Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-76/2023 17.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona 55 yaşdan, yəni xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X6 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X3 ibarət tərkibdə, X5-Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona 55 yaşdan, yəni xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3222/2021 saylı 28 iyul 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 17 may 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx xxx 1965-ci ildə anadan olmuşdur. N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutu tərəfindən verilmiş HB seriyalı 016678 saylı xx.xx.1988-ci il tarixli fərqlənmə diplomunun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 1982-ci ildə həmin instituta daxil olmuş və 1988-ci ildə müalicə işi ixtisası üzrə tam kursu bitirmişdir. İddiaçı məxsus əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.1988-ci ildən xx.xx.1989-cu ilədək M.Qasımov adına Respublika xəstəxanasının qastroentroligiya şöbəsində həkim-inter (10 ay 20 gün), xx.xx.1989-cü ildən xx.xx.1994-cü ilədək Azərbaycan SSR Səhiyyə Nazirliyi Respublika Diaqnostika Mərkəzində həkimradioloq (4 il 2 ay 14 gün), xx.xx.1994-cü ildən xx.xx.1998-ci ilədək həmin mərkəzdə həkim-metodist (04 il 06 ay 14 gün), xx.xx.1998-ci ildən hal-hazıradək Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda kafedra-asisstenti, dosent, şua diaqnostikası kafedrasının müdiri vəzifəsində işləyir. Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun xx.xx.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.2006-cı ildə kafedra müdiri vəzifəsinə işə qəbul olunmuş və 01/20xx-xx/2020 üçün əmək haqqı cəmi 19.854,02 manat təşkil etmişdir. Respublika Diaqnostika Mərkəzinin 134 saylı xx.xx.2012-ci il tarixli arayışından görünür ki, İddiaçı 11 dekabr 1989-cu il tarixindən (xx.xx.1989-cu il tarixli, 209 L saylı əmr) xx.xx.1993-cü il tarixinə qədər tam ştat vahidində, xx.xx.1993-cü il tarixindən (xx.xx.1993cu il tarixli, 134 L saylı əmr) 01 yanvar 2008-ci il tarixinə qədər əvəzçilik üzrə (xx.xx.2007ci il tarixli, 85 ş/m saylı əmr) radioizotoplu tədqiqatlar şöbəsində həkim-radioloq vəzifəsində radioaktiv maddələrlə işləyib. "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı Qərarının §19 əsasən radioloji şöbədə çalışan işçilər güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququna malikdirlər. Qeyd: Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin xx.xx.2007 il tarixli 73 saylı Sərəncamına əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan Respublika Diaqnostika Mərkəzi 01 may 2007 il tarixindən «Respublika Müalicəvi Diaqnostika Mərkəzi» açıq səhmdar cəmiyyətinə çevrilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Xüsusiləşdirilmiş Angioloji Mərkəzinin 135 saylı xx.xx.2019-cu il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.2007-ci il tarixli, № 02 əmrə əsasən Angioloji və Mikrocərrahiyyə Mərkəzinə (indiki Xüsusiləşdirilmiş Angioloji Mərkəz) əvəzçilik üzrə əlavə 0,5 ştat vahid həkim rentgenoloq vəzifəsinə işə qəbul edilib. xx.xx.2009-cu il tarixli 02 saylı əmrə əsasən öz xahişi ilə işdən azad edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Onkologiya Mərkəzinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.2018-ci ildə şüa diaqnostika həkimi vəzifəsinə işə qəbul olunmuş və 11/20xx-xx/2020 üçün əmək haqqı cəmi 4.770,99 manat təşkil etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin 4/197-142 saylı xx.xx.2021-ci il tarixli məktuba əlavə edilmiş xx.xx.2019-ci il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdə Milli Onkologiya Mərkəzinin radionuklid diaqnostika şöbəsinə əlavə iş yeri olaraq şüa diaqnostikası üzrə həkim vəzifəsinə qəbul edilibdir. Əmək müqaviləsi müddətsiz bağlanmışdır. Əvvəlki əmək haqqı 165,60 manat, hazırki əmək haqqı 233,45 manatdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “İctimai Səhiyyə və İslahatlar Mərkəzi” X8 119 saylı xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı xx.xx.2008-ci il tarixdən xx.xx.2018-ci il tarixinədək Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “İctimai Səhiyyə və islahatlar Mərkəzi” publik hüquqi şəxsində Ambulator şöbədə xarici əvəzçilik üzrə 0.5 ştat vahidilə şüa-diaqnostikası üzrə həkim (həkim- rentgenoloq) vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “İctimai Səhiyyə və İslahatlar Mərkəzi” X8 185 saylı xx.xx.2021-ci il tarixli məktuba əlavə olunmuş İddiaçı ilə bağlanmış 163 №-li, xx.xx.2008-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı xx.xx.2008-ci il tarixdə İctimai Səhiyyə və İslahatlar Mərkəzinin ambulator şöbəsinə 0,5 ştat vahidi ilə əvəzçilik üzrə həkim-rentgenoloq vəzifəsinə, xx.xx.2009-cu il tarixdən ambilator şöbədə əvəzçilik üzrə 0,5 ştat vahidi ilə şüa-diaqnostika həkimi vəzifəsinə qəbul edillmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkminləşdirmə İnstitutunun 243/5 saylı xx.xx.2021-ci il tarixli məktuba əlavə edilmiş xx.xx.2017-ci il tarixli, 95 №-li əmək müqaviləsinin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.2017-ci ildən 5 il müddətinə, yəni xx.xx.2022-ci il tarixədək şüa terapiyası kursu ilə şüa diaqnostikası kafedrasının müdirü vəzifəsinə qəbul edilmişdir. Respublika Diaqnostika Mərkəzinin 212 saylı xx.xx.2021-ci il tarixli məktuba əlavə edilmiş əmək müqavilələrinin və əmrdən çıxarışların lazimi qaydada təsdiq edilmiş surətlərindən görünür ki, İddiaçı xx.xx.1999-cu ildə əvəzçilik üzrə radioizotop şöbəsinə həkim radioloq, xx.xx.2003-cü ildə tarixdən müddətli əmək müqaviləsi əsasında rentgendiaqnostika şöbəsinə əvəzçilik üzrə 0,5 ştat vahidi həkim-rentgenoloq, xx.xx.2005ci ildən radioizotopli tədqiqatlar şöbəsinə əvəzçilik üzrə 0,5 ştat vahidi ilə həkim-radioloq vəzifələrinə qəbul edilmiş, xx.xx.2007-ci il tarixli, 85 ş/m №-li əmrə əsasən onunla bağlanmış əmək müaviləsinə xx.xx.2008-ci il tarixdən xitam verilmişdir. Filialın **********0 saylı xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, vətəndaş İddiaçı 2006-cı ilədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 12924,97 manat, 2006-cı ildən sonrakı dövr üçün isə 29052,19 manat olmaqla cəmi pensiya kapitalı 41977,16 manat təşkil edir. Adıçəkilən şəxsin hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 43200,00 manat məbləğində hesablanmışdır. İddiaçı əmək kitabçasında və arayışlarda əksini tapmış işlədiyi bütün illər və təhsil aldığı illər sığorta stajına daxil edilməklə 55 yaşdan, yəni xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən tələbinin təmin olunmasından imtina edilmişdir. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış **********4 saylı xx.xx.2020-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 -ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinin birinci bəndinə əsasən iş stajını təsdiq edən əsas sənəd əmək kitabçasıdır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Həmin Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın səhiyyə və sosial təminat idarələri bölməsinin (19) həkim-rentgenoloqlar, həmçinin rentgen cərrahiyyəsi və angioqrafiya kabinetlərində daimi məşğul olan həkimlər nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyi 30 iyun 1989-cu il tarixli, l/İT-l ******* nömrəli əmək kitabçasında xx.xx.1994-xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində Respublika Diaqnostika mərkəzində həkim-metodist, xx.xx.1998-xx.xx.2007-ci il tarixləri arasındakı dövr ərzində həmin mərkəzdə asistent işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi sahə və vəzifələr yuxarıda göstərilən sahə və vəzifələrə uyğun deyil. Eyni zamanda Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin ona dair 16 sentyabr 2019- cu il tarixli 26 nömrəli arayışında qeyd olunmuş xx.xx.2008-xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində sözügedən mərkəzdə şüa-diaqnostikası üzrə həkim (həkimrentgenoloq) vəzifəsində işləməyi faktı əmək kitabçasında öz əksini tapmamışdır. Bundan başqa fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 45600,00 manat hesablandığı halda, fərdi hesabınının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 38330,26 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Həmin imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “ona əmək kitabçasında və arayışlarda əksini tapmış işlədiyi bütün illər və təhsil aldığı illər sığorta stajına daxil edilməklə 55 yaşdan, yəni xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə xx.xx.2020-ci il tarixdə Filiala müraciət etmişdir. xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə sözügedən idarə ilə telefonla əlaqə saxlamışdır. Bundan sonra həmin idarə xx.xx.2020-ci il tarixli, **********3 nömrəli məktubla ona cavab yazaraq bildirmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2020-ci il tarixli, 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyası haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin tələblərinə uyğun olaraq əmək pensiyası hüququ olan şəxsə pensiya təyinatı vətəndaşın ərizəsi, şəxsiyyətini təsdiq edən sənəd, ümumi iş stajını təsdiq edən sənədlər, həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı əsasında həyata keçirilir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi məsələsinə yuxarıda göstərilən qaydaların tələblərinə uyğun olaraq müvafiq sənədlərin əsillərinin tam şəkildə təqdim edilməsindən sonra baxıla bilər. Yuxarıda qeyd edilən məktubu aldıqdan dərhal sonra, yəni xx.xx.2020-ci il tarixdə tələb olunan sənədləri cavabdeh idarəyə şəxsən təqdim etmişdir. xx.xx.2020-ci il tarixdə ilkin təqdim etdiyi sənədlər poçtla ona qaytarılmışdır. Həmin məutubu cavabdeh idarəyə şəxsən özü tərəfindən qaytarılaraq, tələb olunan əlavə sənədlərin artıq onlara təqdim etdiyini bildirmişdir. Daha sonra cavabdehin xx.xx.2020-ci il tarixli, **********4 nömrəli məktubu ilə ərizənin təmin edilməsindən imtina olunmuşdur. Cavabdehin həmin məktubu ona poçt vasitəsi ilə xx.xx.2020-ci il tarixdə rəsmi qaydada təqdim edilmişdir. Cavabdehin imtinası onunla əsaslandırılmışdır ki, ona güzəştli əmək pensiyası hüququ verən iş yerləri barədə əmək kitabçasında qeydiyyat aparılmamış, 15 ildən çox müddətdə işlədiyi həkim-rengenoloq daimi iş yeri olmamış, habelə fərdi hesabının sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun deyildir. Filialın imtinası əsasız və qanunsuzdur, imtina məktubunda yazılanlar həqiqəti əks etdirmir. O, hal-hazırda da Ə.Əliyev adına Azərbaycan Dövlət həkimlərin təkmiləşdirilməsi İnstitutunda şua diaqnostikası kafedrasının kafedra müdiri vəzifəsində işləyir, bura onun əsas iş yeridir. Bunlardan başqa, o, xx.xx.2007-ci il tarixdən 02 saylı əmrlə Angioloji və Mikrosərrahiyyə Mərkəzinə (indiki Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Xüsusiləşdirilmiş Angioloji Mərkəz) əvəzçilik üzrə əlavə 0,5 ştat vahid həkim rentgenoloq vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2009-cu il tarixdən isə 02 saylı əmrlə öz xahişilə həmin vəzifədən azad olunmuşdur. Qeyd olunan bu hallar onun adına olan əmək kitabçasında öz əksini tapmışdır. Yuxarıda göstərilən və əmək kitabçasında öz əksini tapan əsas iş yerlərindən əlavə olaraq o əmək qanunvericiliyin ona verdiyi hüquqlardan istifadə edərək, 02 aprel 2008-ci il tarixdən 10 aprel 2018-ci il tarixədək Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və X1 şöbədə şüa-diaqnostikası üzrə həkim (həkimrentgenoloq) vəzifəsində, habelə xx.xx.2007-ci il tarixdən xx.xx.2009-cu il tarixədək Angioloji və Mikrocərrahiyyə Mərkəzində əvəzçilik üzrə əlavə 0,5 ştat vahid həkim rentgenoloq vəzifəsində işləmişdir. Əsas iş yerindən başqa əlavə iş yerlərində işləməyi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin xx.xx.2019-cu il tarixli, 26 nömrəli və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Xüsusiləşdirilmiş Angioloji Mərkəzin 17 sentyabr 2019-cu il tarixli, 135 nömrəli arayışları ilə tam təsdiq edilir. Adına olan əmək kitabçasında və əlavə iş yerləri üzrə adına verilmiş arayışlardan və digər sənədlərdən də göründüyü kimi o, 31 il 8 ay 23 gün sığorta stajına malikdir ki, onun 15 ildən çox müddəti zərərli iş yerlərinə aid olan işlər olmuşdur. Bu isə öz növbəsində onun güzəştli şərtlərlə əmək pensiya hüququnu təmin edir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq olunan Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquq verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında onun 15 ildən çox müddətdə işlədiyi həkim-radioloq və həkim-rentgenoloq peşələri nəzərdə tutulmuşdur. Onu da qeyd edir ki, həmin siyahıda həkim-rentgenoloqun daimi və ya yarımştat olması barədə hər hansı xüsusi qeyd yoxdur. Həmçinin o, əlavə iş yerlərində 15 ildən çox müddətdə tam ştat üzrə həkim-rentgenoloq işləmişdir. 15 ildən çox müddətdə əlavə iş yerlərində işləməyi barədə adına olan əmək kitabçasında qeyddiyyatın aparılmaması ilə bağlı isə onu qeyd edir ki, qüvvədə olan Əmək Məcəlləsində işəgötürənlə işçi arasında əmək münasibətlərinin yaranmasını təsdiq edən sənəd yalnız əmək kitabçası hesab edilmir. Əlavə iş yerləri üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzində 02 aprel 2008-ci il tarixdən 10 aprel 2018-ci il tarixədək Ambulator şöbədə şüa diaqnostikası üzrə həkim (həkim-rentgenoloq) vəzifəsində, habelə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Xüsusiləşdirilmiş Angioloji Mərkəzdə 16 fevral 2007-ci il tarixdən 02 mart 2009-cu il tarixədək əvəzçilik üzrə əlavə 0,5 ştat vahid həkim rentgenoloq vəzifəsində işləməyi yalnız tibb müəssisələrinin verdikləri rəsmi arayışlarla kifayətlənmir. Belə ki, həm Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzində, həm də Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Xüsusiləşdirilmiş Angioloji Mərkəzdə əlavə iş yeri üzrə işə qəbul olunarkən, işəgötürənlə onun arasında müvafiq əmək müqavilələri bağlanmışdır. Daha sonra həmin müqavilələrin bildirişləri əmək qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının, yəni Əmək Müfəttişliyinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində elektron qaydada dövlət qeydiyyatına alınmışlar. Həmin iş yerləri üzrə ona əmək haqqı hesablanmış, əmək haqqından məcburi sosial ayırmalar da həyata keçirilmişdir. Əmək Müfəttişliyinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində yerləşdirilmiş informasiya cavabdeh idarə üçün aşkardır və bu məlumatları İdarə özü də əldə etmək imkanına malikdir. Ona görə də əlavə iş yerləri üzrə işlədiyi müddət də həm ümumi, həm də güzəştli əmək stajıma daxil edilməlidir. Bunlardan başqa, pensiya təminatı üçün fərdi hesabında qeydə alınmış pensiya kapitalının aşağı həddi də onun güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsinə kifayət edir. Belə ki, X9 Klinikanın xx.xx.2020-ci il tarixli, 337 nömrəli arayışından görünür ki, 11.20xx-xx.2020ci illər üzrə ona hesablanan əmək haqqı aşağıdakı kimi olmuşdur: 2018-ci ilin noyabr ayı- 124,20 manat, dekabr ayı-124,20 manat, 2019-cu ilin yanvar ayı-124,20 manat, fevral ayı- 124,20 manat, mart ayı-165,60 manat, aprel ayı-165,60 manat, may ayı-165,60 manat, iyun ayı-165,60 manat, iyul ayı261,12 manat, avqust ayı-74,52 manat, sentyabr ayı- 233,45 manat, oktyabr ayı-233,45 manat, noyabr ayı- 233,45 manat, dekabr ayı-233,45 manat, 2020-ci ilin yanvar ayı233,45 manat, fevral ayı- 233,45 manat, mart ayı-233,45 manat, aprel ayı-233,45 manat, may ayı-233,45 manat, iyun ayı-233,45 may ayı-233,45 manat, iyun ayı-233,45 manat, iyul ayı-233,45 manat, avqust ayı-233,45 manat, sentyabr ayı-368,64 manat, oktyabr ayı-106,11 manat, cəmi 4.77,99 manat. Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, 01.20xx-xx.2020-ci illər üzrə ona hesablanmış əmək haqqı aşağıdakı kimi olmuşdur: 2019-cu ilin yanvar ayı-555,43 manat, fevral ayı-55,43 manat, mart ayı802,70 manat, aprel ayı-802,70 manat, may ayı-752,70 manat, iyun ayı-752,70 manat, iyul ayı-1.570,67 manat, sentyabr ayı-838,95 manat,oktyabr ayı-897 manat, noyabr ayı947 manat,dekabr ayı-1.107 manat,2020-ci ilin yanvar ayı-897 manat, fevral ayı-897 manat, mart ayı-997 manat, aprel ayı-897 manat, may ayı-897 manat, iyun ayı-897 manat, iyul ayı-1.869,52 manat, sentyabr ayı-856,22 manat, oktyabr ayı-897 manat, noyabr ayı- 897 manat, cəmi 19.584,02 manat. Göründüyü kimi, cavabdehin ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinası əsassız və qanunsuzdur. Cavabdehin etirazları: Cavabdeh inzibati orqan tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz verilərək bildirilmişdir ki, iddia tam əsassızdır və qanuna zidd olduğuna görə rədd edilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinin birinci bəndinə əsasən iş stajını təsdiq edən əsas sənəd əmək kitabçasıdır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Həmin Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın səhiyyə və sosial təminat idarələri bölməsinin (19) həkimrentgenoloqlar, həmçinin rentgen cərrahiyyəsi və angioqrafiya kabinetlərində daimi məşğul olan həkimlər nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilən 30 iyun 1989-cu il tarixli HTİ ******* nömrəli əmək kitabçasında iddiaçı xx.xx.1994-xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində Respublika Diaqnostika mərkəzində həkim-metodist, xx.xx.1998xx.xx.2007-ci il tarixləri arasındakı dövr ərzində həmin mərkəzdə asistent işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, onun işlədiyi sahə və vəzifələr yuxarıda göstərilən sahə və vəzifələrə uyğun deyil. Eyni zamanda Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin iddiaçıya dair 16 sentyabr 2019-cu il tarixli 26 nömrəli arayışında qeyd olunmuş xx.xx.2008-xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində sözügedən mərkəzdə şüa-diaqnostikası üzrə həkim (həkim-rentgenoloq) vəzifəsində işlədiyi faktı əmək kitabçasında öz əksini tapmamışdır. Bundan başqa iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 45600,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 38330,26 manat təşkil edir. Bu səbəblərdən də iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3222/2021 saylı 28 iyul 2021-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3222/2021 saylı 28 iyul 2021-ci il tarixli qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, 15 ildən çox müddət ərzində zərərli iş yerlərinə aid olan işlərdə əvəzçilik üzrə 0,5 ştat vahidi ilə işləsə də, onunla bağlanmış əmək müqavilələri arasında 1 gün də olsun ara verilməmiş, yəni onunla işəgötürən arasında əmək münasibətləri davamlı olmuşdur. O, işlədiyi müddətdə davamlı olaraq hər gün həmin zərərli iş yerlərində olmuş, insan orqanizmi üçün zərərli olan şüaları qəbul etmişdir. Məhkəmə isə nədənsə heç bir qanuni əsas olmadan onun 0,5 ştat vahidi ilə zərərli işdə işləməyini qəbul etməmişdir. Bundan başqa, onun zərərli işlərdə 0,5 vahidi ilə işləməyi də onun güzəştli pensiya almaq hüqunu istisna etməməlidir. Çünki, əmək qanunvericiliyində “daimi iş yeri” ifadəsinin açıqlaması verilməsə də, keçmiş SSSR-də tətbiq edilən Dövlət Standartlarına (QOST 12.1.055) görə, daimi iş yeri - işçinin öz iş vaxtının ən çox hissəsinin (50%-dən çox və ya davamlı olaraq 2 saatdan çox) olduğu yerdir. Onun yuxarıda qeyd etdiyi zərərli iş yerlərində işlədiyi iş vaxtı (0,5 ştat vahidi ilə) həmin standartlara uyğundur. Yəni, onun 31 il 8 ay 23 gün sığorta stajının 15 ildən çox müddəti zərərli iş yerlərinə aid olan işlərdir ki, bu hal onun güzəştli şərtlərlə əmək pensiya hüququnu təmin edir. Bunlardan başqa, qeyd edir ki, pensiya təminatı üçün fərdi hesabında qeydə alınmış pensiya kapitalının aşağı həddi də ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsinə kifayət edir. Onu da qeyd edir ki, onun əmək fəaliyyəti bügün də davam edir və hər ay fərdi hesabındakı pensiya kapitalının məbləği də artmışdır. Ona görə də hesab edirə ki, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalının məbləği cavabdeh tərəfindən düzgün müəyyən edilməmişdir. Əslində həmin məbləğ onun güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsinə kifayət edir. Apellyasiya və Kassasiya instansiya məhkəmələrinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2521/2021 saylı 18 noyabr 2021-ci il tarixli qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3222/2021 saylı 28 iyul 2021-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə ilə razılaşmışdır. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-424/2022 saylı 09 fevral 2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2521/2021 saylı 18 noyabr 2021-ci il tarixli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi və kassasiya şikayətinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Tərəflərin izahatları: İddiaçı apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddiasının təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini qəbul etməyərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2020-ci il tarixdir. Həmin imtina məktubunun iddiaçı tərəfindən alınması iş materialları ilə müəyyən olunmur. İddiaçı isə hazırki iddia ilə məhkəməyə xx.xx.2020-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı tələbi “ona əmək kitabçasında və arayışlarda əksini tapmış işlədiyi bütün illər və təhsil aldığı illər sığorta stajına daxil edilməklə 55 yaşdan, yəni xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən “onun Filiala təqdim etdiyi 30 iyun 1989-cu il tarixli, l/İT-l ******* nömrəli əmək kitabçasında xx.xx.1994-xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində Respublika Diaqnostika mərkəzində həkim-metodist, xx.xx.1998-xx.xx.2007-ci il tarixləri arasındakı dövr ərzində həmin mərkəzdə asistent işlədiyi vəzifənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmuş sahə və vəzifələrə uyğun olmamasına, eyni zamanda Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin ona dair 16 sentyabr 2019- cu il tarixli 26 nömrəli arayışında qeyd olunmuş xx.xx.2008-xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində sözügedən mərkəzdə şüa-diaqnostikası üzrə həkim (həkimrentgenoloq) vəzifəsində işləməyi faktının əmək kitabçasında öz əksini tapmaması, həmçinin pensiya kapitalının kifayət qədər olmaması” əsası ilə tələbinin təmin edilməsindən imtina edilmişdir. Bundan sonra o, hazırki tələblə məhkəməyə müraciət etmiş, onun tələbi birinci və apellyasiya instansiyaları məhkəməsi tərəfindən təmin edilməsə də, kassasiya instansiyası məhkəməsinin mövqyi fərqli olmuşdur. İşə birinci instansiya qaydasında baxmış məhkəmə Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8, 1.0.10, 3.1, 9.1-ci maddələrinə istinad edərək hesab etmişdir ki, iddiaçının qanunla tələb olunan güzəştli iş stajı yaranmadığından, həmçinin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı tələb olunan pensiya kapitalından az olduğundan cavabdeh inzibati orqan tərəfindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinası qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş 9.1-ci maddəsində deyilirdi: Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun tələblərinə görə əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranmasını üç xüsusatla şərtləndirir: 1) iddiaçının müvafiq (qanunla müəyyən edilmiş) yaş həddinə, yəni 55 yaşa çatması; 2) həmin vaxtadək 20 ildən artıq ümumi iş stajının toplanması, 3) həmin vaxtadək toplanmış ümumi iş stajının 10 ilinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (AR NK-nın 12 nömrəli 23 yanvar 2007-ci il tarixli qərarı ilə təsdiqlənmiş Siyahıda göstərilən) işlərdə çalışması. Hazırki işdə iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə təhsil barədə sənədi (diplomu), əmək kitabçasını, arayışları təqdim etmişdir. İşdə olan N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun HB seriyalı 016678 saylı xx.xx.1988-ci il tarixli fərqlənmə diplomundan görünür ki, İddiaçı 1982-ci ildə həmin instituta daxil olmuş və 1988-ci ildə müalicə işi ixtisası üzrə tam kursu bitirmişdir. Həmin dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” 67-ci maddəsinin üçüncü bəndinin “ğ” yarımbəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti işçinin iş stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr onun ümumi iş stajı ilə müəyyən edilir. Hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 67-ci maddəsinin 1- 2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 70-ci maddəsində qeyd edilir ki, pensiya təyin edilməsi üçün müəyyən stajın tələb olunduğu hallarda vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü həmin dövlətlərlə bağlanmış sazişlərdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sosial sığorta ayırmaları keçirildikdə iş stajına daxil edilir. Bu zaman 1992-ci ilin yanvarın 10-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış iş stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada iş stajına daxil edilir. Bu qayda “Əmək pensiyaları haqqında” Qanunun 23.2-ci maddəsində də öz əksini tapmışdır. Hazırki işdən görünür ki, cavabdeh inzibati orqanın imtinasının əsasını iddiaçının əmək kitabçasında xx.xx.1994-xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində Respublika Diaqnostika mərkəzində həkim-metodist, xx.xx.1998-xx.xx.2007-ci il tarixləri arasındakı dövr ərzində həmin mərkəzdə asistent işlədiyi vəzifənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmuş sahə və vəzifələrə uyğun olmaması, həmçinin xx.xx.2008-xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində şüa-diaqnostikası üzrə həkim (həkimrentgenoloq) vəzifəsində işləmə faktının əmək kitabçasında öz əksini tapmaması təşkil edir. İşdən görünür ki, iddiaçı xx.xx.1965-ci il tarixdə anadan olmuş və onun 55 yaşı xx.xx.2020-ci il tarixdə tamam olmuşdur. İddiaçı 1982-ci ildən 1988-ci ilədək Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə işi ixtisası üzrə tam kursu bitirmişdir. Əmək kitabçasına əsasən o, xx.xx.1988-ci ildən xx.xx.1989-cu ilədək M.Qasımov adına Respublika xəstəxanasının qastroentrologiya şöbəsində həkim-intern (10 ay 26 gün), xx.xx.1989-cu ildən xx.xx.1994-cü ilədək Azərbaycan SSR Səhiyyə Nazirliyi Respublika Diaqnostika Mərkəzində həkim-radioloq (4 il 2 ay 13 gün), xx.xx.1994-cü ildən xx.xx.1998-ci ilədək həmin mərkəzdə həkim-metodist (04 il 06 ay 13 gün), xx.xx.1998-ci ildən hal-hazıradək Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimlər Təkmilləşdirmə İnstitunda kafedra-asisstenti, dosent, şüa diaqnostikası kafedrasının müdiri vəzifəsində işləyir (xx.xx.2020-ci il tarixədək 21 il 8 ay 2 gün) . Göründüyü kimi, iddiaçının təhsil müddəti də nəzərə alınmaqla, onun 55 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixə 37 il 3 ay 24 gün ümumi iş stajı mövcud olmuşdur. İddiaçıya 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün digər 2 element, yəni azı 10 il güzəştli iş stajının mövcud olması və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının minimum pensiyaya imkan verməsinə gəldikdə isə məhkəmə kollegiyası aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. İş üzrə birinci instansiya məhkəməsi iddiaçının 10 il güzəştli iş stajına malik olmaması qənaətinə gələrkən iddiaçının “əvəzçilik üzrə 0,5 ştat vahidi ilə həkimrentgenoloq vəzifələrində işləməsi” ilə əsaslandırmış, lakin bu zaman həmin hüquqi mövqeyini hər hansı bir maddi hüquq norması ilə təsdiq etməmiş, yəni birinci instansiya məhkəməsinin həmin qənaəti ümumiyyətlə əsaslandırılmamışdır. Bu barədə məhkəmə kollegiyası kassasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qərarındakı hüquqi mövqeyə uyğun olaraq qeyd edir ki, azı 10 il güzəştli iş stajının müəyyən edilməsi baxımından qanunvericilikdə “əvəzçilik üzrə 0,5 ştat vahidi ilə” deyilən meyar yoxdur. Digər tərəfdən qeyd edilməlidir ki, iddiaçının 10 ildən də artıq güzəştli staja malik olması iş materialları ilə tam təsdiq olunur. Belə ki, işə baxan məhkəmələr tərəfindən müəyyən edilmişdi ki, Respublika Diaqnostika Mərkəzi tərəfindən verilmiş 134 No-li xx.xx.2012-ci il tarixli arayışa əsasən İddiaçı xx.xx.1989-cu il tarixdən (xx.xx.1989-cu il tarixli 209 L saylı əmr) xx.xx.1993-cü il tarixinə qədər tam ştat vahidində, xx.xx.1993-cü il tarixindən (xx.xx.1993-cü il tarixli 134 L saylı əmr) xx.xx.2008-ci il tarixədək əvəzçilik üzrə (xx.xx.2007-ci il tarixli 85 ş/m saylı əmr) radioizotoplu tədqiqatlar şöbəsində həkim-radioloq vəzifəsində radioaktiv maddələrlə işləyib. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı tələb olunur. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir. Azərbaycan Respublikası Xüsusiləşdirilmiş Angioloji Mərkəzinin 25 saylı xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Angioloji və Mikrocərrahiyyə Mərkəzində (indiki Xüsusiləşdirilmiş Angioloji Mərkəzdə) xx.xx.2007-ci il tarixli 02 № saylı və xx.xx.2009-cu il tarixli 02 № saylı əmrlərinə əsasən xx.xx.2007-ci il tarixdən xx.xx.2009-cu il tarixədək qəbul diaqnostika şöbəsində əvəzçilik üzrə əlavə 0,5 ştat vahid maaş tarifində həkim rentgenoloq vəzifəsində çalışmışdır. Göstərilən müddət Azərbaycan Respublikası Nazirlər Kabineti xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş siyahı üzrə 19 bölmənin 3 bəndinə əsasən radioloji şöbədə çalışan “Həkim-rentgenoloqlar” güzəştli şərtlərlə yaşa görə və stajına daxil olmaqla əmək pensiyaya təminat verir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Onkologiya Mərkəzinin aydınlaşdırıcı arayışından görünür ki, Azərbaycan Respublikası Milli Onkologiya Mərkəzinin radionuklid diaqnostika şöbəsində şüa diaqnostikası üzrə həkim İddiaçı həqiqətən xx.xx.2018-ci il tarixdən (xx.xx.2018-ci il tarixli, əmr № 61-k) bu günə qədər əvəzçilik üzrə 0,5 ştat vahidində həmin şöbədə şüa diaqnostikası üzrə həkim vəzifəsində iş yerində 226 radiy 10 millikuridən artıq olan radioaktiv zəhərliyinin miqdarı olan ona ekvivalent olan radioaktiv maddələrlə həmin şöbədə generator Molebden-99/Texnesium-99m (Mo99/Tc99m) radioaktiv izotopun zəhərli təsiri zonasında işləyir. Göstərilən müddət Azərbaycan Respublikası Nazirlər Kabineti xx.xx.2007-cu il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş siyahı üzrə 19 bölməyə əsasən radioloji şöbədə çalışan işçilər güzəştli şərtlərlə yaşa görə və stajına daxil olmaqla əmək pensiyaya təminat verir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin 4/113-134 saylı xx.xx.2021-ci il tarixli məktuba əlavə edilmiş aydınlaşdırıcı arayışdan görünür ki, Azərbaycan Respublikası Milli Onkologiya Mərkəzinin radionuklid diaqnostika şöbəsində şüa diaqnostikası üzrə həkim İddiaçı həqiqətən xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixli əmr № 61-k) bu günə qədər əvəzçilik üzrə 0,5 ştat vahidində həmin şöbədə şüa diaqnostikası üzrə həkim vəzifəsində iş yerində 226 radiy 10 millikuridən artıq olan radioaktiv zəhərliyinin miqdarı olan ona ekvivalent olan radioaktiv maddələrlə həmin şöbədə generator Molebden-99/Texnesium-99m (Mo99/Tc99m) radioaktiv izotopun zəhərli təsiri zonasında işləyir. Göstərilən müddət Azərbaycan Respublikası Nazirlər Kabineti xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş siyahı üzrə 19 bölməyə əsasən radioloji şöbədə çalışan işçilər güzəştli şərtlərlə yaşa görə və stajına daxil olmaqla əmək pensiyaya təminat verir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin 26 saylı xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.2008-ci il tarixdən xx.xx.2018-ci il tarixinədək Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və X1 şöbədə şüadiaqnostiası üzrə həkim (həkim- rentgenoloq) vəzifəsində çalışmışdır. Nazirlər Kabinetinin 320 saylı xx.xx.1993- cü il tarixli qərarına əsasən güzəştli şərtlərlə pensiya hüququ verən 1 saylı siyahıya əsasən pensiyaya çıxmaq hüququ yaranır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq olunan “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahı”nın 19-cu bəndində: “Tibb və sosial təminat müəssisələri: həkim rentgenoloqlar, həmçinin rentgen cərrahiyyəsi və angioqrafiya kabinetlərində daimi məşğul olan həkimlər” peşəsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşə kimi nəzərdə tutulmuşdur. Hazırki iş üzrə kassasiya instansiyası məhkəməsinin qərarında da göstərilmişdi ki, iddiaçının yuxarıda göstərilən dövrlərdə işlədiyi peşələr adı çəkilən Siyahıda konkret olaraq ştat vahidi (daimi və ya yarımştat) göstərilmədiyindən 10 il güzəştli iş stajına malik olmaqla bağlı tələbə cavab verir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün ikinci şərt- 10 ildən az olmayan xüsusi stajı da tam olaraq tamamlanmış sayılır. Məhkəmə araşdırmaları zamanı o da müəyyən olundu ki, iddiaçının tələbinin təmin olunmasından imtina edən cavabdeh orqanın imtinasının əsaslarından biri də iddiaçının qanunla tələb olunan pensiya kapitalının tamamlanmaması ilə bağlıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş **********0 nömrəli xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, vətəndaş İddiaçı 2006-cı ilədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 12924,97 manat, 2006-cı ildən sonrakı dövr üçün isə 29052,19 manat olmaqla, cəmi pensiya kapitalı 41977,16 manat təşkil edir. Adı çəkilən şəxsin hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 43200,00 manat məbləğində hesablanmışdır. İş üzrə kassasiya instansiyası məhkəməsinin qərarında göstərilmişdi ki, “apellyasiya instansiyası məhkəməsi pensiya kapitalı ilə bağlı məsələyə dair faktiki olaraq heç bir araşdırma aparmadan, yəni iddiaçının pensiya işini tələb edib, oradakı məlumatları, rəqəmləri, hesablamaları öyrənmədən, bunun sayəsində cavabdehdən onun hesabladığı rəqəmlərin açıqlamasını yoxlayıb araşdırmadan, yalnız cavabdehin təqdim etdiyi 43.200,00 manat məbləğini həqiqi rəqəm kimi qəbul edərkən, İPM-in “İşin hallarının araşdırılması” adlanan 12-ci maddəsinin tələblərini pozmuşdur.” Bununla bağlı işin təkrar apellyasiya baxışı zamanı qeyd olunan halın araşdırılması məqsədilə məhkəmə kollegiyası tərəfindən müvafiq sorğular verilmişdir. Həmin sorğulara cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş **********9 nömrəli 18 iyul 2022-ci il tarixli və 07 sentyabr 2022-ci il tarixli cavab məktublarında göstərilmişdi ki, vətəndaş İddiaçı 2006-cı ilədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 14479,09 manat, 2006-cı ildən xx.xx.2020-ci il tarixədək olan dövr üçün isə fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı 24312,05 manat olmaqla, cəmi pensiya kapitalı 38791,14 manat təşkil edir. Adı çəkilən şəxsin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, xx.xx.2020-ci il tarixədək olan dövr üçün əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 44400,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı 38791,14 manat təşkil edir. Göründüyü kimi, məhkəmə icraatları dövründə iddiaçının istədiyi növdə pensiyaya çıxması üçün qanunla tələb olunan pensiya kapitalının və topladığı pensiya kapitalının dəqiq olaraq nə qədər olması ilə bağlı cavabdeh inzibati orqan tərəfindən ziddiyyətli məlumatlar təqdim olunmuşdur. Hazırki işə apellyasiya qaydasında tam və hərtərəfli baxılması üçün məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə 10 may 2020-ci il tarixə qədər İddiaçı güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq üçün qanunla tələb olunan pensiya kapitalının nə qədər təşkil etməsi, iddiaçının 10 may 2020-ci il tarixə qədər pensiya sığorta kapitalına yığılan vəsaitin nə qədər təşkil etməsi və əgər İddiaçı 55 yaşının tamam olduğu 10 may 2020-ci il tarixə qədər qanunla tələb olunan pensiya sığorta kapitalı tamamlanmırsa, həmin kapitalın hansı tarixdə tamamlanmasının müəyyən edilməsi məqsədlə iş üzrə DSMF publik Hüquqi Şəxsindən mütəxəssis cəlb edilməklə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş ekpsert rəyinin nəticə hissəsində qeyd edilmişi ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, ekspert qarşısında qoyulan suallara cavab olaraq mülki iş materiallarında olan sənədləri və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli **********9 saylı məktubu nəzərə alınmaqla, “Əmək pensiyaları haqqında" Qanunun 9.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına, 27.1-ci maddəsinə və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1- ci hissəsinə əsasən İddiaçı pensiya sığorta kapitalının yaşına münasibətdə hansı tarixdə tamamlanmasından asılı olmayaraq güzəştli iş stajının olmaması səbəbindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatının mümkün olmadığı müəyyən edilmişdir. Həmçinin kollegiya onu da qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli (29 iyun 2022-ci il tarixdə qüvvəyə minmişdir) Azərbaycan Respublikasının Qanununa əsasən 9.1ci maddə aşağıdakı redaksiyada verilmişdir: “Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.” Göründüyü kimi, hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsi ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasını tələb edən şəxslərə münasibətdə “pensiya kapitalı” tələb olunmur. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Məhkəmə kollegiyası iddiaçının 55 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixə onun ümumi və xüsusi iş stajının tamamlandığını, zərərli işlərdə işləməsi faktının işəgötürən müəssisələr tərəfindən təsdiq olunduğunu nəzərə alaraq hesab edir ki, hazırda qüvvədə olan qanunvericiliyin tələbinə görə güzəştli şərtlərlə pensiyaya çıxmaq üçün bu kateqoriya şəxlərə münasibətdə “pensiya kapitalının tələb olunmaması” ilə bağlı şərt “qazanılmış hüquq konsepsiyası” baxımından iddiaçıya da şamil olunmalıdır. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericiliyin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Bununla bağlı məhkəmə kollegiyası iddiaçının hüquqi vəziyyətini yaxşılaşdıran qanun normasının sonradan qəbul edilməsinə baxmayaraq onun qazanılmış hüququnun olduğunu nəzərə alaraq və ona münasibətdə də tətbiq olunması ilə razılaşaraq hesab edir ki, iddiaçıya 55 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmalıdır. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırki işdə iddiaçının tələbinin təmin olunmasını istisna edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyi üçün cavabdehin tələbin təmin olunmasından imtina etməsi əsassız olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir; 32.3-cü maddəsinə görə inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz; 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Qeyd olunanlara əsasən İddiaçı apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3222/2021 saylı 28 iyul 2021-ci il tarixli qərarı ləğv edilməli və iddiaçıya əmək kitabçasında və arayışlarda əksini tapmış işlədiyi bütün illər və təhsil aldığı illər sığorta stajına daxil edilməklə 55 yaşdan, yəni xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3222/2021 saylı 28 iyul 2021-ci il tarixli qərarı ləğv edilsin. İddia təmin edilsin. İddiaçı əmək kitabçasında və arayışlarda əksini tapmış işlədiyi bütün illər və təhsil aldığı illər sığorta stajına daxil edilməklə 55 yaşdan, yəni xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-76/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-76/2023
17.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver