Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-752/2023 03.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı hüquqi varisi Rəhimova (Cəbrayılova) Şəhla Ziyad qızı Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ İş № 2-1(103)-752/2023 (Açar sözlər: “hüququn ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi”) Bakı şəhəri 03 avqust 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və Kamran Hüseyn oğlu Əkbərovdan ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8211/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 03 avqust 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilir: Bakı şəhəri, Suraxanı rayonu, X4nda yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair xx.xx.2022-ci il tarixli, ********** nömrəli müraciətinizə tərəfimizdən baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, sözügedən torpaq sahəsinin yerləşmə sxemi sənədlər toplusuna əlavə olunmamışdir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
2. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Abşeron Rayon İcra Hakimiyyəti Abşeron Rayon Dövlət Arxivi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Abşeron rayon X3 25 dekabr 1998-ci il tarixli 28 saylı əmrindən vətəndaş İddiaçı adına olan arxiv çıxarışı məhkəməyə göndərilir, Abşeron rayon İcra Hakimiyyətinin 28 yanvar 1998-ci il tarixli, 40 nömrəli məktubu və Aqrar İslahat Komissiyasının 01 dekabr 1997-ci il tarixli, 031 nömrəli protokoluna əsasən Abşeron rayon X4nda vətəndaşlara torpaq sahəsi paylanmışdır. Lakin İcra Hakimiyyətinin və İslahat Komisiyasının bu qərarları Abşeron rayon arxivində aşkar edilməmişdir.
3. Həmin məktuba əlavə edilmiş Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Abşeron Rayon İcra Hakimiyyəti Abşeron Rayon Dövlət Arxivi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli, H351 saylı X3 xx.xx.1998-ci il tarixli, 28 nömrəli əmrindən çıxarışdan (arxiv çıxarışı) görünür ki, Abşeron Rayon İcra Hakimiyyətinin 28 yanvar 1998-ci il tarixli, 40 nömrəli məktubu və İslahat Komissiyasının 01 dekabr 1997ci il tarixli, 03 nömrəli protokoluna əsasən aşağıda adları qeyd olunan sovxoz sakinlərinə və icarə üsulu ilə işləyən işçilərə fərdi ev tikmək üçün hər birinə 0,12 hektar torpaq sahəsi ayrılmışdır: 145. İddiaçı.
4. Azərbaycan Respublikası Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti Başçısının Qala Qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən iddiaçının nümayəndəsi və vəkili Vəkil ünvanlanmış xx.xx.2021ci il tarixli məktubda qeyd edilir: Sizin 12/14 saylı, xx.xx.2021-ci il tarixli məktubunuzun icrası ilə əlaqədar olaraq bildiririk ki, sorğuda adı keçən vətəndaş İddiaçı qeyd etdiyi torpaq sahəsi Bakı şəhər Xəzər rayonu Qala qəsəbəsinin inzibati ərazisində yerləşir.
5. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, İddiaçı adına Bakı şəhəri, Suraxanı rayonu, X4nda qeydiyyatdan keçmiş torpaq sahəsi aşkar edilməmişdir.
6. Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilir: Sizin Abşeron Rayon İcra Hakimiyyətinə (RİH) ünvanladığınız 9 aprel 2022-ci il tarixli müraciətiniz Memarlıq və Tikinti şöbəsində araşdırılmışdır. Ərizədə keçmiş X4 ərazisindən 25 dekabr 1998-ci il tarixli 26 nömrəli əmrlə Sizə ayrılmış 0,12 hektar torpaq sahəsinin yerləşmə sxeminin hazırlanıb verilməsini xahiş edirsiniz. Məlumat üçün bildiririk ki, hər hansı formatda xəritəçəkmə, planaalma və ya mərz nöqtələrinin yerə keçirilməsi fəaliyyəti rayon İcra Hakimiyyətlərinin səlahiyyətlərinə aid deyil. Torpaq sahələrinin sənədləşdirilməsi zamanı texniki kadastr sənədi kimi plan-sxem, cizgi-plan, cizgi-sxem və sair terminlər tətbiq olunmur. Bu cür hallarda tələb olunan texniki kadastr sənədi “Torpaq sahəsinin yerquruluşu planı” adlanır. Qanunvericiliklə müəyyən edilmiş qaydada yerquruluşu işləri Azərbaycan Respublikası vahid kadastr fondu məlumatlarından istifadə edilərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirilir. “Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə”nin 2-ci bəndinin tələbinə uyğun olaraq yerquruluşu işləri Respublikanın ərazisində torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifariçi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən aparılır. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinin 4-cü abzasının tələbinə uyğun olaraq dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. Həmin qanunun 10-cu maddəsinin tələbinə uyğun olaraq torpaq kadastr sənədlərinin dəqiqliyini təmin etmək üçün Azərbaycan Respublikasının bütün inzibati ərazi vahidləri üzrə torpaq sahələrinin yerdə tədqiqi aparılır və kadastr sənədləri ilə müqayisə olunaraq sənədlərdə düzəlişlər edilir. Başqa sözlə çöl planaalma işlərinin nəticələri kadastr fondu məlumatları ilə müqayisəli ekspertiza edildikdən sonra müvafiq sənədlər hazırlanır. Həmin qanunun 12-ci maddəsinin 2-ci abzasına uyğun olaraq Dövlət torpaq kadastr fondu müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin sərəncamında olur. Qeyd olunanları nəzərə alaraq fərdi həyətyanı torpaq sahəsinin qanuni istifadəyə verilməsini təsdiq edən sənədləri təqdim etməklə aidiyyəti üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etməyiniz tövsiyə olunur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti və Abşeron Rayon İcra Hakimiyyəti) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayon X4 üzrə 25 dekabr 1998-ci il tarixli, 28 saylı əmrdən çıxarışla, Abşeron rayon İcra Hakimiyyətinin 28 yanvar 1998-ci il tarixli, 40 nömrəli məktubu və İslahat Komissiyasının 01 dekabr 1997-ci il tarixli 03 nömrəli protokoluna əsasən, fərdi yaşayış evi tikmək üçün ona ayrılmış, Abşeron rayon X4 ərazisində (hazırda Xəzər rayonu İcra Hakimiyyəti Başçısının Qala qəsəbəsi İƏD üzrə nümayəndəliyinə aid ərazidə) yerləşən 0.6 hektar torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin plan ölçüsünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu X3 xx.xx.1998-ci il tarixli, 28 nömrəli əmrinə əsasən fərdi ev tikmək üçün İddiaçı ayrılmış 0,06 ha torpaq sahəsinə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və Torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında bildirmişdir ki, iddiaçı xx xxxxxx 1941-ci il tarixdə Lerik rayonunun Orand kəndində doğulmuşdur və 1992-ci ilin əvvəllərindən iddiaçı ailə üzvləri ilə birlikdə Lerik rayonundan köçüb daimi olaraq Xəzər rayonunun Binə və Qala qəsəbələri ərazisində yaşamağa başlamışdır. Həmin vaxt ərizəsinə əsasən Abşeron rayon X4 üzrə 25 dekabr 1998-ci il tarixli, 28 saylı əmrdən çıxarışla, Abşeron rayon İcra Hakimiyyətinin 28 yanvar 1998-ci il tarixli, 40 nömrəli məktubu və İslahat Komissiyasının 01 dekabr 1997-ci il tarixli 03 nömrəli protokoluna əsasən iddiaçıya fərdi yaşayış evi tikmək üçün Abşeron rayon X4 ərazisində (hazırda Xəzər rayonu İcra Hakimiyyəti Başçısının Qala qəsəbəsi İƏD üzrə nümayəndəliyinə aid ərazidə) 0,12 hektar torpaq sahəsi ayrılmışdır. O vaxtdan da torpaq sahəsinin ətrafı iddiaçı tərəfindən 5 mişar daşı hündürlüyündə daş hasara alınmış və içərisinə iddiaçının tikintisini planlaşdırdığı yaşayış evinin inşası üçün bəzi inşaat materialları tökdürülmüşdür. Lakin sonradan iddiaçı yaşayış evini inşa etdirə bilməmiş, iddiaçıya ayrılmış 0,12 ha-dan ibarət olan torpaq sahəsinin yarısı tanımadığı şəxslər tərəfindən zəbt edilmiş, hazırda iddiaçı torpaq sahəsinin yalnız 0,06 ha hissəsini öz sahibliyində saxlaya bilmişdir. İddiaçı torpaq sahəsi üzərində öz mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin plan ölçüsünün verilməsi ilə bağlı rəsmi qaydada cavabdehə müraciət etmişdir. Lakin cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir. Cavabdehin imtinası əsassızdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçı müvafiq iddia tələbi ilə bağlı ********** nömrəli, xx.xx.2022-ci il tarixli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir.Aparılan araşdırma zamanı müəyyən olmuşdur ki, sözügedən torpaq sahəsinin ayrılmasına dair Abşeron rayon X3 25 dekabr 1998-ci il tarixli, 28 saylı əmrinin əsli və yerləşmə sxemi sənədlər toplusuna əlavə olunmamışdır.Bundan əlavə, torpaq sahəsinin faktiki ölçüsü 435 kv.m təşkil edir.
11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8211/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilməsi, Abşeron rayonu X3 xx.xx.1998-ci il tarixli, 28 nömrəli əmrinə əsasən fərdi ev tikmək üçün İddiaçı ayrılmış 0,06 ha torpaq sahəsinə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və Torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.
12. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, müəyyən edildi ki, Abşeron rayon X3 xx.xx.1998-ci il tarixli, 28 nömrəli əmrinə əsasən Abşeron Rayon İcra Hakimiyyətinin 28 yanvar 1998-ci il tarixli, 40 nömrəli məktubu və İslahat Komissiyasının 01 dekabr 1997-ci il tarixli, 03 nömrəli protokoluna uyğun olaraq adları qeyd olunan sovxoz sakinlərinə və icarə üsulu ilə işləyən işçilərə fərdi ev tikmək üçün hər birinə 0,12 hektar torpaq sahəsi ayrılmışdır və adlı siyahı tərtib edilmişdir. Bu siyahıda İddiaçı adı 145-ci sıra sayı ilə qeyd edilmişdir. İddiaçı qeyd olunan torpaq sahəsinə xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə əlaqədar cavabdeh inzibati orqana müraciət etsə də, cavabdeh müraciətin təmin edilməsindən imtina etmişdir.
13. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən həmin torpaq sahəsinin başqa fiziki və ya hüquqi şəxsin torpaq sahəsi ilə üst-üstə düşməsinə dair sübutlar məhkəməyə təqdim edilməmişdir.
14. Cavabdeh tərəfindən qeyd olunan əmrin həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdir.
15. Həmin əmr ləğv edilməmiş və ya etibarsız hesab edilməmişdir, hazırda qüvvədədir və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, eləcə də Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”na uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur.
16. Göründüyü kimi, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Bu səbəbdən də cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir.
17. Birinci instansiya məhkəməsi «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci, 2.2-ci, 8.0.8-ci, 12.1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci, 139.3-cü, 139-1.1.8-ci maddəsinə, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə»yə istinad etmişdir.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
18. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-8211/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
a) Apellyasiya şikayətinin dəlilləri
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı müvafiq iddia tələbi ilə bağlı ********** nömrəli, xx.xx.2022-ci il tarixli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir.Aparılan araşdırma zamanı müəyyən olmuşdur ki, sözügedən torpaq sahəsinin ayrılmasına dair Abşeron rayon X3 25 dekabr 1998-ci il tarixli, 28 saylı əmrinin əsli və yerləşmə sxemi sənədlər toplusuna əlavə olunmamışdır. Bundan əlavə, torpaq sahəsinin faktiki ölçüsü 435 kv.m təşkil edir.Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən müvafiq iş dəqiq və düzgün araşdırılmamış, qeyd olunan hallar və qanunvericiliyin tələbləri qanunsuz və əsassız olaraq məhkəmə tərəfindən nəzərə alınmamış və nəticədə qanunsuz olaraq iddiaçının iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilmişdir.Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci bəndinə uyğun olaraq sovxozun yenidən təşkili qaydasında (həmin sovxozun bazasında) yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri əsasında yaşayış və bağ evlərinin tikintisi üçün ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı müvafiq əmrin həmin sovxozun (kənd təsərrüfatı müəssisəsinin) tabe olduğu orqanda, həmin bənddə nəzərdə tutulan digər hallarda isə “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) olduğu halda həyata keçirilir.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir.Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən torpaq sahəsi üzərində hüquqların yaranması hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr əsasında verilir.Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır.Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Apellyasiya baxışı zamanı məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia olunan torpaq sahəsinin faktiki ölçüsünün müəyyən edilməsi üçün iş üzrə məhkəməmühəndis-texniki ekspertiza təyin edilmişdir.
21. Lakin bundan sonra iddiaçının apellyasiya şikayətinə iddia ərizəsi ilə oxşar məzmunda xx.xx.2023-cü il tarixli yazılı etiraz ərizəsi daxil olmuşdur.Həmçinin, etiraz ərizəsində 0,06 ha torpaq sahəsinə deyil, faktiki 435 kv.metr torpaq sahəsinə dair İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və Torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması xahiş edilmişdir.
c) Prosses iştirakçılarının izahatları
22. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.2023-cü il tarixdə ölmüşdür.Odur ki, məhkəmə xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı hüquqi varisi olaraq qızı Rəhimova (Cəbrayılova) Şəhla Ziyad qızı ilə əvəz olunmuşdur.
23. Həmçinin, məhkəmə Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı hüquqi varisi Rəhimova (Cəbrayılova) Şəhla Ziyad qızı iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək Abşeron rayonu X3 xx.xx.1998-ci il tarixli, 28 nömrəli əmrinə əsasən fərdi ev tikmək üçün İddiaçı ayrılmış 435 kv.metr torpaq sahəsinə hüququn mərhum İddiaçı məxsus olmasına dair arayışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir və ərizə məhkəmə iclasının protokoluna əsasən icraata qəbul edilmişdir.
24. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir
25. Məhkəmə Kollegiyasının sonuncu iclası barədə lazımı qaydada xəbərdar edilmiş İddiaçı hüquqi varisi Rəhimova (Cəbrayılova) Şəhla Ziyad qızı məhkəmə iclasında iştirak etməmişdir.Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
26. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 8.0.7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslarından biri 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış hesab olunur. 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. 7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir.
27. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.
28. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin:
68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
29. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.
17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 30.Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci bəndinə uyğun olaraq sovxozun yenidən təşkili qaydasında (həmin sovxozun bazasında) yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri əsasında yaşayış və bağ evlərinin tikintisi üçün ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı müvafiq əmrin həmin sovxozun (kənd təsərrüfatı müəssisəsinin) tabe olduğu orqanda, həmin bənddə nəzərdə tutulan digər hallarda isə “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) olduğu halda həyata keçirilir.
31. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi
2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2.məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
32. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
33. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34.Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. 35.İddia tələbinin mahiyyəti və apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə Kollegiyası aşağıdakıları qeyd edir: 36.İşin sadalanan faktiki hallarından müəyyən olunur ki, Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Abşeron Rayon İcra Hakimiyyəti Abşeron Rayon Dövlət Arxivi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli, H351 saylı X3 xx.xx.1998-ci il tarixli, 28 nömrəli əmrindən çıxarışdan (arxiv çıxarışı) görünür ki, Abşeron Rayon İcra Hakimiyyətinin 28 yanvar 1998-ci il tarixli, 40 nömrəli məktubu və İslahat Komissiyasının 01 dekabr 1997ci il tarixli, 03 nömrəli protokoluna əsasən aşağıda adları qeyd olunan sovxoz sakinlərinə və icarə üsulu ilə işləyən işçilərə fərdi ev tikmək üçün hər birinə 0,12 hektar torpaq sahəsi ayrılmışdır: 145. İddiaçı. 37.İddiaçı yuxarıda qeyd edilən və işin hallarında sadalanan sənədərə istinad edilən iddia tələbinin Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8211/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə təmin edilməsi, Abşeron rayonu X3 xx.xx.1998-ci il tarixli, 28 nömrəli əmrinə əsasən fərdi ev tikmək üçün İddiaçı ayrılmış 0,06 ha torpaq sahəsinə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və Torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. 38.Cavabdeh Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8211/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından apellyasiya şikayəti verərək dəlillər olaraq göstərmişdir ki, sözügedən torpaq sahəsinin ayrılmasına dair Abşeron rayon X3 25 dekabr 1998-ci il tarixli, 28 saylı əmrinin əsli və yerləşmə sxemi sənədlər toplusuna əlavə olunmamışdır. Bundan əlavə, torpaq sahəsinin faktiki ölçüsü 435 kv.m təşkil edir.Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən müvafiq iş dəqiq və düzgün araşdırılmamış, qeyd olunan hallar və qanunvericiliyin tələbləri qanunsuz və əsassız olaraq məhkəmə tərəfindən nəzərə alınmamış və nəticədə qanunsuz olaraq iddiaçının iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilmişdir. 39.Yuxarıda qeyd edildiyi kimi, İddiaçı xx.xx.2023-cü il tarixdə ölmüşdür və məhkəmə xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı hüquqi varisi olaraq qızı Rəhimova (Cəbrayılova) Şəhla Ziyad qızı ilə əvəz olunmuşdur.İddiaçı hüquqi varisi Rəhimova (Cəbrayılova) Şəhla Ziyad qızı iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək Abşeron rayonu X3 xx.xx.1998-ci il tarixli, 28 nömrəli əmrinə əsasən fərdi ev tikmək üçün İddiaçı ayrılmış 435 kv.m torpaq sahəsinə hüququn mərhum İddiaçı məxsus olmasına dair arayışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir və ərizə məhkəmə iclasının protokoluna əsasən icraata qəbul edilmişdir. 40.Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, məhkəmə tərəfindən arxiv sənədlərinə əsasən müəyyən edildi ki, Abşeron rayon X3 xx.xx.1998-ci il tarixli, 28 nömrəli əmrinə əsasən Abşeron Rayon İcra Hakimiyyətinin 28 yanvar 1998-ci il tarixli, 40 nömrəli məktubu və İslahat Komissiyasının 01 dekabr 1997-ci il tarixli, 03 nömrəli protokoluna uyğun olaraq adları qeyd olunan sovxoz sakinlərinə və icarə üsulu ilə işləyən işçilərə fərdi ev tikmək üçün hər birinə 0,12 hektar torpaq sahəsi ayrılmışdır və adlı siyahı tərtib edilmişdir. Bu siyahıda İddiaçı adı 145-ci sıra sayı ilə qeyd edilmişdir. 41.Məhkəmə Kollegiyası apellyasiya şikayətinin digər dəlilinə münasibətdə isə qeyd edir ki, torpaq sahəsinin faktiki ölçüsü 435 kv.m təşkil etməsi ilə bağlı İddiaçı hüquqi varisi Rəhimova (Cəbrayılova) Şəhla Ziyad qızı razılaşaraq iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə təqdim etmiş və Abşeron rayonu X3 xx.xx.1998-ci il tarixli, 28 nömrəli əmrinə əsasən fərdi ev tikmək üçün İddiaçı ayrılmış 435 kv.m torpaq sahəsinə hüququn mərhum İddiaçı məxsus olmasına dair arayışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.Ərizə icraata qəbul edilmişdir. 42.Beləliklə, məhkəmə Kollegiyası İddiaçı hüquqi varisi Rəhimova (Cəbrayılova) Şəhla Ziyad qızının dəqiqləşdirilmiş iddia ərizəsinin təmin olunmasını istisna edən hər hansı əsas müəyyən etmir. 43.Məhkəmə Kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən həmin torpaq sahəsinin başqa fiziki və ya hüquqi şəxsin torpaq sahəsi ilə üst-üstə düşməsinə dair sübutlar məhkəməyə təqdim edilməmişdir. 44.Cavabdeh tərəfindən qeyd olunan əmrin həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdir, əmr ləğv edilməmiş və ya etibarsız hesab edilməmişdir, hazırda qüvvədədir və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, eləcə də Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”na uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur. 45.Yuxarıda qeyd edilənlərə əsasən və işin faktiki hallarına tətbiq edilmiş hüquq normalarından çıxış edərək məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti mübahisəli torpaq sahəsinin ölçüsünün 0,06 ha deyil, 435 kv.m olması ilə bağlı dəlilə münasibətdə əsaslı olduğundan, həmçinin İddiaçı hüquqi varisi Rəhimova (Cəbrayılova) Şəhla Ziyad qızı iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə təqdim etməklə Abşeron rayonu X3 xx.xx.1998-ci il tarixli, 28 nömrəli əmrinə əsasən fərdi ev tikmək üçün İddiaçı ayrılmış 435 kv.m torpaq sahəsinə hüququn mərhum İddiaçı məxsus olmasına dair arayışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etdiyindən cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8211/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməlidir. 46.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8211/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ləğv olunsun. İddia təmin edilsin. Abşeron rayonu X3 xx.xx.1998-ci il tarixli, 28 nömrəli əmrinə əsasən fərdi ev tikmək üçün İddiaçı ayrılmış 435 kv.m torpaq sahəsinə hüququn mərhum İddiaçı məxsus olmasına dair arayışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.