Məhkəmə qərarları › İş №2-1(103)-75/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-75/2020

30.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-75/2020 30.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mayılov Ülvi Arif oğlu (sədrlik edən), Tağızadə Mirzə Nəsib oğlu və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi X8, İddiaçı2-nin nümayəndəsi X9, cavabdeh - Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin nümayəndəsi – X10 iştirakı ilə, 3-cü şəxs «xxxxxxxxxx» MMC-nin nümayəndəsininiştirakı olmadan, İddiaçı2-nin Cavabdeh Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə və 3-cü şəxs «xxxxxxxxxx» MMC-yə qarşı «qərarın ləğv edilməsi» tələbinə dair iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3982/2017 saylı xx xxxxxxx 2017-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, məhəllə-540 ünvanda), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə (bundan sonra mətndə – AR SMvəP üzrə DK) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, AR SMvəP üzrə DK Apellyasiya Şurasının xx.xx.2017-ci il tarixli, **********73 saylı qərarının ləğv edilməsi və AR SMvəP üzrə DK Apellyasiya Şurasına tərəflərindən təqdim olunmuş sənədlərin, o cümlədən reklam fəaliyyəti ilə məşğul olmanın sübutu kimi təqdim olunmuş müqavilənin AR SMvəP üzrə DK Apellyasiya Şurasından alınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarından görünür ki, işə birinci instansiya məhkəməsində baxılarkən xx.xx.2017-ci il tarixli məhkəmə hazırlıq icraatında iddiaçının nümayəndəsinin «AR SMvəP üzrə DK Apellyasiya Şurasının xx.xx.2017-ci il tarixli **********73 saylı qərarının ləğv edilməsi» barədə iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, AR SMvəP üzrə DK-nin xx.xx.2011-ci il tarixli, № 2011 0754 saylı X6 əsasən «BRİDGE» əmtəə nişanına dair reklam, biznes sahəsində menecment, biznes sahəsində inzibati fəaliyyət, ofis xidməti və s. xidmətlərlər daxil olmaqla 35-ci və 39-cu xidmətlər üzrə İddiaçı2-nin hüquqları dövlət qeydiyyatına alınmışdır. xx.xx.2016-cı il tarixdə İddiaçı2-yə məxsus olan «Bridge Plaza» adlı əmtəə nişanının 35-ci (reklam) və 39-cu (nəql etmə) siniflərinin xidmətləri üzrə (№ 2011 0754) qeydiyyatına qarşı «xxxxxxxxxx» MMC tərəfindən «Əmtəə nişanları və coğrafi göstəricilər haqqında» Azərbaycan Respublikası Qanunun 30-cu maddəsində nəzərdə tutulmuş əsaslara görə Apellyasiya şurasına etiraz ərizəsi daxil olmuşdur. Etiraz ərizəsində «xxxxxxxxxx» MMC bildirmişdir ki, «Bridge Plaza'« əmtəə nişanının qeydiyyata alınmasında iyul ayından etibarən artıq 5 il müddət keçsə də, bu əmtəə nişanı adı altında reklam və nəql etmə sinifləri üzrə xidmətlər göstərilməmişdir. «xxxxxxxxxx» MMC «Əmtəə nişanları və coğrafi göstəricilər haqqında» Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinə istinad edərək İddiaçı2-nin adına qeydə alınmış «Bridge Plaza» əmtəə nişanı üzrə 35-ci sinif (reklam) və 39-cu sinif (nəql etmə) xidmətləri üzrə qeydiyyatın ləğv edilməsinə dair qərar qəbul edilməsini Apellyasiya Şurasından xahiş etmişdir. Apellyasiya Şurası özünün xx.xx.2017-ci il tarixli **********73 saylı qərarı ilə «xxxxxxxxxx» MMC tərəfindən verilmiş etiraz ərizəsini əsaslı hesab edərək, «Bridge Plaza» əmtəə nişanının 35-ci sinifin reklam xidmətləri və 39-cu sinifin nəql etmə xidmətləri üzrə № 2011 0754 qeydiyyatını ləğv etmişdir. Bu qərarda göstərilmişdir ki, «Əmtəə nişanları va coğrafi göstəricilər haqqında» Azərbaycan Respublikası Qanunun 30-cu maddəsinə əsasən əmtəə nişanından istifadə halının sübutu əmtəə nişanının sahibinin üzərinə düşdüyü üçün etiraz ərizəsinin daxil olduğu tarixə qədər 5 il ərzində «Bridge Plaza» adlı əmtəə nişanının (№ 2011 0754 saylı qeydiyyat) 35-ci (reklam) və 39-cu (nəql etmə) siniflərin xidmətləri üzrə istifadə olunması ilə bağlı sübutlar «İddiaçı2 MMC» tərəfindən Apellyasiya Şurasına təqdim edilməlidir. İddiaçı2 tərəfindən təqdim edilmiş İddiaçı2 və «X7 B.V» Company arasında bağlanan 14-MKTG-CAU-2015 saylı xx xxx 2015-ci il tarixli Müqaviləyə Əlavə 1dən və 13-MKTG-CAU-2016 saylı xx xxxxxx 2016-ci il tarixli Müqavilədən görünür ki, İddiaçı2 ona məxsus «Bridge