Məhkəmə qərarları › İş №2-1(103)-750/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-750/2020

19.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-750/2020 19.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), X10 və X11 ibarət tərkibdə, X7 oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə Sahid qızının, Üçüncü şəxs Qeydiyyat və Notariat Baş İdarəsinin nümayəndəsi və vəkili X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası DİN-nin Baş DYPİ-nə, üçüncü şəxslər Dövlət Gömrük Komitəsinin Avtonəqliyyat İdarəsi və Qeydiyyat və Notariat Baş İdarəsinə qarşı qeydiyyat hərəkətlərinin məhdudiyyətinin götürülməsi tələbinə dair inzibati iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-3921/2019 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)- 3921/2019 saylı qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdrı (hakim Ş.Süleymanovai). Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası DİN-nin Baş DYPİ-nə, üçüncü şəxslər Dövlət Gömrük Komitəsinin Avtonəqliyyat İdarəsi və Qeydiyyat və Notariat Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Daxili İşlər Nazirliyinin Baş Dövlət X15 üzərinə ona məxsus olan ban nömrəsi WDB 2100621B208071 olan, 2000-ci il buraxılışlı, “Mersedes-Benz E-240” avtomobilin alqı-satqı edilməsi, xaricə çıxarılması və üzərində olan hər bir qeydiyyat hərəkətlərinin məhdudiyyətinin götürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 2014-cü ilin fevral ayında özünə məxsus **-KX-*** dövlət nömrə nişanlı “VAZ-2107” markalı avtonəqliyyat vasitəsilə qəza törətdiyindən onu satmış və “Mercedes” “C”-klass almaq qərarına gəlmişdir. Dostu Bağırov Zöhrab Nabatəli oğlu uzun müddətdir Almaniyada yaşadığından internet vasitəsilə “SKYPE” ondan maşın almağı köməklik göstərməyini xahiş etmişdir. O da öz növbəsində ona internet vasitəsilə Mobil.de sayıtnda avtomaşın tapmağı məsləhət görmüşdür. Mart ayının əvvəlində o, həmin saytda 2000-ci il buraxılışlı, metallik rəngli, qiyməti 3750 avro olan “Mercedes E-240” markalı avtonəqliyyat vasitəsini tapıb bəyənmiş və həmin avtonəqliyyat vasitəsinin ünvanın internet vasitəsilə dostu Zöhraba göndərmişdir. O da Almaniyada həmin avtomaşına baxış keçirmiş və qiymətini 3500 avroya endirmiş və ona xx xxxx 2014-cü il tarixdə Lənkəran şəhərində yerləşən “Unibank” Fılilalı vasitəsi ilə 3550 avro pul göndərmişdir. xx xxxx 2014-cü ildə dostu Zöhrab ona məxsus olan avtomaşını Gürcüstan Respublikasına çatdırılması üçün nəqliyyat vasitələrinin daşıyıcısı “Nikolov” şirkətinə təhvil verilməsini bildirmişdir. 22 mart tarixdə ona şirkətin nümayəndəsi zəng vuraraq avtomaşının Gürcüstan Respublikasının Tiflis şəhərinə çatdırılması barədə məlumat vermiş və o, avtomaşını götürmək üçün xx xxxx 2014-cü il tarixdə qatarla Tiflis şəhərinə getmişdir. Tiflisdə daşıyıcı şirkətin bank hesabına 1050 avro ödəyərək, müvafiq sənədləri alıb avtomaşını dayanacaqdan götürərək xx xxxx 2014-cü il tarixdə gecə saatlarında Tovuz Gömrük İdarəsinin “Sınıq körpü” gömrük postundan Azərbaycana qayıtmışdır. xx xxxx 2014-cü il tarixdə 2000-ci il buraxılışlı, ban nömrəsi WDB2100621B208071 olan, "MercedesBenz E-240” markalı avtonəqliyyat vasitəsini rəsmiləşdirmək və dövlət nömrə nişanı almaq məqsədi ilə Avtonəqliyyat Baş Gömrük İdarəsinə getmişdir. Orda bir sıra zəruri əməliyyatları keçdikdən sonra ona avtomaşının dövlətlərarası axtarış bazasında axtarışda olması barədə məlumat verilmişdir. Ban nömrəsi WDB2100621B208071,mühərrik nömrəsi **********9721 olan, 2000-ci il buraxılışlı “Mercedes-Benz” E-240 markalı nəqliyyat vasitəsinin buraxılış ilinin, şassi və mühərrik nömrələrinin uyğun olub-olmaması müəyyən edilməsi üçün Azərbaycanda “Mercedes- Benz”-in rəsmi dilleri “xxxxxxxxxxxxxxxxx” MMC-yə müraciət edilmiş və daxil olmuş cavab məktubunda avtomobilin bütün əsas elektron bloklarında ban nömrəsinin WDB2100621B208071, mühərrik nömrəsi 1-**********21 olması müəyyən edilmiş. WDB2100621B208071 ban nömrəsi olan 2000-ci il buraxılışlı “Mercedes-Benz” markalı nəqliyyat vasitələrinin dövlətlərarası axtarışda olub-olmamasının müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosuna müraciət edilmiş və cavab məktubunda qeyd edilən avtomobilin WDB2100621B208071 olan Bannömrəsinin interpolun Baş Katibliyinin “ASF avtomatlaşdırılmış axtarış sistemi bazasında xx xxxxx 2004-cü il tarixdə Rusiya Federasiyasından oğurlanmış avtomobilin ban nömrəsi ilə eynilik təşkil etməsi göstərilmişdir. Azərbaycan Respublikası DİN BƏSİİ-nin xx xxxx 2014-cü il tarixli, 01220798- 1214 nömrəli məktubunda, ban nömrəsi WDB2100621B2080xx xxxx 2000-ci il buraxılışlı “Mercedes-Benz”markalı nəqliyyat vasitəsi DİN BƏSİİ-nin və Rusiya Fedrasiyası DİN-nin Baş İnformasiya Analitik Mərkəzinin uçotunda RF-nın Sankt- Peterburq şəhəri tərəfindən xx xxxxx 2004-cü ildə axtarışa verilmiş avtomobil kimi göstərilmişdir. Ban nömrəsi WDB2100621B2080xx xxxx 2000-ci il buraxılışlı “Mercedes- Benz” E-240 markalı nəqliyyat vasitəsinin ban nömrəsinin kustar üsulla vurulubvurulmamasının, həmçinin həmin avtomobilə məxsus UX865114,TY078435, ZBİ037256787 № texniki pasportların və alqı-satqı müqaviləsinin saxta olub-olmamasının müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə müraciət edilmiş və ekspert arayışları ilə tədqiqata təqdim edilmiş “Mercedes-Benz” markalı nəqliyyat vasitəsinin WDB2100621B208071 ban nömrəsinin zavod üsulu ilə həkk olunduğu ““Mercedes-Benz”markalı avtonəqliyyat vasitəsinə məxsus ZNİ037256787seriya və nömrəli qeydiyyat şəhadətnaməsinin 1, 2-ci hissələrinin və TY 078435 seriya və nömrəli texniki pasportun blankının ofset çap üsulu ilə hazırladığı: ZBİ037256787 seriya və nömrəli qeydiyyat şəhadətnaməsinin 1,2-ci hissələrinin və TY 078435 seriya və nömrəli texniki pasportu “Requla firmasının istehsalı olan FDS Forensic” xüsusi kompüter proqramında olan eyni adlı sənədlər ilə eynilik təşkil etməsi və alqı-satqı müqaviləsinin blankı xüsusi qrafik proqram təyinatından istifadə etməklə axınlı printerdə çap olunması göstərilmişdir. Ərizədə qeyd edilmişdir ki, o, vicdanlı alıcı olaraq sözügedən avtomobili alqı-satqı müqaviləsi ilə satış məbləğini və daşıyıcı şirkətin pulunu tam ödəyərək almısdır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi İstintaq İdarəsinin müstəntiqi tərəfindən qəbul edilmiş xx xxxx 2014-cü il tarixli qərardanda görünür ki, avtomobilin onun tərəfindən əldə edilməsində heç bir qanun pozuntusuna yol verilməmiş və cinayət isinin başlanması rədd edilmişdir. Buna baxmayaraq Avtonəqliyyat Gömrük İdarəsi ona məxsus avtomaşını rəsmiləşdirməkdən əsassız olaraq imtina etmişdir. O, Avtonəqliyyat Gömrük İdarəsini məhkəməyə vermiş və iddiası təmin edilmişdir. Belə ki, məhkəmə hesab etmişdir ki, iddiaçı ban nömrəsi WDB2100621B2080xx xxxx 2000-ci il buraxılşılı, “Mercedes-Benz E-240” mübahisəli avtomobilə mülkiyət hüququnu əldə etdiyindən həmin avtomobil onun adına gömrük sənədləşməsi aparılması vəzifəsini Dövlət Gömrük Avtonəqliyyat Gömrük İdarəsinin üzərinə qoymuşdur, sözügedən qətnamə icra edilmişdir. Həmçinin İddia ərizəsinə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin is №2-1 (81)- 4021/2014 ci il qərarı əlavə edilmişdir. Mülkiyyətində olan avtomobilə respublika ərazisində alqısatqısına, qeydiyyat hərəkətlərinin aparılmasına və xaricə çıxarılması ilə bağlı məhdudiyyət qoyulmuşdur. Bu barədə DİN-nin Bas Dövlət X17 müraciət edərək, avtomobilinə qoyulmuş məhdudiyyətlərin götrülməsini xahiş etmişdir. 016-23406M-4219 saylı məktubla cavab verərək. 2000-ci il buraxılışlı ‘Mercedes-Benz” E-240 markalı nəqliyyat vasitəsinin bu günə kimi İnterpolda axtarışda olması göstərilmişdir. Həmçinin qeyd etmişdir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ilə nəqliyyat vasitəsi onun mülkiyyət hüququ kimi tanınmış, lakin alqı-satqısına dair hec bir göstəriş olmamışdır. Odur ki, avtomobilə dair qeydiyyat hərəkətləri 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ilə həyata keçirilməsi göstərilmişdir. ‘Mercedes-Benz” E-240 markalı nəqliyyat vasitəsi onun əmlakı olsada (texniki passport ərizəyə əlavə edilmişdir) öz əmlakına istədiyi kimi sahib ola, ondan istifadə edə və ona dair sərəncam verə bilmir bu da onun mülkiyyət hüququnu pozur. İş üzrə 1 saylı Bakı İnzibat-İqtisadi Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxslərin izahatları: İddiaçının nümayəndəsi Nümayəndə Sahid qızı apellyasiya şikayətini müdafiə edərək, izahatında göstərmişdir ki, sözügedən avtomobil iddiaçının mülkiyyəti olsa da, o mülkiyyətindən istədiyi kimi istifadə edə bilmir. Avtomobili öz adına **-HV-*** qeydiyyat nömrə nişanında almışdır. Birinci instansiya məhkəməsinin qərarında da bu öz əksini tapmışdır. Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilərək, ban nömrəsi WDB2100621B2080xx xxxx 2000-ci il buraxılışlı ‘Mercedes-Benz” E-240 markalı avtomobilin alqı-satqı edilməsi və üzərində olan hər hansı məhdudiyyətin götürülməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs Qeydiyyat və Notariat Baş İdarəsinin nümayəndəsi və vəkili X5 apelyasiya şikayətinin təmin olub-olunmaması məsələsini məhkəmə kollegiyasının mülahizəsinə təqdim etmişdir. Cavabdeh Azərbaycan Respublikası DİN-nin Baş DYPİ və üçüncü şəxslər Dövlət Gömrük Komitəsinin Avtonəqliyyat İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəflərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. Belə ki, iş materiallarından görünür ki, WDB 2100621B208071 olan, 2000-ci il buraxılışlı, “Mersedes-Benz E-240” avtomobili İddiaçı adına qeydiyyatdan Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən xx.xx.2014-cü il tarixdə qeydiyyatdan keçmiş və ona bu barədə AC 322485 nömrəli şəhadətnamə verilmişdir. İş materiallarına əlavə edilmiş 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 4021/2014-cü il tarixli qərarından görünür ki, Ban nömrəsi 2100621B208071 olan, 2000-ci il buraxılışlı, “Mersedes-Benz E-240” markalı avtomobilin İddiaçı adına müvafiq gömrük rəsmiləşdirilməsinin aparılması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Avtonəqliyyat Gömrük İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Lənkəran rayon 1 saylı Notariat Ofisinin məhkəməyə ünvanladığı 2368 saylı xx xxxxxx 2019-cu il tarixli məktubundan görünür ki, iddiacının iddia ərizəsində göstərilən 2000-ci il istehsalı olan, Ban nömrəsi VVDV2100621B208071, ** HV *** dövlət qeydiyyat nişanlı “MERSEDES E-240” nəqliyyat vasitəsinə (Qeydiyyat şəh, AC 322485, xx.xx.2014də Az.Res.BDYPİ QİŞ -də verilmişdir) Lənkəran rayon 1 saylı notariat ofisində xx xxxxxxx 2014-cü ildə mülkiyyətçi İddiaçı tərəfindən Mirzəyev Rövşən Rəfiəlı oğluna idarəetmə barədə 9 ıl, 1 ay 5 ğün müddətinə etibarnamə verilmişdir. Etibarnamə verilərkən maşın üzərində məhdudiyyət olmamışdır. Elektron Notariat informasiya sistemindən əldə edilmiş məlumata əsasən həmin nəqliyyat vasitəsi üzərinə məhdudiyyət xx.xx.2016-cı ildə qoyulmuşdur. Həmin nəqliyyat vasitəsi ilə bağlı digər notariat əməliyyatı aparılmamışdır. Eyni zamanda mülkiyyətçi İddiaçı mülkiyyətində həmin vaxtlarda digər nəqliyyat vasitələri də olmuş və onun tərəfindən ayrı-ayrı şəxslərə etibarnamələr verilmişdir. Belə ki, xx.xx.2014-cü ildə iddiaçı tərəfindən dövlət qeydiyyat nişanı ** HK *** olan, MERSEDES E 240, buraxılış ili 2005, ban nömrəsi VVDB 2110611A819745, xx.xx.2014 də Az.Res.BDYPİ QİŞ də verilən AC 241881 seriyalı qeydiyyat şəhadətnaməsi olan nəqliyyat vasitəsinə həmkəndlisi X4 10 il müddətinə idarəetmə barədə etibarnamə vermişdir. Sonradan həmin nəqliyyat vasitəsinə xx.xx.2018-ci ildə etibarnamə əsasında mülkiyyətçinin anası Nümayəndə tərəfindən İmişli rayonu Nurulu kənd sakini X1 hüqüqlu etibarnamə verilmişdir. Hər iki etibarnamə rəsmiləşdirilərkən elektron notariat informasiya sistemində nəqliyyat vasitəsi üzərində məhdudiyyət müəyyən edilməmişdir. Bundan əlavə X6 tərəfindən İddiaçı xx.xx.2012-ci ildə ** BG *** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə Bakı 14 saylı notariat ofisində, X12 tərəfindən İddiaçı xx.xx.2010-cü ildə ** BX *** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə Astara rayon notariat ofisində, X8 tərəfindən İddiaçı ** BN *** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə xx.xx.2011-ci ildə etibarnamələr verilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakı hüquqi əsaslara görə hesab etmişdir ki, iddia əsaslı olmadığından rədd edilməlidir. "Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin 1ci və 2- ci hissələrinin mənasına əsasən Azərbaycan Respublikasının ərazisində hüquqi və fiziki şəxslərə məxsus olan və mühərrikinin işçi həcmi 50 kub sm vçə daha çox, konsrutktiv maksimal surəti saatda 50 km-dən artıq olan bütün tipli, markalı və modeli mexaniki nəqliyyat vasitələri, onların qoşquları və yarımqoşquları Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən dövlət qeydiyyatından keçirilərək uçota alınırlar, qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitələrinin sahiblərinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları verilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 564 №-li Fərmanı ilə təsdiq edilmiq «Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması Qaydaları»na əsasən adıçəkilən nəqliyyat vasitələrinin dövlət reyestrini aparan orqan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 18-ci maddəsinə əsasən mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. 139.2-ci maddəsinə görə daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. 182.2-ci maddəsinə əsasən daşınar əşyanın mülkiyyətçisi bu əşyanı itirmişsə, əşya ondan oğurlanmışsa və ya iradəsinin ziddinə olaraq başqa şəkildə onun sahibliyindən çıxmışsa, yaxud əldə edən onu əvəzsiz almışsa, həmin əşyanı əldə edən vicdanlı ola bilməz. Bu məhdudiyyətlər auksionda özgəninkiləşdirilmiş pula, sənədli qiymətli kağızlara və əşyalara tətbiq olunmur. 204.2-ci maddəsinə əsasən daşınar əmlaka mülkiyyət hüququndan və ya digər hüquqdan imtina üçün mülkiyyətçi bu barədə yazılı elan verməli və ya həmin əmlaka hər hansı hüququnu saxlamaq niyyəti olmadan əmlaka sahiblik etməkdən, ondan istifadə etməkdən və ona dair sərəncam verməkdən kənarlaşmasını aşkar göstərən başqa hərəkətləri yerinə yetirməlidir. Beləliklə,birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı avtonəqliyyat vasitəsi Rusiya Federasiyasında oğurlanan avtomobil olduğu və həmin oğurluq faktında iddiaçının təqsiri müəyyən edilməsə də, avtomobil oğurluq (özgənin əmlakını gizli olaraq talama) cinayətinin predmetini təşkil etdiyi üçün cavabdehin imtinası qanunazidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməyərək düzgün nəticəyə gəlmişdir, qərarın ləğv edilməsi üçün əsas yoxdur, ona görə apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)- 3921/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: İmza Hakimlər: İmzalar Əsli ilə düzdür: Sədrlik edən Afaq Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar