Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-745/2025 14.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Nigar Xeyrulla qızı və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “mənzil növbəsinə götürülmə” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10410/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat : İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 1-ci qrup gözdən əlill, yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi nəzərə alınmaqla mənzil növbəsinə uçota alınmağı və mənzillə təmin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçıya 2015-ci ildə hər iki gözünün görmə itiliyinin korreksiyası ilə müddətsiz olaraq İİ dərəcəli əlillik təyin edilmişdir. Daha sonra 2017-ci ildən etibarən hər iki gözünün görmə itiliyinin pozulması səbəbindən müddətsiz olaraq ona İ dərəcə əlillik təyin edilmişdir. Hazırda heç bir yaşayış yeri yoxdur. Hazırda arvadı ilə kirayədə yaşayır. Aylıq pensiya məbləği 300 manat təşkil edir. Prezident təqaüdü alır. Hər ay 350 manat kirayə pulu ödəyir. Bundan əlavə, xəstəliyi ilə əlaqədar olaraq müəyyən dərmanlar qəbul edir və pensiya məbləği bunlara kifayət etmir. Onun yaşayış sahəsinə ehtiyacı vardır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10410/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri və məhkəmə icraatı iştirakçılarının izahatları Apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı birinci instansiya məhkəməsində izahatında bildirmişdir ki, o, xx xxxxxx 1954-cü ildə Cəlilabad rayonunda anadan olmuşdur. Ona 2015-ci ildə hər iki gözünün görmə itiliyinin korreksiyası ilə müddətsiz olaraq İİ dərəcəli əlillik təyin edilmişdir. Daha sonra 2017-ci ildən etibarən hər iki gözünün görmə itiliyinin pozulması səbəbindən müddətsiz olaraq ona İ dərəcə əlillik təyin edilmişdir. Onun hazırda heç bir yaşayış yeri yoxdur. Həyat yoldaşı ilə birlikdə kirayədə yaşayırlar. Hər ay 350 manat kirayə pulu ödəyir. Aylıq pensiya olaraq 300 manat alır. Habelə Prezident təqaüdü alır. Bundan əlavə, xəstəliyi ilə əlaqədar olaraq müəyyən dərmanlar qəbul edir və onun pensiya məbləği bunlara kifayət etmir və onun yaşayış sahəsinə ehtiyyacı vardır. İddiaçı gözdən əlilliyi olan şəxs kimi mənzil növbəsinə düşməklə mənzillə təmin edilməyi üçün Bakı şəhəri, Cavabdehnə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmiş. Lakin cavab olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli sərəncamına istinad edilərək bundan imtina edilmişdir. Halbuki, adı qeyd edilən sərəncamdakı hallar iddiaçının gözdən əlil olan şəxs kimi sərəncamın təsiri altına düşür və iddiaçının mənzil təminatının həyata keçirilməsinə əsasdır. Birinci instansiya məhkəməsində iddiaçının 1-2 ildir ki, Bakı şəhərində yaşaması və Cəlilabad rayonunda ona məxsus evinin olması barədə qətnamədə qeyd edilən fikir əsassızdır. Halbuki, iddiaçı izahatında 5 ildən çoxdur ki, Bakı şəhərində yaşadığını və Cəlilabad rayonunda ona məxsus evinin olmadığını bildirmişdir. Həmçinin qətnamədə iddiaçıya Bakı şəhəri Yasamal Bələdiyyəsi tərəfindən heç bir torpaq sahəsinin ayrılmadığını, iddiaçının hazırda qeydiyyatda olduğu mənzilin X1 adına olduğu qeyd edilmişdir. Qeyd edilməlidir ki, hər iki hal, yəni iddiaçıya məxsus heç bir torpaq sahəsinin olmaması və oğlunan adına olan mənzildə qeydiyyatda olması həqiqətən də iddiaçının Bakı şəhəri üzrə heç bir mənzilə mülkiyyət hüququnun olmadığını bir daha təsdiq edir. Habelə iddiaçıya heç bir torpaq sahəsinin ayrılmaması və iddiaçının oğlunun adına olan evdə qeydiyyatda olması onun mənzil növbəsinə götürülməsi ilə bağlı tələbinin rədd edilməsi üçün əsas ola bilməz. Göründüyü kimi iddiaçı sosial müdafiəyə ehtiyyacı olan şəxslər kateqoriyasına daxildir. İddiaçı bu barəsə sübutları birinci instansiya məhkəməsi təqdim etmişdir. Lakin birinci instansiya məhkəməsi qeyd edilən halı nəzərə almamışdır. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətini müdafiə edərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi isə apelyasiya şikayətinin əsassız olduğunu, qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apelyasiya şikayətini iş materialları ilə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İşin müəyyən edilmiş hallarından aydın olur ki, İddiaçı 1-ci qrup gözdən əlil kimi mənzil növbəsinə götürülməsi üçün cavabdeh Bakı şəhəri Cavabdehnə müraciət etmiş, lakin cavabdeh 04 iyun 2024-cü il tarixli məktubla iddiaçının son 5 il müddətində Yasamal rayonu ərazisində daimi qeydiyyatı olmadığından imtina etmişdir. Bundan sonra iddiaçı hazırkı tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməməsi ilə yekunlaşmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi yekun nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 27 avqust 2009-cu il tarixli 153 nömrəli Fərmanının 1.3.7-ci yarımbəndinə əsasən həmin Məcəllənin 51.7-ci maddəsində nəzərdə tutulmuş vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydasının Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə həvalə edilmişdir. (Lakin hazırkı tarixədək müvafiq qaydalar müəyyən edilməmişdir.) Azərbaycan SSR Nazirlər Sovetinin 14 oktyabr 1983-cü il tarixli 418 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaları”:
1. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürmək, növbə müəyyən etmək və yaşayış sahələri vermək məsələlərinə dair komissiyanın təklifləri müvafiq yerli xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən müzakirə və təsdiq edilir.
2. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanlar - mənzil tikinti kooperativlərinin üzvləri, şəxsi mülkiyyətində yaşayış evi olan vətəndaşlar və bu evlərdə yaşayan başqa vətəndaşlar ümumi əsaslarla uçota götürülür və yaşayış sahələri ilə təmin edilirlər.
4. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçotuna həmin yaşayış məntəqəsində müddəti rayon, şəhər (respublika və vilayət tabeli şəhər) xalq deputatları Sovetləri tərəfindən müəyyən edilən vaxt ərzində daimi yaşayan şəxslər götürülürlər.
6. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar, bir qayda olaraq, yaşayış yerində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsində uçota götürülürlər; Azərbaycan Respublikası Konstitusiyasının Keçid Müddəalarının 6-cı bəndinə görə Azərbaycan Respublikasının qanunvericiliyi yerli xalq deputatları sovetlərinə aid edilmiş səlahiyyətləri yerli icra hakimiyyəti orqanları həyata keçirir. Bakı Şəhər Xalq Deputatları Soveti 4-cü sessiyasının 8 aprel 1988-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”:
8. Mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hesab edilmiş vətəndaşlar yaşayış yerində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna bu şərtlə götürülürlər ki, azı son beş il ərzində Bakı şəhərində yaşamış olsunlar və daimi pasport qeydiyyatında olsunlar. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Maddə 48. Sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələri 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktlarıilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir.48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzilfondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. Maddə 49. Yaşayış sahəsinin ayrılma norması və yaşayış sahəsinin uçot norması 49.5. dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün uçotnorması müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bələdiyyə mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün isə uçot norması müvafiq bələdiyyə tərəfindən müəyyən edilir. Bu normanın ölçüsü həmin orqanın və ya bələdiyyənin müəyyən etdiyi ayrılma normasının ölçüsündən artıq ola bilməz.Maddə 51. Yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçota alınması. 51.1. bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayəmüqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir.51.2. yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-cimaddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.3. vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onlarınyaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri əsasında həmin orqan tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 51.5. uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanıhəyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. Maddə 53. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtina . 53.1. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinayaaşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdimedilmədikdə (bu Məcəllənin 51.4-cü maddəsinin üçüncü və dördüncü cümlələrinin tələbləri nəzərə alınmaqla); 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaqhüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. 53.2. Uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsindənəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır.53.3. Uçota alınmaqdan imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günümüddətində uçota alınma haqqında müvafiq ərizə vermiş vətəndaşa təqdim edilir və ya göndərilir və həmin qərardan onun tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli, 648 nömrəliFərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamə: ...... 3.9.6-cı bənd. yerli icra hakimiyyəti başçıları dövlət mənzil fondunun yaşayış vəqeyriyaşayış sahələrinin saxlanılmasını və idarə olunmasını təşkil edir, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirir.6.8-ci bənd. yerli icra hakimiyyətinin başçısı konkret (birdəfəlik) təşkilati, nəzarət vəya sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə və ya digər birdəfəlik tətbiq halları üçün qeyri-normativ hüquqi aktlar qəbul edir. Qeyri-normativ hüquqi aktlar sərəncam və ya əmrlər formasında qəbul edilir. İş materiallarından olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı adına qeydiyyat keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. İddiaçının hazırda qeydiyyatda olduğu mənzil X1 mülkiyyətindədir. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsi qənaətinə o əsasla gəlmişdir ki, ... Birincisi, iddiaçı özünün də məhkəmə iclasında bildirdiyi kimi, 1-2 ildir ki, Bakı şəhərində yaşayır, Cəlilabad rayonunda evi vardır. İkincisi, iddiaçının ailə üzvünün (oğlunun) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş, ümumi sahəsi 50.1 kv.m. mənzil vardır. İddiaçı həmin mənzildə qeydiyyatdadır. Kollegiya qeyd edir ki, Azərbaycan SSR Nazirlər Sovetinin 14 oktyabr 1983-cü il tarixli 418 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydalarına mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hesab edilmiş vətəndaşlar yaşayış yerində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna bu şərtlə götürülürlər ki, azı son beş il ərzində Bakı şəhərində yaşamış olsunlar və daimi pasport qeydiyyatında olsunlar. Lakin hazırkı işin hallarından isə iddiaçının beş ildən daha az müddətdə Bakı şəhərində qeydiyyatda olduğu müəyyən edilir. Eyni zamanda sədrlik edənin sualına cavab olaraq iddiaçı izahatında Cəlilabadda evinin olduğunu, lakin xəstəliyi ilə əlaqədar Bakıda yaşadığını bildirmişdir. Beləliklə, qanunvericiliyin yuxarda sadalanan normaları və işin faktiki halları iddiaçının hazırda yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmasına əsas vermədiyindən cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. İnzibati Prosessual Məcəlləsinin: 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi mübahisələndirilən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq,
qərara aldı:
Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10410/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.