Plaza» əmtəə nişanı adı altında «xxxxxxx» şirkətinin reklamını həyata keçirmiş və müqavilədə qeyd edilən parametrlər reklamda öz əksini tapmışdır. Təqdim edilmiş bu sübuta Apellyasiya şurası qiymət verərək bildirmişdir ki, İddiaçı2 radio, tv, internet-saytlarda, mətbuat və xarici reklamlarda «X7 B.V» Company-nin reklam materiallarının yayılması ila bağlı xidmətlərin həyata keçirilməsini öhdəsinə götürür. Həmin müqavilə İddiaçı2 ilə bağlanmış və reklam xidmətlərinin «Bridge Plaza» əmtəə nişanı adı altında həyata keçirilməsi nəzərdə tutulmamışdır. Lakin, müqavilədə əmtəə nişanı deyil, onun sahibi kimi hüquqi şəxs tərəf kimi çıxış etdiyi üçün reklam fəaliyyəti ilə bağlı öhdəliyin də «xxxxxxx» MMC-nin üzərinə düşməsi qeyd olunmuşdur. Faktiki olaraq isə reklam «Bridge Plaza» əmtəə nişanını daşıyan binanın üzərində yerləşdirilmiş və bu əmtəə nişanı adı altında reklam xidməti göstərilmişdir. Digər tərəfdən, «Əmtəə nişanları və coğrafi göstəricilər haqqında» Azərbaycan Respublikası Qanunun 30-cu maddəsinə görə Əmtəə nişanının qeydə alındığı tarixdən fasiləsiz olaraq 5 il və ya istənilən şəxsin ondan istifadə olunmaması barədə verdiyi ərizənin daxil olduğu tarixə qədər 5 il ərzində istifadə olunmadıqda müvafiq icra hakimiyyəti orqanının Apellyasiya şurası qeydiyyata xitam verə bilər. Burada əmtəə nişanında ümumilikdə istifadə olunması nəzərdə tutulmuşdur, Apellyasiya şurasının qərarında qeyd edilən ayrı-ayrı siniflər üzrə xidmətlərdən istifadə edilməməsi nəticəsində xitam verilmə nəzərdə tutulmamışdır. Həmin Qanunun 26-cı maddəsinə görə Əmtəə nişanının və coğrafi göstəricinin, bir qayda olaraq, onların aid edildiyi əmtəələrdə, əmtəə qablarında və göstərilən xidmətlərdə təlbiqi onlardan istifadə sayılır. Onların reklamlarda, mətbu nəşrlərdə, lövhələrdə, Azərbaycan Respublikasında keçirilən sərgilərin və yarmarkaların eksponatlarında və əmtəələrin bazara çıxarılması ilə bağlı digər sənədlərdə tətbiqi də istifadə sayılır. Yuxarıda sadalan hallarda istifadə məqsədilə əmtəənin istehsalı, anbara yığılması, bazara çıxarılması, idxalı, ixracı da nişandan istifadə sayılır. Əmtəənin satış üçün təklif olunması, satışı və ya xidmətin göstərilməsi qeydə alınmış nişanlardan istifadəni təsdiq edir. Əmtəə nişanından istifadənin onun sahibi və ya bu Qanunun 28-ci maddəsinə uyğun olaraq lisenziya müqaviləsi əsasında istifadə hüququ olan şəxs tərəfindən həyata keçirilməsi əmtəə nişanından istifadə sayılır. ünvan 2 ünvanında yerləşən, İddiaçı2-yə məxsus binanın üzərində də «Bridge Plaza»xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx«İddiaçı2 MMC» özünün kağız blanklarında, dəftərxana ləvazimatlarında, açıqcalarda bu əmtəə nişanından istifadə etməkdədir. Eyni zamanda Apellyasiya Şurasına taqdim edilmiş 333 nömrəli xx.xx.2013-cü il tarixli fakturada «Bridge Plaza» və «xxxxxxx» işarəlarinin bina üzərində icarə müddəti ərzində (05.07.13-05.07.14) reklam aparılması nəzərdə tutulmuşdur. Bununla bağlı Apellyasiya Şurası öz qərarında heç bir münasibət bildirmədan hesab etmişdir ki, «Bridge Plaza» əmtəə nişanı 35-ci sinifə daxil edilmiş «reklam» xidmətləri və 39-cu sinifə daxil edilmiş «nəql etmə» xidmətləri üzrə istifadə edilməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli, 2-1(81)- 3982/2017 saylı qərarı ilə iddia tələbinin təmin edilməsi, AR SMvəP üzrə DK-nin Apellyasiya Şurasının xx.xx.2017-ci il tarixli, **********73 saylı qərarının ləğv edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli, 2-1(81)-3982/2017 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarı qanunvericiliyin tələblərinə uyğun gəlməyən vəziyyətdə, maddi hüquq normalarının pozulması ilə çıxarılmış, işdəki faktiki hallar aydınlaşdırılmamış və sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, məhkəmə qərarının 2-ci səhifəsində qeyd edilmişdir ki, «Əmtəə nişanları və coğrafi göstəricilər haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin 5-ci bəndinə əsasən iddiaçı Apellyasiya Şurasının qərarını aldığı tarixdən 3 ay ərzində həmin qərardan məhkəmə qaydasında şikayət edə bilər». Həmin Qanunun 15-ci maddəsində 5-ci bənd mövcüd deyil. Qanunun 15-ci maddəsinin 1ci abzasına əsasən ancaq əmtəə nişanına dair iddiaçı iddia sənədi barədə ekspertiza qərarı ilə razı olmadıqda qərarı aldığı tarixdən AR SMvəP üzrə DK Apellyasiya Şurasına etiraz verə bilər. Qanunun 15-ci maddəsinin 5-ci abzasında göstərilmişdir ki, «İddiaçı Apellyasiya şurasının Qərarını aldığı tarixdən 3 ay ərzində həmin qərardan məhkəmə qaydasında şikayət edə bilər. Məhkəmədə baxılmış işin predmeti 15-ci maddəyə aid deyil, «Əmtəə nişanları və coğrafi göstəricilər haqqında» Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinin müddəaları ilə bağlıdır. Belə ki, X5 «BRİDGE PLAZA» əmtəə nişanının qeydiyyatına qarşı, onun xitam verilməsinə dair ərizə «xxxxxxxxxx» MMC tərəfindən verilmişdir.Məhkəmə «Əmtəə nişanları və coğrafi göstəricilər haqqında» Qanunun 26-cı maddəsinin müddəalarını düzgün tətbiq etmədiyi üçün səhv nəticəyə gəlmişdir. Belə ki, həmin Qanunun 26-cı maddəsinin 1-ci abzasında göstərilmişdir ki, əmtəə nişanının və coğrafi göstəricinin, bir qayda olaraq, onların aid edildiyi əmtəələrdə, əmtəə qablarında və göstərilən xidmətlərdə tətbiqi onlardan istifadə sayılır. Yəni, qeydiyyata alınmış «BRİDGE PLAZA» əmtəə nişanı ilə digər şəxslərin fəaliyyəti, reklam aparılması barədə sənədlər mövcüd deyil (Apellyasiya Şurasına və ya məhkəməyə təqdim edilməmişdir). Məhkəmənin qərarının 6-cı səhifəsində qeyd edilmişdir ki, «İş materiallarından görünür ki, 333 nömrəli xx.xx.2013-cü tarixli fakturada «BRİDGE PLAZA» və «xxxxxxx» işarələrinin bina üzərində icarə müddəti ərzində (05.07.13- 05.07.14) reklam aparılması nəzərdə tutulmuşdur». Bu göstərir ki, İddiaçı2-nin həmin nişanlarını reklam etmək (tanıtmaq) məqsəd olmuşdur. Məhkəmə 5-ci səhifəsində qeyd edir ki, «Bridge Plaza» adlı əmtəə nişanının (№2011 0754 qeydiyyat) 35-ci (reklam) və 39-cu (nəql etmə) siniflərin xidmətləri üzrə istifadə olunması ilə bağlı sübutlar İddiaçı2 tərəfindən Apellyasiya Şurasına təqdim edilməlidir. Lakin, «Bridge Plaza» adlı əmtəə nişanının istifadəsini təsdiq edən sənədlər məhkəməyə təqdim edilmişdir. Təqdim edilən sənədlər ancaq İddiaçı2 tərəfindən öz hüquqi şəxsin adı altında reklam edilməsini nəzərdə tutur. İddiaçı2 tərəfindən 39-cu sinifinə aid (nəql etmə) xidmətləri üzrə «BRİDGE PLAZA» adlı əmtəə nişanının istifadə edilməsi ilə bağlı heç bir sübut nə Apellyasiya Şurasına, nə də məhkəməyə təqdim edilməmişdir. Lakin, ona baxmayaraq X3 qərarı tamamilə ləğv edilmişdir. Ona görə də şikayətdə birinci instansiya məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli, 2-1(81)-3982/2017 saylı qərarının ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qərarın qəbul olunması məhkəmədən xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-96//2018 saylı xx xxxxxx 2018-ci il tarixli qərarı ilə cavabdeh Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin apellyasiya şikayətinin təmin edilməməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli, 2-1(81)-3982/2017 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Apelyasiya instansiya məhkəməsinin qərarından cavabdeh kassasiya şikayəti verərək həmin xx xxxxxx 2018-ci il tarixli qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qərarın qəbul olunmasını məhkəmədən xahiş etmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)- 1184/2018 saylı xx.xx.2018-ci il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli qərarının ləğv edilməsi və işin təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarından görünür ki, bundan sonra Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2258/2018 saylı xx xxxxxxxx 2018-ci il tarixli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Apelyasiya instansiya məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qərarından iş üzrə 3-cü şəxs «xxxxxxxxxx» MMC tərəfindən kassasiya şikayəti verilərək, həmin qərarın ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qərarın qəbul olunması məhkəmədən xahiş edilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 2-1(102)-318/2019 saylı xx xxxx 2019-cu il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının xx xxxxxxxx 2018-ci il tarixli qərarının ləğv edilməsi və işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-318/2019 saylı xx xxxx 2019cu il tarixli qərarında qeyd olunmuşdur ki, «Hazırki işə baxmış Ali Məhkəmənin xx xxxx 2018-ci il tarixli qərarında əvvəlki apellyasiya baxışının nöqsanları qeyd olunaraq göstərilmişdir ki, iddiaçı MMC məhkəmələrə «Bridge Plaza» əmtəə nişanından istifadə etməsi barədə bank vasitəsilə ödəmə aparması barədə məhkəmələrə sübut təqdim etməmiş, bununla bağlı apellyasiya instansiya məhkəməsi araşdırma aparmamışdır. İddiaçı MMC «Bridge Plaza» əmtəə nişanından reklam daşıyıcısı kimi qanuni əsaslarla istifadə etməsi barədə ona müvafiq icra hakimiyyəti orqanı tərəfindən icazə verilməsinə dair məhkəmələrə sübut təqdim etməmiş, belə icazə olmasına dair araşdırma aparılmamışdır. Odur ki. hazırkı vəziyyətdə x xxxx 2013-cü il tarixli 333 nömrəli reklam yerinin hesab faktuıası iddiaçı MMC-nin həmin reklamdan istifadə edilməsinin təsdiqi kimi çıxış edə bilməz. Apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi xx xxx 2015-ci il tarixli Müqaviləyə 1 saylı Əlavə və x xxxxxx 2016-cı il tarixli Müqavilə iddiaçının həqiqətən «Bridge Plaza» əmtəə nişanından istifadə etməsinin yetərli sübutu sayıla bilməz. Əvvəla, bəhs edilən sənədlərdə tərəflərin «Bridge Plaza» əmtəə nişanından istifadə etməsinə dair hər hansı müddəa olmamışdır. Belə bir müddəa olsa belə, bununla bağlı müqavilənin həqiqətən icrası barədə sübut təqdim edilməmişdir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, işə 2-ci dəfə baxmış apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin bu göstərişlərini icra etməmiş, qeyd olunmuş səmtdə hər hansı araşdırma aparmamşdır. Araşdarılan qərardan həmçinin görünür ki, məhkəmə, iddiaçı tərəfindən «Samsunq» şirkəti ilə bağladığı müvafiq reklam müqaviləsinə əsasən, həmin şirkətin adı əks olunan reklam lövhəsini «Bridge Plaza» binasında yerləşdirməsini və bununla adı çəkilən şirkətin reklam etməsini «Bridge Plaza» əmtəə nişanının reklamı ilə qarışdırmış, bunlara ayıra bilməmişdir. Apellyasiya instansiya məhkəməsinin dəstəklədiyi iddiaçı MMC-nin mövqeyinə görə, O, Qız Qalasının üzərində «Samsunq» şirkətinin reklaını yeləşdirə bilsəydi, bu həm də «Qız Qalası»nın reklmaı sayılmalı idi». Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. İşə yeni apellyasiya qaydasında baxılarkən məhkəmə kollegiyasının iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə 3-cü şəxs «xxxxxxxxxx» MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak etmiş iş üzrə cavabdeh Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin nümayəndəsi X13 apellyasiya şikayətinə uyğun izahat vermiş və eyni zamanda nümayəndə bildirmişdir ki, işə hazırkı apellyasiya məhkəməsinin araşdırması zamanı təqdim olunmuş sübutlardan görünür ki, hazırkı iddia ilə mübahisələndirilən qərar qəbul edilməsi ilə əlaqədar inzibati orqanda araşdırma aparılarkən bu sübutlar inzibati orqana təqdim edilməmişdir. Ona görə də inzibati orqan bu əmtəə nişanından istifadə halını müəyyən edə bilməmişdir. Hal-hazırda isə bu sübutlarla «Bridge» əmtəə nişanından məhz qeydiyyata alındığı tarixdən 5 il ərzində reklam fəaliyyəti məqsədilə istifadə faktı təsdiq olunur. Ona görə də nümayəndə tərəflər arasındakı hazırkı mübahisə ilə əlaqədar müvafiq qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak etmiş İddiaçı2-nin nümayəndəsi X11 iddia ərizəsinə uyğun izahat vermiş, eyni zamanda izahataında əlavə olaraq bildirmişdir ki, «Əmtəə nişanları və coğrafi göstəricilər haqqında» Qanunun 26-cı maddəsinə əsasən, «Əmtəə nişanının və coğrafi göstəricinin, bir qayda olaraq, onların aid edildiyi əmtəələrdə, əmtəə qablarında və göstərilən xidmətlərdə tətbiqi onlardan istifadə sayılır. Onların reklamlarda, mətbu nəşrlərdə, lövhələrdə, Azərbaycan Respublikasında keçirilən sərgilərin və yarmarkaların eksponatlarında və əmtəələrin bazara çıxarılması ilə bağlı digər sənədlərdə tətbiqi də istifadə sayılır. Yuxarıda sadalan hallarda istifadə məqsədilə əmtəənin istehsalı, anbara yığılması, bazara çıxarılması, idxalı, ixracı da nişandan istifadə sayılır. Əmtəənin satış üçün təklif olunması, satışı və ya xidmətin göstərilməsi qeydə alınmış nişanlardan istifadəni təsdiq edir». Göründüyü kimi qanun istifadənin anlayışı və onun tətbiq dairəsini müəyyən etmişdir. Hal-hazırki məhkəmə işi üzrə «Bridge Plaza» əmtəə nişanının hətta binanın üzərində qeyd olunması belə ondan istifadə hesab edilməkdədir. Çünki qanunun məzmunundan da başa düşüldüyü kimi əmtəə nişanının onun aid edildiyi məhsulda göstərilməsi onun istifadəsi üçün kifayət şərt hesab edilir. Bununla belə, «Bridge Plaza» əmtəə nişanının istifadəsi faktını həm də «xxxxxxx» şirkəti ilə bağlanmış müqavilə təsdiq edir. Bu müqavilənin icra olunması və ödənişlərin edilməsi barədə bank hesabından çıxarışlar məhkəməyə təqdim olunmuşdur. Məhkəmənin istinad etdiyi hesab faktura ilə bağlı isə bildirmək lazımdır ki, məhkəmə əmtəə nişanından istifadəni müvafiq dövlət orqanından icazə alınması ilə əlaqələndirmişdir. Halbuki həmin icazənin alınması bu məhkəmə mübahisəsinin predmetinə daxil deyildir. İddiaçı tərəfindən müvafiq icazənin alınmasını təsdiq edən sübutlar təqdim edilməsə belə, həmin əmtəə nişanından istifadənin sübut edilməsi iddia tələbinin təmin edilməsi üçün kifayətdir. Nümayəndə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» xx.xx.2012-ci il tarixli Qərarın da əks olunan hüquqi mövqelərə istinad etməklə bildirmişdir ki, MPM-in 407.1.4, 407.2, 408.1.5, 416 və 420-ci maddələrinin müddəaları baxımından kassasiya məhkəməsi işə baxmanın hədlərindən çıxaraq öz mülahizəsi ilə heç bir, o cümlədən hansı halların hansı sübutetmə vasitələri ilə təsdiq və ya inkar edilməsi, işə yenidən baxılarkən hansı sübutların toplanması və araşdırılması, habelə işə yenidən baxan məhkəmənin hansı nəticəyə gəlməli olması haqqında göstəriş verə bilməz. Digər tərəfdən, Əmtəə nişanı və coğrafi göstəricilər haqqında qanunun 30-cu maddəsinə əsasən, «Əmtəə nişanının və coğrafi göstəricinin qeydə alındığı tarixdən fasiləsiz olaraq 5 il və ya istənilən şəxsin ondan istifadə olunmaması barədə verdiyi ərizənin daxil olduğu tarixə qədər 5 il ərzində istifadə olunmadıqda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) Apellyasiya şurası qeydiyyata xitam verə bilər». Qanun açıq-aşkar qeyd edir ki, ƏMTƏƏ NİŞANİ 5 il ərzində istifadə olunmadıqda onun qeydiyyatına xitam verilə bilər. Qanunda əmtəə nişanının qeydə alındığı hər hansı sinif üzrə istifadəsinin olmamasına əsaslanaraq həmin sinfin qeydiyyatına xitam verilməsi nəzərdə tutulmamışdır. Qanun əmtəə nişanının qeydiyyatının bütövlükdə ləğv olunması əsaslarını müəyyən edir. Bu mənada bir xidmət üzrə istifadənin olmaması faktına əsaslanaraq həmin sinfin qeydiyyatının ləğv olunması qanunsuz və əsaslandır. Bununla yanaşı nümayəndə «Bridge» əmtəə nişanından istifadə edildiyi təsdiq edən, İddiaçı2 ilə «xxxxxxxxxxxxxxxxxx» ASC arasında mövcud olan xx.xx.2014-cü il tarixli İcarə Müqaviləsinə xx.xx.2015-ci il tarixli «1 saylı Dəyişikliyi», «Qatar Airways» şirkətinin Azərbaycandakı nümayəndəliyi arasında bağlanmış xx.xx.2013-cü il tarixli İcarə Müqaviləsini, «DAR MÜHENDİSLİK MÜŞAVİRLİK A.Ş.»-nin Azərbaycan Respublikası Bakı şəhər Filialı arasında imzalanmış xx.xx.2014-cü il tarixli İcarə Müqaviləsini, «xxxxxxx» MMC arasında mövcud olan xx.xx.2016-cı il tarixli İcarə Müqaviləsini, «MADDOX ENERGY DMCC» şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi arasında bağlanmış xx.xx.2016-cı il tarixli İcarə Müqaviləsini, «MADDOX ENERGY DMCC» Azərbaycan Respublikasındakı nümayəndəliyi arasında mövcud olan xx.xx.2016cı il tarixli «Təhvil aktı»nı, ABB Limited Azərbaycan arasında imzalanmış xx.xx.2011-ci il tarixli, 11/002 saylı «Təhvil təslim aktı»nı, «X12 PTE. LTD» şirkətinin AR nümayəndəliyi arasında mövcud olan xx.xx.2013-cü il tarixli İcarə Müqaviləsini, «xxxxxxxxxxxxxxxxxx» MMC arasında imzalanmış xx.xx.2015-ci il tarixli İcarə Müqaviləsini, «xxxxxxxxx» ASC arasında mövcud olan xx.xx.2012-ci il tarixli Xidmət Müqaviləsini məhkəməyə təqdim edərək bildirmişdir ki, bu icarə müqavilələri məhz «Bridge» əmtəə nişanının sahibi olan İddiaçı2 ilə Bridge Plazada olan ofislərin icarəsi üçün üçüncü şəxslərlə bağlanmış və icarə müqavilələrində «Bridge» əmtəə nişanından istifadə olunmuşdur. Eyni zamanda nümayəndə iddiaçı tərəfindən «Bridge» əmtəə nişanının istifadə olunduğu dəftərxana məhsulları, o cümlədən, qələm, karandaş, firma bayrağı, eləcə də müxtəlif kitabçalar və reklam məhsulları məhkəməyə maddi sübut qismində təqdim etmişdir. Göstərilənlərə əlaqədar nümayəndə apellyasiya şikayətinin əsassız olduğundan təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının qanuni və əsaslı olduğundan qüvvədə saxlanılmasını Kollegiyadan xahiş etmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyərək, iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını nəzərə alaraq, iş materiallarını və apellyasiya şikayətinin dəlilləri üzrə işin hallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, hazırkı iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3982/2017 saylı xx xxxxxxx 2017-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, iş materiallarında olan, İddiaçı2 X1 Nizamnaməsindən və Vergilər Nazirliyi yanında Kommersiya hüquqi şəxslərin Dövlət reyestrindən çıxarışdın görünür ki, İddiaçı2 xx.xx.2004-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır (VÖEN **********). İş materiallarında olan, AR SMvəP üzrə DK 2011 0754 nömrəli xx.xx.2011-ci il tarixli (ilkinlik tarixi xx.xx.2011) «BRİDGE PLAZA» əmtəə nişanı barədə «Şəhadətnamə»sinə əsasən əmtəə nişanının sahibi: İddiaçı2 X2, həmin şəhadətnamə xx.xx.2021-ci il tarixə qədər qüvvədədir, əmtəə nişanı aşağıda göstərilən əmtəələr (xidmətlər) üçün qeydiyyata alınmışdır: 35-ci sinif - Reklam; biznes sahəs ində menecment; biznes sahəsində inzibati fəaliyyət; ofis xidməti; 35-ci sinfə daxil edilmiş bütün xidmətlər. 39-cu sinif –Nəql etmə; malların qablaşdırılması və saxlanılması; səyahətlərin təşkili; 3-cu sinfə daxil edilmiş bütün xidmətlər, mühafizə olunmayan elementlər: Əmtəə nişanında «Plaza» söz işarəsi müstəqil hüquqi mühafizə obyekti deyildir. İş materiallarından görünür ki, AR SMvəP üzrə DK Apellyasiya Şurası tərəfindən qəbul edilmiş xx.xx.2017-ci il tarixli **********73 nömrəli qərarı ilə «BRİDGE PLAZA» adlı əmtəə nişanının 35-ci (reklam) və 39-cu (nəql etmə) siniflərin xidmətləri üzrə № 2011 0754 saylı qeydiyyatına qarşı «xxxxxxxxxx» MMC tərəfindən verilmiş etiraz ərizəsinin əsaslı hesab edilərək təmin olunması, «BRİDGE PLAZA» adlı əmtəə nişanının 35-ci sinifin «reklam» xidmətləri və 39-cu «nəql etmə» xidmətləri üzrə № 2011 0754 saylı qeydiyyatına xitam verilməsi, «BRİDGE PLAZA» adlı əmtəə nişanının 35-ci sinifinə aid xidmələr üzrə qeyd «35-ci sinfə daxil edilmiş bütün xidmətlər»in yeni redaksiyada - «35-ci sinfə daxil edilmiş bütün xidmətlər, istisna olaraq «reklam» xidmətləri» kimi verilməsi, «BRİDGE PLAZA» adlı əmtəə nişanının 39-cu sinifinə aid xidmələr üzrə qeyd «39-cu sinfə daxil edilmiş bütün xidmətlər» yeni redaksiyada - «39-cu sinfə daxil edilmiş bütün xidmətlər, istisna olaraq «nəql etmə» xidmətləri» kimi verilməsi qərara alınmışdır. AR SMvəP üzrə DK Apellyasiya Şurasının yuxarıda qeyd edilən xx.xx.2017-ci il tarixli **********73 nömrəli qərarında göstərilmişdir ki, «Əmtəə nişanları va coğrafi göstəricilər haqqında» Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinə əsasən əmtəə nişanından istifadə halının sübutu əmtəə nişanının sahibinin üzərinə düşdüyü üçün etiraz ərizəsinin daxil olduğu tarixə qədər 5 il ərzində «Bridge Plaza» adlı əmtəə nişanının (№ 2011 0754 saylı qeydiyyat) 35-ci (reklam) və 39-cu (nəql etmə) siniflərin xidmətləri üzrə istifadə olunması ilə bağlı sübutlar «İddiaçı2 MMC» tərəfindən Apellyasiya Şurasına təqdim edilməlidir. Eyni zamanda AR SMvəP üzrə DK Apellyasiya şurası sözügedən qərarında İddiaçı2 və «X7 B.V.» Company arasında bağlanan 14-MKTG-CAU-2015 saylı xx.xx.2015ci il tarixli Müqaviləyə Əlavə 1-ə və 13-MKTG-CAU-2016 saylı xx.xx.2016-cı il tarixli Müqaviləyə qiymət verərək bildirmişdir ki, İddiaçı2 radio, tv, internet saytlarda, mətbuat və xarici reklamlarda «X7 B.V.» Company-nin reklam materiallarının yayılması ila bağlı xidmətlərin həyata keçirilməsini öhdəsinə götürür. Həmin müqavilə İddiaçı2 ilə bağlanmış və reklam xidmətlərinin «Bridge Plaza» əmtəə nişanı adı altında həyata keçirilməsi nəzərdə tutulmamışdır. Lakin, müqavilədə əmtəə nişanı deyil, onun sahibi kimi hüquqi şəxs tərəf kimi çıxış etdiyi üçün, reklam fəaliyyəti ilə bağlı öhdəliyin də İddiaçı2-nin üzərinə düşmüşdür. İş materiallarında olan, İddiaçı2 və «X7 B.V» Company arasında bağlanan 14- MKTG-CAU-2015 saylı xx xxx 2015-ci il tarixli Müqaviləyə 1 saylı Əlavədən və 13-MKTG- CAU-2016 saylı xx xxxxxx 2016-cı il tarixli Müqavilədən görünür ki, İddiaçı2 ona məxsus «Bridge Plaza» əmtəə nişanı adı altında «xxxxxxx» Şirkətinin reklamını həyata keçirmiş və müqavilədə qeyd edilən parametrlər reklamda öz əksini tapmışdır. Göründüyü kimi, xx.xx.2015-ci il tarixli Müqaviləyə Əlavə 1-in 1.1-ci bəndi ilə təsdiq olunur ki, «Bridge Plaza» əmtəə nişanının qeydə alındığı tarixdən 5 il müddətində həmin nişan məhz «Əmtəə nişanları va coğrafi göstəricilər haqqında» Qanununun 26-cı maddəsində nəzərdə tutulan ümumi qaydada iddiaçının istifadəsində olmuşdur. İddiaçının fəaliyyət göstərdiyi binanın üzərində «Bridge Plaza» reklamının yerləşdirməsi də bu mənada əmtəə nişanından ümumi istifadəyə aid edilməlidir. Eynizamanda, «X7 B.V.»Company-nin məhkəmə kollegiyasına təqdim olunan xx.xx.2018-ci il tarixli arayışında göstərilmişdir ki, iddiaçı xx.xx.2015-ci il tarixli Müqaviləyə Əlavə №1 əsasında xx.xx.2015-xx.xx.2016-cı il tarixlərində ona məxsus «Bridge Plaza» əmtəə nişanı adı altında «xxxxxxx» şirkətinin məhsullarının reklamını həyata keçirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» xx.xx.2012-ci il tarixli Qərarına əsasən, MPM-in 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiyası məhkəməsinin göstərişləri bu Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir. Ali Məhkəmənin yuxarıda qeyd olunan qərarlarında əks olunan hüquqi mövqelərə münasibətdə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, «Bridge Plaza» əmtəə nişanından reklam daşıyıcısı kimi qanuni əsaslarla istifadə olunması haqqında iddiaçıya müvafiq icra hakimiyyəti orqanı tərəfindən icazə verilməsi məsələsi iddianın predmetinə və iş üzrə mübahisəli hallara daxil deyil. Eyni qaydada, xx.xx.2015-ci il tarixli müqaviləyə 1 saylı əlavənin və xx.xx.2016-cı il tarixli müqavilənin həqiqətən icra olunubolunmaması da tərəflər arasında mübahisələndirilmir. Bunda başqa həmçinin qeyd olunmalıdır ki, işə hazırkı apellyasiya qaydasında baxılarkən Ali Məhkəmənin qeyd olunan qərarlarında öz əksini tapmış göstərişlərlə əlaqədar tərəflərə əlavə sübutların təqdim edilməsi təklif olunmuş və iddiaçı tərəfindən bununla əlaqədar iddiaçının nümayəndəsi tərəfindən “Bridge” əmtəə nişanından istifadə edildiyini təsdiq edən, İddiaçı2 ilə : «xxxxxxxxxxxxxxxxxx» ASC arasında mövcud olan xx.xx.2014-cü il tarixli İcarə Müqaviləsinə xx.xx.2015-ci il tarixli «1 saylı Dəyişiklik», «Qatar Airways» şirkətinin Azərbaycandakı nümayəndəliyi arasında bağlanmış xx.xx.2013-cü il tarixli İcarə Müqaviləsi, «DAR MÜHENDİSLİK MÜŞAVİRLİK A.Ş.»-nin Azərbaycan Respublikası Bakı şəhər Filialı arasında imzalanmış xx.xx.2014-cü il tarixli İcarə Müqaviləsi, «xxxxxxx» MMC arasında mövcud olan xx.xx.2016-cı il tarixli İcarə Müqaviləsi, «MADDOX ENERGY DMCC» şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi arasında bağlanmış xx.xx.2016-cı il tarixli İcarə Müqaviləsi, «MADDOX ENERGY DMCC» Azərbaycan Respublikasındakı nümayəndəliyi arasında mövcud olan xx.xx.2016-cı il tarixli «Təhvil aktı», ABB Limited Azərbaycan arasında imzalanmış xx.xx.2011-ci il tarixli, 11/002 saylı «Təhvil təslim aktı», «X12 PTE. LTD» şirkətinin AR nümayəndəliyi arasında mövcud olan xx.xx.2013-cü il tarixli İcarə Müqaviləsi, «xxxxxxxxxxxxxxxxxx» MMC arasında imzalanmış xx.xx.2015-ci il tarixli İcarə Müqaviləsini, «xxxxxxxxx» ASC arasında mövcud olan xx.xx.2012-ci il tarixli Xidmət Müqaviləsi məhkəməyə təqdim olunmuş və həmin sənədlərdən müəyyən olunur ki, bu icarə müqavilələri məhz «Bridge» əmtəə nişanının sahibi olan İddiaçı2 ilə Bridge Plazada olan ofislərin icarəsi üçün üçüncü şəxslərlə bağlanmış və icarə müqavilələrində «Bridge» əmtəə nişanından istifadə olunmuşdur. Eyni zamanda nümayəndə iddiaçı tərəfindən «Bridge» əmtəə nişanının istifadə olunduğu dəftərxana məhsulları, o cümlədən, qələm, karandaş, firma bayrağı, eləcə də müxtəlif kitabçalar və reklam məhsulları məhkəməyə maddi sübut qismində təqdim edilmişdir. Həmçinin qeyd olunmalıdır ki, hazırkı apellyasiya baxışı zamanı iddiaçı tərfindən məhkəməyə təqdim olunmuş sübutlarla bağlı cavabdehin səlahiyyətli nümayəndəsi bildirmişdir ki, hazırkı iddia ilə mübahisələndirilən xx.xx.2017-ci il tarixli, **********73 saylı qərar qəbul edilməsi zamanı inzibati orqanda araşdırma aparılarkən bu sübutlar inzibati orqana təqdim edilməməsi səbəbindən bu əmtəə nişanından iddiaçı tərəfindən istifadə halını müəyyən edə bilməmişdir və hal-hazırda təqdim olunmuş sübutlarla iddiaçının «Bridge» əmtəə nişanından məhz qeydiyyata alındığı tarixdən 5 il ərzində reklam fəaliyyəti məqsədilə istifadə faktı təsdiq olunur. Bundan başqa, iş materialları ilə müəyyən olunur ki, AR SMvəP üzrə DK Apellyasiya şurasının xx.xx.2017-ci il tarixli **********74 (E-1382) nömrəli qərarına ilə, «xxxxxxxxxx» adlı əmtəə nişanının 35-ci sinfin xidmətləri üzrə 2016 1097 nömrəli qeydiyyatına xitam verilməsi üçün iddiaçının (İddiaçı2-nin) nümayəndəsi A.K.Kərimov tərəfindən Apellyasiya şurasına verilmiş etiraz ərizəsi əsaslı sayılmış və təmin edilmiş, «xxxxxxxxxx» MMC-nin «xxxxxxxxxx» adlı əmtəə nişanının 2016 1097 nömrəli qeydiyyatı 35-ci sinfin xidmətləri üzrə etibarsız sayılmışdır. Göstərilənlərə əsasən, cavabdeh AR SMvəP üzrə DK Apellyasiya şurasının eyni gündə, yəni xx.xx.2017-ci il tarixdə iki fərqli - **********74 (E-1383) nömrəli və **********73 (E-1382) nömrəli qərarlar qəbul etməsinə isə məhkəmə kollegiyası tənqidi yanaşır və bunu iddianın əsaslılığının növbəti dəlili kimi qəbul edir. «Əmtəə nişanları va coğrafi göstəricilər haqqında» Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən, əmtəə nişanının və coğrafi göstəricinin, bir qayda olaraq, onların aid edildiyi əmtəələrdə, əmtəə qablarında və göstərilən xidmətlərdə tətbiqi onlardan istifadə sayılır. Onların reklamlarda, mətbu nəşrlərdə, lövhələrdə, Azərbaycan Respublikasında keçirilən sərgilərin və yarmarkaların eksponatlarında və əmtəələrin bazara çıxarılması ilə bağlı digər sənədlərdə tətbiqi də istifadə sayılır. Yuxarıda sadalan hallarda istifadə məqsədilə əmtəənin istehsalı, anbara yığılması, bazara çıxarılması, idxalı, ixracı da nişandan istifadə sayılır. Əmtəənin satış üçün təklif olunması, satışı və ya xidmətin göstərilməsi qeydə alınmış nişanlardan istifadəni təsdiq edir. Əmtəə nişanından istifadənin onun sahibi və ya bu Qanunun 28-ci maddəsinə uyğun olaraq lisenziya müqaviləsi əsasında istifadə hüququ olan şəxs tərəfindən həyata keçirilməsi əmtəə nişanından istifadə sayılır. Həmin Qanunun 30-cu maddəsinə əsasən əmtəə nişanının qeydə alındığı tarixdən fasiləsiz olaraq 5 il və ya istənilən şəxsin ondan istifadə olunmaması barədə verdiyi ərizənin daxil olduğu tarixə qədər 5 il ərzində istifadə olunmadıqda müvafiq icra hakimiyyəti orqanının Apellyasiya şurası qeydiyyata xitam verə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinin tələbinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 52-ci maddəsinin tələbinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarına və sadalanan hüquq normalarına məcmu halda qiymət verərək birinci instansiya məhkəməsinin tərəflər arasında yaranmış mübahisə ilə əlaqdər gəldiyi nəticəsi ilə razılaşır ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkıişüzrətərəflərarasında mübahisəyə dair düzgün hüquqi nəticəyə gəlmiş, qəbul etdiyi qərar qanunun normalarına uyğun əsaslandırılmışdır. Belə olan halda, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarını qanuni və əsaslı sayaraq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri həmin qərarın ləğvi üçün əsas verə bilməz. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3982/2017 nömrəli iş üzrə xx xxxxxxx 2017-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) kassasiya şikayəti verilə bilər. Sədrlik edən /imza/ Hakimlər /imzalar/ Əsli ilə düzdür. Hakim: Ülvi Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar