Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-745/2022 13.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Cabbarlı Sahibə Məhəmmədbağı qızının katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1231/2021 saylı, 22.09.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsаsən inzibati işə Bаkı Аpеllyаsiyа Məhkəməsinin binаsındа şifahi məhkəmə iclаsındа bахаrаq müəyyən еtdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 1 saylı Bakı DOST Mərkəzinə qarşı pensiya tələbi barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 1 saylı Bakı DOST Mərkəzi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı əvəz olunmuşdur. İddiaçının “iddiaçının pensiya hüququnun yarandığı 04.11.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh əmək pensiyasının təyin olunaraq hesablanmasının müraciət etdiyi gündən, yəni 12.05.2019-cu il tarixdən etibarən dəfələrlə müraciətdən sonra 16 iyun 2020-ci il tarixində cavab yazmışdırlar. xx xxxxxx 1954-cü ildə doğulmuşdur və qanunvericliyin icazə verdiyi halda yaşa görə pensiya hüququndan istifadə edib pensiya almaq istəmişdir. Belə ki, pensiya yaşı 2019-cu ildə 65 yaşı olduğuna görə pensiyaya çıxmalı idi. Lakin, 1971-ci ildən matros kimi əmək fəaliyyətinə başladığından və 2006-ci ilə qədər müxtəlif sahələrdə əmək fəaliyyətində olmağına baxmayaraq ümumilikdə 26 il staj olduğunu bildirmişdir. 2006-cı ildən səhhətində yaranan problemlərlə bağlı əmək fəaliyyətini davam etdirə bilməmişdir. Müraciətinə əsasən, işlədiyi bütün idarə və müəssisələrdən arayış təqdim edilməsi tələb edilmişdir. Doğrudur, bir neçə idarədən belə bir arayış ala bilsə də əsas iş yeri olan Azərbaycan Dəmir Yolları İdarəsindən arayış almamışdır. İdarədən dedilər ki, bütün sənədlər itirilmişdir. Əlindəki əmək kitabçasını təqdim edərək, ən azı 26-27 il əmək stajına malik olduğunu qeyd edir. Məsələ barəsində dəfələrlə müraciət etməsinə baxmayaraq sonuncu dəfə 16 iyun 2020-ci il tarixdə email poçtuna cavabdeh tərəfindən imtina məktubu göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1231/2021 saylı, 22.09.2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1231/2021 saylı, 22.09.2021-ci il tarixli qərarının ləğv olunması, iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır. Apellyasiya baxışı zamanı əvvəkli məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəqiqləşdirilməsi barədə ərizə təqdim etmişdir. Ərizə icraata qəbul edilmişdir. Apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1231/2021 saylı, 22.09.2021-ci il tarixli qərarının ləğv olunmasını, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1231/2021 saylı, 22.09.2021-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. Məhkəmə kоllеgiyаsı tərəflərin izahatlarını dinləyib, işin mаtеriаllаrını yохlаyаrаq, аpеllyаsiyа şikаyətinin dəlillərini аrаşdırаrаq hеsаb еdir ki, аpеllyаsiyа şikаyəti təmin еdilməli, birinci instаnsiyа məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir. İş materiallarında olan: - Щ 022511 nömrəli Diplomundan görünür ki, iddiaçı 1971-ci ildən 1975-ci ilə kimi Bakı Sovet Ticarət Texnikumunda təhsil almışdır. - İddiaçı xx.xx.1954-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. - əmək kitabçasının surətindən görünür ki, iddiaçı 1974-cü ildə əmək fəaliyyətinə başlamış və 2011-ci ilədək müxtəlif müəssisə və peşələrdə işləmişdir. - Milli Arxiv İdarəsinin 31.08.2020-ci il tarixli, 5/1344 saylı məktubuna əsasən “Qalam” Kooperativinin, “Dam Ekspo” Kiçik müəssisəsinin, “Avto LTD” firmasının və "xxxx" BM-nin arxiv sənədlərinin Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilmədiyini bildirmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı İddiaçı (FİN xxxxxxx) 01.07.1993-cü il tarixdən 31.08.1993-cü il tarixədək “Qalam” kooperativində, 01.10.1993-cü il tarixdən 31.10.1996-cı il tarixədək “Dam Ekspo” kiçik müəssisəsində, 21.11.1996-cı il tarixdən 01.12.1998-cı il tarixədək “Avto LTD” firmasında, 01.12.1998-ci il tarixdən 01.04.2001-ci il tarixədək "xxxx" birgə müəssisəsində çalışdığına iddia edir. (Qeyd edilən müəssisələrn VÖEN-ini əldə etmək mümkün olmamışdır.) İşə tam, hərtərəfli və obyektiv baxılmasını təmin etmək məqsədilə, Azərbaycan Respublikası statistik vahidlərin Dövlət reyestrində “Qalam” kooperativi, “Dam Ekspo” kiçik müəssisəsi, “Avto LTD” firması, "xxxx" birgə müəssisəsi hüquqi şəxslərinə dair məlumatların mövcud olub-olmaması, müəssisələrin dövlət qeydiyyatından keçmə tarixi, fəaliyyət dövrü və digər məlumatların təqdim edilməsi ilə bağlı Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinə müraciət etmişdir. - Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialına ünvanladığı cavab məktubunda göstərilmişdir: “1996-cı ildə yaradılmış Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində “X3”na, "xxxx"xxxx"xxxx" QSC-yə, “Məcras" MMC-yə, “TTK-7” Lənkəran su tikinti müəssisəsinə, Lənkəran “ATP-1”-ə, “Azərmeliorasiya Su Tikinti Baş İdarəsi”nə, "xxxx"xxxx"xxxx" şirkətinə, “Sahib” istehsal-kommersiya kiçik müəssisəsinə, “Wakefield İnspection Services-BAKU LTD”-yə, "4 N-li Bakı ANK"-yə, “Qalam" kooperativinə, “Avto LTD” firmasına və “Mərd Petrol" birgə müəssisəsinə dair məlumat mövcud deyildir. "xxxx" MMC 11 iyun 1997-ci il tarixindən, “Bakı Quraşdırma İşəsalma Sazlama" müəssisəsi 05 may 1997-ci il tarixindən, “Azərkəndtikinti" SMD 29 sentyabr 1996-cı il tarixindən, “Qələbə” Xarici-iqtisadi Assosiasiyası 18 iyul 1996-cı il tarixindən, “AZFA” firması 20 may 1997-ci il tarixindən, “DAM Ekspo” kiçik müəssisəsi 18 iyun 1996-cı il tarixindən, “Dövlət Metallurgiya Şirkəti Hesablama Mərkəzi” 04 sentyabr 1997-ci il tarixindən, Lənkəran “Avtomobil məktəbi (hazırda “Hərbi Vətənpərvərlik və X4" Məhdud Məsuliyyətli Cəmiyyətinin Lənkəran şəhər 1 nömrəli filialı) 03 iyul 1996-cı il tarixindən, “Azəri Kayalar Azərbaycan Türkiyə Müştərək müəssisəsi” 25 avqust 1998-ci il tarixindən və "xxxx" ASC 27 iyun 1996-cı il tarixindən Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyatdadır. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində “Lukoyl-Çıraq" Əməliyyat Şirkəti” MMC 01 iyul 1996cı il tarixindən 11 avqust 1999-cu il tarixinədək qeydiyyatda olmuş, “Nikoyl" Azərbaycan- Rusiya qapalı tipli səhmdar investisiya cəmiyyəti (sonradan "xxxx" Qapalı Səhmdar Cəmiyyəti) 23 sentyabr 1997-ci il tarixindən, "xxxx" çoxsahəli şirkət (hazırda "xxxx" MMC) 12 fevral 1997-ci il tarixindən və "xxxx" Azərbaycan Türkiyə birgə müəssisəsi 12 dekabr 1997-ci il tarixindən qeydiyyatdadır. Bununla yanaşı nəzərinizə çatdırırıq ki, statistik vahidlərin Dövlət reyestrində müəssisələrlə bağlı məlumatların axtarışı Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qeydiyyat zamanı hüquqi şəxsə təqdim olunmuş vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) və yaxud da Dövlət Statistika Komitəsi tərəfindən təqdim olunmuş statistik identifikasiya kodu vasitəsi ilə həyata keçirilir. Belə ki, müəssisənin yalnız “ada” görə axtarışı səhv nəticələrə gətirib çıxara bilər. Qeyd olunanları nəzərə alaraq, gələcəkdə Sizi maraqlandıracaq bu və ya digər müəssisəyə dair məlumatların statistik vahidlərin Dövlət reyestrində axtarışının dəqiq aparılması üçün onun vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin (VÖEN) və yaxud statistik identifikasiya kodunun təqdim olunmasını, bunların heç biri olmadığı halda isə hüquqi şəxslərin qeydiyyat orqanı olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət etməyiniz xahiş olunur.” - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X6 üzrə Baş İdarəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialına ünvanladığı məktubunda göstərilmişdir: “20.08.2021-ci il tarixə olan uçot baza məlumatlarına əsasən “Qalam” kooperativi və “Dam Eskpo” kiçik müəssisəsi adlı kommersiya hüquqi şəxsləri aşkar edilməmişdir. 18.02.1999-cu il tarixdən vergi orqanında qeydiyyatdan keçən “Avto LTD” firması və "xxxx" Azərbaycan Türkiyə Birgə Müəssisəsinin (VÖEN **********) təşkilatı-hüquqi formasını dəyişməsi və hüquqi varisinin olması barədə məlumat müəyyən edilməmişdir.” Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının təhsil aldığı dövr 1971- 1975-ci illəri əhatə etsə də, iş materiallarında olan əmək kitabçasından görünür ki, iddiaçı 29.05.1974-cü il tarixdə əmək fəaliyyətinə başlamışdır. Odur ki, 29.05.1974-1975-ci il arasında olan dövr bir dəfə nəzərə alınaraq iddiaçının iş stajına əlavə edilməlidir. Birinci instansiya məhkəməsi "xxxx" Azərbaycan Türkiyə Birgə Müəssisəsinin ********** VÖEN-lə qeydiyyatdan keçdiyini nəzərə alaraq hesab etmişdir ki, iddiaçının həmin müəssisədə 01.12.1998-ci il tarixdən 01.04.2001-ci il tarixədək olan əmək fəaliyyəti onun iş stajına daxil edilməlidir. Beləliklə, iddiaçının əmək kitabçasında olan iş stajı (“Qalam” kooperativi, “Avto LTD” firması və “Dam Ekspo” kiçik müəssisəsində olan iş stajı istisna olmaqla), 1971-ci ildən 29.05.1974-cü ilə kimi təhsil dövrü, həmçinin 01.12.1998-ci il tarixdən 01.04.2001-ci il tarixədək "xxxx" Azərbaycan X1 iş stajı nəzərə alınsa da belə onun ümumi iş stajı 25 ildən az (24 il 06 ay 26 gün) təşkil etmiş olur. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iddiaçının əmək kitabçasında olan iş stajı (“Qalam” kooperativi, “Avto LTD” firması və “Dam Ekspo” kiçik müəssisəsində olan iş stajı istisna olmaqla), 1971-ci ildən 29.05.1974-cü ilə kimi təhsil dövrü, həmçinin 01.12.1998-ci il tarixdən 01.04.2001-ci il tarixədək "xxxx" Azərbaycan X1 iş stajı nəzərə alınsa da belə onun ümumi iş stajı 25 ildən az (24 il 06 ay 26 gün) təşkil etmiş olur. Ona görə də, İddiaçı işlədiyi müəssisələrin, yəni “Qalam” kooperativi, “Avto LTD” firması və “Dam Ekspo” kiçik müəssisəsi adlı kommersiya hüquqi şəxslərin mövcudluğu və iddiaçının 25 il sığorta stajının mövcud olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmadığından, hazırkı iddia tələbi əsassızdır və təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qərarda göstərdiyi nəticə işin hallarına uyğun gəlmədiyindən qərar ləğv edilməli və iş üzrə yeni qərar çıxarılmalı, iddia təmin olunmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1dək hər il 6 ay artırılır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş 23.09.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanununun 67-ci maddəsinin “ğ” bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, həbslə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının 24 il 06 ay 26 gün iş stajının olması işin mübahisə olunmayan halıdır. Eyni zamanda kollegiya qeyd edir ki, iddiaçının 21.11.1996-01.12.1998-ci illərdə “Avto TLD” firmasında çalışdığı müddət də onun iş stajına əlavə olunmalıdır. Belə ki, "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 69-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cü bəndinə əsasən əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçalarına yalnız o halda zərurət yaranırdı ki, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmasın. Əsasnamənin 25-ci bəndində tələb olunur ki, əmək kitabçasında olan qeydlər, həmin əmək kitabçasının doldurulma gününə qüvvədə olan idarə, müəssisə və təşkilatlarda əmək kitabçalarının doldurulma qaydaları barədə təlimatın tələblərinə müvafiq olaraq aparılmalıdır. Əgər əmək kitabçasında və digər sənədlərdə aparılan qeydlər müəyyən edilmiş qaydalara tam riayət edilməklə aparılmamışsa, bu halda onların əmək stajının təsdiqi üçün əsas kimi qəbul edilməsinin mümkünlüyü məsələsini pensiya təyin edən orqan həll edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın 3.1-ci maddəsinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə iki hissəyə – Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin Qaydaların 3.2-ci bəndinə görə bu Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Qaydaların 3.2.1-ci bəndinə görə qazanılmış əmək pensiyası hüququnun PAS-a daxil edilməsi üçün əsaslardan biri də əmək kitabçasıdır. İş materiallarında olan iddiaçının əmək kitabçasında onun 21.11.1996-01.12.1998-ci illərdə “Avto LTD” firmasında işləməsi qeyd olunmuş, qeyd qanunvericiliklə nəzərdə tutulmuş qaydada işəgötürən tərəfindən imzalanmış və müəssisənin möhürü ilə təsdiq olunmuşdur. Eyni zamanda qeyd olunmalıdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X6 üzrə Baş İdarəsinin cavabdehə ünvanladığı məktuba əsasən müəyyən edilmişdir ki, “Avto LTD” firması həqiqətən də mövcud olmuşdur Belə olan halda iddiaçının “Avto LTD” firmasında işlədiyi 02 il 10 gün onun mübahisə olunmayan iş stajına əlavə olunduğundan iddiaçı 25 ildən artıq iş stajına malik olur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı 25 il sığorta stajına malik olduğundan ona pensiya hüququnun yarandığı 04.11.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1231/2021 saylı, 22.09.2021-ci il tarixli qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1231/2021 saylı, 22.09.2021-ci il tarixli qərarı ləğv olunsun. İş üzrə yeni qərar qəbul olunsun. İddiaçı iddiası təmin edilsin. İddiaçı pensiya hüququnun yarandığı 04.11.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə olunsun. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(103)-745/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-745/2022
13.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver