Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-754/2023 30.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinə qarşı iş üzrə QƏRARİ İş № 2-1(103)-754/2023 (Açar sözlər: “əmrin ləğv edilməsi və s.”) Bakı şəhəri 30 yanvar 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X2 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-480/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 30 yanvar 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Yasamal Rayon Polis İdarəsinin 26 mart 2019-cu il tarixli Ə 25 ş/h saylı əmrinə əsasən Yasamal rayon polis idarəsinə polis nəfəri kimi xidmətə qəbul olunmuşdur.
2. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin 14 oktyabr 2020-ci il tarixli Ə 441-039-20 Əmrin 1-ci bəndinə əsasən "Polis haqqında" Qanunun, DİN-in 2001-212, 2005-130 və 2009-330 nömrəli əmrlərinin tələblərini pozaraq inzibati ərazidə ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmini məqsədi ilə keçirilən tədbirlərin gücləndirilməsi ilə bağlı xidmətə cəlb olunmalarına baxmayaraq xx.xx.2020-ci il tarixdə "Volkswagen" markalı avtomaşının sürücüsünə heç bir zərurət olmadan yaxınlaşaraq onunla polisin nüfuzunu aşağılayan və şəxsi maraqları məzmununda söhbətlər aparıb məqsədlərinə nail olduqlarına, bununla da Daxili İşlər orqanları əməkdaşlarının adına və polisin işgüzar nüfuzuna ləkə gətirən hərəkətlərə yol verdiklərinə görə Yasamal RPİ PPXB-nin polis nəfərləri, polis serjantı X1 və polis kiçik serjantı İddiaçı “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən daxili işlər orqanlarında xidmətdən xaric olunmuşdurlar.
İş üzrə qəbuledilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Yasamal Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN-nin Yasamal rayon polis idarəsinin iddiaçının daxili işlər orqanından xidmət etməyinin xaric edilməyinə dair 15 oktyabr 2020-ci il tarixli Ə/84 Ş/h091-20 saylı əmrin bğv edilməsini, onun əvvəlki vəzifəsinə xidmətə qəbul olunmasını, məcburi iş buraxmağına görə bütün dövr üçün ödəniş edilməsinə dair qərar çıxarılmasını; barəsində aparılmış araşdırmaya dair bütün sənədlərin təsdiq olunmuş surətlərini, o cümlədən 15 oktyabr 2020-ci il tarixli Ə/84 Ş/h-091-20 saylı əmrin surətləri Yasamal RPİdən və Bakı Baş Polis İdarəsindən tələb olunaraq onların ətrafında araşdırma aparılmasının təmin olunmasını məhkəmədən xahiş etmişdir.
4. 07.04.2022-ci il tarixli məhkəmə iclasında İddiaçı iddianın dəyişdirilməsinə dair ərizəsi qismən “İddiaçı cavabdeh Bakı Şəhər Baş Polis İdarəsinə qarşı (3-cü şəxs Yasamal Rayon Polis İdarəsi) iddiaçının daxili işlər orqanından xidmət etməkdən xaric olunmasına dair Bakı şəhər Baş Polis İdarəsinin 14 oktyabr 2020-ci il tarixli Ə 441- 039-20 nömrəli əmrinin ləğv edilməsi, əvvəlki vəzifəsinə xidmətə bərpa olunması, məcburi iş buraxmağa görə bütün dövr üçün əmək haqqının ödəniş edilməsinə dair qərar qəbul edilməsi” hissəsində icraata qəbul edilmiş, İddiaçı iddianın dəyişdirilməsinə dair ərizəsi qalan hissədə icraata qəbul edilməmişdir. Həmçinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi hazırkı iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.
5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası DİN-nin Yasamal rayon polis idarəsinin 26 mart 2019-cu il tarixli Ə 25 ş/h saylı əmrinə əsasən Yasamal rayon polis idarəsini polis nəfəri kimi xidmətə qəbul olunmuşdur.Həmin vaxtadan Yasamal rayon ərazisində xidmət aparmağa başlamışdır. 13 avqust 2020-ci il tarixdə o, manqa komandiri X7, polis serjantı X1, axırıncının idarə etdiyi xidməti Fiat markalı Az ** AP *** dövlət nömrə nişanlı maşınla xidmət apararkən, təxmini saat 16:30 radələrində bir qara rəngli Volsfaqen markalı avtomaşını idarə edən sürücü avtomaşının qabaq faraları ilə bizə işarə etdi və avtomaşını saxlamağı xahiş etmişdir. Həmin avtomaşını idarə edən sürücü öz avtomaşınını saxlayıb onlara yaxınlaşmışdır.Cahandar və manqa komandiri Alı avtomaşından düşdülər.İddiaçı avtomaşında qalmışdır.Cahandar və Alı həmin şəxsə özlərini təqdim etmişlər.Həmin şəxsin təxminən 30-35 yaşı olardı, bədəni kök, saçı qırxılmış vəziyyətdə idi. Həmin şəxslər Cahndara və Alıya müraciət edərək evini mühafizə elətdirmək niyyətini onlara çatdırdı. Bundan sonra Cahandar, habelə manqa komandiri X7 bildirdilər ki, DİN-nin Mühafizə polisinə müraciət etmək lazımdır. O yaşadığı evin Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, Albalı Uşaq baxçasının yanında olmasını bildirmişdir. Bundan sonra həmin şəxs onlara müraciət edərək qeyd etmişdir ki, siz çox əziyyət çəkirsiniz, karantin vaxtında çox yorulursunuz. Daha sonra həmin şəxs o da polis övladı olduğunu, yaxınları polis əməkdaşlarıdır deyərək əlini cibinə salıb Cahandara deməklə onlara nahar etmək üçün öz istəyi ilə pul vermək istəmişdir. Cahandar həmin şəxsə iki dəfə etiraz edib onlara nahar üçün pul verməsini qəbul etməyəcəyini bildirmişdir. Həmin şəxs təkidlə onlara nahar etmək üçün 30 manat pul vəsaitini Cahandarın ovucuna basmış və dərhal oranı tərk etmişdir.Onlar xidmətlərinə davam edərək, həmin şəxsin verdiyi pulun 10 manatı xərcləyib dönər almışlar. Xidmətlərini davam edib 38 saylı Tam orta məktəbin yanından keçərkən onlara uşaqlar yaxınlaşıb həmin məktəbin futbol oynayan meydançada 3 nəfər narkotik vasitə qəbul etmələrini bildirmişlər. Onlar həmin yerə yaxınlaşanda narkotik vasitə qəbul edən şəxslər qaçmağa başlamışlar. Həmin yaxaladıqları iki nəfər şəxsləri xidməti avtomaşının yanına gətirib polis şöbəsinə çatdırıb təhvil vermək istəmişlər. Lakin xidməti avtomaşının yanına çatanda gördü ki, xidməti avtomaşın üç avtomaşın ilə onun idarə etdiyi avtomaşının hərəkətini məhdudlaşdırıblar. Eyni zamanda orada 7 nəfər mülki paltar olan şəxslərin olmasını görmüşdür.Həmin 7 nəfərdən mülki geyimdə olan biri vəsiqə göstərmədən, onun polis polkovnik- leytenantı olmasını bildirmişlər.Mülki paltarda olan şəxslər yaxalanılan şəxslər barəsində onlar tərəfindən əməliyyat təşkil olunub və bu şəxlər Bakı Baş Polis İdarəsinə getməlidirlər. Onlar etiraz edib bildirmişdilər ki, onlar yaxaladıqları şəxsləri ərazi üzrə polis şöbəsinə aparmalıdırlar.Bunun ardınca qeyd etdilər ki, xüsusi gösətriş var, idarə rəhbbərliyinin bundan xəbəri olması kimi cavablandırdılar.Beləliklə də iddiaçını, manqa komandiri- İmanov Alını, polis kiçik serjantı Cahandan, yaxaladıqları hər iki şəxsi Bakı Baş Polis idarəsinə gətirilmişlər.Onlar Bakı Baş polis idarəsinin CAİ-nin rəisinin xidməti otağına gətirilmişlər.CAİ-nin rəisi onlardan tələb etmişdir ki, ciblərində nə varsa çıxarıb masanın üstünə qoysunlar. İddiaçının cibində 100(yüz) manatlıq əskinazı, 70 qəpik pul vəsaitini masanın üstünə qoymuşdur.Bundan sonra CAİ-nin rəisi yanında digər mülki paltarda, özünün ad, soyadını və rütbəsini, tututduğu vəzifəsini bildirmədən balaca işıqsaçan qurğu ilə onun cibindən çıxan 100 manat pul əskinazların üzərinə işıqlandırma aparıb üzərində rüşvət sözü yazılmasını 100 manatlıq əskinazın üzərində görmüşdür.Bundan sonra o, həmin pul vəsaitinin yuxarıda qeyd etdiyi qaydada və məzmunda danışıqlardan sonra nahar etmək adı ilə öz arzusu və təkidi ilə onlara adı, soyadı məlum olmayan şəxs tərəfindən 5 dəqiqə ərzində danışıb çıxıb getmiş şəxs tərəfindən verilməsini bildirmişdir.Həmin şəxs könüllü yardım qaydasında nahar etmək üçün təkidlə pul verməsi hər hansı qanun pozuntusu yaratmır. İşlədiyi 3 il 07 gün ərzində hər-hansı intizam tənbehi olmamışdır. Əksinə xidməti nümunəvi qaydada etməklə 2 dəfə pul mükafatı ilə təltif olunmuşdur. Buna görə barəsində çıxarılmış əmr əsassız və qanunsuzdur.
6. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Yasamal Rayon Polis İdarəsinin hazırkı iş üzrə üçüncü şəxs qismində prosessual iştirakına xitam verilmişdir. Həmin tarixli məhkəmə iclasında iddia tələbinin “Bakı şəhər Baş Polis İdarəsinin 14 oktyabr 2020-ci il tarixli Ə 441-039-20 nömrəli əmrinin iddiaçıya aid hissədə ləğv edilməsi, iddiaçının əvvəlki vəzifəsinə xidmətə bərpa olunması, məcburi iş buraxmağa görə bütün dövr üçün əmək haqqının ödəniş edilməsinə dair qərar qəbul edilməsi” kimi oxunması qərara alınmışdır.
7. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə prosesində nümayəndələrinin iştirakını təmin etməmişdirlər.
8. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazda göstərilənləri müdafiə edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
9. Etiraz onunla əsaslandırılmışdır ki, Yasamal Rayon Polis İdarəsinin Post-patrul xidməti bölüyünün “Fiat Doblo” markalı, **-AP-*** dövlət qeydiyyat nişanlı avtopatrulda xidmət aparan əməkdaşlar inzibati ərazidə malların müəyyən edilməmiş yerlərdə satışının təşkilinin qarşısının alınmasına yönəlmiş Yasamal RPİ rəisinin xx.xx.2020-ci il tarixli, Ə239-091-20 nömrəli əmrinin icrasının təmin edilməsinə cəlb olunmalarına baxmayaraq ictimai asayişin qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi, o cümlədən tətbiq olunan xüsusi karantin rejimi qaydalarına riayət olunması, küçə ticarətinə, avara və dilənçiliklə məşğul olan şəxslərə, antisanitariya və digər bu kimi inzibati xətalara qarşı mübarizə aparmaq əvəzinə fəaliyyətlərini daxili işlər orqanları əməkdaşlarının adına və polisin işgüzar nüfuzuna ləkə gətirən hərəkətlərə yol verilməsi üzərində qurmuşlar. Belə ki, xx.xx.2020-ci il tarixdə, saat 20.00 radələrində Bakı Şəhər BPİ-nin aidiyyəti xidmət əməkdaşları tərəfindən Yasamal rayonu, Yeni Yasamal qəsəbəsi ərazisində keçirilən tədbirlər zamanı qeyd olunan avtopatrulda xidmət aparan polis nəfərləri Cahandar Mustafazadə və İddiaçı heç bir zərurət olmadan maddi vəziyyətinə görə imkanlı təsəvvürü yaradan “Volkswagen” markalı avtomaşının sürücüsünə yaxınlaşaraq polisin nüfuzunu aşağılayan və şəxsi maraqları məzmununda söhbətlər aparıb məqsədlərinə nail olduqdan sonra oradan getmələri müşahidə olunmuşdur. Bakı Şəhər BPİ-nin xx.xx.2020-ci il tarixli Ə441-039-20 nömrəli əmri ilə ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmini məqsədi ilə keçirilən tədbirlərin gücləndirilməsi ilə bağlı xidmətə cəlb olunmalarına baxmayaraq xx.xx.2020-ci il tarixdə heç bir zərurət olmadan “Volkswagen” markalı avtomaşının sürücüsünə yaxınlaşaraq onunla polisin nüfuzunu aşağılayan və şəxsi maraqları məzmununda söhbətlər aparıb məqsədlərinə nail olduqlarına, bununla da daxili işlər orqanları əməkdaşlarının adına və polisin işgüzar nüfuzuna ləkə gətirən hərəkətlərə yol verdiklərinə görə Yasamal Rayon Polis İdarəsinin Post-patrul xidməti bölüyünün polis nəfərləri, polis serjantı X1 və polis kiçik serjantı İddiaçı “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135ci maddəsinin 9-cu bəndinə əsasən daxili işlər orqanlarında xidmətdən xaric olunmuşlar. Göstərilənlər baxımından, İddiaçı daxili işlər orqanlarında xidmətdən xaric olunmasına dair Bakı Şəhər BPİ-nin xx.xx.2020-ci il tarixli, Ə441-039-20 nömrəli əmrinin qanuni hesab edilərək qüvvədə saxlanılması, əvvəlki vəzifəsinə xidmətə bərpa olunması, məcburi olaraq buraxdığı xidmət dövrü üçün əmək haqqının ödənilməsinin mümkünsüz sayılması barədə qərar qəbul edilməsini xahiş edirlər.
10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-480/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır.
11. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iş materiallarından görünür ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin 14 oktyabr 2020-ci il tarixli Ə 441-039-20 Əmrin 1-ci bəndinə əsasən "Polis haqqında" Qanunun, DİN-in 2001-212, 2005-130 və 2009-330 nömrəli əmrlərinin tələblərini pozaraq inzibati ərazidə ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmini məqsədi ilə keçirilən tədbirlərin gücləndirilməsi ilə bağlı xidmətə cəlb olunmalarına baxmayaraq xx.xx.2020-ci il tarixdə "Volkswagen" markalı avtomaşının sürücüsünə heç bir zərurət olmadan yaxınlaşaraq onunla polisin nüfuzunu aşağılayan və şəxsi maraqları məzmununda söhbətlər aparıb məqsədlərinə nail olduqlarına, bununla da Daxili İşlər orqanları əməkdaşlarının adına və polisin işgüzar nüfuzuna ləkə gətirən hərəkətlərə yol verdiklərinə görə Yasamal RPİ PPXBnin polis nəfərləri, polis serjantı X1 və polis kiçik serjantı İddiaçı “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135ci maddəsinin 9-cu bəndinə əsasən daxili işlər orqanlarında xidmətdən xaric olunmuşdurlar.
12. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan qəbul etdiyi inzibati aktı iddiaçının daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etməsi ilə əsaslandırmışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş Post-Patrul naryadlarının yerləşdirilməsi üzrə cədvəlin təsdiq edilmiş surətindən, həmçinin iddiaçının və digər əməkdaşların izahatlarından İddiaçı xx.xx.2020-ci il tarixdə xidmətdə olması, xidmətdə olduğu zaman Daxili İşlər orqanları əməkdaşlarının adına və polisin işgüzar nüfuzuna ləkə gətirən hərəkətlərə yol verməsi öz təsdiqini tapmışdır.
13. Birinci instansiya məhkəməsi İPM-in 14.1-ci maddəsinə, 32.1-ci maddəsinə «Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə»nin 135-ci maddəsinə,114-cü maddəsinə, 141-ci bəndinə, DİN-in xx.xx.2005-ci il tarixli 130 nömrəli əmri ilə təsdiq edilmiş “Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi”nin 1-ci bəndinə istinad etmişdir.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
14. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-480/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
a) Apellyasiya şikayətinin dəlilləri
15. Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda olmaqla onunla əsaslandırılmışdır ki, hesab edir ki, məhkəmənin qərarı qanuni hesab edilə bilməz və ləğv edilməlidir. Belə ki, o, Azərbaycan Respublikası DİN-nin Yasamal rayon polis idarəsinin 26 mart 2019-cil il tarixli Ə 52 ş/h saylı əmrinə əsasən Yasamal rayon polis idarəsinə polis nəfəri kimi xidmətə qəbul olunmuşdur. Həmin vaxtadan Yasamal rayon ərazisində xidmət aparmağa başlamışdır.Onun Azərbaycan Respublikası Daxili İşlər orqanından xaric edilməyinə dair 14 oktyabr 2020-ci il tarixli Ə441-039-20 №-li Əmri Azərbaycan Respublikası DİN-nin Bakı şəhər Baş Polis idarəsi tərəfindən rəsmləşdirilmişdir.Həmin əmri rəsmləşdirərkən cavabdeh- "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə" nin 135ci maddəsinin 9-cu bəndinə istinad olunmuşdur.Həmin əmrdə qeyd olunur ki, xx.xx.2020 -ci il tarixli, Ə239-091-20 nömrəli əmri ilə inzibati ərazidə maiların müəyyən edilməmiş yerlərdə satışının təşkilinin qarşısının alınması məqsədi ilə Yasamal RPİ PPXB-nin "Fiat Doblo" mar kalı, ** AP *** dövlət qeydiyyat nişanlı, 58-60 çağırışlı avtopatrulda xidmət aparan əməkdaşlar inzibati ərazi üzrə xidmətə cəlb olunmalarına baxmayaraq ictimai asayişin qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi, o cümlədən tətbiq olunan xüsusi karantin rejimi tələblərinə riayət olunması, küçə ticarətinə, avara və dilənçiliklə məşğul olan şəxslərə, antisanitariyaya və digər bu kimi inzibati xətalara qarşı mübarizə aparmaq əvəzinə fəaliyyətlərini daxili işlər orqanları əməkdaşlarının adına və polisin işgüzar nüfuzuna ləkə gətirən hərəkətlərə yol verilməsi üzərində qurmuşlar.Belə ki,xx.xx.2020-ci il tarixdə, saat 20.00 radələrində Bakı Şəhər BPİ-nin aidiyyəti xidmət əməkdaşları tərəfindən Yasamal rayonu, Yeni Yasamal qəsəbəsi ərazisində keçirilən tədbirlər zamanı qeyd olunan avtopatrulda xidmət aparan polis nəfərləri Cahandar Mustafazadə və İddiaçı heç bir zərurət olmadan "Volkswagen" markalı avtomaşının sürücüsü, maddi vəziyyətinə görə imkanlı təsəvvürü yaradan şəxsə yaxınlaşıb polisin nüfuzunu aşağılayan və şəxsi maraqları məzmununda söhbətlər aparıb məqsədlərinə nail olduqdan sonra oradan getmələri müşahidə edilmişdir. Həmçinin, qeyd olunan avto patrulda xidmətə cəlb olunmuş və həmin söhbətlər zamanı patrul avto maşınında otur muş manqa komandiri Alı imanov tabelikdəki əməkdaşların xidməti vəzifələrini yerinə yetirmələrinə yüksək məsuliyyət hissi ilə yanaşmalarını təmin etmək əvəzinə onlar tərəfindən yol verilmiş nöqsanların qarşısını vaxtında almamışdır. işə baxılan zaman məhkəmənin diqqətnə dəfələrlə və faktlarla çatdırmışdır ki, cavabdeh tərəfindən əmrdə qeyd edilən hallar təhrif olunmuş qaydada rəsmiləş dirilmişdir.Belə ki, o, 2020-ci ilin yanvar ayından xidmətini Yasamal RPİ-nin giriş-çıxış stasionar postunda aparmışdır.Həmin işi yerinə yetirərkən Yasamal RPİ-nin PPXB-nin bölük komandiri polis baş leytenantı Vüsal Amanovun tabeçiliyində olmuşdur.13 oktyabr 2020-ci il tarixdə heç bir əsas olmadan onu öz işindən ayıraraq heç bir daxili əmr olmadan 58-60 Çağırışlı avtopatrula əyləşdirərək Yasamal rayonun X6 xidməti ərazisində qanunsuz küçə ticarətinə qarşı mübarizə aparmaq üçün xidmətə cəlb etmişlər və onu manqa komandiri polis baş serjantı Alı imanovun tabeçiliyinə vermişlər.İlk öncə onu qeyd etmək lazımdır ki, yasamal rayon Pİ-ni rəisinini xx.xx.2020 -ci il tarixli, Ə239-091-20 nömrəli əmri ilə inzibati ərazidə malların müəyyən edilməmiş yerlərdə satışının təşkilinin qarşısının alınması məqsədi ilə verilmiş əmri ona elan edilməmiş və onun xidməti sahəsi olmamışdır.Həmin əmr manqa komandiri Alı imanov, polis nəfərləri Cahandar Mustafazadə və Xətai adlı polis nəfərinə əmrlə həvalə edilmişdir.Onu Xətai adlı başqa əməkdaşın əvəzinə göndərmişlər.Həmin vaxt xidmətdə olarkən xidməti ərazidə maşında əyləşmişmişdir, manqa komandiri Alı İmanovla digər polis nəfəri Cahandar Mustafazadə ərazidən qayıdaraq bir nəfərin onlara çörək yemək üçün 30 manat pul verdiyini deyərək Yasamal rayonu ərazisindəki “Daşfırın” adlanan kafesinə sürmüş, orada adama bir dönər və bir kola içmişlər, sonradan əraziyə qayıdarkən bir neçə mülki geyimdə olan şəxslər onları Bakı Şəhər Baş Polis idarəsinə aparıb guya göndərdikləri əməliyyatçıdan 30 manat rüşvət almalarını əsas gətirərək onu və digər polis nəfəri Cahandar Mustafazadəni polis orqanlarından xaric etmişlər.Ancaq pulu alan manqa komandiri Alı İmanov işdə saxlanılmışdır.Bakı şəhər BPİ-nin yoxlama sənədlərində manqa komandiri Alı İmanovun guya maşında əyləşməsi, onunla digər polis nəfəri C. Mustafayevin "Volkswagen" markalı avtomaşının sürücüsündən guya pul almağı qeyd edilmişdir.Manqa komandiri Alı İmanov yalnız Azərbaycan Respublikasının DİN-nin xx.xx.2021-ci il tarixli əmrinə əsasən işdə yol verdiyi ciddi nöqsanlara görə işdən azad edilərək polis orqanlarından xaric edilmişdir.Həmin əmrdə Alı İmanovun dəfələrlə xidmətdə olarkən başqa-başqa şəxslərdən pul alması faktları qeyd edilmişdir.Həmin əmri məhkəməyə təqdim etsəm də buna hüquqi qiymət verilməmişdir.Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşı X4 tərəfindən keçirilən əməliyyat qanunsuz olmuş, onun məhkəməyə şahid qismində dəvət edilib dindirilməsi təmin edilməmişdir.
b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının əvvəlki iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil Hümsü oğlu apellyasiya şikayətinin dəlillərinə istinad edərək, şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-480/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişdir.
18. Əlavə olaraq mübahisənin məhkəmədən kənar həll edilməsi üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir.Məhkəmə Kollegiyası iddiaçının vəkili və nümayəndəsi Vəkil Hümsü oğlunun şifahi vəsatətini nəzərə alaraq məhkəmə iclasını xx.xx.2023-cü il tarixə təxirə salmışdır.
19. Lakin Məhkəmə kollegiyasının iclası barədə lazımı qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasında iştirak etməmişlər.Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyasının:
20. 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
21. 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
22. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir.
«Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə»nin
23. 108-ci maddəsinə əsasən daxili işlər orqanlarında xidməti intizam – əməkdaşlar tərəfindən onlara həvalə olunmuş vəzifələrin icrasından və öz səlahiyyətlərini həyata keçirən zaman Azərbaycan Respublikasının qanunvericiliyinə, vəzifə təlimatlarına, habelə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və bilavasitə rəislərin əmr və göstərişlərinə əməl etməkdən ibarətdir.
24. Əsasnamənin 114-cü maddəsinə əsasən xidməti intizam qaydalarını pozmağa görə daxili işlər orqanlarının əməkdaşlarına aşağıdakı intizam tənbehləri tətbiq edilə bilər: məzəmmət, töhmət, şiddətli töhmət, xidməti vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq, tutduğu vəzifədən aşağı vəzifəyə keçirmə, xüsusi rütbənin bir pillə aşağı salınması, xidmətdən xaric edilmə.
25. Həmin Əsasnamənin 135-ci maddəsinin 9-cu bəndinə əsasən daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə xidmətdən xaric edilə bilər.
26. Həmin Əsasnamənin 141-ci bəndinə əsasən daxili işlər orqanları əməkdaşlarının xidmətdən xaric edilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyətinin müəyyən etdiyi qaydada həyata keçirilir.
DİN-in xx.xx.2005-ci il tarixli 130 nömrəli əmri ilə təsdiq edilmiş “Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi”nin
27. 1-ci bəndinə əsasən daxili işlər orqanları əməkdaşı Azərbaycan Respublikasının qanunvericiliyinə, cəmiyyətdə qəbul olunmuş norma və qaydalara tam şəkildə əməl etməli, bu işdə digər şəxslərə nümunə olmalıdır.
28. Həmin Kodeksin 2-ci bəndinə əsasən xidməti və vətəndaşlıq borcuna sadiq olmalı, vətəndaşların həyat və sağlamlığının, hüquq və azadlıqlarının, cəmiyyətin və dövlətin maraqlarının hüquqazidd qəsdlərdən qorunmasına görə öz şəxsi məsuliyyətini hiss etməlidir. Daim yadda saxlamalıdır ki, hətta bir əməkdaşın Andını pozması, xidməti borcunu yerinə yetirməməsi və nalayiq hərəkətə yol verməsi, bir çox əməkdaşın fədakar əməyi və nümunəvi xidməti hesabına əldə olunmuş uğurlara və nüfuza kölgə sala bilər.
29. Həmin Kodeksin 3-cü bəndinə əsasən dövlət hakimiyyəti nümayəndəsi olaraq sağlam düşüncəyə və aydın mövqeyə malik olmalı, insanlara ədalətli, humanist, alicənab və mədəni münasibət bəsləməli, hər kəsi hüquqa zidd əməllərdən və zorakılıqdan müdafiə etməli, ekstremal şəraitdə köməyə ehtiyacı olanları, xüsusilə qadın və uşaqları, qoca, xəstə və əlilləri köməksiz qoymamalıdır. Vətəndaşlarla ünsiyyətdə diqqətli və nəzakətli olmalı, bunu zəiflik əlaməti deyil, əksinə, qanunun gücünə arxalanan haqq və ədalətin təzahürü kimi qəbul etməlidir.
30. Həmin Kodeksin 10-cu bəndinə əsasən Azərbaycan Respublikası daxili işlər orqanlarında mövcud olan vətənpərvərlik, yoldaşlıq və qarşılıqlı yardım, cəsurluq və təmənnasızlıq, alicənablılıq və fədakarlıq, xidməti borca sədaqət və peşəkarlıq, xeyirxahlıq və veteranlara hörmət ənənələrini qorumalı və inkişaf etdirməlidir.
31. Həmin Kodeksin 20-ci bəndinə əsasən xidməti vəzifələrinin icrasına bilavasitə aid olmadığı halda sosial şəbəkələrdə ictimai müzakirələrdə iştirak etməməli, xidməti fəaliyyəti və vəzifələri barədə, eləcə də məxfi (dövlət sirri) və konfidensial məlumatları paylaşmamalı, xidməti vəsiqəsinin, iş otağının, silahının, nəqliyyatın, xüsusi vasitələrin, avadanlığın, xüsusi geyim formasının, onun atributlarının və özünün fotoşəkillərini (xüsusi geyim formasında və mülki geyimdə) yerləşdirməməli, digər əməkdaşları bu cür hərəkətlərə təhrik etməməlidir.
32. Həmin Kodeksin 22-ci bəndinə əsasən davranış kodeksində təsbit olunmuş prinsip və qaydaların əməkdaş tərəfindən yerinə yetirilməməsi xidməti və icra intizamının pozulması, daxili işlər orqanları əməkdaşının adına ləkə gətirən hərəkət kimi qiymətləndirilir və "Azərbaycan Respublikası daxili işlər orqanlarının intizam nizamnaməsi"ndə müəyyən olunmuş qaydada intizam məsuliyyəti doğurur. Etik davranış qaydalarının pozulması daxili işlər orqanları əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Daxili işlər orqanları əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətdə həyata keçirilir. İntizam məsuliyyətinin dərəcəsi və tənbehin növü yol verilmiş intizam pozuntusu faktı üzrə keçirilən xidməti təhqiqatın və ya araşdırmanın nəticələrinə əsasən, buna səlahiyyəti olan vəzifəli şəxs tərəfindən müəyyən edilir.
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi
33. Maddə. 2.2.1 -şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
34. Maddə 8.1.2-mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır.
35. Maddə.32.1- mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.
36. Maddə 38.1-mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər.
37. Maddə 14.1. mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.
38. Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
39. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
40. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
41. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
42. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər:
43. Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda;
44. Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə;
45. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
46. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
47. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
48. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
49. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə haqqında iddia növünə aiddir.
50. Həmçinin, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
51. Məhkəmə kollegiyası daha sonra qeyd edir ki, aşağıdakı səbəblərə əsasən apellyasiya şikayəti əsassızdır, odur ki, təmin edilməməlidir.
52. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəyə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iddia tələbi əsaslı olaraq təmin edilməmişdir.
53. Belə ki, iddia tələbindən görünür ki, iddiaçı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin 14 oktyabr 2020-ci il tarixli Ə 441-039-20 nömrəli əmrini ona aid hissədə mübahisələndirir.
54. İş materiallarından görünür ki, məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi mübahisələndirilən əmrin və digər sənədlərin müvafiq qaydada təsdiq edilmiş surətini məhkəməyə təqdim etmişdir.
55. İşin faktiki hallarından görünür ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin 14 oktyabr 2020-ci il tarixli Ə 441-039-20 Əmrin 1-ci bəndinə əsasən "Polis haqqında" Qanunun, DİN-in 2001-212, 2005-130 və 2009-330 nömrəli əmrlərinin tələblərini pozaraq inzibati ərazidə ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmini məqsədi ilə keçirilən tədbirlərin gücləndirilməsi ilə bağlı xidmətə cəlb olunmalarına baxmayaraq xx.xx.2020-ci il tarixdə "Volkswagen" markalı avtomaşının sürücüsünə heç bir zərurət olmadan yaxınlaşaraq onunla polisin nüfuzunu aşağılayan və şəxsi maraqları məzmununda söhbətlər aparıb məqsədlərinə nail olduqlarına, bununla da Daxili İşlər orqanları əməkdaşlarının adına və polisin işgüzar nüfuzuna ləkə gətirən hərəkətlərə yol verdiklərinə görə Yasamal RPİ PPXB-nin polis nəfərləri, polis serjantı X1 və polis kiçik serjantı İddiaçı “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən daxili işlər orqanlarında xidmətdən xaric olunmuşdurlar.
56. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.
57. Məhkəmə Kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan qəbul etdiyi inzibati aktı iddiaçının daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etməsi ilə əsaslandırmışdır.
58. Bununla bağlı məhkəmə Kollegiyası qeyd edir ki, məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş Post-Patrul naryadlarının yerləşdirilməsi üzrə cədvəlin təsdiq edilmiş surətindən, həmçinin iddiaçının özünün və digər əməkdaşların izahatlarından İddiaçı xx.xx.2020-ci il tarixdə xidmətdə olması, xidmətdə olduğu zaman Daxili İşlər orqanları əməkdaşlarının adına və polisin işgüzar nüfuzuna ləkə gətirən hərəkətlərə yol verməsi öz təsdiqini tapmışdır.
59. İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, “... işə baxılan zaman məhkəmənin diqqətnə dəfələrlə və faktlarla çatdırmışdır ki, cavabdeh tərəfindən əmrdə qeyd edilən hallar təhrif olunmuş qaydada rəsmiləş dirilmişdir.Belə ki, o, 2020-ci ilin yanvar ayından xidmətini Yasamal RPİ-nin giriş-çıxış stasionar postunda aparmışdır.Həmin işi yerinə yetirərkən Yasamal RPİ-nin PPXB-nin bölük komandiri polis baş leytenantı Vüsal Amanovun tabeçiliyində olmuşdur.13 oktyabr 2020-ci il tarixdə heç bir əsas olmadan onu öz işindən ayıraraq heç bir daxili əmr olmadan 58-60 Çağırışlı avtopatrula əyləşdirərək Yasamal rayonun X6 xidməti ərazisində qanunsuz küçə ticarətinə qarşı mübarizə aparmaq üçün xidmətə cəlb etmişlər və onu manqa komandiri polis baş serjantı Alı imanovun tabeçiliyinə vermişlər.İlk öncə onu qeyd etmək lazımdır ki, yasamal rayon Pİ-ni rəisinini xx.xx.2020 -ci il tarixli, Ə239-091-20 nömrəli əmri ilə inzibati ərazidə malların müəyyən edilməmiş yerlərdə satışının təşkilinin qarşısının alınması məqsədi ilə verilmiş əmri ona elan edilməmiş və onun xidməti sahəsi olmamışdır.Həmin əmr manqa komandiri Alı imanov, polis nəfərləri Cahandar Mustafazadə və Xətai adlı polis nəfərinə əmrlə həvalə edilmişdir.Onu Xətai adlı başqa əməkdaşın əvəzinə göndərmişlər.Həmin vaxt xidmətdə olarkən xidməti ərazidə maşında əyləşmişmişdir, manqa komandiri Alı İmanovla digər polis nəfəri Cahandar Mustafazadə ərazidən qayıdaraq bir nəfərin onlara çörək yemək üçün 30 manat pul verdiyini deyərək Yasamal rayonu ərazisindəki “Daşfırın” adlanan kafesinə sürmüş, orada adama bir dönər və bir kola içmişlər, sonradan əraziyə qayıdarkən bir neçə mülki geyimdə olan şəxslər onları Bakı Şəhər Baş Polis idarəsinə aparıb guya göndərdikləri əməliyyatçıdan 30 manat rüşvət almalarını əsas gətirərək onu və digər polis nəfəri Cahandar Mustafazadəni polis orqanlarından xaric etmişlər.Ancaq pulu alan manqa komandiri Alı İmanov işdə saxlanılmışdır.”
60. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçının şikayətinin dəlillərindən də aydın olur ki, iddiaçı xidməti vəzifələrini icra edərkən DİN-in xx.xx.2005-ci il tarixli 130 nömrəli əmri ilə təsdiq edilmiş “Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi”ni pozmuşdur.
61. Belə ki, DİN-in xx.xx.2005-ci il tarixli 130 nömrəli əmri ilə təsdiq edilmiş “Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi”nin 1-ci bəndinə əsasən daxili işlər orqanları əməkdaşları Azərbaycan Respublikasının qanunvericiliyinə, cəmiyyətdə qəbul olunmuş norma və qaydalara tam şəkildə əməl etməli, bu işdə digər şəxslərə nümunə olmalıdır.
62. Həmin Kodeksin 2-ci bəndinə əsasən xidməti və vətəndaşlıq borcuna sadiq olmalı, vətəndaşların həyat və sağlamlığının, hüquq və azadlıqlarının, cəmiyyətin və dövlətin maraqlarının hüquqazidd qəsdlərdən qorunmasına görə öz şəxsi məsuliyyətini hiss etməlidir. Daim yadda saxlamalıdır ki, hətta bir əməkdaşın Andını pozması, xidməti borcunu yerinə yetirməməsi və nalayiq hərəkətə yol verməsi, bir çox əməkdaşın fədakar əməyi və nümunəvi xidməti hesabına əldə olunmuş uğurlara və nüfuza kölgə sala bilər.
63. Həmin Kodeksin 3-cü bəndinə əsasən dövlət hakimiyyəti nümayəndəsi olaraq sağlam düşüncəyə və aydın mövqeyə malik olmalı, insanlara ədalətli, humanist, alicənab və mədəni münasibət bəsləməli, hər kəsi hüquqa zidd əməllərdən və zorakılıqdan müdafiə etməli, ekstremal şəraitdə köməyə ehtiyacı olanları, xüsusilə qadın və uşaqları, qoca, xəstə və əlilləri köməksiz qoymamalıdır. Vətəndaşlarla ünsiyyətdə diqqətli və nəzakətli olmalı, bunu zəiflik əlaməti deyil, əksinə, qanunun gücünə arxalanan haqq və ədalətin təzahürü kimi qəbul etməlidir.
64. Həmin Kodeksin 10-cu bəndinə əsasən Azərbaycan Respublikası daxili işlər orqanlarında mövcud olan vətənpərvərlik, yoldaşlıq və qarşılıqlı yardım, cəsurluq və təmənnasızlıq, alicənablılıq və fədakarlıq, xidməti borca sədaqət və peşəkarlıq, xeyirxahlıq və veteranlara hörmət ənənələrini qorumalı və inkişaf etdirməlidir.
65. Bundan başqa iddiaçının hazırkı iş üzrə iddia ərizəsində qeyd edilmişdir: “...Daha sonra həmin şəxs o da polis övladı olduğunu, yaxınları polis əməkdaşlarıdır deyərək əlini cibinə salıb Cahandara deməklə onlara nahar etmək üçün öz istəyi ilə pul vermək istəmişdir.Cahandar həmin şəxsə iki dəfə etiraz edib onlara nahar üçün pul verməsini qəbul etməyəcəyini bildirmişdir. Həmin şəxs təkidlə onlara nahar etmək üçün 30 manat pul vəsaitini Cahandarın ovucuna basmış və dərhal oranı tərk etmişdir.Onlar xidmətlərinə davam edərək, həmin şəxsin verdiyi pulun 10 manatı xərcləyib dönər almışlar....Onlar Bakı Baş polis idarəsinin CAİ-nin rəisinin xidməti otağına gətirilmişlər.CAİ-nin rəisi onlardan tələb etmişdir ki, ciblərində nə varsa çıxarıb masanın üstünə qoysunlar. İddiaçının cibində 100 (yüz) manatlıq əskinazı, 70 qəpik pul vəsaitini masanın üstünə qoymuşdur.Bundan sonra CAİ-nin rəisi yanında digər mülki paltarda, özünün ad, soyadını və rütbəsini, tututduğu vəzifəsini bildirmədən balaca işıqsaçan qurğu ilə onun cibindən çıxan 100 manat pul əskinazların üzərinə işıqlandırma aparıb üzərində rüşvət sözü yazılmasını 100 manatlıq əskinazın üzərində görmüşdür.Bundan sonra o, həmin pul vəsaitinin yuxarıda qeyd etdiyi qaydada və məzmunda danışıqlardan sonra nahar etmək adı ilə öz arzusu və təkidi ilə onlara adı, soyadı məlum olmayan şəxs tərəfindən 5 dəqiqə ərzində danışıb çıxıb getmiş şəxs tərəfindən verilməsini bildirmişdir.Həmin şəxs könüllü yardım qaydasında nahar etmək üçün təkidlə pul verməsi hər hansı qanun pozuntusu yaratmır..”
66. Məhkəmə Kollegiyası, işin faktiki hallarına və bu hallara tətbiq edilmiş hüquq normalarına əsaslanaraq iddiaçının hərəkətlərinə görə onun barəsində «Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə»nin 135-ci maddəsinə əsasən xidmətdən xaric edilmə barəsində cavabdeh inzibati orqanın əmrini əsaslı hesab edir.
67. Beləliklə, məhkəmənin qənaətinə görə, cavabdehin mübahisələndirilən 14 oktyabr 2020-ci il tarixli Ə 441-039-20 nömrəli əmri “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”yə müvafiq olaraq İddiaçı DİO əməkdaşı adına ləkə gətirən hərəkət etdiyinə görə xidmətdən xaric edilməsi qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olmadığından, hazırkı iddia tələbi əsassızdır və təmin edilməməlidir.
68. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir.
69. Beləliklə, məhkəmə Kollegiyası tətbiq edilmiş hüquq normalarına və işin yuxarıda sadalanan faktiki hallarına istinad edərək hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq nəticəyə gəlmişdir ki, iddia tələbi təmin edilməməlidir.
70. Odur ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-480/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
71. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-480/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.