Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-762/2022 04.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Həmidov Həmid Üzeyir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil (Bakı şəhəri 6 saylı Vəkil Bürosu) iştirakı ilə, İddiaçı (xx.xx.1960-cı il tarixində ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X21 Xüsusi Şərtlərlə X4rşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli, 2-1(112)-3582/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı 14.01.2021-ci il tarixində cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X21 Xüsusi Şərtlərlə Təyinat X20 (bundan sonra Filial) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 60 yaşının tamam olduğu 05 avqust 2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququnun yarandığını nəzərə alaraq, ona həmin tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 05 avqust 1960-cı il tarixdə Azərbaycan Respublikasının Neftçala rayonunda anadan olmuşdur. 1978-ci ilin dekabr ayının 1-dən X17 İdarəsinin Kür ağzı Balıqçılıq Təsərrüfatında İİİ dərəcəli fəhlə kimi əmək fəaliyyətinə başlamış, 27 dekabr 1978-ci il tarixdə hərbi xidmətə çağırışla əlaqədar işdən azad edilmişdir. 03 yanvar 1979-cu il tarixdən 09 dekabr 1980-ci il tarixədək sovet ordusunda hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən sonra yenidən 02.02.1981-ci ildən 16.11.1981-ci il tarixədək Balıqçılıq İdarəsinin Hövzə təsərrüfatında motorist peşəsində işləmişdir. 1981-ci ilin sentyabr ayının 25-dən "Qafqazenerjiquraşdırma Trestinin” Abşeron Quraşdırma İdarəsinin Bakı quraşdışrma sahəsində 3-cü dərəcəli boruçəkmə çilingəri peşəsində işləməyə başlamış, 1983-cü ilin mart ayının 26-dan 4-cü dərəcəli boruçəkmə çilingəri, 1989-cu ilin yanvar ayının 1-dən texnoloji boruçəkmə işləri üzrə 4-cü dərəcəli quraşdırıcı, 1994-cü ilin yanvar ayının 3-dən 5-ci dərəcəli boruçəkmə çilingəri dərəcəsi almışdır. 1996-cı ilin may ayının 06-da öz xahişi ilə həmin idarədə işdən azad edilmişdir. 14.05.2001-ci il tarixdən 01.07.2001-ci il tarixədək, habelə 15.08.2001-ci il tarixdən Abşeron Quraşdırma İdarəsində 5-ci dərəcəli quraşdırıcı çilingər işləmişdir. 01.10.2001-ci il tarixdən Abşeron Quraşdırma İdarəsinin adı dəyişdirilərək "xxxx" ATSC adlandırılmışdır. O, həmin səhmdar cəmiyyətdə əmək fəaliyyətini davam etdirərək 01.04.2002-ci ildən 6-cı dərəcəli quraşdırıcı çilingər peşəsinə keçirilmiş və 28.07.2002-ci il tarixdə əmək müqaviləsi müddətinin başa çatması ilə əlaqədar işdən azad edilmişdir. “Qafqazenerjiquraşdırma” Tresti keçmiş SSRİ-nin Energetika və Elektrikləşdirmə Nazirliyinin tərkibində olan ittifaq tabeçilik trest olmaqla, Şimali Qafqazda, Zaqafqaziya Respublikalarında və Türkmənistanda istilik və atom elektrik stansiyalarının enerji bloklarının, İstilik-Elektrik Mərkəzlərində qazanların, turbinlərin quraşdırılması üzrə ixtisaslaşmış quraşdırma müəssisəsi olmuşdur. O, həmin trestin Abşeron Quraşdırma İdarəsində işləyərkən Azərbaycan DRES-in hər birinin gücü 300 meqavat olan 8 enerji blokundan 7-sinin (2-8-ci enerji bloklarında) quraşdırılmasında iştirak etmişdir. Həmin obyektdə gələcəkdə 250 atmosfer təzyiqi altında və 520 dərəcə selsi temperaturda işləyəcək xüsusi təyinatlı qaz borularının quraşdırılması işlərini yerinə yetirmiş, Sumqayıt şəhərində 1 və 2 №-li İstilik-Elektrik Mərkəzlərində, FP-300 qurğusunda, Superfosfat zavodunda, Bakı şəhərində, "Qırmızı-Ulduz" İEM-də, 2 №-li İEM-də, Neftyağ zavodunda unikal qurğuların quraşdırılmasında, Volqadonsk Atom-Elektrik stansiyasının, Astarxan İEM-nin, Krasnovodsk İEM-nin, Aşqabad İEM-nin, Marı İEM-nin quraşdırılmasında, təmirində və yenidənqurulması işlərində çalışmışdır. Həmin obyektlərdə böyük həcmli metal konstruksiyalarının, boruların quraşdırılması qaz kəsmə və qaz qaynaq işlərinin, arqonla qaynaq işlərinin, əl ilə elektrik qaynaq işlərinin yerinə yetirilməsi işləri icra edilmişdir. O, 08.08.2002-ci il tarixdən 25.10.2004-cü il tarixədək, daha sonra 24.10.2007ci il tarixdən 03.12.2008-ci il tarixədək və 26.05.2014-cü il tarixdən 30.03.2018-ci il tarixədək fasilərlə AZFEN X1raşdırılması işlərində işləmişdir. "xxxx" X18-063, AzfD73 və Azf086 layihələri çərçivəsində Səngəçal neft terminalı və Şahdəniz Layihəsi üçün mürəkkəb texnoloji qurgular hazırlanmış və dənizdə quraşdırılmışdır. 27.10.2004-cü ildən 22.10.2007-ci il tarixədək "xxxx" ASC-də quraşdırıcı peşəsində işləmişdir. Bundan sonra da o, "xxxx" MMCdə, "xxxx" ASC-də, "xxxx" MMC-də 6-cı dərəcəli quraşdırıcı peşəsində işləmişdir. "X22" ASC-də və eyni adlı MMC-də işləyərkən "Maqdermat" şirkətinin sifarişi ilə "Şahdəniz" Layihəsi üçün metal konstruksiyalar quraşdırılmışdır. "xxxx" ASC-də "xxxx" MMC-də, Sumqayıt Texnologiyalar parkında işləyərkən Bayraq meydanında, Metaləritmə sexinin qaz boru xəttində arqon qaynaq işlərini icra etmiş, Ağır Sənaye və maşınqayırma zavodu tikintisində X3 işləri icra edilmişdir. 11.03.2019-cu il tarixdən "BOS Şelf' MMC-də X3 üzrə quraşdırıcı peşəsində işləyir və halhazırda həmin müəssisədə işini davam etdirir. "BOS Self” MMC-də BİPİ şirkətinin, Total Şirkətinin və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sifarişləri ilə X8raşdırılmışdır. Onun işlədiyi iş sahələri və peşələr, cüzi istisnalarla güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalat sahələrinə və peşələrə aiddir. İşlədiyi işlərin güzəştli iş sahələrinə aid olması keçmiş "Qafqazenerjiquraşdırma" X7 İdarəsinin bazasında yaradılmış "xxxx" ASC-nin, "xxxx" ASC-nin AZFEN B.M-nin, "xxxx"xxxx"xxxx"xxxx"BOS Şelf' MMC-nin müvafiq arayışları ilə də təsdiq olunur. Həmin iş sahələri və peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş 2 №-li Siyahının XXVİİ-ci və XXXİİİ-cü fəsillərində və 23 yanvar 2007-ci il tarixli 12 №-li Qərar ilə təsdiq edilmiş Siyahının 29-cu və 35-ci bölmələrində nəzərdə tutulmuşdur. Onun 60 yaşının tamam olduğu 05 avqust 2020- ci il tarixə ümumi əmək (sığorta) stajı 35 il 5 ay, güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən işlərdə isə sığorta stajı 32 il 8 ay 12 gün təşkil edir. Bundan sonra da işini davam etdirir. Ona görə də "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə görə ona 60 yaşına çatdığı vaxtdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməlidir. Cavabdeh Filial 18 noyabr 2020-ci il tarixli, **********5 №-li məktubla onun güzəştli şərtlərlə 60 yaşından əmək pensiyası təyin edilməsi barədə 17.09.2020-ci il tarixli ərizəsini təmin etməmişdir. İmtina məktubunun tarixi 18 noyabr 2020-ci il qeyd edilsə də ona 10 dekabr 2020-ci il tarixdə verilmişdir. Bakı İnzibati Məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli, 2-1(112)-3582/2021 nömrəli qərarı ilə (hakim Ş.Həsənova) iddia tələbi təmin edilmiş, İddiaçı 05.08.2020-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X21 Xüsusi Şərtlərlə Təyinat X19 üzərinə qoyulmuşdur. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tələb edilən güzəştli iş stajını toplamamışdır. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak etmiş iddiaçı apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etmişdir. Cavabdeh məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli, 2-1(112)-3582/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarına əsasən: - AZE 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1960-cı ildə Neftçala şəhərində doğulmuşdur. - İddiaçı məxsus NZ ******* №-li hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı 03.01.1979-cu ildən 09.12.1980-ci ilə qədər (1 il 10 ay 29 gün) Sovet ordu sıralarında hərbi xidmət keçmişdir. - İddiaçı məxsus əmək kitabçasının lazımi qaydada tərcümə edilmiş və təsdiq olunmuş surətindən görünür ki, iddiaçı 01.12.1978-ci ildən 27.12.1978-ci ilə qədər X17 İdarəsinin Kür ağzı Balıqçılıq Təsərrüfatı İdarəsində 3-cü dərəcəli fəhlə vəzifəsinə təyin edilmişdir (27 gün), 02.02.1981-ci ildən 16.09.1981-ci ilə qədər Kür ağzı Balıqçılıq İdarəsinin Hövzə təsərrüfatında maşinist (7 ay 15 gün), 25.09.1981-ci ildən 26.10.1983-cü ilə qədər “QEQ” X7 İdarəsində 3-cü dərəcəli və 4-cü dərəcəli boruçəkən (2 il 1 ay 2 gün), 26.10.1983-cü ildən 06.05.1996-cı ilə qədər “Qafqazenerjiquraşdırma” X5 İdarəsində 3cu, 4-cü və 5-ci dərəcəli texnoloji boru kəməri quraşdırıcısı (12 il 6 ay 11 gün), 14.05.2001-ci ildən 01.07.2001-ci ilə qədər Abşeron Quraşdırma İdarəsində 5-ci dərəcəli quraşdırıcı çilingər (1 ay 18 gün), 15.08.2001-ci ildən 28.07.2002-ci ilə qədər Abşeron Quraşdırma İdarəsində (01.10.2001-ci ildə adı dəyişdirilərək Enerjiquraşdırma KEM ATSC adlandırılmışdır) 5-ci və 6-cı dərəcəli quraşdırıcı-çilıngər (11 ay 14 gün), 08.08.2002-ci ildən 25.04.2004-cü ilə qədər AZFEN Birgə Müəssisədə quraşdırıcı (1 il 8 ay 18 gün), 27.04.2004-cü ildən 22.10.2007-ci ilə qədər Metal-Qaynaq-Sınaq ASC-də quraşdırıcı (3 il 5 ay 26 gün), 24.10.2007-ci ildən 03.12.2008-ci ilə qədər AZFEN Birgə Müəssisədə 6-cı dərəcəli konstruksiya quraşdırıcı (1 il 1 ay 10 gün), 05.12.2008-ci ildən 30.05.2009-cu ilə qədər "xxxx" MMC-də 6-cı dərəcəli quraşdırıcı (5 ay 26 gün), 01.06.2009-cu ildən 29.12.2012-ci ilə qədər "xxxx" ASC-də 6-cı dərəcəli quraşdırıcı (3 il 6 ay 29 gün), 30.12.2012-ci ildən 19.05.2014-cü ilə qədər "xxxx" MMC-də Ağırmaşınqayırma zavodunun 1 №-li Quraşdırma sahəsinin hazırlanma bölməsində 6-cı dərəcəli quraşdırıcı (1 il 4 ay 20 gün), 26.05.2014-cü ildən 30.03.2018-ci ilə qədər X14 6-cı dərəcəli konstruksiya quraşdırıcısı (3 il 10 ay 5 gün), 25.04.2018-ci ildən 25.05.2018-ci ilə qədər “X23 Anonim” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində borucu briqadirinin köməkçisi (1 ay 1 gün), 11.03.2019-cu ildən hal-hazıra kimi "xxxx" MMC-də X3 üzrə quraşdırıcısı vəzifəsində işləyir. - "xxxx" ASC-nin 01-EP/524 №-li, 09.09.2020-ci il tarixli arxiv arayışından görünür ki, X6 01.06.2009-cu ildə (əmr 01 a/21-kş, 02.06.2009-cu il) Sumqayıt Texnologiyalar Parkının “Tikinti Layihəsi”nin Quraşdırma sahəsinə 6-cı dərəcəli quraşdırıcı peşəsinə işə qəbul edilib, 17.12.2012-ci ildə ( əmr №-li 741-kş, 17.12.2012-ci il) peşə və dərəcəsi saxlanılmaqla Ağır Maşınqayırma zavodunun 1 №-li Quraşdırma sahəsinin Hazırlanma bölməsinə keçirilmişdir və 29.12.2012-ci ildə (əmr № 48/6-kş, 29.12.2012-ci il) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (müqavilə müddətinin qurtarması ilə ) əmək müqaviləsinə xitam verilib. Göstərilən peşə, “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Az.Res-nın Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 №-li Qərarının XXVİİ. Bina, qurğu və digər obyekliərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri üzrə quraşdırıcılar 2290000a—14612 saylı şifrəsinə əsasən (01.06.2009- 29.12.2012-ci illər) xüsusi zərərli əmək şəraiti hesab edildiyinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verir. Güzəştli pensiya üçün staj: 29 il, 02 ay, 11 gün təşkil edir. Dövlət Əmlaklarının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin 09.10.2008-ci il 323№-li sərəncamına əsasən "xxxx" ASC adlandırılıb. - "xxxx" ASC-nin 01.08.2020-ci il tarixli güzəştli arayışından görünür ki, X6 25.09.1981-ci ildə, 109/k saylı əmrə əsasən QAFQAZENERJİQURAŞDİRMA (KEM) X7 İdarəsinə, boru kəmərlərinin quraşdırılması üzrə 3-cü dərəcəli çilingər işinə qəbul edilmişdir. 26.03.1983-cü ildə, 73/k saylı əmrə əsasən boru kəmərlərinin quraşdırlması üzrə çilingər üçün 4-cü dərəcə almışdır. 26.10.1983-cü ildə, 355/k saylı əmrə əsasən Abşeron Quraşdırma İdarəsinin Mingəçevirdə yerləşən quraşdırma sahəsində işləmək üçün ezamiyyətə göndərilmişdir. 27.01.1989-cu ildə, 6 saylı əmrlə (ETKC-1983) texnoloji boru kəmərlərinin quraşdırılması üzrə çilingər üçün 4-cü dərəcə almışdır. 03.01.1994-cu ildə 01/k saylı əmri ilə boru kəmərlərinin quraşdırılması üzrə çilingər üçün 5-ci dərəcə almışdır. 06.05.1996-cı ildə ƏM-nin 37-cü bəndinə əsasən 23/k saylı əmrlə öz xahişi ilə işdən azad edilmişdir. 14.05.2001-ci ildə Abşeron Quraşdırma İdarəsində, əmək müqaviləsi bağlanaraq, 37/k saylı əmrlə boru kəmərlərinin quraşdırılması üzrə 5-ci dərəcəli çilingər işinə qəbul edilmişdir. 01.07.2001-ci ildə əmək müqaviləsi bitdiyinə görə 42/k saylı əmri ilə işdən azad edilmişdir. 15.08.2001-ci ildə əmək müqaviləsi bağlanaraq, 24/k saylı əmri ilə boru kəmərlərinin quraşdırılması üzrə 5-ci dərəcəli çilingər işinə qəbul edilmişdir. 01.04.2002-ci ildə 15/k saylı əmrlə boru kəmərlərinin quraşdırılması üzrə çilingər üçün 6-cı dərəcə almışdır. 28.07.2002-ci ildə əmək müqaviləsinin vaxtı başa çatdığına görə 21/k saylı əmri ilə işdən azad edilmişdir. İşlədiyi sahələrin (qazan və turbin) zərərli sahələr olduğu üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il 12 saylı qərarına (fəsil 2q) əsasən güzəştli şərtlər ilə təqaüdə çıxmağa uyğun hesab edirlər. 01.10.2001-ci ildə 24/k saylı əmrlə Abşeron quraşdırma idarəsinin adı dəyişdirilərək Enerjiquraşdırma KEM ASC olmuşdur. - X15 AZF-2020/19/K №-li, 07.09.2020-ci il tarixli güzəştli arayışından görünür ki, İddiaçı Azfen BM-in layihələrində dəniz platformaları üst tikililərinin polad-dəmir konstruksiyalarının quraşdırılmasında, emalatxanada detalların hazırlanmasında, platformanın üzərində yerləşən modulların və polad-dəmir konstruksiyaların quraşdırılmasında, avadanlıq quraşdırıcısı kimi platformaların üzərində olan avadanlıqların quraşdırılmasında, avadanlıqların istismara verilməsində işləmişdir. Onun X14 güzəştli iş stajı aşağıdakı kimi qəbul edilməli: 08.08.2002-25.10.2004-cü ilə qədər X15 Azf-063 layihəsində quraşdırıcı peşəsində 02 il 02 ay 18 gün (iki il iki ay on səkkiz gün) çalışmışdır, 24.10.2007-03.12.2008-ci ilə qədər X15 Azf-073 layihəsində konstruksiya quraşdırıcı peşəsində 01 il 01 ay 10 gün (bir il, bir ay, on gün) çalışmışdır, 26.05.2014-30.03.2018-ci ilə qədər X15 Azf-086 layihəsində konstruksiya quraşdırıcısı peşəsində 03 il 10 ay 5 gün (üç il, on ay, beş gün) çalışmışdır. Cəmi 07 il, 02 ay, 03 gün (yeddi il, iki ay, üç gün). Onun işlədiyi iş yeri Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarının 29-cu maddəsində «Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri» başlığı altında nəzərdə tutulmuş «Polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar» bəndinə uyğun olduğu üçün yaşa görə güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ qazanmışdır. - "xxxx" MMC-nin 45 №-li, 10.09.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı "xxxx" MMC-də 27.10.2004-cü il tarixdən 22.10.2007-ci il tarixədək quraşdırıcısı işində, bilavasitə çənlərin, rezervuarların, buxar qazanlarının daxilində polad borularının quraşdırılması işləri ilə tam 8 (səkkiz) saatlıq iş günü ərzində, iş qrafikinə uyğun olaraq növbəli iş rejimi ilə xüsusi zərərli iş şəraitində məşğul olmuş, südlə və xüsusi geyimlə təmin edilmişdir. İddiaçı icra etdiyi - rezervuarların, bakların, mazut sistemlərinin və polad borularının quraşdırılması üzrə boru quraşdırıcısı vəzifəsi Azərbaycan Respublikası NKnin 23.01.2007-ci il tarixli 12 saylı qərarının “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının” 35-ci bölməsinə uyğundur. - "xxxx" MMC-nin 122 №-li, 08.09.2020-ci il tarixli güzəştli arayışından görünür ki, X6 30.12.2012-ci il tarixindən 19.05.2014-cü il tarixinədək "xxxx" MMC-nin 1 N-li Ağır maşınqayırma zavodunun Quraşdırma sahəsinin Hazırlanma bölməsində 6-cı dərəcəli quraşdırıcı çilingər peşəsində işləmişdir. Göstərilən peşə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 №-li qərarının 24-cü fəslinə əsasən bilavasitə zərərli iş hesab edilir. Güzəştli pensiya üçün staj: 1 (bir) il 4 (dörd) ay 19 (on doqquz) gün təşkil edir. - "xxxx" MMC-nin HR-2020/BOS/GHA/R-00/3894 №-li, 17.08.2020-ci il tarixli güzəştli arayışından görünür ki, İddiaçı BOS Şelf MMC-də 11.03.2019-cu il tarixdən bu günədək X3 üzrə quraşdırıcı peşəsində işləyir. BOS Şelf MMC 29.10.2001-ci il tarixdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən hüquqi qeydiyyata alınmış və əsas fəaliyyət növünü "stasionar dərin dəniz özüllərinin və özüllərin yuxarı hissələrinin blok modullarının metalkonstruksiyalarının quraşdırılması” işlərinin icrası təşkil edir. Beləliklə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”, 29-cu hissədə öz əksini tapmış “polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar” bəndinə əsasən İddiaçı güzəştli şərtlərlə xidmət illərinə görə təqaüd hüququ verən iş stajı yaranmışdır. İddiaçı BOS Şelf MMC-də güzəştli əmək şəraitində iş müddəti 1 il 5 ay 8 gün təşkil edir. - Cavabdehin iddiaçının 17.09.2020-ci il tarixli ərizəsinə cavab olaraq verdiyi 18.11.2020-ci il tarixli, **********5 №-li məktubdan görünür ki, təqdim etdiyi sənədlərdən göründüyü kimi güzəştli iş stajı 12 il 6 aydan az (8 il 6 ay 24 gün) təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. - "xxxx" ASC tərəfindən məhkəməyə ünvanlanmış 24.05.2021-ci il tarixli güzəştli arayışından görünür ki, X6 25.09.1981-ci ildə 109/k saylı əmrə əsasən QAFQAZENERJİQURAŞDİRMA (KEM) X7 İdarəsinə boru kəmərlərinin quraşdırılması üzrə 3-cü dərəcəli çilingər işinə qəbul edilmişdir. 26.03.1983-cu ildə, 73/k saylı əmrə əsasən boru kəmərlərinin quraşdırılması üzrə çilingər üçün 4-cü dərəcə almışdır. 26.10.1983-cü ildə, 355/k saylı əmrə əsasən Abşeron Quraşdırma İdarəsinin Mingəçevirdə yerləşən quraşdırma sahəsində işləmək üçün ezamiyyətə göndərilmişdir. 27.01.1989-cu ildə, 6 saylı əmrlə (ETKC-1983) texnoloji boru kəmərlərinin quraşdırılması üzrə çilingər üçün 4-cü dərəcə almışdır. 03.01.1994-cü ildə 01/k saylı əmri ilə boru kəmərlərinin quraşdırılması üzrə çilingər üçün 5-ci dərəcə almışdır. 06.05.1996-cı ildə ƏM-nin 37-ci bəndinə əsasən 23/k saylı əmri ilə öz xahişi ilə işdən azad edilmişdir. 14.05.2001-ci ildə Abşeron Quraşdırma İdarəsində, əmək müqaviləsi bağlanaraq, 37/k saylı əmrlə boru kəmərlərinin quraşdırılması üzrə 5-ci dərəcəli çilingər işinə qəbul edilmişdir. 01.07.2001-ci ildə əmək müqaviləsi bitdiyinə görə 42/k saylı əmri ilə işdən azad edilmişdir. 15.08.2001-ci ildə əmək müqaviləsi bağlanaraq, 24/k saylı əmri ilə boru kəmərlərinin quraşdırılması üzrə 5-ci dərəcəli çilingər işinə qəbul edilmişdir. 01.04.2002-ci ildə 15/k saylı əmrlə boru kəmərlərinin quraşdırılması üzrə çilingər üçün 6-cı dərəcə almışdır. 28.07.2002-ci ildə əmək müqaviləsinin vaxtı başa çatdığına görə 21/k saylı əmri ilə işdən azad edilmişdir. X6 işlədiyi zərərli sahələr: Sumqayıt Elektrik Stansiyasında qazanxanın və kondensatorun daxili ara kəsmələrində təmir işləri, X11 12 ədəd rezervuarların (V = 20000 m3 -30000 m3) quraşdırılması, mazut və yanacaq çənlərinin daxili təmiri, Mingəçevir-Elektrik Stansiyasında, Şimal Elektrik Stansiyasında, Bayramzadə adına İstilik-Elektrik mərkəzində, Kimyəvi sexdə filtirlərin daxili təmirində işləmişdir. İddiaçı 25.09.1981-ci ildən 28.07.2002-ci ilə qədər işlədiyi borucu peşəsinin funksiyaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmişdir. Siyahıda (fəsil 29) bina, qurğu və digər obyektlərin inşası, yenidən quraşdırılması, Bərpası və təmiri a) fəhlələr sənayə dəmir beton borularının boruçəkənləri peşəsinin funksiyaları ilə eynilik təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarına əsasən (fəsil 29) işlədiyi səhələr zərərli olduğu üçün güzəştli şərtlərlə təqəüdə çıxmaq hüququ daşıyır. - "xxxx" ASC tərəfindən məhkəməyə ünvanlanmış 01-FA/317 №-li, 19.05.2021-ci il tarixli işin xarakteri haqqında arxiv arayışından görünür ki, İddiaçı 01.06.2009-cu ildə (əmr 01 a/21-kş, 02.06.2009-cu il) Sumqayıt Texnologiyalar Parkının “Tikinti Layihəsi”nin Quraşdıma sahəsinə 6-cı dərəcəli quraşdırıcı peşəsinə işə qəbul edilib, 17.12.2012-ci ildə (əmr №-li 741-kş, 17.12.2012-ci il) peşə və dərəcəsi saxlanılmaqla Ağır Maşınqayırma zavodunun 1 №-li Quraşdırma sahəsinin Hazırlanma bölməsinə keçirilmişdir və 29.12.2012-ci ildə (əmr № 48/6-kş, 29.12.2012-ci il) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (müqavilə müddətinin qurtarması ilə ) əmək müqaviləsinə xitam verilib. Göstərilən peşə “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Az.Res-nın Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 №-li Qərarının XXVİİ. Bina, qurğu və digər obyekliərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri üzrə quraşdırıcılar 2290000a—14612 saylı şifrəsinə əsasən 01.06.2009-cu ildə Sumqayıt Texnologiyalar Parkının “Tikinti Layihəsində” quraşdırılan polad konstruksiyaların quraşdırılmasını və obyektlərin inşası işləri yerinə yetirilmişdir. 17.12.2012-ci ildən 29.12.2012-ci ilədək Sumqayıt Texnologiyalar Parkının “Tikinti Layihəsi”nin Ağır Maşınqayırma zavodunda Quraşdırma sahəsinin Hazırlanma bölməsində inşa edilmiş bina, qurğu və digər obyektlərin texniki təchizatı və qurulması təmin edilmiş bina, qurğu və digər obyektlərin texniki təchizatını və qurulmasını təmin edildiyinə görə göstərilən Qərarın qeyd olunan kodlarına uyğun olaraq xüsusi zərərli əmək şəraitində işlədiyi üçün güzəştli şərtlərlə əmək pensiyası hüququna malikdir. Güzəştli pensiya üçün staj: 03 il 06 ay 28 gün təşkil edir. Dövlət Əmlaklarının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin 09.10.2008-ci il, 323 №-li sərəncamına əsasən "xxxx" ASC adlandırılıb. - Filial tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanmış **********3 №-li, 21.04.2021-ci il tarixli məktubdan görünür ki, İddiaçı 2006-cı ilədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 16548,03 manat, 2006-cı ildən sonrakı dövr üçün isə 52413,51 manat olmaqla cəmi pensiya kapitalı 68961,54 manat təşkil edir. Adıçəkilən şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla nəzərdə tutulmuş digər şərtlərin mövcud olacağı təqdirdə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 39200,00 manat məbləğində hesablanmışdır. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə müəyyən edilir. Göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün dörd element mövcud olmalıdır:
1. İddiaçının 60 yaşının tamam olması;
2. İddiaçının 25 il ümumi iş stajının mövcud olması;
3. İddiaçının 12 il 6 ay güzəştli iş stajının mövcud olması;
4. İddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi. Hazırkı iş üzrə iş materialları ilə müəyyən edilir ki, iddiaçının 05 avqust 2020-ci il tarixdə 60 yaşı tamam olmuş, 60 yaşı tamam olduğu tarixə ümumi iş stajı 25 ildən artıq olmuşdur. İddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 68961,54 manat olmaqla ona münasibətdə tələb olunan 39200,00 manat məbləğindən artıqdır. Göründüyü kimi qeyd edilən dörd elementdən üçü mövcuddur. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin və imtinasının əsasını təşkil edən iddiaçının güzəştli iş stajı ilə bağlı aşağıdakıları qeyd edir: 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı əlavə olunur. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bundan əlavə, iş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. İşlərə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyibişləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən ona güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilmişdir. İddiaçının təqdim etdiyi iş yerindən arayışlarda da iddiaçının işlədiyi həmin sahə və vəzifələrin qeyd olunan Siyahıda göstərilən sahə və vəzifələrə uyğun olduğu təsdiq edilmişdir. Belə ki, İddiaçı işlədiyi müəssisələr, yəni "xxxx" ASC, "xxxx" ASC, "xxxx" B.M., "xxxx" MMC, "xxxx" MMC, "xxxx" tərəfindən şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair arayışlar təqdim edilmişdir. Həmin arayışlara əsasən İddiaçı 01.01.1989-cu ildən 03.01.1994-cü ilə kimi "xxxx" ASC-də işlədiyi texnoloji boru kəmərlərinin quraşdırıcısı, 08.08.2002-ci ildən 25.10.2004cü ilə kimi, 24.10.2007-ci ildən 03.12.2008-ci ilə kimi, 26.05.2014-cü ildən 30.03.2018-ci ilə kimi "xxxx" Birgə Müəssisəsində işlədiyi quraşdırıcı və konstruksiya quraşdırıcısı, 27.04.2004-cü ildən 22.10.2007-ci ilə qədər Metal-Qaynaq-Sınaq ASC-də işlədiyi quraşdırıcı, 05.12.2008-ci ildən 30.05.2009-cu ilə kimi "xxxx" MMC-də işlədiyi quraşdırıcı, 01.06.2009-cu ildən 29.12.2012-ci ilə kimi "xxxx" ASC-də işlədiyi quraşdırıcı, 11.03.2019cu ildən 05.08.2020-ci il tarixədək "xxxx"-də işlədiyi X3 üzrə quraşdırıcı vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş Siyahının “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” adlanan 29-cu bölməsində nəzərdə tutulmuş polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar peşəsi və vəzifəsinə uyğundur. Göründüyü kimi cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən iddiaçının işlədiyi müvafiq peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 №li Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda öz əksini tapdığından, cavabdehin imtinası əsassız olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçının 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş hər dörd element mövcud olduğundan, iddia tələbi əsaslı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçının iş stajı ona məxsus əmək kitabçasında və iş yerindən verilmiş güzəştli arayışlarla əksini tapmışdır və göstərilən müvafiq qeydlər onların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən sübuta yetirilmədiyindən, mötəbər hesab olunur. Nəzərə alınmalıdır ki, inzibati icraatda ərizəçinin (yəni iddiaçının) üzərinə əmək kitabçasındakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması vəzifəsi qoyula bilməz. Bu, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinin tələblərinə zidd sayılır. Bundan başqa nəzərə alınmalıdır ki, əmək qanunvericiliyinin yuxarıda sadalanan normaları mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq bütün qurumlarda işləmiş sığortaolunanlara əmək pensiyası hesablanarkən onun işlədiyi və əmək kitabçasında öz əksini tapmış hər hansı işin müddətini də nəzərdə tutur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı onu da qeyd edir ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM 14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («inzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə) Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli, 2-1(112)-3582/2021 nömrəli qərarı əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq
qərara aldı:
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat X19 apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli, 2-1(112)-3582/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.