Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-756/2020 17.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), X9 və X5 ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımova Nərgiz Emin qızının katibliyi, Üçüncü şəxs- “xxxxxxxxxx” ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı üçüncü şəxslər qismində “xxxxxx” ASC və “xxxxxxxxxx” ASC göstərilməklə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanının tələblərinə əsasən İddiaçı adının kompensasiya ödənişi edilməli olan fiziki şəxslərin siyahısına daxil edilməsi, yəni iddiaçıya kredit borcunun devalvasiya ilə bağlı manatla artmış hissəsinin “xxxxxxxxx” ASC–nin Yasamal filialı ilə bağlanmış 1761tkYSM/15 nömrəli, xx xxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə 1381,8 manat, “xxxxxx” ASC-nin İnşaatçılar filialı ilə bağlanmış 116.LN.3112.211015.R.00002 nömrəli, xx xxxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə 1199.4 manat, cəmi 2581,2 manat kompensasiyanın ödənilməsi barədə qərar (akt və sair) qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, məhkəmənin bank hesabına dövlət rüsumu olaraq ödədiyi 30 manatın, Bakı şəhəri 5 saylı Vəkil Bürosuna vəkil xidməti olaraq ödədiyi 210 manatın, vəkilə verilmiş etibarnamənin təsdiq olunması zamanı notariat xidməti olaraq ödədiyi 11,9 manatın əvəzinin,həmçinin maddimənəvi zərərə görə 1000 manatın cavabdehdən alınaraq iddiaçıya ödənilməsi, cavabdehin əməkdaşları barədə yol verdikləri qanun pozuntularına görə xüsusi qərardad çıxarılması” tələbinə dair iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3472/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarından Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası X1rşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək“Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanının tələblərinə əsasən İddiaçı adının kompensasiya ödənişi edilməli olan fiziki şəxslərin siyahısına daxil edilməsi, yəni iddiaçıya kredit borcunun devalvasiya ilə bağlı manatla artmış hissəsinin, yəni “xxxxxxxxx” ASC –nin Yasamal filialı ilə bağlanmış 1761tkYSM/15 nömrəli, xx xxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə 1381,8 manat, “xxxxxx” ASC-nin İnşaatçılar filialı ilə bağlanmış 116.LN.3112.211015.R.00002 nömrəli x xxxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə 1199.4 manat, cəmi 2581,2 manat kompensasiyanın ödənilməsi barədə qərar (akt və sair) qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, məhkəmənin bank hesabına dövlət rüsumu olaraq ödədiyi 30 manatın, Bakı şəhəri 5 saylı Vəkil Bürosuna vəkil xidməti olaraq ödədiyi 210 manatın, vəkilə verilmiş etibarnamənin təsdiq olunması zamanı notariat xidməti olaraq ödədiyi 11,9 manatın əvəzinin,həmçinin maddi-mənəvi zərərə görə 1000 manatın cavabdehdən alınaraq iddiaçıya ödənilməsi, cavabdehin əməkdaşları barədə yol verdikləri qanun pozuntulara görə xüsusi qərardad çıxarılması barədə qərar qəbul edilməsinı xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanının 1-ci hissəsində göstərilmişdir ki, aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10000 (on min) ABŞ dollarına qədər xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin. Fərmanın 1.2-ci bəndində göstərilmişdir ki, kompensasiya 2015-ci ilin fevralın 22-dən həmin ilin dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə - 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) hesablanmalıdır. Fərmanın 3.2- ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Maliyyə X7 bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat versin. Odur ki, iddiaçı hesab edir ki, iddiaçıya “xxxxxxx” KB ASC-nin Yasamal filialı ilə iddiaçı arasında bağlanmış 1761tkYSM/15 nömrəli, xx xxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə xx xxxxxx 2015-ci il tarixli devalvasiyadan iki gün sonra, yəni xx xxxxxx 2015-ci il tarixdə yeni məzənnə ilə ödədiyi 2.303 (iki min üç yüz üç) ABŞ dollarına görə 1.381,8 manat, “xxxxxx” ASC-nin İnşaatçılar filialı ilə iddiaçı arasında bağlanmış 116.LN.3112.211015.R.00002 nömrəli, xx xxxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə xx xxxxxx 2015-ci il devalvasiyasından üç gün sonra xx xxxxxx 2015-ci il tarixdə yeni məzənnə ilə ödədiyi 1.999 ABŞ dollarına görə 1.999,4 manat kompensasiya ödənilməlidir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3472/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası X1rşı cavabdehin əməkdaşları barədə yol verdikləri qanun pozuntularına görə xüsusi qərar çıxarılması haqqında iddiası mümkün sayılmamışdır. Həmçinin məhkəmənin həmin tarixli qərarı ilə iddia tələbi qismən təmin edilmiş, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanının tələblərinə əsasən “xxxxxx” ASC-nin İnşaatçılar filialı ilə iddiaçı arasında bağlanmış 116.LN.3112.211015.R.00002 nömrəli, xx xxxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə kompensasiya ödənilməsi üçün İddiaçı adının kompensasiya ödənişi edilməli olan fiziki şəxslərin siyahısına daxil edilməsi və kompensasiyanın iddiaçıya ödənilməsini təmin edən tədbirlərin görülməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Maliyyə X6 həvalə edilməsi, cavabdeh Azərbaycan Respublikası Maliyyə X4 iddiaçının xeyrinə 30 manat dövlət rüsumunun, Bakı şəhəri 5 saylı Vəkil Bürosuna vəkil xidmətinə ödədiyi 210 manat, vəkilə verilmiş etibarnamənin təsdiq olunması zamanı notariat xidməti olaraq ödədiyi 11,9 manatın əvəzinin tutulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Qərardan narazı qalan Azərbaycan Respublikası Mərkəzi Bankı apellyasiya şikayəti vermiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3472/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarının kompensasiyanın iddiaçıya ödənilməsini təmin edən tədbirlərin görülməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Maliyyə X6 həvalə edilməsi, ondan iddiaçının xeyrinə 30 manat dövlət rüsumunun, Bakı şəhəri 5 saylı Vəkil Bürosuna vəkil xidmətinə ödədiyi 210 manat, vəkilə verilmiş etibarnamənin təsdiq olunması zamanı notariat xidməti olaraq ödədiyi 11,9 manatın əvəzinin tutulması hissələrində ləğv edilməsi, habelə qərarın nəticəvi hissəsində iddiaçıya veriləcək kompensasiya məbləğinin həcminin konkret olaraq göstərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankı həmçinin məhkəməyə vəsatət təqdim edərək, şikayətin verilməsi üçün müəyyən edilmiş prosessual müddətin buraxılmasının üzrlü hesab edilməsini və şikayətə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə X7 iş üzrə əsl cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə əvəz edilmiş apellyasiya şikayəti mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2019-cu ildə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın 3-cü hissəsinə, həmçinin Palatanın xx.xx.2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın (Qayda) 4.1 -ci bəndinə əsasən fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmi və güzəştlər təsdiq edildikdən sonra Palata yalnız ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini müəyyən etməli və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməlidir. Göründüyü kimi, Palatanın fiziki şəxslərə kompensasiyaların ödənilməsi istiqamətində icra etməli olduğu hərəkətlər Fərmanla və Qaydalarla tam şəkildə göstərilmişdir - bu hərəkətlər yalnız müvafiq siyahının hazırlanması və Mərkəzi Bank və Maliyyə Nazirliyinə göndərilməsindən ibarətdir. Lakin hazırda mübahisələndirilən məhkəmə qərarının nəticə hissəsində iddiaçının adının müvafiq siyahıya daxil edilməsi ilə yanaşı ona kompensasiya məbləğinin ödənilməsi üçün tədbirlərinin görülməsi də Palatanın üzərinə qoyulmuşdur. Göründüyü kimi, məhkəmə Fərman və Qayda ilə müəyyən edilmiş çərçivədən kənara çıxaraq Palatanın, indiki halda isə Mərkəzi Bankın üzərinə həmin aktlarla nəzərdə tutulmayan qeyri-müəyyən öhdəliklər qoymuşdur ki, bu da məhkəmə qərarının bu hissəsində ləğv edilməsi üçün əsasdır. İddiaçıya hazıradək “xxxxxx” ASC-də olan kredit müqaviləsi üzrə kompensasiyanın verilməməsi Palatanın təqsiri ucbatından olmamışdır. “xxxxxx” ASC ilə bağlanmış kredit müqaviləsi ilə bağlı isə MKR məlumat bazasında ümumiyyətlə heç bir qeyd aparılmamışdır. Bu barədə qeyd yalnız məlum Fərman qəbul edildikdən sonra həmin bank tərəfindən Palataya verilmiş məlumat əsasında PK bazasına əlavə edilmişdir. Belə olan halda göstərilən müqavilənin həqiqiliyinə kifayət qədər şübhələr yarandığından (belə bir müqavilənin olmaması və ya sadəcə kredit təşkilatının uçotu düzgün aparmamasını müəyyən etmək qeyri-mümkün olduğundan) sonradan yarana biləcək riskləri minimumlaşdırmaq məqsədilə bu hissədə iddiaçının adı müvafiq siyahıya daxil edilməmişdir. Göründüyü kimi, bu hissədə Palata qanunvericiliklə onun üzərinə qoyulmuş səlahiyyət çərçivəsində bütün hərəkətləri etmiş, kredit müqaviləsi barədə məlumatları kompleks şəkildə təhlil edərkən ilk növbədə sözügedən kredit müqaviləsinin həqiqiliyinin müəyyən edilməsi zərurəti yarandığından iddiaçıya müvafiq məhkəməyə müraciət etmək hüququnu izah etmişdir. Göstərilənlərdən də aydın olur ki, bu hissədə Palatanın təqsiri ucbatından kompensasiyanın verilməsi gecikdirilməmiş, sözügedən müqavilənin həqiqiliyinin təsdiqi barədə müvafiq məhkəmə qərarının qəbul edilməsi gözlənilmişdir. Həmçinin xüsusilə vurğulanmalıdır ki, məhkəmə qəbul edilmiş qərarın nəticəvi hissəsində iddia tələbinin “xxxxxx” ASC-yə münasibətdə hansı məbləğdə kompensasiyanın hesablanacağı barədə heç bir qeyd göstərməmişdir. Halbuki Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarlarında da dəfələrdə qeyd edilmişdir ki, məhkəmə qərarlarının nəticə hissəsində iddianın kimin haqqında, hansı hissədə təmin və yaxud rədd olunması konkretləşdirilməlidir. Əks halda sonradan məhkəmə qərarının icrası mərhələsində bu məbləğlə bağlı yeni mübahisə yaranmış ola bilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs “xxxxxxxxxx” ASC-nin nümayəndəsi İ.Şahverdiyev apellyasiya şikayətinin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi O.Xaspoladov apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. xx.xx.2020-ci il tarixdə cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankı məhkəməyə barışıq sazişinin təklif edilməsinə dair ərizə təqdim etmiş, lakin tərəflər arasında barışıq imzalanması mümkün olmamışdır. İş üzrə iddiaçıya, cavabdehə və digər üçüncü şəxsə sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişdirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq məhkəmə iclasına gəlməyən iddiaçının, cavabdehin, digər üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (subutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Hazırki qərarın iddianın təmin olunmamış hissəsindən iddiaçı şikayət vermədiyindən, yalnız iddianın qismən təmin edilmiş hissəsindən cavabdeh apellyasiya şikayəti verdiyi üçün məhkəmə qərara mübahisələndirilən hissədə baxır. İş materiallarından görünür ki, iddiaçının Azərbaycan Respublikasının Maliyyə X6 etdiyi elektron müraciətləri, “xxxxxx” ASC ilə bağlanmış xx.xx.2015-ci il tarixli “Plastik kart üzrə kredit xətti müqaviləsi”, “xxxxxx” ASC-nin tərtib etdiyi hesabdan çıxarışı, 103 nömrəli, xx.xx.2015-ci il tarixli mədaxil üzrə kassa orderi, “xxxxxx” ASC-nin İnşaatçılar filialının 48311 nömrəli, xx.xx.2015-ci il, xx.xx.2015-ci il tarixli arayışı, iddiaçının cavabdeh Azərbaycan Respublikasının Maliyyə X6 ünvanlanmış xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli ərizələri, etdiyi elektron müraciətləri, “xxxxxx” ASC-yə ünvanlanmış xx.xx.2019-cu il tarixli ərizəsi, xx.xx.2019-cu il tarixli təkrar ərizə, “xxxxxx” ASC-nin xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixli iddiaçıya ünvanlanmış məktubu, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış elektron bildiriş, “xxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin təqdim etdiyi çıxarış, “Kredit götürən şəxslər üçün həyat sığortası şəhadətnaməsi” iddiaçı tərəfindən məhkəməyə təqdim edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, iddiaçı ilə “xxxxxx” ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli “Plastik kart üzrə kredit xətti müqaviləsi”nə əsasən həmin bank tərəfindən iddiaçıya 2000 ABŞ dolları kredit verilmişdir. İddiaçı “xxxxxx” ASC-yə olan kredit borcunu xx xxxxxx 2015-ci ildə ödəmişdir. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanı verildikdən sonra iddiaçı cavabdehə müaciət edərək xarici valyutada götürdüyü və ödədiyi kreditin devalvasiya nəticəsində manatla artmış hissəsinin hesablanaraq kompensasiya ödənilməsini xahiş etsə də müraciəti təmin edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddianın əsaslılığı aşağıdakı normativ hüquqi aktlardam irəli gəlir. Azərbaycan Respublikasının Prezidenti tərəfindən devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx xxxxxx 2019-cu il tarixli Fərmanı verilmişdir. Həmin Fərmanın 1-ci bəndinə əsasən aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilməsi qərara alınmışdır: 1.1. 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə-1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; 1.2. 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə -1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi;1.3. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə-bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi. Həmin Fərmanın 2-ci bəndində göstərilmişdir: bu Fərmanın 1-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilsin, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilsin. Həmin Fərmanın 3.2-ci bəndi ilə Azərbaycan Respublikasının Maliyyə X6 bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən etmək və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat vermək tapşırılmışdır. Həmin Fərmanın 8.3-cü bəndində göstərilmişdir ki, bu Fərmanın 5-ci və 7-ci hissələrində fiziki şəxslərin kredit borcları dedikdə onların 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələrinə əsasən bütün banklara və ləğvetmə prosesində olan banklara əsas kredit borclarının qalıq məbləğinin cəmi nəzərdə tutulur. Eyni zamanda qeyd edilən fərmanın 3.1-ci bəndi ilə Azərbaycan Respublikasının Maliyyə X6 Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə bu Fərmanın 1-ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etmək tapşırılmışdır. Həmin tapşırığın icra edilməsi nəticəsində cavabdeh Azərbaycan Respublikasının Maliyyə X7 tərəfindən “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” xx xxxx 2019-cu il tarixli, ********** nömrəli qərarı hazırlanmışdır. “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın 1-ci bəndinə əsasən bu Qayda “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanının (bundan sonra – Fərman) 3.1-ci və 7.3-cü bəndlərinin icrası məqsədilə hazırlanmışdır, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri, habelə kredit borclarının restrukturizasiyası ilə bağlı digər məsələləri müəyyən edir. Həmin Qaydanın 3.1-ci bəndində göstərilmişdir: Fərmana uyğun olaraq, fiziki şəxslərin kompensasiya ödəniləcək kreditləri aşağıdakı şərtlərdən ən azı birinə cavab verməlidir: 3.1.1. 2015-ci il fevralın 21-nə bütün kredit təşkilatlarının və (və ya) ləğvetmə prosesində olan kredit təşkilatlarının balans və balansdankənar hesablarında xarici alyutada olan əsas kredit borcunun qalıq məbləğinin cəmi 10 000 ABŞ dollarından və ya həmin tarixə Azərbaycan Respublikasının Mərkəzi Bankının (bundan sonra – Mərkəzi Bank) elan etdiyi məzənnəyə uyğun olaraq 10 000 ABŞ dolları ekvivalentindən çox olmamalıdır; 3.1.2. 2015-ci il dekabrın 21-nə bütün kredit təşkilatlarının və (və ya) ləğvetmə prosesində olan kredit təşkilatlarının balans və balansdankənar hesablarında xarici valyutada olan əsas kredit borcunun qalıq məbləğinin cəmi 10 000 ABŞ dollarından və ya həmin tarixə Mərkəzi Bankın elan etdiyi məzənnəyə uyğun olaraq 10 000 ABŞ dolları ekvivalentindən çox olmamalıdır. Həmin Qaydanın 3.2-ci hissəsinə əsasən kompensasiya məbləği aşağıdakı qaydada hesablanır: 3.2.1. bu Qaydanın 3.1.1-ci yarımbəndində nəzərdə tutulan əsas kredit borclarına münasibətdə: 1. fiziki şəxsin 2015-ci il fevralın 21-nə bütün kredit təşkilatları və ləğvetmə prosesində olan kredit təşkilatlarının balans və balansdankənar hesablarında xarici valyutada olan əsas kredit borcları həmin tarixə Mərkəzi Bankın elan etdiyi məzənnəyə uyğun olaraq ABŞ dolları ekvivalentində müəyyən olunaraq toplanılır;
2. bu Qaydanın 3.2.1-ci yarımbəndinin 1-ci abzasına uyğun olaraq hesablanmış məbləğ 1 ABŞ dollarına 0,25 manat kimi qiymətləndilir. 3.2.2. bu Qaydanın 3.1.2-ci yarımbəndində nəzərdə tutulan əsas kredit borclarına münasibətdə: 1. fiziki şəxsin 2015ci il dekabrın 21-nə bütün kredit təşkilatlarının və ləğvetmə prosesində olan kredit təşkilatlarının balans və balansdankənar hesablarında xarici valyutada əsas kredit borcları həmin tarixə Mərkəzi Bankın elan etdiyi məzənnəyə uyğun olaraq ABŞ dolları ekvivalentində müəyyən olunaraq toplanılır; 2. Bu Qaydanın 3.2.2-ci yarımbəndinin 1-ci abzasına uyğun olaraq hesablanmış məbləğ 1 ABŞ dollarına 0,60 manat kimi qiymətləndirilir.3.2.3. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə xarici valyutada mövcud olan əsas kredit borclarına münasibətdə bu Qaydanın 3.2.1-ci və 3.2.2-ci yarımbəndlərində qeyd olunan hər iki qaydada hesablanmış kompensasiya məbləğləri cəmlənir. Həmin Qaydanın 4.1-ci bəndinə əsasən Kompensasiyanın ödənilməsini təmin etmək məqsədilə Palata Fərmanın 3.2-ci bəndinə uyğun olaraq, ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini müəyyən edir və hər bir kredit təşkilatı və ya ləğvetmə prosesində olan kredit təşkilatı üzrə ayrılacaq vəsaitin məbləği barədə məlumatı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (bundan sonra – Maliyyə Nazirliyi) və Mərkəzi Banka təqdim edir. Həmin Qaydanın 4.2-ci bəndinə əsasən Maliyyə Nazirliyi bu Qaydanın 4.1-ci bəndinə uyğun olaraq, məlumatı aldıqdan sonra həmin vəsaiti müvafiq kredit təşkilatlarının (bank olmayan kredit təşkilatları istisna olmaqla) və poçt rabitəsinin milli operatorunun Mərkəzi Bankdakı hesablarına, habelə ləğvetmə prosesində olan bankların Mərkəzi Bankdakı ləğvetmə hesablarına köçürür. Bank olmayan kredit təşkilatlarına, habelə ləğvetmə prosesində olan bank olmayan kredit təşkilatlarına ödəniş müddəti keçmiş kreditlərin ödənilməsinə yönəldilən kompensasiya onların poçt rabitəsinin milli operatorunda olan hesablarına köçürülür. Həmin Qaydanın 4.3-cü bəndinə əsasən Palatanın bu Qaydanın 4.1-ci bəndinə əsasən müəyyənləşdirdiyi siyahı üzrə, Fərmanın 2-ci hissəsinə uyğun olaraq, kompensasiyanın ödənilməsi aşağıdakı ardıcıllıqla həyata keçirilir: 4.3.1. kompensasiya, ilk növbədə, proporsional qaydada fiziki şəxsin bütün kredit təşkilatları və ləğvetmə prosesində olan kredit təşkilatları qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilir; 4.3.2. bu Qaydanın 4.3.1-ci yarımbəndində nəzərdə tutulan kredit borcları ödənildikdən sonra, qalan məbləğ fiziki şəxsin sərəncamına verilir. İddiaçı tərəfindən kreditin götürülməsi və ödənişlər etməsi həm xx.xx.2015-ci il tarixli kredit müqaviləsi, “xxxxxx” ASC-nin məktubları, hesab üzrə çıxarış və digər sənədlərlə təsdiq edildiyindən, iddiaçının “xxxxxx” ASC-dən götürdüyü kredit Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx xxxxxx 2019-cu il tarixli Fərmanın tələblərinin təsiri altına düşür, bu səbəbdən də qanunvericiliyin tələblərinə əsasən cavabdeh tərəfindən kompensasiya ödənilməsi üçün İddiaçı adının kompensasiya ödənişi edilməli olan fiziki şəxslərin siyahısına daxil edilməsi və kompensasiyanın iddiaçıya ödənilməsini təmin edən tədbirlərin görülməli olduğu halda iddiaçıya münasibətdə cavabdehin bu öhdəliyi iddiaçı tərəfindən cavabdehə qarşı məhkəmədə iddia qaldırılana qədər icra edilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanının tələblərinə əsasən “xxxxxx” ASC-nin İnşaatçılar filialı ilə iddiaçı arasında bağlanmış 116.LN.3112.211015.R.00002 nömrəli kredit müqaviləsi üzrə kompensasiya ödənilməsi üçün İddiaçı adının kompensasiya ödənişi edilməli olan fiziki şəxslərin siyahısına daxil edilməsi və kompensasiyanın iddiaçıya ödənilməsini təmin edən tədbirlərin görülməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Maliyyə X6 həvalə edilməlidir. İşdə olan 633748 nömrəli mədaxil qəbzinin əslinə və iddiaçı tərəfindən hazırki işdə onu təmsil edən vəkilə verilmiş etibarnaməyə əsasən iddiaçı ona hüquqi yardımın göstərilməsi üçün 210 manat məbləğini, etibarnamənin təsdiq edilməsi üçün isə 11,5 manat məbləğini ödəmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 108.2-ci maddəsinə əsasən dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab etmişdir ki, hazırki məhkəmə icraatının başlanmasına səbəb cavabdehin üzərinə qanunvericiliklə qoyulmuş öhdəliklərin icra edilməməsi olduğu üçün iddiaçının məhkəmə xərcləri tam şəkildə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Birinci instansiya məhkəməsi iddiaçının cavabdehin hərəkətləri ilə ona maddi və mənəvi zərərin vurulması barədə bildirdiklərinə gəldikdə isə qeyd etmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Cavabdehin hərəkətləri ilə iddiaçıya maddi-mənəvi zərərin vurulması inzibati məhkəmə icraatının gedişi zamanı təsdiq edilmədiyindən iddia həmin hissədə təmin edilməmişdir. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları aydınlaşdırılmış, sübutlara düzgün qiymət verilmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq edilmişdir. Göstərilənlərə əsasən cavabdehin apellyasiya şikayəti təmin edilməməli və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 3472/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3472/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Hakimlər: Düzdür: Sədrlik edən:H.Ü.Həmidov