Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-755/2022 15.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “Richard Bittner” AG-nin Cavabdeh Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə qarşı “qərarın ləğvi və s.” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X10 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Həmid Üzeyir oğlu Həmidovdan və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, X5-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı “Richard Bittner” AG-nin cavabdeh Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə qarşı “qərarın ləğvi və s.” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-661/2021 saylı 30 avqust 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 15 iyul 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin X2 tərəfindən “X16.” şirkətinə ünvanlanmış 24 fevral 2014-cü il tarixli məktubunun surətindən görünür ki, xx.xx.2014-cü il tarixdə Türkiyənin “X16.” şirkətinin istehsalı olan “Notta” tablet dərman vasitəsinin ərizə və sənədləri ilkin eskpertiza məqsədi ilə AEM-ə daxil olmuşdur. Lakin, təqdim edilmiş dosyedə aşağıda qeyd olunmuş sənədlər çatışmadığı üçün adı çəkilən dərman vasitəsi ilkin ekspertizadan geri qaytarılmışdır: 1. Qablaşdırmanın rəngli eskizləri; 2. Azərbaycan dilində içlik vərəqə. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin X2 tərəfindən “Sanovel” şirkətinə ünvanlanmış 23 aprel 2014-cü il tarixli məktubunun surətindən görünür ki, xx.xx.2014-cü il tarixində Türkiyənin “X16. Tic. A.Ş.” şirkətinin istehsalı olan “Notta” dərman vasitəsinin ekspertizası məqsədi ilə ərizə və sənədlər daxil olmuşdur. Təqdim edilmiş sənədlərin ilkin ekspertizasının müsbət nəticəsi əsasında 5 iş günü ərzində adı çəkilən dərman vasitəsinin ixtisaslaşdırılmış ekspertizasının aparılması üçün müqavilə bağlanmalıdır. Qeyd olunan müddət ərzində müqavilə imzalanmadığı halda dərman vasitəsinin sənədlərinin geri qaytarılacağı bildirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin X2 tərəfindən “Sanovel” şirkətinə ünvanlanmış 10 noyabr 2015-ci il tarixli məktubunun surətindən görünür ki, NOTTA 10 mq tabl. (montelukast) (Sanovel İlac. San. Türkiyə) dərman vasitəsinin ekspertizası nəticəsində məlum olmuşdur ki, dərman vasitəsinin bioekvivalentlik tədqiqatlarının sənədlərində aşkar edilmiş nöqsanlarla bağlı istehsalçı şirkətə dəfələrlə sorğu göndərilməsinə baxmayaraq aşağıda qeyd olunan nöqsanlar aradan qaldırılmamışdır: Könüllülərdən alınan və tədqiqatda iştirakı təsdiqləyən yazılı razılıq sənədinin imzalanmış nümunələri təqdim olunmamışdır (X12); Ekspertizaya təqdim edilən sənədlərdə əsas tədqiqatın keçirilmə tarixi 2004-2005- ci illərdə qeyd olunmuşdur. Eyni zamanda qeyd olunmuşdur ki, in-vitro Dissolution tədqiqatının keçirilmə tarixi 2003 ildir. Bu qeyri-uyğunluq yolverilməzdir; in-vitro Dissolution tədqiqatı keçirildiyi yeri əsas tədqiqatın keçirilən yerdən fərqlidir. Tədqiqat Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən 24.0l.20l4 tarixində təsdiq olunmuş “Çoxmənbəli (generik) dərman vasitələrinin biomənimsənilməsinə və bioekvivalentliyə dair sınaqlarının ekspertizasının aparılması qaydalarına dair metodiki tövsiyələr"-nə uyğun hesabat tam şəkildə təqdim olunmalıdır. Qeyd olunanlara və "Dərman vasitələrinin dövlət qeydiyyatına alınması və reyestrinin aparılması Qaydaları"nın 8.1. bəndinə uyğun olaraq ixtisaslaşdırılmış ekspertizanın nəticəsi mənfi qiymətləndirilmişdir. Əmtəə nişanından görünür ki, X17. ve Tic. A.Ş. (ünvan: X6 X18 Merkezi C Blok 34398 Maslak - İstanbul / TURKEY (TR) -adına Azərbaycan Respublikasında "nottasanovel" əmtəə nişanı 05-ci sinif: "əczaçılıq preparatları" əmtəələri üzrə 2009 1350 nömrə ilə xx.xx.2009 tarixdə qeydiyyata alınmış, xx.xx.2028-ci il tarixə qədər qüvvədədir. “AzeriMed” LLC-nin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “X2” MMC-yə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, Avstriyanın “İddiaçı” şirkətinin istehsalı olan “Notta daxilə qəbul edilən dərman N20, N50” dərman vasitəsinin Azəraycan Respublikasında yenidən dövlət qeydiyyatına alınmasına icazə verilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X2nin xx.xx.2019-cu il tarixli 1670 saylı aktından görünür ki, “ixtisaslaşdırılmış ekspertiza üçün təqdim olunan dərman vasitələrinin və standart numunələrinin qəbulu haqqında” akt tərtib etmişdir (“İddiaçı” şirkətinin istehsalı olan “Notta N20, N50” dərman vasitəsi və dozası). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin DV seriyalı 10- 00048 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, vəsiqə verilir Bitner Farma, Avstriya (Bittner Pharma, Austria), istehsalçı, ölkə “Rixard Bitner” AG, Avstriya (İddiaçı, Austria) olmaqla “NOTTA” (dərman vasitəsinin ticarət adı) dərman vasitəsi dövlət qeydiyyatına alınmışdır və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi dərman vasitəsinin dövlət qeydiyyatına alınmasını təsdiq edir. Qeydiyyat tarixi - xx.xx.2010-cu il, Etibarlıdır - xx.xx.2015-ci il. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin DV seriyalı 15- 00102 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, vəsiqə verilir Bitner Farma, Avstriya (Bittner Pharma, Austria), istehsalçı, ölkə “Rixard Bitner” AG, Avstriya (İddiaçı, Austria) olmaqla “NOTTA” (dərman vasitəsinin ticarət adı) dərman vasitəsi dövlət qeydiyyatına alınmışdır və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi dərman vasitəsinin dövlət qeydiyyatına alınmasını təsdiq edir. Qeydiyyat tarixi - xx.xx.2015-ci il, Etibarlıdır xx.xx.2020-ci il. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin DV seriyalı 20- 01003 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, vəsiqə verilir Bitner Farma, Avstriya (Bittner Pharma, Austria), istehsalçı, ölkə “Rixard Bitner” AG, Avstriya (İddiaçı, Austria) olmaqla “NOTTA” (dərman vasitəsinin ticarət adı) dərman vasitəsi dövlət qeydiyyatına alınmışdır və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi dərman vasitəsinin dövlət qeydiyyatına alınmasını təsdiq edir. Qeydiyyat tarixi - xx.xx.2020-ci il, Etibarlıdır - xx.xx.2025-ci il. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi Apellyasiya şurasının 01 noyabr 2019-cu il tarixli A46-7 saylı qərarından görünür ki, X17. ve Tic. A.Ş. şirkətinə /Ünvan: X6 X18 Merkezi C Blok 34398 Maslak - İstanbul (TR)/ məxsus 2009 1350 qeydiyyat nömrəli “notta-sanovel” əmtəə nişanının 05-ci sinif əmtəələri üzrə qeydiyyatına qarşı “İddiaçı” adından patent müvəkkili Nümayəndə1 tərəfindən “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsində nəzərdə tutulmuş əsaslara görə verilmiş etiraz ərizəsinə baxılaraq, X17. ve Tic. A.Ş.-yə məxsus 2009 1350 qeydiyyat nömrəli “notta-sanovel” əmtəə nişanının 05-ci sinif əmtəələri üzrə qeydiyyatına qarşı “İddiaçı” adından patent müvəkkili Nümayəndə1 tərəfindən verilmiş etiraz ərizəsinin təmin olunmaması qərara alınmışdır. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi Apellyasiya şurasının 18 dekabr 2019-cu il tarixli A78-7 saylı qərarından görünür ki, iddiaçı (ərizəçi) İddiaçı (ünvan: Reisnerstrasse 55-57, A-1030 Wien, Avstriya (AT) şirkətinə məxsus 663516 beynəlxalq qeydiyyat nömrəli “NOTTA” əmtəə nişanının 05-ci sinif “Əczaçılıq, baytarçılıq və sanitar preparatları; tibbi istifadə üçün uyğunlaşdırılmış pəhriz maddələri; dərmanlar, xüsusilə homeopatik dərmanlar; müalicəvi içkilər" əmtəələri üzrə qeydiyyata alınmasının qismən rədd edilməsi barədə Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və X1 Mərkəzinin xx.xx.2019-cu il tarixli qərarına qarşı ərizəçinin nümayəndəsi, patent müvəkkili Nümayəndə1 tərəfindən verilmiş etiraz ərizəsinə baxılaraq İddiaçı (ünvan: Reisnerstrasse 55-57, A1030 Wien, Avstriya (AT) şirkətinə məxsus 663516 beynəlxalq qeydiyyat nömrəli “NOTTA" əmtəə nişanının 05-ci sinif “Əczaçılıq, baytarçılıq və sanitar preparatları; tibbi istifadə üçün uyğunlaşdırılmış pəhriz maddələri; dərmanlar, xüsusilə homeopatik dərmanlar; müalicəvi içkilər” əmtəələri üzrə qeydiyyata alınmasının qismən rədd edilməsi barədə Ekspertizanın xx.xx.2019-cu il tarixli qərarına qarşı ərizəçinin nümayəndəsi, patent müvəkkili Nümayəndə1 tərəfindən Əqli Mülkiyyət Agentliyinin Apellyasiya şurasına verilmiş etiraz ərizəsinin təmin olunmaması qərara alınmışdır. Hazırda iddiaçı “Richard Bittner” AG-nin cavabdeh Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə qarşı tələbi “Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apellyasiya şurasının A46-7 nömrəli 01 noyabr 2019-cu il tarixli qərarının ləğv edilməsi və X17. ve Tic. A.Ş. adına 2009 1350 nömrəli qeydiyyata xitam verilməsi, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apellyasiya şurasının A78-7 nömrəli 18 dekabr 2019-cu il tarixli qərarının ləğv edilməsi, «Richard Bittner» AG (ünvan: Reisnerstrasse 55-57, A-1030 Wien, Avstriya (AT) şirkətinin adına İR 663516 sayla beynəlxalq qeydiyyata alınmış “NOTTA” əmtəə nişanının 05-ci sinif əmtəələri üzrə xx.xx.2019-cu il tarixli ilkin rədd qərarının ləğv edilməsi və İR 663516 sayla beynəlxalq qeydiyyata alınmış “NOTTA” əmtəə nişanının 05-ci sinif əmtəələri üzrə tam mühafizə verilməsi ilə bağlı son qərarın Ümumdünya Əqli Mülkiyyət Təşkilatına göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apellyasiya şurasının A46-7 nömrəli 01 noyabr 2019-cu il tarixli və A78-7 nömrəli 18 dekabr 2019-cu il tarixli qərarları əsassız və qanunsuz olduğu üçün ləğv olunmalıdır. “Richard Bittner” AG, adına AT, xx.xx.1996, 164 184 bazis qeydiyyatı əsasında “NOTTA” əmtəə nişanının 5-ci sinif “Əczaçılıq, baytarçılıq və sanitar preparatları; tibbi istifadə üçün uyğunlaşdırılmış pəhriz maddələri; dərmanlar, xüsusilə homeopatik dərmanlar; müalicəvi içkilər” əmtəələri üzrə xx.xx.1996-cı il tarixli 663516 nömrəli beynəlxalq qeydiyyat üzrə Romarin çıxarış təqdim edilir. “NOTTA” əmtəə nişanı xx.xx.2018-ci il tarixdə Madrid Protokolu 9sexies maddəsinə və (Qaydalar 24 (6) Azərbaycan Respublikası ərazisinə genişləndirilməklə verilmişdir. Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və X1 Mərkəzi X17. ve Tic. A.Ş.-nin Azərbaycan Respublikası ərazisində 2009 1350 nömrəli qeydiyyatla qüvvədə olan “notta-sanovel” əmtəə nişanını qarşı qoyularaq qismən ilkin rədd qərarı verilmişdir. “Richard Bittner” AG şirkəti İR 663516 sayla beynəlxalq qeydiyyata alınmış “NOTTA” əmtəə nişanının 05-ci sinif əmtəələri üzrə ilkin rədd qərarının ləğv olunması ilə əlaqədar qarşı qoyulmuş “nottasanovel” əmtəə nişanının 2009 1350 saylı qeydiyyatına qarşı Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinə Apellyasiya Şurasına “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında qanunun” 30-cu maddəsinə: “Əmtəə nişanının qeydə alındığı tarixdən fasiləsiz olaraq 5 il və ya istənilən şəxsin ondan istifadə olunmaması barədə verdiyi ərizənin daxil olduğu tarixə qədər 5 il ərzində istifadə olunmadıqda müvafiq icra hakimiyyəti orqanının Apellyasiya şurası qeydiyyata xitam verə bilər” istinad edilməklə xx.xx.2019-cu il tarixdə əsaslandırılmış etiraz verilmiş, lakin A78-7 nömrəli 18 dekabr 2019-cu il tarixli qərarı ilə təmin olunmamışdır. Qarşı qoyulan “notta-sanovel” əmtəə nişanının 2009 1350 saylı qeydiyyatına xitam verildiyi təqdirdə, “NOTTA” əmtəə nişanının 05-ci sinif “Əczaçılıq preparatları” əmtəələri üzrə İR 663516 saylı beynəlxalq qeydiyyatı ilə bağlı qismən ilkin rədd qərarına əsas aradan qalxmış olur. “Richard Bittner” AG “NOTTA” nişanı ilə “nottasanovel” nişanının oxşar olmadığı mübahisələndirməmişdir. Cavabdeh öz qərarını əsaslandırarmaq və əsas məsələdən diqqəti yayındırmaq üçün qərəzli olaraq “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında qanunun” 6-cı maddəsinin və “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nın 5-ci maddəsinin və 29.6.1, 29.6.2, 29.6.3, 29.6.4, 29.9.1 və 29.9.2-ci bəndlərini qərarın əsaslandırma hissəsində sadalayaraq İddiaçı, Avstriya şirkəti tərəfindən “notta-sanovel” əmtəə nişanının 2009 1350 saylı qeydiyyatına xitam verilməsi barədə ərizənin təmin edilməməsi səbəblərini göstərməmiş, hüquqi qiymət verməmişdir. “Richard Bittner” AG, Avstriya şirkəti tərəfindən Azərbaycan Respublikası ərazisində Dövlət qeydiyyatına alınmış “Dərman vasitələrinin qiymət axtarış sistemində” aparılmış axtarışın nəticəsi “notta-sanovel” əmtəə nişanlı, ticarət adı altında -“Heç bir nəticə tapılmadı” olmuşdur. Azərbaycan Respublikası ərazisində Dövlət qeydiyyatına alınmış “Dərman vasitələrinin qiymət axtarış sistemində” aparılmış axtarışın nəticəsi olaraq X17. ve Tic. A.Ş., şirkətinin adına onlarla başqa əmtəə nişanların siyahısı mövcuddur. Lakin həmin siyahıda “notta-sanovel” əmtəə nişanlı dərman vasitəsi yoxdur. “İddiaçı”., tərəfindən aparılan digər araşdırmalardan da məlum olmuşdur ki, X17. ve Tic. A.Ş., Azərbaycan Respublikası ərazisində 2009 1350 nömrəli qeydiyyatla qüvvədə olan “notta-sanovel” əmtəə nişanından Azərbaycan Respublikası ərazisində qeydə alındığı tarixdən fasiləsiz olaraq 5 il və ya ondan istifadə olunmaması barədə verilən ərizənin daxil olduğu tarixə qədər 5 il ərzində istifadə olunmamışdır. Əmtəə nişanından istifadə halının sübut etmə vəzifəsi əmtəə nişanının sahibi X17. ve Tic. A.Ş. şirkətinə dəfələrlə müraciət edilməsinə baxmayaraq Apellyasiya şurasının iclaslarına gəlməmişdir. Apellyasiya şurası onun əvəzinə X17ayi ve Ticaret Anonim Şirketinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin qanuni təmsilçisi X9 cəlb etmişdir. X11 tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin X4nin adından aşağıdakı məktublar təqdim edilmişdir: 1. “X17.” şirkətinə ünvanlanmış № 04/1160, 24 fevral 2014-il (şənbə); 2. “Sanovel” şirkətinə ünvanlanmış № 04/müq-197, 23 aprel 2014-il; 3. “Sanovel” şirkətinə ünvanlanmış № 04/müq-184, xx.xx.2015-il (şənbə). “İddiaçı”, məktublarda göndəriləcək ünvanların göstərilmədiyi və ikisinin şənbə günü və 2014 və 2015-ci il tarixlə göstərilməsi ilə bağlı narahatlığını bildirərək göstərilən sənədləri yalnız: 1) 663516 saylı “NOTTA” əmtəə nişanının 05-ci sinif əmtəələri üzrə beynəlxalq qeydiyyatı ilə bağlı prosesin uzadılması; 2) “İddiaçı’’ (AT) şirkətinin Azərbaycan Respublikasında qanuni təsərrüfat fəaliyyətini həyata keçirməyə haqsız maneələrlə mane olmaq; 3) Azərbaycan Respublikasının dövlət orqanlarını, o cümlədən Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasını qərəzli yanıltmaq məqsədi ilə tərtib etməsi şübhələri barədə rəsmi etiraz bildirmişdir. Eyni zamanda X11 tərəfindən təqdim edilən məktublarda “Notta” adlı dərman vasitəsi göstərilməsinin “notta-sanovel” əmtəə nişanından istifadəni təsdiq etməməsi barədə rəsmi etiraz bildirmişdir. Cavabdeh rəsmi etirazlara hüquqi qiymət verməmişdir. X17. ve Tic. A.Ş. tərəfindən 2009 1350 qeydiyyatlı “notta-sanovel” əmtəə nişanından 05-ci sinif “Əczaçılıq preparatları” əmtəələri üzrə “Əmtəə nişanları və cografi göstəricilər haqqında” Azərbaycan Respublikası qanununun 26-cı maddəsində nəzərdə tutulan hər hansı sübut təqdim edilməmişdir. Cavabdehin X17. ve Tic. A.Ş.-nin istehsal etdiyi dərman vasitələrinin xarici ölkələrdəki, o cümlədən Azərbaycanda satışının həyata keçirilməsi məqsədilə kənar "X7 AG” şirkəti ilə xx.xx.2019-cu il tarixdə müqavilə bağlanmışdlr. Odur ki, hüquq sahibinin nişandan özündən asılı olmayan səbəblərdən istifadə etməməsinə dair dəlilləri ağlabatan mühakimə əsasında qəbuledilən hesab edilməlidir. Cavabdeh X17, ve Tic. A.Ş. tərəfindən “notta-sanovel” nişanından ''özündən asılı olmayan səbəblərdən istifadə etməməsinə dair dəlilləri”-in nədən ibarət olduğunu göstərmir. X7 AG şirkəti ilə xx.xx.2019-cu il tarixdə bağlanmış müqavilə X17. ve Tic. A.Ş tərəfindən “notta-sanovel" nişanından istifadəni təsdiq etmir. Azərbaycan Respublikasında “notta-sanovel” əmtəə nişanlı məhsullara idxal məhdudiyyətlərini təsdiq edən sənəd X17. ve Tic. A.Ş. şirkəti tərəfindən təqdim edilməmiş, Apellyasiya şurasında araşdırılmamış, hüquqi qiymət verilməmişdir. Cavabdeh qərəzli və qanunsuz olaraq “Azərbaycan Respublikası “Dərman vasitələri haqqında” Qanunun 6.6-cı maddəsinin: "Müxtəlif dərman vasitələrinin eyni ticarət adı altında dövlət qeydiyyatına alınmasına yol verilmir" əsaslarının kobud surətdə pozulmasına qərəzli olaraq hüquqi qiymət vermir, qanun pozuntusuna yol verir. Belə ki, X8 AG., olaraq Bittner Pharma, Austriya tərəfindən təqdim edilmiş, aşağıdakı Qeydiyyat Vəsiqələri “NOTTA” ticarət adı, əmtəə nişanı altında dərman vasitəsinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyində - DV №10-00048 sayla xx.xx.2010 -xx.xx.2015-ci il tarixə kimi; DV №15-00102 sayla xx.xx.2015 -xx.xx.2020-ci il tarixə kimi; DV №20-01003 sayla xx.xx.2020-xx.xx.2025-ci il tarixə kimi -“sakitləşdirici effektli qomepatik preparat” qeydiyyatda olmuş və hal-hazırda da qeydiyyatdadır. Belə ki, cavabdeh- Azərbaycan Respublikası Səhiyyə Nazirliyində İddiaçı /ünvan: Reisnerstrasse 55-57, A-1030 Wien, Avstriya, şirkətinin adına “NOTTA” ticarət adı altında xx.xx.2010-cu il tarixdən xx.xx.2025ci il tarixə kimi, dərman vasitəsi qeydiyyatda olduğu halda “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 6.6-cı maddəsinə əsasən X17. ve Tic. A.Ş. adına fərqli dərman vasitəsinin qeydiyyatına yol verilməməsini qərəzli olaraq nəzərə almamışdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, Apellyasiya şurasının A46-7 nömrəli iş üzrə qəbul etdiyi 01 noyabr 2019-cu il tarixli qərarı ilə X17. ve Tic. A.Ş.-yə məxsus 2009 1350 qeydiyyat nömrəli “notta-sanovel” əmtəə nişanının 05-ci sinif əmtəələri üzrə qeydiyyatına qarşı “İddiaçı" adından patent müvəkkili Nümayəndə1 tərəfindən verilmiş etiraz ərizəsi təmin olunmamışdır. Belə ki, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsində əmtəə nişanının istifadə halları sadalanmışdır. Həmçinin Qanunun 30cu maddəsinin birinci, dördüncü və beşinci hissələrinə əsasən, əmtəə nişanının qeydə alındığı tarixdən fasiləsiz olaraq 5 il və ya istənilən şəxsin ondan istifadə olunmaması barədə verdiyi ərizənin daxil olduğu tarixə qədər 5 il ərzində istifadə olunmadıqda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) Apellyasiya şurası qeydiyyata xitam verə bilər. Qeydə alınmış əmtəə nişanından istifadə olunmaması ilə əlaqədar qeydiyyata xitam verilməsi məsələsinə baxılarkən nişan sahibinin həmin nişandan özündən asılı olmayan səbəblərə görə istifadə etmədiyinə dair gətirdiyi dəlillər, o cümlədən istifadəsinə təsir edən idxal məhdudiyyətləri və ya ona aid olan əmtəə və xidmətlər üzrə hökumətin digər tələbləri nəzərə alına bilər. Labüddür ki, dərman vasitəsinin tədavülə buraxılması tədqiqatlar aparılması, ekspertizası, qeydiyyatı və idxalına icazə verilməsi ilə şərtlənir. “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 4.2.1, 4.2.2, 4.2.3, 4.2.4-cü yarımbəndlərinə əsasən, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi dərman vasitələri ilə davranışın tənzimlənməsi məqsədilə dərman vasitələrinin dövlət qeydiyyatını həyata keçirir; dövlət qeydiyyatına alınmış dərman vasitələrinin reyestrini aparır və dərman vasitələrinə dair məlumat bankının yaradılmasını təmin edir; dərman vasitələrinin idxalına icazə verir; Azərbaycan Respublikasının ərazisində istehsal olunan yeni dərman vasitələri (dərman maddələri) üçün farmakopeya məqaləsini ekspertizadan keçirir və təsdiq edir. 10 noyabr 2015-ci il tarixdə X4 tərəfindən “Dərman vasitələrinin dövlət qeydiyyatına alınması və reyestrinin aparılması Qaydaları”nın 8.1-ci bəndinə uyğun olaraq ixtisaslaşdırılmış ekspertizanın nəticəsi mənfi qiymətləndirilmişdir. Həmin sənədlərin əsli tədqiq edilməsi üçün şuraya təqdim edilmişdir. Həmçinin, X17. ve Tic. A.Ş.- nin istehsal etdiyi dərman vasitələrinin xarici ölkələrdəki, o cümlədən Azərbaycanda satışının həyata keçirilməsi məqsədilə kənar “X7 AG” şirkəti ilə xx.xx.2019cu il tarixdə müqavilə bağlanmışdır. Satışı həyata keçiriləcək dərman vasitələrinin arasında “notta-sanovel” əmtəə nişanlı dərman vasitəsinin əsas tərkibi olan “Montelukast” molekulu nəzərdə tutulur. Səhiyyə Nazirliyinin X2 ilə aparılan yazışmadan “notta-sanovel” preparatının tərkibinin “Montelukast” molekulu olduğu müəyyən edilir. Odur ki, hüquq sahibinin nişandan özündən asılı olmayan səbəblərdən istifadə etməməsinə dair dəlilləri ağlabatan mühakimə əsasında qəbuledilən hesab edilmişdir. Eyni zamanda Apellyasiya şurasının A78-7 nömrəli iş üzrə qəbul etdiyi qərarla da iddiaçı (ərizəçi) “Richard Bittner” AG şirkətinə məxsus 663516 beynəlxalq qeydiyyat nomrəli “NOTTA” əmtəə nişanının 05-ci sinif “Əczaçılıq, baytarçılıq və sanitar preparatları; tibbi istifadə üçün uyğunlaşdırılmış pəhriz maddələri; dərmanlar, xüsusilə homeopatik dərmanlar; müalicəvi içkilər” əmtəələri üzrə qeydiyyata alınmasının qismən rədd edilməsi barədə Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və X1 Mərkəzinin xx.xx.2019-cu il tarixli qərarına qarşı ərizəçinin nümayəndəsi, patent müvəkkili Nümayəndə1 tərəfindən verilmiş etiraz ərizəsi də təmin edilməmişdir. Belə ki, NOTTA (663516) və qarşı qoyulmuş notta-sanovel (2009 1350) əmtəə nişanları 05-ci sinifə aid olan əmtəələri üst-üstə düşdüyü və ya həmcins olduğundan müqayisə edilən nişanda (işarədə) yaxın və uyğun səslərin mövcudluğu, nişanı (işarəni) təşkil edən səslərin yaxınlığı, yaxın səslərin və səs uyğunluğunun (ahəngdarlığın) biri-birinə nəzərən yerləşməsi, uyğun gələn hecaların və onların yerləşməsinin mövcudluğu, işarənin tərkibində səs uyğunluğunun (ahəngdarlığın) üst-üstə düşdüyü yer, kar və cingiltili tərkibin yaxınlığı, nişanın (işarənin) üst-üstə düşən hissələrinin xarakteri, bir nişandan (işarədən) digərinə daxil olma, vurğu baxımından fonetik oxşarlıq), eləcə də ümumi görünüşlü (müşahidə) təəssüratı, şriftin növü, hərflərin biri-birinə nəzərən yerləşməsi, hərflərlə yazılmış sözlərin əlifbası meyarları üzrə (qrafik oxşarlıq) qarışdırılacaq dərəcədə oxşardırlar. Şərh edilənlərə əsasən, “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nın 29.6.1, 29.6.2, 29.6.3, 29.6.4, 29.9.1 və 29.9.2-ci bəndlərini nəzərə alaraq “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsini rəhbər tutaraq Apellyasiya şurası, “Richard Bittner” AG şirkətinə məxsus 663516 beynəlxalq qeydiyyat nömrəli “NOTTA” əmtəə nişanının 05-ci sinfin müəyyən əmtəələri üzrə qeydiyyata alınmasının qismən rədd edilməsi barədə Ekspertizanın xx.xx.2019-cu il tarixli qərarına qarşı verilmiş etiraz ərizəsini və Qanunun 26-cı, 28-ci və 30-cu maddələrini rəhbər tutaraq istifadə halının olmaması barədə verilmiş etiraz ərizəsini təmin etməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-661/2021 saylı 30 avqust 2021-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-661/2021 saylı 30 avqust 2021-ci il tarixli qərarının ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki məhkəmə tərəfindən qərar qəbul edilərkən maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Belə ki, X17. ve Tie. A.Ş. tərəfindən 2014-cü ildə “notta” dərman vasitəsinin qeydiyyata alınması üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin X4nə müraciət edilmiş və tərəflər arasında müqavilə bağlanmışdır. 2015-ci il 10 noyabr tarixində X4 tərəfindən “Dərman vasitələrinin dövlət qeydiyyatına alınması və reyestrinin aparılması Qaydaları”nın 8.1-ci bəndinə uyğun olaraq ixtisaslaşdırılmış ekspertizanın nəticəsi mənfi qiymətləndirilmişdir. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 26-cı maddəsinə əsasən, əmtəə nişanının istifadəsi halları aşağıdakılar hesab edilir. “Əmtəə nişanının və coğrafi göstəricinin, bir qayda olaraq, onların aid edildiyi əmtəələrdə, əmtəə qablarında və göstərilən xidmətlərdə tətbiqi onlardan istifadə sayılır. Onların reklamlarda, mətbu nəşrlərdə, lövhələrdə, Azərbaycan Respublikasında keçirilən sərgilərin və yarmarkaların eksponatlarında və əmtəələrin bazara çıxarılması ilə bağlı digər sənədlərdə tətbiqi də istifadə sayılır. Yuxarıda sadalan hallarda istifadə məqsədilə əmtəənin istehsalı, anbara yığılması, bazara çıxarılması, idxalı, ixracı da nişandan istifadə sayılır. Əmtəənin satış üçün təklif olunması, satışı və ya xidmətin göstərilməsi qeydə alınmış nişanlardan istifadəni təsdiq edir. Əmtəə nişanından istifadənin onun sahibi və ya bu Qanunun 28-ci maddəsinə uyğun olaraq lisenziya müqaviləsi əsasında istifadə hüququ olan şəxs tərəfindən həyata keçirilməsi əmtəə nişanından istifadə sayılır. Qeydə alınmış əmtəə nişanından istifadə olunmaması ilə əlaqədar qeydiyyata xitam verilməsi məsələsinə baxılarkən nişan sahibinin həmin nişandan özündən asılı olmayan səbəblərə görə istifadə etmədiyinə dair gətirdiyi dəlillər, o cümlədən istifadəyə təsir edən idxal məhdudiyyətləri və ya ona aid olan əmtəə və xidmətlər üzrə hökumətin digər tələbləri nəzərə alına bilər. Lakin, bütün bunlar məhkəmə tərəfindən nəzərə alınmamışdır. Məhkəmə qərarında bunlar əksini tapmamaqla, qeyd olunan məsələlərə dair münasibət göstərilməmişdir ki, bu da hüquq normalarının düzgün tətbiq olunmadığını deməyə əsas verir. Məhkəməyə iddia ərizəsinə yazılı etiraz təqdim edilmişdir. Həm yazılı etirazımızda, həm də məhkəmə iclaslarında Agentliyin nümayəndəsi tərəfindən verilən izahatlarda iddia ərizəsinin əsassızlığına dair bir çox dəlillər səsləndirilmişdir. Bu dəlillər məhkəmə tərəfindən nəzərə alınmamışdır. Belə ki, əhəmiyyətli dəlillər irəli sürülmüş, Apellyasiya şurasının qərarının əsaslarını təşkil edən bu dəlillərə məhkəmə tərəfindən hüquqi qiymət verilməmişdir. Bu da məhkəmə araşdırmasının tam və ətraflı aparılmadığını, tərəflərin dəlillərinə düzgün hüquqi qiymət verilmədiyini, məhkəmə təhqiqatında araşdırılmış sübutların düzgün qiymətləndirilmədiyini, hüquq normalarının düzgün tətbiq edilmədiyini əyani şəkildə göstərir. Apellyasiya şikayətinə yazılı etirazın dəlilləri: Apellyasiya şikayətinə yazılı etiraz onunla əsaslandırılmışdır ki, apellyasiya şikayəti əsassız və qanunsuz olduğundan rədd edilməlidir. Belə ki, “Richard Bittner” AG adına AT 1405.1996, 164 184 bazis qeydiyyatı əsasında Notta əmtəə nişanı 5-ci sinif “Əczaçılıq, baytarlıq və sanitar preparatları, tibbi istifadə üçün uyğunlaşdırılmış pəhriz maddələri, dərmanlar, xüsusilə homeopatik dərmanlar, müalicəvi içkilər” əmtəələri üzrə 663516 nömrəli beynəlxalq qeydiyyat xx.xx.1996-cı il tarixdən qeydiyyatdadır, qüvvədədir və xx.xx.2018-ci il tarixdə Madrid Protokolu 9 sexies maddəsinə və Qaydalar 24(6) Azərbaycan Respublikası ərazisində genişləndirilməklə verilmişdir. Azərbaycan Respublikası ərazisinə genişləndirilməklə daha əvvəl deyil, xx.xx.2018-ci il tarixdə verilməsinin səbəbi “Əmtəə nişanları və coğrafi göstəricilər” haqqında Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasında Azərbaycan Respublikasında qeydə alınmayan, lakin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə görə qüvvəsi olan əmtəə nişanı və coğrafi göstərici bu Qanuna uyğun olaraq mühafizə edilir kimi göstərilməsi olmuşdur. Şirkət Azərbaycan Respublikası Səhiyyə Nazirliyində “sakitləşdirici effekti qomepatikpreapart”ı NOTTA ticarət adı altında qeydiyyata alınmasını bu səbəblə əsaslandırmışdı. Cavabdehin apellyasya şikayətinin dəlili kimi X17. ve Tic. A.Ş. adına 2009 1530 qeydiyyatlı Notta-sanovel əmtəə nişanı olduğu halda, onun Azərbaycan Respublikası Səhiyyə Nazirliyində “Montelukast” preparatının Notta adı altında qeydiyyata alma niyyətinin uğursuzluqla nəticələnməsini, yəni Səhiyyə Nazirliyinin “Montelukast” preparatının qeydiyyatdan imtina edilməsinin Notta –sanovel əmtəə nişandan istifadə kimi qəbul edilməsi əsassız və qanunsuz olmasıına bariz sübutdur və məhkəmə bu hala düzgün hüquqi qiymət vermişdir. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh və 3-cü şəxs məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. İnzibatı məhkəmə icraatının iştirakçısı hazırki işə digər cavabdehin və 3-cü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə cavabdeh Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin və 3-cü şəxs X17. ve Tic. A.Ş.Şirkətinin nümayəndələrinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçı mübahisələndirdiyi qərarlar üzrə qanunla müəyyən edilmiş iddia müddətini ötürməmişdir. Hazırki halda mübahisələndirilən qərarlar üzrə iddia müddətinin ötürülməsi barədə cavabdeh orqan dəlil irəli sürmür. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddia mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən görünür ki, iddiaçı “Richard Bittner” AGnin cavabdeh Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə qarşı tələbi “Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apellyasiya şurasının A46-7 nömrəli 01 noyabr 2019-cu il tarixli qərarının ləğv edilməsi və X17. ve Tic. A.Ş. adına 2009 1350 nömrəli qeydiyyata xitam verilməsi, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apellyasiya şurasının A78-7 nömrəli 18 dekabr 2019-cu il tarixli qərarının ləğv edilməsi, «Richard Bittner» AG (ünvan: Reisnerstrasse 55-57, A-1030 Wien, Avstriya (AT) şirkətinin adına İR 663516 sayla beynəlxalq qeydiyyata alınmış “NOTTA” əmtəə nişanının 05-ci sinif əmtəələri üzrə xx.xx.2019-cu il tarixli ilkin rədd qərarının ləğv edilməsi və İR 663516 sayla beynəlxalq qeydiyyata alınmış “NOTTA” əmtəə nişanının 05-ci sinif əmtəələri üzrə tam mühafizəyə verilməsi ilə bağlı son qərarın Ümumdünya Əqli Mülkiyyət Təşkilatına göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədədir. İddia birinci instansiya məhkəməsi tərəfindən təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. «Əmtəə nişanları və coğrafi göstəricilər haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən qeydə alınan əmtəə nişanlarının və coğrafi göstəricilərin hüquqi mühafizəsi bu Qanunla müəyyənləşdirilmiş qaydalara və nişanların beynəlxalq qeydiyyatına dair Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə və müqavilələrə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasında qeydə alınmayan, lakin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə görə qüvvəsi olan əmtəə nişanı və coğrafi göstərici bu Qanuna uyğun olaraq mühafizə edilir; 11-ci maddəsinin 1-ci hissəsinə əsasən əmtəə nişanı və coğrafi göstərici barəsində iddia sənədinin ekspertizası bu Qanuna və müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi qaydalara uyğun olaraq ilkin ekspertizadan və ekspertizadan ibarət olmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən həyata keçirilir; 13-cü maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən əmtəə nişanı və ya coğrafi göstərici barəsində iddia sənədlərinin ilkin ekspertizası bu Qanunun 9-cu maddəsinə uyğun iddia sənədlərinin daxil olduğu tarixdən 1 ay müddətində aparılır. Əmtəə nişanı və ya coğrafi göstərici barəsində iddia sənədlərinin ilkin ekspertizasının aparılması gedişində iddia sənədinin məzmunu, zəruri sənədlərin mövcudluğu, habelə müəyyənləşdirilmiş tələblərə uyğunluğu yoxlanılır. İlkin ekspertizanın nəticələrinə əsasən iddia sənədinin baxılmaq üçün qəbul və ya rədd edildiyi iddiaçıya bildirilir; 15-ci maddəsinin 1-ci hissəsinə əsasən iddiaçı əmtəə nişanına və ya coğrafi göstəriciyə dair iddia sənədi barədə ekspertizanın qərarı ilə razı olmadıqda dövlət rüsumu ödəmək şərti ilə qərarı aldığı tarixdən 3 ay ərzində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) Apellyasiya şurasına etiraz verə bilər; 24-cü maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən Azərbaycan Respublikasının hüquqi və ya fiziki şəxslərinin müəyyənləşdirilmiş qaydada əmtəə nişanını və coğrafi göstəricini xarici dövlətlərdə qeydə aldırmaq və ya onun beynəlxalq qeydiyyatını həyata keçirmək hüququ vardır. Əmtəə nişanının beynəlxalq qeydiyyatına dair iddia sənədi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum vasitəsilə verilir; 26-cü maddəsinin 1-5-ci hissələrinə əsasən əmtəə nişanının və coğrafi göstəricinin, bir qayda olaraq, onların aid edildiyi əmtəələrdə, əmtəə qablarında və göstərilən xidmətlərdə tətbiqi onlardan istifadə sayılır. Onların reklamlarda, mətbu nəşrlərdə, lövhələrdə, Azərbaycan Respublikasında keçirilən sərgilərin və yarmarkaların eksponatlarında və əmtəələrin bazara çıxarılması ilə bağlı digər sənədlərdə tətbiqi də istifadə sayılır. Yuxarıda sadalan hallarda istifadə məqsədilə əmtəənin istehsalı, anbara yığılması, bazara çıxarılması, idxalı, ixracı da nişandan istifadə sayılır. Əmtəənin satış üçün təklif olunması, satışı və ya xidmətin göstərilməsi qeydə alınmış nişanlardan istifadəni təsdiq edir. Əmtəə nişanından istifadənin onun sahibi və ya bu Qanunun 28-ci maddəsinə uyğun olaraq lisenziya müqaviləsi əsasında istifadə hüququ olan şəxs tərəfindən həyata keçirilməsi əmtəə nişanından istifadə sayılır. Əmtəə istehsalçısının və ya xidmət göstərənin əmtəə nişanı ilə yanaşı olaraq, aralarındakı müqaviləyə uyğun vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər özlərinə məxsus əmtəə nişanından da istifadə edə bilərlər; 29-cu maddəsinin 1-ci hissəsinə əsasən əmtəə nişanı bu Qanunun 1-ci maddəsində verilmiş “əmtəə nişanı anlayışına uyğun gəlmirsə və ya 5-ci maddənin tələbləri pozulmaqla qeydə alınmışsa, qeydiyyatın qüvvədə olduğu müddət ərzində, 6cı maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş əsaslara görə isə qeydiyyata dair məlumatın rəsmi bülletendə dərc edildiyi tarixdən 5 il ərzində tamamilə və ya qismən etibarsız sayıla bilər; 29-cu maddəsinin 2-ci hissəsinə əsasən əmtəə nişanının qeydiyyatı aşağıdakı hallarda etibarsız hesab edilir: əmtəə nişanı qüvvədə olduğu müddətdə, müəyyən növ mallarda ümumi şəkildə istifadə olunan nişanlara çevrildikdə; əmtəə nişanı qüvvədə olduğu müddətdə tam və ya qismən, “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın iştirakçısı olan dövlətlərin hər hansı birində, əmtəə nişanının sahibi ilə bilavasitə və ya dolayı yolla əlaqəsi olan şəxsin, nümayəndənin, agentin adına, Konvensiyanın 6 septies maddəsinin tələbləri pozulmaqla verildikdə. Əmtəə nişanı və ya onun əsas hissəsi geniş tanınmış əmtəə nişanına aid olan əmtəələr və ya xidmətlərlə qarışdırılacaq dərəcədə eyni və ya oxşar olan, başqa şəxsin adına qeydiyyata alınmış geniş tanınmış nişanın oxşatması, tərcüməsi və ya transliterasiyasıdırsa, bu cür əmtəə nişanının qeydiyyatının ləğvinə dair tələb, bu əmtəə nişanı barədə məlumatın dərc olunduğu tarixdən etibarən, qüvvədə olduğu müddət ərzində verilə bilər; 30-cu maddəsinin 1-ci hissəsinə əsasən əmtəə nişanının qeydə alındığı tarixdən fasiləsiz olaraq 5 il və ya istənilən şəxsin ondan istifadə olunmaması barədə verdiyi ərizənin daxil olduğu tarixə qədər 5 il ərzində istifadə olunmadıqda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) Apellyasiya şurası qeydiyyata xitam verə bilər; 30-cu maddəsinin 4-cü və 5-ci hissələrinə əsasən qeydə alınmış əmtəə nişanından istifadə olunmaması ilə əlaqədar qeydiyyata xitam verilməsi məsələsinə baxılarkən nişan sahibinin həmin nişandan özündən asılı olmayan səbəblərə görə istifadə etmədiyinə dair gətirdiyi dəlillər, o cümlədən istifadəsinə təsir edən idxal məhdudiyyətləri və ya ona aid olan əmtəə və xidmətlər üzrə hökumətin digər tələbləri nəzərə alına bilər. Əmtəə nişanından istifadə halının sübutu əmtəə nişanının sahibinin üzərinə düşür; 31-ci maddəsinin 2-ci hissəsinə əsasən əmtəə nişanının qeydiyyatı qüvvədə olduğu müddətdə onun sahibinin qeydiyyatla bağlı hərəkətləri “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qaydada haqsız rəqabət hesab edildikdə, həmin əmtəə nişanının qeydiyyatına tamamilə və ya qismən xitam verilə bilər. «Dərman vasitələri haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən dərman vasitələrinin dövlət qeydiyyatı - tibbi praktikada istifadə məqsədilə dərman vasitəsinin ekspertizasının nəticələrinə əsasən Azərbaycan Respublikasında sənaye üsulu ilə istehsalına, idxalına və tətbiqinə icazə verilməsini və müəyyən olunmuş qaydada uçota alınmasını nəzərdə tutan tədbirlər sistemi; 1.0.12-ci maddəsinə əsasən dərman vasitələri istehsalçısı - bu Qanunun və Azərbaycan Respublikasında qüvvədə olan müvafiq standartların tələbləri nəzərə alınmaqla dərman vasitələrini sənaye üsulu ilə istehsal edən hüquqi şəxs; 1.0.22-ci maddəsinə əsasən dərman vasitəsinin dövlət qeydiyyatı haqqında vəsiqə – dərman vasitəsinin Azərbaycan Respublikasının ərazisinə idxalı, Azərbaycan Respublikasının ərazisində istehsalı, satışı və tibdə tətbiqi üçün icazə verən orqanın verdiyi rəsmi sənəd; 1.0.23-cü maddəsinə əsasən dərman vasitəsinin dövlət qeydiyyatı haqqında vəsiqənin sahibi – dərman vasitəsinin keyfiyyətinə, effektivliyinə və təhlükəsizliyinə məsuliyyət daşıyan, dərman vasitəsi öz adına dövlət qeydiyyatına alınmış ixtiraçı, istehsalçı və ya həmin dərman vasitəsinin dövlət qeydiyyatı haqqında vəsiqə üzərində sahiblik hüququna malik olan hüquqi şəxs; 4.1-ci maddəsinə əsasən dərman vasitələri ilə davranışın dövlət tənzimlənməsi aşağıdakı üsullarla həyata keçirilir: 4.1.2. dərman vasitələrinin dövlət qeydiyyatı; 4.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı dərman vasitələri ilə davranışın tənzimlənməsi məqsədilə: 4.2.1. dərman vasitələrinin dövlət qeydiyyatını həyata keçirir; 6.1-ci maddəsinə əsasən bu Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, dərman vasitələrinin Azərbaycan Respublikasına idxalına, Azərbaycan Respublikası ərazisində istehsalına, satışına və istifadəsinə yalnız müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alındıqdan sonra yol verilir. Dövlət qeydiyyatı məqsədi ilə dərman vasitələrinin və həmin dərman vasitələrinin istehsalında istifadə edilən dərman maddəsinin (dərman substansiyasının) nümunələrini Azərbaycan Respublikasının ərazisinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda müvafiq icra hakimiyyəti orqanı, istehsal və ya topdansatış əczaçılıq fəaliyyəti ilə məşğul olan müəssisələr, xarici istehsalçının Azərbaycan Respublikasındakı nümayəndəliyi (filialı) və ya onun müvəkkil etdiyi şəxs idxal edə bilər; 6.6-ci maddəsinə əsasən müxtəlif dərman vasitələrinin eyni ticarət adı altında dövlət qeydiyyatına alınmasına yol verilmir; 6.1-1-ci maddəsinə əsasən dərman vasitələri Azərbaycan Respublikasında dövlət qeydiyyatı və onların keyfiyyətinə nəzarət məqsədi ilə, Azərbaycan Respublikasının ərazisinə idxal zamanı, habelə dövlət orqanlarının və fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən ekspertizadan keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 13 iyul tarixli 108 nömrəli qərarı ilə təsdiq edilmiş «Dərman vasitələrinin dövlət qeydiyyatına alınması və reyestrinin aparılması Qaydaları»nın 4.9-cu bəndinə əsasən Səhiyyə Nazirliyi sənədlərin ilkin ekspertizasının nəticələrinə əsasən dərman vasitəsinin dövlət qeydiyyatından aşağıdakı hallarda imtina edir: 4.9.2. Azərbaycan Respublikasında artıq qeydiyyatdan keçmiş ticarət adı altında digər dərman vasitəsi dövlət qeydiyyatına təqdim edildikdə; 8.1-ci bəndinə əsasən Səhiyyə Nazirliyi dərman vasitələrinin dövlət qeydiyyatından aşağıdakı hallarda imtina edir: 8.1.8. ixtisaslaşdırılmış ekspertizanın və (və ya) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Farmakoloji və X3 apardığı əlavə ixtisaslaşdırılmış ekspertizanın nəticələri üzrə mənfi rəy verildikdə; 8.2-ci bəndinə əsasən dərman vasitəsinin dövlət qeydiyyatına alınmasından imtina edilməsi haqqında qərar qəbul edildiyi halda, bu barədə ərizəçiyə yazılı formada əsaslandırılmış cavab verilir; 9.1-ci bəndinə əsasən dərman vasitəsinin dövlət qeydiyyatına alınması haqqında qərar qəbul edildiyi halda, ərizəçiyə 15 təqvim günü ərzində bu Qaydaların 11 nömrəli əlavəsində göstərilmiş formada qeydiyyat vəsiqəsi verilir; 10-cu bəndinə əsasən dərman vasitələrinin dövlət qeydiyyatı 5 (beş) il müddətində qüvvədə olur. Bu müddət bitdikdən sonra dərman vasitələri yenidən dövlət qeydiyyatına alınmalıdır. Hazırki işdə «Richard Bittner» AG (ünvan: Reisnerstrasse 55-57,A-1030 Wien (AT) adına AT, xx.xx.1996, 164 184 bazis qeydiyyatı əsasında "NOTTA" əmtəə nişanı 5-ci sinif "Əczaçılıq, baytarçılıq və sanitar preparatları; tibbi istifadə üçün uyğunlaşdırılmış pəhriz maddələri; dərmanlar, xüsusilə homeopatik dərmanlar; müalicəvi içkilər" əmtəələri üzrə xx.xx.1996-cı il tarixli 663516 nömrəli beynəlxalq qeydiyyat xx.xx.2018-ci il tarixdə Madrid Protokolu 9sexies maddəsinə və (Qaydalar 24 (6) Azərbaycan Respublikası ərazisinə genişləndirilməklə verilmişdir. X17. ve Tic. A.Ş. (ünvan: X6 X18 Merkezi C Blok 34398 Maslak - İstanbul / TURKEY (TR) -adına Azərbaycan Respublikasında "notta-sanovel" əmtəə nişanı 5-ci sinif: "əczaçılıq preparatları" əmtəələri üzrə 2009 1350 nömrə ilə xx.xx.2009 tarixdə qeydiyyata alınmış, xx.xx.2028-ci il tarixə qədər qüvvədədir. 663516 nömrəli beynəlxalq qeydiyyatlı "NOTTA" əmtəə nişanı 5-ci sinif: "Əczaçılıq, baytarçılıq və sanitar preparatları; tibbi istifadə üçün uyğunlaşdırılmış pəhriz maddələri; dərmanlar, xüsusilə homeopatik dərmanlar; müalicəvi içkilər" əmtəələri üzrə xx.xx.2019-cu il tarixli qərarı ilə Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və X1 Mərkəzi 2009 1350 qeydiyyat nömrəli "notta-sanovel" əmtəə nişanı 5-ci sinif: "əczaçılıq preparatları" qarşı qoyaraq qismən ilkin rədd qərarı vermişdir. «Richard Bittner» AG (AT) nümayəndəsi tərəfindən X17. ve Tic. A.Ş. (TR) şirkətinə məxsus 2009 1350 qeydiyyat nömrəli "nottasanovel" əmtəə nişanının 05-ci sinif əmtəələri üzrə qeydiyyatına qarşı "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" Azərbaycan Respublikası Qanununun 30-cu maddəsində "qeydə alındığı tarixdən fasiləsiz olaraq 5 il və ya istənilən şəxsin ondan istifadə olunmaması barədə verdiyi ərizənin daxil olduğu tarixə qədər 5 il ərzində istifadə olunmadıqda" nəzərdə tutulmuş əsaslarla ərizə verilmişdir. X17. ve Tic. A.Ş. (TR) "notta-sanovel" əmtəə nişanından istifadə etmək niyyəti olduğunu sübut etmək məqsədi ilə 2014-cü il tarixdə "NOTTA" dərman vasitəsinin qeydiyyata alınması üçün Səhiyyə Nazirliyinin X4nə müraciət etmiş, lakin X4 tərəfindən "Dərman vasitələrinin dövlət qeydiyyatına alınması və reyestrinin aparılması Qaydaları"nın 8.1-ci bəndinə uyğun olaraq ixtisaslaşdırılmış ekspertizanın nəticəsi mənfi qiymətləndirilmişdir. X17. ve Tic. A.Ş. (TR) adına "nottasanovel" nişanı qeydiyyatda olduğu halda, 2014- 2015-ci illərdə "NOTTA" adlı preparatın ekspertizası və qeydiyyata alınması üçün Səhiyyə Nazirliyinin X2 ilə müqavilə bağlanmış və qeyd edilən müddətdə bir çox yazışma aparılmış, lakin "NOTTA" adlı preparatın qeydiyyata alınması uğursuzluqla nəticələnmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "NOTTA" adlı "sakitləşdirici effektli qomepatik preparat" preparatın qeydiyyat vəsiqələrindən görünür ki, DV№10-00048 xx.xx.2010 -xx.xx.2015-ci il tarixə kimi, DV№15- 00102 - xx.xx.2015 -xx.xx.2020-ci il tarixə kimi qeydiyyatda olmuş və hal-hazırda DV№20-01003 sayla xx.xx.2020 -xx.xx.2025-ci il tarixə kimi qüvvədədir. "Dərman vasitələri haqqında" Azərbaycan Respublikası Qanununun 6.6-cı maddəsinə əsasən müxtəlif dərman vasitələrinin eyni ticarət adı altında dövlət qeydiyyatına alınmasına yol verilmir. Yəni, "NOTTA" adlı "sakitləşdirici effektli qomepatik preparat" preparatın istehsalçı «Richard Bittner» AG (AT) adına Azərbaycan Respublikası Səhiyyə Nazirliyində qeydiyyatda olduğu halda, X17. ve Tic. A.Ş. (TR) adına "NOTTA" adı altında fərqli “Montelukast” preparatın qeydiyyata alınması qanunvericiliyin tələblərinə zidd olmuşdur. Bundan başqa qeyd olunması zəruridir ki, X17. ve Tic. A.Ş. (TR) tərəfindən 2009 1350 nömrə ilə qeydiyyata alınmış nişan "notta-sanovel" əmtəə nişanıdır. Odur ki, "NOTTA" adlı "sakitləşdirici effektli qomepatik preparat" preparatın Səhiyyə Nazirliyində qeydiyyatda olduğu halda X17. ve Tic. A.Ş. (TR) şirkətinin "NOTTA" adlı “Montelukast” preparatın Səhiyyə Nazirliyində qeydiyyata almaq niyyəti, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apellyasiya şurasının "notta-sanovel" əmtəə nişanından istifadə etməsinə dair dəlillərinin əsassız olduğunu təsdiq edir. X13 San. ve Tic. A.Ş.-nin xx.xx.2009-cu il qeydiyyat tarixli 2009 1350 nömrəli "notta-sanovel" əmtəə nişanından (10 il sonra) istifadə niyyətini, istehsal etdiyi dərman vasitələrinin xarici ölkələrdəki, o cümlədən Azərbaycanda satışının həyata keçirilməsi məqsədilə kənar "X7 AG" şirkəti ilə xx.xx.2019-cu il tarixli müqavilə ilə bağlı dəlillərinin də Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apellyasiya şurası tərəfindən qəbul edilməsi əsassız olmuşdur. X17. ve Tic. A.Ş. tərəfindən 2009 1350 qeydiyyatlı “notta-sanovel” əmtəə nişanından 05-ci sinif “Əczaçılıq preparatları” əmtəələri üzrə “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsində nəzərdə tutulan hallara dair hər hansı sübüt təqdim edilməmişdir. «İnzibati icraat haqqında» Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən inzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. Həmin Qanunun 47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Həmin Qanunun 47.2-ci maddəsinə əsasən maraqlı şəxslərin arzusu ilə inzibati orqan qəbul edəcəyi inzibati aktı əsaslandırmaq istədiyi bütün faktlar, dəlillər və ya sübutlar barədə, habelə inzibati aktın qəbulu üçün təklif etdiyi hüquqi əsas barədə onlara izahat və ya şərh verməyə borcludur. Azərbaycan Respublikası İPM-nin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, hazırki iş üzrə aparılan araşdırmalar onu deməyə əsas verir ki, cavabdehin Apellyasiya şurasının qəbul etdiyi A46-7 nömrəli 01 noyabr 2019-cu il tarixli və A78-7 nömrəli 18 dekabr 2019-cu il tarixli qərarları, həmçinin «Richard Bittner» AG (ünvan: Reisnerstrasse 55-57, A-1030 Wien, Avstriya (AT) şirkətinin adına İR 663516 sayla beynəlxalq qeydiyyata alınmış “NOTTA” əmtəə nişanının 05-ci sinif əmtəələri üzrə xx.xx.2019-cu il tarixli ilkin rədd qərarı qanuna zidd olub, iddiaçının hüquqlarını pozduğu üçün ləğv edilməli, X17. ve Tic. A.Ş. adına 2009 1350 nömrəli qeydiyyata xitam verilməlidir. Həmçinin İR 663516 sayla beynəlxalq qeydiyyata alınmış “NOTTA” əmtəə nişanının 05-ci sinif əmtəələri üzrə iddiaçının adına tam mühafizəyə verilməsi ilə bağlı son qərarın Ümumdünya Əqli Mülkiyyət Təşkilatına göndərilməsi öhdəliyi Madrid protokoluna əsasən cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Cavabdehin apellyasiya şikayətində qeyd etdiyi dəlillərə gəldikdə isə məhkəmə kollegiyası bu barədə bildirir ki, həmin dəlillər bu qərarın əsaslandırıcı hissəsində qeyd olunanlarla bağlı əsassızdır və qəbul edilməməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, cavabdehin apelyasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-661/2021 saylı 30 avqust 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər: Həmid Həmidov Cahangir Yusifov
Məhkəmə qərarları › İş №2-1(103)-755/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-755/2022
15.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver