Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-759/2024 24.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X14 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv olunması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9107/2023 nömrəli, 07 sentyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********170219 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Mehriban Qarayeva) 2-1(112)-9107/2023 nömrəli 07 sentyabr 2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********170219 nömrəli qərarının ləğv edilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pulun Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********152649 nömrəli qərarı ilə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən "xxxx" MMC-nin sahibkarlıq fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbədənkənar səyyar vergi yoxlaması keçirilmişdir (yoxlanılan dövr: xx.xx.2018-xx.xx.2021). Yoxlama xx.xx.2021-ci il tarixdə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçirilmişdir. Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən İddiaçı MMC-nin sahibkarlıq fəaliyyəti üzrə keçirilən növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi barədə qərar qəbul edilməsi və yoxlamanın keçirilməsi Vergi Məcəlləsinin tələblərinə uyğun olmasına baxmayaraq, məhkəmə tərəfindən növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsinin zəruriliyini şərtləndirən halların vergi orqanı tərəfindən əsaslandırılmadığını əsas gətirməsi işin faktiki hallarına uyğun deyildir. Məhkəmənin gəldiyi nəticə ilə razılaşmayaraq bildirilir ki, növbədənkənar səyyar vergi yoxlmasının təyin edilməsi üçün konkret əsaslar olmasına, bu əsaslar səyyar vergi yoxlaması aktında qeyd olunmasına və həmin akt sübut kimi işin materiallarında olmasına baxmayaraq, məhkəmə qeyd olunanları nəzərə almamışdır. Belə ki, səyyar vergi yoxlaması aktının 1.8-ci bəndində növbədənkənar səyyar vergi yoxlamasının təyini əsasları barədə ətraflı şəkildə məlumat verilmişdir. Sözügedən bənddə qeyd olunur ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərarı ilə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən İddiaçı MMC-nin sahibkarlıq fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Səyyar vergi yoxlamasının təyin edilməsinə əsas Dövlət Vergi Xidmətinin İnzibati şikayətlərə baxılması baş idarəsinin xx.xx.2021-ci il tarixli xidməti məktubu olmuşdur. Qeyd olunan xidməti məktubda isə göstərilmişdir ki, əldə edilmiş alış aktlarının araşdırılması zamanı 4 nəfər şəxsdən 367091,80 manat məbləğində metal qırıntısı alındığı, həmin şəxslərdən X2 alınmış 309197,80 manat məbləğində (təsdiqlənmiş və ləğv edilmiş elektron alış aktları əsasında) və X6 alınmış 20787,20 manat məbləğində, cəmi 329985,00 manat məbləğində metal qırıntısı üzrə tərtib edilmiş elektron alış aktlarının kameral vergi yoxlaması zamanı xərc kimi nəzərə alınmadığı müəyyən edilmişdir. Cəmiyyət tərəfindən alınmış aktlarının doğruluğunun araşdırılması, elektron alış aktları əsasında mal təqdim etmiş şəxslərdən izahatların, şəxsiyyət vəsiqələrinin və ödəniş sənədlərinin surətlərinin alınması məqsədi ilə vergi orqanı tərəfindən qanunamüvafiq tədbirlər görülmüşdür. Araşdırma zamanı X9 izahatında cəmiyyətə 159,77 ton miqdarında və 35149,40 manat dəyərində metal qırıntılarını təqdim etdiyini, ödəniş zamanı isə vergilərin tutulduğunu bildirmişdir. X7 vergi orqanı tərəfindən satılmış mala uyğun olaraq vergi məbləği hesablanmışdır. Araşdırma zamanı cəmiyyət tərəfindən X6 310,86 manat və X8 238,59 manat ödəmə mənbəyində vergi məbləğinin tutulduğu müəyyən edilmişdir. İnzibati araşdırma zamanı, 2020-ci ildə X4 cəmiyyətdə “qoruyucu” vəzifəsində çalışdığı və cəmiyyət ilə X12 arasında əmək müqaviləsinin bağlanıldığı müəyyən edilmişdir. Eyni zamanda, vergi ödəyicisinin real dövriyyəsinin müəyyənləşdirilməsinin vacib olması, istehsalat fəaliyyəti ilə məşğul olduğu üçün mal-material silginin istehsal həcminə uyğun silinməsinin müəyyənləşdirilməsi üçün mütəxəssis rəyinin vacib olması, Azərbaycan Respublikası Prezidentinin 16 iyun 2017-ci il tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş «İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası»na uyğun vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılmasının düzgünlüyünün müəyyən edilməsi, alınmış və idxal olunmuş malların əsas vəsait, mallar, xammal və materiallar üzrə çeşidlənməsi, istismara qəbul edilmiş əsas vəsaitlər üzrə sənədlərin yerində araşdırılması, istehsal ehtiyatlarının əsas və köməkçi istehsal sahələrinə buraxılışının, hazır məhsulların anbara mədaxilinin, hazır məhsulların satışının sənədləşdirilməsinə nəzarət edilməsinin, vergi ödəyicisinin anbarlarında mal qalığının müəyyən edilməsi, cəmiyyət tərəfindən Vergi Məcəlləsinin 16-cı, 71-ci, 72-ci və 130.1-1-ci maddələrinin tələblərinin pozulması, cəmiyyət tərəfindən öz işçisi olmuş şəxsdən (X12) elekton alış aktları əsasında malların alınması və xərc qismində tanınması, vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotununun aparılmaması vergi ödəyicisinin fəaliyyəti üzrə səyyar vergi yoxlamasının keçirilməsini zəruri edir. Qeyd edilənlər nəzərə alınaraq, İddiaçı MMC-nin fəaliyyəti üzrə səyyar vergi yoxlamasının keçirilməsinin təmin edilməsi, həmçinin X3, X10 və X11 təqdim etdikləri alış aktlarının məbləğinə əsasən vergi öhdəliklərinin müəyyən edilməsi məqsədilə Dövlət Vergi Xidmətinin inzibati şikayətlərə baxılması baş idarəsinin xx.xx.2021-ci il tarixli xidməti məktubu icra olunması üçün Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə göndərilmişdir. Bu səbəbdən də yoxlama Baş İdarənin Auditin təşkili və icra şöbəsinin xx.xx.2021-ci il tarixli xidməti məruzəsinə əsasən təyin edilmişdir. Səyyar vergi yoxlamasının keçirilməsi üçün əsas olan hallar yoxlama zamanı araşdırılmış və yoxlama aktında öz əksini tapmışdır. Yoxlama ilə əhatə olunan dövrdə vergi ödəyici faktiki olaraq çuqun, polad və ferroərinti istehsalı ilə məşğul olmuşdur. Səyyar vergi yoxlaması zamanı “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” xx.xx.2021-ci il tarixli tələbnamə əlbəəl təqdim edilmiş və səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan tələbnamədə qeyd olunan sənədlərin 15 iş günü müddətində vergi orqanının yoxlamanı keçirən vəzifəli şəxsinə və ya vergi orqanına təqdim edilməsi tələb olunmuşdur. Yoxlama ilə əhatə olunan dövr üzrə vergilərin hesablanması ilə bağlı olan mühasibat sənədləri Vergi ödəyicisi tərəfindən yoxlamaya qismən təqdim olunmuşdur. Bu səbəbdən “’Sənədlərin qismən təqdim edilməsi barədə” xx.xx.2022-ci il tarixli akt tərtib edilmiş və müəssisənin direktoru tərəfindən imzalanaraq, müəssisənin möhürü ilə təsdiq edilmişdir. Yoxlamaya təqdim edilmiş sənədlərdə vergi qanunvericiliyinin pozulması halları olduğuna, onların öyrənilməsinə əlavə vaxt tələb olunduğuna görə səyyar vergi yoxlaması zamanı Vergi Məcəlləsinin 43-cü maddəsinə əsasən “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2022-ci il tarixli **********160576 nömrəli qərar qəbul edilmişdir. Həmin qərara əsasən xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə əlavə sənədlər tələb edilmişdir. Vergi ödəyicisi tərəfindən bank çıxarışlarının, təsis sənədlərinin, əmək haqqı cədvəllərinin, alqı-satqı müqavilələrinin, xammal və hazır məhsul hərəkəti və digər zəruri sənədlər yoxlamaya təqdim edilmiş və bu barədə Vergi Məcəlləsinin 43.8-ci maddəsinə əsasən “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2022-ci il tarixli nömrəli protokol tərtib olunmuşdur. Yoxlama zamanı vergi ödəyicisinin binasına (ərazisinə), istehsal sahəsinə, sənədlərinə və müəssisədə istehsal edilmiş məmulatlara baxış keçirilmişdir. Baxış zamanı İddiaçı MMCyə məxsus ünvan 1 ünvanda yerləşən obyektdə qara metal külçələrin istehsalı fəaliyyətinin həyata keçirildiyi müəyyən olunmuş, baxışın nəticəsi xx.xx.2021-ci il tarixli **********152936 nömrəli protokolla tərtib edilmiş protokol müəssisənin direktoruna təqdim edilmiş, onun tərəfindən imzalamış və bir nüsxəsini qəbul etmişdir. Səyyar vergi yoxlamasının keçirilməsi zamanı bilavasitə vergi orqanının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik tələb olunan məsələlər üzrə mütəxəssisin dəvət edilməsinə zərurət yaranmışdır. Bununla əlaqədar "Mütəxəssisin dəvət edilməsi barədə” xx.xx.2022-ci il tarixli qərar qəbul edilmişdir. Mütəxəssis rəyinin verilməsi üçün "xxxx" MMC-nin əməkdaşı X13 mütəxəssis qismində dəvət edilmişdir. Mütəxəssis tərəfindən tərtib edilmiş mütəxəssis rəyi vergi orqanına təqdim edilmişdir. Təqdim edilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyinin göstəriciləri nəzərə alınaraq, müvafiq hesablamalar aparılmışdır. Yoxlamanın əhatə etdiyi dövr üzrə cəmiyyətə aşağıdakı vergi növləri üzrə vergi məbləğləri hesablanmış və maliyyə sanksiyaları tətbiq edilmişdir. 69240,52 manat mənfəət vergisi və 34620,26 manat maliyyə sanksiyası; 144442,09 manat ƏDV və 71254,90 manat maliyyə sanksiyası; 1932,29 manat ƏDV-nin artıq hesablanması; 420,00 manat ÖMV və 420,00 manat maliyyə sanksiyası; 420,00 manat ÖMV artıq hesablama; 0,02 manat MÖMV və 0,01 manat maliyyə sanksiyası; 0,21 manat MÖMV artıq hesablama. Qeyd olunmalıdır ki, İddiaçı MMC tərəfindən ödənilməli olan vergilərin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün Vergi Məcəlləsinin 67.2-ci maddəsinə əsasən analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin müəyyənləşdirilməsi üçün xx.xx.2022-ci il tarixli məktubla aidiyyəti üzrə müraciət olunmuş və analoji müəssisə olaraq "xxxx" MMC-nin (VÖEN: **********) həmin fəaliyyət növü ilə məşğul olduğu müəyyən edilmişdir. Lakin həmin müəssisələrin fəaliyyət göstərdiyi ərazinin, təqdim etdiyi və əldə etdiyi mal, iş və xidmətlərin, dəyərinin, işçi sayının və digər iqtisadi göstəricilərinin eyni olmadığı üçün qeyd edilən analoji müəssisələrin vergi orqanında olan məlumatlarından istifadə edilmədi. Vergi ödəyicisinin ödəməli olduğu verginin məbləğini Vergi Məcəlləsinin 67.1-ci maddəsində sadalanan əlaqəli məlumatların müəyyən edilməməsi səbəbindən hesablamaq mümkün olmamışdır. Yoxlama ilə əhatə olunan dövrdə müəssisə metal külçələrin istehsalı və satışı ilə məşğul olmuşdur. Müəssisədə elektrik enerjisinin sərfiyyatının illər üzrə istehsal həcmində xüsusi çəkisi dövrləri üzrə müxtəlif göstəricilərə malik olduğu üçün müəssisədə dövrlər üzrə real istehsal həcmini müəyyənləşdirmək məqsədi ilə mütəxəssis dəvət edilmişdir. Mütəxəssis tərəfindən müxtəlif vaxtlarda istehsal həcmini müəyyənləşdirmək məqsədi ilə müşahidələr aparılsa da, istehsal prosesi zamanı yaranan nasazlıqlar nəticəsində son göstəriciləri əldə etmək mümkün olmamışdır. Analoji hərəkətlər bir neçə dəfə təkrarlanmış və nəticə əldə edilməmişdir. Qeyd edilən səbəblərdən mütəxəssis tərəfindən qeyri-istehsal sahələrinə istehlak edilən elektrik enerjisinin sərfiyyatı müəyyən edilmiş və müəssisə tərəfindən metal külçələrin istehsalı üzrə təsdiq edilərək, yoxlamaya təqdim edilmiş kalkuliyasiya göstəriciləri nəzərə alınmaqla müəssisədə elektrik enerjisi sərfiyyatına görə aylar üzrə istehsal həcmi müəyyən edilmişdir. Mütəxəssis tərəfindən tərtib edilmiş xx.xx.2023-cü tarixli mütəxəssis rəyi **********848600 nömrəli məktubla vergi orqanına təqdim edilmişdir. Təqdim edilmiş mütəxəssis rəyinə əsasən qeyri-istehsal sahələrinə sərf edilən elektrik enerjisinin ümumi sərfiyatın 4.36% hissəsini təşkil etdiyi nəzərə alınmaqla, yoxlamanın əhatə etdiyi dövrdə elektrik enerjisi sərfiyatına görə aylar üzrə metal külçə (pəstah) istehsalının həcmləri müəyyən edilmişdir. Belə ki, 2018-ci ilin noyabr-dekabr ayları üzrə 417,44 ton, 2019-cu il üzrə 2184,43 ton, 2020-ci il üzrə 2347,52 ton və 2021-ci ilin yanvar-oktyabr ayları üzrə isə 1769,07 ton və nəticədə, ümumilikdə 6718,46 ton metal külçə istehsal edildiyi müəyyən edilmişdir. Müəssisənin mühasibat sənədlərində istehsal həcminin 5660,44 ton göstərildiyi nəzərə alınaraq, real istehsal həcminin 1058,02 ton (6718,46-5660,44) azaldılması müəyyən edilmişdir. Yoxlama ilə Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı üçün, həmin mənfəət Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli qərarı (xx.xx.2003-cü il tarixli 42 nömrəli qərarla edilmiş əlavə və dəyişikliklər nəzərə alınmaqla) ilə şərti rentabellik səviyyəsi 20% götürülərək müəssisənin əldə etdiyi gəlir (ƏDV nəzərə alınmadan) əsasında hesablanmış və yoxlamanın əhatə etdiyi illər üzrə hesablama aşağıdakı kimi aparılmışdır: 2018-ci il ci il üzrə: Cəmiyyət tərəfindən 2018-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində ümumi gəlir 237399,00 manat, o cümlədən malların təqdim edilməsindən gəlir 237399,00 manat, gəlirin əldə edilməsi ilə bağlı xərclər 199235,76 manat, o cümlədən: əmək haqqı 4578,26 manat, sosial sığorta haqları 1030,11 manat, xammal və materiallar üzrə xərclər 134844,45 manat, icarə haqqı üzrə xərclər 4064,51 manat, enerji xərcləri 51718,43 manat, siğorta üzrə xərclər 15836,80 manat, nəticədə vergiyə cəlb edilən mənfəətin 38163,24 manat (237399,00-199235,76) olduğu və 7632,65 manat mənfəət vergisi hesablandığı göstərilmişdir. 2018-ci ilin noyabr-dekabr aylarında 492,05 (xx.xx.2018-ci il tarixə hazır məhsul qalığı 203,00 + mütəxəssis rəyinə əsasən 417,44-dövrün sonuna hazır məhsul qalığı 128,39) ton pəstah istehsal olunmuşdur. Həmin ildə müəssisənin qaimə-faktura məlumatlarına əsasən 2018-ci il üzrə orta satış qiyməti 545,00 manat olduğu nəzərə alınaraq, 2018-ci il üzrə ƏDV-siz ümumi satış dövriyyəsinin 268166,66 (492,05x545) manat təşkil etdiyi müəyyən edilmişdir. Müəssisə tərəfindən təqdim edilmiş sənədlər əsasında yoxlama zamanı müəyyən edilmiş gəlirə uyğun gəlirin əldə edilməsi üçün çəkilən xərcləri müəyyənləşdirmək mümkün olmadığından Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən müəssisənin xərcləri müvafiq icra hakimiyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanmışdır. Belə ki, Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli qərarına (xx.xx.2003-cü il tarixli 42 nömrəli qərarla edilmiş əlavə və dəyişikliklər nəzərə alınmaqla) əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək müəssisənin 2018-ci ilin yekunu üzrə mənfəəti aşağıdakı kimi hesablanmışdır: M=268166,66 x 20/(100+20) = 44694,44 manat. Yoxlama ilə hesablanmış 44694,44 manat vergiyə cəlb edilən mənfəətdən 20% vergi dərəcəsi ilə 8938,89 manat mənfəət vergisi hesablanmışdır. Müəssisə tərəfindən 2018-ci ilin yekunu üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində 7632,65 manat mənfəət vergisi hesablanması nəzərə alınmaqla mənfəət vergisinin 1306,24 manat azaldılması müəyyən edilmişdir. 2019-cü il üzrə: Cəmiyyət tərəfindən 2019-cu il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində ümumi gəlir 640670,55 manat, o cümlədən malların təqdim edilməsindən gəlir 640670,55 manat, gəlirin əldə edilməsi ilə bağlı xərclər 901495,40 manat, o cümlədən: əmək haqqı 68317,03 manat, sosial sığorta haqları 14046,34 manat, xammal və materiallar üzrə xərclər 519235,75 manat, icarə haqqı üzrə xərclər 36000,00 manat, enerji xərcləri 255148,00 manat, bank xidməti üzrə xərclər 4845,96 manat, siğorta üzrə xərclər 1601,72 manat, su və kanalizasiya xərcləri 2300,00 manat, nəticədə vergiyə cəlb edilən mənfəətin 39175,15 manat (640670,55-901495,40) olduğu və 7835,03 manat mənfəət vergisi hesablandığı göstərilmişdir. 2019-cu ildə 2201,02 (əvvələ hazır məhsul qalığı 128,39 + mütəxəssis rəyinə əsasən 2184,43 - dövrün sonuna hazır məhsul qalığı 111,81) ton pəstah istehsal olunmuşdur. Həmin ildə müəssisənin qaimə-faktura məlumatlarına əsasən orta satış qiyməti 543,19 manat olduğu nəzərə alınaraq 2019-cu il üzrə ƏDV-siz ümumi satış dövriyyəsinin 1195569,77 (2201,02 x 543,19) manat təşkil etdiyi müəyyən edilmişdir. 2019-cu il üzrə mənfəət Vergi Məcəlləsinin 83.9-cu maddəsinə uyğun olaraq, Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli qərarına (xx.xx.2003-cü il tarixli 42 nömrəli qərarla edilmiş əlavə və dəyişikliklər nəzərə alınmaqla) əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək aşağıdakı kimi hesablandı: M=1195569,77 x 20 / (100+20) = 199261,33 manat. Yoxlama ilə hesablanmış 199428,30 manat vergiyə cəlb edilən mənfəətdən 20% vergi dərəcəsi ilə 39852,33 manat mənfəət vergisi hesablanmışdır. Müəssisə tərəfindən 2019-cu ilin yekunu üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində 7835,03 manat mənfəət vergisi hesablanması nəzərə alınmaqla, mənfəət vergisinin 32017,30 manat azaldılması müəyyən edilmişdir. 2020-ci il üzrə: Cəmiyyət tərəfindən 2020-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində ümumi gəlir 1121488,78 manat, o cümlədən malların təqdim edilməsindən gəlir 1101578,28 manat, digər gəlirlər 19910,50 manat, gəlirin əldə edilməsi ilə bağlı xərclər 1082692,06 manat, o cümlədən: əmək haqqı 103645,68 manat, sosial sığorta haqları 20288,75 manat, xammal və materiallar üzrə xərclər 620948,42 manat, icarə haqqı üzrə xərclər 36000,00 manat, enerji xərcləri 280211,99 manat, qaz xərcləri 10369,66 manat, bank xidməti üzrə xərclər 7363,84 manat, siğorta üzrə xərclər 1163,72 manat, su və kanalizasiya xərcləri 1700,00 manat, nəticədə vergiyə cəlb edilən mənfəətin 38796,72 manat (1121488,78-1082692,06) olduğu və 7759,34 manat mənfəət vergisi hesablandığı göstərilmişdir. 2020-ci ildə 2 262,13 (əvvələ hazır məhsul qalığı 111,81 + mütəxəssis rəyinə əsasən 2347,52-dövrün sonuna hazır məhsul qalığı 197,20) ton pəstah istehsal olunmuşdur. Həmin ildə müəssisənin qaiməfaktura məlumatlarına əsasən orta satış qiyməti 562,20 manat olduğunu və digər satışın 38522,18 manat olduğunu nəzərə alınaraq, 2020-ci il üzrə ƏDV-siz ümumi satış dövriyyəsinin 1310289,75 (2262,13x562,20+38522,18) manat təşkil etdiyi müəyyən edilmişdir. 2020-ci il üzrə mənfəət Vergi Məcəlləsinin 83.9-cu maddəsinə uyğun olaraq, Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli qərarına (xx.xx.2003-cü il tarixli 42 nömrəli qərarla edilmiş əlavə və dəyişikliklər nəzərə alınmaqla) əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək aşağıdakı kimi hesablandı: M = 1310289,75 x 20 /(100+20) = 218381,63 manat. Yoxlama ilə hesablanmış 218381,63 manat vergiyə cəlb edilən mənfəətdən 20% vergi dərəcəsi ilə 43676,33 manat mənfəət vergisi hesablanmışdır. Müəssisə tərəfindən 2020-ci ilin yekunu üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində 7759,34 manat mənfəət vergisi hesablanması nəzərə alınmaqla mənfəət vergisinin 35916,99 manat azaldılması müəyyən edilmişdir. Cəmiyyət tərəfindən təqdim olunmuş ƏDV bəyannamələrinin düzgünlüyü yoxlanılması zamanı aşağıdakılar müəyyən edilmişdir. Yoxlama zamanı müəssisə tərəfindən vergi tutulan əməliyyatların dəyərinin Vergi Məcəlləsinin 161-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilməsinin qanunamüvafiqliyi təmin edilməmişdir. Belə ki, müəssisə tərəfindən təqdim edilmiş sənədlər əsasında, o cümlədən məhsul istehsalında iştirak edən komponentlərin normaları, eyni zamanda məhsul istehsalının bir vahidinin istehsalına sərf edilən enerji miqdarı barədə məlumatlar əsasında müəssisənin istehsal həcmi müəyyən edilmişdir. Mütəxəssis tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyi **********848600 nömrəli məktubla vergi orqanına təqdim edilmişdir. Təqdim edilmiş mütəxəssis rəyinə əsasən qeyri-istehsal sahələrinə sərf edilən elektrik enerjisinin ümumi sərfiyatın 4,36% hissəsini təşkil etdiyi nəzərə alınmaqla, yoxlamanın əhatə etdiyi dövrdə elektrik enerjisi sərfiyatına görə aylar üzrə metal külçə (pəstah) istehsalının həcmləri müəyyən edilmişdir. Belə ki, 2018-ci ilin noyabr-dekabr ayları üzrə 417,44 ton, 2019-cu il üzrə 2184,43 ton, 2020-ci il üzrə 2 347,52 ton və 2021-ci ilin yanvar-oktyabr ayları üzrə isə 1769,07 ton, nəticədə ümumilikdə 6718,46 ton metal külçə istehsal edildiyi müəyyən edilmişdir. Müəssisənin mühasibat sənədlərində istehsal həcminin 5660,44 ton göstərildiyi nəzərə alınaraq, real istehsal həcminin 1058,02 ton (6718,46-5660,44) azaldılması müəyyən edilmişdir. 2018-ci ilin noyabr-dekabr aylarında 492,05 (xx.xx.2018-ci il tarixə hazır məhsul qalığının 203+mütəxəssis rəyinə əsasən 417,44-dövrün sonuna hazır məhsul qalığının 128,39) ton pəstah istehsal olunmuşdur. Həmin ildə müəssisənin qaimə-faktura məlumatlarına əsasən orta satış qiyməti 545,00 manat olduğu nəzərə alınaraq ƏDV-siz ümumi satış dövriyyəsinin 268166,66 (492,05x545) manat təşkil etdiyi müəyyən edilmişdir. 2019-cu ildə 2201,02 (əvvələ hazır məhsul qalığnın 128,39 + mütəxəssis rəyinə əsasən 2184,43-dövrün sonuna hazır məhsul qalığının 111,81) ton pəstah istehsal olunmuşdur. Həmin ildə müəssisənin qaimə-faktura məlumatlarına əsasən orta satış qiyməti 543,19 manat olduğu nəzərə alınaraq ƏDV-siz ümumi satış dövriyyəsinin 1.195.569,77 (2.201,02x543,19) manat təşkil etdiyi müəyyən edilmişdir. 2020-ci ildə 2262,13 (əvvələ hazır məhsul qalığının 111,81+ mütəxəssis rəyinə əsasən 2347,52-dövrün sonuna hazır məhsul qalığının 197,20) ton pəstah istehsal olunmuşdur. Həmin ildə müəssisənin qaiməfaktura məlumatlarına əsasən orta satış qiyməti 562,20 manat olduğunu və digər satışın 38.522,18 manat olduğu nəzərə alınaraq ƏDV-siz ümumi satış dövriyyəsinin 1.310.289,75 (2.262,13x562,20+38.522,18) manat təşkil etdiyi müəyyən edilmişdir. 2021-ci ilin yanvaroktyabr aylarında 1917,49 (əvvələ hazır məhsul qalığının 197,20 + mütəxəssis rəyinə əsasən 1.769,07 - dövrün sonuna hazır məhsul qalığının 48,78) ton pəstah istehsal olunmuşdur. Həmin ildə müəssisənin qaimə-faktura məlumatlarına əsasən orta satış qiyməti 599,95 manat olduğunu və digər satışın 122760,55 manat olduğu nəzərə alınaraq ƏDV-siz ümumi satış dövriyyəsinin 1.273.156,56 manat (1.917,49x599,95+122.760,55) təşkil etdiyi müəyyən edilmişdir. Aparılmış hesablamalar nəticəsində vergi tutulan əməliyyatların düzgün göstərilməməsi nəticəsində ƏDV-nin 144.442,09 manat azaldılması və 1.932,29 manat artıq hesablanması müəyyən edilmişdir. Artıq hesablamaya səbəb müəssisə tərəfindən əvəzləşdirilən ƏDV məbləğlərinin düzgün göstərilməməsi olmuşdur. Yoxlama zamanı müəssisədə aparılmış kameral yoxlama zamanı 2020-ci ilin fevral, iyul və sentyabr aylarında - ƏDV bəyannamələri üzrə aparılmış kameral hesablamalar araşdırılmış və yoxlama ilə öz təsdiqini tapmışdır. Yoxlama ilə cəmiyyət tərəfindən vergi orqanına təqdim edilmiş ödəmə mənbəyində tutulan vergi bəyannamələrinin düzgünlüyü yoxlanılmışdır. Yoxlama zamanı ödəmə mənbəyində tutulan verginin rüblər üzrə 840,00 manat azaldılması 420,00 manat artıq hesablanması müəyyən edilmişdir. Buna səbəb icarəyə götürülmüş istehsal sahəsinə görə fiziki şəxsə icarə haqqının düzgün ödənilməməsi olmuşdur. Belə ki, müəssisə tərəfindən 2021-ci ilin 1-ci rübündə icarə haqqından 420,00 manat verginin azaldılması və 2021-ci ilin 2-ci və 3-cü rübləri üzrə 420,00 manat azaldılması və artıq hesablanması olmuşdur. Nəticədə Vergi Məcəlləsinin 124-cü maddəsinin tələbləri pozulmuşdur. Səyyar vergi yoxlaması ilə "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununun 14.5.2-ci maddəsinə əsasən 0,02 manat məcburi dövlət sosial sığorta haqqı məbləğinin azaldıldığı və 0,21 manat artıq hesablanma müəyyən edilmişdir. Azalmanın və artıq hesablamanın səbəbi vergi tutma obyektinin düzgün müəyyən edilməməsi olmuşdur. Səyyar vergi yoxlamasının nəticəsi üzrə tərtib edilmiş xx.xx.2023-cü il tarixli **********152937 nömrəli akt əsasında “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********170219 nömrəli qərar qəbul edilmişdir. Məhkəmənin qərarında göstərilir: “xx.xx.2021-ci il tarixli KY211699267 saylı qeydiyyatın “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” çıxarışdan görünür ki, iddiaçı barəsində yoxlamanın xx.xx.2021-xx.xx.2022-ci il müddətində aparılması qeydiyyatdan keçirilsə də, yoxlama əsassız olaraq 1 il 2 ay uzadılmaqla cavabdehin mübahisələndirilən qərarının qəbul edildiyi xx.xx.2023-cü il tarixdə yekunlaşmışdır”. İlk növbədə qeyd etməyi zəruri hesab edirlər ki, məhkəmənin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” çıxarışda ididaçı barəsində yoxlamanın xx.xx.2021-xx.xx.2022-ci il müddətində keçirildiyini əsas gətirərək yoxlamanın əsassız olaraq 1 il 2 aya başa çatmasını hansı qaydada hesabladığı aydın deyil və bu barədə gəldiyi nəticə əsassızdır. Vergi Məcəlləsinin həmin vaxt qüvvədə olan 38.2-ci maddəsinə əsasən səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz, müstəsna hallarda yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilmə müddəti 90 günə qədər artırıla bilər. Vergi qanunvericiliyinin təhlili nəticəsində formalaşmış olan hüquqi mövqeyə əsasən səyyar vergi yoxlaması zamanı vergi qanunvericiliyində nəzərdə tutulmuş prosessual müddətlə bağlı heç bir pozuntuya yol verilməmiş, Vergi Məcəlləsinin 38.2-ci maddəsinin tələbləri pozulmamışdır. Yoxlama ilə bağlı tələb olunan bütün məlumatlar, eyni zamanda yoxlamanın keçirildiyi dövrdə yoxlama müddətinin dayandırılması (təxirə salınması) barədə məlumatlar da reyestrə daxil edilmişdir. Eyni zamanda yoxlamanın başlanması, başa çatması və dayandırılması barədə məlumatlar səyyar vergi yoxlaması aktının 1.1-ci bəndində ətraflı məlumatlar qeyd olunmuşdur. Məhkəmənin mötəbər hesab etdiyi ekspert rəyi ilə bağlı qeyd edirlər ki, ekspertin rəydə (birinci-ikinci suallara münasibətdə) yoxlama ilə mənfəət vergisinin və ƏDV-nin düzgünlüyünün müəyyən olunmamasına dair gəldiyi nəticə əsassızdır. Belə ki, rəyin tədqiqat hissəsindən göründüyü kimi ekspert həmin suallar üzrə səyyar vergi yoxlaması aktında göstərilən məlumatları rəyə köçürməklə kifayətlənərək, gəldiyi nəticəni rəydə əsaslandırmamışdır. Bundan əlavə, ekspertin üçüncü, dördüncü və beşinci suallar üzrə gəldiyi nəticə də əsassız olmuşdur. Belə ki, ekspert qeyd edilən həmin suallara formal və natamam cavab verərək, xərc sənədlərinin iş materiallarında əks olunduğunu qeyd etmiş, lakin hansı sənədlərin xərc sənədləri olması barədə araşdırma və qeyd aparmadan sənədlərin adı, tarixi və rekvizitlərinin iş materiallarında qeyd olunduğunu bildirmişdir. Göründüyü kimi, ekspert ekspertiza tədqiqatının hərtərəfli, tam və obyektiv aparılması üçün qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarından istifadə etməmişdir. Məhkəmə qərardadında göstərilən suallara əsaslandırılmamış və qeyri-müəyyən cavablar verməklə qanunvericiliyin tələblərinə əməl etməmişdir. İddiaçı MMC-nin sahibkarlıq fəaliyyəti üzrə keçirilmiş səyyar vergi yoxlamasının nəticəsi qəbul edilən “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********170219 nömrəli qərarla hesablanmış vergilər və tətbiq edilmiş maliyyə sanksiyası Vergi Məcəlləsinin tələblərinə uyğundur, qanuni və əsaslıdır. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əlavədə qeyd edilir: Məhkəmə qərarında qeyd olunur ki, vergilərin hesablanması üçün əsas olmuş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyində müəssisənin fəaliyyəti üzrə faktiki istehsal edilmiş məhsullarının faktiki maya dəyəri yalnız sərf edilmiş elektrik enerjisindən ibarət olduğu müəyyən edilmişdir. Müəssisənin fəaliyyəti üzrə faktiki istehsal edilmiş məhsulların faktiki maya dəyəri və maya dəyərinin tərkibini təşkil edən ayrı-ayrı xərc maddələri müəyyən edilmədən sərf edilmiş elektrik enerjisi sərfiyyatı əsasında məhsulların istehsal həcminin hesablanması məhsulun maya dəyərinin kalkulyasiyasının tərtib olunma prinsiplərinə uyğun deyildir və bu məlumatlara əsasən vergiyə cəlb olunan dövriyyənin belə qaydada hesablanması Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. Məhkəmənin qeyd olunan dəlillərinə münasibətdə bildirilir ki, Vergi Məcəlləsinin 67.1.9-cu və 83.2-ci maddələrinə əsasən vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən Vergi Məcəlləsinin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara əsaslanaraq vergi ödəyicisinin vergi öhdəliklərini hesablamaq vergi orqanının hüququ kimi müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, vergi ödəyicisinin real istehsal həcminin müəyyən edilməsi zamanı istifadə olunan enerji daşıyıcı məlumatları mənbəyi bəlli olan məlumat sayılır və bunu rəhbər tutmaqla vergilərin hesablanması Vergi Məcəlləsinin tələblərinə uyğundur. Bundan əlavə, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-9107/2023 nömrəli qərarından göründüyü kimi, məhkəmə işin faktiki hallarına uyğun verilməyən ekspert rəyini mötəbər sübut kimi qəbul edərək iddianı təmin etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/5586 nömrəli ekspert rəyindən göründüyü kimi ekspert ekspertiza tədqiqatının hərtərəfli, tam və obyektiv aparılması üçün qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarından istifadə etməmişdir. Məhkəmə qərardadında göstərilən suallara əsaslandırılmamış və qeyri-müəyyən cavablar verməklə qanunvericiliyin tələblərinə əməl etməmişdir. Bildirilir ki, cavabdeh tərəfindən ekspert rəyinə dair mülahizə məhkəməyə təqdim edilmiş, ekspert rəyi işin faktiki hallarını tam əhatə etmədiyindən həmin rəyin mötəbər sübut kimi nəzərə alınmaması məhkəmədən xahiş olunmuşdir. Lakin məhkəmə sübutların qiymətləndirilməsi zamanı cavabdeh tərəfindən təqdim edilmiş mülahizəni və işin materiallarında olan digər sübutları nəzərə almamışdır. Həmçinin, inzibati işin icraatı zamanı iş üçün əhəmiyyətli sübutlar və sənədlər araşdırılma aparılması üçün məhkəməyə təqdim edilmiş, cavabdeh tərəfindən vergi orqanının apardığı hesablamaların qanuni və əsaslı olması nəzərə alınaraq, ekspertizanın keçirilməsinə cavabdeh təqəfindən etiraz edilmişdir. Lakin cavabdehin mövqeyi və etirazı nəzərə alınmadan məhkəmə tərəfindən iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Bu səbəbdən, məhkəmənin ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul vəsaitinin cavabdeh orqandan tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi barədə gəldiyi nəticə də əsassızdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş apellyasiya şikayətində və hazırkı şikayətə əlavədə göstərilənlərə əsasən, işə baxan birinci instansiya məhkəməsi mübahisənin ədalətli həlli üçün zəruri olan mühüm xüsusatları nəzərdən qaçırmış, məhkəmə baxışı zamanı qanunvericiliyin tələblərini tam araşdırmamış, maddi və prosessual hüquq normalarını yanlış tətbiq etməklə iddia tələbi üzrə qanuni və əsaslı olmayan qərar qəbul edilmişdir. Bu da işin faktiki hallarına uyğun deyildir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Lakin birinci instansiya məhkəməsində işə baxılan zaman vergilərin hesablanması üçün əsas olmuş və cavabdeh tərəfindən təqdim edilmiş sübutlar işin araşdırılması və sübutların qiymətləndirilməsi zamanı nəzərə alınmamışdır. Bununla da İPM-nin 12.1-ci və 58.7-ci maddələrinin tələbləri pozulmuşdur. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Səyyar vergi yoxlaması keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********152649 saylı qərarından görünür ki, İddiaçı MMC barəsində Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə noyabr 2018-oktyabr 2021-ci illərin vergi dövrləri üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli KY211699267 saylı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” çıxarışdan görünür ki, iddiaçı barəsində yoxlama xx.xx.2021 - xx.xx.2022-ci il müddətində aparılmaqla xx.xx.2018 - xx.xx.2021 dövrü üzrə vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsi məqsədilə növbədənkənar səyyar vergi yoxlaması qeydiyyatdan keçirilmişdir. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********170219 nömrəli qərarından görünür ki, iddiaçıya 212170,13 manat əlavə vergi məbləği və vergi qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş 107261,32 manat maliyyə sanksiyası hesablanmışdır: Mənfəət vergisi, 2018-ci il, əlavə hesablama 1306,24 manat, maliyyə sanksiyası 653,12 manat; Mənfəət vergisi, 2019-cu il, əlavə hesablama 32017,30 manat, maliyyə sanksiyası 16008,65 manat; Mənfəət vergisi, 2020-ci il, əlavə hesablama 35916,98 manat, maliyyə sanksiyası 17958,49 manat; Əlavə dəyər vergisi, 2018-ci il, əlavə hesablama 5538,18 manat, maliyyə sanksiyası 2769,09 manat; Əlavə dəyər vergisi, 2019-cu il, əlavə hesablama 44003,57 manat, maliyyə sanksiyası 22967,93 manat; Əlavə dəyər vergisi, 2020-ci il, əlavə hesablama 37568,26 manat, maliyyə sanksiyası 18784,13 manat; Əlavə dəyər vergisi, 2021-ci il, əlavə hesablama 55399,79 manat, maliyyə sanksiyası 27699,90 manat; Ödəmə mənbəyində tutulan vergi, 2021-ci il, əlavə hesablama 420,00 manat, maliyyə sanksiyası 420,00 manat. İş materiallarında olan "xxxx" MMC Konsaltinq və Qiymətləndirmə Şirkətinin xx.xx.2023-cü il tarixli MB 16-0017 nömrəli qiymətləndirmə rəyində göstərilmişdir: Müəssisədə aparılmış baxış-müşahidə zamanı qeyri-istehsal sahələrinin elektrik sərfıyyatı müəyyən edilmiş və bu barədə xx.xx.2022-ci il tarixli baxış aktı tərtib cdilmişdir. Qeyd etmək lazımdır ki, elektrik enerjisi sərfiyyatına görə müəssisədə istehsal həcmini müəyyənləşdirmək məqsədi ilə bir neçə dəfə müəssisədə müşahidələr aparılmış, lakin istehsal prosesində meydana gələn nasazlıqlar nəticəsində prosesi başa çatdırmaq mümkün olmamışdır. Qeyd edilənlər nəzərə alınaraq, müəssisə tərəfindən təqdim edilmiş rüblər üzrə bir ton metal külçənin istehsalına sərf edilən elektrik enejisi miqdarı və qeyriistehsal sahələrinin elektrik sərfıyyatı barədə məlumatlar nəzərə alınmaqla müəssisənin yoxlamanın əhatə etdiyi dövr üzrə istehsal həcmi müəyyən edilmişdir. Beləliklə aparılmış hesablamalar nəticəsində məlum olmuşdur ki, İddiaçı MMC-də (VÖEN **********) xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə istehsal olunmuş məhsulların istehsal həcmi aşağıdakı kimidir: Dövr 2018 - İstehsal həcmi, ton 417,44; 2019 - 2184,43; 2020 - 2347,52; 2021 - 1769,07. Yekun 6718,46. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/5586 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqi hissəsində göstərilən səbəblərdən (hesablamaların mühasibat uçotu və vergi qanunvericiliyinin tələblərinə uyğun olmaması səbəbindən) xx.xx.2023-ci il tarixli **********152937 nömrəli akt əsasında qəbul edilmiş “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında xx.xx.2023-cü il tarixli **********170219 nömrəli qərarı ilə İddiaçı MMC-yə (VÖEN: **********) müvafiq hesabat dövrləri üzrə hesablanmış ƏDV və mənfəət vergisinin düzgünlüyü müəyyən olunmur. Yəni vergiyə cəlb olunan dövriyyənin belə qaydada hesablanması Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. Hazırkı tədqiqatla səyyar vergi yoxlamasının əhatə etdiyi dövrdə yalnız 420,00 manat məbləğində ödəmə mənbəyində tutulan verginin az hesablanması müəyyən olunur. Təqdim edilmiş sənədlərə (e-qaimə fakturalar, e-vergi hesab fakturalar, ödəniş tapşırıqları, bank çıxarışları, elektron alış aktları, YGB, bəyannamələr, mədaxil orderləri, hesabatlar, ƏDV depozit hesabından çıxarışlar, əmək haqqı xərci və s.) əsasən isə yoxlamanın əhatə etdiyi dövr ərzində müəssisə tərəfindən tədqim edilmiş bəyannamələrin düzgünlüyü müəyyən edilir. Yəni tədqim edilmiş sənədlərə əsasən vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamələr üzrə az hesablanma müəyyən edilmədi. Rəyin tədqiqi hissəsində göstərildiyi kimi, təqdim edilmiş iş materiallarında gəlirin əldə edilməsi ilə bağlı müəssisənin xərc sənədləri (eqaimə fakturalar, e-vergi hesab fakturalar, ödəniş tapşırıqları, bank çıxarışları, elektron alış aktları və s.) mövcuddur. Həmçinin, qeyd edilir ki, həmin sənədlərdə göstərilən məbləğin gəlirlərdən çıxılan xərc kimi nəzərə alınması iddiaçının tətbiq etdiyi hesablama metoduna və vergi qanunvericiliyinin tələblərinə uyğundur. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək. 24.1. Vergi orqanları: 24.1.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; 24.1.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə … borcludur. 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. 38.3. Növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər: 38.3.5. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə. İşin faktiki halları ondan ibarətdir ki, cavabdehin “Səyyar vergi yoxlaması keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********152649 saylı qərarına əsasən İddiaçı MMC barəsində Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə noyabr 2018-oktyabr 2021-ci illərin vergi dövrləri üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Həmin səyyar vergi yoxlaması nəticəsində cavabdehin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********170219 nömrəli qərarına əsasən iddiaçıya 212170,13 manat əlavə vergi məbləği və vergi qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş 107261,32 manat maliyyə sanksiyası hesablanmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, Vergi Məcəlləsinin 38-ci maddəsi səyyar vergi yoxlamasının iki növünü müəyyən etmişdir: növbəti və növbədənkənar. Vergi Məcəlləsinin 38-ci maddəsi vergi orqanına il ərzində bir dəfə növbəti yoxlama keçirmək hüququ verir. Eyni zamanda, qanunda konkret sadalanmış hallarda vergi orqanı həm də növbədənkənar səyyar vergi yoxlaması keçirə bilər. Vergi Məcəlləsinin 38.3-cü maddəsində növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün əsasların dəqiq siyahısı göstərilmişdir və onlardan biri də vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsidir. Növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi əsaslarının qanunvericiliklə dəqiq və məhdud şəkildə müəyyən edilməsi, bir tərəfdən sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan məlumatın nələrdən ibarət olduğunu dəqiq göstərməyə, habelə yoxlamanın başlanılmasını zəruri edən həmin halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Hazırkı iş üzrə isə cavabdeh növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərarında Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə (mənbəyi bəlli olan əlaqəli məlumat) istinad etməklə kifayətlənmiş, növbədənkənar yoxlamanın keçirilməsinin zəruriliyini şərtləndirən halları (mənbəyi bəlli olan əlaqəli məlumatları) göstərməmiş, diskresion səlahiyyətlərindən bu formada istifadənin vacibliyini əsaslandırmamışdır. Məhkəmə araşdırması dövründə cavabdeh inzibati orqan növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün qeyd olunan əsasların olması barədə sübutları məhkəməyə təqdim edə bilməmiş və əldə edilmiş hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edildiyini göstərə bilməmişdir. Həmçinin xx.xx.2021-ci il tarixli KY211699267 saylı qeydiyyatın “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” çıxarışdan görünür ki, iddiaçı barəsində yoxlamanın xx.xx.2021 - xx.xx.2022-ci il müddətində aparılması qeydiyyatdan keçirilsə də, yoxlama əsassız olaraq 1 il 2 ay uzadılmaqla cavabdehin mübahisələndirilən qərarının qəbul edildiyi xx.xx.2023-cü il tarixdə yekunlaşmışdır. İş materiallarında olan səyyar vergi yoxlaması aktından göründüyü kimi yoxlanılan dövrdə iddiaçı metal külçələrin istehsalı və satışı ilə məşğul olmuşdur. İddiaçı tərəfindən yoxlama ilə əhatə olunan dövr üzrə vergilərin hesablanması ilə bağlı olan mühasibat sənədləri yoxlamaya əvvəlcə qismən, sonra isə zəruri sənədlər təqdim olunmuşdur. Vergi orqanı tərəfindən xüsusi bilik tələb olunduğuna görə "MBA LTD” MMC-dən mütəxəssis cəlb olunmuş və F.N.İbrahimov tərəfindən xx.xx.2023-cü il tarixli rəy verilmişdir. Beləliklə, iddiaçıya vergi borcunun hesablanmasının əsasını mütəxəssis rəyi təşkil etmişdir. Mütəxəssis rəyi ilə müəssisənin istehsal etdiyi məhsullarının istehsal həcmi müəyyən olunmuşdur. Rəydə istehsal həcminin müəssisə tərəfindən təqdim edilmiş bir ton metal külçənin istehsalına sərf edilən elektrik enerjisi miqdarı və qeyri-elektrik sahələrinin elektrik sərfiyyatı barədə məlumatlar nəzərə alınmaqla müəyyən edildiyi göstərilmişdir. Həmçinin mütəxəssis qarşısında yoxlamanın əhatə etdiyi dövr ərzində istehsal həcminin müəyyən edilməsi ilə yanaşı, istehsal həcminə çəkilmiş xərclərin müəyyən edilməsi sualı qoyulsa da, mütəxəssis tərəfindən yalnız istehsal həcmi müəyyən edilmişdir. İş üzrə məhkəmə tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası keçirilmişdir və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023cü il tarixli 9/5586 nömrəli ekspert rəyinə əsasən mühasibat uçotunda məhsulun maya dəyərinin kalkulyasiyasının prinsiplərinə əsasən məhsulun maya dəyərinin aşağıdakı xərc elementlərindən ibarət olduğu müəyyən edilmişdir: - Xammal və materiallar; - Qaytarılmış tullantılar; - Texniki məqsədlər üçün yanacaq enerji və su; - İstehsal fəhlələrinin əsas əmək haqqı; - İstehsal fəhlələrinin əlavə əmək haqqı; - Sosial sığortaya ayırmalar; - Avadanlığın saxlanması və istismarı xərcləri, o cümlədən amortizasiya; - Ümumi sex xərcləri; - Ümumi zavod xərcləri; - Zay məhsul və itkilər; - Sair istehsalat xərcləri; - Əmtəəlik məhsulun tam maya dəyəri. İstehsal olunmuş məhsulun maya dəyərinə daxil edilməli olan xərclərin təsnifatından göründüyü kimi, istehsal olunan məhsulun maya dəyəri yuxarıda göstərilən kompleks xərc elementlərindən ibarətdir. Lakin buna baxmayaraq, xx.xx.2023-cü il tarixli mütəxəssis rəyində müəssisənin fəaliyyəti üzrə faktiki istehsal edilmiş məhsullarının faktiki maya dəyəri yalnız sərf edilmiş elektrik enerjisindən ibarət olduğu müəyyən edilmişdir. Yəni mühasibat uçotunda istehsal həcminin mütəxəssis rəyində göstərilən qaydada müəyyən olunması nəzərdə tutulmamışdır. Ekspert qeyd etmişdir ki, müəssisənin fəaliyyəti üzrə faktiki istehsal edilmiş məhsulların faktiki maya dəyəri və maya dəyərinin tərkibini təşkil edən ayrı-ayrı xərc maddələri müəyyən edilmədən sərf edilmiş elektrik enerjisi sərfiyyatı əsasında məhsulların istehsal həcminin hesablanması məhsulun maya dəyərinin kalkulyasiyasının tərtib olunma prinsiplərinə uyğun deyildir və bu məlumatlara əsasən vergiyə cəlb olunan dövriyyənin belə qaydada hesablanması Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. Eyni zamanda cavabdehin mübahisələndirilən xx.xx.2023-ci il tarixli, **********170219 nömrəli qərarında və iş materiallarında olan digər sənədlərdə mütəxəssis tərəfindən müəssisənin qeyri-istehsal sahələrinə də elektrik enerjisi üzrə sərfiyyatının 20 dəqiqəlik müşahidə ilə müəyyən olunaraq hesablandığı göstərilmişdir. Bununla bağlı da ekspert bildirmişdir ki, qeyri-istehsal sahəsində elektrik enerjisi üzrə sərfiyyat müəyyən edilərkən mövsümə uyğun istifadə və ümumiyyətlə qeyriistehsal sahəsində elektrik enerjisindən necə istifadə (yəni hansı əşyadan, qurğudan və s) edilməsi nəzərə alınmamışdır. Bundan başqa, səyyar vergi yoxlaması aktının ƏDV hissəsində müəssisənin qaimə-faktura məlumatlarına əsasən orta satış qiyməti nəzərə alınaraq ƏDV-siz ümumi satış dövriyyəsi müəyyən edilmiş və yoxlama nəticəsində vergi tutulan əməliyyatların düzgün göstərilməməsi hesab edilərək ƏDV-nin azaldılması müəyyən edilmişdir. Halbuki Vergi Məcəlləsində (yoxlamanın əhatə etdiyi dövrdə qüvvədə olan) orta satış qiymətinin müəyyən edilməsi ilə bağlı müddəa öz əksini tapmamışdır. Yoxlama aktının ƏDV hissəsində mal qalığının olması və həmçinin əvəzləşmələrin nəzərə alınması qeyd edilmişdir. Lakin səyyar vergi yoxlaması aktının mənfəət hissəsində vergi ödəyicisinin xərclərinin olmaması səbəbindən Vergi Məcəlləsinin 83.9-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək hesablama aparılmışdır. Yəni hazırkı yoxlama aktında göstərilən hallara görə xərc sənədləri olmasaydı, mal qalığı müəyyən edilə və əvəzləşdirmələr nəzərə alına bilməzdi. Qeyd olunanlara əsasən ekspertin gəldiyi nəticə ondan ibarət olmuşdur ki, hesablamaların mühasibat uçotu və vergi qanunvericiliyinin tələblərinə uyğun olmaması səbəbindən xx.xx.2023-ci il tarixli **********152937 nömrəli akt əsasında qəbul edilmiş “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında xx.xx.2023-cü il tarixli **********170219 nömrəli qərarı ilə İddiaçı MMC-yə müvafiq hesabat dövrləri üzrə hesablanmış ƏDV və mənfəət vergisinin düzgünlüyü müəyyən olunmur. Yəni vergiyə cəlb olunan dövriyyənin belə qaydada hesablanması Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. Hazırkı tədqiqatla səyyar vergi yoxlamasının əhatə etdiyi dövrdə yalnız 420,00 manat məbləğində ödəmə mənbəyində tutulan verginin az hesablanması müəyyən olunur. Təqdim edilmiş sənədlərə (e-qaimə fakturalar, e-vergi hesab fakturalar, ödəniş tapşırıqları, bank çıxarışları, elektron alış aktları, YGB, bəyannamələr, mədaxil orderləri, hesabatlar, ƏDV depozit hesabından çıxarışlar, əmək haqqı xərci və s.) əsasən isə yoxlamanın əhatə etdiyi dövr ərzində müəssisə tərəfindən tədqim edilmiş bəyannamələrin düzgünlüyü müəyyən edilir. Yəni tədqim edilmiş sənədlərə əsasən vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamələr üzrə az hesablanma müəyyən edilmədi. Təqdim edilmiş iş materiallarında gəlirin əldə edilməsi ilə bağlı müəssisənin xərc sənədləri (e-qaimə fakturalar, e-vergi hesab fakturalar, ödəniş tapşırıqları, bank çıxarışları, elektron alış aktları və s.) mövcuddur. Həmçinin həmin sənədlərdə göstərilən məbləğin gəlirlərdən çıxılan xərc kimi nəzərə alınması iddiaçının tətbiq etdiyi hesablama metoduna və vergi qanunvericiliyinin tələblərinə uyğundur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu: 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 45.1. İnzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Beləliklə, sadalanan qanunvericilik normalarına əsasən və iş materiallarına əlavə edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən qərar qəbul edilərkən cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur. Cavabdeh vergi orqanı tərəfindən mübahisələndirilən qərar qəbul edilərkən qanunvericiliyin müəyyən etdiyi tələblərə riayət edilməmiş, düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün hallar, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan hallar araşdırılmamışdır. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, iddia təmin edildiyinə görə iş üzrə prosessual xərclər cavabdehə aid edilməlidir. Bu baxımdan aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pulun cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə də qanuni və əsaslıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9107/2023 nömrəli, 07 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-759/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-759/2024
24.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver