Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-764/2020 03.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), X8 və X7 ibarət tərkibdə, X5 oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Sarıyev Əjdər Hakim oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı cavabdehin imtinasının qanunsuz sayılması və iddiaçının diplom üzrə ixtisasının tanınması tələbinə dair inzibati mübahisə üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)-2638/2019 saylı qərarından iddiaçının nümayəndəsi və vəkili Ə.Sarıyev tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)- 2638/2019 saylı qərarı ilə iddia tələbinin təmin edilməməsiqərara alınmışdır (hakim R.Kərimli). Həmin qərardan narazı qalan cavabdehin nümayəndəsi və vəkili S.Əliyev tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehin 16.05.219-cu il tarixli Q-6506/04-ANJ qeydiyyat nömrəli imtinasının əsassız hesab edilməsi, X3 X9 İnstitutu tərəfindən onun adına verilmiş xx.xx.2017-ci il tarixli 137724 ******* nömrəli ali təhsil haqqında diplomun (diplom üzrə ixtisasın) tanınması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o (iddiaçı), 2013-cü ildə X6 X9 İnstitutunun “hüquq” fakultəsinə qəbul olmuşdur. 2013 – 2017-ci illərdə həmin İnstitutda təhsil almış, yekunda ona İnstitut tərəfindən xx xxxx 2017- ci il tarixli 137724 ******* nömrəli bakalavr diplomu verilmişdir. O, həmin diplomu ölkə ərazisində tanınması ilə bağlı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət etmişdir. Lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. İmtina məktubunda göstərilmişdir ki, o, təhsil müəssisəsinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddətdə olduğundan, doploma əlavədə qeyd edilən tədris yükünün yerinə yetirilməsi qeyri-mümkündür. İş üzrə 2 saylı Bakı İnzibat-İqtisadi Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxsin izahatı: İddiaçının nümayəndəsi və vəkili Sarıyev Əjdər Hakim oğlu apellyasiya şikayətini müdafiə edərək, çıxışında göstərmişdir ki, iddiaçı 2012-ci ildə “Moskva Dövlət İqtisad, Statistika və informatika Universiteti”nin hüquq fakültəsinə qəbul olunmuşdur. 2015-ci ildə həmin təhsil müəssisəsindən “Moskva X9 İnstitutu” Muxtar X4 Təşkçilatına köçürülmüşdür. 2017-ci ildə həmin təhsil müəssisəsini “Hüquqşünaslıq” bitirərək xx.xx.2017-ci il tarixli, 137724 ******* nömrəli bakalavr diplomu almışdır. Göründüyü kimi cavabdehin və məhkəmənin arqumenti tam olaraq əsassız və qanunsuz olmaqla iddiaçının konstitusion hüquqlarını pozmuşdur. İddiaçının adına sənədi verən ölkə ilə Azərbaycan dövləti arasında razılaşma olduğundan cavabdeh inzibati orqanın iddiaçının adına verilmiş diplomun ölkə ərazisində tanınması və müvafiq şəhadətnamənin verilməsi üçün ekspertiza keçirmək hüququ olmamışdır. Ona görə də nümayəndə və vəkil apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, Rusiya Federasiyasının “Moskva X9 İnstitutu” tərəfindən onun adına verilmiş xx.xx.2017-ci il tarixli 137724 nömrəli diplomun ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi (nostrifikasiysa) vəzifəsinin cavabdehə həvalə edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. İşdə olan X6 şəhərinin Ali Təhsil Müstəqil Qeyri-kommersiya təşkilatının “Moskva müasir akademik təhsil institutu”nun 1 33724 3039629, xx.xx.2017-ci ildə verilmiş, qeydiyyat nömrəsi 174 olan bakalabr diplomundan görünür ki, İddiaçı 40.03.01 hüquqşunaslıq ixtisası üzrə bakalavr proqramını mənimsəmiş və dövlət yekun attestasiyasının müvəffəqiyyətlə keçmişdir, Dövlət İmtahan Komissiyasının qərarı ilə bakalavr ixtisası verilmişdir. İşdə olan Bakalavr diplomuna **********265 E.İddiaçı əlavədən görünür ki, Dövlət İmtahan Komissiyasının qərarı ilə xx.xx.2017-ci il tarixli, 06 saylı protokolu ilə 40.03.01 hüquqşunaslıq bakalavr ixtisası verilmişdir. Bakalavriat /ixtisas proqramının Əyani təhsil formasında mənimsəmə müddəti 4 ildir. İşdə olan AR Təhsil Nazirliyinin Akkreditasiya və X1 Elxan İlqar oğluna ünvanlandığı xx.xx.2019-cu il tarixli, Q-6506/04-ANJ saylı məktuba əlavədə qeyd olunmuş məlumatda bildirilmişdir ki, ali təhsil sənədlərin araşdırılması zaanı müəyyən edilmişdir ki, X6 X9 İnstitutunun tədris normqaativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirilməsi qeyri-mümkündur. AR Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilimş “Xarici dövlərlərin ali təhsil shəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.7-ci bəndinə əsasən X6 X9 İnstitutu tərəfindən verilmiş 137724 ******* nömrəli, xx.xx.2017-ci il tarixli diplom üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün hesab ediılmir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə iddiaçı X2 Moskva X9 İnstitutunun normativi qarşılığında Rusiya Federasiyasında qısa müddət olduğundan (bu hal iddiaçı tərəfindən birbaşa təkzib olunmur, yəni o, sərhədkeçmənin qeydiyyatının olmadığını inkar etmir), bakalavriat dərəcəsi üzrə qiyabi təhsilə Azərbaycan Respublikasının təhsil standartında 5 il nəzərdə tutulduğu halda, o, 4 il təhsil aldığından, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi təhsilin müddətinin yetərli olmaması qənaəti ilə iddiaçının diplom üzrə ixtisasının tanınmasından imtina etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 203 nömrəli x xxxx 2005-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə»nin 8.28-ci bəndlərinə görə Nazirlik xarici ölkələrdə alınmış təhsil sənədlərinin nostrifikasiya qaydalarına uyğun müvafiq komissiya yaradır, vətəndaşlara sənədlərin ekvivalentliyi haqqında şəhadətnamələr verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 1.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. Sözügedən Qaydaların 1.3-cü bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən bu ixtisasların alındığını təsdiq edən sənədlərin sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahiblərinin malik olduqları eyni akademik və peşə hüquqlarının verilməsi deməkdir. Qeyd olunan Qaydaların 1.6-cı bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Həmin Qaydaların 1.7-ci bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması, ekvivalentliyinin müəyyən edilməsi və müvafiq Şəhadətnamənin verilməsi sənəd sahibinin ərizəsi və ya maraqlı olan təşkilatın, hüquqi və fiziki şəxslərin müraciəti əsasında həyata keçirilir. Sözügedən Qaydaların 2.4-cü bəndinə görə ərizəçi tərəfindən təqdim olunan sənədlərə, bir qayda olaraq, bütün lazımi sənədlər təqdim olunduğu gündən başlayaraq 1 ay müddətində baxılır, 2.5-ci bəndinə görə isə, ali təhsil sahəsində ixtisasın tanınmasından imtina olunduğu halda, imtinaya əsas olan səbəblər yazılı şəkildə ərizəçiyə izah edilir. Həmin Qaydaların 3.2-ci bəndinə görə ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: - ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; - xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). Həmin Qaydaların 3.3-cü bəndinə görə təhsilin məzmununun dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin elmi-metodiki bölmələri və təhsil sisteminin yüksək ixtisaslı mütəxəssislərindən ibarət ekspert qrupu yaradılır. Həmin Qaydaların 3.5-ci bəndinə görə xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğun olması və aşkar olunan uyğunsuzluğun aradan qaldırılmasının mümkün üsulları haqqında ekspert rəyi Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim olunur. Həmin Qaydaların 3.6-cı bəndinə görə ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Həmin Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Qaydaların 1.6-cı bəndinin İİİ hissəsində nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, iddiaçının apelyasiya şikayətində onun 2012-ci ildə “Moskva Dövlət İqtisad, Statistika və İnformatika Universiteti”nin hüquq fakültəsinə qəbul olunması, 2015-ci ildə həmin təhsil müəssisəsindən “Moskva X9 İnstitutu” Muxtar X4 Təşkilatına köçürülməsi barədə dəlillərini qəbul etmir. Belə ki, işdə olan Bakalavr diplomuna **********265 əlavədə iddiaçının təhsil və ya peşə barədə əvvəlki sənəd kimi 2009-cu il, orta təhsil barədə attestat; təhsilin 4 il əyani formasında alınması göstərilmişdir. Məhkəmə kollegiyası iddiaçının apelyasiya şikayətinə əlavə etdiyi “Moskva X9 İnstitutu” Muxtar X4 Təşkilatının xx.xx.2020-ci il tarixli, 1881 saylı məktubu sübut kimi qəbul etmir. Həmin məktubda xx.xx.1991-ci il təvəllüdlü İddiaçı xx.xx.2015-ci il tarixindən xx.xx.2017-ci il tarixinədək 40.03.01. hüquqşunaslıq hazırlıq istiqaməti üzrə “Moskva X9 İnstitutu” Muxtar X4 Təşkilatında təhsil aldığı, təhsilin formasının – qiyabi olduğu, qəbul haqqında xx.xx.2015-ci il tarixli 05-BO-№ nömrəli əmrin olması barədə bildirilmişdir. Göründüyü kimi, Bakalavr diplomuna əlavədə və iddiaçının təqdim etdiyi məktubda ziddiyətli məlumatlar var. Diploma əlavədə iddiaçının təhsil aldığı ili və forması” 4 il,əyani”; məktubda isə təhsil aldığı illəri “xx.xx.2015-xx.xx-2017-ci”, təhsil forması “qiyabi” göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 117 nömrəli xx xxxx 2010-cu il tarixli qərarı ilə təsdiq edilmiş «Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları»nın 1.2-ci bəndinə görə bakalavr hazırlığı ali təhsilin birinci səviyyəsidir və Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş bakalavr ixtisaslarının (proqramlarının) təsnifatına uyğun müvafiq ixtisaslar üzrə genişprofilli mütəxəssis hazırlığının həyata keçirilməsini təmin edir. Həmin Qaydaların 1.5-ci bəndinə görə bakalavriat təhsil səviyyəsində tam orta təhsil və orta-ixtisas təhsili bazasında ayrı-ayrı ixtisasların təhsil proqramları üzrə genişprofilli ali təhsilli mütəxəssislər hazırlanır. Bakalavriat təhsili başa çatmış ali təhsildir. Həmin Qaydaların 1.6-cı bəndinə görə bakalavriat səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 4 – 5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. Əsas (baza ali) tibb təhsili səviyyəsində təhsilin normativ müddəti 5 – 6 ildir. Bu müddət ayrı-ayrı ixtisasların təhsil proqramları ilə müəyyənləşdirilir. Həmin Qaydaların 2.7-ci bəndinə görə tədris ili, bir qayda olaraq, iki semestrdən (payız və yaz) ibarətdir. Bundan əlavə, yay tətili müddətində 6 (altı) həftədən çox olmayaraq, yay semestri də təşkil oluna bilər. Həmin Qaydaların 2.8-ci bəndinə görə tədris ilinin müddəti 40 həftədir (o cümlədən 10 həftə imtahan sessiyaları). Hər semestr 20 həftədən (5 həftə imtahan sessiyasına ayrılır) ibarətdir. Həmin Qaydaların 2.9-cu bəndinə görə tələbənin auditoriya və auditoriyadankənar həftəlik yükünün həcmi 45 saatdır. Bu zaman auditoriya saatları 30-dan çox olmamalıdır. Əyani forma üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları ilə müəyyənləşdirilir. Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi ildə 180 – 240 saat nəzərdə tutulur. Hər tədris ilində təlim müddəti sentyabrın 15-dən başlanır və ixtisas üzrə tədris planına müvafiq olaraq yekunlaşır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki halların mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarın ləğv edilməsi üçün əsas olmadığından apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: İddiaçının nümayəndəsi və vəkili Sarıyev Əjdər Hakim oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)- 2638/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: İmza Hakimlər: İmzalar Əsli ilə düzdür: Sədrlik edən Afaq Nuriyeva
Məhkəmə qərarları › İş №2-1(103)-764/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-764/2020
03.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver