Məhkəmə qərarları › İş №2-1(103)-749/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-749/2020

18.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-749/2020 18.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), X7 və X3 ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Dövlət Sosial Müdafiə Fondunun X1rşı pensiyanın yenidən hesablanması” tələbinə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4395/19 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı səhəri, Z.Xəlilov kücəsi, 540-cı məhəllə), şifahi məhkəmə baxışı qaydasında,açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4395/19 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qərarı ilə iddia təmin edilmiş,“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-maddəsinə əsasən sığorta kapitalı nəzərə alınmaqla İddiaçı pensiyasının yenidən hesablanması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X5 İdarəsinə həvalə edilmişdir. Cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin pensiya təminatı “Əmək pensiyaları haqqında” Qanunun 22.4-cü maddəsinə əsasən hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Pensiya təminatı ilə bağlı iddiaçının xidmət etdiyi qurum tərəfindən tərtib edilmiş məlumat vərəqəsindəki təminat xərcliyinə əsasən təyin edilir. “Əmək pensiyaları haqqında” Qanunun 6.3 və 37.3.1-ci maddələrində qeyd edilən baza, sığorta və yığım hissələri, hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin pensiya məbləğlərinin tərkib hissəsidir. Lakin bütövlükdə hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin pensiya təyinatı onların vəzifə, rütbə maaşları, xidməti illərinə görə faiz əlavəsi və sair kimi ümumilikdə təminat xərcliyini təşkil edir.İddiaçının adina göndərilmiş “məlumat vərəqi”-ndə əlavə ilə bağlı heç bir maddə nəzərdə tutulmamışdır. Pensiya sistemi “Əmək pensiyaları haqqında” Qanunla tənzimlənir və hesablanır. Həmçinin “Normativ hüquqi aktlar haqqında” AR qanununa əsasən AR Konstitusiyasının 2.6-cı maddəsinə əsasən fərman və ya digər normativ hüquqi akt qanunla ziddiyət təşkil etdikdə qanun tətbiq edilir. “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsində qeyd olunanların güzəştli şərtlərlə əmək pensiyası təyin edilmiş hərbi qulluqçulara münasibətdə tətbiq edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”-nm təsdiq edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli Qərarında əmək pensiyaların yenidən hesablanması qaydaları misallar gətirilməklə göstərilmişdir. “ƏPQ”nin 37.3.1-ci maddəsi həmin Qaydaların 5.3-cü maddəsi və 46-49-cu misalları ilə izah edilmişdir. Burada güzəştli şərtlərlə əmək pensiyası təyin edilmiş hərbi qulluqçular nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı, apelyasiya şikayətinin dəlilləri ilə razılaşmadığını bildirərək, apelyasiya şikayətinin təmin edilmədən, qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırki halda cavabdehin apelyasiya şikayəti qərarın ləğvinə yönəldiyindən, kollegiya hazırki apelyasiya icraatında qərarın qanuniliyini tam yoxlayır. İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı Azərbaycan Respublikası DSMF-nin Xətai rayon Şöbəsi tərəfindən xx.xx.1994-cü ildə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı 2012-ci ildən hal-hazıradək işlədiyi dövr üzrə hesabında yığılmış sığorta kapitalını qanuna uyğun olaraq pensiyasının üzərinə hesablanması barədə cavabdehə bir necə dəfə, sonuncu dəfə isə xx.xx.2019-cu il tarixdə müraciət etmiş, cavabdeh sonuncu dəfə, yəni xx.xx.2019-cu il tarixli, **********2 saylı məktubla da müraciətin təminindən yenidən imtina etmişdir. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək sığorta kapitalının pensiyanın üzərinə hesablanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd edilən şəkildə həll edilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. İşdən olan NB Col LTD MMC-nin 181/19 saylı xx.xx.2019-cu il tarixli arayışından görünür ki, İddiaçı 2012-2018-ci illərdə “xxxx“ MMC-də (VÖEN **********) texniki şöbənin müdiri vəzifəsində işləmiş və ona 2012-ci ildə 6000 manat, 2013-cü ildə 5995,42 manat, 2014-cü ildə 6011,49 manat, 2015-ci ildə 5963,10 manat, 2016-cı ildə 5957,63 manat, 2017-ci ildə 4240,93 manat, 2018-ci ildə isə 1886,96 manat əmək haqqı hesablanmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin X6 İdarəsi Əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2019-cu il tarixli qərardan görünür ki, İddiaçı pensiyası yenidən hesablanaraq xx.xx.2018-ci ildə müddətsiz olaraq 725,89 manat hesablanmışdır. İddiaçıya məxsus əmək kitabçasından görünür ki, o, 2012-ci ildə “xxxx” MMC şirkətinə texniki şöbənin müdiri vəzifəsinə təyin edilmişdir. xx.xx.2018-ci il tarixli qərarına əsasən xx.xx.2018-ci il tarixdən “xxxx” MMC-nin işçisi sayılmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 5.3-cü maddəsinə görə əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 37.3.1.-ci maddəsinə görə yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 17 nömrəli, xx xxxxxx 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 5.3-cü bəndinə görə Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Yaşa görə pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Qeyd edilənlərə əsasən iddiaçıya yaşa görə əmək pensiyası xx.xx.1994-ci il tarixdən təyin edildiyi, AR Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən pensiyaya çıxdıqdan sonra xx xxxx 2012-ci ildən başqa bir müəssisədə 6 il işlədiyi işin mübahisəsiz halı olduğundan, onun fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalının pensiyasının üzərinə hesablanmasına dair tələbi əsaslıdır. Cavabdeh apelyasiya şikayətində “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsinə istinadən “həmin Qanunun 37.3.1-ci maddəsinin güzəştli şərtlərlə əmək pensiyası təyin edilmiş hərbi qulluqçular üçün nəzərdə tutulmadığını bildirsə də iş materialları ilə iddiaçının hərbi qulluqçu statusunda olmadığı, ədliyyə orqanlarında işləməklə pensiyaya çıxdığı müəyyən olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Dövlət Sosial Müdafiə Fondunun X5 İdarəsinin apelyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4395/19 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: İmza Hakimlər: İmzalar Əsli ilə düzdür: Sədrlik edən: M.N.Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar