Məhkəmə qərarları › İş №2-1(103)-761/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-761/2025

30.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-761/2025 30.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Abbasova Günel Məhərrəm qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" LTD MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-355/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından hər iki tərəfdən verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı "xxxx" LTD MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı mübahisələndirmə haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il il tarixli **********3159392 nömrəli qərarının ləğv edilməsini Bakı İnzibati Məhkəməsindən xahiş etmişdir. Sonradan isə iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək həmin qərardan buraxılımış iddia müdətinin bərpa edilməsini məhkəmədən xahiş etmiş və məhkəmənin 14 dekabr 2022-ci il tarixli qərardadı ilə, iddia üzrə buraxılmış prosessual müddət bərpa olunmuşdur. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “ ...Modern Trading LTD» MMC-yə vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2022-ci il tarixli **********3159392 nömrəli qərara əsasən 2019-cu ilin İ-ci rübündən 2021-ci ilin İ-ci rübünədək olan dövr üçün əlavə hesablanmış vergilər və ya icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqqlan üzrə 1415229,50 manat, vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta haqqında qavnunvericiliyin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarına görə 932058,29 manat olmaqla büdcəyə ödənilməli olan cəmi məbləğ 2347287,79 manat hesablanmışdır. Vergi orqanı tərəfindən qəbul edilmiş «Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2022-ci il tarixli **********3159392 nömrəli qərarının qanunsuz və əsassız olduğu hesab edilir. Mübahisələndirilən dövrlər üzrə cəmiyyət tərəfindən təqdim edilmiş mənfəət vergisi bəyannamlərində ümumi gəlirlər, ümumi gəlirdən çıxılan xərclər, vergiyə cəlb edilən mənfəət, mənfəət vergisi obyektiv olaraq bəyan edilmişdir. Lakin vergi orqanı vergi bəyannamələrində malların dəyəri qismində qeyd edilmiş xərclər ilə razılaşmır, həmin xərcləri iddiaçıya məlum olmayan səbəblərdən az göstərməklə qəbul ediblər. Bundan əlavə, cəmiyyət ƏDV bəyannamələrində vergiyə cəlb edilən dövriyyəni düzgün əks etdirməyib, sonradan həmin dövr üzrə dəqiqləşmiş bəyannamə təqdim edərək vergiləri yenidən hesablasa da, cavabdeh olan vergi orqanı hər hansı bir əsas olmadan dəqiqləşmiş bəyannaməni qəbul etməmiş, cəmiyyətə bu səbəbdən əsassız əlavə vergi hesablanmışdır. Bundan başqa, vergi orqanı malların invoys sənədlərinə istinadən yox, malların statistik qiymətlərini əsas gətirərək dövriyyəni süni şəkildə artırmaqla əlavə vergi öhdəlikləri yaradır...” Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd olunmasını xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: «… Baş idarənin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********147969 nömrəli qərarına əsasən xx.xx.2021-ci il tarixdə MMC-də yoxlama başlanılmış və xx.xx.2022-ci il tarixdə başa çatdırılaraq nəticələri xx.xx.2022-ci il tarixli **********148405 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmiş və həmin akt əsasındpa xx.xx.2022-ci il tarixli **********159392 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" qərar çıxarılmışdır. Yoxlama ilə əhatə olunan dövr ərzində vergi ödəyicisi ixtisaslaşdırılmamış topdansatış (daş kəsən dəzgah, transformator və hissələri, boya çəkmək üçün fırça, kondisioner, qranit daş, qranit plitələr, qranit mərmər, qranit qabro plitələr, isitmə sistemi radiotorları, lifli optik kabellər, kafel-metlax, televizor, qara metal qırıntıları və tullantıları, pambıq çiyidi və.s.) və tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri fəaliyyəti ilə məşğul olmuşdur. Səyyar vergi yoxlaması vergi ödəyicisinin vergi orqanında olan uçot baza məlumatları, yoxlamaya təqdim edilmiş ilkin sənədlər, bank əməliyyatları barədə məlumatlar və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırmalar Baş İdarəsi (bundan sonra-VCİABİ) və Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsi (bundan sonra-12 saylı ƏVBİ) tərəfindən keçirilən operativ vergi nəzarəti tədbirləri nəticəsində tərtib edilmiş məlumatlar əsasında aparılmışdır. Cəmiyyət tərəfindən 2019-cu il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində ümumi gəlir 2358078,55 manat, o cümlədən malların təqdim edilməsindən gəlir 2358078,55 manat, gəlirin əldə edilməsi ilə bağlı xərclər 2215443,77 manat, o cümlədən: əmək haqqı 16250,00 manat, sosial sığorta haqları 2732,33 manat, malın dəyəri üzrə xərclər 2193561,44 manat və icarə haqqı üzrə 2900,00 manat olmuşdur ki, nəticədə vergitutma məqsədləri üçün mənfəətin 142634,78 manat olmasına görə 28526,96 manat mənfəət vergisi hesablanmışdır. Müəyyən edilmişdir ki, cəmiyyət tərəfindən 2019-cu il üzrə malların təqdim edilməsindən gəlirin 1399215,95 manat çox, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlirin 14500,00 az, habelə gəlirin əldə edilməsi ilə bağlı olaraq xərclər isə 1638315,83 manat çox göstərilmişdir. Belə ki, 2019-cu il üzrə kameral vergi yoxlaması nəticəsində vergi ödəyicisində həmin təqvim ilinin oktyabr ayı üzrə mal qalığının olmaması əsas gətirələrək (Kargüzarlıq nömrəsi: **********305000) 1425000,00 manat dövriyyənin bəyan edilmədiyi bildirilmişdir. Lakin səyyar vergi yoxlaması ilə sözügedən uyğunsuzluğun öz təsdiqini tapmadığı aşkar edilmişdir. Həmin dövr üzrə mal qalığının olmaması barədə hər hansı təsdiqedici fakt olmadığına görə kameral vergi yoxlaması nəticəsində artırılmış 1425000,00 manat dövriyyə azaldılmışdır. Bundan başqa, cəmiyyət tərəfindən f/ş X4 (VÖEN: **********) 108 ədəd velosiped təqdim edilməsinə baxmayaraq 40284,00 manat (ƏDV-siz) malların təqdim edilməsindən gəlir MV bəyannaməsinin müvafiq sətrində əks etdirilməmişdir. Bundan savayı, yoxlama ilə əmtəə-material ehtiyatlarının hərəkəti vergi ödəyicisinin vergi orqanında olan uçot-baza məlumatlarına (idxal, alış-satış və.s.) əsasən tərtib edilmişdir ki, nəticədə malın maya dəyəri üzrə xərclərin 1650425,19 manat çox göstərilməsi müəyyən edilmişdir.Vergi orqanına daxil olmuş bank məlumatlarından və uçot-baza məlumatlarına əsasən cəmiyyət tərəfindən bu gəlirin əldə edilməsi ilə bağlı olan 2019-cu il üzrə 4240,37 manat bank xidməti üzrə xərclərin və 7868,99 manat digər xərclərin bəyan edilməməsi aşkar olunmuşdur ki, həmin xərclər səyyar vergi yoxlaması ilə bəyannamənin müvafiq sətrlərində əks olunmuşdur. Nəticədə yoxlama ilə 2019-cu il üzrə büdcəyə əlavə olaraq 50719,98 manat (1638315,83-1399215,95+14500,00)*20%)) mənfəət vergisi üzrə hesablamanın aparılması təklif olunur. Cəmiyyət tərəfindən 2020-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində ümumi gəlir 2212582,39 manat, o cümlədən malların təqdim edilməsindən gəlir 1521182,44 manat, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlir 691399,95 manat, gəlirin əldə edilməsi ilə bağlı xərclər 1092472,09 manat, o cümlədən: əmək haqqı 21983,00 manat, sosial sığorta haqları 4309,18 manat, malın dəyəri üzrə xərclər 1047184,19 manat, icarə haqqı üzrə 7400,00 manat, bank xidməti üzrə xərclər 7468,73 manat, siğorta üzrə xərc 846,00 manat, digər xərclər 3280,99 manat olmuşdur ki, nəticədə vergitutma məqsədləri üçün mənfəətin 1120110,30 manat olmasına görə 224022,06 manat mənfəət vergisi hesablanmışdır. Yoxlama ilə müəyyən edilmişdir ki, cəmiyyət tərəfindən 2020-ci il üzrə malların təqdim edilməsindən gəlir 488 888,88 manat çox, faizlər üzrə gəlirlər 9833,94 manat az, habelə gəlirin əldə edilməsi ilə bağlı olaraq xərclər isə 463178,72 manat çox göstərilmişdir. Yoxlama ilə 2020-ci il üzrə vergi orqanına təqdim edilmiş mənfəət vergisi bəyannaməsi araşdırılarkən müəyyən edilmişdir ki, vergi ödəyicisi tərəfindən pərakəndə satışdan 488 888,88 manat gəlir əks etdirilmişdir ki, 2020-ci il üzrə vergi ödəyicisinin vergi orqanında qeydiyyata alınmış NKA olmadığı, habelə yoxlamaya pərakəndə satışı əks etdirən ilkin sənədlər təqdim edilmədiyi üçün həmin gəlir yoxlama ilə azaldılmışdır. Bank məlumatlarına əsasən müəyyən edilmişdir ki, "xxxx" MMC tərəfindən "xxxx" MMCyə (VÖEN: **********) 2020-ci il üzrə 699800,00 manat borc verilmişdir ki, borc məbləğinə həmin borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi nəzərə alınmaqla 5804,00 faiz gəliri hesablanmışdır. Bundan savayı, yoxlama ilə əmtəə-material ehtiyatlarının hərəkəti vergi ödəyicisinin vergi orqanında olan uçot-baza məlumatlarına (idxal, alış-satış və.s.) əsasən tərtib edilmişdir ki, nəticədə malın maya dəyəri üzrə xərclərin 464394,95 manat çox göstərilməsi müəyyən edilmişdir. Vergi orqanına daxil olmuş bank məlumatlarından və uçot-baza məlumatlarına əsasən cəmiyyət tərəfindən bu gəlirin əldə edilməsi ilə bağlı olan 2020-ci il üzrə 318,12 manat bank xidməti üzrə xərclərin və 898,11 manat digər xərclərin az bəyan edilməsi aşkar olunmuşdur ki, həmin xərclər göstərilən məbləğdə artırılaraq səyyar vergi yoxlaması ilə bəyannamənin müvafiq sətrlərində əks olunmuşdur. Nəticədə yoxlama ilə 2020-ci il üzrə büdcəyə 3981,23 manat ((488888,88-5804,00- 464394,95+898,11+318,12)*20%) mənfəət vergisi üzrə hesablamanın müəssisə tərəfindən artıq aparılması müəyyən edilmişdir. Beləliklə, yoxlama ilə Vergi Məcəlləsinin 104.1-ci maddəsinin tələbinin pozulmasına görə müəssisəyə əlavə olaraq 46738,74 manat mənfəət vergisinin hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə müvafiq olaraq 2019-cu il üzrə azaldılmış 50719,97 manat mənfəət vergisi məbləğinin 50% miqdarında 25359,99 manat maliyyə sanksiyasının tətbiq edilmişdir. Müəssisə ƏDV məqsədləri üçün qeydiyyat haqqında ərizəni vergi orqanına təqdim etmiş və xx.xx.2019-cu il tarixli **********9 saylı ƏDV ödəyicisinin qeydiyyat bildirişini almışdır. Bildiriş xx.xx.2019-cu il tarixdən qüvvəyə minmişdir. Yoxlama ilə ƏDV üzrə xx.xx.2019-cu il tarixdən xx.xx.2021 -ci il tarixə qədər olan dövr əhatə olundu. Vergi ödəyicisinin vergi orqanına təqdim etdiyi bəyannamə məlumatlarına əsasən yoxlama ilə əhatə olunan dövr ərzində (xx.xx.2019-xx.xx.2021) büdcəyə 494525,03 manat ƏDV hesablamışdır. Vergi ödəyicisinin vergi orqanında olan uçot baza məlumatları, bank əməliyyatları barədə məlumatlar və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırmalar Baş idarəsi (bundan sonra- VCİABİ) və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş idarəsi (bundan sonra-12 saylı ƏVBİ) tərəfindən keçirilən operativ vergi nəzarəti tədbirləri nəticəsində tərtib edilmiş edilmiş məlumatlar əsasən müəyyən edilmişdir ki, cəmiyyət tərəfindən Vergi Məcəlləsinin 159.1 -ci və 166.1-ci maddələrinin tələbləri pozulmuşdur. Yoxlama ilə vergi ödəyicisi tərəfindən vergi tutulan əməliyyatın vaxtının düzgünlüyünün müəyyən edilməsi vəziyyəti araşdırılaraq ƏDV dövrləri üzrə müvafiq düzəlişlər aparılmışdır. Bundan əlavə, VCİABİ və 12 saylı ƏVBİ tərəfindən xx.xx.2021 -ci il tarixdə cəmiyyətə məxsus təsərrüfat subyektlərində operativ vergi nəzarətinin həyata keçirilməsi barədə müvafiq qərarlar qəbul olunmuş və nəticələri xx.xx.2021 -ci il tarixli aktlarla rəsmiləşdirilmişdir. Müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixə cəmiyyətə məxsus 755124,89 manat (ƏDV-siz) mal-material ehtiyatı olmuşdur. Yoxlama ilə əmtəə-material ehtiyatlarının hərəkəti vergi ödəyicisinin vergi orqanında olan uçot-baza məlumatlarına (idxal, alış-satış və s.) əsasən tərtib edilmişdir ki, nəticədə xx.xx.2021-ci il tarixə cəmiyyətə məxsus 5068132,69 manat (ƏDVsiz) mal-material ehtiyatlarının olduğu müəyyən edilmişdir. Beləliklə uçot məlumatlarına əsasən müəyyən olunan mal-material ehtiyatlarının vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti tədbirləri zamanı aşkar olunan mal-material ehtiyatları ilə fərq yaratdığı üçün malların faktiki olaraq vergi ödəyicisinin sahibliyində olmadığı aşkar edilmişdir. Bundan savayı müəyyən edilmişdir ki, müəssisə tərəfindən dövr ərzində tətbiq edilən ticarət əlavəsi 115,09% olmuşdur. Həmçinin nəzərinizə çatdırırıq ki, səyyar vergi yoxlaması zamanıda vergi ödəyicisinin təsərrüfat subyektlərinə baxış keçirilərək xx.xx.2021-ci il tarixli protokolla rəsmiləşdirilmişdir. Nəticədə vergi ödəyicisinin faktiki sahibliyində olmayan alış dəyəri ilə 4313007,80 manat (5068132,69-755124,89) mallara ticarət əlavəsinin tətbiq edilməsi nəticəsində 9276848,48 manat dəyərində olan mallar üzrə səyyar vergi yoxlaması ilə yoxlamanın əhatə etdiyi axırıncı hesabat dövrü olan 2021-ci ilin may ayına ƏDV hesablanmışdır. Həmçinin, 2019-cu ilin may ayı üzrə "xxxx" QSC tərəfindən 20000 manat, "xxxx" MMC tərəfindən 19629,5 və "xxxx" MMC tərəfindən ödənilmiş 50000 manat iddiaçı tərəfindən bəyan edilməmişdir. Beləliklə, 2021-ci ilin may ayı üzrə ümumilikdə 9366477,98 manat dövriyyə kənarlaşması müəyyən edilmiş, 1641429,78 manat ƏDV hesablanmışdır. Beləliklə, vergi ödəyicisinin yoxlama dövründə müəyyən edilmiş artıq hesablamaları nəzərə alınmaqla, yoxlama ilə büdcəyə əlavə olaraq 1356380,91 manat ƏDV hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən ayrı-ayrı aylar üzrə azaldılmış və ya yayındırılmış 1801286,66 manat vergi məbləğinin 50% miqdarında 900643,33 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Ödəmə mənbəyində vergilər üzrə 1-ci rüb 2019-cu il tarixdən 1-ci rüb 2021-ci il tarixədək olan dövr yoxlama ilə əhatə olunmuşdur. Yoxlama ilə aşkar edilmişdir ki, müəssisənin təsisçisi X2 tərəfindən yoxlama ilə əhatə olunan dövr ərzində (xx.xx.2019-xx.xx.2021) 2257810,78 manat müəssisəyə borc verilmiş və daxil olmuş borcun müəssisə tərəfindən 1616773,33 manatı geri qaytarılmışdır. Yoxlama ilə müəssisə tərəfindən təsisçidən alınmış pul vəsaiti borc kimi rəsmiləşdirildiyi üçün verilmiş borc məbləğinə həmin borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi nəzərə alınmaqla faizlər hesablanmış və təsisçiyə ödənilməli olan faiz məbləğlərindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, Vergi Məcəlləsinin 123.1-ci maddəsinin tələbinin pozulmasına görə 12109,93 manat ödəmə mənbəyi üzrə vergilər hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə azaldılmış və yayındırılmış 12109,93 manat vergi məbləğinin 50% miqdarında 6054,97 manat maliyyə sanksiyası tətbiq edilmişdir...” Bakı İnzibati Məhkəməsinin Məhkəməsinin 2-1(112)-355/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********183118 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarı və xx.xx.2024-cü il tarixli **********183648 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəlişin edilməsi haqqında” Qərarı ləğv edilmişdir. Hər iki tərəf həmin qərardan apellyasiya şikayəti vermişdir: iddiaçı qərarın əlavə dəyər və mənfəət vergisi üzrə hesablanmış borcları üzrə hissəsində ləğv edilib, həmin hissədə iddianın təmin edilməsi barədə, cavabdeh isə qərarın iddianın təmin edilən hissəsində ləğv edilibhəmin hissədə iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Apellyasiya şikayətləri Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. İddiaçının apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır. “...Məhkəmənin xx.xx.2024-cü il tarixli qərarı kifayət qədər əsaslı deyildir. Belə ki, təqdim edilmiş iş materiallarına əsasən cəmiyyət tərəfindən yoxlama ilə əhatə olunan dövr ərzində (xx.xx.2019- xx.xx.2021) 2257810,78 manat müəssisəyə borc verilmiş və daxil olmuş borcun müəssisə tərəfindən 1616773,33 manatı geri qaytarılmışdır. Yoxlama ilə müəssisə tərəfindən təsisçidən alınmış pul vəsaiti borc kimi rəsmiləşdirildiyi üçün verilmiş borc məbləğinə həmin borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi nəzərə alınmaqla faizlər hesablanmış və təsisçiyə ödənilməli olan laiz məbləğlərindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməsi göstərilmişdir. Bununla bağlı bildirilir ki, VM-nin 123-cü maddəsinin tələblərinə əsasən rezident kredit təşkilatlarına və ya bank əməliyyatları aparan iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən vergi borclarının hesablanmasında böyük uyğunsuzluqlar və ziddiyyətlər mövcuddur, bu hallar isə vergi ödəyicisinin əleyhinə təvsir oluna bilməz. Qərarın əlavə dəyər vergisi və mənfəət vergisi üzrə müəyyən edilmiş məbləğləri mübahisəli olmaqla yanaşı, vergi ödəyicisinin borcu kimi hesablanmasına əsas ola bilməz...” Cavabdehin apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır. “...Məhkəmə öz qərarını ekspert rəyi ilə əsaslandıraraq qeyd etmişdir ki, məhkəmə mühasibatlıq ekspertizası ÖMV üzrə cavabdeh tərəfindən aparılmış hesablamaların səhv olması halı müəyyən edilmişdir. Məhkəmə öz qərarını əsaslandırarkən yalnız ekspert rəyinə əsaslanmış, əlavə araşdırma aparmadan qərar qəbul etmişdir. Bir daha qeyd edilir ki, müəssisə tərəfindən təsisçidən alınmış pul vəsaiti borc kimi rəsmiləşdirildiyi üçün verilmiş borc məbləğinə həmin borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi (əsas: https://www.cbar.az/page-42/monetaryindicators#page-4) nəzərə alınmaqla faizlər hesablanmış və təsisçiyə ödənilməli olan faiz məbləğlərindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməmişdir. Yoxlama ilə aşkar edilmişdir ki, müəssisənin təsisçisi X2 tərəfindən yoxlama ilə əhatə olunan dövr ərzində (xx.xx.2019-xx.xx.2021) 2 257 810,78 manat müəssisəyə borc verilmiş və daxil olmuş borcun müəssisə tərəfindən 1 616 773,33 manatı geri qaytarılmışdır. Yuxarıda qeyd olunanlara əsasən qeyd etməyi zəruri hesab edirik ki, məhkəmə mübahisənin düzgün həlli üçün zəruri olan mühüm xüsusatları nəzərdən qaçırmış, iddianın təmin edilmiş hissəsində məhkəmə baxışı zamanı qanunvericiliyin tələbləri tam araşdırılmamış, iddia tələbi üzrə qanuni və əsaslı olmayan qərar qəbul etmişdir. Azərbaycan Respublikasının Vergi Məzəlləsinin 16.1.3, 23.1.1, 24.0.1-24.0.1, 67.1. (67.1.1-671.9), 83.7 və 130.2-ci maddələrinin tələblərinəzərə aalınmaqla, məhkəmə qərarının əsası kimi istinad olunanlar və gətirilən dəlillər həm işin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə uyğun olmadığından Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 355/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qərarı iddianın təmin edilmiş hissəsində qanuni və əsaslı deyildir. Odur ki, iddianın təmin edilmiş hissəsində qərar ləğv edilməlidir...” Məhkəmə kollegiyasının iclaslarında iştirak edən cavabdehin nümayəndəsi öz apellyasiya şikayətinin təmin, iddiaçının apellyasiya şikaytinin isə rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasları barədə xəbərdar edilmiş iddiaçı (nümayəndəsi) məhkəmə iclaslarına gəlməmiş, İPM-in 62-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə tərəflərin apellyasiya şikayətləri təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 13.2.12-ci maddəsinə əsasən gəlir – malların (işlərin və xidmətlərin) təqdim edilməsi ilə bağlı əməliyyatların ümumi dəyəri, habelə satışdankənar gəlir. Vergitutma məqsədləri üçün gəlirin əldə edilmə vaxtı bu Məcəllənin 132-ci və 135-ci maddələri ilə müəyyən olunur. 13.2.16-cı maddəsinə əsasən Azərbaycan mənbəyindən gəlir: 13.2.16.5. Azərbaycan Respublikasındakı sahibkarlıq fəaliyyəti ilə əlaqədar:vergi ödəyicisinin borclarının onun kreditorları tərəfindən silinməsindən; bu Məcəllənin 114.7-ci maddəsinə uyğun olaraq gəlirə daxil edilmiş əsas vəsaitlərin təqdim edilməsindən;xərclərin bu Məcəllənin 141-ci maddəsinə uyğun olaraq kompensasiya edilməsindən və ya ehtiyatların azalmasından gəlirdir 16.1.3. qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin, 24.1-ci maddəsinə əsasən vergi qanunvericiliyinə tam və dəqiq riayət etmək vergi orqanları – borcludur. 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; 38.1-ci maddəsinə əsasən səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. 49.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində aşağıda göstərilən qərarlardan birini çıxarır: 49.1.1. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi; 49.1.2. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması; 49.1.3. əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında; 49.1.4. əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın qüvvədə saxlanılması; 49.1.5. əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın tam və ya qismən ləğv edilməsi və ya qərara dəyişikliklər edilməsi; 49.1.6. yeni qərarın qəbul edilməsi. 58.1-ci maddəsinə əsasən verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. 104.1-ci maddəsinə əsasən 105.1. Müəssisələrin mənfəətindən 20 faiz dərəcəsi ilə vergi tutulur. rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından. 102.1-ci maddəsinə əsasən əiziki şəxslərin aşağıdakı gəlirləri gəlir vergisindən azaddır: 108.1-ci maddəsinə əsasən bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Gəlirdən çıxılan xərclər qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməlidir. Qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməyən xərclərin gəlirdən çıxılmasına yol verilmir. 102.1.22-ci maddəsinə əsasən fiziki şəxslərin aşağıdakı gəlirləri gəlir vergisindən azaddır. 122.4-cü maddəsinə əsasən cəmiyyətin fəaliyyəti zamanı əldə edilmiş aktivlərin, o cümlədən pul vəsaitlərinin (təsisçiyə borcların verilməsi və ya alınmış borcların əvəzinin qaytarılması istisna olmaqla) təsərrüfat fəaliyyətinin məqsədlərindən kənar digər məqsədlər üçün təsisçiyə verilməsi, habelə təsisçinin digər şəxslərə olan borclarının əvəzinin ödənilməsi vergitutma məqsədləri üçün dividend ödəmələrinə bərabər hesab edilir və bu zaman bu Məcəllənin 122.1-ci maddəsi ilə ödəmə mənbəyində vergi tutulur. 123.1-ci maddəsinə əsasən rezident fiziki şəxsə, qeyri-rezident fiziki şəxsin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinə (maliyyə lizinqini həyata keçirən fiziki şəxslər istisna olmaqla) və Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyrirezidentə rezident tərəfindən və ya qeyri-rezidentin daimi nümayəndəliyi tərəfindən, yaxud bu cür nümayəndəliyin adından ödənilən faizlərdən, o cümlədən maliyyə lizinqi əməliyyatları üzrə ödənilən ssuda faizlərindən, gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, bu Məcəllənin 102.1.22-ci və 102.1.22-2-ci maddələrində nəzərdə tutulmuş güzəşt nəzərə alınmaqla ödəniş mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur; 153.1-ci maddəsinə əsasən əlavə dəyər vergisi (bundan sonra – ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. 173.1-ci maddəsinə əsasən ƏDV-nin dərəcəsi hər vergi tutulan əməliyyatın və hər vergi tutulan idxalın dəyərinin 18 faizidir. Konkret halda, işin hallaından göründüyü kimi birinci instansiya məhkəməsinin iddianın qismən təmin olunması barədə qərarından hər iki tərəf apellyasiya şikayəti vermiş, iddiaçı birinci instansiya məhkəməsinin qərarını iddianın təmin edilməyən hissəsində, cavabdeh isə iddianın təmin edilən hissəsində mübahisələndirərək hər tərəf özünə münasibətdə apellyasiya şikayətinin təmin olunması məhkəmədən xahiş edir. İş materialları araşdırıldıqda, birinci instansiya məhkəməsinin iddianın qismən təmin olunması barədə qərarı əsaslıdır və tərəflərin apellysiya şikayətlərinin təmin olunması üçün əsaslar müəyən olunumur. Belə ki, iş materiallarından aydın olur ki, iddiaçı ixtisaslaşdırılmamış topdansatış (daş kəsən dəzgah, transformator və hissələri, boya fırçası, kondisioner, qranit daş, qranit plitələr və s.) və tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi kimi qeydiyyatdan keçmişdir. Cavabdeh vergi orqanının xx.xx.2021-ci il tarixli qərarına əsasən xx.xx.2019xx.xx.2021-ci ilədək olan dövr üzrə iddiaçının fəaliyyəti üzrə səyyar vergi yoxlaması keçirilmiş, nəticəsi xx.xx.2022-ci il tarixli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Daha sonra, həmin akt əsasında qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il il tarixli qərarla iddiaçıya ümumilikdə 1.aşağıdakı əlavə vergilər hesablanmış, maliyyə sanksiyaları tətbiq olunmuşdur: -mənfəət vergisi üzrə: 2019-cu il üçün 50719,97 manat; 2020-ci il üçün “0”; -əlavə dəyər vergisi üzrə: 2019-cu il üçün “0”; 2020-ci il üçün “0”; 2021-ci il üçün 1643028,65 manat; - ödəmə mənbəyində tutulan: 2019-cu il üçün 7927,06 manat; 2020-ci il üçün 4182,87 manat; - ümumilikdə, iddiaçıya artıq ödəmələri də nəzərə alınmaqla, 1.705.838,55 manat məbləğində əlavə vergi hesabanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə müafiq olaraq maliyyə sanksiyaları tətbiq olunmuşdur. İşdən görünür ki, işin mürəkkəbliyi nəzərə alınaraq, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Mərkəzin aparıcı eksperti (Toğrul Cəfərli) tərəfindən tədiqat aparılaraq 19 fevral 2024-cü il tarixdə 9/268 nömrəli rəy verilmişdir: Həmin rəydən görünür ki, ekspert tərəfindən iş materiallarına əsasən aparılmış tədqiqat zamanı aşağıdakılar müəyyən olunmuşdur: Mənfəət vergisi üzrə: 2019-cu ilin mənfəət vergis üzrə cəmiyyət tərəfindən vergi orqanına təqdim edilmiş mənfəəət vergisi bəyannaməsi üzrə ümumi gəliri 2359078,55 manat, (malların təqdim edilməsindən 2358078,55 manat, sosial sığorta haqlarından 2732,33 manat, malın dəyəri üzrə zxrclər 2193561,44 manat, icarə haqqı üzrə 2900 mana), vergitutma məqsədləri üçün hesablanan mənfəət 142634,78 manat, VM-nin 105-ci maddəsinə əsasən həmin məbləğdən 20 faiz dərəcəsi ilə tutulan mənfəət vergisi 28526,96 manat olmuş; -yoxlama ilə müəyyən edilmişdir ki, cəmiyyət tərəfindən cəmiyyət tərəfindən malların təqdim edilməsindən 1399215,95 manat çox, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlirin 14500,00 manat az, gəlirin əldə edilməsi ilə bağlı xərclər 1638315,83 manat çox göstərilməklə, nəticədə həmin il üzrə büdcəyə əlavə olaraq 50719,98 manat mənfəət vergisi ((1399215,95+14500,00+1638315,83)x20%) hesablanmışdır. -ekspert tədqiqatı ilə müəyyən edilmişdir ki, cəmiyyət tərəfindən 2019-cu il üzrə malların təqdim edilməsindən gəlir 1399215,95 manat çox, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlirin 14500,00 az, habelə gəlirin əldə edilməsi ilə bağlı xərclərin isə 1638315,83 çox göstərilmişdir. Təqdim olunmuş bank məlumatlarından və uçot-baza məlumatlarına əsasən isə gəlirin əldə edilməsi ilə bağlı həmin iz üzrə xərclər 4240,37 manat , bank xidməti üzrə xərclər 7868,99 manat məbləğində- digər xərclər bəyan edilmədiyi müəyyən olumuşdur. Nəticədə yoxlama ilə 2019-cu iş üzrə büdcəyə əlavə olaraq hesablanmış 50719,98 () manat mənfəət vergisinin düzgünlüyü müəyyən edilmiş, bundan başqa, iddiaçının təqdim edilmiş sənədlər əsasən 2020-ci ilin mənfəət vergisi üzrə büdcəyə 3175,24 manat artıq hesablama apardığı öz təsdiqini tapmışdır(Artıq ödəmə nəzərə alındığında 46738,4 manat mənfəət vergisinin az hesablandığı müəyyən olunur) Əlavə dəyər vergisi üzrə: - cəmiyyət tərəfindən vergi orqanına təqdim edilmiş bəyannamə məlumatlarına əsasən yoxlama ilə əhatə olunan dövrdə büdcəyə 494525,03 manat ƏDV hesablanmış; -yoxlama zamanı, Vergi cinayətləri ibtidai araşdırma Baş idarəsini tərəfindən aparılmış operativ vergi nəzarət tədbirinin nəticələrinə dair tərtib olunmuş xx.xx.2021-ci il tarixli akta əsasən həmin tarixə cəmiyyətə məxsus ƏDV-siz 755124,89 manat, eyni zamanda, uçotbaza məlumatlarına (idxal, alış-satış və s.)əsasən ona məxsus (ƏDV-siz) 5068132,69 manat - məbləğində mal-material ehtiyatı müəyyən edilmişdir. Beləliklə də, həmin məlumatlar arasındakı fərq miqdarında malların iddiaçının sahibliyində faktiki olaraq malların iddiaçı sahibliyində olmadğı müəyyəən edilmiş, eyni zamanda, həmin dövr ərzində iddiaçının 115,09% ticarət əlavəsi tətbiq etməsi nəticəsində faktiki sahibliyində olmayan alış dəyəri ilə 4313007,80 (5068132,69-755124,89) manat məbləğində mallara ticarət əlavəsi təbiq olunmuş və ******* manat dəyərində malların sonuncu hesabat dövrü üzrə 2021-ci ilin may ayına büdcəyə əlavə olaraq 1356380,91 manat ƏDV hesablanmışdır. -ekspert tədqiqatı ilə isə müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixinə cəmiyyətə məxsus ƏDV-siz 755124,89 mal material ehtiyatınınvergi ödəyicisinin vegi orqanında olan məlumatlarına (idxal, alış-satış və s.) əsasən tərtib edilmiş əmtəə-material ehtiyatlarının hərəkətlərinə əsasən xx.xx.2021-ci il tarixə cəmiyyətə məxsus ƏDV-siz 5068132,69 manatlıq mal-material ehtiyatlarının olduğu müəyyən edilmiş, nəticədə vergi ödəyicisinin faktiki sahibliyində olmayan alış alış dəyəri ilə 4313007,80 (5068132,69 -755124,89) manat məbləğində mallara vergi orqanı tərəfindən ticarət əlavəsinin tətbiq edilməsi nəticəsində 9276848,48 manat dəyərində mallar üzrə 2021- ci ilin may ayına (artıq ödəmələr də nəzərə alınmaqla) yoxlama ilə iddiaçının büdcəyə 1356380,91 manat ƏDVnin az hesabladığı, bununla da, həmin hissədə vergi orqanının qərarının düzgünlüyü aşkar olunmuşdur. Ödəmə mənbəyində vergi üzrə: -yoxlama ilə müəyyən edilmişdir ki, yoxlamanın əhatə etdiyi xx.xx.2019-xx.xx.2021 dövrü ərzində cəmiyyətin təsisçisi 2257810,78 manat mbləğində müəsissəyə borc vermiş və cəmiyyət tərəfindən həmin borcun 1616773,33 manatı ona geri qaytarılmışdır. Həmin borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi nəzərə alınmaqla, faizlər hesablanmış və təsisçiyə ödənilməli olan faiz məbləğlərindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi (116618,74 manat) tutulub dövlət büdcəsinə ödənilməli olduğu halda, 104508,81 manat hesablanmış, bununla da VM-nin 123.1-ci maddəsinin tələbləri pozulduğu üçün VM-nin 123.1-ci maddəsinin tələbinə əsasən iddiaçıya 12109,93 (116618,74-104508,81) manat məbləğində ödəmə mənbəyində vergi hesablanmışdır. -ekspert tərəfindən isə tədqiqat zamanı Vergi Məcəlləsinin VM-nin 123-cü maddəsinin tələblərinə əsasən rezident kredit təşkilatlarına və ya bank əməliyyatları aparan şəxslərə, maliyyə lizinqini həyata keçirən rezident şəxslərə və ya qeyri-rezident bankların, maliyyə lizinqini həyata keçirən qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinə kreditlər (ssudalar), depozitlər (hesablar) üzrə ödənilən faizlər istisna olmaqla, rezident tərəfindən və ya qeyri-rezidentin daimi nümayəndəliyi tərəfindən, yaxud bu cür nümayəndəliyin adından ödənilən faizlərdən, o cümlədən maliyyə lizinqi əməliyyatları üzrə ödənilən ssuda faizlərindən, gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, bu Məcəllənin 102.1.22-ci maddəsində nəzərdə tutulmuş güzəşt nəzərə alınmaqla ödəniş mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur. Lakin, vergi orqanı tərəfindən aparılmış hesablamalar zamanı VMdə nəzərdə tutulmayan qaydada borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi nəzərə alınmaqla faiz gəlirləri hesablanmış və həmin faiz məbləğindən ÖMV hesablanmışdır (Başqa sözlə, həmin hissədə verginin düzgülüyü müəyyən olunmamışdır) . Beləliklə də ekspert tərəfindən son nəticədə rəyin təqiqi hissəsində göstərilənlər nəzərə alınmaqla, xx.xx.2022-ci il tarixli **********148405 nömrəli Səyyar vergi yoxlaması Aktı ilə əlavə olaraq hesablanmış (artıq hesablanmış vergilər çıxılmaqla) 46738,74 manat məbləğində mənfəət vergisi və 1356380,91 manat məbləğində ƏDV dövlət büdcəsinə az hesablandığının düzgün olduğu, həmin dövr üzrə hesablanmış 12109,93 manat məbləğində ÖMV-nin isə düzgün hesablanmadığı müəyyən edilmişdir. Qeyd olunanlardan göründüyü kimi, ekspert tərəfindən ona təqdim olunmuş iş materialları üzrə iddiaçının yoxlama ilə əhatə olunan dövrün hesabatları, cavabdeh vergi orqanının yoxlama aktında aşkar olunan faktlar hərətərəfli tədqiq olunmuş və aşkar olunmuş faktlar vergi qanunvericiliyinin tələbləri qaydasında təhlil olunmaqla hər iki tərəfin hesablamalarının düz-olub-olmamasına qiymət verilmişdir. Beləliklə də, göstərilənləri nəzərə alan məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən ekspert rəyində göstərilən həmin nəticələr sübut əhəmiyyətli məlumatlar kimi qiymətləndirilməsi və buna müvafiq olaraq iddianın qismən təmin olunması barədə qəbul etdiyi qərar işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun hesab edilməlidir. Qeyd olunanlar baxımından məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın qismən təmin olunmasını mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndirir. Ona görə də məhkəmə kollegiyası, hər iki tərəfin apellyasiiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının onların xeyrinə olmayan hissəsində əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, apellyasiya şikayətləri təmin olunmadan, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-355/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 69, 70, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Tərəflərin apellyasiya şikayətləri təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-355/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Hazırkı qərardan təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar