaüdün ona verilməsi ilə bağlı cavabdeh orqana xx.xx.2023-cü il tarixdə müraciət etmiş, cavabdeh orqan iddiaçının Qaydaların tələblərinə əsasən şəhidin valideyni olmadığını, bununla da onun şəhid ailəsi üzvü olmamasını əsas gətirərək müraciətin təminindən imtina etmişdir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi mübahisələndirilən qərarında gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1997-ci ildən şəhid ailəsi üzvü kimi qəbul olunmuş, ona bu barədə səlahiyyətli qurum tərəfindən şəhid ailəsi üzvü statusunu təsdiq edən vəsiqə verilmiş, həmin şəhid ailəsi üzvü olması barədə inzibati akt ləğv edilməmiş, geri çağırılmamış, etibarsız hesab edilməmişdir. Belə olan halda iddiaçının şəhid ailəsi üzvü statusu da qüvvədə hesab olunmaqla ona müvafiq təminatları da tələb etmə imkanına malikdir. İş materiallarından müəyyən olunur ki, X2 Kamran Əziz oğlu ilə nikaha daxil olmuş, X9 xx.xx.1997-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailəsi üzvlüyünü təsdiq edən vəsiqə verilmişdir. Məhkəmə sorğusu ilə əldə edilmiş iddiaçıya aid pensiya işinin surətindən görünür ki, iddiaçıya yaşa görə və ailə başçısını itirməyə görə pensiya ödənişi aparıldığı zaman ona müxtəlif dövrlərdə şəhid ailəsi üzvü olmasından irəli gələn güzəştlər tətbiq edilmişdir. Eyni zamanda, mərhum X17 aid təqaüd işində X9 aid xx.xx.1997-ci il tarixli şəhid ailəsi üzvü vəsiqəsi aşkar olunmuş, eyni zamanda müəyyən olunur ki, təqaüdün mərhumun sağlığında tərəflərin razılaşması ilə prezident təqaüdü yalnız bir ailə üzvünə-X17 ödənilmişdir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində təhsil alanlar isə həmin təhsil müəssisələrini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. Qanunun 2-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində göstərilən şəxslərə şəhid və ya şəhid ailəsi statusu verilməsi üçün marağı olan şəxs müvafiq dövlət orqanlarına müraciət edir. Bu məsələyə dövlət orqanının və ya müvafiq hərbi hissənin vəsatəti ilə də baxıla bilər. Müvafiq dövlət orqanı müraciətləri və vəsatətləri dərhal qəbul edib bir aydan gec olmayaraq şəhid və ya şəhid ailəsi statusu barədə bu Qanuna müvafiq surətdə sənəd verməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nın: 1.2-ci bəndinə əsasən aşağıdakılar şəhid hesab edilirlər: (...); 1.2.4. Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar; 1.2.5 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular; 1.2.6. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, xüsusi dövlət mühafizə, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və X4 Xidmətində, X8 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər; 1.2.7. Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular. -2.1-ci bəndinə əsasən şəhid ailə üzvləri aşağıdakılar hesab olunurlar; 2.1.1. arvadı (əri); 2.1.2. valideynləri; 2.1.3. 18 yaşına çatmamış uşaqları, 18 yaşınadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan övladları; 2.1.4. qardaşları və bacıları — uşaq evlərində tərbiyə olunanlar; 2.1.5. babalar və nənələr, qanunla onları saxlayan şəxs yoxdursa; 2.1.6. 2.1.3 və 2.1.4 bəndlərində göstərilənlər əyani təhsil müəssisələrində təhsil aldıqda 23 yaşa çatanadək ailə üzvü hesab edilirlər; 2.1.3. 18 yaşına çatmamış uşaqları, 18 yaşınadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan övladları. -4.1-ci bəndinə əsasən şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və X4 Xidmətinin, X8 Dövlət Agentliyinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli baş idarə, idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Xüsusi Rabitə və X4 Xidməti, X8 Dövlət Agentliyi və rayon (şəhər) icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi hesab edilməsi üçün müraciət və vəsatətləri dərhal qəbul edib, bir aydan gec olmayaraq “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununa və bu Qaydalara müvafiq surətdə arayış verməlidir. -4.2-ci bəndinə görə şəhid ailələrinə vəsiqə bu Qaydaların 4.1. bəndində göstərilən arayışlara əsasən yaşadıqları ərazi üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin yerli qurumları tərəfindən verilir. “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Fərmanın
1. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hər şəhid ailəsinə hər şəhidə görə ayda 600 (altı yüz) manat məbləğində “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilsin.
2. Müəyyən edilsin ki: 2.1. bu Fərmanın 1-ci bəndi ilə təsis edilən təqaüd hər ilin dövlət büdcəsində sosial müdafiə xərcləri üçün nəzərdə tutulan vəsait hesabına, şəhid ailəsi üzvlərinin sayına bərabər bölünməklə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ödənilir; 2.2. hər şəhidə görə onun ailəsinə Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı və Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə, 20 Yanvar şəhidinin ailəsi üçün və bu Fərmanın 1-ci bəndi ilə müəyyən edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdlərindən yalnız biri, ən yüksəyi verilir.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 3.1. “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin olunması və ödənilməsi qaydalarını bir ay müddətində hazırlayıb təsdiq etsin; 3.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
4. Bu Fərman 2007-ci il yanvarın 1-dən qüvvəyə minir. Sadalanan qanunvericilik normalarından görünür ki, hərbi qulluqçu olmuş şəhidin şəhid ailəsi üzvü statusu şəhidin xidmət keçdiyi müvafiq qurumun arayışı, mülki şəhidlərə münasibətdə isə müvafiq yerli icra hakimiyyəti orqanının verdiyi arayışla təsdiq olunur və həmin arayış əsasında şəhid ailəsi üzvünə şəhid ailəsi üzvü olması barədə vəsiqə verilir. “İnzibati icraat haqqında” Qanunun: -11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. -11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. -12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. -12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. -13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. -64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. -64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Beləliklə, iddiaçı barəsində qüvvədə olan əliverişli inzibati akt var, iddiaçının şəhid ailəsi üzvü vəsiqəsi ləğv edilməmişdir və bu hal həm də keçən müddət ərzində həmin vəsiqə əsasında iddiaçının şəhid ailəsi üzvü kimi tanınmasını, bu statusdan irəli gələn cavabdehin öz təşəbbüsü ilə təqdim etdiyi güzəşt və imtiyazlardan yararlanmağa qanuni etimad hüququnun olduğunu istisna etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdehin iddiaya etirazında və apellyasiya şikayətində göstərdiyi dəlillər tamamilə üst-üstə düşür. Bu səbəbdən də, Kollegiya birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallarla və istinad etdiyi qanunvericilik normaları ilə razılaşır. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Nəticəvi hissə:
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
Qərara aldı:
Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6727/2024 saylı, 21 avqust 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev