Məhkəmə qərarları › İş №2-1(103)-761/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-761/2021

08.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-761/2021 08.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Rüstəmova Vüsalə Dadaş qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı kompensasiyanın ödənilməsi tələbi barədə inzibati mübahisəyə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 30.09.2020-ci il tarixli, 2-1(112)-119/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə (bundan sonra Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 17.08.2017-ci il tarixdən 10.09.2017-ci il tarixədək Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirinin sərəncamında olmağının qanunsuz hesab edilməsi və 17.08.2017-ci il tarixdən 10.09.2018-ci il tarixədək sərəncamda olduğu müddət üçün (1 il 23 gün) aylıq pul təminatının tam həcmlə hesablaraq, ona ödənilməsi, 2017-ci ildə istifadə etmədiyi 45 günlük növbəti məzuniyyətə görə pul kompensasiyasının, 2017-ci ilin növbəti məzuniyyətinə çıxmalı olduğu halda ona verilməli olan, lakin verilməmiş vəzifə maaşı məbləğində pul təminatının, 2017-ci ilin hesabına maddi yardımın, 2017-ci ilin yekunlarına görə birdəfəlik pul mükafatının, 01.01.2018-ci il tarixdən 10.09.2018-ci il tarixədək olan xidmət müddətinin yekunlarına görə birdəfəlik pul mükafatının, 2018-ci ildə ehtiyata buraxılarkən ona verilməli olan 3 aylıq (90 günlük) növbəti məzuniyyətinin istifadə etmədiyi 45 günü üçün pul kompensasiyasının hesablanaraq, ona ödənilməsi və hərbi xidmət dövr istifadə etmədiyi əşya əmlakı əvəzinə pul kompensasiyasının alınması üçün müvafiq arayışın ona verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddia tələbini dəqiqləşdirərək məhkəmədən, onun Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirinin sərəncamında olduğu 17.08.2017-ci il tarixdən 10.09.2018-ci il tarixədək olan müddət üçün (1 il 23 gün) aylıq pul təminatının tam həcmdə hesablanaraq, ona ödənilməsi, 2017-ci ildə istifadə etmədiyi 45 günlük növbəti məzuniyyəti görə pul kompensasiyasının, 2017-ci ilin növbəti məzuniyyətə çıxmalı olduğu halda ona verilməli olan, lakin verilməmiş vəzifə maaşı məbləğində pul təminatının, 2017ci ilin hesabına maddi yardımın, 2017-ci ilin yardımına görə birdəfəlik pul mükafatının, 01.01.2018-ci il tairxdən 10.09.2018-ci il tarixdək olan xidmət müddətinin yekunlarına görə birdəfəlik pul mükafatının, 2018-ci ildə ehtiyata buraxılarkən ona verilməli olan 3 aylıq növbəti məzuniyyətinin istifadə etmədiyi 45 günü üçün pul kompensasiyasının hesablanaraq ona ödənilməsi və hərbi xidmət dövrü istifadə etmədiyi əşya əmlakı əvəzinə pul kompensasiyasının alınması üçün müvafiq arayışın ona verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 30.09.2020-ci il tarixli, 2-1(112)-119/2020 saylı qərarı ilə iddia tələbinin təmin edilməmişdir.(hakim N.Abıyev). Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, cavabdeh AR Cavabdeh tərəfindən ona kompensasiyanın ödənildiyini, hazırda aralarında heç bir mübahisənin olmadığını, iddiadan imtina etdiyini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə baxılmasını cavabdehin nümayəndəsinin iştirakı olmadan mümkün hesab etdi. Məhkəmə kollegiyası iddiaçının izahatını, iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, iddiaçının ərizəsi təmin edilməlidir. AR FHN-nin Xüsusi riskli xilasetmə xidmətinin məhkəməyə ünvanlandığı 04.10.2021ci il tarixli, 37/34-00709 saylı məktubunda bildirmişdir ki, 27.09.2021-ci il tarixində tutqular tutulandan sonra 9539 manat 13 qəpik pul İddiaçı Azərbaycan Beynəlxalq Bankındakı ******************** nömrəli hesabına ödənilmişdir. İddiaçı məhkəmə kollegiyasının iclasında verdiyi izahatında məktubda göstərilən məbləği bankdan aldığını, cavabdehə heç bir etirazın olmadığını və iddiadan imtina etdiyini göstərdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.2-ci maddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Məhkəmə kollegiyası iddiaçının tələbinin təmin oluduğunu nəzərə alaraq hesab edir ki, işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığından Bakı İnzibati Məhkəməsinin 30.09.2020-ci il tarixli, 2-1(112)-119/2020 saylı qərarı ləğv edilməli, ərizə təmin edilməli, iddiaçının iddiadan imtina edilməsi qəbul edilərək, iş üzrə icraata xitam verilməlidir. Şərh оlunаnlаrı nəzərə аlаrаq, Аzərbаycаn Rеspublikаsı İnzibati Prоsеssuаl Məcəlləsinin 88-ci mаddəsini rəhbər tutаrаq, məhkəmə kоllеgiyаsı qərara aldı: İddiaçı tərəfindən tərəfindən verilmiş ərizə təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 30.09.2020-ci il tarixli, 2-1(112)-119/2020 saylı qərarı ləğv edilsin. İddiaçının iddiadan imtina edilməsi qəbul edilsin və hazırkı iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilmir. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Səadət Bəktaşi Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar