Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-762/2025 15.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X14 Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X9 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Cavabdehin nümayəndəsi X11 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-11390/2024 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə müraciət edərək “Azpetrol Ltd." MMC-nin 94 saylı "Mayak-2" YDM-də elektromexanik işləmiş X2 iş vaxtı xəsarət alması ilə əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı şəhər idarəsində aparılan araşdırma zamanı tərtib edilmiş 28 fevral 2024-cü il tarixli təhqiqat aktının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir Tələb onunla əsaslandırılmışdır ki, “Azpetrol Ltd." MMC-nin 94 saylı "Mayak-2" YDMdə elektromexanik işləyən X6 08 dekabr 2023-cü il tarixində, təxminən saat 12:30 radələrində vəzifə təlimatında nəzərdə tutulmuş işinin icrasını həyata keçirmişdir. İ.Manafov təqribən saat 15:30 radələrində özünü halsız hiss etdiyini bildirmiş, dərhal məntəqənin direktoru tərəfindən məntəqəyə təcili tibbi yardım maşını çağırılmış, həkim briqadası tərəfindən İ.Manafovun vəziyyəti yoxlanılmış, sonuncunun vəziyyətində hər hansı bir problemin olmadığı bildirilmiş, daha sonra İ.Manafov işinin icrasını davam etdirmiş, həmin gün iş növbəsini başa vurmuşdur. İ.Manafov 09-10 dekabr 2023-cü il tarixlərində evdə istirahətdə olmuş, xx.xx.2023-cü il tarixində məntəqəyə zəng vuraraq ona əmək qabiliyyətinin olmamasına dair vərəqə açıldığı barədə məlumat vermişdir. Daha sonra sonuncu X17 Xidmətinə şikayət edərək əlində şişmə və ağrıların olduğunu bildirmiş, həmin ağrıların yaranmasını isə əmək fəaliyyəti zamanı işinin icrası ilə əlaqələndirmişdir. İddiaçı xüsusilə qeyd edir ki, X2 X17 Xidmətinə əlində şişmə və ağrıların iş vaxtında olmasına dair şikayəti həqiqəti əks etdirmir. Belə ki, İ.Manafov özünü halsız hiss etdiyi üçün 08 dekabr 2023-cü il tarixində məntəqəyə təcili tibbi yardım maşını gəldiyi üçün tərəfimdən Respublika Təcili və X12 Mərkəzi” X25inə vəkil sorğusu göndərilmiş, 08 dekabr 2023-cü il tarixində təxminən saat 16:00 radələrində İddiaçı MMC-nin “Mayak-2” YDM-nə gəlmiş təcili tibbi yardım maşınında olan həkim briqadası tərəfindən X2 ilkin müayinəsi zamanı açılmış kartanın müvafiq qaydada təsdiq edilmiş surətinin, eyni zamanda sözügedən şəxsə qoyulan diaqnoz və ilkin tibbi müayinə barədə ətraflı məlumatın, habelə sözügedən kartada İ.Manafovun işinin icrasının davamiyyətinə dair həkim- briqadası tərəfindən kartada hər hansı bir qeyd-şərtin aparılıb-aparılmaması barədə məlumatın verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X25 “Respublika Təcili və X12 Mərkəzi” X25in 21 fevral 2024-cü il tarixli, 18-1-88/2- 250/2024 saylı məktubunda qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 15:38-də “RTTTYM”-nə Qaradağ rayonu, Lökbatan dairəsi, “Azpetrol” yanacaqdoldurma məntəqəsi ünvanından İsgəndər adlı şəxsin “halı pis” səbəbi ilə çağırış daxil olmuşdur. Çağırışı 15 saylı bölmənin həkimi Aynur Adıgözəlova icra edərək, xəstə X4 “Qabırğaarası nevralqiya” diaqnozu qoyulmuş, xəstə ilkin tibbi yardımdan imtina etmişdir. Eyni zamanda xüsusi olaraq qeyd etmək istəyirik ki, sözügedən məktuba əlavə edilmiş AR Səhiyyə Nazirliyi Təcili Yardımın TQS *** **** saylı qeydiyyat vərəqəsinin “şikayətlər və anamnezə aid qeydlər” qrafasında qeyd edilmişdir ki: xəstə nəfəs ahb-vermədə və hərəkət zamanı döş qəfəsində olan ağından şikayət edirdi, deməsinə görə bu vəziyyəti soyuqdəymə ilə əlaqələndirir. Göründüyü kimi, X7 08 dekabr 2023-cü il tarixində təcili tibbi yardım maşınında gələn həkim briqadasına da döş qəfəsində olan ağrıdan şikayət etdiyini bildirmiş, hətta mövcud ağrını soyuqdəymə ilə əlaqələndirmişdir. İ.Manafov əlinin ağrıması, şişməsi və s. kimi məhz əlində ağrının olması barədə həkim briqadasına hər hansı bir məlumat verməmişdir. Nəzərə alsaq ki, X7 9-10 dekabr tarixlərində evdə olmuşdur. Bu da onu deməyə əsas verir ki, İ.Manafovun əlində olan ağrının evdə olduğu müddətdə hər hansı bir gördüyü işin səbəbli əlaqəsinin nəticəsi olması istisna deyildir. Heç də təsadüfi deyildir ki, İ.Manafovun məhz 11 dekabr 2023-cü il tarixində əmək qabiliyyətinin olmamasına dair bülleten açdırmışdır. Nəticə etibarı ilə qeyd edilməlidir ki, İ.Manafovun əlində olan ağrılar, şişmələr sonuncunun evdə olduğu vaxtda yaranmış, işdə olduğu müddətdə onun əlində ağrı və ya şişmələrin olması barədə şikayətçinin və eyni zamanda X17 Xidmətinin arqumentləri təqdim edilən sübutla “Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X25 “Respublika Təcili və X12 Mərkəzi" X25in 21 fevral 2024-cü il tarixli, 18-1-88/2-250/2024 saylı məktubu və digər sənədlər) təkzib olunmaqdadır. Bundan başqa, X17 Xidməti tərəfindən Qaradağ rayon X1 bədənində hər hansı bir xəsarətin olub-olmaması barədə müvafiq tibbi ekspertizanın keçirilməsi üçün müraciətin edildiyi məlum olmuşdur. Bu səbəbdən, məhkəmə tərəfindən Qaradağ rayon Prokurorluğuna müvafiq sorğu ünvanlanmış və qəbul edilmiş qərarın surəti tələb edilmişdir. Məhkəməyə ünvanlanmış Qaradağ rayon Prokurorluğunun xx.xx.2024-cü il tarixli, 35- C-24 saylı məktubuna əlavə edilmiş 29 mart 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, X2 “Qabırğaarası nevrologiya” diaqnozu ilə xəstələnməsi faktında cinayət hadisəsi olmadığından 35-C-24 saylı yoxlama materialı üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarda, Azərbaycan Respublikasi Səhiyyə Nazirliyi MTE PA Birliyi PHŞin Qaradağ rayon şöbəsinin 28.,03.2024-cü il tarixli, 208 sayli rəyindən görünür ki, X2 məhkəmə-tibbi ekspertizası zamanı bədən səthində heç bir xəsarət aşkar edilməmişdir. Nəticə etibarı ilə, tədqiq edilmiş bütün materiallardan, Qaradağ rayon Prokurorluğunun müvafiq qərarından və Azərbaycan Respublikasi Səhiyyə Nazirliyi MTE PA Birliyi PHŞ-in Qaradağ rayon şöbəsinin 28.,03.2024-cü il tarixli, 208 sayli rəyindən də göründüyü kimi, X2 iş vaxtı xəsarət alması faktı öz təsdiqini tapmamış, onun qərəzli izahatı mövcud sübutlarla təkzib olunmuşdur. Belə ki, Bakı şəhəri, Xətai rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(011)- 1083/2024 saylı qərarı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı şəhər idarəsinin 06 mart 2024- cü il tarixli, MN1612592 nömrəli inzibati tənbeh vermə haqqında qərarından Məmmədov Ceyhun Əhməd oğlu tərəfindən verilmiş şikayət təmin edilmiş, şikayət olunan qərar ləğv edilmiş və Məmmədov Ceyhun Əhməd oğlunun əməlində inzibati xətanın tərkibi müəyyən olunmadığından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilmişdir. Qərardan narazı qalan X17 Xidmətinin Hüquq idarəsi tərəfindən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin 11 iyun 2024-cü il tarixli, 3 (103)-1218/2024 saylı Qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı şəhər idarəsinin 06 mart 2024-cü il tarixli, MN1612592 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək iş üzrə icraata xitam verilməsinə dair Məmmədov Ceyhun Əhməd oğlunun şikayətinin təmin olunması barədə Bakı şəhəri, Xətai rayon məhkəməsinin 3(011)-1083/2024, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, hər iki məhkəmənin qərarı, eyni zamanda Qaradağ rayon Prokurorluğunun 29 mart 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı, Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X25 “Respublika Təcili və X12 Mərkəzi” X25in 21 fevral 2024-cü il tarixli, 18-1-88/2-250/2024 saylı məktubu, həmçinin toplanmış digər sübutlarla bir başa təsdiq edilir ki, Manafov İsgəndər xx.xx.2023-cü il tarixdə, saat 15:30 radələrində "Mayak-2" YDM-də işdə olduğu zaman heç bir xəsarət almamış, ona qarşı hər hansı qanunsuz hərəkət, eləcə də, kənar şəxsin (şəxslərin) qəsdi və ya ehtiyatsızlığı olmamış və o, həmin tarixdə qeyd olunan YDM-də işdə olduğu zaman qəflətən səhhəti pisləşmiş, bununla əlaqədar çağırılan Bakı şəhər TTYS-nin 15 saylı bölməsinin həkimi tərəfindən ona xroniki, nevroloji xəstəliklər qrupuna aid “Qabırğaarası nevralqiya” diaqnozu qoyulmaqla ilkin tibbi yardım göstərilmişdir. Buna baxmayaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən “Azpetrol Ltd." MMC-nin 94 saylı "Mayak-2" YDM-də elektromexanik işləyən X2 guya iş vaxtı xəsarət alması ilə əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı şəhər idarəsində aparılan araşdırma zamanı tərtib edilmiş 19 fevral 2024- cü il tarixli, Təhqiqat akts tərtib edilmiş, imzalanması üçün Şirkətimizə göndərilmişdir. Sözügedən təhqiqat aktına münasibətdə komissiya üzvləri tərəfindən xüsusi rəy tərtib edilmiş, X17 Xidmətinin Bakı şəhər idarəsinə göndərilmiş, həmin xüsusi rəydə də “X3 iş vaxtı xəsarət alması faktı öz təsdiqini tapmadığı, onun qərəzli izahatı mövcud sübutlarla təkzib olunduğu, istehsalatda baş verən bədbəxt hadisə faktı öz təsdiqini tapmadığı üçün müvafiq aktların tərtib edilməsi zərurəti aradan qalxdığı” qeyd edilmişdir. Göründüyü kimi, X2 guya iş vaxtı xəsarət alması ilə əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı şəhər idarəsində aparılan araşdırma zamanı tərtib edilmiş 28 fevral 2024-cü il tarixli təhqiqat aktı qanunsuz və əsassız olduğu üçün ləğvolunmalıdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-11390/2024 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti işin faktiki halları baxımından iddia ərizəsi ilə oxşar məzmunda əsaslandırılmışdır. Məhkəmə Kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçının nümayəndəsi (vəkili) məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və tərəfləri dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd). “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarından: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar... 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır... İlk olaraq məhkəmə Kollegiyası qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İnzibati aktın hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərindəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd). Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının mübahisələndirdiyi hazırkı təhqiqat aktı inzibati akt hesab edilə bilməz. Çünki, yuxarıda istinad olunan normalardan göründüyü kimi, inzibati akt müəyyən tələblərə cavab verməlidir. Başqa sözlə, həmin akt publik hüquq sahəsinə aid olan müəyyən məsələni nizama salmalı və ya həll etməli, eyni zamanda da ünvanlandığı hüquqi və fiziki şəxslər üçün müəyyən hüquqi nəticələr yaratmalıdır. İddiaçının mübahisələndirdiyi təhqiqat aktı isə bu xüsusiyyətlərə malik olmadığından inzibati məhkəmə icraatı qaydasında mübahisələndirilməsi yolverilməzdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 217-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan daxil olmuş məlumat əsasında bədbəxt hadisənin istehsalatla bağlılığının araşdırılması və onun təhqiqatının aparılması məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada komissiya yaradır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın 2.1-i bəndinə əsasən ağırlıq dərəcəsindən asılı olmayaraq bütün növ xəsarətlər, bir nəfərin həlak olması və qrup halında baş vermiş bədbəxt hadisələrin təhqiqatı X17 Xidmətinin rəisinin (və ya onun tapşırığı ilə X17 Xidmətinin yerli bölməsinin) əmri ilə yaradılmış komissiya tərəfindən aparılır. 2.2. Xəsarətlə nəticələnmiş bədbəxt hadisələrin təhqiqatını aparmaq üçün tərkibi: sədr — X17 Xidmətinin vəzifəli şəxslərindən, üzvlər — işəgötürənin və müəssisənin həmkarlar ittifaqı təşkilatının nümayəndələrindən ibarət Təhqiqat komissiyası yaradılır. 2.5. Təhqiqat komissiyası bədbəxt hadisənin səbəbini və iş yerinin şəraitini təhqiq edir, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarının standartlarının pozulmasına yol vermiş şəxsləri aşkar edir. Hadisənin şahidlərindən və zərərçəkəndən izahatlar alır, bədbəxt hadisənin səbəblərini və onların aradan qaldırılması üzrə tədbirləri göstərməklə lazımi nüsxələrdən ibarət tədqiqat aktı tərtib edir və müəssisə tərəfindən hadisə barədə İZ formalı aktın düzgün olmasına nəzarət edir. 4.1. Təhqiqat komissiyası toplanmış materiallar əsasında bədbəxt hadisənin baş verməsində işəgötürən (onun vəzifəli şəxsləri) və zərərçəkən (zərərçəkənlər) tərəfindən əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə qanunvericilik aktlarının, qaydaların, vəzifə (peşə) üzrə təlimatların hansı nisbətdə pozulmasını müəyyən edib Təhqiqat aktında göstərməlidir. 4.5. İşəgötürən bədbəxt hadisələrin xüsusi təhqiqat materiallarını öyrənməyə, Təhqiqat komissiyası tərəfindən təklif edilmiş bədbəxt hadisəyə gətirib çıxarmış səbəblərin aradan qaldırılması haqqında tədbirlərin yerinə yetirilməsinə və əməyin mühafizəsi tələblərinin pozulmasına yol vermiş şəxslərin cəzalandırılması barədə müvafiq əmr (sərəncam) verməyə borcludur.İşəgötürən Təhqiqat komissiyası tərəfindən müəyyən edilmiş tədbirlərin yerinə yetirilməsi barədə müddət başa çatdıqdan sonra X17 Xidmətinə və həmçinin digər dövlət nəzarəti orqanlarının obyektləri üzrə isə onların yerli orqanlarına məlumat verməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 217-ci maddəsinin 2-ci hissəsində istinad olunan hüquq normalarından göründüyü kimi, ağırlıq dərəcəsindən asılı olmayaraq bütün növ xəsarətlər, bir nəfərin həlak olması və qrup halında baş vermiş bədbəxt hadisələrin təhqiqatının aparılması üçün X17 Xidmətinin rəisinin (və ya onun tapşırığı ilə X17 Xidmətinin yerli bölməsinin) əmri ilə Komissiya yaradılır. Odur ki, məhkəmə Kollegiyası diqqətə çəkir ki: 1.Təhqiqat aktı inzibati orqanın inzibati aktı olmamaqla, qeyd edildiyi kimi, yaradılmış Komissiya tərəfindən tərtib olunmaqla komissiyanın üzvləri tərəfindən imzalanır.
2. Komissiyanın tərkibi isə sədrdən (X17 Xidmətinin vəzifəli şəxsindən) və üzvlərdən (işəgötürənin və müəssisənin həmkarlar ittifaqı təşkilatının nümayəndələrindən) ibarətdir.
3. Komissiyanın üzvləri isə qeyd olunduğu kimi, işəgötürənin və müəssisənin həmkarlar ittifaqı təşkilatının nümayəndələrindən ibarət olmaqla yaradılır.
4. Komissiya bədbəxt hadisənin istehsalatla bağlılığının araşdırılması və onun təhqiqatının aparılması məqsədi ilə yaradılır və komissiya tərəfindən ağırlıq dərəcəsindən asılı olmayaraq bütün növ xəsarətlər, bir nəfərin həlak olması və qrup halında baş vermiş bədbəxt hadisələrin təhqiqatıı aparılır. Beləliklə, Kollegiyanın qənaətinə görə təhqiqat aktı işəgötürənlə işçi arasında əmək müqaviləsi münasibətlərindən irəli gələn vəzifələrin yerinə yetirilməsi zamanı baş vermiş bədbəxt hadisə zamanı işəgötürən (onun vəzifəli şəxsləri) və zərərçəkən (zərərçəkənlər) tərəfindən əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə qanunvericilik aktlarının, qaydaların, vəzifə (peşə) üzrə təlimatların hansı nisbətdə pozulmasını müəyyən etdiyinə görə, bununla razılaşmayan tərəflərin həmin aktın dəyişdirilməsinə dair iddialarına mülki mühakimə icraatı qaydasında baxıla bilər. Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, X22 Məhkəməsinin presedent hüququna əsasən: -"Mübahisə" sözü (Fransız dilində "contestation") formal mənada deyil, daha çox maddi mənada başa düşülməlidir (Le Compte, Van Leuven və X19rşı, § 45). İstifadə edilən xarici formanın və dilin çərçivəsindən kənara çıxmaq və hər bir məhkəmə işinin hallarına uyğun olaraq, diqqəti faktiki vəziyyətə yönəltmək lazımdır (Gorou Yunanıstana qarşı (№. 2) [BP], § 29; və Boulois Luksemburqa qarşı [BP], § 92). 6-cı Maddə qarşı tərəflərin olmadığı və hüquqlarla bağlı hər hansı bir mübahisəli vəziyyətin mövcud olmadığı hallarda, çəkişmə prinsipinə əsaslanmayan və birtərəfli qaydada aparılan prosedura tətbiq olunmur (Alaverdyan Ermənistana qarşı, (qərardad), § 35). -"Mübahisə" real və ciddi olmalıdır (Sporrong və Lönnroth İsveçə qarşı, § 81). - Mübahisə təkcə hüququn faktiki mövcudluğu ilə deyil, onun tətbiq sahəsi və ya həyata keçirilmə qaydası ilə də əlaqəli ola bilər (Benthem Hollandiyaya qarşı, § 32). O, həmçinin fakt məsələləri ilə bağlı ola bilər - Məhkəmə prosesinin nəticəsi sözügedən hüquq üçün bilavasitə həlledici olmalıdır (məsələn, Ulyanov Ukraynaya qarşı (qərardad)). Nəticə etibarilə, zəif əlaqə və ya uzaq nəticələrin olması 6 § 1 Maddənin tətbiq olunması üçün kifayət deyil (Boulois Luksemburqa qarşı [BP], § 90). -Mülki "hüquq" un mövcud olub-olmadığını və məhdudiyyətin maddi və ya prosessual kimi təsnifləndirildiyini müəyyən edərkən, ilk növbədə milli qanunvericiliyin müvafiq müddəalarına və yerli məhkəmələr tərəfindən bu müddəların necə şərh edildiyinə baxılmalıdır (Masson və X18rşı, § 49). Zahiri formadan kənara çıxmaq, milli qanunvericiliyin müəyyən məhdudiyyəti necə təsnifləndirdiyini araşdırmaq və faktiki hallar üzərində dayanmaq lazımdır (X8rşı, § 38). -Məhkəmə yerli qanunvericiliyə əsasən "ictimai hüquq" sahəsinə daxil olan və nəticəsi fərdi hüquq və vəzifələr baxımından həlledici olan məhkəmə proseslərinin, 6 § 1 Maddənin əhatə dairəsinə düşdüyünü hesab edir. - 6-cı maddənin redaksiyası (1) (maddə 6-1), daha genişdir; Fransız ifadəsi "contestations sur (des) droits et obligations de caractère sivil" nəticəsi şəxsi hüquq və öhdəliklər üçün həlledici olan bütün prosesləri əhatə edir. İngilis dilindəki "... mülki hüquqlarının və vəzifələrin müəyyən edilməsi" mətni bu şərhi təsdiqləyir. Buna görə də məsələnin necə tənzimlənməsini müəyyən edən qanunvericiliyin xarakteri (mülki, kommersiya, inzibati hüquq və s.) və həmin məsələ ilə bağlı səlahiyyətli qurum (adi məhkəmə və ya inzibati orqan və s.) az əhəmiyyət kəsb edir (Ringeisen Avstriyaya qarşı § 94). Məhkəmə hesab edir ki, hazırki iş üzrə “real və ciddi” mübahisə mövcud deyildir. Belə ki, “mübahisə” inzibati orqan tərəfindən qəbul edilən və faktiki olaraq iddiaçının qanunla qorunan hüquqlarının həyata keçirilməsinə hər hansı müdaxilə (hüquqi nəticə) yaratmayan aktla bağlıdır. Məhkəmə ilk növbədə qeyd edir ki, istənilən halda inzibati məsuliyyətə cəlb edilməsi ehtimalı (təhqiqat aktının tərtib edilməsi) heç bir halda inzibati aktın yaratdığı hüquqi nəticə kimi qiymətləndirilə bilməz. Bu, inzibati hüququn fəlsəfəsi ilə uzlaşmır. Belə ki, hazırkı işdə olduğu kimi (X10 uyğun olaraq) inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə qiymət verərkən səlahiyyətli qurum inzibati xətanın tərkibinin yaranması məsələsinə qiymət verir. İddia ərizəsinin məzmunundan görünür ki, “Azpetrol Ltd." MMC-nin 94 saylı "Mayak- 2" YDM-də elektromexanik işləmiş X2 iş vaxtı xəsarət alması ilə əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı şəhər idarəsində aparılan araşdırma zamanı tərtib edilmiş 28 fevral 2024-cü il tarixli təhqiqat aktının ləğv edilməsi xahiş edilmişdir. Belə ki, məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə “Azpetrol LTD Məhdud Məsuliyyətli Cəmiyyətinin elektronmexaniki X2 xx.xx.2023-cü il tarixdə saat 12:30 radələrində xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin” Təhqiqat Aktı tərtib edilmişdir. - Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cu il tarixli Qərara əsaən X2 “qabırğarası nevralgiya” diaqnozu ilə xəstələnməsi faktında cinayət hadisəsi olmadığından 35-C-24 saylı yoxlama materialı üzrə cinayət işinin başlanması rədd edilmişdir. - Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(011)-1083/2024 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı şəhər idarəsinin 06 mart 2024-cü il tarixli, MN1612592nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və Məmmədov Ceyhun Əhməd oğlunun əməlində inzibati xəta tərkibi müəyyən olunmadığından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(103)-1218/2024 nömrəli Qərarı ilə X17 Xidmətinin Hüquq İdarəsi tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı şəhər İdarəsinin 06 mart 2024-cü il tarixli, MN1612592 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək iş üzrə icraata xitam verilməsinə dair Məmmədov Ceyhun Əhməd oğlunun şikayətinin təmin olunması barədə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 may 2024-cü il tarixli qərarı X17 Xidmətinin Hüquq İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Qeyd edilənlərə əsasən məhkəmə müəyyən edir ki, cavabdeh orqan tərəfindən tərtib olunmuş “Azpetrol LTD Məhdud Məsuliyyətli Cəmiyyətinin elektronmexaniki X2 xx.xx.2023-cü il tarixdə saat 12:30 radələrində xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə barədə” xx.xx.2024-cü il tarixli Təhqiqat Aktında istinad olunan hadisə (X2 xx.xx.2023-cü il tarixdə saat 12:30 radələrində xəsarət alması) əsasında başlanmış inzibati xəta üzrə icraata yekun məhkəmə aktı ilə (Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(011)-1083/2024 nömrəli Qərarı və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(103)- 1218/2024 nömrəli Qərarı ilə) xitam verilmişdir. Odur ki, hazırda cavabdeh orqan tərəfindən tərtib olunmuş “Azpetrol LTD Məhdud Məsuliyyətli Cəmiyyətinin elektronmexaniki X2 xx.xx.2023-cü il tarixdə saat 12:30 radələrində xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə barədə” xx.xx.2024-cü il tarixli Təhqiqat Aktı hər hansı hüquqi nəticə yaratmır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı münasibətlər işığında hazırkı “mübahisə”nin nəticəsi fərdi hüquq və vəzifələrin müəyyən edilməsi baxımından həlledici deyil. Belə ki, mübahisələndirilən göstəriş iddiaçının qanunla qorunan hüquqlarının həyata keçirilməsinə hər hansı (faktiki) müdaxilə mövcud deyil və özlüyündə hər hansı hüquqi nəticə yaratmır. Nəticə etibarilə iddiaçının konkret halda hüquqi müdafiəyə ehtiyacı olmadığından hüquqi marağı yoxdur. Beləliklə, məhkəmə kollegiyası göstərilənlərə əsasən qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmamasına dair düzgün nəticəyə gəldiyindən iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsininə əsasən: Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-11390/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.