Məhkəmə qərarları › İş №2-1(103)-750/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-750/2023

08.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-750/2023 08.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X3 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi vəkil X8, cavabdehin nümayəndəsi X6 və üçüncü şəxs X2 iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X5 və X7) “bağ sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2830/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bağlar Təsərrüfatı İdarəsinin 63 nömrəli Kooperativi tərəfindən 29 mart 1993-cü ildə Bakı şəhəri, Vişnyovka-1 (Albalıq) qəsəbəsində sahəsi 0,12 ha olan 787 V saylı bağ sahəsinə iddiaçının adına müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın əsaslarına görə Bağlar Təsərrüfatı İdarəsinin 63 nömrəli Kooperativi tərəfindən iddiaçıya 29 mart 1993-cü il tarixdə Bakı şəhəri, Vişnyovka1 (Albalıq) qəsəbəsində sahəsi 0,12 ha olan 787 V saylı bağ sahəsi ayrılmış və bu barədə 113 nömrəli order verilmişdir. Bu barədə Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən H-367-112 saylı, xx.xx.2019-cu il tarixli arxiv arayışı verilmişdir. Bildirir ki, 1993cü ildən iddiaçı həmin bağ sahəsindən istifadə edir. İddiaçı sözügedən ünvana dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq məqsədilə nəvəsi X4 etibarnamə verərək cavabdehə iki dəfə müraciət etmiş, cavabdeh orqan xx.xx.2021-ci il tarixli məktubu ilə çıxarışın verilməsindən imtina etmişdir. İmtinanın əsası kimi bağ sahəsinin ümumi hasar daxilində 5340,0 kv.m torpaq sahəsi olan ərazidə yerləşməsi, bağ sahəsinin yerləşməsi ilə bağların sxematik xəritəsi arasında uyğunsuzluq olması, həmin bağın qonşuluqlarının nömrələrinin 804 ilə başlaması və bağ sahəsinin yaxınlığından d=220,0 mm-lik qaz xəttinin keçməsini göstərmişdir. Bu qeyd olunanlarla əlaqədar iddiaçı bildirir ki, əgər bağ sahəsinin yerləşməsi ilə bağların sxematik xəritəsi arasında uygunsuzluq varsa, bu onun günahı deyil və belə əsassız hala görə hüquqlarının pozulması yolverilməzdir. Digər tərəfdən Dövlət Neft Şirkətinin 07 may 2021-ci il tarixli məktubunda iddiaçının sorğusuna cavab olaraq bildirmişdir ki, qeyd edilən sahə neft-qaz əməliyyatlarının aparılması üçün SOCARın daimi istifadəsinə ayrılmış ərazinin hüdudları, eləcə də, neftqaz boru kəmərlərinin mühafizə zonası xaricində yerləşir. Cavabdeh iddia ərizəsinə etirazında iddiaçıya ünvanladığı imtina məktubuna uyğun əsaslarla iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2830/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Bağlar Təsərrüfatı İdarəsinin 63 nömrəli Kooperativi tərəfindən 29 mart 1993-cü ildə Bakı şəhəri, Vişnyovka-1 (Albalıq) qəsəbəsində sahəsi 0,12 ha olan 787 V saylı bağ sahəsinə İddiaçı adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və müvafiq çıxarışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilməmişdir.Belə ki, Aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, bağ sahəsi ümumi hasar daxilində 5340.0 kv.m torpaq sahəsi olan ərazidə yerləşir. Elektron kadastr məlumatlarına əsasən göstərilən bağ sahəsinin yerləşməsi ilə bağların bölgüsünə dair sxematik xəritəsi arasında uyğunsuzluq vardır.Qonşuluqları “804” ilə başlayan bağ nömrələridir.Həmçinin torpaq sahəsinin yaxınlığından (hasardan 0.5 m məsafədən) d=220.0 mm-lik qaz xətti keçir. Bundan əlavə qeyd edirik ki,iddia olunan bağ sahəsinə dair 804H nömrəsi ilə X2 və X1 müraciəti daxil olmuşdur.Müvafiq işin düzgün və ədalətli araşdırılması məqsədilə X2 və X1 məhkəmə tərəfindən müvafiq inzibati iş üzrə üçüncü şəxs qismində tərəf kimi cəlb edilməlidir. İşin apellyasiya mərhələsində Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə X5 və X7 (qardaşlar) adi cəlbetmə qaydasında üçüncü şəxs qismində işə cəlb edilmişlər. Həmin tarixdə keçirilən məhkəmə iclasında iştirak edən üçüncü şəxs X5 məhkəməyə verdiyi izahatında iddiaçının onun əmisi oğlu olduğunu və bir hasar daxilində ona, qardaşına və əmisi oğluna bağ sahəsi ayrıldığını, aralarındakı sərhəddə setka çəkildiyini və bir-birinə qarşı heç bir mübahisələri olmadığını bildirmişdir. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən cavabdehin nümayəndəsi T.Yeganlı apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını, iddiaçının nümayəndəsi Ə.Qasımov isə iddiaçının dəlillərinin iş materialları ilə təkzib olunduğunu bildirərək birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Hazırkı məhkəmə iclasında iştirak edən üçüncü şəxs X7 isə onun əmisi oğlu olan iddiaçı ilə aralarında torpaqla bağlı heç bir mübahisə olmadığını bildirmişdir. ІІ.Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Cavabdehin imtina məktubu, iddia ərizəsinə etirazı və hazırkı apellyasiya şikayətinin üst-üstə düşən dəlillərində mübahisələndirir ki, bağ sahəsi ümumi hasar daxilində 5340.0 kv.m torpaq sahəsi olan ərazidə yerləşir. Elektron kadastr məlumatlarına əsasən göstərilən bağ sahəsinin yerləşir və üçüncü şəxslərin həmin torpaq sahəsi ilə bağlı idarəyə müraciətləri daxil olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, onun qeyd olunan dəlilləri əsassızdır. Belə ki, işin qeydolunan faktiki hallarından göründüyü kimi, iddiaçının və onun qohümu olan üçüncü şəxslərin bir hasar daxində torpaqları olsa da, araları «setka»lanmış və onların birbirinə qarşı hər hansı mübahisəsi yoxdur, hər kəs həmin order əsasında onlara verilmiş öz torpaq sahəsindən istifadə edir. . . Cavabdehin elektron kadastr məlumatlarına istinadən göstərilən bağ sahəsinin yerləşməsinin bağların bölgüsünə dair sxematik xəritəsinə münasibətdə uyğunsuzluq təşkil etdiyini mübahisələndirən digər dəlilinə gəldikdə, bu onun oxşar məhkəmə mübahisələrində təkrarlanan bir dəlilidir ki, məhkəmələr tərəfindən bununla əlaqədar hər dəfə vurğulanır ki, belə uyğunsuzluğun aradan qaldırılması Nizamnaməsi ilə qeydiyyyat orqanı olaraq onun üzərinə düşən bir vəzifəsidir. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin xx.xx.2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Nizamnaməsinin 3.1.20-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək həmin qürumun vəfəsidir. Cavabdehin torpaq sahəsinin yaxınlığından (hasardan 0.5 m məsafədən) d=220.0 mm-lik qaz xətti keçdiyini mübahisələndirən üçüncü bir dəlili də əsassızdır. Çünki, SOCAR Dövldət Neft Şirkətinin iddiaçıya ünvanlanmış 07 may 2021-ci il tarixli məktubunda cavabdehin bir hasar daxilində yerləşdiyini qeyd etdiyi 5431 kv.m torpaq sahəsi ilə bağlı bildirilmişdir ki, iddiaçıya məxsus torpaq sahəsinin koordinatlarının X=419997,41, Y=4489209,82, X=419937,38, Y=4489216,78, X=419944,66 Y=4489289, X=419947,04 Y=4489293,33, X=420006,72, Y=4489305,43; X=420010,51, Y=4489294,69 olması müəyyən edilmiş və qeyd edilən 5431 kv.m torpaq sahəsi neft-qaz əməliyyatlarının aparılması üçün SOCAR-ın daimi istifadəsinə ayrılmış ərazinin hüdudları, eləcə də neftqaz boru kəmərlərinin mühafizə zonası xaricində yerləşir. Beləliklə də cavaabdehin cavabdehin istinad etdiyi bütün dəlillərinin əsassız olduğu sübta yetirilir. Torpaq islahatı haqqında» Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0. maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: …; 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; … İş materialları üzrə Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2019-cu iltarixli arxiv arayışına və Bağlar Təsərrüfatı İdarəsinin 63 nömrəli Kooperativinin 29 mart 1993-cü il tarixli 113 nömrəli orderinə əsasən müəyyən olunur ki, İddiaçı Bakı şəhəri, Vişnyovka-1 (Albalıq) qəsəbəsində sahəsi 0,12 ha olan 787 V saylı bağ sahəsi İddiaçı ayrılmışdır. Göründüyü kimi, mübahisəli bağ sahəsinə dair iddiaçının mülkiyyət hüququnun qeyd alınmasını zəruri edən, Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun qeyd olunan 8.0.7-ci maddəsində nəzərdə tutulan sərəncam və orderi mövcuddur. Belə olan halda, cavabdeh tərəfindən həmin bağ sahəsinin iddiaçının adına müxtəlif ifadə tərzlərində qeydə alınmasından imtina etməsi qanunsuzdur, iddiaçının qanunla qorunan hüquqlarını pozur. İPM-in 73.1-ci maddəsi isə nəzərədə tutur ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Birinci instansiya məhkəməsinin qərarından da görünür ki, məhkəmə, iddianın təmin olunması barədə işdə olan sübutlarla müəyyən edilən hallara və maddi hüquq normalarına uyğun olan nəticəyə gəlmişdir. Beləliklə də qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması ilə qərar qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2830/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2830/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar