Məhkəmə qərarları › İş №2-1(103)-747/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-747/2023

10.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-747/2023 10.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Bəktaşi Səadət İnayət qızı və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə X5 qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9848/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəmə müraciət edərək, dövlət qulluğu stajının ümumilikdə 32 il 10 ay 27 gün müddətə görə hesablanmasınının aparılmasını və ona təyin edilmiş pensiyanın yenidən hesablanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə təqdim edərək, 05 iyul 1989-22 oktyabr 1993-cü illər üzrə iş stajının dövlət qulluqçusu kimi nəzərə alınaraq əmək pensiyasının yenidən hesablanmasının cavabdehə həvalə edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9848/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı 05 iyul 1989-22 oktyabr 1993-cü illər üzrə iş stajının dövlət qulluqçusu kimi nəzərə alınaraq əmək pensiyasının yenidən hesablanması vəzifəsi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Qərardan narazı qalan cavabdeh inzibati orqan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, icraat materiallarına əlavə edilmiş Azərbaycan Respublikası “X4 xx.xx.2022-ci il tarixli məktubuna əsasən, İddiaçı xx.xx.1989-1993-cü illərdə Azərbaycan SSR Dövlət Aqrar-Sənaye Komitəsi vanında təsərrüfat hesablı nəzarət və uçot şöbəsində işlədiyi dövrlərin dövlət qulluğu stajı kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin “İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”na uyğunlaşdırılması barədə hər hansı məlumat göstərilməmiş, sadəcə məhkəmə qərarları sadalanmışdır. Qeyd edilən məktubda “Azərbalıq” X3 fəaliyyətini tam təsərrüfathesablı, özxərcini ödəmə, özünü malivvələsdirmə və özünü idarə əsasında həyata keçirən müəssisə və təşkilatların birliyi olduğu üçün dövlət orqanı hesab edilmədiyi, bu səbəbdən həmin Konserndə,o cümlədən onun tabeliyində olan idarədə iş müddəti dövlət qulluğu stajı hesablanarkən nəzərə alınmadığı bildirilmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi iddiaçının işlədiyi müəssisənin təsərrüfat hesablı olmasını nəzərə almamış, digər şəxsə aid məhkəmə qərarını əsas götürərək (iddiaçıların işlədikləri müəssisələr eyni quruma tabe olsa da fərqli müəssisələrdir) iddianı təmin etmişdir. Tərəflərin izahatları : Məhkəmə kollegiyasının iclasında cavabdeh tərəf apelyasiya şikayətini müdafiə edərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinin qanunsuz və əsassız olduğunu bildirərək təmin edilməməsini, qərarın qüvvədə saxlanılmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı hazırkı məhkəmə iclasına gəlməmiş, habelə gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlməyən iddiaçının iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. İşin müəyyən edilmiş hallarından aydındır ki, iddiaçının 31 dekabr 2021-ci il tarixdə pensiya hüququ yaranmışdır və onun təqdim etdiyi sənədlərə əsasən Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ona 21 il 5 ay staj tətbiq edərək pensiya hesablamışdır. İddiaçı isə hazırkı tələblə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 05 iyul 1989 - 22 oktyabr 1993-cü illər üzrə iş stajının dövlət qulluğu stajı kimi nəzərə alınaraq əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyilə razılaşır, işə şikayət həddində, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında mahiyyəti üzrə baxaraq hesab edir ki, məhkəmənin sözügedən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Kollegiya qeyd edir ki, iddiaçının dövlət qulluğunda iş stajının 21 il 05 ay nəzərə alınması işin mübahisələndirilməyən haldır. İddiaçının tələbi və cavabdehin mübahisələndirdiyi dövr iddiaçının xx.xx.1989-cu il tarixdən xx.xx.1993-cü il tarixədək Azərbaycan SSRİ X7 komitəsi yanında təsərrüfat hesablı uçot və nəzarət sektorunda böyük təftişçi mühasib vəzifəsində işlədiyi müddətlə bağlıdır. Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən verilmiş arayışın surətindən görünür ki, 1989-1993-cü illərdə Azərbaycan SSR X7 Komitəsinin (1991-ci ildə Ərzaq və Kənd Təsərrüfatlı Nazirliyi, 1993-cü ildə Kənd Təsərrüfatı Nazirliyi) təsərrüfat hesablı Nəzarət və uçot şöbəsində işlədiyi müddətə münasibətdə bildirmişdir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1981)-713/2016 nömrəli, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1(103)-1423/2016 nömrəli və Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 yanvar 2017-ci il tarixli 2-1(102)-155/2017 nömrəli qərarları ilə həmin şöbənin bilavasitə Komitənin, sonradan isə Nazirliyin strukturunda mövcud olduğu müəyyən edilmiş və həmin şöbədə iş müddətinin dövlət qulluğu stajı kimi tanındığını bildirmişdir. İş materiallarında olan oxşar mübahisə üzrə qəbul edilmiş və yuxarı instansiya məhkəmələri tərəfindən qüvvədə saxlanılmış qərarların surətindən müəyyən edilir ki, Azərbaycan SSR Nazirlər Sovetinin Balıqçılıq Təsərrüfatı İdarəsi 1988-ci ildə ləğv edilərək Azərbaycan Respublikası X7 Komitəsinə (DASK) birləşdirilmiş, bu İdarə isə Azərbaycan SSR Nazirlər Sovetinin İdarəsi olmuş, sonra isə Dövlət Komitəsi ilə birləşdirilmişdir. Bu Komitə 1991-ci ildə ləğv edilərək onun bazasında Azərbaycan Respublikası Ərzaq və Kənd Təsərrüfatı Nazirliyi, 1993-cü ildə isə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yaradılmışdır. Yuxarı instansiya məhkəmələrə bu hallara əsaslanaraq digər vətəndaşın həmin müddətdə işlədiyi vəzifəni dövlət qulluğu kimi tanımışdırlar. X4 məktubunu və iş materiallarında olan oxşar məhkəmə qərarlarını nəzərə alan birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, “məhkəmə qərarlarında (X4 də istinad etdiyi) göstərilən şəxsin eyni müəssisədə işlədiyi müddət dövlət qulluğu kimi nəzərə alındığından, həmin şəxsin vəziyyəti ilə hazırkı işin halları eyni mühüm faktiki hallara malikdir. Buna baxmayaraq cavabdeh inzibati orqan iddiaçı ilə həmin şəxslər arasında ayrıseçkiliyə yol vermişdir”. Azərbaycan Respublikasının Konstitusiyası : İ.Hamı qanun və məhkəmə qarşısında bərabərdir. İİİ.Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. V.Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. İnzibati İcraat Haqqında Qanunun 12-ci maddəsi : 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. İnzibati İcraat Haqqında Qanunun 13-cü maddəsi : 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Qeyd olunanlara əsasən Kollegiya cavabdeh tərəfindən iddiaçının 05 iyul 1989-22 oktyabr 1993-cü illər üzrə iş stajının dövlət qulluğu stajı kimi nəzərə alınmaması faktını cavabdeh tərəfindən iddiaçının hüquqlarının pozulması kimi qiymətləndirir və birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə nəticələnən qərarının qanuni və əsaslı olduğunu bildirir. Cavabdehin apelyasiya şikayətinin dəlillərinə gəldikdə isə Kollegiya qeyd edir ki, cavabdehin dəlilləri tamamilə əsassız olmaqla formal mülahizlərdən ibarətdir. Apelyasiya şikayətində göstərilmişdir ki, “Azərbalıq” X3 fəaliyyətini tam təsərrüfathesablı, özxərciniödəmə, özünümalivvələsdirmə və özünüidarə əsasında həyata keçirən müəssisə və təşkilatların birliyi olduğu üçün dövlət orqanı hesab edilmir, bu səbəbdən həmin Konserndə,o cümlədən onun tabeliyində olan idarədə is müddətinin dövlət qulluğu stajı hesablanarkən nəzərə alınmır. Apelyasiya şikayətində qeyd edilən dəlildən aydın olur ki, cavabdeh tərəfindən məhkəmə araşdırması izlənilməmiş və ya icraatının gedişatına laqeyd yanaşılmışdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı dəqiqləşmə ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, 05 iyul 1989-22 oktyabr 1993-cü illər üzrə iş stajının dövlət qulluğu stajı kimi nəzərə alınmasını xahiş etmişdir. Göründüyü kimi, “Azərbalıq” X1 iddiaçının işlədiyi müddətin dövlət qulluğu stajına daxil edilməsi iddiaçı tərəfindən xahiş edilməmişdir. Hazırkı halda mübahisə mövzusu iddiaçının 05 iyul 1989-22 oktyabr 1993-cü illər ərzində iş stajının dövlət qulluğu stajı kimi hesablanması ilə bağlıdır ki, buda yuxarda qeyd edildiyi kimi birinci instansiya məhkəməsi tərəfindən əsaslı şəkildə əsaslandırılmış və düzgün nəticəyə gəlinmişdir. Beləliklə, yuxarıda sadalanları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallları düzgün qiymətləndirilmiş və işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9848/2022 iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Kamran Əkbərov Səadət Bəktaşi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar