Məhkəmə qərarları › İş №2-1(103)-745/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-745/2024

04.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-745/2024 04.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), XN və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-N05N9/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırılmışdır: “...xx.xx.N992-ci ildə N () nömrəli hərbi hissə komandirinin N nömrəli əmri ilə 4-cü batalyonun şəxsi heyətinin siyahısına daxil edilməklə bütün müavinətlərlə təmin edilərək əsgər vəzifəsinin icrasına başlamışdır. xx.xx.N994-cü ildə hərbi xidmət dövründə ciddi travma almış, bu travmanı (əsas: AR MN Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2022-ci il tarixli 2743 nömrəli arayış) Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Hərbi xidmət etdiyi dövrdə AR SQ-nin vahid mərkəzləşmiş ordusu tam formalaşmamışdır. Bu səbəbdən müəyyən formada bir sıra hərbi qulluqçuların xidməti sənədlərinin qeydiyyatı əksər hallarda düzgün aparılmırdı. Bu səbəbdən hazırda onun xidməti barədə mərkəzi arxivdə məlumat yoxdur. xx.xx.N994-cü ildə Kəlbəcər rayonunun müdafiəsi zamanı “hər iki pəncə barmaqlarının İ-İİ-İİİ-cü dərəcəli donması diaqnozu” ilə Bakı şəhəri Səhiyyə şöbəsinin M.Ə.Əfəndiyev adına 2 saylı şəhər klinik xəstəxanasının 2- ci cərrahiyə şöbəsinə gətirilmiş, sağ pəncənin İ barmağının əsas falanqası səviyyəsində amputasiyası olmuşdur. Onun xx.xx.N994-cü ildən xx.xx.N994-cü ilə kimi Bakı şəhəri Səhiyyə şöbəsinin M.Ə.Əfəndiyev adına 2 saylı şəhər klinik xəstəxanasında aldığı müalicə birbaşa Kəlbəcər rayonunun müdafiəsi zamanı aldığı “Hərbi travma olmaqla, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” əsası ilə şəhadətləndirilmişdir. 2023-cü ildə AR Müdafiə Nazirliyinə müharibə veteranı və vəsiqəsinin verilməsi ilə bağlı müraciət etsə də xx.xx.2023-cü il tarixli 4/3396N nömrəli məktubla müraciətinə imtina edilmişdir. Rəsmi müraciətinə imtina səbəbi kimi — Azərbaycan Respublikası Müdafiə nazirinin katibliyinin mərkəzi arxivinin xx.xx.2022-ci il tarixli 4/2-532N nömrəli arayışına əsasən, döyüş əməliyyatları aparılan dövrdə hərbi hissəni özbaşına tərk etməyi və xx.xx.N994-cü il tarixdə hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmadığına görə kimi qeyd edilmişdir. Cavabdeh tərəfindən qəbul edilmiş bu imtina qərarı qanuna zidd və qeyri obyektivdir. Belə ki, xx.xx.N994-cü ildə Kəlbəcər rayonunun müdafiəsi zamanı aldığı travma hərbi travma olmaqla, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Həmçinin, xx.xx.N994cü il tarixdə o, N saylı hərbi hissədən N saylı hərbi hissəyə göndərilmiş, elə travmanı da N saylı hərbi hissədə xidmətdə olduğu vaxt almışdır. N saylı hərbi hissə bildirir ki, onun belə bir əsgəri olmamışdır. Bununla belə qeyd etdiyi halı hərbi bilet əvəzinə ona verilmiş olan arayış təsdiq edir. Həmin arayışdan da görünür ki, o, hərbi xidmətdən yayınmamış, buna baxmayaraq 2022ci ildə öyrənmişdir ki, həmin vaxt fərari elan edilərək axtarışa verilmiş, nəticədə “məsuliyyətə" cəlb edilmiş, sonradan amnistiyaya düşərək məsuliyyətdən azad edilmişdir. Hərbi xidmətdən yayınmaq niyyəti olsa idi, digər hərbi hissədə xidmət etməzdi, ən əsası da hal-hazırkı vəziyyətdə olmazdı. Belə ki, xidmət dövründə o, yuxarıda qeyd etdiyi xəsarətləri almış və sağlamlığından olmuşdur. xx.xx.200N-ci il tarixdə verilmiş 23 nömrəli hərbi bilet əvəzinə verilmiş arayışdan da görünür ki, o, artıq xx.xx.N994-cü il tarixdə xidmətə yararsız idi...” Cavabdeh iddia ərizəsinə qarşı yazılı etirazında iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: «…Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiyasının imtina məktubunda qeyd olunmuşdur ki, Mərkəzi Arxivin xx.xx.2022-ci il tarixli arxiv arayışına əsasən döyüş əməliyyatları aparılan dövrdə iddiaçı hərbi hissəni özbaşına tərk etdiyindən və xx.xx.N994-cü il tarixində hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmadığından, ona “müharibə veteranı” adının verilməsindən imtina olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş “müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci bəndinnin “Qeyd” hissəsinə əsasən Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə “müharibə veteranı” adı verilə bilməz. Azərbaycan Respublikası Milli Məclisin xx.xx.N997-ci il tarixli 383-İ QR Qərarın 9-cu bəndinə əsasən: “... Qərarın qüvvəyə mindiyi günədək hərbi hissədən, qulluq yerindən özbaşına getmiş, fərarilik etmiş şəxslər hərbi uçota qəbul edilməli, onların xidmət müddətləri Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət müddətinə hesablanmamalıdır.” Həmin Qərarda göstərilmişdir ki, ... törətdikləri cinayətlərə dair təhqiqat və istintaq edilən bütün işlərin və məhkəmələr tərəfindən baxılmamış işlərin icraatına xitam verilsin, materiallar üzrə isə cinayət işlərinin başlanması rədd edilsin…» Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-N05N9/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: «…Məhkəmənin qərarı əsassız, qeyri-qanuni və qeyri obyektivdir. Belə ki, cavabdeh qeyd edirki, güya o döyüş əməliyyatları aparılan dövrdə hərbi hissəni özbaşına tərk etmişdir, əgər belədirsə, onda bir sual yaranır, xx.xx.N994-cü ildə Kəlbəcər rayonunun müdafiəsi zamanı “hər iki pəncə barmaqlarımın İ-İİ-İİİ-cü dərəcəli donması diaqnozu nəyə əsasən qoyulub? Bu sualın cavabı bir mənalı olaraq, mübahisəsiz olaraq hərbi xidməti zamanı Kəlbəcər rayonunun müdafiəsi zamanı baş vermişdir. Cavabdeh müraciətinə ikinci imtina səbəbi kimi qeyd edir ki, xx.xx.N994-cü il tarixdə hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmamışdır, əgər belədirsə onda ikinci sual yaranır, - Kəlbəcər rayonunun müdafiəsi zamanı aldığı hərbi travma və xx.xx.N994-cü ildən xx.xx.N994-cü il tarixlərində xəstəxanada müalicə almağı və hər iki pəncə barmaqlarının İ-İİ-İİİ-cü dərəcəli donması diaqnozu əsasında cərrahiyyə əməliyatı necə baş verib və ən əsas da AR MN-nin Hərbi həkim komisiyası nəyin əsasında aldığı trafmanı “Hərbi travma olmaqla, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi qeyd edib? Kəlbəcər rayonunun müdafiəsində döyüşlərdə iştirak etməyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin tələblərinə əsasən ona “Müharibə veteranı” statusu verilməlidir. Həmçinin məhkəmənin nəzərinə çatdır ki, xx.xx.N994-cü il tarixdə N saylı hərbi hissədən N saylı hərbi hissəyə göndərilmiş, elə travmanı da N saylı hərbi hissədə xidmətdə olduğu vaxt almışdır. İşin qəribə tərəfi də budur ki, N saylı hərbi hissə də deyir ki, onun belə bir əsgəri olmamışdır. Bununla belə qeyd etdiyi halı hərbi bilet əvəzinə ona verilmiş olan arayış təsdiq edir. Həmin arayışdan da görünür ki, o hərbi xidmətdən yayınmamış, buna baxmayaraq 2022-ci ildə öyrənmişdir ki, həmin vaxt fərari elan edilərək axtarışa verilmişdir, nəticədə “məsuliyyətə” cəlb edilmiş, sonradan amnistiyaya düşərək məsuliyyətdən azad edilmişdir. Qeyd edilən hallarla razılaşmır, hərbi xidmətdən yayınmaq niyyəti olsa idi, digər hərbi hissədə xidmət etməzdi, ən əsası da hal-hazırki vəziyyətdə olmazdı, Belə ki, xidmət dövründə o yuxarıda qeyd etdiyi xəsarətləri almış və sağlamlığından olmuşdur. xx.xx.200N-ci il tarixdə verilmiş 23 nömrəli hərbi bilet əvəzinə verilmiş arayışdan da görünür ki, o artıq xx.xx.N994-cü il tarixdə xidmətə yararsız idi. Beləliklə birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normaları pozmuş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, nəticədə qanunsuz və əsassız qərar qəbul etmişdir...” Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə xəbərdar edilmiş cavabdeh (nümayəndəsi) məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 62-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştiriakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin: N-ci hissəsinin 3-cü abzasına görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılır; 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən təsdiq edilir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müharibə veteranlarının vahid informasiya bazasını yaratmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində müharibə veteranlarının reyestrini elektron formada aparır. Müharibə veteranlarının reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli, 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında» Əsasnamənin N-ci hissəsinin N-ci bəndinin səkkizinci yarımbəndinin hazırda qüvvədə olan müddalarına əsasən müharibə veteranı adı: -Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət(yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir... Qeyd. N. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur. «Veteranlar haqqında» Qanundan və Əsasnamənin adıçəkilən qeydlərindən göründüyü kimi, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsi verilə bilməz. Konkret halda da iş materiallarında olan, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun xx.xx.2023-cü il tarixli 3-3/2- 7334/2023 nömrəli məktubuna əsasən müəyyən olunur ki, “vətəndaş İddiaçı barəsində amnistiya qərarının tətbiq edilməsinə dair xx.xx.2000-ci il tarixli müraciəti əsasında «Hərbi cinayətlər törətmiş şəxslər barəsində Dövlət müstəqilliyi günü münasibətilə amnistiya haqqında» Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.N997-ci il tarixli qərarının N.N və N.6-cı bəndlərinə əsasən xx.xx.2000-ci il tarixdə Respublika Hərbi Prokurorluğu tərəfindən onun barəsində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Qeyd olunanlardan göründüyü kimi, iddiaçı hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmamış, xidmət yerini özbaşına tərk etmiş, bununla bağlı başlanmış cinayət işi bəraətverici əsaslara görə deyil, amnistiya aktına əsasən rədd edilmişdir. Bundan əlavə, iddiaçı N saylı hərbi hissədə xidmət keçməsi və xəsarət almasını iddia etsə də, iş materiallarına əsasən onun Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəb əlaqəsi ilə əlillik dərəcəsinin mövcudluğu da müəyyən edilmir, hazırkı mərhələdə də müvafiq əlillik sənədi məhkəməyə təqdim olunmamışdır. Eyni zamanda, qeyd olunmalıdır ki, hərbi hissə komandirinin N2 fevral N994-cü il tarixli 3N6 nömrəli əmri də hazırda qüvvədədir. İddiaçının hərbi hissəni özbaşına tərk etdiyinə görə xx.xx.N994-cü il tarixdən şəxsi heyətin siyahısından, bütün müavinətlərdan çıxarılması barədə N nömrəli hərbi hissə komandirinin N2 fevral N994-cü il tarixli 3N6 nömrəli əmri də hazırda qüvvədədir. İşə əlavə olunmuş həmin əmrdən isə məlum olur ki, iddiaçı xx.xx.N994-cü ildə N saylı hərbi hissəyə göndərilməmiş, N994-cü ilin fevral ayında onun xidmət yeri N saylı hərbi hissə olmuşdur. Beləliklə də, tədqiq olunan sübutlarla müəyyən olunan hallar və «Veteranlar haqqında» Qanunun, eləcə də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnamənin qeyd olunan tələbləri baxımından, iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak edən şəxs kimi müharibə veteranı adı və vəsiqəsi verilməsini istisna edilir. Qeyd olunanlar onu demyə əsas verir ki, cavabdeh tərəfindən iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina olunması işdə olan sənədlərə və qanunvericiliyiin tələblərinə uyğundur. Belə olan halda cavabdehin imtinası iddiaçının hüquqlarını pozması kimi qiymətləndirilə bilməz. İPM-nin 73.N-ci maddəsinin tələbinə görə o halda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması qanunazidd olsun və iddiaçının hüquqlarını pozmuş olsun. Birinci instansiya məhkəməsinin qərarından da görünür ki, məhkəmə tərəfindən işdə olan sübutlara maddi hüquq normaları baxımından düzgün hüquqi qiymət verilmiş, iddianın rədd olunması barədə düzgün nəticəyə gəlinmişdir. Ona görə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən qanunsuz, əsassız və qeyri-obyektiv qərar qəbul edildiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-N05N9/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirildməən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə və İPM-in 69, 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının apellyasiya təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-N05N9/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirildməən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən bir ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi N4, NN93-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar