Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-75/2022 03.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X29 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X9 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “cavabdehin imtinasının qanunsuz sayılması, iddiaçıya məxsus yaşayış sahəsinin qeyri-yaşayış sahəsi kimi qeydiyyata alınması, bu barədə reyestrdən çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 02 oktyabr 2020-ci il tarixli, 2-1(112)-4422/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “cavabdehin imtinasının qanunsuz sayılması, iddiaçıya məxsus yaşayış sahəsinin qeyri-yaşayış sahəsi kimi qeydiyyata alınması, bu barədə reyestrdən çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin imtina qərarının ləğv edilməsi və iddiaçıya məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ak. H.Əliyev küçəsi, 21 ünvanında yerləşən 52,95 kv.m ölçüdə fərdi yaşayış sahəsinin qeyriyaşayış sahəsinə keçirilməklə reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, ünvan 1 ünvanındakı 45,7 kv.m ölçüdə sahə iddiaçının (İddiaçı) mülkiyyətindədir və bu barədə 24 aprel 2010-cu il tarixli reyestrdən çıxarış verilmişdir. Bakı şəhəri Nərimanov RİH-in komissiyasının tərtib etdiyi 20 aprel 2018-ci il tarixli texniki rəydə göstərilir ki, həmin ünvandakı fərdi yaşayış evi onun (iddiaçının) mülkiyyətindədir. Mənzilin birinci mərtəbədə yerləşməsi, ümumi sahəsi 52,95 kv.m olması öz əksini tapmışdır. Bakı şəhəri Nərimanov RİH-in 229 saylı 4 iyun 2018-ci il tarixli sərəncamına əsasən həmin fərdi yaşayış evinin təyinatının dəyişdirilməsinə icazə verilmişdir. Yerində baxış zamanı müəyyən edilmişdir ki, həmin ünvanda yerləşən fərdi yaşayış evinin 45,7 kv.m sahəsi 24 aprel 2010-cu il tarixli reyestrdən çıxarışa əsasən iddiaçının mülkiyyətindədir. Uzun müddət öncə mənzildə aparılmış əlavə tikinti işləri nəticəsində küçə tərəfdən giriş qapısı olan 52,95 kv.m sahənin qeyri-yaşayış sahəsi kimi istifadə olunması müəyyən edilmişdir. Bakı şəhəri Nərimanov RİH-in 229 nömrəli 4 iyun 2018-ci il tarixli sərəncamı ilə ünvan 3 ünvanında yerləşən 52,95 kv.m sahəsi olan evin təyinatının dəyişdirilməsinə icazə verilmişdir. Bununla bərabər, həmin fərdi yaşayış evinin iddiaçıya məxsus olan hissəsinə 24 aprel 2010-cu il tarixli reyestrdən çıxarışda qeyd olunan digər payçıların (X2, X22, X23, X24, X16, X17 və X10 qeyri-yaşayış sahəsi kimi istifadəsinə etiraz etmədiklərinə dair ərizələri mövcuddur. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi məhkəməyə iddiaya qarşı yazılı etirazını təqdim edərək göstərmişdir ki, İddiaçı iddiası etirazla qarşılanır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 135 saylı 14 oktyabr 2014-cü il tarixli Fərmanına əsasən Dövlət reyestrinin bölmələri daşınmaz əmlakın dövlət reyestri nömrələri ilə nömrələndiyindən və dövlət reyestrinin bölmələrinə konkret daşınmaz əmlak növünün adı verildiyindən, fərdi yaşayış evinin və qeyri-yaşayış sahəsinə eyni reyestr nömrəsinin verilməsi nəzərdə tutulmamışdır. Fərdi yaşayış evinin bir hissəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Belə ki, fərdi yaşayış evinin tam olaraq mövcud vəziyyətdə çoxmərtəbəli yaşayış binasına keçirildikdən sonra qeyri-yaşayış sahələrinə ayrıca daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilə bilər. Hal-hazırda sözügedən fərdi yaşayış evi X24, X16, X18, X17, X23, X27, X15, İddiaçı, X22, X19, X3 paylı mülkiyyətindədir. Bakı İnzibati Məhkəməsinin 02 oktyabr 2020-ci il tarixli, 2-1(112)-4422/2020 saylı qərarı ilə cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin imtinasının qanunsuz sayılması, İddiaçı Nazim oğlunun ona məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ak. H.Əliyev küçəsi, 21 ünvanında yerləşən 52,95 kv.m yaşayış sahəsi qeyri-yaşayış sahəsinə keçirilməklə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, fərdi yaşayış evinin bir hissəsinin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Qeyri-yaşayış sahəsi fərdi yaşayış evinin deyil, çoxmərtəbəli yaşayış binasının tərkib hissəsi kimi qeydiyyata alına bilər. Bundan əlavə, iddiaçı müvafiq fərdi yaşayış evinə dair bölgü-sxemi verilməsi ilə bağlı İdarəyə 20.02.2019-cu il tarixdə müraciət etmişdir. Paylı mülkiyyətdə olan fərdi yaşayış evinin vahid konstruktiv yükgötürən divarlara malik olmaqla bir dam altında yerləşdiyindən və konstruktiv cəhətdən vahid olan binanın iki əsas tikiliyə bölünməsi mümkün olmadığından payçılar arasında bölgünün aparılması mümkün olmamış və bununla bağlı iddiaçıya imtina məktubu ünvanlanmışdır. Hal-hazırda sözügedən fərdi yaşayış evi ümumi sahəsi 522 kv m olmaqla X24, X16, X18, X17, X23, X27, X15, İddiaçı, X22, X19, X3 paylı mülkiyyətindədir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. DƏDRX Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş MA seriyalı ******* nömrəli reyestrdən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən yaşayış evi İddiaçı, X6, X7, X8, X11, X5, X12, X1, X21, X4, X13 ümumi paylı mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı şəhəri Nərimanov RİH-in müvafiq tərkibdə yaradılmış komissiyası tərəfindən 20 aprel 2018-ci il tarixdə aşağıdakılar müəyyən edilərək texniki rəy tərtib edilmişdir: Nərimanov rayonu, Ak. H.Əliyev küçəsi, 21 ünvanında 24 aprel 2010-cu il tarixli ******* nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətindədir. Mənzil birinci mərtəbədə yerləşir, ümumi sahəsi 52,95 kv.m təşkil edir. Ev hal-hazırda qeyri-yaşayış sahəsi kimi istifadə olunur. Vətəndaş İddiaçı xahişini, təqdim edilmiş sənədləri və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 20 və 21-ci maddələrini nəzərə alaraq, komissiya mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsini mümkün hesab edir. Bakı şəhəri Nərimanov RİH başçısının 229 nömrəli 4 iyun 2018-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Nərimanov rayonu, Ak. H.Əliyev küçəsi, 21 ünvanında yerləşən 52,95 kv.m ölçüdə evin mövcud istifadə vəziyyətində təyinatının dəyişdirilməsinə icazə verilmişdir. Bakı şəhəri, Nərimanov rayonu, Ak. H.Əliyev küçəsi, 21 ünvanında olan 52,95 kv.m ölçüdə qeyri-yaşayış sahəsinə dair Bakı şəhəri Nərimanov RİH tərəfinfən 6 iyun 2018-ci il tarixdə 52 nömrəli “Tikinti obyektinin istismarına icazə” tərtib olunaraq təsdiqlənmişdir. X17, X10 nümayəndəsi X18, X22, X16, X25, X2 və X24 ünvan 7 evin İddiaçı məxsus hissəsinin qeyri-yaşayış sahəsi kimi fəaliyyət göstərməsinə etiraz etmədiyi barədə notarial qaydada yazılı razılıq ərizələri vermişlər. "xxxx" MMC-nin 16 sentyabr 2020-ci il tarixli ƏEM/S61-483/20 saylı mütəxəssis rəyinin nəticə hissəsində aşağıdakılar qeyd olunmuşdur: Mütəxəssis qarşısında qoyulmuş sualın həlli ilə bağlı tədqiqat obyektinə "Əmlak Ekspert Mərkəzi” MMC-nin mütəxəssisləri tərəfindən təqdim edilən sənədlər nəzərdən keçirilmiş, obyekt üzrə texniki vizual baxış keçirilmişdir. Müəyyən edilmişdir ki, ünvan 6 ünvanda yerləşən yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla (çıxarış MA 0062749) mülkiyyət hüququ əsasında 52,95 kv.m sahəsi İddiaçı məxsusdur. Həmin evə dair DƏDRX, Bakı Şəhər Ərazi İdarəsi tərəfindən 11/1084 nömrəli 23 aprel 2010-cu il tarixli “texniki pasport” tərtib edilmişdir. Texniki pasporta əsasən əmlakın ümumi sahəsi 52,95 kv.m, evin yerləşdiyi torpaq sahəsi isə, dövlət istifadəsində və paylı olmaqla 0,06829 ha təşkil edir. Texniki pasportda əks edilən “A” tikilisinin (1-d mərtəbə) planına istinadən İddiaçı məxsus pay bir dam altında olan ümumi fərdi yaşayış evinin 52,95 kv.m sahəsini təşkil etsə də, həmin obyektə Ak.H.Əliyev küçəsi istiqamətindən 3 ədəd ayrı giriş qapısı qoyulmuşdur. İki hissədə obyektin divarlarının qalınlığı 0,4 sm, digər 2 hissədə isə bu göstərici 0,20 qalınlıqlı divarlarla əvəz edilmişdir. Müayinə zamanı müəyyən edilmişdir ki, göstəricilər üzrə faktiki vəziyyətdə heç bir dəyişiklik edilməyib, daxili planlaşdırmada arakəsmələr götürülərək rekonstruksiya işləri aparılmış, giriş bir alüminium cəbhə qapı ilə əvəz edilmişdir. Hazırda obyekt digər yaşayış evlərindən təcrid olunmuşdur, qeyri-yaşayış sahəsi kimi istifadə edilir və bu təyinatla istismara tamamilə yararlıdır. Kommunal xidmətlərə görə ayrıca müqavilələr bağlanmışdır və hər ay elektrik, su və digər kommunal xidmətlərə görə ayrı qaydada pul ödənilir. DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən tərtib edilmiş “texniki pasport”a əsasən və faktiki vəziyyətdə hər bir yaşayış evinin aynca girişi və bütün kommunal şəraiti olan bir-birindən təcrid edilmiş yaşayış evləri yerləşir. Bu fakt hesabatda əks edilmiş fototəsvirlərlə də sübut olunur. Bütün payçıların hissələrinin bir çıxarışda əks edilməsinə baxmayaraq, faktiki olaraq İddiaçı məxsus pay ayrı bir obyektdir və alternativ istifadə imkanlarına malikdir. Təqdim edilmiş sənədlərdən göründüyü kimi, daşınmaz əmlakın birtipli layihə üzrə inşa edilməsinə, bir damın altında digər yaşayış sahələrinin də mövcudluğuna, iki hissədə vahid konstruktiv yükgötürən divarlara malik olmasına baxmayaraq, aparılan texniki müayinələr hüquq obyektinin ayrı-ayrılıqda digər təyinatla istismarını məqsədəuyğun hesab edir. Ayrı-ayrı hissələrə bölünmüş kimi qəbul edilməsini istisna etmir. Tədqiqat predmeti olan daşınmaz əmlaka yerində baxış keçirilərkən eyni zamanda müəyyən olunmuşdur ki, İddiaçı mülkiyyətində olan daşınmaz əmlak yaşayış evi kimi qeydə alınsa da, faktiki olaraq birmərtəbəli, aynca qeyri-yaşayış sahəsidir. Qonşuluğunda yerləşən evlə tədiqat obyektinin bir divarının ortaq olması və bir damın altında yerləşməsinə baxmayaraq, hər əmlakın ayrıca giriş-çıxışı və qapısı vardır. Qonşuların evlərinə giriş ayrıca həyətyanı sahədəndir. İddiaçı daşınmaz əmlakdakı ona məxsus paydan maneəsiz, qonşu sahələrdən istifadə etmədən sərbəst surətdə istifadə edə bilir. Beləliklə tədqiqatçı-mütəxəssis hesab edir ki, ünvan 7 ünvanda yerləşən, 52,95 kv.m olan fərdi yaşayış sahəsinin İddiaçı məxsus hissəsi digər payçılara aid hissələrlə bir dam altında yerləşməsinə və onlarla vahid konstruktiv yükgötürən divarlara malik olmasına baxmayaraq, ona məxsus paya münasibətdə ayrı-ayrılıqda və qeyri-yaşayış sahəsi kimi istifadə etmək imkanlarına malikdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - (8.0.1) qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; - (8.0.10) Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: - (8.0.10.1) tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 21.1-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun qərarı əsasında həyata keçirilir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 5.1, 5.1.10-cu maddələrinə əsasən tikinti obyektlərinin istismarına icazə verilməsi şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlətin səlahiyyətlərinə aiddir. Həmin Məcəllənin 101-cü maddəsinə əsasən tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. Tikinti obyektinin (tikintisinə icazə tələb olunan reklam qurğuları istisna olmaqla) istismarına icazə müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum, tikintisinə icazə tələb olunan reklam qurğularının istismarına icazə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən verilir. Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2008-ci il tarixli 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nın 3.2-ci bəndinə görə daşınmaz əmlak obyektinə ünvan aşağıdakı hallarda verilir və ya dəyişdirilir: (3.2.1) qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahəsi ayrıldıqda torpaq sahəsinə, (3.2.2) qanunvericiliyə uyğun olaraq daşınmaz əmlak obyektinin inşası və ya quraşdırılması aparıldıqda və ya obyekt müvafiq qaydada istismara qəbul edildikdə, (3.2.3) Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüququ tanındıqda, (3.2.4) daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alındıqda, (3.2.5) daşınmaz əmlak obyekti ayrı-ayrı hissələrə bölündükdə, (3.2.6) daşınmaz əmlak obyektlərinin birləşməsi nəticəsində yeni daşınmaz əmlak obyekti yarandıqda. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli qərarı ilə “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları” təsdiq edilmişdir. Qaydaların 4-cü bəndinə görə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənəd mərzçəkmə və inventarlaşdırma işləri hüquqların dövlət qeydiyyatı ilə bağlı verilən ərizəyə əsasən ərazi idarəsinin mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirən şöbəsi tərəfindən ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla ən geci 5 gün müddətində icra edilir. Mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur. İşin birinci instansiya məhkəməsi tərəfindən araşdırılması ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Ak. H.Əliyev küçəsi, 21 ünvanında yerləşən yaşayış evi ümumi paylı mülkiyyətdədir və evin 45,7 kv.m hissəsi daşınmaz əmlakın dövlət reyestrində İddiaçı mülkiyyəti kimi qeydiyyat alınmışdır. Sonradan evin iddiaçıya məxsus hissəsində dəyişiklik edilmiş və yaşayış sahəsinin müvafiq ölçüdə genişləndirilərək (sahənin ölçülərinin dəyişdirilməsinin başqa şəxslərin mənafeyinə zidd olmasına dair xüsusatlar ortaya çıxmamışdır) qeyri-yaşayış sahəsinə keçirilməsi barədə səlahiyyətli orqan kimi Nərimanov RİH tərəfindən qərar – sərəncam qəbul edilmişdir. Bundan sonra, həmin dövrdə səlahiyyətli olan Nərimanov RİH tərəfindən iddiaçıya məxsus 52,95 kv.m ölçüdə olan həmin daşınmaz əmlakın istismarına icazə sənədi də verilmişdir. İşdə olan mütəxəssis rəyindən görünür ki, evin iddiaçıya məxsus hissəsindən qeyriyaşayış sahəsi kimi ayrılıqda istifadə olunması imkanları mümkündür. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, qeyri-yaşayış sahəsinə hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı halda, mövcud qanunvericilik bu barədə reyestrdən çıxarışın və “texniki pasport”un verilməsini birmənalı şəkildə nəzərdə tutur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iş üzrə müəyyən edilən həmin hallar iddiaçıya məxsus əmlaka həm yeni ünvan verilməsi, həm də onun ölçüləri genişləndirilməklə və qeyri-yaşayış sahəsi statusu ilə yenidən qeydiyyatının aparılması üçün əsas yaradır. Odur ki, cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Apellyasiya baxışı zamanı iddiaçının qeyri-yaşayış sahəsinə keçirilməklə reyestrdən çıxarışın və texniki pasportun verilməsini tələb etdiyi Bakı şəhəri, Nərimanov rayonu, Ak. H.Əliyev küçəsi, 21 ünvanında yerləşən fərdi yaşayış sahəsinin çıxarışda qeyd olunmuş sahəsi ilə faktiki sahə arasındakın fərqin nəyin əsasında yaranmasının müəyyən edilməsi məqsədilə Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-945/2021 saylı, 28 oktyabr 2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, aparılmış tədqiqatın nəticəsi olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 09 mart 2022-ci il tarixli, 10/7019 nömrəli ekspert rəyinin nəticəvi hissəsi aşağıdakı kimi göstərilmişdir: ünvan 9 ünvanında yerləşən İddiaçı mülkiyyətinə verilmiş və faktiki istifadəsində olan tikilinin fərdi yaşayış evinə dair tərtib olunmuş 22.04.2010-cu il tarixli texniki pasporta uyğun olaraq üç otaqdan (iki yaşayış otağı (45,7 kv.m) və bir köməkçi otaqdan (6,6 kv.m) ibarət olduğu müəyyən edilir. ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evinin DƏDRX Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş MA seriyalı ******* nömrəli reyestrdən çıxarışda yalnız texniki pasportda göstərilən 4 və 5 saylı yaşayış otaqlarının sahəsi (45,7 kv.m) qeyd olunduğundan, köməkçi sahə (6 saylı mətbəxin sahəsi 6,6 kv.m) isə qeyd olunmadığından və yaşayış otaqlarının arasında mövcud olmuş arakəsmə divar faktiki olaraq söküldüyündən həmin divarın altında yerləşən sahəyə görə ümumi sahənin 0,65 kv.m artması səbəbindən, İddiaçı mülkiyyətinə verilmiş fərdi yaşayış evinə dair çıxarışda qeyd olunmuş sahə (45,7 kv.m) ilə onun faktiki sahəsi (52,95 kv.m) arasında fərq yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Kollegiya qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Hazırkı məhkəmə araşdırması zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul edir. Göründüyü kimi Bakı şəhəri, Nərimanov rayonu, Ak. H.Əliyev küçəsi, 21 ünvanında yerləşən fərdi yaşayış sahəsinin çıxarışda qeyd olunmuş sahəsi ilə faktiki sahə arasındakın fərq köməkçi sahə (6 saylı mətbəxin sahəsi 6,6 kv.m) isə qeyd olunmadığından və yaşayış otaqlarının arasında mövcud olmuş arakəsmə divar faktiki olaraq söküldüyündən həmin divarın altında yerləşən sahəyə görə ümumi sahənin 0,65 kv.m artması səbəbindən yaranmışdır. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçı hazırkı iddiası ilə məhkəməyə müraciət etməkdə haqlı olmuş, cavabdehin imtinası qanuna zidd olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Odur ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən, prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 109-cu maddəsinə əsasən prosessual xərclərin ödənilməsi haqqında məsələ məhkəmə tərəfindən qəbul edilmiş qərardadla və ya mübahisə ilə bağlı iş üzrə qəbul edilmiş qərarla həll edilir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 110.3-cü maddəsinə əsasən iddianın təmin olunmadığı hallarda, inzibati məhkəmə icraatı ilə bağlı prosessual xərcləri ödəmək vəzifəsi, qanunvericilikdə digər hal nəzərdə tutulmamışdırsa, həmin şikayəti vermiş şəxsin üzərinə qoyulur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 02 oktyabr 2020-ci il tarixli, 2-1(112)-4422/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən 100 (bir yüz) manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülsün. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Səadət Bəktaşi Azər Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-75/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-75/2022
03.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver