Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-763/2020 19.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mayılov Ülvi Arif oğlu (sədrlik edən), X22 və X13 ibarət tərkibdə, məhkəmə iclas katibi X14, iddiaçının nümayəndəsi və vəkili X16, cavabdehin nümayəndəsi X3, üçüncü şəxs X11 nümayəndəsi və vəkili X8 iştirakı ilə, İddiaçı Savabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X17) qarşı «qeyri-yaşyış sahəsinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması» tələbinə dair inzibati iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-831/2019 saylı, 26 noyabr 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiyaşikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında (ünvan 1 ünvanda), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə - DƏDRX 1s. Bakı Əİ) qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət edərək, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 280 kv.m olan yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməklə onun (iddiaçının) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, DƏDRX tərəfindən verilmiş 14 dekabr 2018-ci il tarixli ******* saylı çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 42,09 kv.m olan yaşayış sahəsi onun (iddiaçının) mülkiyyətindədir. Həmin yaşayış sahəsinin ön hissəsinin zirzəmi ilə birlikdə artırılaraq ümumi sahəsi 280 kv.m olmaqla onun istifadəsindədir. Bununla əlaqədar, həmin yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi üçün o, ərizə ilə inzibati orqan DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin cavabdeh məsələnin həllindən imtina etmiş və imtinasında hüquqmüəyyənedici sənədlərin təqdim olunmadığını səbəb kimi göstərmişdir. Hesab olunur ki, cavabdehin imtinası əsassızdır. İş materiallarından görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 831/2019 saylı iş üzrə 01 fevral 2019-cu il tarixli qərarı ilə iddia təmin edilərək, Bakı şəhəri, Nərimanov rayonu, X30 prospekti, ev 113, mənzil 1 ünvanında yerləşən ümumi sahəsi 280 kv.metr olan qeyri-yaşayış sahəsinə İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh DƏDRX 1 saylı Bakı Əİ-nin üzərinə qoyulması qərara alınmışdır. İş materiallarından həmçinin görünür ki, X17 birinci instansiya məhkəməsinə ərizə ilə müraciət edərək bildirilmişdir ki, muübahisə predmeti olan qeyri-yaşayış sahəsi (Bakı şəhəri, Nərimanov rayonu, X30 prospekti, ev 113, mənzil 1 ünvanında yerləşən ümumi sahəsi 280 kv.metr olan yaşayış sahəsi) 2008-ci il tarixdən onun tərəfindən inşa edilmiş və həmin vaxtdan özünün sahibliyində və istifadəsində olmuşdur. 1 fevral 2019-cu il tarixli məhkəmə qərarı onun maraqlarına toxunur, ona görə də həmin qərarın ləğv edilməsi və onun özünün (X11) üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi barədə qərardad çıxarılması məhkəmədən xahiş olunmuşdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 30 avqust 2019-cu il tarixli qərardadı ilə X11 ərizəsi təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-831/2019 saylı iş üzrə 01 fevral 2019-cu il tarixli qərarı ləğv edilmiş, işə mahiyyəti üzrə baxılması təzələnmiş və X17 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Bundan sonra, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-831/2019 saylı, 26 noyabr 2019-cu il tarixli qərarı ilə İddiaçı cavabdeh DƏDRX 1s. Bakı Əİ-nə qarşı (üçüncü şəxs X17) «qeyri-yaşyış sahəsinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması» tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. Qərardan narazı qalan iş üzrə iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti məzmunca iddia ərizəsinə uyğun olmaqla onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarı qanunvericiliyin tələblərinə uyğun gəlməyən vəziyyətdə, maddi hüquq normalarının pozulması ilə çıxarılmış, işdəki faktiki hallar aydınlaşdırılmamış və sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili X24 iddia ərizəsinə və apellyasiya şikayətinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X9 verdiyi izahatında bildirmişdir ki, iddiaçının özəlləşdirmək istədiyi qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin ayrılmasına dair hər-hansı hüquqmüəyyənedici sənədi mövcud deyildir və mübahisəli qeyri-yaşayış sahəsinin istismaqar qəbul edilməsi iş materialları ilə müəyyən olunmur. Göstərilənlərlə də əlaqədar iddiaçının müraciətindən imtina olunmuşdur. Ona görə də nümayəndə apellyasiya şikayətinin əsassız olduğundan təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının qanuni və əsaslı olduğundan qüvvədə saxlanılmasını Kollegiyadan xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş üçüncü şəxsin nümayəndəsi və vəkili X15 İddiaçı verdiyi apellyasiya şikayətinə "Etiraz"ı məhkəməyə təqdim etmiş və həmin "Etiraz"a uyğun izahat verərək bildirmişdir ki, İşin həqiqi halları isə ondan ibarətdir ki, E.S.Cəbrayilovanın adına dövlət reyestrində qeydiyyatdan keçmiş ünvan 4 evin 1 saylı ünvanında yerləşən ümümi sahəsi 42,9 kv.m olan mənzili X17 2007-ci ildə E.S.Cəbrayilovanın və onun atası X2 aralarında razılaşdıqları faktiki alqı-satqı müqaviləsi əsasında almış, bu fakt E.S.Cəbrayilovanın İ.Bəşirova verdiyi 01.09.2007-ci il və 24.12.2013-cü il tarixlərdə verdiyi etibarnamələrlə müəyyən olunur. İ.Bəşirov dəyərini ödəməklə faktiki aldığı həmin mənzilə 2008-ci ildə öz şəxsi vəsaiti hesabına evin birinci mərtəbəsində yerləşən sahəsi 42,9 kv.m olan mənzilə əlavə 280 kv.m sahəli qeyri-yaşayış sahələrini inşa etdikdən sonra həmin tikiliyə dair E.S.Cəbrayilovanın adına Bakı şəhəri Nərimanov rayon İHB-nın 30.05.2008-ci il tarixli 244 saylı sərəncam almış, gələcəklə isə E.Cəbrayılovanın ona verdiyi etibarnamələri əsasında həmin tikililərin istismara qəbul aktı, və yaşayış sahənin qeyri-yaşayış sahəsinə keçirilməsinə dair sənədin əldə etdikdən sonra obyekti öz adına və ya oğlunun adına rəsmiləşdirmək olmuşdur. Son 10 il ərzində market kimi istifadə etməklə sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu qeyri-yaşayış sahəsinin işiq,qaz,su təhcizatına dair onunla bağlanmış müqavilələr əsasında ödənişlər etmiş, həmin ünvan üzrə vergi ödəyicısi kimi qeydiyyata alınmaqla bu günədək fəaliyyət göstərməyə davam edir. Lakin bütün bunlara baxmayaraq E.S.Cəbrayilova 2018-ci ilin əvəllərində 10 il əvvəl atası ilə birlikdə İ.Bəşirova satdığı mənzili əlavə tikililərlə birlikdə İ.Bəşirovdan geri almaq qərarına gəlmiş və bu məqsədlə də o, həyat yoldaşı X10 ilə əlbir olub əvvəl İ.Bəşirova verdiyi 24.12.2013-cü il tarixli etibarnaməni ləğv etdirmiş, daha sonra isə mənzili bağışlanma müqaviləsi əsasında həyat yoldaşı X7 bağışlamış, sonuncu da mübahisənin predmeti olan mənzilə dair öz adına reyestrdən çıxarış aldıqdan sonra İ.Bəşirova qarşı 2018-ci ilin iyul ayında mənzildən və qeyri-yaşayış sahələrindən çıxarılmasına dair Bakı şəhəri Nərimanov rayon məhkəməsində iddia qaldırmış və Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 27.06.2019-cu il tarixli, 2(005)-206/2019 saylı qətnaməsi ilə iddiaçı X4 İ.Bəşirova qarşı qaldırdığı həmin iddia təmin edilmiş, axırıncının ünvan 7 evin, l saylı mənzilindən (faktiki qeyri-yaşayış sahəsi kimi fəaliyyət göstərən) çıxarılması qət edilmiş olsa da, həmin qətnamədən İ.Bəşirovun verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 13.09.2019-cu il tarixli,2(103)-1187/2019 saylı qətnaməsi ilə təmin edilmiş ,mübahisə ilə bağlı çıxarılmış Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 27.06.2019-cu il tarixli,2(005)-206/2019 saylı qətnaməsi ləğv edilmiş iddia təmin edilməmişdir. Əslində iddiaçının iddia etdiyi tikililərin İmran Bəşirov tərəfindən öz şəxsi vəsaiti hesabına inşa etməsi və 2007-ci ildən bu günədək istifadə etməsi faktı iş materiiallarına əlavə edilmiş rəsmi sənədlərlə subuta yetirilir. O ki, qaldı apellyatorun apellyasiya şikayətində istinad etdiyi E.Cəbrayılovanın adına verilmiş Bakı şəhəri Nərimanov rayon İHB-nın 30.05.2008-ci tarixli 244 saylı sərəncama, E.Cəbrayılovanın həmin sərəncamın verilməsindən və sərəncam əsasında 2 otaqlı mənzilə əlavə olaraq 280 kv.m qeyri- yaşayış sahəsinin inşa edilərək istifadə edilməsindən ümumiyyətlə xəbəri və məlumatı olmamışdır. Həmin sərəncamı alan da, əlavə tikililəri inşa edən də, hazırda il ərzində sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq istifadə edən də İmran Bəşirov olmuşdur. Qeyd ediilmiş halların həqiqiliyi E.Cabrayılovanın doğma atası X5 məhkəmələrə, Nərimanov rayon İcra Hakimiyyətinə (sonucu dəfə 04.11.2019-cu il tarixdə) yazdığı ərizələrlə də subuta yetirilir. Məhkəmə kollegiyasının diqqətinə çatdırmaq istəyirəm ki, işin qeyd edilmiş halları əsas götürməklə İmran Bəşirovun, Sədrəddin Qədirovun müraciətləri, məhkəmə qərarları və işin həqiqi halları əsas götürülməklə Bakı şəhəri Nərimanov RİHBnın 12.02.2020-ci il tarixli, 40 saylı sərəncamı ilə Bakı şəhəri Nərimanov rayon İHB-nın 30.05.2008-ci il tarixli 244 saylı sərəncamı etibarsız hesab ediilmişdir. Göstərilənlərə əsasən 3-cü şəxsin nümayəndəsi iddiaçının verdiyi apellyasiya şikayətinin əsassız olduğundan təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının qanuni və əsaslı olduğundan qüvvədə saxlanılmasını Kollegiyadan xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi, həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (subutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini, tərəflərin izahatlarını dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlilləri üzrə işin hallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, hazırki iş üzrə 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(82)-831/2019 saylı, 26 noyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, iş materillarından müəyyən olunur ki, ünvan 4 evin 1 saylı ünvanında yerləşən ümümi sahəsi 42,9 kv.m olan mənzil 10.05.2007-ci il tarixdə MN seriyalı ******* saylı «Çıxarış»la X1 adına dövlət reyestrində qeydiyyatdan keçmiş, sonradan X6 həmin mənzili 13.04.2018-ci il tarixdə bağışlanma müqaviləsi əsasında həyat yoldaşı X7 bağışlamış, sonuncu da mübahisənin predmeti olan mənzilə dair öz adına 17.04.2018-ci il tarixdə RX seriyalı ******* saylı reyestrdən «Çıxarış» almış, daha sonra isə 13.12.2018-ci il tarixdə sözügedən mənzili İddiaçı satmış və 14.12.2018-ci il tarixdə ünvan 4 evin 1 saylı ünvanında yerləşən ümümi sahəsi 42,9 kv.m olan 2 otaqlı mənzilə dair İddiaçı adına 13.07.2019-cu il tarixdə reyestrdən «Çıxarış» verilmişdir. İş materiallarından görünür ki, İddiaçı cavabdeh DƏDRX 1s. Bakı Əİ-nə müraciət edərək, həmin ünvandakı mənzilə bitişik əlavə inşa edilmiş 280 kv.m olan qeyri-yaşayış sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə reyestrdən çıxarışının verilməsini xahiş etmiş və cavabdeh inzibati orqan tərəfindən 04.01.2019-cu il tarixli **********48 saylı məktubla onun müraciətindən imtina olunmuş və imtina onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən həmin qeyri-yaşayış sahəsinin istismara qəbul edilməsi haqda qəbul komissiyasının aktı (istismara icazə sənədi), qeyri-yaşayış sahəhə dair bildiriş məktubu və texniki rəy sənədlər toplusuna əlavə edilmədiyindən ərizənin icrası mümkün olmamışdır. İş materiallarından həmçinin görünür ki, İddiaçı 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsində cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi İdarəsinə qarşı 17.12.2018-ci il tarixdə daşınmaz əmlaka hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alımasına"dair iddia qaldıraraq, ünvan 4 evin, l saylı ünvanda yerləşən ümümi sahəsi 280 kv.m olan qeyri-yaşayış sahəsinə keçirilməklə İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi İdarəsinin üzərinə qoyulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 21.1-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun qərarı əsasında həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 4 may 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə görə Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 8-ci maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - (maddə 8.0.9.2) Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair – çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; - (maddə 8.0.10.1) Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair – tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə. Həmin Qanunun 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə başmayaraq, iş materiallarında iddianın predmeti olan qeyri-yaşayış sahəsinin yerləşdiyi torpağa torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktının olması müəyyən olunmur. İşə apellyasiya instansiyasında baxılarkən də iddiaçının nümayəndəsinin izahatından müəyyən olunmuşdur ki, iddiaçıda belə bir sübutlar yoxdur. Bundan başqa, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 14.5-ci maddəsi ilə müəyyən olunmuşdur ki, bu Qanunun 14.3cü maddəsində nəzərdə tutulmuş müddət ərzində daşınmaz əmlakın həbs edilməsi, barəsində əqdlərin bağlanmasına qadağan qoyulması və ya qeydiyyata alınmalı olan hüquq barəsində mübahisə edən digər maraqlı şəxsdən şikayətin verilməsi haqqında məhkəmədən məlumat daxil olduqda qeydiyyat məhkəmədə iş həll olunanadək dayandırılır. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. İş materiallarından da müəyyən olunur ki, ünvan 7 evin 1 saylı ünvanında yerləşən ümümi sahəsi 42,9 kv.m olan mənzilin əvvəlki mülkiyyətçisi X10 mübahisənin predmeti olan mənzilə dair öz adına 17.04.2018-ci il tarixdə reyestrdən çıxarış aldıqdan sonra İmran Bəşirova qarşı 2018-ci ilin iyul ayında mənzildən və qeyri-yaşayış sahələrindən çıxarılmasına dair Bakı şəhəri Nərimanov rayon məhkəməsində iddia qaldırmış və Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 27.06.2019-cu il tarixli,2(005)-206/2019 saylı qətnaməsi ilə iddiaçı X4 İmran Bəşirova qarşı qaldırdığı həmin iddia təmin edilmiş, axırıncının ünvan 7 evin, l saylı mənzilindən (faktiki qeyri-yaşayış sahəsi kimi fəaliyyət göstərən) çıxarılması qət edilmiş olsa da, həmin qətnamədən İmran Bəşirovun verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 13.09.2019-cu il tarixli,2(103)- 1187/2019 saylı qətnaməsi ilə təmin edilmiş, mübahisə ilə bağlı çıxarılmış Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 27.06.2019-cu il tarixli,2(005)-206/2019 saylı qətnaməsi ləğv edilmiş iddia təmin edilməmişdir. Bundan başqa, işə apellyasiya instansiyası məhkəməsində baxılarkən müəyyən olunmuşdur ki, iddiaçının apellyasiya şikayətində istinad etdiyi, Bakı şəhəri Nərimanov rayon İNB-nın E.Cəbrayılovanın adına verilmiş 30.05.2008-ci tarixli 244 saylı sərəncamı Bakı şəhəri Nərimanov RİHB-nın 12.02.2020-ci il tarixli, 40 saylı sərəncamı ilə etibarsız hesab ediilmişdir. Məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarına və sadalanan hüquq nomalarına məcmu halda qiymət verməklə birinci instansiya məhkəməsinin hazırkı mübahisə ilə əlaqədar gəldyi qənaəti ilə razılaşır ki, İddiaçı məxsus qeyri-yaşayış sahəsinin olduğu binanın tikintisinin başa çatdırılması vaxtından asılı olaraq onun istismara qəbul aktı və ya istismarına icazə sənədi mövcud olmadığından (bu halı iddiaçı tərəf təkzib etmir), iddiaçının həmin qeyri-yaşayış sahəsinə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alına bilməz. Digər tərəfdən müvafiq obyektlə bağlı mübahisənin olması, qeydiyyatın dayandırılmasını şərtləndirir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hazırkı mübahisə ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticəsi ilə razılaşır ki, İddiaçı cavabdeh DƏDRX 1s. Bakı Əİ-nə qarşı (üçüncü şəxs X17) «qeyri-yaşyış sahəsinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması» tələbinə dair iddiası əsaslı olmadığından təmin edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarını qanuni və əsaslı sayaraq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qərarın ləğvi üçün əsas verə bilməz. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-831/2019 saylı, 26 noyabr 2019cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) kassasiya şikayəti verilə bilər. Sədrlik edən /imza/ Hakimlər /imzalar/ Əsli ilə düzdür. Hakim: Ülvi Mayılov
Məhkəmə qərarları › İş №2-1(103)-763/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-763/2020
19.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver