Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-747/2025 20.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Binəqədi qəsəbə Bələdiyyəsi) “torpaq sahəsi üzərində istifadə hüququnun qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədov (sədrlik edən və məruzəçi), Şərafət Asif qızı Məmmədovadan və X5 ibarət tərkibdə, Şirazi Elxan oğlu Eldarzadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X2 iştrakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-463/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları
1. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli **********84 saylı məktubdan görünür ki, iddiaçının Bakı şəhəri, Binəqədi qəsəbəsində yerləşən torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciətinə baxılaraq təmin edilməsindən imtina edilmişdir.
2. Binəqədi qəsəbə bələdiyyəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş sənədlərdən görünür ki, X1 xx.xx.2006-cı il tarixli, 157 nömrəli qərarının surətindən görünür ki, Binəqədi qəsəbəsi ərazisindən 1500 kv.m boş torpaq sahəsi sahibkarlıq fəaliyyəti tikintisi üçün vətəndaş X4 alqı-satqı yolu ilə mülkiyyətinə ayrılmışdır.
3. Təqdim edilmiş sənədlərə Binəqədi qəsəbə bələdiyyəsi tərəfindən tərtib və təsdiq edilmiş torpaq sahəsinin eskizi, həmçini torpaq sahəsinin 6.000000 manat dəyərinin ödənilməsi barədə kassa mədaxil qəbzinin surəti də əlavə edilmişdir.
4. Bakı şəhəri Binəqədi rayonu X1 xx.xx.2006-cı il tarixli, 2401 saylı qərarının surətindən görünür ki, vətəndaş X6 28 fevral 2006-cı il tarixli 157 saylı qərarla sahibkarlıq fəaliyyətinin tikintisi məqsədilə qanunla müəyyən olunmuş qaydada ayrılması rəsmiləşdirilmiş 1500 kv.m torpaq sahəsini vətəndaş İddiaçı adına verilməsini Binəqədi qəsəbə bələdiyyəsindən xahiş etmişdir. X1 ərazi hüdudlarında vətəndaş X3 və İddiaçı razılıq ərizələri və müraciətləri nəzərə alınaraq birincinin istifadəsinə ayrılmış ünvanı cizgidə göstərilən sahibkarlıq fəaliyyətinin tikintisi üçün nəzərdə tutulmuş 1500 kv.m torpaq sahəsinə sahiblik və istifadə hüquqları İddiaçı adına keçirilmişdir. Qeyd olunan torpaq sahəsinin Binəqədi rayonu qəsəbə bələdiyyəsi tərəfindən X3 adına tərtib və təsdiq edilmiş eskiz surətində “vət. İddiaçı adına 1500 kv.m keçib” qeydi aparılmışdır.
5. Torpaqların alqı-satqısına dair aktın notarial təsdiq olunmuş surətindən görünür ki, X1 ərazisində 1500 kv.m torpaq sahəsinin satılması müqabilində X6 tərəfindən bank hesabına əvvəlcədən 6.000.000 manat pul ödənilmişdir (qəbz 675819). Alqı-satqı aktında tarix qeyd olunmamışdır.
6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, X1 xx.xx.2006-cı il tarixli 2401 nömrəli qərarı Bələdiyyələrlə iş mərkəzində aşkar edilməmişdir.
7. Cavabdeh DƏDKR-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, X1 xx.xx.2006-ci il tarixli, 2401 nömrəli qərarı ilə İddiaçı ayrılmış Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində yerləşən 1500 kv.m torpaq sahəsinin qonşuluğunda dövlət reyestrində qeydiyyatdan keçmiş daşınmaz əmlakın aşkar edilmədiyi bildirilmiş, ərazinin ortofoto görüntüsü məhkəməyə təqdim edilmişdir.
8. İş üzrə mübahisəli halların araşdırılması üçün məhkəmənin müvafiq qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspert rəyinə əsasən müəyyən olunmuşdur ki, göstərilən torpaq sahəsi faktiki olaraq 1500,0 kv.m təşkil edir. Faktiki olaraq göstərilən 1500,0 kv.m torpaq sahəsinin koordinatları əlavə olunur. 402581.1487, 402551.1506, 402548.3261, 402578.3116, 4478753.5514, 4478752.4045, 4478802.3247, 4478803.4708. Təqdim edilmiş cizgidə dəqiq istinadlar, istinad məsafələri və perimetrik ölçülər qeyd edilmədiyindən sənədin göstərilən sahəyə aid olmasını müəyyənləşdirmək mümkün deyildir. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə “Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar” kateqoriyasına aid olmaqla Dövlət mülkiyyəti torpağıdır. Vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi bütövlüklə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 may 2017-ci il tarixli, 221 nömrəli Qərarına əsasən təsdiq edilmiş Böyükşor gölünün mühafizə zonasında yerləşdiyi müəyyən olunmuşdur. a) Birinci instansiya məhkəməsində icraat.
9. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək X1 28 dekabr 2006-cı il tarixli, 2401 nömrəli qərarı ilə ayrılmış Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən 1500 kv.m torpaq sahəsinə dair sahiblik və istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək, ona daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, X6 28 fevral 2006-cı il tarixli 157 saylı qərarla sahibkarlıq fəaliyyətinin tikintisi məqsədi ilə qanunla müəyyən olunmuş qaydada ona ayrılmış 155 kv.m torpaq sahəsinin İddiaçı adına verilməsi ilə bağlı Binəqədi qəsəbə bələdiyyəsindən xahiş etmişdir. X1 28 dekabr 2006-cı il tarixli, 2401 nömrəli qərarı ilə onların razılıq ərizələri və müraciətləri əsasında sahibkarlıq fəaliyyətinin tikintisi üçün ayrılmış 1500 kv.m torpaq sahəsinə sahiblik və ondan istifadə hüquqları iddiaçının adına keçirilmişdir. O vaxtdan bəri Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən torpaq sahəsi artıq neçə ildir ki, iddiaçının istifadəsindədir. İddiaçı öz şəxsi vəsaiti hesabına torpaq sahəsinin abadlaşdırılması (əkimi, suvarılması), bir sözlə qayğısına qalınması üçün çoxsaylı tədbirlər görmüşdür. Beləliklə, mövcud daşınmaz əmlak üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması zərurəti yaranmışdır. Bununla bağlı cavabdeh orqana ərizə ilə müraciət edilsə də, müraciətə imtina cavabı verilmişdir. Əsas olaraq göstərilmişdir ki, iddiaçının adına torpaqların alqı-satqısı qaydalarına dair ləğv edilmiş Dövlət Torpaq və Xəsitəçəkmə Komitəsi tərəfindən qeydə alınmış akt təqdim edilməmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən torpaq sahəsinə dair dövlət reyestrindən çıxarış verilməlidir. Çünki qeyd olunan sahə 2006-ci ildən fasiləsiz olaraq istifadəsindədir. O, torpaq sahəsindən maneəsiz, aşkar istifadə edir və torpaq sahəsi ərazisində özbaşına heç bir artırma və dəyişiklik etməmişdir. Onun sözügedən torpaq sahəsinə dair hüququmüəyyənedici sənədləri tam qaydasındadır və onlar (Dövlət Torpaq və Xəsitəçəkmə Komitəsi tərəfindən qeydə alınmış akt) müvafiq quruma təqdim olunmuşdur.
11. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir.
12. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, X1 28 dekabr 2006-ci il tarixli, 2401 nömrəli qərarı ilə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən 1500 kv.m torpaq sahəsinə dair sahiblik və istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək iddiaçıya daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsinə dair iddiası etirazla qarşılanır. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, torpaqların alqı-satqısına dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilmiş akt təqdim edilməmişdir. Göstərilən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması ilə əlaqədar elektron kadastr baza məlumatlarında heç bir məlumat aşkar edilməmişdir (torpaq sahəsi dövlət mülkiyyətindədir). İddiaçı tərəfindən təqdim edilmiş yerləşmə cizgisində istinad və məsafələr qeyd edilmədiyindən torpaq sahəsinin sənəd üzrə yerləşmə mövqeyini müəyyənləşdirmək mümkün olmamışdır. Həmçinin, elektron kadastr baza məlumatlarına əsasən müvafiq torpaq sahəsi bütövlüklə Böyükşor gölünün mühafizə zolağında yerləşir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş və 08 iyul 2014-cü ilədək qüvvədə olmuş “Torpaqların alqı-satqısı” qaydalarına əsasən rayon, şəhər bələdiyyə orqanı 5 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqısatqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir. “Bələdiyyə torpaqlarının İdarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən həmin qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini keçmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyrikənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. Böyükşor gölünün mühafizə zonası Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 221 nömrəli “Böyükşor gölünün və onun mühafizə zonasının sərhədlərinin təsdiq edilməsi haqqında" Qərarı ilə tənzimlənir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Həmin Qanunun 7.2ci maddəsinə əsasən, daşınmaz əmlak obyektlərinə Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyən edilməsinə imkan verən ünvan verilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının qanununun 4.0.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verməyin bələdiyyələrin səlahiyyətində olduğu göstərilmişdir. 6.5-ci maddəsinin əvvəlki redakiyasında deyilir ki, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.
13. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-463/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir.
14. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
b) Apellyasiya şikayətinin dəlilləri
15. Apellyasiya şikayəti iddiaya uyğun əsaslandırılmışdır.
c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır.
d) Proses iştirakçılarının izahatları
15. İddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətinə uyğun olaraq izahat vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.Cavabdehin nümayəndəsi isə apellyasiya şikayətinin rədd edilməsinin və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanmasını məhkəmədən xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
16. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;
17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.8.bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
18. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun: 1-ci maddəsinə əsasən, bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan, Azərbaycan Respublikasının Torpaq və Mülki Məcəllələrindən, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" və "Şəhərsalmanın əsasları haqqında" Azərbaycan Respublikası Qanunlarından və torpaq münasibətlərini tənzimləyən Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Həmin Qanunun 6.5-ci maddəsinə əsasən (28 oktyabr 2008-ci il tarixədək qüvvədə olan redaksiya) torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Həmin Qanunun 6.9-cu maddəsinə əsasən, bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə, icarə və digər hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır.
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
21. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.3-ci maddələrinə əsasən)
23. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 16-19-cu bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır.
24. Belə ki, iddiaçı bələdiyyənin xx.xx.2006-ci il tarixli, 2401 nömrəli qərarına istinad edərək Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində yerləşən 1500 kv.m torpaq sahəsi üzərində istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını və bu barədə ona müvafiq çıxarışın verilməsini tələb edir.
25. Cavabdeh orqan isə torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilmiş alqı-satqı aktının təqdim edilməməsini, həmin torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmamasını, təqdim edilmiş yerləşmə cizgisində istinad və məsafələr qeyd edilməməsini, torpaq sahəsinin Böyükşor gölünün mühafizə zonasında yerləşməsini bildirərək, imtina cavabı vermişdir.
26. İş materiallarınında olan və X1 12 dekabr 2022-ci il tarixli müşayət məktubuna əlavə edilmiş sənədlərdən görünür ki, Binəqədi qəsəbə bələdiyyəsi tərəfindən xx.xx.2006-cı il tarixli, 157 nömrəli qərar ilə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün Binəqədi qəsəbəsi ərazisindən 1500 kv.m torpaq sahəsi X4 alqı-satqı yolu ilə satılmış, həmin torpaq sahəsinin eskizi tərtib və təsdiq edilmişdir. Sonradan X1 xx.xx.2006-ci il tarixli, 2401 nömrəli qərarına əsasən Teyyub Cavadovun razılığı nəzərə alınaraq ona ayrılmış 1500 kv.m torpaq sahəsi eyni məqsədlər üçün İddiaçı istifadəsinə verilmişdir.
27. İşin apellyasiya baxışı zamanı DƏDKR Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC tərəfindən verilmiş 24 dekabr 2024-cü il tarixli sorğuya cavab məktubuna əsasən Mərkəzin arxivində aparılmış araşdırma zamanı Binəqədi rayonu X1 xx.xx.2006-cı il tarixli 157 nömrəli Qərarı ilə X4 1500 kv.m torpaq sahəsinin ayrılmasına dair məlumat aşkar edilməmişdir.
28. İş materiallarına əlavə edilmiş Binəqədi rayon X1 07 fevral 2025-ci il tarixli məktubuna əsasən müəyyən olunur ki, Azərbaycan Respublikası Torpaq və Xəritəçəkmə Komitəsi sədrinin, Binəqədi rayon İcra Hakimiyyəti Başçısının və Binəqədi qəsəbə bələdiyyəsi sədrinin birgə möhürü və imzası ilə 2008-ci il tarixində təsdiq olunaraq Binəqədi qəsəbə Bələdiyyəsinə təqdim olunmuş inzibati xəritəsində qeyd olunan torpaq sahəsinin X1 inzibati ərazisinə aid olduğu öz əksini tapmışdır.
29. DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 16 yanvar 2025-ci il tarixli sorğuya cavab məktubuna əsasən vahid elektron kadastr baza məlumatlarına əsasən sahə “sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar” kateqoriyalı olmaqla dövlət mülkiyyətindədir. Sahə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 May 2017-ci il tarixli, 221 nömrəli Qərarına əsasən təsdiq edilmiş Böyükşor Gölünün mühafizə zonasında yerləşir. Sahənin qeydiyyatı barədə elektron bazada məlumat aşkar edilməmişdir.
30. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-747/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 07 iyul 2025-ci il tarixli, 10/1577 saylı rəyindən müəyyən olunur ki, sahə “sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar” kateqoriyalı olmaqla dövlət mülkiyyətindədir. Sahə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 May 2017-ci il tarixli, 221 nömrəli Qərarına əsasən təsdiq edilmiş Böyükşor Gölünün mühafizə zonasında yerləşir. Sahənin qeydiyyatı barədə elektron bazada məlumat aşkar edilməmişdir.
31. Daha sonra yenidən Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)- 747/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən təkrar məhkəmə tikintitexniki ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 21 oktyabr 2025-ci il tarixli, 10/6539 saylı rəyindən müəyyən olunur ki, qərardadın birinci sualı üzrə göstərilmiş koordinatlara əsasən həmin koordinatlar daxilində yerləşən faktiki sahəsi 1500,0 kv.m olan torpaq sahəsinin ARDNŞ-nin "Binəqədi OYL" ƏŞ-nin Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor blokunun kontrakt sahəsinin torpaqlarının inventarizasiyasına dair xəritədə göqtərilən sahədən kənarda yerləşdiyi müəyyən edilmişdir. Qeyd olunan xəritədə X1 ərazi hüdudları əks olunmadığından sözügedən torpaq sahəsinin X1 ərazi hüdudlarında yerləşib-yerləşmədiyini müəyyən etmək mümkün olmamışdır. Qərardadın ikinci sualı üzrə “Böyükşor gölünün və onun mühafizə zonasının sərhədlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il, 221 nömrəli qərarına əsasən təsdiq edilmiş mühafizə zonasının plan sxemində koordinatlar göstərilmədiyindən göstərilən torpaq sahəsinin mühafizə zonasına düşübdüşməməsini müəyyən etmək mümkün olmamışdır.
32. Göründüyü kimi, qanunvericilik torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətlərini müəyyənləşdirərək, qanunvericiliklə müəyyən olunmuş qaydada məhz bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi, bələdiyyələrin mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi qaydalarını müəyyən etmişdir.
33. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 144-cü maddəsində sadalanan bələdiyyə səlahiyyətləri arasında ən mühimi onun sahibliyində olan əmlaklar üzərində sərəncam xarakterli hərəkətlərin yerinə yetirilməsidir. Təsadüfi deyil ki, bununla bağlı 29 iyun 2001-ci ildə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu və 15 mart 2002-ci ildə “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamə qəbul edilmişdir. Qeyd olunan Qanun və Əsasnamədə bələdiyyələrə ayrılmış torpaq sahələri üzərində sərəncam vermək qaydası və müddətləri müəyyən edilib.
34. Məhkəmə kollegiyası hesab edir ki, bələdiyyələrə torpaq sahəsi ayrılmasa Azərbaycan Respublikası Konstitusiyasının 144-cü maddəsindən irəli gələn səlahiyyətlərin onlar tərəfindən həyata keçirilməsi mümkünsüz olar. Belə ki, torpaq sahəsi təhkim olunmayan bələdiyyələr nə torpaq vergisini tələb edə, nə də Qanundan irəli gələn səlahiyyətlərini həyata keçirə bilməzlər. Halbuki, ölkə ərazisində fəaliyyət göstərən bələdiyyələr vergitutma obyektinin dəyəri və sahəsi əsasında, vergi xidməti orqanlarının hesabladığı məbləğ üçün təqdim etdiyi tədiyyə bildirişi üzrə vergi ödəyicilərindən vergiləri tuturlar.
35. Göstərilənlər bir daha ona dəlalət edir ki, elektron kadastr məlumat bazasında torpaq sahəsinin dövlət torpağı kimi göstərilməsi cavabdeh təşkilatın Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 155.2-ci maddəsinin tələblərinə əsaslanmasından irəli gəlir. Belə ki, Mülki Məcəllənin 155.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin o, cümlədən bələdiyyələrin mülkiyyətində olmayan torpaq və digər təbii ehtiyatlar dövlət mülkiyyətidir.
36. Nəzərə alınmalıdır ki, bərabərlik və etimad hüququnun qorunması prinsiplərinin pozulması hallarının mövcudluğu ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin məhkəmə təcrübəsini formalşdıran xx.xx.2023-cü il tarixli 2-1(102)-1842/2023 qərarında (33-cü bənd) qeyd edilmişdir ki, “İnzibati orqanların inzibati praktikası həm də onların özlərinin müstəqil olaraq formalaşdırdığı, yaxud məhkəmə qərarları əsasında formalaşmış hüquq tətbiqi praktikası kimi fərqləndirilə bilər. Əgər hər hansı məsələ üzrə mübahisə məhkəmə çəkişməsi nəticəsində həll edilmişsə, eyni faktiki hallara və hüquqi əsaslara söykənən sonrakı mübahisələrdə inzibati orqan özünün praktikasını həmin qərarın məzmununa uyğunlaşdırmaqla formalaşdırmağa borcludur. Nəzərə alınmalıdır ki, inzibati orqanın məhkəmə qərarına əsaslanan inzibati (hüquq tətbiqi) praktikasının dəyişdirilməsi üçün ya həmin məhkəmə qərarı hüquqi qüvvəsini itirməli və ya sonradan həmin məsələyə münasibətdə yeni məhkəmə təcrübəsi formalaşmalı, yaxud da məhkəmə qərarının əsasında duran maddi-hüquqi əsaslar dəyişməlidir
37. Bundan başqa məhkəmə kollegiyası cavabdeh təşkilat tərəfindən gətirilən ikinci arqumentlədə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 mart 2000-ci il tarixli 56 saylı qərarı ilə təstiq edilmiş “Su mühafizəsi zonalarının,onların sahil mühafizə zolaqlarının,ölçülərinin,sərhədlərinin və istifadə qaydalarının müəyyən edilməsi Qaydaları”nın 26-cı bəndinə əsasən mülkiyyətdə, istifadədə və icarədə olan torpaq sahələrində su mühafizə zonalarının müəyyən edilməsi həmin torpaqlar üzərində mülkiyyət, istifadə və icarə hüquqularına xitam verilməsinə səbəb olmur, habelə onlara dair əqdlərin bağlanmasına qadağa qoymur.
38. Ona görə də məhkəmə kollegiyası hesab edir ki,qeyd olunan torpaq sahəsinin Böyükşor gölünün mühafizə zolağında yerləşməsi üzərində mülkiyyət hüququnun dövlət reyesterində qeydə alınması üçün hər hansı bir maneə yarada bilməz.
39. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
40. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə düzgün nəticəyə gəlməmişdir. Bu səbəbdən də iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iddia təmin edilməlidir.
41. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-463/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. X1 28 dekabr 2006-cı il tarixli, 2401 nömrəli qərarı ilə ayrılmış Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi bələdiyyəsinin 28 dekabr 2006-cı il tarixli, 2401 saylı qərarı əsasında ayrılmış 1500 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək, ona daşınmaz əmlakın dövlət reyestrindən mülkiyyət hüququ haqqında çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.