Məhkəmə qərarları › İş №2-1(103)-756/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-756/2025

16.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-756/2025 16.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədov (sədrlik edən və məruzəçi), Şərafət Asif qızı Məmmədovadan və X3 ibarət tərkibdə, Ramiz Vüqar oğlu Əsgərlinin katibliyi, İddiaçı, cavavdehin nümayəndəsi X1 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3363/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin mübahisələndirilməyən halları

1. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC İstehsalat Xidmətləri İdarəsinin xx.xx.2023cü il tarixli 23 nömrəli arxiv arayışında qeyd olunur ki, xx.xx.1963-ci il təvəllüdlü İddiaçı həqiqətən "xxxx" Təmir Tikinti idarəsinin əsaslı tikinti sahəsinə xx.xx.2008-ci il tarixdə 15 /kş №-li əmrə əsasən 6-cı dərəcəli qaz qaynaqçısı peşəsinə işə qəbul olunmuşdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xx.xx.2014-cü il tarixdə 122 /k №-li əmrə əsasən işdən azad edilmişdir.

2. Elm və Təhsil Nazirliyinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd olunur ki, Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Texniki Kollecinin təqdim etdiyi 21 avqust 2024-cü il tarixli 716 nömrəli arxiv arayışına əsasən X2 24 avqust 1978- ci il tarixli 238-c saylı əmrə əsasən keçmiş Bakı Politexnik Texnikumunun gündüz (əyani) şöbəsinin “Sənaye avadanlıqlarının quraşdırılması və təmiri” ixtisasına qəbul olunması, 03 aprel 1982-ci il tarixli 139-c saylı əmrə əsasən isə həmin ixtisası bitirməsi müəyyən edilmişdir.

3. Azərbaycan Texniki Universitetin nəzdində Bakı Texniki Kollecinin xx.xx.2024-cü il tarixli 716 saylı arxiv arayışında qeyd olunur ki, X4 həqiqətən xx.xx.1978-ci il 238-c saylı əmrə əsasən keçmiş Bakı Politexnik Texnikumunun gündüz (əyanı) şöbəsinin “Sənaye avadanlıqlarının quraşdırılması və təmiri" ixtisasına daxil olmuşdur. xx.xx.1982-ci il 139-c saylı əmrə əsasən keçmiş Bakı Politexnik Texnikumunun gündüz (əyani) şöbəsinin "Sənaye avadanlıqlarının quraşdırılması və təmiri” ixtisasını bitirmiş Dövlət ixtisas Komissiyasının qərarı ilə ona “texnik –mexanik” İxtisas dərəcəsi və ДТ-1 779824 №-li diplom verilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondununa qarşı məhkəməyə müraciət edərək əmək pensiyasının 20 iyul 2023-cü il tarixdən hesablanaraq ona təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

5. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı əvəz edilmişdir.

6. Məhkəmənin qərardadı ilə iddiaçının ərizəsinə əsasən iddia tələbi “60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2023-cü ilin iyul ayında 60 yaşı tamam olduğu görə həmin ilin sentyabr ayının əvvələrində ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST mərkəzinə müvafiq ərizə ilə müraciət olunmuşdur. Müraciəti Nazirliyin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialında baxılmış və müvafiq iş stajının az olduğu qeyd edilərək pensiya təyinatından imtina olunması barədə qərar qəbul edilmiş və həmin qərar poçt vasitəsi ilə tərəfindən xx.xx.2023-cü ildə alınmışdır. Hesab edir ki, aşağıda qeyd olunan səbəblərə görə həmin qərar əsassız və qanunsuzdur. Belə ki, imtinanın əsası kimi Fond, BBTİ 12 saylı tikinti idarəsinin natamam arxiv sənədlərinə əsasən 1996-cı ilə dair əmr kitablarında işə qəbul olunmağına dair heç bir məlumatı olmadığı barədə verilən 1 sentyabr 2023-cü il tarixli 3-48-2F/2-İ-06243/2023 nömrəli arxiv arayışını əsas götürərək, ümumi stajı 25 ildən az (20 il 10 ay 15 gün (xx.xx.1982-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1996-cı il tarixləri arasındakı dövrlər və 2006-2014-cü illər üzrə 7 il 6 ay) güzəştli iş stajının isə 12 il 6 aydan az (12 il 1 gün (xx.xx.1989-xx.xx.1996-cı il, xx.xx.2009-xx.xx.2014-cü il tarixləri arasındakı dövrlər)) olması qeyd etmişdir. Bundan əlavə imtina qərarında o da göstərilmişdir ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin Təmir Tikinti İdarəsinin əsaslı tikinti sahəsində qaz qaynaqçısı peşəsində xx.xx.2008-ci ildənxx.xx.2014-cü ilə kimi işlədiyi müddətdə xx.xx.2008-xx.xx.2008-ci il və xx.xx.2014- xx.xx.2014-cü il tarixləri arasındakı dövrlər üzrə (ümumilikdə 7 ay) ödənilməli olan məcburi dövlət sosial sığorta ödənişləri fərdi hesabının sığorta hissəsində öz əksini tapmamışdır. 1988-ci ildən 2000-ci ilə və 2008-ci ildən 2014-cü ilə kimi müxtəlif müəssisələrdə qazla kəsici və qaz qaynaqçısı peşələrində çalışaraq 17 ildən artıq güzəştli iş stajına malikdir. Bu fakt 9 oktyabr 1984-cü il tarixli ИТ-İ ******* saylı əmək kitabçasında da öz əksini tapmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” - nın 35-ci hissəsinin (Ümumi peşələr) 25-26 bəndlərinə əsasən qazla kəsicilər və qaz qaynaqçıları güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ olan şəxslər siyahısına aid edilmişlər. Bundan əlavə 12 saylı Tikinti idarəsində işlədiyini həmin dövrdə onunla birgə çalışmış iş yoldaşları Əliyev Qabil və digərləri də təsdiq edə bilərlər. Lakin Fondun əməkdaşları Əmək Məcəlləsinin bu maddəsinin tələblərinə zidd olaraq əmək kitabçasında qeyd olunanları nəzərə almadan Tikinti İdarəsinin natamam arxiv sənədləri əsasında verilmiş olduğu yuxarıda göstərilən arxiv arayışına istinad edib xx.xx.1996- xx.xx.2000-ci il tarixləri arasında 12 saylı Tikinti idarəsində qazla kəsici peşəsində işlədiyi dövrü iş stajına daxil etməyərək süni şəkildə ümumi və güzəştli iş stajını azaltmışlar. Əgər həmin dövr iş stajına daxil edilərsə ümumi iş stajı 25 ildən, güzəştli iş stajı isə 17 il çox təşkil edəcəkdir.

8. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, iddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilən 9 oktyabr 1984-cü il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1996xx.xx.2000-ci il tarixləri arasındakı dövrlər ərzində BBTİ-nin Santexnik işləri üzrə Tikinti İdarəsində qaynaqçı peşəsində işlədiyi qeyd edilmişdir. Araşdırma zamanı Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının iddiaçıya dair xx.xx.2023-cü il tarixli 3-48-2F/İ-06243/2023 nömrəli arayışında BBTİ 12 saylı Tikinti İdarəsinin 1996-cı ilə dair əmr kitablarında İddiaçı işə qəbul olunmağı barədə heç bir məlumat qeyd edilməmişdir. Bu səbəbdən də həmin dövrün iddiaçının iş stajına daxil etmək mümkün olmamışdır. Həmçinin "xxxx" QSC-nin iddiaçıya dair 18 avqust 2023-cü il tarixli 23 nömrəli arayışında isə xx.xx.2008-xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində həmin müəssisənin Təmir Tikinti İdarəsinin əsaslı tikinti sahəsində qaz qaynaqçısı peşəsində işlədiyi qeyd olunmuşdur. xx.xx.2008-xx.xx.2014-cü il tarixləri arasındakı dövrlər üzrə İddiaçı həmin müəssisədə işlədiyi müddətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqları iddiaçının fərdi hesabının sığorta hissəsində (ümumilikdə 7 ay) sığorta ödənişləri öz əksini tapmamışdır. Qanunvericiliklə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər sığorta hissəsinə daxil edilmədiyi üçün (Qanunun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) yuxarıda qeyd olunan məcburi dövlət sosial sığorta haqlarının ödənilmədiyi dövrləri iddiaçının iş stajına daxil etmək mümkün deyil. Göstərilən səbəblərdən İddiaçı ümumi iş stajı 25 ildən az (20 il 10 ay 15 gün (xx.xx.1982-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1996-cı il tarixləri arasındakı dövrlər və 2006-2014-cü illər üzrə 7 il 6 ay)), güzəştli iş stajı isə 12 il 6 aydan az (12 il 1 gün (xx.xx.1989-xx.xx.1996-cı il, xx.xx.2009-xx.xx.2014-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bundan başqa iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı 33784,92 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin edilməməsi məhkəmədən xahiş olunur.

9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3363/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilmişdir.

10. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

b) Apellyasiya şikayətinin dəlilləri

11. Apellyasiya şikayəti iddiaya etiraza uyğun əsaslandırılmışdır.

ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən istinad edilən arxiv arayışındakı məlumat mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, həmin arayışda BBTİ 12 saylı tikinti idarəsinin arxiv sənədlərinin natamam olması qeyd olunmuşdur. Lakin, Dövlət Arxivinin məhkəməyə ünvanladığı məktuba əsasən BBTİ 25 saylı Tikinti İdarəsinin 1984, 1996 və 12 saylı tikinti idarəsinin 2000-ci illərə aid əmr kitabları Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Göründüyü kimi cavabdeh orqan iddiaçının xx.xx.1996-xx.xx.2000-ci il tarixləri arasında 12 saylı Tikinti İdarəsində qazla kəsici peşəsində işlədiyi dövrü iş stajına daxil etməyərək süni şəkildə ümumi və güzəştli iş stajını azaltmağa çalışmışdır.

c) Proses iştirakçılarının izahatları

13. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını, cavabdehin nümayəndəsi isə apellyasiya şikayətinin təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 26 sentyabr 2024cü il tarixli qərarının ləğv edilməsinin məhkəmədən xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

14. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;

15. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. -9.1.-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.

16. «Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 4.1.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək olan dövr üzrə sosial sığorta stajı: “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən hesablanır.

17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi

Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

19. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20.Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən) 21.İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 19-25-ci bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. 22.Belə ki, hazırkı işin hallarından görünür ki, İddiaçı cavabdeh Аzərbаycаn Rеspublikаsı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək ona 60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. 22.Cavabdeh orqan isə müraciəti təmin etməkdən imtina etmiş və bildirmişdir ki, iddiaçının ümumi iş stajı 25 ildən az, güzəştli iş stajı isə 12 il 6 aydan az təşkil etdiyindən və onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyindən ona 60 yaşdan pensiya təyin olunması qanunvericiliyin tələbləri baxımından mümkün deyildir.

23. İş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasına əsasən, iddiaçı xx.xx.1984-cü il tarixdə pr 136p №-li əmrə əsasən SSU-25 saylı tresti - BBTİ 25 saylı Tikinti İdarəsində 3-cü dərəcəli çilingər vəzifəsində işə qəbul olunmuş, xx.xx.1985-ci il tarixdə 4-cü dərəcə, xx.xx.1987-ci il tarixdə 3-cü dərəcə, xx.xx.1988-ci il tarixdə 4-cü dərəcə verilmiş, xx.xx.1989-cu il tarixdə pr.9a №-li əmrə əsasən 5-ci dərəcəli qaz qaynaqçısı peşəsində işə qəbul olunmuş, xx.xx.1994-cü il tarixdə 6-cı dərəcə verilmiş, pr 1-05 №-li əmrə əsasən xx.xx.1996-cı il tarixdə işdən azad olunmuş, xx.xx.1996-cı il tarixdə pr 1a №-li əmrə əsasən SSU-12 tresti - BBTİ 12 saylı Tikinti İdarəsində qaynaqçı peşə vəzifəsində işə qəbul olunmuş, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69cu maddəsinə əsasən xx.xx.2000-ci il tarixdə 04/k nömrəli əmr ilə işdən azad olunmuş, xx.xx.2008-ci il tarixdə 15 /kş №-li əmrə əsasən "xxxx" Təmir Tikinti idarəsinin əsaslı tikinti sahəsində 6-cı dərəcəli qaz qaynaqçısı peşəsinə işə qəbul olunmuş, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xx.xx.2014-cü il tarixdə 122/k №-li əmr ilə işdən azad edilmişdir.

24. DT-İ 779824 nömrəli diplomunun surətinə əsasən, iddiaçı xx.xx.1978-xx.xx.1982-cı il tarixlərdə Bakı Politexnik Texnikumunun gündüz (əyani) şöbəsinin “Sənaye avadanlıqlarının quraşdırılması və təmiri” ixtisası üzrə təhsil almışdır.

25. İZ ******* nömrəli hərfi biletin surətinə əsasən, iddiaçı xx.xx.1982-xx.xx.1984-cü il tarixlərdə hərbi xidmətdə olmuşdur.

26. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunanlara əsasən iddiaçının həmin illər arasındakı dövrün onun güzəştli pensiya hüququ verən stajı kimi nəzərə alınmaması əsassızdır.

27. Belə ki, iddiaçının xx.xx.1978-xx.xx.1982-ci illərdə təhsil dövrü, xx.xx.1982xx.xx.1984-cü illərdə hərbi xidmət dövrü, xx.xx.1984-xx.xx.1996, xx.xx.1996-xx.xx.2000 və xx.xx.2009-xx.xx.2014-cü il tarixlərdə işlədiyi müddət nəzərə alındığı təqdirdə, ən azı 25 il ümumi stajı mövcuddur.

28. Eyni zamanda iddiaçının xx.xx.1989-cu ildən xx.xx.1996-cı ilədək SSU-25 trestində (BBTİ 25 saylı Tikinti İdarəsində), xx.xx.1996-cı ildən xx.xx.2000-ci ilədək SSU-12 trestində (BBTİnin 12 saylı Santexnik işləri üzrə Tikinti İdarəsində) və xx.xx.2009-cu ildən xx.xx.2014-cü ilədək "xxxx" Təmir Tikinti idarəsində işlədiyi qaz kəsicisi və qaz qaynaqçısı vəzifələri - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısın”da 23200000 şifrəli “XXXİİİ. Ümumi peşələr” bölməsində n23200000—11618 şifrə ilə göstərilmiş “qazla kəsicilər” və 23200000—11620 şifrə ilə göstərilmiş “qaz qaynaqçıları” peşəsində işləyən şəxsələrə aid edilmişdir.

29. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 saylı qərarının “35. Ümumi peşələr” bölməsində “qazla kəsicilər” və “qaz qaynaqçıları” vəzifələrinə uyğun gəlməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrdir.

30. Həmçinin işin apellyasiya baxışı zamanı "xxxx" QSC tərəfindən verilmiş 27 dekabr 2024-cü il tarixli sorğuya cavab məktubuna əlavə edilmiş arxiv arayışına əsasən xx.xx.1963-cü il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.2008-ci ildən xx.xx.2014-cü ilə kimi X5 Təmir Tikinti İdarəsində qaz qaynaqçısı vəzifəsində işləmişdir. “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 saylı qərarının 35-ci bəndinin (ümumi peşələr) “qaz qaynaqçıları” hissəsinə uyğun göstərilmişdir. Nəzərə alınmalıdır ki, həm quruda həmdə suda işləyən qaz qaynaqçıları güzəştli şərtlərlə pensiya almaq hüququna malikdirlər. Yəni iddiaçının "xxxx" QSC işləməsi onun fəaliyyətinin mütləq şəkildə dənizdə olmasına dəlalət edə bilməz.

31. Göründüyü kimi, iddiaçının xx.xx.1989-xx.xx.1996, xx.xx.1996-xx.xx.2000, xx.xx.2009- xx.xx.2014-cü illərdə çalışdığı qazla kəsicilər və qaz qaynaqçıları vəzifələri güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşələr olmaqla güzəştli iş stajı 12 il 6 aydan çoxdur. Odur ki, cavabdehin apellyasiya şikayətinin onun güzəştli stajının mövcud olmadığını mübahisləndirən dəlilləri əsassızdır.

32. Beləliklə də, iddiaçıya 60 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Belə olan halda, cavabdeh tərəfindən ona 60 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsindən imtina olunması onun hüquqlarını pozur.

33. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. 34.İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 35.Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3363/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. 36.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3363/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar