Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-745/2021 19.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Səriyyə Hüseyn qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdeh Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyətinə və 3-cü şəxs X2 qarşı sənədin təqdim edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 06.11.2020-ci il tarixli, 2-1(112)- 2860/2020 saylı qərardadından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: İddiаçı İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdeh Bakı şəhəri Pirallahı rayon İcra Hakimiyyətinə qarşı Bаkı İnzibаti Məhkəməsində iddia qaldıraraq, Bakı şəhəri Pirallahı rayon İcra Hakimiyyəti tərəfindən Babayev Şəhriyar Əliabas oğlunun adına verilmiş 23.01.2018-ci il tarixli 07 nömrəli sərəncamın rəsmi şəkildə iddiaçılara təqdim edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul еdilməsini хаhiş еtmişlər. Bakı İnzibati Məhkəməsinin 10 iyun 2020-ci il tarixli, 2-1(112)-2860/2020 saylı qərarı ilə iddia tələbi təmin edilmiş, Bakı şəhəri Pirallahı rayon İcra Hakimiyyəti tərəfindən Babayev Şəhriyar Əliabas oğlunun adına verilmiş 23.01.2018-ci il tarixli 07 nömrəli sərəncamın rəsmi şəkildə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 təqdim edilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Pirallahı rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Həmin qərardan cavabdeh Bakı şəhəri Pirallahı rayon İcra Hakimiyyəti tərəfindən verilmiş apelyasiya şikayətində qərarın Babayev Şəhriyar Əliabas oğlunun hüquqlarına toxunmasına baxmayaraq, onun Babayev Şəhriyar Əliabas oğlunun məhkəmə icraatına cəlb edilmədən qəbul edildiyi göstərilmişdir. 17 iyul 2020-ci il tarixdə X3 ərizə ilə müraciət edərək inzibati iş üzrə qərar onun maraqlarına toxunduğunu nəzərə alaraq, Bakı İnzibati Məhkəməsinin 10 iyun 2020-ci il tarixli, 2-1(112)-2860/2020 saylı qərarın ləğv olunmasını, iş üzrə icraatın təzələnməsini və onun üçüncü şəxs qismində cəlb edilməsini xahiş etmişdir. Məhkəmənin iş üzrə qəbul etdiyi 30 iyul 2020-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2860/2020 saylı qərarının ləğv edilməsi, 2-1(112)- 2860/2020 saylı iş üzrə icraatının təzələnməsi, Babayev Şəhriyar Əliabas oğlunun iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 06.11.2020-ci il tarixli, 2-1(112)- 2860/2020 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim M.Hacıbəyova). Həmin qərardaddan narazı qalan iddiaçılar apellyasiya şikayəti vermiş və şikayətdə birinci instansiya məhkəməsinin qərardadının qanunsuz, əsassız olduğuna istinad edərək, qərardadın ləğv edilməsini, iddianın mümkün sayılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, cavabdeh Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyəti və 3-cü şəxs X3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxslərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası sədrlik edən məruzəçi-hakimin məruzəsini dinləyərək, iş materiallarını araşdıraraq, apelyasiya şikayətinin dəlillərini müzakirə edərək, onun təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması nəticəsinə gəlir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.2.3. –cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1. –ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia ərizəsindən göründüyü kimi iddiaçıların tələbi X1 adına verilmiş 23.01.2018-ci il tarixli 07 nömrəli sərəncamın rəsmi şəkildə iddiaçılara təqdim edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsindən ibarətdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 5.2-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Həmin qərarın 5.2-ci bəndinə əsasən bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İş materiallarına mübahisəli sərəncamın iddiaçılara aid olmasına dair, və ya həmin sərəncamı ilə üzərində hüquqların dövlət qeydiyyatına alınması nəzərə alınan daşınmaz əmlaka iddiaçılarının hər hansı hüququnun mövcud olmasını təsdiq edən sənəd iddia ərizəsinə əlavə olunmamış və iddia ərizəsi məhkəməyə təqdim edildikdən sonra da məhkəməyə təqdim edilməmişdir. İddiaçılar həmçinin faktiki olaraq həmin əmlakdan istifadə və ya ona sahiblik hüquqlarına da malik deyil. Beləliklə mübahisəli əmlaka dair halhazırda sərəncamın cavabdeh tərəfindən verilməməsi ilə iddiaçılarının hüquqları sferasına müdaxilə aşkar şəkildə baş vermir və birmənalı nəzərə çarpmır. Belə olan halda məhkəmə iddianın mümkünlük şərtlərini yoxlayaraq müəyyən etmişdir ki, cavabdeh tərəfindən iddiaçının hər hansı bir subyektiv hüquqlarının pozulması iddia ərizəsində göstərilməmiş və əsaslandırılmamışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 1.1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır, 1.3-cü bəndinə əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur, 1.4-cü bəndinə göstərilmişdir ki, ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüququ dəyərləndirmədir, 2.1-ci bəndinə əsasən mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır, 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə kollegiyası apelyasiya şikayətində göstərilən dəlilləri qəbul etmir və hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddaçılar tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 06.11.2020-ci il tarixli, 2-1(112)-2860/2020 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Şikayət verilmədiyi halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Xumar Mərdanova Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-745/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-745/2021
19.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver