Məhkəmə qərarları › İş №2-1(103)-761/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-761/2020

04.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-761/2020 04.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən), X3 və X2 ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Mənaf oğlunun (xx.xx.1946-cı il tarixdə Ucar rayonunun Qazıqumlax kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı plan-sxemin verilməsi tələbinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 oktyabr 2017-ci il tarixli, 2in(82)-695/2012 nömrəli üçüncü şəxs qismində cəlb edilməklə icraatın təzələnməsi barədə qərardadından işə cəlb edilməyən Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı xx.xx.2012-ci il tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və İstismari Birliyi tərəfindən 17660 saylı, 1990-cı il 15 avqust tarixli icarə müqaviləsinə əsasən iddiaçının istifadəsinə verilmiş Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivində yerləşən sahəsi 0,25 ha olan 23 “b” saylı bağ sahəsinin icarəçisi hesab edilməsi və müvafiq bağ sahəsinə dair plan-sxem verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 fevral 2012-ci il tarixli, 2in(82)- 695/2012 nömrəli qərarı ilə (hakim İ.Bayramova) iddia təmin edilmiş, Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və İstismari Birliyi tərəfindən 17660 saylı, 1990cı il 15 avqust tarixli icarə müqaviləsinə əsasən iddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivində yerləşən sahəsi 0,25 ha olan 23 “b” saylı bağ sahəsinin icarəçisi hesab edilmiş və müvafiq bağ sahəsinə dair plan-sxemin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. xx.xx.2012-ci il tarixdə qərar icra edilməsi üçün cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən xx.xx.2012-ci il tarixdə məhkəməyə daxil olmuş məktubda 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 fevral 2012-ci il tarixli, 2in(82)- 695/2012 nömrəli qərarının icra edilərək, Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyinin 17660 saylı, xx.xx.1990-cı il tarixli icarə müqaviləsinə əsasən İddiaçı Mənaf oğlu Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivində yerləşən sahəsi 0,25 ha torpaq sahəsi olan 23b saylı bağ sahəsinin icarəçisi hesab edilmiş və müvafiq bağ sahəsinə dair plan-sxem tərtib edilərək vətəndaşa verildiyi qeyd edilmişdir. xx.xx.2017-ci il tarixdə Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyəti ərizə ilə məhkəməyə müraciət edərək üçüncü şəxs qismində işə cəlb edilməklə icraatın təzələnməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 oktyabr 2017-ci il tarixli, 2in(82)- 695/2012 nömrəli qərardadı ilə (hakim X.İmanov) ərizə rədd edilmişdir. Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyəti həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və ərizənin təmin olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 09 mart 2018-ci il tarixli, 2-1(103)-771/2018 nömrəli qərardadı ilə (hakimlər C.Yusifov, V.Ağayev,A.Nuriyeva) 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 oktyabr 2017-ci il tarixli qərardadı ləğv edilmiş, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti üçüncü şəxs qismində işə cəlb olunmuş və iş onun iştirakı ilə təzələnib baxılması üçün həmin məhkəməyə göndərilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 iyul 2018-ci il tarixli, 2-1(82)- 3227/2018 nömrəli qərardadı ilə (hakim X.İmanov) Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)-695/2012 saylı, 14 fevral 2012-ci il tarixli qərarı ləğv edilmiş və işə mahiyyəti üzrə baxılması təzələnərək, məhkəmə iclası təyin edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23 may 2019-cu il tarixli, 2-1(82)- 150/2019 nömrəli qərardadı ilə (hakim X.İmanov) İddiaçı Mənaf oğlunun cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “bağ sahəsinin icarəçisi hesab edilmə və bağ sahəsinə dair plan sxemin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə” iddiası geri götürülmüş hesab edilmiş və bu əsasla da iş üzrə icraata xitam verilmişdir. xx.xx.2019-cu il tarixdə iddiaçı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 iyul 2018-ci il tarixli, 2-1(82)-3227/2018 nömrəli və 23 may 2019-cu il tarixli, 2-1(82)-150/2019 nömrəli qərardadlarından apellyasiya şikayətləri verərək, şikayətlərin təmin edilmələrini və qərardadların ləğv edilməsi barədə qərardadlar qəbul edilməsini xahiş etmişdir. xx.xx.2019-cu il tarixdə iddiaçı Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 09 mart 2018-ci il tarixli, 2-1(103)-771/2018 nömrəli qərardadından kassasiya şikayəti verərək, şikayətin təmin edilməsini və Bakı Apellyasiya Məhkəməsinin qərardadının ləğv edilməsini və işə təkrar baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. xx.xx.2019-cu il tarixdə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası (hakimlər Ü.Mayılov, M.Tağızadə, K.Abiyeva) 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 iyul 2018-ci il tarixli, 2-1(82)-3227/2018 nömrəli və 23 may 2019-cu il tarixli, 2-1(82)- 150/2019 nömrəli qərardadlarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə 2-1(103)-2350/19 saylı işi baxışdan çıxarmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(102)- 3290/2019 saylı, 27 noyabr 2019-cu il tarixli qərarı ilə (hakimlər İ.Hüseynov, N.Rəsulbəyova, Z.Quliyev) Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 09 mart 2018-ci il tarixli, 2-1(103)-771/2018 nömrəli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin icraatında olan hazırkı işlə əlaqədar Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin nümayəndəsi X5 tərəfindən 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 26 oktyabr 2017-ci il tarixli, 2in(82)- 695/2012 nömrəli qərardadından verilmiş apellyasiya şikayətinin geri götürülməsi ilə bağlı ərizə təqdim edilərək, apellyasiya şikayətinin geri götürülməsi xahiş olunmuşdur. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı ilə qarşılıqlı müzakirələr əsasında aralarında olan inzibati mübahisə artıq həll edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi həmin ərizənin qəbul edilməsinə etiraz etmədi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçının vəkili və Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxslərin iştirakları olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddiaçı ilə Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti arasında razılıq əldə olunduğunu, bu səbəbdən ərizənin təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin nümayəndəsi ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini, şikayətin geri götürülməsi barədə ərizəni araşdıraraq hesab edir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 oktyabr 2017-ci il tarixli, 2in(82)-695/2012 nömrəli qərardadından Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətitərəfindən verilmiş apellyasiya şikayətinin geri götürülməsi ilə bağlı müraciət qəbul edilməli və həmin şikayət üzrə apellyasiya icraatına xitam verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin geri götürülməsi tərəfin qanunla müəyyən edilmiş hüququdur və bu geri götürmə hər iki tərəfin qarşılıqlı mənafeyinə uyğun gəlir, başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 88.1-ci maddəsinə əsasən şikayət apellyasiya instansiya məhkəməsinin qərarı qanuni qüvvəyə minənədək geri götürülə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 88.3-cü maddəsinə əsasən şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir, apellyasiya şikayətinin geri götürülməsi birinci instansiya məhkəməsinin qərarının tanınmasına səbəb olur. Göstərilənləri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 26 oktyabr 2017-ci il tarixli, 2in(82)-695/2012 nömrəli qərardadından Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətitərəfindən verilmiş apellyasiya şikayətinin geri götürülməsi ilə bağlı ərizə qəbul edilməli və həmin şikayət üzrə apellyasiya icraatına xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 88, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 oktyabr 2017-ci il tarixli, 2in(82)- 695/2012 nömrəli qərardadından Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinin geri götürülməsi barədə ərizə qəbul edilsin. Həmin şikayət üzrə apellyasiya icraatına xitam verilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri Y.Səfərov küçəsi,14, 1193-cü məhəllə) İnzibati kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar