Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-750/2025 22.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, üçüncü şəxs X6, üçüncü şəxs Ş.Quliyevanın vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X7, X9, X3) “bağ sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3550/2024 nömrəli, 03 oktyabr 2024-cü il tarixli qərardadından üçüncü şəxs X7 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsinə (hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyətinin 10 dekabr 1997-ci il tarixli 1364 nömrəli qərarına əsasən X2 və İstismarı Birliyinin 8 nömrəli orderi ilə iddiaçıya ayrılmış Ləhiş bağlar sahəsində yerləşən 0,12 ha torpaq sahəsi olan 6283 nömrəli bağ sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-38/2018 nömrəli, 06 fevral 2018ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı Bakı ŞİH-in xx.xx.1997-ci il tarixli 1364 nömrəli sərəncamı əsasında verilmiş X2 və İstismarı Birliyinin 8 nömrəli orderi ilə ayrılmış Bakı şəhəri, Ləhiş bağlar massivində yerləşən 0,12 ha sahəsi olan 6293 nömrəli bağ sahəsinə onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1914/2018 nömrəli, 17 avqust 2018-ci il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-38/2018 nömrəli, 06 fevral 2018-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)- 48/2019 nömrəli, 09 yanvar 2019-cu il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1914/2018 nömrəli, 17 avqust 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-38/2018 nömrəli, 06 fevral 2018ci il tarixli qərarı qanuni qüvvəyə minmiş və icra olunması üçün 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən xx.xx.2019-cu il tarixli məktubla Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə göndərilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubda qeyd edilmişdir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-38/2018 nömrəli, 06 fevral 2018-ci il tarixli qərarının icrası təmin edilmiş, ünvan ünvanına dair İddiaçı adına ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli elektron çıxarış hazırlanmışdır. Daha sonra ərizəçi X3 Bakı İnzibati Məhkəməsinə ərizə ilə müraciət edərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-38/2018 nömrəli, 06 fevral 2018-ci il tarixli qərarının ləğv edilməsi, onun işə üçüncü şəxs qismində cəlb edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-38/2018 nömrəli, 25 iyun 2023-cü il tarixli qərardadı ilə X1 ərizəsi (vəsatəti) təmin edilməmişdir Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3207/2023 nömrəli, 28 sentyabr 2023-cü il tarixli qərardadı ilə ərizəçi X1 apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(82)-38/2018 saylı, 25 iyun 2023-cü il tarixli qərardadı ləğv edilmiş, ərizə təmin edilmiş, X3 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-38/2018 saylı, 06 fevral 2018-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə icraat təzələnmiş, İddiaçı Yunis oğlunun cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı «iddiaçının bağ sahəsinə hüquqları qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair inzibati iş mahiyyəti üzrə yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3550/2024 nömrəli, 29 fevral 2024-cü il tarixli qərardadı ilə iş üzrə X7 və X9 üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb olunmuşlar. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3550/2024 nömrəli, 04 aprel 2024-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. Üçüncü şəxs X3 ərizə ilə məhkəməyə müraciət edərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-38/2018 nömrəli, 06 fevral 2018-ci il tarixli qərarının icrasında dönüş edilməsi, iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3550/2024 nömrəli, 03 oktyabr 2024-cü il tarixli qərardadı ilə ərizə təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 38/2018 saylı, 06 fevral 2018-ci il tarixli qərarının icrasına dönüş edilmiş, ünvan ünvanına dair İddiaçı adına verilmiş ********* qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli elektron çıxarışın ləğvinə yönələn tədbirlərin görülməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuş, ünvan ünvanına dair daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına xüsusi mülkiyyət hüququ barədə aparılmış qeydiyyat ləğv edilmişdir. Hazırda üçüncü şəxs X7 Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3550/2024 nömrəli, 03 oktyabr 2024-cü il tarixli qərardadından apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı iddiasını təmin edən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-38/2018 saylı 06 fevral 2018-ci il tarixli qərarı Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1914/2018 saylı, 17 avqust 2018-ci il tarixli, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-48/2019 saylı, 09 yanvar 2019-cu il tarixli qərarları ilə qüvvədə saxlanılmışdır. Belə çıxır ki, Bakı İnzibati Məhkəməsi yuxarı instansiya məhkəmələrinin qərarlarını ləğv etmişdir. Adı orada üçüncü şəxs kimi qoyulsa da, hər hansı formada mübahisə ona məxsus 6293 saylı bağ sahəsindən getmir. Digər bir tərəfdən üçüncü şəxs X3 qarşılıqlı iddia verməmiş, işə onun iddiası əsasında baxılmamışdır. Hesab edir ki, Güşvər Şərifovanın mübahisəsi 6245 saylı bağ sahəsi üzərindən olduğundan onun iddiası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı olmalı və ayrıca verilməli idi. Üçüncü şəxs X3 ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi arasında hər hansı inzibati mübahisə yoxdur. Digər tərəfdən o, vicdanlı alıcı olaraq heç nədən xəbəri olmadan X4 DƏDRX tərəfindən verilmiş çıxarış əsasında torpaq sahəsi almışdır. Torpaq sahəsinin əvvəllər İddiaçı məxsus olması və ya mübahisəli olmasından xəbəri belə olmamışdır. Hazırda mübahisələndirilən torpaq sahəsi notarial qaydada və tam sənədləşmə ilə alınaraq çıxarış əsasında ona məxsusdur. Hesab edir ki, hazırda onun sahibliyində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 6293 nömrəli bağ sahəsinin təməl əsasının ləğv edilməsi qanunsuzdur. Faktiki olaraq vicdanlı alıcı kimi onun mülkiyyət hüquqları pozulur. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən üçüncü şəxs Ş.Quliyevanın vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən üçüncü şəxs X9 apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh və digər üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından göründüyü kimi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(82)-38/2018 nömrəli, 06 fevral 2018-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı Bakı ŞİH-in xx.xx.1997-ci il tarixli 1364 nömrəli sərəncamı əsasında verilmiş X2 və İstismarı Birliyinin 8 nömrəli orderi ilə ayrılmış Bakı şəhəri, Ləhiş bağlar massivində yerləşən 0,12 ha sahəsi olan 6293 nömrəli bağ sahəsinə onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Həmin qərar qanuni qüvvəyə minmiş və icra edilərək qeyd olunan bağ sahəsinə İddiaçı mülkiyyət hüquqları qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Lakin sonradan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3207/2023 nömrəli, 28 sentyabr 2023-cü il tarixli qərardadı ilə X1 ərizəsi təmin edilərək o, üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmiş, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(82)-38/2018 saylı, 06 fevral 2018-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə icraat təzələnmiş, inzibati iş mahiyyəti üzrə yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-1.1-ci maddəsinə əsasən icra edilmiş qətnamə ləğv edildikdə və işə yenidən baxıldıqdan sonra iddianın tamamilə və ya onun bir hissəsinin rədd edilməsi haqqında qətnamə, yaxud iş üzrə icraata xitam verilməsi, yaxud da iddianın baxılmamış saxlanması haqqında qərardad çıxarıldıqda bu aktı qəbul etmiş məhkəmə icrada dönüş edilməsi barədə tədbirlər görməli, o cümlədən ləğv edilmiş qətnamə üzrə bir tərəfin xeyrinə alınanları digər tərəfə qaytarmalı, əmlakı qaytarmaq mümkün olmadıqda isə, həmin əmlakın dəyərini tutmalıdır. Həmin Məcəllənin 236-1.2-ci maddəsinə əsasən məhkəmə öz təşəbbüsü ilə icrada dönüş haqqında məsələyə baxmalı və iş üzrə icraatın yekunlaşdığı yeni qətnamədə, yaxud qərardadda onu həll etməlidir. Həmin Məcəllənin 236-1.3-cü maddəsinə əsasən məhkəmə ləğv edilmiş qətnamənin icrasında dönüş haqqındakı məsələni həll etməzsə, işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin ləğv edilmiş qətnamə və ya qərardad əsasında aparılmış icra onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin icrada dönüş haqqında ərizəsi üzrə məhkəmə qərardad qəbul edir. Bu ərizəyə işdə iştirak edən şəxslər xəbərdar edilməklə, məhkəmə iclasında baxılır. Lakin həmin şəxslərin gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələni həll etməyə mane olmur. Həmin Məcəllənin 236-1.4-cü maddəsinə əsasən icrada dönüş haqqında məsələ üzrə məhkəmə qərardadından şikayət verilə bilər. Beləliklə, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-38/2018 saylı, 06 fevral 2018-ci il tarixli qanuni qüvvəyə minmiş qərarı əsasında Bakı şəhəri, Ləhiş bağlar massivində yerləşən 0,12 ha sahəsi olan 6293 nömrəli bağ sahəsinə iddiaçının mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə reyestrdən çıxarış verilsə də, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)- 3207/2023 nömrəli, 28 sentyabr 2023-cü il tarixli qərardadı ilə X3 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilərək həmin qərar ləğv edilmiş və iş üzrə icraat təzələnmişdir. Belə olan halda qərarın icrasında dönüş edilməsinə zərurət yaranmışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olub, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardadın ləğvi üçün əsas hesab edilə bilməz. Bu səbəbdən də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Üçüncü şəxs X7 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3550/2024 nömrəli, 03 oktyabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-750/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-750/2025
22.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver