Məhkəmə qərarları › İş №2-1(103)-758/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-758/2022

06.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-758/2022 06.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Cabbarlı Sahibə Məhəmmədbağı qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi X10, cavabdehin nümayəndəsi X11 iştirakları ilə, İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “iddiaçıya 26.05.2021-ci il tarixdən müddətsiz 2-ci qrup əlilliyinin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-9329/2021 saylı, 24.09.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona 26.05.2021ci il tarixdən müddətsiz 2-ci qrup əlilliyinin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9329/2021 saylı, 24.09.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9329/2021 saylı, 24.09.2021-ci il tarixli qərarının ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyəti 5 saylı Şəhər Poliklinikasının 24.04.2009-cu il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X4: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ30-İ52 - Ürəyin digər xəstəlikləri => İ35 - Aorta qapağının qeyri-revmatik zədələnməsi => İ35.0 - Aortal (qapaq) stenoz (-u); Diaqnozun mətni: Mitral stenoz lll-İV dərəcə aortal qüsur.Mitral qapaqların protezləşmə əməliyyatından sW.QDÇ İİ; Meyar: 2.1. Birinci dərəcə əlillik => 2.1.1. Qan dövranının üçüncü dərəcəli xroniki çatmamazlığı” səbəbi ilə iki il müddətinə əlillik dərəcəsi verilmişdir. Daha sonra 5 saylı Şəhər Poliklinikasının 13.05.2011-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X4: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ30-İ52 - Ürəyin digər xəstəlikləri => İ34 - Mitral qapağın qeyri-revmatik zədələnmələri => İ34.9 - Mitral qapağın dəqiqləşdirilməmiş qeyri-revmatik zə...; Diaqnozun mətni: Mitral qapaqların protezləşməsi əməliyyatından s\v.zəif dərəcəli miopiya; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.1. Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinciüçüncü dərəcəli çatmamazlığı” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Həmin xəstəxananın 21.05.2014-cü il tarixli göndərişi əsasında “Səbəbi: Ümumi xəstəlik; “X4: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ05-İ09 - Ürəyin xroniki revmatik xəstəlikləri => İ05 - Mitral qapağın revmatik xəstəliyi => İ05.0 - Mitral stenoz; Diaqnozun mətni: revmatizm qeyri aktiv faza.revmokardit mitral qapağın stenozu.mitral qapaqların protezləşməsi əməliy s\v Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.1. Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci-üçüncü dərəcəli çatmamazlığı” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Həmin xəstəxananın 21.05.2015-ci il tarixli, 2766003AABLG saylı göndərişi əsasında “Səbəbi: Ümumi xəstəlik; “X4: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ00-İ02 - Kəskin revmatik qızdırma => 101 - Ürəyin cəlb olunması ilə gedən revmatik qızdırma => 101.8 - Ürəyin digər kəskin revmatik xəstəlikləri; Diaqnozun mətni: Revmatizm, qeyri- fəal faza, mitral qapağın protezləşməsi əməliyyatından sonrakı vəziyyət. Revmokardit. Durğunluq ürək çatmamazlığı Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Revmatizm, qeyri-fəal faza, mitral qapağın protezləşməsi əməliyyatından sonrakı vəziyyət. Revmokardit. Durğunluq ürək çatmamazlığı” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron Təyinatla 26.05.2016-cı il tarixdə “Səbəbi: Ümumi xəstəlik; “X4: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ00-İ02 - Kəskin revmatik qızdırma => 101 - Ürəyin cəlb olunması ilə gedən revmatik qızdırma => 101.8 Ürəyin digər kəskin revmatik xəstəlikləri; Diaqnozun mətni: Revmatizm, qeyri-fəal faza, mitral qapağın protezləşməsi əməliyyatından sonrakı vəziyyət. Revmokardit. Durğunluq ürək çatmamazlığı Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Revmatizm, qeyri-fəal faza, mitral qapağın protezləşməsi əməliyyatından sonrakı vəziyyət. Revmokardit. Durğunluq ürək çatmamazlığı” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. 5 saylı Şəhər Poliklinikasının 24.05.2021-ci il tarixli, 2766003AADVJ saylı göndərişi əsasında baxılmış və X4: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ00- İ02 - Kəskin revmatik qızdırma => 101 - Ürəyin cəlb olunması ilə gedən revmatik qızdırma => 101.1 - Kəskin revmatik endokardit; Diaqnozun mətni: Ürəyin cəlb olunması ilə müşahidə olunan revmatik qızdırma, Revmatizm qeyri aktiv faza. Mitral qapağın protezləşməsi əməliyyatından s/v (2008-ci il ). Ekstrasistolik aritmiya. XÜÇ-İİ dər. Mitral qapaq çatmamazlığı İ dər. Üçtaylı qapaq çatmamazlığı .TÇ-İ dər. Ağırlaşma İ50.0 Durğunluq ürək çatmamazlığı, XÜÇ-İİ dər.; Məzkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: 2008-ci ildən xəstə olmasına baxmayaraq, 2021-ci ilə qədər ambulator və stasionar müalicələrdən məlumat yoxdur” səbəbi ilə imtina verilmişdir. Bununla əlaqədar, iddiaçının aidiyyəti tibb müəssisəsində əlavə bərpa müalicəsi etdirməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyə edilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9329/2021 saylı, 24.09.2021-ci il tarixli qərarının ləğv olunmasını, iddianın təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və nümayəndəsi iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 9329/2021 saylı, 24.09.2021-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişlər. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sisteminin Tibbi Sosial Ekspertiza və X9 Tibbi – Sosial Ekspertiza Müayinəsindən 7eb76bd8-0816-4c1f-a84456f057f8c1c7 saylı çıxarışdan görünür ki, iddiaçıya 04.05.2009-ci il tarixdə “Mitral stenoz İİİ-İV dərəcə aortal qüsur. Mitral qapaqların protezləşmə əməliyyatından s\v. QDÇ İİ” diaqnozu ilə “Qan dövranının üçüncü dərəcəli xroniki çatmamazlığı” meyarı ilə 1-ci qrup əlillik təyin edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sisteminin Tibbi Sosial Ekspertiza və X9 Tibbi – Sosial Ekspertiza Müayinəsindən 4e59848b-6b6c-4431-9a01fee74b3e8ac7 saylı çıxarışdan görünür ki, iddiaçıya 17.05.2011-ci il tarixdə “Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci - üçüncü dərəcəli çatmamazlığı diaqnozu” ilə “Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci-üçüncü dərəcəli çatmamazlığı” meyarı ilə 2-ci qrup əlillik təyin edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sisteminin Tibbi Sosial Ekspertiza və X9 Tibbi – Sosial Ekspertiza Müayinəsindən 59c8548846dd-46fc-ae83675996dbb2b8 saylı çıxarışdan görünür ki, iddiaçıya 27.05.2014-cü il tarixdə “Revmatizm qeyri aktiv faza.revmokardit mitral qapağın stenozu.mitral qapaqların protezləşməsi əməliyyatı s\v” diaqnozu ilə “Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci-üçüncü dərəcəli çatmamazlığı” meyarı ilə 2-ci qrup əlillik təyin edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sisteminin Tibbi Sosial Ekspertiza və X9 Tibbi – Sosial Ekspertiza Müayinəsindən 0663e665-7806-4dda-a3b3ab10a7c14009 saylı çıxarışdan görünür ki, iddiaçıya 26.05.2015-ci il tarixdə “Revmatizm, qeyri-fəal faza, mitral qapağın protezləşməsi əməliyyatından sonrakı vəziyyət. Revmokardit. Durğunluq ürək çatmamazlığı.” diaqnozu ilə “Revmatizm, qeyri-fəal faza, mitral qapağın protezləşməsi əməliyyatından sonrakı vəziyyət. Revmokardit. Durğunluq ürək çatmamazlığı. Meyarı” ilə 2-ci qrup əlillik təyin edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidməti 3 Saylı Tibbi Sosial Ekspert Komissiyasının sədrinin imzası və möhürü ilə təsdiq edilmiş “Müayinə olunan şəxs barədə” xxxxxxx0005 saylı məlumatdan görünür ki, iddiaçıya 26.05.2016-ci il tarixdə “Revmatizm, qeyri-fəal faza, mitral qapağın protezləşməsi əməliyyatından sonrakı vəziyyət. Revmokardit. Durğunluq ürək çatmamazlığı.” diaqnozu ilə “Revmatizm, qeyri-fəal faza, mitral qapağın protezləşməsi əməliyyatından sonrakı vəziyyət. Revmokardit. Durğunluq ürək çatmamazlığı.” meyarı ilə 5 illik müddətə 2-ci qrup əlillik təyin edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidməti 3 Saylı Tibbi Sosial Ekspert Komissiyasının 347296 saylı arayışından görünür ki, iddiaçıya ümumi xəstəlik səbəbindən 27.05.2014-cü il tarixli 1238 saylı müayinə aktına əsasən 01.06.2015-ci il tarixə qədər 2-ci qrup əlillik təyin edilmişdir. Ağır fiziki işlər əks göstərişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidməti 4 Saylı Tibbi Sosial Ekspert Komissiyasının 088440 saylı arayışından görünür ki, iddiaçıya ümumi xəstəlik səbəbindən 04.05.2009-cu il tarixli 187 saylı müayinə aktına əsasən 01.06.2011-ci il tarixə qədər 1-ci qrup əlillik təyin edilmişdir. Əmək qabiliyyətsizdir, daimi kənar şəxsin qulluğuna ehtiyacı var. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidməti 3 X20 Sosial Ekspert Komissiyasının 977940 saylı arayışından görünür ki, iddiaçıya ümumi xəstəlik səbəbindən 12.05.2011-ci il tarixli 1047 saylı müayinə aktına əsasən 01.06.2012-ci il tarixə qədər 2-ci qrup əlillik təyin edilmişdir. Əmək qabiliyyətsizdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidməti 3 Saylı Tibbi Sosial Ekspert Komissiyasının 087884 saylı arayışından görünür ki, iddiaçıya ümumi xəstəlik səbəbindən 23.05.2013-cu il tarixli 1248 saylı müayinə aktına əsasən 01.06.2014-cu il tarixə qədər 2-ci qrup əlillik təyin edilmişdir. Əmək qabiliyyətsizdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidməti 3 Saylı Tibbi Sosial Ekspert Komissiyasının 314215 saylı arayışından görünür ki, iddiaçıya ümumi xəstəlik səbəbindən 18.05.2012-ci il tarixli 1133 saylı müayinə aktına əsasən 01.06.2013-cü il tarixə qədər 2-ci qrup əlillik təyin edilmişdir. Əmək qabiliyyətsizdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidməti 3 Saylı Tibbi Sosial Ekspert Komissiyasının 565502 saylı arayışından görünür ki, iddiaçıya ümumi xəstəlik səbəbindən 26.05.2015-ci il tarixli 1192 saylı müayinə aktına əsasən 01.06.2016-cı il tarixə qədər 2-ci qrup əlillik təyin edilmişdir. Ağır fiziki işlər əks göstərişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Nəsimi rayonu 5 saylı Poliklinikasının 24.04.2009-cu il tarixli TSEK-ə Göndərişindən görünür ki, iddiaçı 27.12.2008-ci il tarixdən göndəriş verən müalicə müəssisəsindən qeydiyyatda olmuşdur. Xəstəliyi ilə əlaqədar olaraq X7 ambulator müalicələr almışdır. 03.12.2008-ci il tarixdə Ukraynanın M.M.Amosov adına “X16” “mitral qapağın protezləşməsi əməliyyatı olunmuşdur. Xəstə daimi olaraq müalicələr alır və həkim nəzarəti altındadır. Həmin göndərişin 12-ci xanasında iddiaçının 27.12.2008-ci il tarixdən 14.01.2009-cu il tarixə qədər, 21.02.2009-cu il tarixdən 16.03.2009-cu il tarixə qədər, 11.04.2009-cu il tarixdən 24.04.2009-cu il tarixə qədər ambulator, 02.12.2008-ci il tarixdən 12.12.2008-ci il tarixə qədər stasionar qaydada “mitral stenoz 3-4 dərəcə, cüzü aortal qüsur, mitral qapağın protezləşməsi əməliyyatdan sonrakı vəziyyət” xəstəliyindən müalicə almışdır. İddiaçıya göndəriş zamanı aşağıdakı diaqnoz qoyulmuşdur: a) əsas xəsətəlik – mitral stenoz 3-4 dərəcə. Cüzi aortal qüsur. Mitral qapaqların protezləşməsi əməliyyatından sonrakı vəziyyət. b) əlavə xəstəliklər zəif dərəcəli miopiya. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Akademik C.Abdullayev adına ElmiTədqiqat Kardiologiya İnstitutu tərəfindən verilmiş 12.05.2011-ci il tarixli iddiaçının müayinəsinin nəticəsindən görünür ki, iddiaçıya “Revmatizm, Mitral qapağın protezləşdirilməsi cərrahi əməliyyatından sonrakı vəziyyət. diaqnozu qoyulmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Akademik C.Abdullayev adına ElmiTədqiqat Kardiologiya İnstitutu tərəfindən verilmiş 16.05.2012-ci il tarixli iddiaçının müayinəsinin nəticəsindən görünür ki, iddiaçıya “Revmatizm, qeyri – avtiv faza, Revmokardit, Mitral stenozu. Mitral qapağın protezləşdirilməsi cərrahi əməliyyatından sonrakı vəziyyət (2008-ci il), Ürək ritm pozğunluğu = supraventrikulyar ekstrasistoliya. QDÇ – İ (bir) dərəcə. diaqnozu qoyulmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Akademik C.Abdullayev adına ElmiTədqiqat Kardiologiya İnstitutu tərəfindən verilmiş 20.05.2015-ci il tarixli iddiaçının müayinəsinin nəticəsindən görünür ki, iddiaçıya “Revmatizm: qeyri – avtiv faza, Revmokardit, Mitral qapağın çatışmazlığı stenozu ilə Mitral qapağın protezləşməsi cərrahi əməliyyatından sonrakı vəziyyət (2008-ci il), Supraventrikulyar ekstrasistoliya. AF=48%. QDÇ – İİ (iki) dərəcə. diaqnozu qoyulmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Akademik C.Abdullayev adına ElmiTədqiqat Kardiologiya İnstitutu tərəfindən verilmiş 17.04.2017-ci il tarixli iddiaçının exodopplerokardioqrafiya müayinəsinin nəticəsindən görünür ki, iddiaçıya mitral qapağın protezləşməsi sonrakı vəziyyət. Aorta qapağın çatmamazlıığı diaqnozu qoyulmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Akademik C.Abdullayev adına ElmiTədqiqat Kardiologiya İnstitutu tərəfindən verilmiş 17.04.2017-ci il tarixli iddiaçının müayinəsinin nəticəsindən görünür ki, iddiaçıya “Revmatizm: qeyri – fəal faza, Mitral qapağın protezləşməsi əməliyyatından sonrakı vəziyyət. Ekstrasistolik aritmiya, ÜÇ İİ fs, Af = 48%. diaqnozu qoyulmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Akademik C.Abdullayev adına ElmiTədqiqat Kardiologiya İnstitutu tərəfindən verilmiş 26.04.2019-cu il tarixli iddiaçının rəngli doppler exokardioqrafiya - PİCO müayinəsinin nəticəsindən görünür ki, “ona mitral qapağın protezləşməsi cərrahi əməliyyatdan sonrakı vəziyyət. Ürək kameraları genişlənməyib. Sol mədəciyin hipertrofiyası, diffuz hipokinezi. Mitral qapağın protezinin funksiyası N. MÇ-1. Transmitral axın yüksəkdir. Aorta qapağı qalınlaşıb, AÇ-1.” diaqnozu qoyulmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Akademik C.Abdullayev adına ElmiTədqiqat Kardiologiya İnstitutu tərəfindən verilmiş 26.04.2019-cu il tarixli iddiaçının müayinə nəticələrindən görünür ki, iddiaçıya “Revmatizm qeyri – fəal faza, Mitral qapağın protezləşməsi əməliyyatından sonrakı vəziyyət. 1-ci dərəcəli aortal çatmamazlığı, 1-ci dərəcə mitral çatmamazlıq, QDC İİ fs. AF 48%. diaqnozu qoyulmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Akademik C.Abdullayev adına ElmiTədqiqat Kardiologiya İnstitutu tərəfindən verilmiş 06.05.2021-ci il tarixli iddiaçının müayinə nəticələrindən görünür ki, müayinə nəticəsində iddiaçıya “Revmatizm q/aktiv faza, Mitral qapağın protezləşməsi əməliyyatından sonrakı vəziyyət (2008-ci il). Ekstrosistolik aritmiya. XÜÇ İİ (iki) dərəcə, H AF 48%, MÇ və TÇ – İ dərəcə. diaqnozu qoyulmuşdur. - İcbari Tibbi Sığorta üzrə X19 Ərazi Bölmələrini İdarəetmə Birliyi Akademik C.Abdullayev adına X1 tərəfindən verilmiş 06.06.2021-ci il tarixli iddiaçının rəngli doppler exokardioqrafiya müayinəsinin nəticəsindən görünür ki, müayinə taxiaritmiya fonunda aparılmışdır. Sol mədəciym sistola-diastolik ölçül: normaldır, sistolik funksiyası azalmışdır (EF-48%). Sol qulaqcıq böyümüşdür. Sağ boşluq böyüməmişdir. Protezləşmiş mitral qapaq görüntüsü izlənilir. Diastolik funksiya restriktiv tip pozulmuşdur. Pulmonar arteriya təzyiqi normaldır. Seqmentar divar hərəkət qüsuru qeyd edilmir. Perikard boşluğu təmizdir. Rəngli doppler exokardioqrafıyada ݰMÇ, min.AÇ, 1° TÇ. - 5 nömrəli Şəhər Poliklinikası tərəfindən 24.05.2021-ci il tarixdə rəsmiləşdirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasına 2766003AADVJ saylı Göndərişdən görünür ki, iddiaçı 27.12.2008-ci il tarixdən Göndəriş verən müəssisədə qeydiyyatdadır. Xəstəliyin başlanma tarixi 02.12.2008-ci il tarixdir. İddiaçı son 6 ay ərzində Ürəyin cəlb olunması ilə müşahidə olunan revmatik qızdırma (kod İ01) xəstəliyi ilə əlaqədar 08.10.2020-ci il, 09.02.2021-ci il, 19.04.2021-ci il, 04.05.2021-ci il tarixlərdə müraciət etmişdir. İddiaçı Ukrayna, M.M.Amosov adına X14 02.12.2008-ci il tarixdən 18.12.2008-ci il tarixə qədər İ05.0 kodlu xəstəliklə, akademik C.M.Abdullayev adına X2 12.05.2011-ci il, 16.05.2012-ci il, 17.05.2013-cü il, 17.05.2014-cü il, 19.05.2014cu il, 17.04.2017-ci il, 26.04.2019-cu il, 06.05.2021-ci il tarixlərdə İ01 kodlu xəstəliklə əlaqədar stasionar müalicə almışdır. “Müayinələr” – “TSEK-ə göndərilən zaman xəstənin vəziyyəti” qrafasında “Sümük - əzələ sistemində - döş qəfəsində əməliyyatdan sonrakı çapıq nəzərə çarpır, aşağı ətraflarda şişkinlik müşahidə olunur.”, sözləri qeyd edilmişdir. “Status localis” qrafasında “Xəstədə tənginəfəslik, ürək döyünmə, aşağı ətraflarda şişkinlik müşahidə olunur. Xəstə 2009-2011-ci il tarixə kimi İ qrup əlil olub. 2012-ci ildən isə 1-ci qrup əlildir. Əlillik müddəti bitdiyinə görə TSEK-na göndərilir” sözləri qeyd edilmişdir. 04.05.2021-ci il tarixdə müayinə nəticəsində həkim - kardioloq tərəfindən İ50.0 Durğunluq ürək çatmamazlığı. diaqnozu, həkim – revmatoloq tərəfindən İ01 ürəyin cəlb olunması ilə müşahidə olunan revmatik qızdırma Revmatizm qeyri aktiv faza. Mitral qapağın protezləşməsi əməliyyatından s/v (2008-ci il). Ekstrasistolik aritmiya. XÜÇ- İİ dərəcə. Mitral qapaq çatmamazlığı İ dərəcə. Üçtaylı qapaq çatmamazlığı. TÇ-İ dərəcə diaqnozu qoyulmuşdur. TSEK-ə göndəriş zamanı diaqnoz qarfasında a) əsas diaqnoz kimi “ İ01 Ürəyin cəlb olunması ilə müşahidə olunan revmatik qızdırma. Revmatizm qeyri aktiv faza .Mitral qapağın protezləşməsi əməliyyatından sonrakı vəziyyət (2008-ci il). Ekstrasistolik aritmiya. XUÇ-İİ dərəcə. Mitral qapaq çatmamazlığı İ dərəcə. Üçtaylı qapaq çatmamazlığı.TÇ-İ dərəcə.” xəstəliyi, b) Ağırlaşma kimi “İ50.0 Durğunluq ürək çatmamazlığı XÜÇ-İİ dərəcə. İ05.1 Mitral qapağın revmatik mənşəli çatmamazlığı Mitral qapaq çatmamazlığı İ dərəcə. İ07.1 Trikuspidal (üçtaylı qapaq) çatmamazlıq (-ğı) Üçtaylı qapaq çatmamazlığı .TÇ-İ dərəcə.” xəstəlikləri, c) yanaşı xəstəliklər kimi isə c) Yanaşı xəstəliklər: H35.0 Fon retinopatiyaları və retinal damar dəyişiklikləri torlu qişanın angiopatiyası, F48.0 Nevrasteniya, K81.1 Xroniki xolesisti xəstəlikləri qeyd edilmişdir. - 5 nömrəli Şəhər Poliklinikası tərəfindən doldurulmuş iddiaçıya məxsus ambulator xəstənin tibbi kartasından görünür ki, iddiaçı 14.01.2009-cu il, 21.02.2009-cu il, 16.03.2009-cu, 24.04.2009-cu, 25.11.2009-cu, 24.01.2010-cu, 23.01.2010-cu, 15.12.2010-cu, 20.04.2011-ci, 17.03.2012-ci, 11.05.2013-cü, 10.10.2012-ci, 14.10.2012-ci, 08.05.2013-cü, 18.11.2013-cü, 12.05.2014-cü, 26.09.2014-cü, 16.03.2015-ci, 08.05.2015ci, 03.10.2015-ci, 23.04.2016-cı, 29.10.2016-cı, 17.04.2017-ci, 03.10.2017-ci, 25.01.2018ci, 20.04.2018-ci, 03.10.2018-ci, 26.04.2019-cu,17.10.2019-cu, 08.09.2020-ci, 09.02.2021-ci, 19.04.2021-ci, 05.05.2021-ci il tarixlərdə həkim müayinəsindən keçmişdir və müayinə nəticəsində iddiaçıya “Revmatizm, qeyri-fəal faza, mitral qapağın protezləşməsi əməliyyatından sonrakı vəziyyət (2008). Revmokardit. Mitral svenoz. Aortal qapaq çatışmazlığı 1-ci dərəcəli, ürək (qan dövranı) çatmamazlığı 2-ci dərəcəli.” xəstəliklərinə görə həkim revmatoloq tərəfindən müalicə məqsədilə müxtəlif dərman təyinatları aparılmışdır. - 5 nömrəli Şəhər Poliklinikası tərəfindən doldurulmuş iddiaçıya məxsus ambulator xəsətənin tibbi kartasında olan 14.01.2009-cu il tarixli əsas diaqnostik müayinələrin nəticəsindən ( Forma AZS -025) görünür ki, həmin tarixli müayinə nəticəsində iddiaçıya “Mitral svenoz 3-4 dərəcəli. Cüzi aortal qüsur. Mitral qapağın protezləşməsi əməliyyatından sonrakı vəziyyət QDC – İİ dərəcəli” xəstəliklərinə görə həkim revmatoloq tərəfindən müalicə məqsədilə müxtəlif dərman (Varfarin, Cordaron, Panangin – müddətsiz, Preductal MR – 2 ay) təyinatı aparılmışdır. - 5 nömrəli Şəhər Poliklinikası tərəfindən doldurulmuş iddiaçıya məxsus ambulator xəstənin tibbi kartasında olan 21.02.2009-cu il tarixli həkim revmatoloq müayinəsindən ( Forma AZS – 025 – səh 6) görünür ki, həmin tarixli müayinə nəticəsində iddiaçıya “Mitral svenoz 3-4 dərəcəli. Cüzi aortal qüsur. Mitral qapağın protezləşməsi əməliyyatından sonrakı vəziyyət QDC – İİ dərəcəli” xəstəliklərinə görə həkim - revmatoloq tərəfindən müalicə məqsədilə müxtəlif dərman (Benoral, Panangin, Condio) təyinatı aparılmışdır. - 5 nömrəli Şəhər Poliklinikası tərəfindən doldurulmuş iddiaçıya məxsus ambulator xəsətənin tibbi kartasında olan 16.03.2009-cu il tarixli əsas diaqnostik müayinələrin nəticəsindən (Forma AZS – 025 – səhifə 8) görünür ki, həmin tarixli müayinə nəticəsində iddiaçıya “Mitral svenoz 3-4 dərəcəli. Cüzi aortal qüsur. Mitral qapağın protezləşməsi əməliyyatından sonrakı vəziyyət QDC – İİ dərəcəli” xəstəliklərinə görə həkim - revmatoloq tərəfindən müalicə məqsədilə müxtəlif dərman (Mecze, Corvalol, Panangin, Condio) təyinatı aparılmışdır. - Cavabdeh tərəfindən təqdim edilmiş iddiaçının 04.05.2009-cu il tarixdə TSEK tərəfindən müayinəsi barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sistemində Tibbi-Sosial Ekspertiza və X12 (TSERAS) 24.09.2021-ci il tarixli çıxarışından görünür ki, iddiaçıya müayinə nəticəsində “Səbəbi: Ümumi xəstəlik; X4: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ30- İ52 - Ürəyin digər xəstəlikləri => İ35 Aorta qapağının qeyri-revmatik zədələnməsi => İ35.0 - Aortal (qapaq) stenoz (-u); Diaqnozun mətni: Mitral stenoz lll-İV dərəcə aortal qüsur.Mitral qapaqların protezləşmə əməliyyatından S\V.QDÇ İİ; Meyar: 2.1. Birinci dərəcə əlillik => 2.1.1. Qan dövranının üçüncü dərəcəli xroniki çatmamazlığı” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. - Cavabdeh tərəfindən təqdim edilmiş iddiaçının 5 saylı Şəhər Poliklinikasının 13.05.2011-ci il tarixli göndərişi əsasında 17.05.2011-ci il tarixdə TSEK tərəfindən müayinəsi barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sistemində Tibbi-Sosial Ekspertiza və X12 (TSERAS) 24.09.2021-ci il tarixli çıxarışından görünür ki, iddiaçıya müayinə nəticəsində “Səbəbi: Ümumi xəstəlik; X4: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ30-İ52 - Ürəyin digər xəstəlikləri => İ34 Mitral qapağın qeyri-revmatik zədələnmələri => İ34.9 - Mitral qapağın dəqiqləşdirilməmiş qeyri-revmatik zədələnməsi; Diaqnozun mətni: Mitral qapaqların protezləşməsi əməliyyatından s\v.zəif dərəcəli miopiya; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.1. Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci-üçüncü dərəcəli çatmamazlığı” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. - Cavabdeh tərəfindən təqdim edilmiş iddiaçının 5 saylı Şəhər Poliklinikasının 21.05.2014-cu il tarixli göndərişi əsasında 27.05.2014-cu il tarixdə TSEK tərəfindən müayinəsi barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sistemində Tibbi-Sosial Ekspertiza və X12 (TSERAS) 24.09.2021-ci il tarixli çıxarışından görünür ki, iddiaçıya müayinə nəticəsində “Səbəbi: Ümumi xəstəlik; “X4: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ05-İ09 - Ürəyin xroniki revmatik xəstəlikləri => İ05 - Mitral qapağın revmatik xəstəliyi => İ05.0 - Mitral stenoz; Diaqnozun mətni: revmatizm qeyri aktiv faza.revmokardit mitral qapağın stenozu.mitral qapaqların protezləşməsi əməliyyatından sonrakı vəziyyət. Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.1. Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci-üçüncü dərəcəli çatmamazlığı” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. - Cavabdeh tərəfindən təqdim edilmiş iddiaçının 5 saylı Şəhər Poliklinikasının 21.05.2015-ci il tarixli göndərişi əsasında 21.05.2015-ci il tarixdə TSEK tərəfindən müayinəsi barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sistemində Tibbi-Sosial Ekspertiza və X12 (TSERAS) 24.09.2021-ci il tarixli çıxarışından görünür ki, iddiaçıya müayinə nəticəsində “Səbəbi: Ümumi xəstəlik; “X4: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ00-İ02 - Kəskin revmatik qızdırma => İ01 - Ürəyin cəlb olunması ilə gedən revmatik qızdırma => İ01.8 - Ürəyin digər kəskin revmatik xəstəlikləri; Diaqnozun mətni: Revmatizm, qeyri-fəal faza, mitral qapağın protezləşməsi əməliyyatından sonrakı vəziyyət. Revmokardit. Durğunluq ürək çatmamazlığı Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Revmatizm, qeyri-fəal faza, mitral qapağın protezləşməsi əməliyyatından sonrakı vəziyyət. Revmokardit. Durğunluq ürək çatmamazlığı” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. - Cavabdeh tərəfindən təqdim edilmiş iddiaçının 5 saylı Şəhər Poliklinikasının 26.05.2016-cı il tarixli göndərişi əsasında 26.05.2016-cı il tarixdə TSEK tərəfindən müayinəsi barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sistemində Tibbi-Sosial Ekspertiza və X12 (TSERAS) 24.09.2021-ci il tarixli çıxarışından görünür ki, iddiaçıya müayinə nəticəsində “Səbəbi: Ümumi xəstəlik; “X4: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ00-İ02 - Kəskin revmatik qızdırma => İ01 - Ürəyin cəlb olunması ilə gedən revmatik qızdırma => İ01.8 - Ürəyin digər kəskin revmatik xəstəlikləri; Diaqnozun mətni: Revmatizm, qeyri-fəal faza, mitral qapağın protezləşməsi əməliyyatından sonrakı vəziyyət. Revmokardit. Durğunluq ürək çatmamazlığı; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Revmatizm, qeyri-fəal faza, mitral qapağın protezləşməsi əməliyyatından sonrakı vəziyyət. Revmokardit. Durğunluq ürək çatmamazlığı” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. - Cavabdeh tərəfindən təqdim edilmiş iddiaçının 5 saylı Şəhər Poliklinikasının 24.05.2021-ci il tarixli göndərişi əsasında 03.06.2021-cı il tarixdə TSEK tərəfindən müayinəsi barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sistemində Tibbi-Sosial Ekspertiza və X12 (TSERAS) 24.09.2021-ci il tarixli çıxarışından görünür ki, iddiaçıya “X4: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ00- İ02 - Kəskin revmatik qızdırma => 101 - Ürəyin cəlb olunması ilə gedən revmatik qızdırma => 101.1 - Kəskin revmatik endokardit; Diaqnozun mətni: Ürəyin cəlb olunması ilə müşahidə olunan revmatik qızdırma, Revmatizm qeyri aktiv faza. Mitral qapağın protezləşməsi əməliyyatından s/v (2008-ci il ). Ekstrasistolik aritmiya. XÜÇ-İİ dər. Mitral qapaq çatmamazlığı İ dərəcə. Üçtaylı qapaq çatmamazlığı .TÇ-İ dərəcə. Ağırlaşma İ50.0 Durğunluq ürək çatmamazlığı, XÜÇ-İİ dərəcə.; dianozları qoyulsa da, göndərişin natamam doldurulması - 2008-ci ildən xəstə olmasına baxmayaraq, 2021-ci ilə gədər ambulator və stasionar müalicələrdən məlumat olmaması səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. - Cavabdeh tərəfindən təqdim edilmiş məhkəməyə təqdim edilmiş iddiaçının 5 saylı Şəhər Poliklinikasının 24.05.2021-ci il tarixli göndərişi əsasında 03.06.2021-cı il tarixdə TSEK tərəfindən müayinəsi barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sistemində Tibbi-Sosial Ekspertiza və X12 (TSERAS) 24.09.2021-ci il tarixli çıxarışından görünür ki, 2766003AADVJ saylı göndərişdə iddiaçıya a) əsas diaqnoz kimi “ İ01 Ürəyin cəlb olunması ilə müşahidə olunan revmatik qızdırma. Revmatizm qeyri aktiv faza .Mitral qapağın protezləşməsi əməliyyatından sonrakı vəziyyət (2008-ci il). Ekstrasistolik aritmiya. XUÇ-İİ dərəcə. Mitral qapaq çatmamazlığı İ dərəcə. Üçtaylı qapaq çatmamazlığı.TÇ-İ dərəcə.” xəstəliyi, b) Ağırlaşma kimi “İ50.0 Durğunluq ürək çatmamazlığı XÜÇ-İİ dərəcə. İ05.1 Mitral qapağın revmatik mənşəli çatmamazlığı Mitral qapaq çatmamazlığı İ dərəcə. İ07.1 Trikuspidal (üçtaylı qapaq) çatmamazlıq (-ğı) Üçtaylı qapaq çatmamazlığı .TÇ-İ dərəcə.” xəstəlikləri, c) yanaşı xəstəliklər kimi isə c) Yanaşı xəstəliklər: H35.0 Fon retinopatiyaları və retinal damar dəyişiklikləri torlu qişanın angiopatiyası, F48.0 Nevrasteniya, K81.1 Xroniki xolesisti xəstəlikləri qeyd edilmişdir. Birinci instansiya məhkəməsi işin hallarına “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 1.0.1 – 1.0.3, 3.1 – 3.4, 4.1 – 4.3, 5.0.4, 5.0.5-ci maddələrini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.1 – 1.5, 2.1 – 2.8-ci bəndlərini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16.01.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2 – 1.4, 2.1 – 2.9-cu bəndlərini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”-nin 1.1 – 1.5, 2.2.1, 2.4.1, 4.1, 4.2-ci bəndlərini, X15 tərəfindən təsdiq edilmiş “Xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı”nı tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia təmin edilməli, İddiaçı 26.05.2021-ci il tarixdən müddətsiz 2-ci qrup əlilliyinin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından düzgün əsaslandırılmamışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.1-ci bəndinə əsasən bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. Həmin Əsasnamənin 1.2-ci bəndinə əsasən şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkim məsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. Həmin Əsasnamənin 1.3-cü bəndinə əsasən göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. Həmin Əsasnamənin 1.4-cü bəndinə əsasən göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. Həmin Əsasnamənin 2.1-ci bəndinə əsasən göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. Həmin Əsasnamənin 2.2-ci bəndinə əsasən kKomissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. Həmin Əsasnamənin 2.3-cü bəndinə əsasən komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra 3 (üç) iş günü müddətindən gec olmayaraq qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. Həmin Əsasnamənin 2.4-cü bəndinə əsasən şəxsin sağlamlıq vəziyyəti ilə bağlı Komissiyaya getmək imkanı olmadıqda, o Komissiya tərəfindən olduğu yerdə müayinə edilir və göndərişdə bu barədə qeyd aparılmaqla, bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qərar qəbul edilir. Həmin Əsasnamənin 2.5-ci bəndinə əsasən bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, X4na uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən həmin gün göndəriş tərtib edilir. Həmin Əsasnamənin 2.6-cı bəndinə əsasən bu Qaydanın 2.5-ci bəndinə uyğun olaraq tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir. Həmin Əsasnamənin 2.7-ci bəndinə əsasən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin çıxışını təmin edir. Həmin Əsasnamənin 2.8-ci bəndinə əsasən bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulan hallar istisna olmaqla, digər hallarda Komissiya tərəfindən göndərişin verilməsindən imtina barədə əsaslandırılmış qərar göndəriş üçün müraciət edilən gün qəbul edilir. Həmin qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16.01.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”-nın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra-Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra-Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra-TSEK) tərəfindən həyata keçirilir. Həmin Qaydaların 1.3-cü bəndinə əsasən TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. Həmin Qaydaların 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbisosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Həmin Qaydaların 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Həmin Qaydaların 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Həmin Qaydaların 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Həmin Qaydaların 2.5-ci bəndinə əsasən TSEK-in sədri və üzvləri hər biri ayrıayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Həmin Qaydaların 2.6-cı bəndinə əsasən qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Həmin Qaydaların 2.7-ci bəndinə əsasən TSEK-in üzvləri arasında fikir ayrılığı olduğu halda və konsensus əldə olunmadıqda, TSEK əlilliyin qiymətləndirilməsinin nəticələri barədə məlumatları Agentlik tərəfindən rəy verilməsini zəruri edən səbəbləri qeyd etməklə altsistem vasitəsilə Agentliyə ötürür. Bu Qaydanın 2.4-cü bəndində göstərilən müddət nəzərə alınmaqla, Agentliyin 3 (üç) iş günü müddətində verdiyi rəy əsasında TSEK 2 (iki) iş günü müddətində qərar qəbul edir. Həmin Qaydaların 2.8-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə qərarın obyektivliyinin təmin edilməsi məqsədilə göndərişlər seçmə qaydada 5 (beş) TSEK-dən çox olmamaq şərtilə bir neçə TSEK-ə göndərilir. Əlilliyin qiymətləndirilməsi zamanı TSEKdən birinin qərarı digər TSEKlərin qərarından fərqləndikdə, bu barədə məlumatlar altsistem vasitəsilə Agentliyə ötürülür və yekun qərar bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdən gec olmayaraq Agentlik tərəfindən qəbul edilir. Həmin Qaydaların 2.9-cu bəndinə əsasən göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”-nin 1.1-ci bəndinə əsasən əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. Həmin Əsasnamənin 1.2-ci bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. Həmin Əsasnamənin 1.3-cü bəndinə əsasən tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. Həmin Əsasnamənin 1.4-cü bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. Həmin Əsasnamənin 2.2-ci bəndinə əsasən ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.2.1-ci bənd. ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09, İ11.0, İ13İ13.2, İ20-İ25, İ30-İ31.9, İ33); Həmin Əsasnamənin 2.4-cü bəndinə əsasən tibbi göstəriş olan aşağıdakı xüsusi hallarda ikinci dərəcə əlillik müddətsiz təyin edilir: 2.4.1-ci bənd ürək ritminin süni tənzimləyicisi qoyulduğu hallarda ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09, İ11.0, İ13.0-İ13.2, İ23-İ23.8, İ24-İ24.8, İ25.3-İ25.5, İ50-İ50.9, Z95.0); Həmin Əsasnamənin 4.1-ci bəndinə əsasən birinci dərəcə əlillik və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlillik müddətsiz müəyyən edilir. Həmin Əsasnamənin 4.2-ci bəndinə əsasən ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. X15 tərəfindən təsdiq edilmiş “Xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı”na əsasən İX sinif Qan dövranı sisteminin xəstəliklərində (İ00- İ99) “Ürəyin cəlb olunması ilə müşahidə olunan revmatik qızdırma” İ01 kodla, “Mitral qapağın revmatik xəstəlikləri” İ05 kodla, “Üçtaylı qapağın revmatik xəstəlikləri” İ07 kodla göstərilmişdir. Baxılan iş üzrə iş materiallarına əsasən müəyyən olunmuşdur ki, iddiaçı 03.12.2008ci il tarixdə Ukraynanın M.M.Amosov adına “X16” “mitral qapağın protezləşməsi” əməliyyatı olunmuşdur. İddiaçıya 04.05.2009-ci il tarixdə “Mitral stenoz İİİ-İV dərəcə aortal qüsur. Mitral qapaqların protezləşmə əməliyyatından s\v. QDÇ İİ” diaqnozu ilə “Qan dövranının üçüncü dərəcəli xroniki çatmamazlığı” meyarı ilə 1-ci qrup əlillik təyin edilmişdir. Sonradan 17.05.2011-ci il tarixdə “Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci - üçüncü dərəcəli çatmamazlığı diaqnozu” ilə “Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinciüçüncü dərəcəli çatmamazlığı” meyarı ilə, 27.05.2014-cü il tarixdə “Revmatizm qeyri aktiv faza.revmokardit mitral qapağın stenozu.mitral qapaqların protezləşməsi əməliyyatı s\v” diaqnozu ilə “Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci-üçüncü dərəcəli çatmamazlığı” meyarı ilə, 26.05.2015-ci il tarixdə “Revmatizm, qeyri-fəal faza, mitral qapağın protezləşməsi əməliyyatından sonrakı vəziyyət. Revmokardit. Durğunluq ürək çatmamazlığı.” diaqnozu ilə “Revmatizm, qeyri-fəal faza, mitral qapağın protezləşməsi əməliyyatından sonrakı vəziyyət. Revmokardit. Durğunluq ürək çatmamazlığı.” meyarı” ilə 2-ci qrup, 26.05.2016-ci il tarixdə “Revmatizm, qeyri-fəal faza, mitral qapağın protezləşməsi əməliyyatından sonrakı vəziyyət. Revmokardit. Durğunluq ürək çatmamazlığı.” diaqnozu ilə “Revmatizm, qeyri-fəal faza, mitral qapağın protezləşməsi əməliyyatından sonrakı vəziyyət. Revmokardit. Durğunluq ürək çatmamazlığı.” meyarı ilə 2-ci qrup əlillik təyin edilmişdir. 26.05.2021-ci il tarixdə əlillik müddətinin müddətinin bitməsi ilə əlaqədar iddiaçı əlilliyin müəyyən edilməsi barədə göndərişin göndərilməsi üçün 5 saylı Şəhər Poliklinikasına müraciət etmişdir. İddiaçının müraciətinə 24.05.2021-ci il tarixli, 2766003AADVJ saylı göndərişi əsasında baxılmış və X4: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ00- İ02 - Kəskin revmatik qızdırma => 101 - Ürəyin cəlb olunması ilə gedən revmatik qızdırma => 101.1 - Kəskin revmatik endokardit; Diaqnozun mətni: Ürəyin cəlb olunması ilə müşahidə olunan revmatik qızdırma, Revmatizm qeyri aktiv faza. Mitral qapağın protezləşməsi əməliyyatından s/v (2008-ci il ). Ekstrasistolik aritmiya. XÜÇİİ dər. Mitral qapaq çatmamazlığı İ dər. Üçtaylı qapaq çatmamazlığı .TÇ-İ dər. Ağırlaşma İ50.0 Durğunluq ürək çatmamazlığı, XÜÇ-İİ dər.; diaqnozu ilə ona əlillik təyin edilməsindən imtina edilmişdir. İmtanaya əsas kimi göndərişin natamam doldurulması - 2008-ci ildən xəstə 2021-ci ilə qədər ambulator və stasionar müalicələrdən məlumatın olmaması göstərilmişdir. Halbuki, qiymətləndirməyə əsas verən 2766003AADVJ saylı göndərişin təhlili göstərir ki, iddiaçı 27.12.2008-ci il tarixdən Göndəriş verən müəssisədə qeydiyyatdadır. Xəstəliyin başlanma tarixi 02.12.2008-ci il tarixdir. İddiaçı son 6 ay ərzində ürəyin cəlb olunması ilə müşahidə olunan revmatik qızdırma ( kod İ01) xəstəliyi ilə əlaqədar 08.10.2020-ci il, 09.02.2021-ci il, 19.04.2021-ci il, 04.05.2021-ci il tarixlərdə müraciət etmişdir. İddiaçı Ukrayna, M.M.Amosov adına X14 02.12.2008-ci il tarixdən 18.12.2008-ci il tarixə qədər İ05.0 kodlu xəstəliklə, akademik C.M.Abdullayev adına X2 12.05.2011-ci il, 16.05.2012-ci il, 17.05.2013-cü il, 17.05.2014-cü il, 19.05.2014-cu il, 17.04.2017-ci il, 26.04.2019-cu il, 06.05.2021-ci il tarixlərdə İ01 kodlu xəstəliklə əlaqədar stasionar müalicə almışdır. “Müayinələr” – “TSEK-ə göndərilən zaman xəstənin vəziyyəti” qrafasında “Sümük - əzələ sistemində - döş qəfəsində əməliyyatdan sonrakı çapıq nəzərə çarpır, aşağı ətraflarda şişkinlik müşahidə olunur.”, sözləri qeyd edilmişdir. “Status localis” qrafasında “Xəstədə tənginəfəslik, ürək döyünmə, aşağı ətraflarda şişkinlik müşahidə olunur. Xəstə 2009-2011ci il tarixə kimi İ qrup əlil olub. 2012-ci ildən isə 1-ci qrup əlildir. Əlillik müddəti bitdiyinə görə TSEK-na göndərilir” sözləri qeyd edilmişdir. 04.05.2021-ci il tarixdə müayinə nəticəsində həkim - kardioloq tərəfindən İ50.0 Durğunluq ürək çatmamazlığı. diaqnozu, həkim – revmatoloq tərəfindən İ01 ürəyin cəlb olunması ilə müşahidə olunan revmatik qızdırma Revmatizm qeyri aktiv faza. Mitral qapağın protezləşməsi əməliyyatından s/v (2008-ci il). Ekstrasistolik aritmiya. XÜÇ- İİ dərəcə. Mitral qapaq çatmamazlığı İ dərəcə. Üçtaylı qapaq çatmamazlığı. TÇ-İ dərəcə diaqnozu qoyulmuşdur. TSEK-ə göndəriş zamanı diaqnoz qarfasında a) əsas diaqnoz kimi “ İ01 Ürəyin cəlb olunması ilə müşahidə olunan revmatik qızdırma. Revmatizm qeyri aktiv faza .Mitral qapağın protezləşməsi əməliyyatından sonrakı vəziyyət (2008-ci il). Ekstrasistolik aritmiya. XÜÇ-İİ dərəcə. Mitral qapaq çatmamazlığı İ dərəcə. Üçtaylı qapaq çatmamazlığı.TÇ-İ dərəcə.” xəstəliyi, b) Ağırlaşma kimi “İ50.0 Durğunluq ürək çatmamazlığı XÜÇ-İİ dərəcə. İ05.1 Mitral qapağın revmatik mənşəli çatmamazlığı Mitral qapaq çatmamazlığı İ dərəcə. İ07.1 Trikuspidal (üçtaylı qapaq) çatmamazlıq (-ğı) Üçtaylı qapaq çatmamazlığı .TÇ-İ dərəcə.” xəstəlikləri, c) yanaşı xəstəliklər kimi isə c) Yanaşı xəstəliklər: H35.0 Fon retinopatiyaları və retinal damar dəyişiklikləri torlu qişanın angiopatiyası, F48.0 Nevrasteniya, K81.1 Xroniki xolesisti xəstəlikləri qeyd edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən əlilliyin təyin edilməsindən imtina edilməsindən imtina edilməsi üçün qey edilən səbəblər əsassızdır. Belə ki, iddiaçının Ukrayna, M.M.Amosov adına X14 02.12.2008-ci il tarixdən 18.12.2008-ci il tarixə qədər İ05.0 kodlu xəstəliklə, akademik C.M.Abdullayev adına X2 12.05.2011-ci il, 16.05.2012-ci il, 17.05.2013-cü il, 17.05.2014-cü il, 19.05.2014-cu il, 17.04.2017-ci il, 26.04.2019-cu il, 06.05.2021-ci il tarixlərdə İ01 kodlu xəstəliklə əlaqədar stasionar müalicə alması barədə məlumatlar göndərişdə göstərilmişdir. Eyni zamanda, 5 nömrəli Şəhər Poliklinikası tərəfindən doldurulmuş iddiaçıya məxsus ambulator xəstənin tibbi kartası ilə iddiaçının 14.01.2009-cu il, 21.02.2009-cu il, 16.03.2009-cu, 24.04.2009cu, 25.11.2009-cu, 24.01.2010-cu, 23.01.2010-cu, 15.12.2010-cu, 20.04.2011-ci, 17.03.2012-ci, 11.05.2013-cü, 10.10.2012-ci, 14.10.2012-ci, 08.05.2013-cü, 18.11.2013cü, 12.05.2014-cü, 26.09.2014-cü, 16.03.2015-ci, 08.05.2015ci, 03.10.2015-ci, 23.04.2016-cı, 29.10.2016-cı, 17.04.2017-ci, 03.10.2017-ci, 25.01.2018ci, 20.04.2018-ci, 03.10.2018-ci, 26.04.2019-cu, 17.10.2019-cu, 08.09.2020-ci, 09.02.2021-ci,19.04.2021-ci ,05.05.2021-ci il tarixlərdə həkim müayinəsindən keçməsi və müayinə nəticəsində iddiaçıya “Revmatizm, qeyri-fəal faza, mitral qapağın protezləşməsi əməliyyatından sonrakı vəziyyət (2008). Revmokardit. Mitral svenoz. Aortal qapaq çatışmazlığı 1-ci dərəcəli, ürək (qan dövranı) çatmamazlığı 2-ci dərəcəli.” xəstəliklərinə görə həkim revmatoloq tərəfindən müalicə məqsədilə müxtəlif dərman təyinatlarının aparılması öz təsdiqini tapmışdır. Həmçinin, məhkəmə araşdırması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 2.2-ci bəndinə əsasən iddiaçının tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplamaqla və müalicənin nəticələrini araşdırmaqla, həmçinin, Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə (akademik C.M.Abdullayev adına X3) göndərilməsi ilə həmin Qaydaların 2.3-cü bəndinə əsasən göndərişin verilməsi barədə qərar qəbul edilmişdir. 2766003AADVJ saylı göndərişlə əsas diaqnoz kimi qoyulmuş Ürəyin cəlb olunması ilə müşahidə olunan revmatik qızdırma, Mitral qapağın revmatik mənşəli çatmamazlığı Mitral qapaq çatmamazlığı İ dərəcə, Trikuspidal (üçtaylı qapaq) çatmamazlıq (-ğı) Üçtaylı qapaq çatmamazlığı .TÇ-İ dərəcə.” xəstəlikləri X15 tərəfindən təsdiq edilmiş “Xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı”na əsasən İX sinif Qan dövranı sisteminin xəstəliklərində (İ00-İ99) “Ürəyin cəlb olunması ilə müşahidə olunan revmatik qızdırma” İ01 kodla, “Mitral qapağın revmatik xəstəlikləri” İ05 kodla, “Üçtaylı qapağın revmatik xəstəlikləri” İ07 kodla göstərilmişdir. Həmin kodlu xəstəliklər (ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09)) isəAzərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.1-ci bəndinə uyğun olaraq ikinci dərəcə əlilliyin təyin edilməsi üçün əsasdır. Həmçinin, cavabdeh tərəfindən – 27.05.2014-cü, 26.05.2015-ci, 03.06.2016-cı il tarixlərdə də məhz həmin kodlu xəstəliyə əsasən iddiaçıya əlillik təyin edilmişdir. Bundan başqa, cavabdeh məhkəməyə təqdim edilmiş etirazında, cavabdehin nümayəndəsi məhkəmə iclasındakı izahatında iddiaçının xəstə olmamasını və ya göndərişdə qeyd edilmiş diaqnozun ona əlilliyin təyin edilməsinə əsas vermədiyini bildirməmişdir, yalnız formal mülahizələrinə görə ona yenidən əlillik təyin edilməsindən imtina etmişdir. Belə olan halda, 2766003AADVJ saylı göndərişdə göstərilən xəstəlik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.1-ci bəndində təsbit edildiyindən cavabdehin göndərişin “göndərişin natamam doldurulması - 2008-ci ildən xəstə 2021-ci ilə qədər ambulator və stasionar müalicələrdən məlumatın olmaması” kimi formal mülahizələrə əsaslanması qanunsuz və əsassız olmuşdur. Belə ki, cavabdeh orqan səlahiyyətlərinin icrası ilə əlaqədar vəzifələrini tam yerinə yetirməmiş, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, təqdim olunmuş sübutlar yetərli olmadıqda, öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borclu olduğu halda bunu etməmişdir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Belə olan halda, cavabdehin iddiaçıya 26.05.2021-ci il tarixdən müddətsiz 2-ci qrup əlillik təyin edilməsindən imtinasının heç bir hüquqi və qanuni əsasları mövcud deyildir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianın təmin olunmasına dair qərar qəbul etmişdir. Odur ki, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9329/2021 saylı, 24.09.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar